Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya ġöbə: “Mamalıq iĢi”



Yüklə 6,01 Mb.
Pdf görüntüsü
səhifə26/27
tarix27.11.2019
ölçüsü6,01 Mb.
#29707
1   ...   19   20   21   22   23   24   25   26   27
Sinir ruhi xəstəlikləri və tibbi psixologiya


Ağ  isitmənin  müalicəsi:  Stasionar  şəraitdə  aparılır.  Birinsi  növbədə  dezintoksikasiya  aparılır. 
Bunu intensiv infuzion terapiya vasitəsilə edirlər.  
1.Susuzlaşma zamanı – 5% -li qlükoza məhlulu, hemodez v/d. vurulur. 
2.Ödemlər  olduqda  –  laziks,  konsentrasiyalı  qlükoza  məhlulu,  plazma,  3%-li  KCL  məhlulu 
vurulur.  
  Bundan  başqa  tənəffüs,  ürək  –damar,  hemodinamik  sistemlərin  korreksiyası  aparılmalıdır. 
Massiv vitaminoterapiya aparılır. Oyanmanı aradan qaldırmaq üçün neyrolptik maddələrdən (aminazin, 
haloperidol, tizersin)istifadə olunur.  

Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya 
 
ġöbə: “Mamalıq iĢi”
 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 
 147
 
 
Narkomaniyalar və dərman psixozları zamanı tibb iĢçisinin taktikası 
 
  Dərman  psixozları  zamanı  müalicə-stasionar  şəraitində  aparılır.  Dezintaksikasion,  ümumi 
möhkəmləndirici,  sedativ  dərmanlar,  simptomatik  müalicə,  psixoterapiya  aparılır.  Abstinensiya 
sindromunu  aradan  qaldırmaq  üçün  sulfazindən  istifadə  edilir.  Natrium  tiosulfat,  maqnezium  sulfat, 
40%-li  qlükoza,  vitaminlər  (B  qrup,  A,  C,  E)  təyin  edilir.  Oyanma  halları,  yuxusuzluq,  psixopatoloji 
pozuntular olduqda haloperidol, ağrılar zamanı analgin və s. istifadə edilir.  
 
Dərman zəhərlənmələrində:  
1.Mədənin yuyulması.  
2.İşlədici maddələrin təyini, imalə.  
3.30%-li natrium tiosulfat-10 ml. v/d.  
4.Natrium xlorid – izotonik məhlulu v/d (500-1000 ml).  
5.Ürək-damar maddələri (2 ml-25% kordiamin, 1 ml-10% kofein. 1ml-1%-li mezaton d/a).  
6.Laziks və başqa diuretiklər.  
7.Atropin  psixozunda  pilokarpin,  yuxugətiricilərlə  zəhərlənmələrdə  v/d  strixnin  (0,001-0.003  q 
hər 3-4 saatdan bir) təyin edilir.  
 
Narkomaniyanın müalicə və reabilitasiya məsələləri. 
 
  Narkomaniyaların müalicə oluna bilməsi xəstənin bu prosesə fəal münasibəti ilə müəyyən edilir. 
Terapevtik  tədbirlər,  könüllü  surətdə  razılığı  olduqda  müvəffəqiyyətli  ola  bilər.  Müalicəyə  mümkün 
qədər tez başlamaq lazımdır. Xəstənin narkotik maddələri əldə edə bilməsinin qarşısını almaq və onun 
əhatəsində olan narkomanları kənar etmək bəzən asan olmur . Ona görə xəstə stasionara yerləşdirilməli 
və  orada  müalicə  olunmalıdır.  Stasionarda  saxlanılan  müddət  iki  aydan  az  olmamalıdır.  Müalicənin 
birinci mərhələsində də  dezintoksikasion, ümumi möhkəmləndirici və sedativ dərmanlar tətbiq edilir. 
Həyəcan, qorxu, yuxu pozuntuları və vegetativ əlamətlərə qarşı elenium, seduksen, sibazon, relanium. 
tazepam təyin edilə bilər. Abstinensiya sindromunu aradan qaldırmaq üçün sulfazindən (2-8 ml əzələ 
arasına, 2-3 gündən bir 2-8 ml, cəmi 5-6 inyeksiya), 30%-li tiosulfat natrium 5-10 ml vena daxilinə, 
№10,  25%-li  maqnezium-sulfat  5-10  ml  əzələ  arasına,  №10,  40%-li  qlükoza  15-20,  vena  daxilinə 
yeridilməli, vitaminlər (B qrup, A, C, E) təyin edilməlidir. Oyanma halları,  yuxusuzluq psixopatoloji 
pozuntular olduqda trisedil, haloperidol tətbiq edilir. Ağrı əlamətlərinə qarşı analgetiklər vermək olar. 
Müalicənin  ikinci  mərhələsində  xəstənin  vəziyyətindən  asılı  olaraq  fəal  və  ya  simptomatik  müalicə 
təyin edillə bilər. Fəal müalicə məqsədilə apomorfindən (0,5%-li 10,2 ml, dəri altına), emetindən (0,02 
gündə  1-2  dəfə  daxilə)  istifadə  etmək  olar.  Bu  mərhələdə  fizioterapevtik  üsullardan  istifadə  etmək 
mümkündür.  Psixoterapiya  müalicənin  ilk  günlərindən  tətbiq  edilməli  və  fəal  müalicə  qurtardıqdan 
sonra da xeyli müddət davam etdirilməlidir. Üçüncü mərhələ uzunmüddətli davametdirici müalicədən 
ibarətdir.  Xəstə  həkimin  nəzarəti  altında  olmalı,  psixoterapevtik  tədbirlərlə  yanaçı  sosial  yardım 
formalarından istifadə edilməlidir. Xəstəni əmək fəaliyyətinə qaytarmaq, fəal həyat mövqeyini davam 
etdirməkdə  ona  yardım  göstərmək  lazımdır.  Alkoqolizmdə  olduğu  kimi  narkomaniyalar  zamanı  da 
məcburu müalicə tətbiq etmək olar. Narkomaniya ilə mübarızə istiqamətində respublikamızda son illər 
Avropa  Şurasının  nəzdində  yaradılmış  Ponpedi  işçi  qrupunda  təmsil  olunan  Səhiyyə  Nazirliyinin 
narkoloqlarının fəaliyyəti nəticəsində xeyli işlər görülmüşdür. Xüsusilə yeni qəbul edilmiş və effektli 
Metodom  proqramının  tətbiqi  narkotiklərin  və  narkomanların  cəmiyyətə  vurduğu  ziyanın,  eləcə  də 
QİÇS kimi xəstəliyin yayılmasının qarşısının alınmasına xidmət edir.  

Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya 
 
ġöbə: “Mamalıq iĢi”
 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 
 148
 
 
MÖVZU 11 
 
ġĠZOFRENĠYA ZAMANI TĠBB ĠġÇĠSĠNĠN TAKTĠKASI 
 
Şizofreniyaya  tutulan  xəstələrə  məqsədəuyğun  müalicə  və  digər  yardım  göstərilməsi 
psixonevroloji  dispanserlər  (PND)  və  əhalisi  nisbətən  az  olan  rayonlarda  yaradılmış  psixiatriya 
kabinələri  (PK)  tərəfindən  həyata  keçirilir.  Xəstələrin  vəziyyəti  ağırlaşdıqda  onları  xəstəxanaya 
göndərirlər. Göstərilən tədbirlərin həyata keçirilməsi üçün xəstələr yaşadıqları əraziyə xidmətdən PND 
və ya PK-də qeydiyyata alınmalıdırlar. 
İctimai  təhlükəli  hərəkətlərə  meyl  göstərən  xəstələrə  qarşı  ciddi 
diqqət  (aqressiv  məzmunlu  sayıqlamalar,  imperativ  hallüsinasiyalar, 
kəskin  oyanma  vəziyyəti,  özünə  sui-qəsdə  fikirləri  olduqda) 
yetirilməlidir. Belə xəstələri təcili olaraq stasionara yerləşdirmək tələb 
olunur.  Əmək  qabiliyyətini  itirmiş  kobud  qüsurlu  xəstələri,  son  illər 
ictimai təminat nazirliyinin internatlarına  yerləşdirmək məqsədəuyğun 
sayılır. 
Reabilitasiya 
(yenidənuyğunlaşma)-xəstəlik 
əlamətlərinin 
aradan qaldırılması və normal həyat fəaliyyətinin bərpasına yönəldilən 
tədbirlər 
sistemidir.  Şizofreniyaya  tutulmuş  şəxslərin  əmək 
qabiliyyətinin  və  ictimai  mövqelərinin  bərpası  aşağıdakı  tədbirlərlə 
həyata keçirilir. Xəstənin normal həyat fəaliyyətini təmin edən mühitin 
yaradılması,  məqsədəuyğun  əmək  fəaliyyətinin  təmin  olunmasıdır. 
Reabilitasiya  tədbirləri  xəstəliyin  ilkin  mərhələsində  başlamalı  və  vahid  müalicə  sisteminin  ayrılmaz 
hissəsi  olmalıdır.  Yenidən  uyğunlaşma  tədbirlərinin  həcmi  və  üsulları  xəstəliyin  şiddətindən,  yəni 
gediş  formasından  və  remissiyanın  keyfiyyətindən  asılı  olaraq  müəyyənləşdirilir.  Xoşxassəli  gedişə 
malik şizofreniya zamanı başlıca məqsəd keyfiyyətlə müalicədən sonra xəstələrin öz əvvəlki peşələrinə 
qaytarılmasından  ibarət  olmalıdır.  belə  olarsa,  nəinki  əmək  vərdişlərini,  eyni  zamanda  ictimai-şəxsi 
əlaqələrini də tezliklə bərpa edə bilər. Uzun müddət xəstələrin sevdikləri peşədən ayrılmaları, ictimai 
faydalı  əməklə  məşğul  olmamaları  onlarda  peşə  vərdişlərinin  azalmasına,  adamlara  qarşı 
yadlaşmalarına  və  nəhayət  lüzumsuz  hərəkət  etmələrinə  səbəb  olur.  Gündüz  stasoinarlarında  həyata 
keçirilən  əmək  prosesi  tədricən  xəstələrin  ümumi  halının  yaxşılaşmasına  və  nəhayət  adi  istehsalat 
sahələrinə göndərilməsinə imkan verir. 
Qulluq-  Şizofreniyanın  klinik  mənzərəsi  olduqca  müxtəlifdir,  xəstələrə  qulluğun  və  nəzarətin 
xüsusiyyətləri  əsas  simptomlara  görə  müəyyən  edilir.  Şizofreniyanın  əsas  simptomu  olan  katatonok 
stupor-zamanı əzələ tonusunun xeyli artması və fəallıqla fərqlənir. Xəstələrə qulluq etmək çox çətindir. 
Tibb işçisi unutmamalıdır ki, belə xəstələrdə stupor gözlənilmədən xəstənin özü və ətrafdakılar üçün 
təhlükəli  çılğınlıq  və  qəzəbli  hərəkətlərlə  əvəz  oluna  bilər.  Buna  görə  də  xəstənin  üzərində  ciddi 
nəzarət təmin edilməlidir. Tibb işçisi stuporlu xəstələrə qulluq əsasında gigiyena tədbirlərini də həyata 
keçirir,  xəstələrin  bağirsaqlarının  fəaliyyətinə  fikir  verir,  onları  yedizdirir.  Ən  çətini  xəstələrin 
yedizdirilməsidir, çünki onlar bərk müqavimət göstərirlər. belə hallarda onları zondla yedizdirmək, ya 
da  amital  kofein  tətbiq  etməklə  tormozlanmanı  dayandırmaq  lazımdır;bəzən  bundan  sonra 
yedizdirməyə başlamaq  mümkün olur. Xəstənin  yedizdirilməsi  mümkün  olmadığı  hallarda parenteral 
qidalanma təyin edilir.  

Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya 
 
ġöbə: “Mamalıq iĢi”
 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 
 149
 
 
MÖVZU 12 
 
MANĠKAL DEPRESSĠV PSĠXOZ ZAMANI MANĠKAL VƏ DEPRESSĠV 
VƏZĠYYƏTĠ ARADAN GÖTÜRMƏK ÜSULLARI 
 
Depressiya – vəziyyəti cox vaxt özünü öldürmək fikri və ona təşəbbüs ilə müşayıət olunur. Buna 
görə də deppressiv xəstələr psixiatriya şöbəsinin ən ağır və təhlikəlı kontingetidir. Onlar müşahıdə və 
nəzarət  altında  saxlanan  palatada  olmalı  və  tibb  işçisi  bu  palataya  bütün  sutka  ərzində  nəzarədt 
etməlidir.  Xəstələr  özlərinə  qəsd  meyillərini  həyata  keçirmək  üçün  qeyri  adi  hiyləgərliyə  əl  atırlar: 
şöbəyə  iti  şeylər  gətirir,  qayçı  və  ülgücləri  oğurlayırlar,  şüşə  parçaları  axtarıb  tapır  və  ya  şüşə 
sındırırlar  ki,  bunlarla  venalarını  kəssinlər,  yaxud  qaşıq,  açar  kimi  şeyləri  udur,  özlərini  zəhərləmək 
üçün  dərman  yığır,  paltar  və  camaşırdan  sərid  düzəldib  özünü  asmağa  və  ya  adyal  altında  özünü 
boğmağa çalışırlar, habelə başlarını divara . batareyaya vururlar. Bunu nəzərə alaraq tibb işçisi hər gün 
xəstənin  yatağını,  paltarının  ciblərini  və  çarpayının  yanındakı  tumbaları  yoxlamalı,  dərman  qəbul 
etdikdən  sonra  xəstənin  ağzına  baxmalı,  xəstələrin  başını  odeyalla  örtməsinə  icazə  verməməli, 
ayaqyoluna  gedən  xəstələri  müşayıət  etməli  və  yemək  zamanı  da  onlara  göz  qoymalıdır.  Depressiya 
dövründə  tormozlanma  o  dərəcəyə  çatır  ki,  xəstələr  günlərlə  yataqda  qalır,  suallara  cavab  vermir, 
yeməkdən imtina edir və təmizliyə riayət etmirlər. belə hallarda tibb işçisi onları öz əli ilə və ya zond 
vasitərilə  yedizdirir.  Hər  gün  onların  yatağını  yenidən  döşəyib  hazırlayır,  yataq  yarasının  qarşısını 
almaq  üçün  xəstələrin  yanlarına  və  arxalarına  kamfora  spirti  sürtür,  bağırsaqların  və  sidik  kisəsinin 
vaxtında boşalıb təmizlənməsinə fikir verir. 
Maniakal  sindrom – zamanı əhval-ruhiyyənin yüksəlməsi, həddindən çox danışma və fəallıqla 
xarakterizə  olunur.  Tibb  işçisi  belə  xəstələri  daim  nəzarət  altında  saxlamalı  və  həmişə  təmkinli  və 
mülayim  rəftarı  ilə  onları  sakitləşdirməyə  çalışmalıdır.  Bu  xəstələr  ixtişaş  törətdikcə  onları  yola 
gətirməyə və sakitləşdirməyə çalışmaq lazımdır. Bu xəstələrin diqqətini tez yayındırmaq və başqa bir 
şeylə maraqlandırmaq, onları sakitləşdirmək asandır. lakin seksual tormozlanmanın pozulmasına görə 
kişilərin  şöbəsində  iş  aparmaq  çətindir.  Belə  xəstələri  prosedura  keçirmək  üçün  ayrıca  kabinetə 
çağırmaq,  onlara  arxa  çevirmək  olmaz.  Onları  daim  nəzarət  altında  olan  palatada  saxlamaq,  dərman 
qəbul etmələrinə fikir vermək lazımdır. Tibb işçisi xəstənin dərmanı gizlicə tüpürüb atdığını müşahidə 
etdikdə həkim təyinatı üzrə dərmanı əzələyə vurur. Xəstələrə təcili yardım göstərmək lazım gəldikdə, 
hər hansı səbəbə görə həkimin tez gəlməsi mümkün deyilsə, tibb işçisi xəstəyə 2-4 ml aminazin və ya 
tizersin məhlulunu 1 ml kofein və 1 ml dimedrol ilə birlikdə vurur. 
 

Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya 
 
ġöbə: “Mamalıq iĢi”
 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 
 150
 
 
MÖVZU 13 
 
BAġ BEYĠN ATEROSKLEROZU, SENĠL VƏ PRESĠNĠL PSĠXOZLAR 
ZAMANI TĠBB ĠġÇĠSĠNĠN TAKTĠKASI 
 
Xəstələrin  işi  yüngülləşdirilməli,  istirahəti  çox  olmalı,  yuxuları  bərpa  edilməlidir.  Xolesterinli 
qidanı  kəskin  azaltmaq  lazımdır.  Siqaret  çəkməməlidir.  Müalicəmnin  əsas  məqsədi  qan  təchizatını 
normaya  salmaqdır  (spazmı  aradan  qaldfırmaq).  Bu  məqsədlə  hipotenziv,  damargenəldici  (amizil, 
belladonna), antiadrenergik  (pirroksan), qanqloblokator (pirilen, benzoqekson)  preparatlardan istifadə 
edilir.  Psixonevroloji  əlamətləri  aradan  qaldırmaq  üçün  trankvlizatorlar  (sibazon,  tazepam), 
yuxugətirici  maddələr  (rudotel,  radedorm  və  s.)geniş  şəkildə  işlədilməlidir.  Depressiya,  həyəcan  və 
digər  affektiv  əlamətlər  olarsa  antidepressantlar  (azefan,  amitriptilin,  gerfonal)  tətbiq  edilə  bilər, 
psixoterapevtik tədbirlərin əhəmiyyəti xüsusi qeyd olunmalıdır. 
Ürək  –  damar  sisteminin  vəziyyətinə  uyğun  lazımi 
terapevtik  tədbirlər  həkim-kardioloqun  məsləhəti  ilə 
görülməlidir. Tək-tək hallarda təsadüf edən psixotik halları 
aradan  qaldırmaq  üçün  kiçik  dozalarda  psixotrop 
maddələrdən  də  istifadə  edilməlidir  (rezerpin,  trisedil, 
xlorprotiksen  və  s.).  Xəstənin  somatik  vəziyyətindən  asılı 
olaraq  müəyyən  tədbirlər  görülməsi  unudulmamalıdır. 
Kompleks  müalicə  üsullarını  planlaşdırarkən  serebral 
ateroskleroza  səbəb  olan  amillərə  qarşı  pofilaktika 
tədbirlərini  ön  plana  çəkmək  vacib  məsələlərdəndir. 
Hormonal 
preparatlardan 
noretisteron-asetatdan, 

cümlədən,  anobalik  streoidlərdən  (nerobol,  retobalil), 
biostimulyatorlardan 

aminalondan, 
ensefaboldan, 
pirasetamdan  istifadə  etmək  məsləhət  görülür.  Müalicənin 
gedişində  qan  təzyiqinə  nəzarət  edilməli,  istirahət  rejiminə  ciddi  əməl  olunmalıdır.  Bu  psixozlar 
zamanı  xəstələr  üzərində  diqqətlə  müşahıdə  aparılır.  Xəstələrə  qulluğun  spesifik  xüsusiyyətləri 
aşağıdakılardır:  xəstələri  intihar  meyli  təqib  edir,  öz  niyyətlərini  həyata  kecirmək  üçün  qeyri-adi 
fənnlər  işlədirlər.  Belə  xəstələr  daim  tibb  işçisinin  qayğı  və  nəzarətinə  möhtac  olurlar.  Tibb  işçiləri 
sanitar-gigiyena tədbirlərinin həyata keçirilməsinə, xəstələrin düzgün qidalanmasına fikir verməlidirlər. 
Dispanser  tibb  işçiləri  xəstələrin  patronajı  zamanı  belə  xəstələrin  vəziyyətinin  xüsusiyyətini  onların 
qohumlarına  bildirməli  və  lazım  olan  hallarda  onların  üzərində  daimi  nəzarət  qoyulmasını  tələb 
etməlidirlər. 
Yeməkdən imtina – yedizdirilməyə müqavimət bir çox psixi xəstələrdə müşahidə olunur. Bu hal 
müxtəlif  səbəblərdən:  özünü  öldürməyə  qəsd  niyyəti,  zəhərlənmə  qorxusu,  yeməyi  qadağan  edən  və 
yeməyə  əmr  edən  “səsləri”eşitmə  hallüsinasiyası,  neqativizm,  katatonik  və  ya  depressiv  stupor 
nəticəsində  baş  verə  bilər.  Belə  hallarda,  birinci  növbədə,  xəstəyə  yeməyi  qaşıqla  yedizdirməyə 
çalışmaq lazımdır. Xəstədə yeməyə həvəs və iştahanı artırmaq məqsədilə dəri altına 4-7 vahid insulin 
yeridirlər. Bundan sonra 1-2 saat ərzində onu yedizdirməyə və ona şirin çay içirtməyə təşəbbüs edirlər. 
Buna nail olmadıqda xəstənin venasına 20 ml 40%-li qlükoza məhlulu yeridirlər. Xəstəni yedizdirmək 
mümkün olmadıqda amital-kofeinlə tormozlanmanı aradan qaldırma tədbiri əldə edirlər. Bundan ötrü 
xəstəyə  dəri  altına  0,2  q  kofein  və  5  dəqiqə  keçdikdən  sonra  venaya  5  ml  5%-li  barbamil  yeridilir. 
Prosedur  keçdikdən  sonra,  gəyirmə  və  ya  qusmanın  qarşısını  almaq  üçün  xəstə  1  saat  ərzində 
uzanmalıdır, bundan əlavə, tibb işçisi, həkimin təyinatına görə xəstəyə dəri altına 250-300 ml natrium 
xloridin izotonik və 5%-li qlükoza məhlulu, habelə C və B qrupu vitaminləri yeridilir.  

Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya 
 
ġöbə: “Mamalıq iĢi”
 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 
 151
 
 
MÖVZU 14
  
EPĠLEPSĠYA ZAMANI TĠBB ĠġÇĠSĠNĠN TAKTĠKASI 
  Epileptik tutma zamanı çox vaxt xəstəni uzandıraraq əl və ayaqlarını tutub saxlamaq, başı altına 
yastıq  qoymaq  lazımdır.  Dilin  dişləməsinə  yol  verməmək  üçün  xəstənin  dişləri  arasına  tənzifə 
bükülmüş  qaşıq  qoymaq,  ağız  suyu  udulmaqla  boğulmanın  qarşısını  almaq  üçünsə,  xəstənin  başını 
yana  çevirmək  lazımdır  .  Tutma  zamanı  xəstəni  güclə  saxlamaq  olmaz,  çünki  güc  tətbiq  edilməsi 
sınıqlara səbəb olur . Qıcolma tutmaları qurtarana qədər tibb işçisi 
xəstənin  yanında  olmalıdır.  Xəstələrə  50  ml  suya  2-3  qr  xloral  - 
hidrat daxil edilməklə imalə təyin edilir, epilepsiya tutmaları olan 
xəstələrə  kordiamin,  korazol,  kamfora  vurulmur,  çünki  bu 
preparatlar  özləri  qıcolmanı  törədir.  Tutmadan  sonra  xəstəni 
ayıltmaq olmaz. 
Müalicə və profilaktikası: Təcrübədə özünü doğrultmuş və 
hazırda  geniş  tətbiq  edilən  preparatlardan  benzonal,  heksamedin, 
fenobarbital,  difenin,  trimetin,  finlepsin,  fenozepam,  seduksen 
(relanium)  göstərmək  olar.  Tez-tez  təkrar  olunan  generalizə 
olunmuş  tutmaları  aradan  qaldırmaq  məqsədilə  heksamidin, 
difenin,  fenobarbitaldan  istifadə  edilir.  Kiçik  tutmalarda,  absans 
halı  baş  verərsə  trimetin,  pufemid  yaxşı  təsir  göstərir.  Epileptik 
statusun müalicəsi:  
1. 0,5%-li seduksen 4 ml + 40%-li qlükoza 16 ml v/d.  
2. natrium oksibutirat 100-150 mq/kq + 5% -li qlükoza damcı ilə v/d 
3. litik qarışıq: 50%-li analgin 2 ml + 1%-li dimedrol 2ml+0,5%-li novokain 2 ml 
4. dehidratasiya aparılır: 2%-li laziks 1-2 ml ə/d 
5. 10%-li kalsium xlorid 
6. 10%-li kalsium qlükonat 
7. 1%-li adenozintrifosfat turşusu –ATF 
8. 5%-li piridoksin hidroxlodid –B
6
 
9.
 
Ağız boşluğunun təmizlənməsi

xloral hidratla imalə və s. tətbiq edilir.  
  
BaĢ beynin üzvi zədələnmələri nəticəsində baĢ verən psixozlar zamanı tibb 
iĢçisinin taktikası 
  Beyin  qan  və  likvor  dövranının  normallaşması,  beyin  ödeminin  qarşısını  almaq  məqsədi 
daşıyan  bütün  tədbirlər  görülməlidir.  Açıq  zədələnmələr  zamanı  infeksiya  və  çirklənmənin  qarşısı 
alınmalıdır. Xəstə stasionara çatdırıldıqdan sonra ciddi yataq rejimi, tam sakitlik təmin olunmaqla, ilk 
növbədə,  neyrocərrahın  rəhbərliyi  altında  müalicə  tədbirləri  başlanmalıdır.  Kəllədaxili  təzyiq  yuxarı 
olarsa mütləq, ehtiyatla haram ilik mayesi buraxılmalıdır. Travmadan sonrakı mərhələdə dehidratasion 
terapiyaya  başlanmalıdir.  Bu  məqsədlə  vena  daxilinə  25%-li  maqnezium  sulfat,  10%-li  natrium 
tiosulfat,  1%-li  laziks  məhlulu  yeridilməlidir.  Əsas  müalicə  tədbirləri  beyin  ödeminin  qarşısının 
alınmasına  yönəldilməlidir.  Mannitol,  qlikokortikoidlər,  deksametazon  və  bu  kimi  digər  dərman 
maddələrindən geniş istifadə olunur. Düşüncə pozuntuları və psixomotor oyanma olarsa vena daxilinə 
və  ya  əzələyə  aminazin,  seduksen,  tizertsen  və  s.  maddələr  yeritmək  olar.  Halüsinator  -  sayıqlama 
əlamətləri varsa digər neyroleptiklərdən istifadə olunur. Həmin maddələri bir neçə gündən sonra peros 
vermək  məsləhətdir.  Cəngolma  əlamətləri  qeyd  olunarsa,  müvafiq  dərman  maddələri  (benzonal, 
difenin, lüminal, kofein qarışığı və s.) tətbiq edilməlidir. Travmanın uzaq dövrlərində baş verə biləcək 
psixonevroloji pozuntuların qarşısını almaq məqsədilə müalicə uzun müddətli, bütün əlamətlər aradan 
qaldırılana qədər aparılmalıdır. Kəllə travması keçirmiş şəxslər təqribən 10-12 il həkim nəzarəti altında 
olmalı, lazım  olarsa profilaktik müalicə qəbul  etməlidirlər. Bərpa dövründə ümumi  möhkəmləndirici 
maddələrdən  və  fizioterapevtik  tədbirlərdən,  kiçik  trankvlizatorlardan,  nootrop  maddələrdən,  vitamin 
preparatlardan  geniş  istifadə  olunmalıdır.  Xəstələrə  müvafiq  pəhriz  (duz  –  maye  qəbulunun 
azaldılması), yüngül əmək, istirahət və iş rejiminə riayət etmək məsləhət görülür.  

Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya 
 
ġöbə: “Mamalıq iĢi”
 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 
 152
 
 
MÖVZU 15 
 
NEVROZLAR, REAKTĠV PSĠXOZLAR ZAMANI  
MÜAYĠNƏ VƏ MÜALĠCƏDƏ ĠġTĠRAK 
 
  Nevrozlar  zamanı  kobud  psixi  pozuntular:  hallüsinasiyalar,  sayıqlama  fikirləri,  ağıl  zəifliyi, 
katatonik  əlamətlər  olmur.  Bir  sıra  hallarda  nevrozları  süst  gedişli  şizofreniyadan  təcrid  etmək  xeyli 
çətinlik törədir. Nevrozabənzər əlamətlərlə gedən şizofreniyanın bu forması, diqqəti cəlb edən kobud 
neqativ  əlamətlər  vermir  və  xəstələr  uzun  müddət  əmək  qabiliyyətini  itirmirlər.  Nevrozlardan  fərqli 
olaraq süst gedişli şizofreniya zamanı obsessiv kompulsiv, fobik, ipoxondrik-senestopatik və digər bu 
kimi  əlamətlər  kifayət  qədər  qabarıq  ifadə  olunur.  Nevrozların  klinikasında  xəstə  öz  şikayətlərinə 
yüksək emossionallıqla, ürək ağrısı ilə yanaşır. Şizofreniyada isə belə əlamətlər abstrakt, yersiz, əcaib 
olmasına baxmayaraq sanki xəstəni narahat etmir, onda nəzərə çarpacaq emosional reaksiyalara səbəb 
olmur.  
Müalicə  və  profilaktikası.  Nevrozların  müalicəsində  psixoterapiya  üsullarının  səmərəliliyi 
təkzib  edilməzdir.  Bunun  la  yanaşı  psixoterapiyanın  digər  üsullarından  da  (hipnoz  yuxusu  altında 
təlqin, autogen məşq və s.)geniş istifadə edilməlidir. Nevrozların terapiyasında dərman preparatları ilə 
müalicəyə,  kurort  amillərinə,  fizioterapiya  üsullarına  geniş  yol  verilməlidir.  Nevrozların  bütün 
formalarında tez-tez təsadüf edilən yuxu pozuntularını aradan qaldırmaq üçün hipnotik təsir göstərən 
psixofarmakoloji preparatlardan sonapaks (10-75 mq), fenazepam (0,5-2 mq), tizersin (5-25 mq) geniş 
işlədilir. Yuxunu yaxşılaşdıran maddələrdən : amitriptilin-12,5-50 mq, rudotel -5-10 mq, trioksazin-1-2 
tab.  relanium  5-10  mq,  seduksen-25  mq  və  s.  istifadə  etmək  faydalıdır.  Tormozlanma  və  oyanma 
proseslərinin  dinamikasınin  pozulmasını  nəzərə  alaraq  Pavlov  məhlulundan  (Sol.  Natrii  bromati  1-
2  %-li  200  Coff.  Natrii  benzoici  0,4-0,8  q)  istifadə  etmək  məsləhət  görülür.  Bu  qarışığa  pişik  otu 
damcısı və ya dəmləməsi də əlavə etmək olar. Nevrozların kompleks müalicəsində vitaminlərdən geniş 
istifadə  olunmalıdır.  Maraqlı  idman  oyunları,  müxtəlif  mədəni  kütləvi  tədbirlər,  açıq  havada  gəzinti 
çox faydalıdır. Reaktiv psixozların meydana çıxmasına səbəb olan psixogen amil (şəxsin həyatında baş 
vermiş  faciəli  hadisələr,  təbii  fəlakətə  məruz  qalmaq,  azadlıqdan  məhrum  olmaq,  vəzifəsini  itirmək 
qorxusu və s.) aşkar edildikdən sonra məsələ dərhal aydınlaşır və dəqiq diaqnoz qoyulur. Şizofreniya 
xəstəliyi  zamanı  depressiyanın  xarakteri  öxünəməxsus  tərzdə  sönük  və  məzmunsuz  olur.  Xəstə  ilə 
psixoloji  kontakt  asan  olmur,  istirablarını  aşkar  etmək  istəmir,  maraq  dairəsi  məhdudlaşır.  Reaktiv 
psixozlarda  sayıqlama  fikirləri  yalnız  psixogen  amil  ətrafında  toplanır,  şizofreniyada  isə  getdikcə 
mürəkkəbləşir. 
Yüklə 6,01 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin