Yeni doğulmuĢların sinir sistemi xəstəlikləri zamanı
müayinə və müalicə üsulları
MSS funksiyasının yüngül pozulmaları zamanı yaxşı qulluq və şəraitlə yanaşı qələvi içki (4%
natrium hidrokarbonat 5% qlükoza məhlulu, 1 çay qaşığı gündə 3 dəfə), B
12
, K vitamin, kalsum-xlorid,
bromid, fenobarbital təyin olunur. Orta ağır dərəcədə kompleks müalicə məqsədilə xəstəyə hipoksiyanı
aradan qaldıran tədbirlərlə yanaşı hemostatik preparatlar – rutin, vikasol, kalsium-xlorid, kalsium-
qlükonat təyin edilir. Dehidratasiya üçün furosemid, maqnezium sulfat, panangin, kalium asetat verilir.
Uşaqlarda MSS zədələnməsinin ağır formasında sakit şərait yaradılır, başa buz qoyulur, hemostatik
terapiya təyin edilir.
C vitamini təyin edilir. Bütün bu maddələr katetr vasitəsilə ardıcıllıqla göbək venasına yeridilir.
İnfuzion terapiyanı 4-5% natrium hidrokarbonatdan başlamaq məsləhət görülür. Mayenin ümumi
miqdarı çəkisindən asılı olaraq 90-140 ml-ə bərabər olmalıdır. Böyrəküstü vəzinin fəaliyyət
çatışmamazlığında, arterial təzyiq aşağı olduqda infuzion terapiya ilə yanaşı hidrokartizon 5% qlükoza
məhlulunda, 1 kq çəkiyə venaya sutkada 2-3 dəfə hidrokartizon yeridilir, sonra isə göstəriş olduqda
prednizalon istifadə edilir. Damarların rezistentliyini artırmaq, perivaskulyar ödemi azaltmaq, toxuma
tənəffüsünü dərinləşdirmək məqsədilə venaya 1-2 ml 5% -li askorbin turşusu, 1 ml 10-20% -li qlükoza
məhlul, 1 TV insulin və kokarbaksilaza yeridilir.
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
135
Oyanma və qıcolmalar zamanı dehidratasiya ilə yanaşı maqnezium sulfatdan, fenobarbital,
aminazindən istifadə olunur. Tənəffüs çatışmamazlığı zamanı nəfəs yollarının seliyini sonradan sonra,
ağciyərin süni ventilyasiyasını təmin etmək məqsədilə orqanizmə hava ilə oksigenin qarışığını
yeritmək lazımdır. Ağır hallarda maska vasitəsilə uşağa oksigen verməyin effekti olmadıqda intubasiya
edilir və traxeyanı təmizlədikdən sonra Bita-1 aparatı ilə süni nəfəs verilir, mədəyə 10-25 ml, 4-5%
natrium hidrokarbonat məhlulu yeridilir. Hipetermiya ilə mübarizə məqsədilə başa, böyük damarların
üzərinə buz qoyulur, eyni zamanda 5% analgin məhlulu tətbiq edilir. Tənəffüs pozulduqda, onun ritmi,
dərinliyi və sürəti dəyişdikdə, apnoye, görmə olduqda uşağı oksigen palatasına yerləşdirməklə yanaşı,
əzələyə 0,1-0,2 ml, 1,5% etimizol məhlulu yeridilir. Ürək fəaliyyətini yaxşılaşdırmaq məqsədilə
venaya 0,1 ml 0,06% korqlükon məhlulu vurulur. Subaraxnoidal qansızmalarda bakterial infeksiyanın
qarşısını almaq üçün penisillin və ya onun yarımsintetik preparatlarından istifadə olunur. Doğuş
travması keçirəndən 3-4 həftə sonra MSS fəaliyyətini tez bərpa etmək məqsədilə kompleks müalicəyə
B
1
vitamini, B
12
vitamini, serebrolizin əlavə olunur. Serobrolizindən qıcolma və hidrtosefal sindromda
istifadə etmək olmaz. Qlütamin turşusu zədələnmiş toxumanınn trofik funksiyasının bərpasına səbəb
olur. Reparasiya dövründə qlütamin turşusundan metionindən, aminolondan istifadə edilir. Bu
preparatlarla yanaşı anabolik stimulyatorların tətbiqindən (retabolil, nerobol, apilak) müsbət effekt
alınır. Bərpa dövründə yeni doğulmuş və ilk aylarda olan uşaqların müalicəsində əsas yer bədən
tərbiyəsinə və massaja verilir. Aparılan kompleks müalicənin nəticəsində damar tonusu normallaşır,
orqanizmin ümumi reaktivliyi artır. Sinir sisteminin zədələnməsini 10-12-ci günündən başlayaraq
bütün uşaqlara, xüsusilə hərəki pozulmalarda massaj və bədən tərbiyəsi təyin edilir. MSS-nin hipoksik
zədələnmələri nəticəsində nitq pozulmaları olur. Bununla əlaqədar nitq qüsurlarının pofilaktikası
məqsədilə vaxtında loqopedin müalicəsi də lazımdır.
