Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya ġöbə: “Mamalıq iĢi”


NƏZARƏT VƏ QULLUĞUN ƏSAS PRĠNSĠPLƏRĠ



Yüklə 6,01 Mb.
Pdf görüntüsü
səhifə25/27
tarix27.11.2019
ölçüsü6,01 Mb.
#29707
1   ...   19   20   21   22   23   24   25   26   27
Sinir ruhi xəstəlikləri və tibbi psixologiya


NƏZARƏT VƏ QULLUĞUN ƏSAS PRĠNSĠPLƏRĠ 
 
  Psixiatriya  stasionarında  tibb  işçisinin  işinin  xüsusiyyətləri  psixi  xəstəliklərin  cərəyanının 
spesifikliyinə  görə  müəyyən  edilir  .  Adi  psixiatriya  xəstəxana  şöbəsi  ikiyarım  hissədən  –  narahat  və 
sakit, ya da sanatoriya bölmələrindən ibarətdir. Şöbənin narahat xəstələr bölməsində xəstəliyin kəskin 
(iti)  formasını  keçirən  –  psixomotor  coşğunluq  və  ya  stupor  vəziyyətində,  qeyri  normal  davranışlı, 
hallüsinasiyalı və sayıqlayan xəstələr olur. Bu vəziyyətdə olan xəstələr həm özləri, həm də ətrafdakı 
şəxslər  üçün  təhlükəli  olduqlarına  görə,  onların  üzərində  bütün  sutka  ərzində  nəzarət  qoyulur  . 
Onlardan bəziləri nəzarət altında palataya qoyulur. Bu palatada sanitar və tibb işçisindən ibarət daimi 
nəzarət  postu  olur.  Şöbənin  sakit  xəstələr  (sanatoriya)  bölməsinə  sağalma  dövründə  olan  xəstələr 
köçürülür.  Bu zaman onlar artıq özlərinə qulluq edə bilirlər, həm  də istər özləri, istərsə də ətrafdakı 
şəxslər üçün təhlükəli  olmurlar. Psixiatriya şöbəsinin qapıları həmişə bağlı və qıfıllı olur, açarlar isə 
şöbənin həkiminə və ya tibb işçilərində saxlanılır. Şöbənin pəncərələrinə isə dəmir barmaqlıq, tor və 
sınmayan  şüşə  salınır.  Həm  də  ancaq  barmaqlıq  çəkilmiş  pəncərələrin  açılmasına  icazə  verilir, 
palatanın nəfəslikləri isə ancaq xəstələrin qalxa bilmədikləri hündürlükdə olmalıdır. Tibb işçisi şöbədə 
əyninə  xalat  geyməli  və  başına  ləçək  bağlamalıdır  .  Parlaq  rəngli  kosmetika  və  bəzəklərdən  imtina 
etməlidir,  ələlxüsus  muncuq  və  sırğa  taxmamalıdır,  çünki  xəstələr  çılğın  olduqda  tibb  işçisinin 
sırğalarını dartıb qoparmağa və  ya onu boynundakı  muncuqlarla boğmağa cəhd edə bilərlər. Şöbədə 
eyni zamanda müxtəlif funksiyaları ifa edən bir neçə tibb işçisi də ola bilər . Tibb işçilərinin hamısı 
üçün əməl edilməsi məcburi olan ümumi qaydalar mövcuddur. Bu qaydalara əsasən əvvəla xəstələrə, 
hətta  onlar  aqressiv  hərəkətlərə  cəhd  etdikdə  belə,  təmkinlə,  xeyirxahlıq  və  qayğı  ilə  yanaşmaq 
lazımdır.  Tibb  işçisi  eyni  zamanda  ayıq  və  həmişə  yadında  saxlamalıdır  ki,  psixi  xəstələr 
gözlənilməyən  hərəkətlər  edə  bilərlər  və  bunlar  bəzən  faciəli  nəticələr  verə  bilər.  Şöbənin  bütün 
qapılarının  həmişə  bağlı  olmasına  açarların  istər  xəstələrin  və  istərsə  də  onların  qohumlarının  əlinə 
düşməməsinə fikir verməlidir. Çox vaxt xəstələr qapıları qaşıq sapı, çöplər və məftil vasitəsilə açmağa 
çalışırlar. Buna görə tibb işçisi hərdənbirxəstələrin ciblərini, çarpayı yanındakı tumbuçkaları axtarır və 
xəstələrin  yatağını  yoxlayır  .  Bundan  əlavə,  şöbənin  bütün  qapıları  həmişə  tibb  işçilərinin  diqqətli 
nəzarəti  altında  olmalıdır.  Xəstələrin  dərmanı  müstəqil  götürmələrinə  də  icazə  verilməməlidir. 
Xəstənin dərmanı udub - udmamasını yoxlamaq lazımdır. Bundan ötrü xəstənin ağzını açmalı və dilini 
qaldırmasını  xahiş  etməli  və  ya  onun  ağız  boşluğunu  şpatellə  yoxlamalıdır.  Xəstə  topladığı 
dərmanlardan  özünü  öldürmək  üçün  istifadə  edə  bilər  .  Tibb  işçisi  həmçinin  xəstələrə  kompress  və 
sarğı  qoyarkən  onların  tənzif  və  bint  yığmamalarına  fikir  verməlidir.  Sarğı  materialı  da  özünə  qəsd 
üçün  istifadə  oluna  bilər.  Növbətçi  tibb  işçisinin  vəzifəsi  bütün  sutka  ərzində  xəstələrə  nəzarət  və 
qulluq  etməkdir.  O,  gündəlik  intizam  qaydalarına,  gecə  yuxusunun,  nahardan  sonrakı  istirahətin, 
müalicəvi əməyin lazımi qədər olmasına, xəstələrin yeməyinə, sanitariya-gigiyena tədbirlərinin yerinə 
yetirilməsinə  nəzarət  edir.  Xəstələr  həftədə  bir  dəfə  vanna  qəbul  edirlər  və  bu  zaman  yataq  camaşırı 
dəyişdirilir. Zəifləmiş, habelə intihar meyli olan xəstələrə xüsusi diqqət yetirilir. Tibb işçisi gəzintiyə 
çıxarılan xəstələrin sayını bilməli və qaçmaq, yaxud intihar etmək istəyənlərə xüsusi fikir verilməlidir.  
  Xəstəstələrin  qohumları  hər  gün  müəyyən  edilmiş  gün  və  saatlarda  onlara  yemək  gətirir  və 
görüşə gəlirlər . Tibb işçisi xəstələrə göndərilən vərəqə və məktubları həkimin xəbəri olmadan onlara 
verməyə, habelə xəstələrlə görüşə və telefonla danışmağa icazə verməyə ixtiyarı yoxdur. Gətirilən və 
görüş  zamanı  verilən  şeylər  arasında  kəsici  və  sancıcı  şeylər,  şüşə  bankalarda  və  konserv  şəklində 
ərzaq, coşdurucu içkilər, kibrit, papiros olmamalıdır. Tibb işçisi xəstələr üçün gətirilmiş bütün şeyləri 
xüsusi şkafda saxlayır və lazım olduqda onlara verir. Tibb işçisi xəstələr üçün gətirilmiş bütün şeyləri 
xüsusi  şkafda  saxlayır  və  lazım  olduqda  onlara  verir.  Tibb  işçisi  xəstələr  üzərində  müşahidələrini 
növbə jurnalın da qeyd edir və sonra bunu əvəzedici növbətçiyə təhvil verir . Həmin jurnalda xəstələrin 
vəziyyətində əmələ gəlmiş dəyişikliklər, onların hərəkət, davranış və danışıqlarının xüsusiyyətləri qeyd 

Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya 
 
ġöbə: “Mamalıq iĢi”
 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 
 142
 
 
edilir. Uşaq və qoca xəstələr üçün şöbələrdə  tibb personalının  işinin xüsusiyyətləri xəstələrin  yaşı  ılə 
əlaqədardır.  Belə  bölmələrdə  xəstələrə  qulluq  və  onların  yerləşdirilməsi  əsas  əhəmiyyət  kəsb  edir. 
Gözlənilmədən  psixomotor  coşğunluq  baş  verdikdə  xəstəni  saxlamaq  lazım  gəlir.  Tibb  işçisi  coşğun 
xəstələri  saxlamaq  qaydalarını  bilməlidir.  Bununla  xəstənin  özünü  və  ətrafdakıların  zədələnməsi 
ehtimalınin qarşısını almaq mümkün olur. Xəstəyə yaxınlaşan şəxs əlində adyal tutmalıdır ki, xəstənin 
vura  biləcəyi  zədələr  yumşaldılsın  .  Xəstəni  uzadıb  yataqda  saxlamağa  çalışmaq  lazımdır.  Bu  zaman 
bir  nəfər  onun  dizlərindən  yuxarı  qıçlarından  tutub  saxlayır.  Xəstəni  alnı  üzərindən  çəkilən  dəcmalla 
çarpayıya  bağlayırlar,  lakin  alına  əllə  basmaq  olmaz.  Coşğunluq  uzun  çəkdikdə  xəstənin  qısa 
müddətdə  çarpayıya  bağlanmasına  icazə  verilir.  Bundan  ötrü  uzun  lentlərdən  və  xəstənin  bilək  və 
topuqlarına geydirilən corablardan istifadə edilir . Bunların uclarını çarpayının çərçivəsinə bağlayaraq 
xəstəni  çarpayida  təsbit  edirlər.  Xəstəni  başqa  palataya  köçürmək  üçün  ona  arxa  tərəfdən  yanaşır, 
qollarını xaçvari yerləşdirərək onunla yanaşı gedirlər. Bu zaman xəstəni iki tibb işçisi müşayiət edir. 
Onlardan  hər  biri  xəstənin  qolunu,  biləklərinin  dirsəkdən  tutur,  bu  vaxt  xəstənin  qarşısında  getmək 
olmaz, çünki o, qabaqda gedən işçiyə başı və ayaqları ilə zərbə endirə bilər.  
  Psixi xəstələrə qulluğun xüsusiyyətləri üç əsas amilə:  
1. psixi xəstələrin umulmazlığına, yəni hərəkətlərinə cavabdeh olmamasına; 
2. kəskin psixomotor coşğunluq inkişaf etməsi ehtimalına, özünü öldürmə təmayülünə, yəni istər 
xəstənin özünə və istərsə də ətrafındakı xəstələrə qarşı yönəldilə bilən antisosial xassəli hərəkətlərə; 
3.  süstlük  hallarının  tez-tez  baş  verməsinə,  yeməkdən  imtina  etməyə,  özünə  qulluq  etmə 
qabiliyyətsizliyinə əsasən müəyyən edilir.  
  Psixiatriya  yardımı  –  ruhi  xəstələr  psixatriya  xəstəxanasına  rayon  psixiatrının  göndəriş 
vərəqəsi  üzrə,  habelə  xəstələrin  özləri  və  ətrafdakılar  üçün  təhlükə  törədən  təcili  sənədlərə  antisosial 
davranışlara  görə  daxil  olurlar.  Psixatriya  xəstəxanasına  qəbul  şöbəsi,  ümumi  tipdə  kişi  və  qadın 
şöbələri,  habelə  narkoloji  şöbə,  məhkəmə  psixatriyası,  uşaq  psixiatriyası  və  s.  kimi  bir  sıra 
ixtisaslaşdırılmış şöbələr daxildir. Qəbul şöbəsində tibb işçisi xəstənin soyunmasına kömək edir, onun 
başının  və  bədənin  tüklü  hissələrini  nəzərdən  keçirir,  sanitariya  təmizliyini  yoxlayır.  Xəstələrin 
nəzarətsiz,  açıq  pəncərələr  yanında  qoymaq,  xəstələrin  yanında  arxası  onlara  çevrilmiş  halda 
dayanmaq olmaz. Xəstəxanadan kənar psixiatriya yardımı psixonevroloji dispanserlər (PND)tərəfindən 
həyata keçirilir. Bunlar müəyyən rayonlara xidmət edirlər. Bəzi TND- lər nəzdində gündüzlər işləyən 
dispanserlər və müalicə əməyi emalatxanaları vardır. Tibb işçisi MƏE-də işləmək üçün ictimai  əmək 
reablitasiyasının  əsas  prinsipləri  ilə  tanış  olmalı,  xəstələrin  vəziyyəti  və  davranışlarına,  onların 
müntəzəm  olaraq  dərman  qəbul  etməsinə  fikir  verməlidir  .  Xəstələrin  vəziyyətinin  pisləşməsindən, 
onların  əhval  -  ruhiyyəsinin  dəyişməsindən,  onlarda  sayıqlama  hallarının  şiddətlənməsindən 
şübhələndikdə  bu  haqda  həkimi  xəbərdar  etməlidir  ki,  xəstələri  vaxtında  xəstəxanaya  göndərmək  və 
müalicədə dəyişikliklər etmək mümkün olsun.  
 