Yeni doğulmuĢların sinir sistemi xəstəlikləri zamanı tibb iĢçisinin taktikası
Kəllədaxili qansızma şəklində olan doğuş travması yeni doğulmuşların ən ağır xəstəliklərindən
biridir. Belə uşaqlar üçün xüsusi palata ayrılmalı və ayrıca tibb işçisi postu təyin edilməlidir. Bu
uşaqlara qulluq və müalicə zamanı əsas şərt istirahət və sakitliyə riayət etməkdir. Bütün qulluq
tədbirləri olduqca ehtiyyatla və bacarıqla keçirilməli, bu zaman uşağın çarpayıdan götürülərək narahat
edilməsinə yol verilməməlidir. Çarpayıda uşaq baş tərəfi qaldırılmış vəziyyətdə yatızdırılmalıdır, çünki
bu vəziyyətdə o daha yaxşı nəfəs alır və gəyirmə hallarında aspirasiyanın qarşısı alınır. beyin
toxumasının oksigenə böyük ehtiyacı olduğunu nəzərə alaraq xəstə uşağın oksigenlə bol nəfəs alması
təmin edilməlidir. Həkimin təyinatına görə kranioserebral hipotermiya təyin edilir. Həyatının birinci
günləri uşağa ancaq anasının döşündən sağılmış süd verilir. Travmalı uşaqların sorma və udma
refleksləri pozulduğu üçün onlar zond vasitəsilə yedizdirilir. Aspirasiyanın qarşısını almaq üçün ağız
boşluğunda tənəffüs yollarının yuxarı hissəsində toplanmış selik və gəyirilmiş kütlə sorulub kənar
edilməlidir. Uşağa ancaq həkimin təyinatı ilə döş verilir, əmərkən sianoz əmələ gələrsə dərhal uşağı
anasının döşündən ayıraraq, onu rütubətləndirilmiş oksigenlə nəfəs almasını təmin edirlər. Mübadilə
pozulduğu və toksikoz inkişaf etdiyi halda xəstə uşağa tez-tez 10%-li qlükoza məhlulu içizdirilir.
Dəridə quruluq və distrofik dəyişikliklər müşahidə olunduqda dəriyə steril bitki yağı çəkilir və A
vitamini verilir. Ağız və dodaqların selikli qişası qlükoza və izotonik natrium-xlorid məhlulu ilə
isladılır, gözün buynuz qişasının yaşlanması olduqda ona 1 damcı A vitamini damızdırılır.
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
136
MÖVZU 7
MƏRKƏZĠ SĠNĠR SĠSTEMĠNĠN ĠNTOKSĠKASĠYALARI
ZAMANI ĠLK TĠBBĠ YARDIM
Karbon qazı ilə zəhərlənmə Xəstəni təcili olaraq təmiz havaya çıxartmaq, lazım gəldikdə süni
yolla tənəfüs vermək lazımdır. Vena daxilinə 20-40 ml 40% qlükoza, vitaminlər verilməlidir.
Metil spirti ilə zəhərlənmə. Zəhərlənmənin ilk saatında mədə-bağırsaq sistemi yuyulmalıdır;
dəri altına kamfora, kofein vurulmalıdır. Venaya 30-40 ml 40% qlükoza yeridilməlidir. Dəri altına B
1
B
6
B
12
vitaminləri, dibazol vurulmalıdır.
FOB – ilə zəhərlənmə (fosfor- orqanik birləĢmələr) Mədə-bağırsaq sistemi yuyulmalıdır.
I mərhələdə: dəri altına 2-3 ml 0,1% atropin hər 1-3 saatdan bir ağızda quruluq olunca, əzələ
daxilinə 2 ml 2,5 aminazin və 10 ml 25% maqnezium sulfat.
II mərhələdə: venaya 3 ml 0,1 % atropin 15-20 ml qlükoza ilə 2-3 saatdan bir ağızda quruluq
əmələ gələnədək. Qıcolma zamanı 1,0 ml 25%-li benzoheksoniy, əzələ daxilinə 10 ml 25%-li
maqnezium sulfat, vena daxilinə 5 ml 10%-li barbamil və 4%-li hidrokarbonat natrium 100 ml. Dəri
altına xolinesterazanin reaktivatorunu – dipiroksim 1ml 15%.
III mərhələdə: ağ ciyərlərin süni ventilyasiyası, vena daxilinə 0,1%-li atropin 20-30 ml, əzələ
daxilinə, vena daxilinə reaktivator izonitrazin 3 ml 40%-li və dipiroksim 1 ml 15%-li, əzələ daxilinə
300 mq hidrokortizon, antibiotiklər.
Botulizmdə bulbar sindrom: İlk saatlarda botulizmə qarşı zərdab vurulur, 10-12 saat ərzində
effekt olmursa zərdabın vurulması təkrar olunur. Mədə yuyulur (aktivləşmiş kömürlə) və təmizləyici
imalə edilir. Qan buraxılır və vena daxilinə izotonik məhlul, 5%-li qlükoza, lobelin. sititon vurulur.
Xlor birləĢmələi ilə zəhərlənmə: Mədə zondla yuyulmalıdır, bağırsaqlar boşaldılmalıdır. Vena
daxilinə 10 ml 10%-li kalsium qlükonat, 10 ml 10-li kalsium xlorid, dəri altına 3 ml 1%-li nikotin
turşusu, 2 ml 5%-li tiamin, 600 mq vitamin B
12
əzələ daxilinə vurulmalıdır. Qıcolma zamanı əzələ
daxilinə 5 ml 10%-li barbamil yeridilir. Hipoxloremiyanı aradan qaldırmaq üçün 10%-li natrium xlorid
10-30 ml vena daxilinə vurulur.
Dərman preparatları ilə zəhərlənmə: Komatoz hal zamanı mədəni zondla yumaq, sonra isə
30 qr maqnezium sulfatı 100 ml suda vermək lazımdır. Vena daxilinə 4%-li natrium hidrokarbonat
vurulur. Ağır hallarda hemodializ tərtbiq edilir. 10 ml 10%-li bemeqrid sutkada 100 ml qədər vurulur.
Dərin koma zamanı bemeqrid əks göstəricidir.
QurğuĢunla zəhərlənmə: Müalicə-15-20 gün müddətində 0,05%-li prozerin məhlulundan 1-2
ml, 1%-li qalantamin məhlulundan 0,5 ml dəri altına vurmaq lazımdır. Vitamin B, dibazol və s. işlədilə
bilər. İflic vurmuş əzələlərə massaj, müalicə gimnastikası və fizioterapevtik müalicə üsulları tətbiq
olunmalıdır.
Profilaktika – qurğuşunla əlaqədar istehsalatda işləyənlər mütləq profilaktik müayinədən
keçməlidir. əgər qurğuşunla zəhərlənmə əlamətləri tapılarsa, xəstəni digər işə keçirmək, yaxud
vəziyyətinin ağırlığını nəzərə alaraq ona növbədənkənar məzuniyyət vermək və müalicəyə göndərmək
lazımdır. İstehsalatda iş şəraitinin yaxşılaşdırılmasına, havanın təmizlənməsinə xüsusi diqqət
verilməlidir. iş otağında qida qəbulu qadağan edilməlidir. İş paltarları vaxtında dəyişdirilməlidir.
Vegetativ sinir sisteminin xəstəlikləri zamanı ilk tibbi yardım
Miqren Xəstəyə ciddi rejimi yaratmaq, vaxtında yemək, təmiz havada gəzmək və yatmaq
lazımdır. Ağrılar zamanı antipirin, fenasetin təyin edilir. Erqotamin damcı və yaxud inyeksiya şəklində
0,05-0,1%-li məhlulu, rigetamin dilin altına 1 tablet təyin edilir. Çox vaxt vena daxilinə kalsium xlorid
vurulur, dihidroerqotimin təyin edilir, xəstələrə darsonvalizasiya, tətbiq edildikdə müsbət nəticə verir.
Son zamanlar sandromiqran, kavinton, oksetalon, sinement, fenozepam tətbiq edilir.
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
137
Örə Allergik reaksiyanı verən allergeni aradan qaldırmaq lazımdır. Dəridə gicişmə olduqda ona
mentol spirti (70% spirt və 0,25 qr mentol qarışığı) 0,5%-li salisil spirti məhlulu sürtmək lazımdır.
Ödem udlaq, qırtlaq nahiyyəsini tutduqda ona adrenalin məhlulu sürtülüb, daxilə isə efedrin təyin
etmək lazımdır. Vena daxilinə 30%li kalsium hiposulfat 10 ml, 10%-li kalsium xlorid 5 ml, dimedrol
0,05 qr 2 dəfə, suprastin 0,025 qr 3 dəfə. Xroniki halda bunlarla yanaşı 5 mq 3 dəfə prednizalon verilir.
Diensefal sindrom –beyin şişi nəticəsində baş vermişsə, şişi mütləq cərrahi yol ilə kəsib
götürmək lazımdır. Xəstəlik əgər infeksiya nəticəsində meydana cıxmışsa, həmin etioloji amilə qarşı
mübarizə aparılmalıdır. Lakin diensefal sindromun müalicəsimndə simpatik yaxud parasimpatik
əlamətlərin üstünlüyünü nəzərə alıb bu sistemlərin tonusunun azaldılmasına çalışmaq lazımdır.
Simpatik fəallığı azaltmaq məqsədi ilə xəstəyə rezerpin (0,1%-li 10-15 damla), paxikarpin (0,1 q
gündə 2 dəfə) və s. təyin edilir. Parasimpatik sinir sisteminin tonusunu təmizləmək məqsədilə atropin
(1 mq, gündə 1-3 dəfə), yaxud aminazin yaxşı nıticə verir. Kəskin asteno-nevrotik əlamətlərlə cərəyan
edən vegetativ damar pozğunluqları zamanı aminazin (25 mq gündə 2 dəfə) rezerpin (0,001 q, gündə 2
dəfə, yeməkdən sonra 1 tablet), meprotan (0,2 q, gündə 3 dəfə 1 tablet) vermək məsləhətdir. Bəzən
dimedrol, suprastin (25 mq, gündə 2-3 dəfə) təyin edilir.
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
138
MÖVZU 8
PSĠXĠ FƏALĠYYƏTĠN SFERALARININ POZULMALARI ZAMANI TĠBB
ĠġÇĠSĠNĠN TAKTĠKASI-DUYĞU, QAVRAMA, TƏFƏKKÜR, NĠTQ,
ĠNTELLEKT
Qavramanın müxtəlif pozulmalarında tibb işçiləri xəstələrin şikayətlərinə diqqətlə qulaq asmalı,
xəstələrlə mübahisə edilməməlidir. Əgər belə pozulmaları ilk dəfə tibb işçisi görmüşsə mütləq həkimə
xəbər verməlidir. Xəstələrdə hallünasiyalar olduqda daima nəzarət edib həkimə bildirməlidir.
Hallüsinasiyalar (xəyali hadisələr) -tez-tez baş verən psixi pozğunluqdur. Hallüsina-siyanın təsiri
altında xəstə ünsiyyətsiz olur, çox vaxt öz təəssüratlarını gizlədir . Hallüsina-siyaya qapılmasından
şübhə edilən xəstələr sutka ərzində ciddi nəzarət altında olmalıdır. Bu xəstələr az ünsiyyətli olur və tək
qalmağa çalışırlar. Qoxu hallüsinasiyalarında xəstələr burun pərlərinin tıxayır və uzun müddət yeməyi
iyləyirlər. Xəstələr gözlənilməz hərəkətlər edərək ətrafdakılara hücum edə bilərlər. Bu xəstələr çox
vaxt yeməkdən və dərmanlardan imtina edir. Tibb işçisi xəstələrə nəzarət etməklə bərabər, gigiyena
tədbirlərinin yerinə yetirilməsinə və xəstələrin yedizdirilməsinə də fikir verir. Xəstələr yeməkdən
imtina etdikdə onları zondla yedizdirirlər. Xəstənin dərman qəbul etməməsini ağız boşluğunu
yoxlamaqla müəyyən edirlər . Hallüsinasiya həyəcanlı-lığı şiddətləndikdə tibb işçisi həkimi çağırır,
lakin həkim gələnə qədər də bu vəziyyəti aradan qaldırmaq üçün tədbirlər görür.
Psixomotor pozğunluq – bir çox psixi xəstəliklər çərçivəsində inkişaf edərək, təxirəsalınmaz
tibbi yardıma ehtiyacı olan kəskin cərəyan edən xəstəlikdir. Bu həyəcanlı hərəki reaksiya zamanı
xəstələr vurnuxur. ora-bura qaçır, ağız-burnunu qırışdırırlar, bu zaman onlar özlərini və ətrafdakı
şəxsləri zədələyə bilərlər: nitqləri çox vaxt rabitəsiz, dolaşıq və qırıq-qırıq olur. Belə hallarda, birinci
növbədə, həkim çağırmaq və xəstəni təcrid etmək lazımdır. Həkim gələnə qədər onun immobilizə
olunması üçün lazımi tədbirlər görülməlidir. Ən səmərəli tədbirlər və saxlanmasının əsas üsullarından
istifadə edərək onu yatağa uzandırmaqdır. Tibb işçisi kəskin həyəcanlanma vəziyyətini aradan
qaldırmaq üçün lazım olan tədbirləri müstəqil görməlidir. Belə hallarda ən effektli tədbir 1 ml
kordiamin ilə 2-4 ml 2,5%-li aminazin və ya tizersin məhlulunun əzələyə yeridilməsidir. Arterial
təzyiqin birdənbirə çox azalması ehtimalını nəzərə alaraq inyeksiyadan sonra xəstəni 1-2 saat ərzində
uzandırmaq və bu zaman onun nəbzinə və arterial təzyiqinə fikir vermək lazımdır. əgər coşğunluq bir
saat ərzində sakitləşməzsə inyeksiyanı təkrar etmək olar. Xəstədə coşğunluğun ürək-damar
pozğunluqları ilə birlikdə baş verməsi aminazin və tizersinin tətbiqinə qismən əks göstəriş olduğu üçün.
belə hallarda əzələyə və ya venaya 2-4 ml diazepam yeridilir.
Sayıqlama – bir çox psixi xəstəliklərin simptomu olub, xəstəliyin təsirilə əmələ gələn və təkzib
edilə bilməyən yalnış fikir və ya mülahizələrdən ibarətdir. Xəstələrin hərəkətləri sayıqlamanın
xüsusiyyətlərindən asılı olaraq, təhlükə yarada bilər. Ola bilər ki, xəstə əslində olmayan (xəyali)
təqibedicilərə hücum etsin və ya heç gözlənilməyən başqa hərəkətlər törətsin. Xəstələrin öz təəsürat və
fikirlərini gizlətdikləri nəzərə alınarsa onların hərəkətlərinini bədbəxt hadisə törədəcəyini gözləmək
olar.
Sayıqlama təəsüratına malik olan xəstələr. adətən gərgin vəziyyətdə. hamıdan şübhələnən və
dinməz-danışmaz olurlar, suallara cavab verməkdən boyun qaçırırlar, çox vaxt yeməkdən də imtina
edirlər. Bunu nəzərə alaraq, tibb işçisi bu xəstələr üzərində diqqətli müşahidə və nəzarət aparmalı, həm
də onlara qida və dərmanların vaxtında verilməsinə diqqət yetirməlidir. Nitq pozğunluğu bir qədər
çətinlik törədir. Belə ki, tibb işçiləri xəstələrin danışığını başa düşmür, eyni zamanda xəstələr də onlara
verilən sualları və müraciəti başa düşmürlər. Belə xəstələrə qulluq tibb işçisindən böyük hövsələ.
nəzarət və diqqət tələb edir. İntellekt pozğunluğu olan xəstələr onlara qulluq edən tibb işçilərinə çox
əziyyət verir. Belə şəxslər sualları çox vaxt düzgün başa düşmür, onların qeyri-adekvat cavab və
hərəkətləri ətrafdakıları qıcıqlandırır. Onlarla münasibətin ən yaxşı forması xeyirxahlıqdır.
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
139
İntellektin tədqiqinin ən yaxşı üsulu s orğudur. Bundan əlavə xüsusi cədvəllərdən, eksperimental
psixoloji test və sınaqlardan, hal-hazırda isə Bine-Simon və
Veksler psixoloji testlərindən istifadə edilir. İntellekt
pozğunluğu (ağıl zəifliyi) - əqli qabiliyyətin zədələnməsi ilə
anadangəlmə və ya sonradan qazanılmış psixi xəstəlikdir.
Dərin idiotiya halında olan xəstələr özünə xidmət edə bilmir
və pinti olurlar, onların həmişə tibb işçilərinin qulluq və
nəzarətinə ehtiyacı vardır. İmbesil və debil vəziyyətində olan
xəstələri müəyyən əmək vərdişlərinə alışdırmaq olar. Bu işlə
xüsusi təlim görmüş tibb işçiləri məşğul olmalıdır. Sonradan
qazanılmış ağıl zəifliyi (demensiya) halında-psixi fəaliyyətin
marazim (ən aşağı ağıl zəifliyi)dərəcəsinə düşməsi müşahidə
olunur. Belə xəstələr çox acgöz olurlar, hətta yeyilməyən
şeyləri də uda bilirlər. Marazm halında fiziki zəiflik (haldan
düşmə)müşahidə olunur. Xəstələr tibb personalının daimi
qulluq və nəzarətinə möhtacdırlar. Ağıl zəifliyi olan şəxslər
adətən işləyə bilmir, onlara dövlət yardımı göstərilir.
Psixi fəaliyyətin sferalarının pozulmaları zamanı tibb iĢçisinin taktikası
yaddaĢ, diqqət, düĢüncə, emosional, hərəki-iradi sfera
Müxtəlif şəkilli düşüncə pozuntularında tibb işcisi xəstəyə yardım göstərdikdə onların
münasıbəti də fərqli olmalıdır. Xüsusilə düşüncənin dumanlı halında çox ehtiyatlı olmaq lazımdır.
Çünki bu zaman xəstələr ətrafdakılar üçün qorxulu olur. Belə hallarda tibb işçisi dərhal həkimə xəbər
verməli, özü isə nəzarəti artırmalıdır. Amentiv vəziyyətdə olan xəstələr ətrafdakılar üçün təhlükə
yaratmasalar da, onların psixi və somatik vəziyyətləri ağırlaşır. Bu vaxt nəbz, tənəffüsə və s. nəzarət
artırılmalıdır. oneyroid vəziyyət inkişaf etdikdə xəstə özünə və ətrafdakılara qarşı təhlükəli olur. Əgər
yuxuda gəzmək hadisəsi baş versə, tibb işçisi onu kəskin çağırmamalı və dayandırmamalıdır, onu
sakitcə ehmalla palataya qaytarmalı və yatırmalıdır. Əks halda xəstələrdə ağrılı vəziyyət, qorxu,
qaçmağa meyillilik və çırpıntılı bihuşluq ola bilər. Tıbb işçisı gördüklərinin gündəliyə yazır və həkimə
xəbər verir.
Koma zamanı şüur pozulur, hərəkətsizlik, tənəffüs və ürək-damar pozğunluqları baş verir.
Komanın müalicəsi əsas xəstəliyin xüsusiyyətləri ilə müəyyən edilir. Tibb işçisin in vəzifəsi isə həkim
tərəfindən verilən göstərişləri dəqiq yerinə yetirmək və xəstələrə lazımınca qulluq etməkdən ibarətdir.
Kəskin psixomotor coşğunluq vəziyyəti fonunda yuxu pozulur, gecələr hərəki narahatlıq inkişaf
edir, hallüsinasiyalar və bəzən sayıqlama baş verir. Xəstələr psixi təəsüratın təsiri altında vurnuxur,
özlərini və ətrafdakı şəxsləri zədələyə bilərlər . Bu kimi hallar baş verdikdə tibb işçisi xəstələrin
immoblizasiyası (sakitləşdirmək) üzrə tədbirlər görməlidir. Sonra həkimin göstərişinə əsasən aminazin
yeridilir, habelə yuxu dərmanları verilir. Xəstənin çarpayısını pəncərə və qapıdan kənara cəkmək
lazımdır. Diqqət pozulmalarının tədqiqi əsasən korrektura sınağı ilə aparılır, yəni müşahidə olunana
müəyyən mətn verilir və hər sətirdə 1-2 hərf silinməsi təklif olunur. Bu sınaq 5-8 dəqiqə aparılır. Sonra
diqqətə qiymət verilir. Bəzən diqqəti qiymətləndirmək üçün 1-dən 25-ə qədər qeyri – ardıcıllıqla
yazılmış rəqəmləri ardıcıllıqla tapıb göstərmək təklif olunur. Depressiv vəziyyət həmişə ehtiyatlı
olmağı tələb edir. Çünki belə xəstələr ətrafdakılar gözləmədiyi hadisələri törədə bilər. Ümumiyyətlə bu
xəstələr heç vaxt yaşamaq istəmədiklərini demir, çünki bilirlər ki, onları ruhi xəstəxanaya yerləşdirə
bilərlər. Belə xəstələri daim nəzarətdə saxlamaq lazımdir ki, onlar tənhalığa çəkilməsinlər. Tibb işçisi
dərhal müalicə həkiminə xəbər verməlidir. Əgər somatik şöbədə maniakal vəziyyətində xəstə olarsa,
xəstələr tibb işçilərinə çətinlik törədir, şöbənin bütün rejimini pozur. Belə halda onun somatik
vəziyyəti imkan verirsə, onu psixiatriya xəstəxanasına köçürmək məqsədəuyğundur və həkim-
psixiatrın nəzarəti altında olmalıdır. Emosional ləbillik zamanı xəstəyə qarşı ehtiyatlı və diqqətli
münasibət olmalıdır. Çünki kəskin tonla danışıq və qaşqabaqlı münasibət onlarda təşvişli hala səbəb
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
140
olur. Lakin onlarla yumşaq danışdıqda, xeyirxah, təbəssümlü olduqda bəzən dərmandan daha effektli
olur. Disforiya halında olan xəstələri sakitləşdirməyə çalışmaq lazımdır, çünki belə hal çox qısa
müddətlidir. Hipobuliyalı xəstələrin müalicə rejiminə riayət etmələrinə tələbat artırılmalıdır . Onları
aktivləşdirməyə çalışmaq lazımdır. Bəzən onlara çətin olmayan tapşırıqlar verməli və onu yerinə
yetirərkən nəzarət edilməlidir. Katatonik əzələ spazmı və iradi hərəkətlərin pozğunluğu olan xəstələr
qidalanmadan imtina etdikləri üçün onları məcburən zondla süni qidalandırırlar. Xəstələr fəalsızlaşır,
iradələri zəifləyir. Hətta öz xarici görkəmləri ilə də maraqlanmırlar. Bu zaman tibb işçiləri xəstələrin
fəallığını canlandırmalıdır.
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
141
MÖVZU 9
XƏSTƏXANA VƏ DĠSPANSER ġƏRAĠTĠNDƏ PSĠXĠ XƏSTƏLƏRƏ
Dostları ilə paylaş: |