Psixofarmokoterapiya 
 
  Psixofarmokoterapiya  -  psixi  xəstələrin  psixotrop  vasitələrlə  -neyroleptik  dərmanlarla, 
antidepressantlarla, trankvilizatorlarla müalicəsidir.  
Neyroleptiklər  əsasən  psixozların  coşğunluq  vəziyyətini  effektiv  surətdə  dayandırır,  sayıqlama 
və  hallüsinasiyanın  əksinə  inkişafına,  təfəkkür  və  davranışın  qaydaya  salınmasına  səbəb  olur. 
Aminazin-aşkar  sedativ  (sakitləşdirici)xüsusiyyətlərə  malikdir.  Əsasən  psixomotor  coşğunluğun 
dayandırılması üçün 75-100 mq  dozası  1 ml  dimedrol  və 1 ml kordiaminlə birlikdə əzələyə vurulur. 
Antideprenssantlar  –  depressiv  simptomlara  təsir  edir.  Bu  qrupa  aid  əsas  dərmanlar:  imizin, 
melipramin  və  amitriptillindir.  Trankvilizatorlar  –  sakitləşdirici  təsir  göstərir,  qorxu,  təlaş,  gərginlik 
duyğusunu  aradan  qaldırır,  habelə  yuxunu  normallaşdırır.  Bu  qrupdan  ən  çox  yayılmış  dərmanlar; 
trioksazin,  diazepam,  seduksen,  xlordiazipoksiddir,  elenium.  Bütün  psixotrop  dərmanları  ancaq 
yeməkdən  sonra  qəbul  edirlər.  Bu  dərmanların  südlə  içilməsi  tövsiyyə  olunur.  Tibb  aşçisi  aşağıda 
göstərilən bu cür əsas pozğunluqları bilməli və bu halda təcili yardım göstərməyi bacarmalıdır 
   

Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya 
 
ġöbə: “Mamalıq iĢi”
 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 
 143
 
 
1. Əlavə nevroloji effektlər:  
a)  Parkinsonizm  –  klinik  mənzərə  üzrə  yuxarıda  təsvir  etdiyimiz  titrəyişli  iflicdən  fərqlənmir. 
Bunun müalicəsi üçün parkinsonizm əleyhinə dərmanlar – siklodol təyin edilir.  
b) Diskeniziyalar – ağız nahiyyəsində hərəki funksiyaların pozulması nəticəsində daim məcburi 
çeynəmə,  dodaqların  xortumvari  hərəkətlərinin  olması  və  dilin  çıxarılmasından  ibarər  olur.  Bu  cür 
pozğunluqlar baş verdikdə tibb bacısı xəstəyə 2-3 həb (4-6 mq)siklodol verməli, dəri altına kofein ilə 
birlikdə  B
1
  və  C  vitaminləri  yeritməli,  əzələyə  1-2  ml  0,5%-li  diazepam  məhlulu  vurmalı  və  daxilə 
kalsium-xlorid verməlidir.  
c) Akatiziya  – bədənin  vəziyyətini  dəyişməyə, daimi  hərəkətə,  yeriməyə,  yerində  addımlamağa 
inadlı meyl. Belə hallarda da həkimin göstərişi üzrə lazımi müalicə tədbirləri görülür.  
  2. Əlavə psixi effektlər. Bunlara depressiya, yuxu pozğunluğu, maniakal vəziyyətlər və deliriy 
aid edilir. Bütün bu mürəkkəbləşmələr həkimin göstərişi üzrə müalicə olunur.  
Tibb  işçisi  deliriy  halında  da  yardım  göstərməyi  bacarmalıdır.  O  gözlənilmədən  və  kəskin 
surətdə axşamlar baş verir. Klinik mənzərəsi alkaqol deliriyini xatırladır. Bu növ deliriylər də alkoqol 
deliriyin də olduğu kimi müalicə edilir.  
  3. Əlavə somatik vegetativ  effektlər. Bədənin vəziyyəti dəyişilərkən arterial təzyiqin birdən-
birə  aşağı  düşməsi  bir  qayda  olaraq  neyroleptiklərlə,  çox  vaxt  aminazin  və  tizersinlə  müalicəsinin 
əvəzində baş verir. Profilaktika məqsədilə bu preparatları xəstəyə kordiaminlə birlikdə uzanmış yerdə 
vururlar.  İnyeksiyadan  sonra  xəstələr  1-2  saat  yatırlar  Bəzi  antidepressantlarla  müalicə  zamanı 
xəstələrdə  sidiyin  ləngiməsi  baş  verir.  Bu  cür  ağırlaşmalarla  müalicə  zamanı  xəstələrdə  sidiyin 
ləngiməsi baş verir. Bu cür ağırlaşmalarda həkimin ğöstərişi üzrə xəstələrin qarnının aşağısına isitqac 
qoyur və prozerin inyeksiyası vururlar.  
  Sulfozinlə  müalicə  -  psixi  xəstələrin  1-2%-li  təmizlənmiş  kükürd  məhlulunun  şaftalı  yağı  ilə 
qarışığı (sulfozin)-pirogen preparatının əzələyə yeridilməsi ilə müalicədir. Sulfozinin həkim tərəfindən 
göstərilən  miqdarı  dərin  əzələ  qatına  vurulur.  Yeridiləcək  məhlul  qabaqca  qızdırılmalıdır. 
İnyeksiyadan sonra 4 saatdan bir xəstənin temperaturu ölçülməlidir. Xəstə çox tərlədikdə onun tərini 
silib  qurulamaq  və  camaşırını  dəyişmək  lazımdır.  temperatur  çox  yüksəldikdə  xəstəyə  20-30  damcı 
kordiamin,  volokardin  verməli,  lazım  gəldikdə  isə  kordiamin  dəri  altına  yeridilməlidir.  Xəstənin 
vəziyyəti haqqında müalicə həkiminə ətraflı məlumat verilməlidir.  
Ġnsulin terapiyası - hazırki vaxta kimi şizofreniyaya qarşı tətbiq edilən geniş yayılmış müalicə 
növlərindən  biridir.  İnsulinlə  müalicə  həkimin  təyinatı  üzrə  və  onun  nəzarəti  altında  aparılmasına 
baxmayaraq,  bilavasitə  tibb  bacısı  tərəfindən  keçirilir.  Buna  görə  də  tibb  işçisi  insulinlə  müalicə 
metodikasını  yaxşı  bilməklə  bərabər,  onun  nəticəsində  baş  verə  biləcək  ağırlaşmalar  və  onlarla 
mübarizə  metodlarını  da  öyrənməlidir.  İnsulin  terapiyasının  keçirilməsi  üçün  daimi  nəzarət  altında 
olan  xüsusi  palata  təchiz  edilir.  Burada  həm  müalicə  prosedurunun  keçirilməsi  zamanı,  həm  də 
sonralar,  komatoz  halların  təkrarlanması  ehtimalını  nəzərə  alaraq,  xəstələr  üzərində  bütün  sutka 
ərzində  müşahidə  və  nəzarət  aparılması  zəruridir.  Bundan  əlavə  həmin  palatada  insulinlə  dolu 
flakonlar, 40%-li qlükoza məhlulu ampulları və təxirəsalınmaz yardım üçün lazım olan 1%-li adrenalin 
məhlulu, kamfora, kordiamin, B
1
, B
6
, B
12 
vitaminləri və askorbin turşusu məhlulları olmalıdır. İnsulin 
hər gün acqarına əzələyə və ya dəri altına yeridilir. İnyeksiyanın başlanğıc dozası 4 vahiddir. Hər gün 
bu  doza  hipoqlikemiya  vəziyyətləri  əmələ  gələnə  qədər  daha  4  vahid  miqdarında  artırılır.  Bu 
vəziyyətlər  getdikcə  artan  yuxuculuq,  qulaqbatması,  çox  tərləmə,  ağız  suyu  axması,  əzələ  tonusunun 
aşağı düşməsi ilə xarakterizə olunur. Hipoqlikemiya dərinləşdikdə psixomotor coşğunluq baş verə bilər 
– xəstələr çarpayıda çabalayır, nə isə qışqırırlar. Belə hallarda xəstələri çarpayıya bağlayıb saxlamaq 
lazımdır. Bundan sonra isə insulinin dozasını komatoz vəziyyət təzahür edənə qədər hər 2 gündən bir 4 
vahid artırırlar.  
  Hipoqlikemik  koma  bir  qayda  olaraq  insulin  yeridilməsindən  3-4  gün  sonra  baş  verərək, 
hipoqlikemiyadan sonra əmələ gəlir. Koma hipoqlikemiya vəziyyətindən fərqli olaraq şüurun tamamilə 
itirilməsi ilə xarakterizə olunur. Xəstələr onlara müraciət edənləri eşitmir, ağrı qıcıqlarını hiss etmirlər. 
Onların tənəffüsü xorultu ilə müşayıət olunur və bu zaman çoxlu ağız suyu ifraz edilir. Buynuz qişa 
refleksi  itir  –  buynuz  qişaya  pambıq  tamponla  yüngülcə  toxunduqda  cavab  reaksiyası  alınmır.  Koma 

Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya 
 
ġöbə: “Mamalıq iĢi”
 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 
 144
 
 
dərinləşdikdə  əzələ  tonusu  artır  və  tonik  qıcolmalar  inkişaf  edə  bilər.  Nəbzin  dolğunluğu  tədricən 
azalır və uüzün sianozu artır. Hipoqliemiya 4 saatdan artıq davam etməməlidir.  
  Hipoqlikemiyalar  yüngül  və  şüur  itirilməmiş  olub,  xəstə  müstəqil  isə  bildiyi  halda.  ona  4-cü 
saatın axırında şəkər siropu şəklində 100-200 q şəkər verilir. Şəkəri isti su və çayda əritmək də olar. 
Sonralar şüur artdığı zaman venaya 20-40 ml 40%-li qlükoza məhlulu yeritmək və bundan sonra sirop 
şəklində 200 q şəklində şəkər verməklə dayandırılır. Komatoz vəziyyətlərdə hipoqlikemik vəziyyətləri 
kimi dayandırılır. Birinci koma 5 dəqiqədən sonra dayandırılır, sonralar isə onun davamiyyət müddəti 
tədricən  artaraq  20-40  dəqiqəyə  çatır.  Müalicənin  effektindən  və  həkimin  göstərişindən  asılı  olaraq 
cəmi  15-dən-50-yə  qədər  koma  keçirilir.  Koma  inkişaf  edən  zaman  tibb  işçisi  ayrılmadan  xəstənin 
yanında olmalı, tonik qıcolmalar kəsik-kəsik və səthi tənəffüs başlandığı və korneal refleks itdiyi halda 
isə bu vəziyyəti dərhal dayandırılmalıdır. İnsulinlə müalicə həftədə 6 gün keçirilir. Bazar ertəsi insulin 
dozası artirılmayaraq qabaqkı miqdarda təkrarlanır. Müalicə 2 həftə ərzində başa çatdırılır və bu zaman 
insulin  dozası  tədricən  azaldılır.  İnsulinlə  müalicə  zamanı  ağırlaşmalar  baş  verə  bilər.  Tibb  işçisi 
bunları vaxtında aşkar edərək, dərhal yardım göstərə bilməlidir. Bu halda venaya təkrar 30-40 ml 40%-
li qlükoza məhlulu yeridilməlidir. Xəstəyə zond vasitəsilə şəkər siropu verilir. Bir sutka ərzində dəri 
altına 2 ml-ə qədər fizioloji məhlul yeridilir. B
1, 
B
6
, B
12, 
C vitaminləri adrenalinlə birlikdə inyeksiyası 
da  təyin  edilir.  Damar  çatışmamazlığında  kordiamin.  kofein  yeridilir.  Çox  vaxt  insulin  terapiyası 
zamanı  qıcolmalar,  epilepsiya  şəklində  özündən  getmə  halları  baş  verir.  Bu  ağirlaşmaların  qarşısını 
almaq  üçün  gecələr  və  insulin  yeridilməzdən  qabaq  daxilə  0,1  q  fenobarbital  təyin  edilir.  İnsulin 
terapiyası  zamanı  qıcolmaların  baş  verməsi  tezliklə  qlükoza  yeridilməsi,  hipoqlikemiyanın 
dayandırılması üçün göstərişdir. Epileptik status baş verdikdə isə, əlavə olaraq, venaya 6-8 ml 5%-li 
barbamil məhlulu, habelə diazepam və xloralhidrat yeridilir. 
  Cəngolma  müalicəsi-bu  vena  daxilinə  4-8  qr  10%  korazol  məhlulu  yeritməklə  icra  edilir. 
Cəngolma müalicəsi adətən, psixotrop maddələrə qarşı rezistenlik olduqda tətbiq edilir.  
  Atropin-koma  müalicəsi-  dəri  altına  tədricən  artan  dozalarda  75-300  mq  qədər  atropin 
yeridərək  koma  vəziyyəti  yaradılır.  İmmunoterapiya-orqanizmin  immunoloji  reaktivliyini  yüksəldən 
qeyri  –spesifik  müalicə  vasitələri  ilə  yanaşı,  spesifik  immunoterapevtik  maddələrdən  istifadə  edilir. 
İmmunoterapevtik maddələr 3 növ təsir göstərir:  
1. immunostimulyator 
2. immunosuperessor 
3. immunomodulyator 
Levazimol 3-7 gündən bir 150 mq dozada daxil edilir. Müalicə kursu 2-3 həftə. Taktivin 5-7 gün 
müddətində əzələ daxilinə yeridilir, müalicə müddəti 2-3 həftə. 
  Litioterapiya-başlıca  olaraq  litium  karbonat  və  oksibutiratdan  istifadə  edilir.  Sutkalıq  doza 
300-600 mq-dan 1800-2400 mq qədər. Litium duzları ilə müalicə zamanı müntəzəm olaraq qanda onun 
miqdarı yoxlanılmalıdır. 
  Elektrik yuxu müalicəsi-bu məqsədlə saniyədə 5-140-a qədər impulslar verən xüsusi elektrik 
aparatından  istifadə  edilir.  Yuxunun  müddəti  30-40  dəq-dən  2  saata  qədərdir.  1  kurs  müalicə  10-20 
seans.  
 
Ġnfeksion somatik, doğuĢdan sonrakı psixozlar zamanı tibb iĢçisinin taktikası 
 
  İnfeksion  psixozların  müalicəsi  əsas  xəstəliyin  etiologiyası  və  kliniki  xüsusiyyətləri  nəzərə 
alınmaqla  kompleks  şəkildə  aparılmalıdır.  Orqanizmin  immunoloji  fəallığının  gücləndirilməsinə 
xüsusi  fikir  verilməlidir.  Psixopatoloji  əlamətlərə  qarşı  müalicə  təyin  edilməlidir.  Kəskin  dövr 
keçdikdən  sonra  müşahidə  olunan  əlamətlər  ayrıca  qiymətləndirilməlidir.  Bir  çox  hallarda  əmək 
fəaliyyəti  məhdudlaşdırılmalıdır.  Somatogen  mənşəli  psixi  əlamətlər  xeyli  yüngül  olub,  adətən 
xəstələrin  özü  tərəfindən  anlaşılır.  Xəstələrin  intizamları  patologiyaya  uğramış  orqanın  üzərində 
cəmlənir və onlar psixoterapevtik təsirlərə tez məruz qalır. yalnız ağır toksikozla əlaqədar yaranan və 
ya temperatur reaksiyaları ilə müşayiət edilən hallarda – hallüsinasiyalar, sayıqlamar olduqda xəstə bir 

Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya 
 
ġöbə: “Mamalıq iĢi”
 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 
 145
 
 
müddət  özünütənqid  qabiliyyətini  itirir  və  psixoz  əlamətləri  öz  spesifikliyini  dəyişir.  Xəstələrə  tibb 
işçiləri tərəfindən ciddi müşahidə və nəzarət təyin edilir.  
Bioloji  dəyişikliklər  dövründə  müşahidə  olunan  psixi  pozğunluqların  müalicəsi  əsasən 
simptomatik  qaydada  aparılır.  Hamiləliyin  gedişinə  və  dölün  sağlamlığına  ciddi  xələl  yetirən  hallar 
olarsa hamiləliyin dayandırılması məsləhət görülür.  

Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya 
 
ġöbə: “Mamalıq iĢi”
 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 
 146
 
 
MÖVZU 10 
ALKOQOLĠZM, ALKOQOL PSĠXOZLARI ZAMZNI MÜALIĠCƏ VƏ 
 TĠBB ĠġÇĠSĠNĠN TAKTĠKASI 
 
  Xroniki  alkoqolizmin  profilaktikası  bir  sıra  tədbirlər  kompleksindən  ibarətdir.  Dövlət 
tərəfindən  müəyyən  edilmiş  inzibati  tədbirlər  tibbi  sosial  vasitələrlə  yanaşı  aparılmalıdır.  Uşaq  və 
yeniyetmələr arasında tərbiyə işinin gücləndirilməsi, ictimai mühitin sağlamlaşdırılması, sağlam həyat 
tərzinin təbliğ olunması müsbət səmərə verir. Abstinensiyanın dayandırılması həyata keçirilən bir sıra 
təşkilati və müalicə tədbirlərindən ibarətdir. Xəstə üçün yataq rejimi və ciddi nəzarət təyin edilir. Xəstə 
ancaq  yüngül  həzm  olunan,  vitaminlərlə  zəngin  qidalar  almalıdır.  Tibb  işçisi  dərmanların  vaxtlı  –
vaxtında qəbul edilməsinə fikir verməlidir. Alkoqolizm zamanı bədən hərarəti aşağı düşdükdə xəstənin 
üstünü  örtmək  və  onu  isitqaclarla  əhatə  etmək 
lazımdır.  Sidik  ifrazı  ləngidikdə  kateter  salınmalıdır. 
Deliriy  zamanı  xəstənin  çarpayısı  pəncərədən 
uzaqlaşdırılmalı,  tibb  işçisi  xəstənin  davranışını 
nəzarətə  alır,  xüsusilə  qısqanclıq  sayıqlamaları 
olduğu  halda  qohumları  ilə  görüşlərində  iştirak  edir. 
Təcili tibbi yardım aşağıdakılardan ibarətdir:  
1. Mədənin zondla yuyulması; 
2. 10%-li kofein 1-2 ml d/a; 
3. 4%-li natrium-hidrokarbonat 500 ml v/d; 
4.  bədənin  susulaşması  zamanı  1-2  l  NaCl-ın 
izotonik məhlulu və ya 5%-li qlükoza məhlulu v/d. 
Müalicə:  Mərhələlərlə  aparılır.  1-ci  mərhələdə 
simptomatik 
müalicə 
aparılır 
(abstinensiya 
vəziyyətini  aradan  qaldırmaq);  yuxu  gətirici,  ürək 
maddələri,  neyroleptik  mddələr  təyin  olunur.  Vena 
daxilinə 
natrium-tiosulfat, 
qlükoza 
məhlulu, 
vitaminlər  (askorbin  turşusu,  tiamin,  nikotin  turşusu  və  s.)  təyin  olunur.  Fasiləsiz  içmə  sindromunu 
(zapoy)  aradan  qaldırmaq  üçün  hipertermik  vasitələrdən  (sulfazin,  pirogenal  və  s.)  istifadə  olunur. 
Müalicənin  2-ci  mərhələsinin  məqsədi  alkoqola  qarşı  şərti  reflektor  yolla  qusma  reaksiyası 
yaratmaqdır.  Bunun  üçün  apomorfindən  istifadə  olunur.  Xəstəyə  apomorfin  vurmazdan  5-10  dəqiqə 
əvvəl  500-600  ml  su  içizdirilir.  Apomorfin  vurulduqdan  bir  neçə  dəq.  sonra  ürəkbulanma,  tüpürcək 
ifrazı  və  s.  əlamətlər  olur.  Bu  vaxt  xəstəyə  onun  ən  çox  qəbul  etdiyi  alkoqollu  içkini  iylədirlər. 
Ürəkbulanma  artır.  Sonra  xəstə  30-50  q.  alkoqol  qəbul  edir.  Bu  apomorfinə  qarşı  olan  qusma 
reaksiyası  ilə  üst-üstə  düşür.  Bu  proseduranı  bir  neçə  dəfə  şərti  refleks  əmələ  gələnə  qədər  edirlər. 
Müalicənin  3-cü  mərhələsində  alkoqola  qarşı  meylin  söndürülməsi  məqsədi  güdən  və  onu  qəbul 
etməyə imkan verməyən sensibilizəedici preparatlardan istifadə olunur. Bunun üçün teturam (antabus), 
esperal  (Radoter)  və  s.  istifadə  edilir.  Bu  zaman  əmələ  gələn  boğulma  hissi,  qan  təzyiqinin  enməsi, 
qorxu  hissləri  xəstəni  son  dərəcə  narahat  edir.  Xronik  alkoqolizmin  kompleks  müalicəsinin  çox 
mühüm  bir  sahəsini  psixoterapiya  təşkil  edir.  Bu  müalicə  üsulu  (təlqin,  izahedici.  autogen  məşq, 
imaqoterapiya,  hipnosugestiv,  stress-psixoterapiya  və  digər  üsullar)  həm  fərdi,  həm  də  qrup  şəklində 
aparıla bilər.  
Yüklə 6,01 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin