Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya ġöbə: “Mamalıq iĢi”


Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya



Yüklə 6,01 Mb.
Pdf görüntüsü
səhifə10/27
tarix27.11.2019
ölçüsü6,01 Mb.
#29707
1   ...   6   7   8   9   10   11   12   13   ...   27
Sinir ruhi xəstəlikləri və tibbi psixologiya


Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya 
 
ġöbə: “Mamalıq iĢi”
 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 
 56
 
 
3)  Hiperkinetik  forma  –çox  vaxt  döl  ana  bətnində 
olduqda  başlayır.  Hiperkinez  və  rigidlik  nəticəsində  uşaq 
oturub-dura, gəzə, heç bir iradi hərəkət edə bilmir. İntellekt 
pozğunluğu  az  olur.  Hiperkinezlər  atetoz  və  xoreoatetoz 
şəklində  olur,  onlar  polimorf  olur,  amma  hansı  birisə 
üstünlük  təşkil  edir.  Uşaq  böyüyüb  inkişaf  etdikcə  bir 
hiperkinez digəri ilə əvəz olunur. 
4)  Beyincik  forması  -müvazinat  pozğunluğu,  əzələ 
hipotoniyası,  hecavi  nitq,  əllərin, başın  əsməsi  simptomları 
meydana çıxır. 
Müalicəsi:  ilk  növbədə  müalicə  gimnastikası 
hidrokinezoterapiya  (su  altında  müalicə  gimnastikası), 
massaj  təyin edilir. Əzələ  tonusunu azaltmaq məqsədilə midokalm, sinir, impulslarının nəql  olmasını 
qüvvətləndirmək məqsədilə prozerin, qalantamin, hiperkinezləri azaltmaq üçün siklodol, zehni və ruhi 
zəiflik olduqda qlütamin turşusu, serebrolizin, qıcolma zamanı heksamidin, fenobarbital, difenin təyin 
edilir. Xəstələrə uzun müddət B qrup vitaminləri, ATF verilir. Ortopedik müalicə tətbiq edilir. 
 
Hidrosefaliya 
 
Kəllə  boşluğunda  onurğa  beyin  mayesinin  artması  nəticəsində  törənən  xəstəliyə  hidrosefaliya 
deyilir.  Yeni  doğulmuşun  hidrosefaliyası  zamanı  onurğa  beyin  mayesi  orta  hesabla  1-2  l,  ağır 
formallarda  isə  10  l  və  daha  çox  ola  bilər.  Xarici  hidrosefaliya  beyin  maddəsi  kütləsinin  atrofiyası 
nəticəsində, onurğa beyin mayesinin subaraxnoidal boşluqda artması, beyin mədəciklərində isə normal 
vəziyyətdə  qalması  ilə  xarakterizə  olunur.  Bu  forma  ümumi  və  ya  daxili  (okklüzion)  hidrosefaliyaya 
nisbətən az rast gəlinir. Dölün ana bətnində inkişafının 4-5 –ci həftəsində sinir sisteminin zədələnməsi 
nəticəsində inkişaf edir. Ana bətnində olarkən keçirilən infeksiya, rezus konfliktlər zamanı bilirubinin 
toksiki  təsirindən, ananın bəzi  xəstəlikləri (qaraciyər, qalxanabənzər vəzinin xəstəliyi, toksoplazmoz) 
zamanı əmələ gəlir. Bu xəstəlikdə kəllə boşluğunda serebrospinal maye çoxalır. 
 
Anadangəlmə hidrosefaliya 
 
Etiologiya  və  patogenezi-hidrosefaliyanı  müxtəlif  bətndaxili  zədələnmələr,  ananın  infeksion 
xəstəlikləri,  anomaliyalar  və 
eybəcərliklər,  travmalar  törədir. 
Toksoplazmoz  infeksiyası 
hidrosefaliyanın əsas səbəblərindəndir. 
Klinika-  hidrosefaliya  üçün  kəllə  ölçülərinin  artması  və  onurğa 
formasının  dəyişməsi  xarakterikdir.  Başın  böyük  olması  doğuş  zamanı 
qeyd  olunur  və  ölümlə  nəticələnə  bilər.  Yeni  doğulmuşlarda  başın 
diametri  normada  34  sm  əvəzinə  50-70  sm  bəzən  100  sm  ola  bilər. 
Hidrosefaliyanın 
ağır 
formalarında 
hidroanensefaliya 
diaqnozu 
translüminasiya, yaxud diafonoskopiya vasitəsilə təyin edilir.  
Anadangəlmə  hidrosefaliyanın  nevroloji  simptomları  polimorfdur. 
Birinci  yeri  hərəki  və  psixi  pozulmalar-  mərkəzi  ifliclər  və  parezlər, 
hipertoniya,  hiperrefleksiya,  diz  qapağı  və  pəncəaltı  klonuslar,  patoloji 
reflekslər  tutur.  Piramid  simptomlarla  yanaşı  beyinicik  ataksiyaları  və 
əsmə  olur.  Xəstələr  başını  gec  saxlayır,  gec  oturur,  gec  ayaq  üstə 
dayanmağa başlayır, gec gəzir. Xəstələrin çoxunda daxili, bəzən isə xarici 
çəpgözlük,  nistaqm,  bəbək  pozulmaları,  görmə  sinirinin  məməciyinin 
durğunluğu,  yaxud  atrofiyası  (ilkin,  yaxud  ikincili)  olur.  Onurğa  beyini 
mayesi şəffaf, rəngsiz, təzyiqi yüksək olur.  
Xəstələrin çoxunda onurğa beyin mayesində zülal və hüceyrələrin miqdarı azalır. Bəzi xəstələrdə 
maye  burundan,  nadir  hallarda  isə  əmgək  və  kəllə  tikişlərindən  tökülür.  Nitq  inkişafı  gecikir,  ağır 

Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya 
 
ġöbə: “Mamalıq iĢi”
 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 
 57
 
 
hallarda uşaqlar heç danışa bilmir. Əqli inkişafın pozulma dərəcəsi –az geridə qalmadan dərin debillik 
və  idiotluğa  kimi  ola  bilər.  Hidrosefaliyalı  uşaqlarda  mexaniki  zehni  yaxşı  inkişaf  edir,  afferent 
fəaliyyət  sahəsi  kütləşir,  təsirləndirmə  qabiliyyəti  yüksəlir.  Əhval-ruhiyyəsi  dəyişkən,  çox  vaxt 
eyforiya  olur,  səbəbsiz  olaraq  acıqlanma,  aqressivlik,  psixomotor  oyanma  inkişaf  edə  bilər.  Kəllənin 
böyüməsi və psixi funksiyaların pozulması arasında uyğunluq yoxdur.  
Proqnozu- hidrosefaliyalı uşaqlar çox vaxt ölü doğulur, yaxud anadan olan kimi ölür. Sağ qalan 
uşaqlarda isə hidrosefaliyanın ilk simptomları anadan olan kimi qeyd olunur.  
 
QazanılmıĢ hidrosefaliya 
 
Doğuşdan  sonra  olan  hidrosefaliyanın  etiologiyası  müxtəlifdir,  bəzən  onu  təyin  etmək  olmur. 
Kəllə  travmaları,  meningitlər  və  araxnoiditlərin  müxtəlif  formalarında  mayenin  dövranı  pozulur  və 
hidrosefaliya  inkişaf  edir.  Qazanılan  hidrosefaliyanın  forması,  patogenezi  və  patoloji  anatomiyası 
anadangəlmə  hidrosefaliyada  olduğu  kimidir.  Klinik  simptomların  inkişafı  kəskin,  yaxud  xroniki  ola 
bilər. 
Anadangəlmə hidrosefaliyadan fərqli olaraq kəllənin böyüməsi və deformasiyası olmur. Kəllə nə 
qədər  az  dəyişərsə,  kəllədaxili  təzyiqin  artması,  başağrıları,  qusma  başgicəllənmə,  görmə  siniri 
məməciyinin  durğunluğu  daha  çox  olur.  Psixi,  ruhi  pozulmalar  qazanılmış  hidrosefaliya  üçün 
səciyyəvi deyil. 
Xəstələrdə  yuxu  pozulur.  Qazanılmış  hidrosefaliyanın  kəskin  formalarına  hipertenzion 
sindromun birdən-birə inkişaf etməsi aiddir. 
Diaqnoz-böyümüş  və  deformasiyaya  uğramış  kəllədə  əmgəklərin  vurması,  kəllə  tikişlərinin 
aralanması,  kiçik  üçbucaq  şəklində  solğun,  qocayabənzər  üz,  böyük  baş  ilə  yanaşı  anadangəlmə 
hidrosefaliyanın  olmasını  göstərir.  Raxitdən  və  hidrosefaliyadan  fərqli  olaraq  kəllə  dördbucaq,  qutu 
şəklini almır, göz yuvası aşağı, əmgək gərgin və şişkin olmur. 
Müalicəsi-anadamgəlmə  hidrosefaliyada  müalicə  üsulu  prosesin  etiologiyasından  asılıdır. 
Toksoplazmozun  hidrosefaliyanın  yaranmasında  böyük  yer  tutduğunu  nəzərə  alaraq,  ana  və  uşağı 
toksoplazmoza görə müayinə etmək lazımdır. 
Sifilislə  əlaqədar  törənmiş  hidrosefaliyada  təkrar  spesifik  terapiya  kursu  aparmaq  lazımdır. 
Spesifik  terapiya  ilə  yanaşı,  dehidratasion  müalicə  təyin  edilir.  Cərrahi  əməliyyatlar  da  mühüm  yer 
tutur. Açıq formada rentgen terapiyadan istifadə edilir. Müəyyən edilib ki, kəllənin ənsə nahiyyəsinin 
az dozada rentgen şüalanması onurğa beyin mayesinin hasilatını artırır.  
 
Mikrosefaliya 
 
Mikrosefaliya-kəllə  ölçülərinin  və  baş  beynin  kiçik  olmasıdır.  Xəstə  uşağın  başının  ölçüləri 
azalır, yuxarıya doğru daralır, sifət hissəsi üstünlük təşkil edir. Yüngül koordinasiya pozğunluğu olur, 
intellektual çatışmamazlıq üstünlük təşkil edir. Kəllə-beyin yırtıqları zamanı əsas yeri klinikada ümumi 
beyin və lokal simptomlar tutur, hansı ki, likvorodinamikanın pozulması ilə əlaqədar olur. 

Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya 
 
ġöbə: “Mamalıq iĢi”
 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 
 58
 
 
MÖVZU 7
  
 
MƏRKƏZĠ SĠNĠR SĠSTEMĠNĠN ZƏHƏRLƏNMƏLƏRĠ 
(NEYROTOKSĠKOZLAR)  
 
Neyrotoksikozlar  sinir  sisteminin  müxtəlif  toksiki  təsirlər  nəticəsində  pozğunluğu  olub,  kəskin 
və xroniki şəkildə cərəyan edə bilər. Əgər təsir edən toksiki amil bir neçə saatdan bir neçə günə kimi 
sinir  sisteminin  pozulmasına  səbəb  olarsa  buna”kəskin  neyrotoksokozlar”,  toksiki  amil  uzun  müddət 
(aylar  və  illərlə)  sinir  sisteminə  tədricən  təsir  göstərib  onun  pozulmasına  səbəb  olursa,  buna  da 
“xroniki neyrotoksikoz”deyilir.  
 
Karbon qazı ilə zəhərlənmə 
 
Karbon  qazı  ilə  zəhərlənmə  hadisəsi  istehsalatda  və  məişətdə  (tüstü  borularının  nasazlığı  ilə 
əlaqədar  olaraq)  baş  verə  bilər.  Qana  keçmiş  karbon  qazı  hemoqlobinlə  birləşərək 
karboksihermoqlobin  yaradır,  bu  da  toxumalarda  oksigen  azlığına  səbəb  olur.  Bu  kimi  oksigen 
çatışmazlığına  beyin  toxuması  daha  həssasdır.  Karbon  qazı  ilə  zəhərlənmə  kəskin  və  xroniki  olur. 
Kəskin zəhərlənmə üç mərhələdə cərəyan edir. Birinci mərhələdə başağrısı, başgicəllənmə, qulaqlarda 
küy,  ürəkbulanma,  qusma,  ümumi  zəiflik  olur,  xəstənin  eşitmə  qabiliyyəti  zəifləyir,  onu  yuxu  basır. 
İkinci mərhələdə xəstə həddindən artıq zəiflədiyi üçün hərəkət edə bilmir. 
Üçüncü  mərhələdə  xəstə  dərin  yuxuya  gedir,  sopor  və  nəhayət  koma  vəziyyətinə  düşür. 
Taxikardiya,  arterial  təzyiqin  azalması  və  tənəffüs  pozğunluğu  meydana  çıxır.  Bu  zaman  xəstəni 
havaya  çıxarıb  tənəffüsünü  bərpa  etmək  lazımdır.  Böhran  vəziyyəti  keçdikdən  sonra  bəzən  xəstədə 
iflic,  yaxud  parez,  parkinsonizm  əlamətləri,  epileptik  tutmalar,  hiperkinezlər  də  ola  bilər.  Xroniki 
zəhərlənmə  zamanı  başağrısı,  başgicəllənmə,  başda  ağırlıq,  yuxu  pozğunluğu,  ümumi  əsəbilik 
müşahidə olunur. 
Müalicəsi:  Xəstəni  təcili  olaraq  təmiz  havaya  çıxartmaq,  lazım  gəldikdə  süni  yolla  tənəffüs 
vermək lazımdır. Vena daxilinə 20-40 ml 40%-li qlükoza məhlulu vurulmalı, vitaminlər verilməlidir.  
 
Metil spirti ilə zəhərlənmə 
 
Metil  spirti  ilə  zəhərlənmə  təsadüfən  etil  spirtinin  əvəzinə  qəbul  etdikdə  baş  verir.  Bu 
zəhərlənmənin  əsas  əlaməti bəbəklərin  genişlənməsindən, işığa qarşı  reaksiyasının itməsindən, ürtək-
damar sisteminin və tənəffüsün pozulmasından, qan təzyiqinin aşağı enməsindən və huşun itməsindən 
ibarətdir. Zəhərlənmə yüngül olduqda huş itməyə də bilər, lakin 2-3 gündən sonra kollaps baş verir. Bu 
zaman ümumi əzginlik, ürək nahiyyəsində ağırlıq olur, arterial təzyiq azalır, nəbz və tənəffüs tezləşir, 
ürək tonları karlaşır, üzü avazıyır, qarın nahiyyəsində ağrı, ürəkbulanma, qusma, qorxu hissi olur.  
Bu  simptomlar  kəskinləşərək,  arterial  təzyiqin  kəskin  düşməsinə  səbəb  olur,  soyuq  tər,  nəbz 
aritmik, sapvari olur, huş qaralır, reflekslər itir, tonik qıcolmalar baş verir. Tənəffüs iflici nəticəsində 
ölüm baş verir. Orta ağırlıqlı zəhərlənmənin əsas əlaməti görmə qabiliyyətinin pozulmasıdır, tezliklə 
artır və korluqla nəticələnir.  
Müalicəsi:  Zəhərlənmənin  ilk  saatında  mədə-bağırsaq  sistemi  yuyulmalı,  dəri  altına  kamfora, 
kofein vurulmalıdır. Venaya 30-40 ml 40%-li qlükoza məhlulu, 300-500 ml qan buraxandan sonra 5%-
li qlükoza məhlulu yeridilməlidir. Dəri altına prozerin, B
1
, B
6
. B
12
 vitaminləri, dibazol təyin edilir.  
 
FOB-ilə zəhərlənmə (fosfor-orqanik birləĢmələr)  
 
Kənd  təsərrüfatında  və  məişətdə  geniş  işlədilir.  Orqanizmə  nəfəs  yolları,  mədə  və  dəri 
örtüklərindən keçə bilər. FOB mərkəzi və periferik sinir sisteminin sinapslarında olan xolinesterazaya 
təsir  göstərir,  bu  da  asetilxlolinin  toplanmasına.  impulsların  örtülməsinin  pozulmasına,  mərkəzi  sinir 
sisteminin həddindən artıq oyanmasına səbəb olur. Bu zəhərlənmənin klinikası üç mərhələyə bölünür. 

Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya 
 
ġöbə: “Mamalıq iĢi”
 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 
 59
 
 
I  mərhələ  psixomotor  oyanma,  mioz,  təngnəfəslik,  tərləmə,  arterial  təzyiqin  yüksəlməsi  ilə 
xarakterizə olunur. 
II  mərhələdə  əzələlərin  dartılması  və  qıcolması,  hiperkinezlər,  tənəffüsün  pozulması,  komatoz 
hal müşahidə olunur. 
III  mərhələdə  tənəffüs  və  ətraf  əzələlərin  iflici,  arterial  təzyiqin  düşməsi.  ürək  ritminin 
pozulması olur. 
Müalicəsi: Mədə-bağırsaq sistemi yuyulmalıdır:  
I  mərhələdə:  hər  1-3  saatdan  bir  ağızda  quruluq  əmələ  gələnə  kimi  dəri  altına  2-3  ml  0,1% 
atropin, əzələ daxilinə 2 ml 2,5% aminazin və 10 ml 25% maqnezium sulfat vurulur. 
II mərhələdə: 2-3 saatdan bir ağızda quruluq əmələ gələnədək venaya 15-20 ml qlükoza ilə 3 ml 
0,1%  atropin  vurulur.  Qıcolma  zamanı  1,0  ml  25%  benzoheksoniy,  əzələ  daxilinə  10  ml  25% 
maqnezium sulfat, vena daxilinə 5 ml 10% barbamil və 4% 100 ml hidrokarbonat natrium. Dəri altına 
isə xolinesterazanin reaktivatoru 1 ml 15% dipiroksim yeridilir. 
III  mərhələdə: ağ ciyərlərin süni ventilyasiyası, vena daxilinə 20-30 ml 0,1% atropin, əzələ və 
yaxud vena daxilinə xolinesterazanin reaktivatoru 3 ml 40% izonitrazin və yaxud 1 ml 15% dipiroksim, 
əzələ daxilinə isə 300 mq hidrokortizon və antibiotiklər vurulmalıdır.  
 
Botulizmdə bulbar sindrom 
 
Zəhərlənmənin ağır formasıdır. Klostridium botulinum bakteriyaları ilə yoluxmuş qida maddələri 
ilə orqanizmə daxil olur və onu kəskin zəhərləyir. İnkubasiya dövrü 3-24 saat davam edir, az hallarda 
2-8 gün davam edir, sonra ümumi zəiflik, baş ağrısı, ürəkbulanma. qusma, qarın nahiyyəsində ağrılar, 
ishal müşahidə olunur. Proses ən çox beynin kötük hissəsində getdiyindən diplopiya, ptoz, çəpgözlük, 
midriaz,  işığa  qarşı  reaksiyanın,  buynuz  qişa  refleksinin  itməsi  müşahidə  olunur.  Xəstənin  nitqi 
pozulur,  çətin  udqunur,  dilini  çətin  tərpədir.  Udlaq,  qırtlaq  əzələləri  və  yumşaq  damaq  iflic,  bəzən 
yüngül müvazinət pozğunluğu olur. Selik və göz yaşı ifrazı azaldığı üçün bütün selikli qişalar quruyur, 
səsi dəyişir, bulbar iflic inkişaf edir. Tənəffüs pozulur və ölüm təhlükəsi yaradır. Xəstənin huşu itmir. 
Müalicəsi:  İlk  saatlardan  başlayaraq  botulizmə  qarşı  zərdab  vurulur,  10-12  saat  ərzində  effekt 
olmursa  zərdabın  vurulması  təkrar  olunur.  Mədə  yuyulur  (aktivləşmiş  kömürlə)  və  təmizləyici  imalə 
edilir. Qan buraxılır və vena daxilinə izotonik məhlul, 5% qlükoza, lobelin, sititon vurulur.  
 
Xlor üzvi birləĢmələri ilə zəhərlənmə 
 
Bu  birləşmələrdən  məişətdə  və  kənd  təsərrüfatında  geniş  istifadə  olunur.  Onlar  baş  beyində, 
daxili orqanlarda, sümüklərdə, piy toxumalarında toplanma xüsusiyyətilə fərqlənirlər. 
Klinikası: qarın nahiyyəsində ağrılar, qusma, ishal, kəskin oyanma, titrətmə, baldır əzələlərinin 
qıcolması, əzələ zəifliyi, vətər reflekslərinin zəifləməsi müşahidə olunur. Tonik qıcolımalar, komatoz 
hal,  qara  ciyərin  zədələnməsi,  kəskin  ürək-damar  çatışmazlığı  meydana  çıxır.  Xroniki  intoksikasiya 
zamanı astenik sindrom (xəstələr ümumi zəiflikdən, tez yorulmadan, yüksək qıcıqlanmadan, yuxunun 
pozulmasından, baş ağrısından şikayətlənirlər) və beyincik pozğunluqları inkişaf edir.  
Müalicəsi:  Mədə  zondla  yuyulmalı,  bağırsaqlar  boşaldılmalıdır.  vena  daxilinə  10  ml  10% 
kalsium qlükonat 10 ml 10% kalsium xlorid, dəri altına 3 ml 1% nikotin turşusu, 2 ml 5% tiamin, əzələ 
daxilinə  isə  600  mq  vitamin  B
12 
vurulmalıdır.  Qıcolma  zamanı  əzələ  daxilinə  5  ml  10%  barbamil 
yeridilir.  
Hipoxloremiyanı aradan qaldırmaq üçün vena daxilinə 10-30 ml 10% natrium xlorid vurulur.  
 
QurğuĢunla zəhərlənmə. Neyrosaturizm. 
 
Qurğuşunla  zəhərlənmə  hadisəsi  ən  çox  istehsalatda,  bəzən  isə  məişətdə  baş  verir.  Xəstə 
başağrısı.  başgicəllənmə  və  ətraflarda  ağrılardan  şikayətlənir.  Getdikcə  zəiflik,  yorğunluq  baş  verir, 
sinir  sisteminin  üzvi  pozğunluğu  simptomları  təzahür  edir.  Petiferik  sinirlərdən  ən  çox  mil  və  incik 

Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya 
 
ġöbə: “Mamalıq iĢi”
 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 
 60
 
 
sinirləri pozulur. Mil sinirinin pozğunluğunda əl sallanır, barmaqları və biləyi açmaq mümkün olmur. 
İncik  sinirinin  pozğunluğunda  ayaq  sallanır,  pəncə  üzərinə  qalxıb  durmaq  çətinləşir,  ayağı  və 
barmaqları  arxaya  doğru  açmaq  mümkün  olmur.  Bəzən  bir  çox  sinirin  birlikdə  pozğunluğuna-
qurğuşunlu  polinevritə  təsadüf  olunur.  Bu  zaman  iflic  ətrafların  distal  hissəsini  tutur.  Hissiyyat  və 
vegetativ pozğunluqlar meydana çıxır. Ümumi intoksikasiya olduqda dişlərin dibində boz-göy rəngdə 
çöküntü  toplanır.  Üzün  dərisi  solğunlaşır,  qanazlığı,  hepatit  əlamətləri  baş  verir,  qarın  nahiyyəsində 
şiddətli ağrılar və qəbizlik olur.  
Müalicə-15-20  gün  müddətində  0,05%  prozerin  məhlulundan  1-2  ml,  1%  qalantamin 
məhlulundan  0,5  ml  dəri  altına  vurmaq  lazımdır.  Vitamin  B
1
,  dibazol  və  s.  işlədilə  bilər.  İflic  olmuş 
əzələlərə masaj, müalicə gimnastikası və fizioterapevtik müalicə üsulları tətbiq olunmalıdır.  
Profilaktika  –  qurğuşunla  əlaqədar  istehsalatda  işləyənlər  mütləq  profilaktik  müayinədən 
keçməlidir.  Əgər  qurğuşunla  zəhərlənmə  əlamətləri  tapılarsa,  xəstəni  digər  işə  keçirmək,  yaxud 
vəziyyətinin ağırlığını nəzərə alaraq ona növbədənkənar məzuniyyət vermək və müalicəyə göndərmək 
lazımdır.  
İstehsalatda iş şəraitinin yaxşılaşdırılmasına, havanın təmizlənməsinə xüsusi diqqət verilməlidir. 
İş otağında qida qəbulu qadağan edilməlidir. İş paltarları vaxtında dəyişdirilməlidir. 
 
Dərman preparatları ilə zəhərlənmə 
 
Barbituratlarla  zəhərlənmə:  Kəskin  zəhərlənmə  zamanı  (amilnatrium,  barbamil,  fenobarbital 
və s) ən çox düşüncənin dərin koma halına qədər daralması müşahidə olunur. Ürək-damar və tənəffüs 
orqanlarının  pozğunluqları  (hipotermiya)  ağır  hallarda  isə  hipertermiya,  gözün  hərəki  sinirinin 
pozulması  (ptoz,  midriaz,  nistaqm,  konvergensiyanın  pozğunluğu)  ataksiya,  vətər  reflekslərinin 
yüksəlməsi,  sonra  isə  zəifləməsi  ilə  müşayiət  olunur.  Komatoz  haldan  çıxandan  sonra  emosional 
ləbillik, depressiya, yuxu pozğunluğu müşahidə olunur.  
Müalicəsi: Komatoz hal zamanı mədəni zondla yumalı, sonra isə 30 qr maqnezium sulfatı 100 
ml  suda  həll  edib  vermək  lazımdır.  Vena  daxilinə  4%  natrium  hidrokarbonat  vurulur.  Ağır  hallarda 
hemodializ  tətbiq  edilir. 100  ml  qədər  artırmaq  şərti  ilə  10  ml  10%  bemeqrid  sutkada  vurulur.  Dərin 
koma zamanı bemeqrid əks göstərişdir. 
Paxikarpinlə  intoksikasiya:  Çox vaxt hamiləliyi pozmaq məqsədilə istifadə olunan zaman baş 
verir.  Yüksək  doza  qəbul  etdikdən  bir  neçə  saat  sonra  baş  gicəllənməsi,  ürək  bulanması,  qusma, 
ümumi zəiflik, görmə qabiliyyətinin pozulması, psixomotor oyanma meydana çıxır. 
Tonik  və  klonik  qıcolmalar,  əzələlərin  fibrillyar  dartılması,  taxkardiya,  arterial  hipertenziya 
müşahidə olunur. Ağır hallarda isə huşun itməsi, kollaps, səthi tənəffüs qeyd olunur. 
Müalicəsi:  Mədə  yuyulmalı,  bağırsaq  boşaldılmalıdır.  Hemodializ,  tənəffüs  pozulması  zamanı 
ağciyərlərin süni ventilyasiyası tətbiq olunmalıdır. Dəri altına 1 ml 0,5% prozerin, 2-3 ml ATF, 10 ml 
0,5% tiamin, qıcolma zamanı isə vena daxilinə 3 ml 10% barbamil vurulur. 
Heyroleptiklərlə  intoksikasiya:  Bu  intoksikasiya  zamanı  ümumi  zəiflik,  baş  gicəllənməsi, 
ürəkbulanma, ağızda quruluq olur. Sonra isə qıcolma, huşun itməsi qeyd olunur. Koma dərin olmur. 
Vətər  refleksləri  yüksəlir,  bəbəklər  kiçilir,  nəbz  tezləşir,  arterial  təzyiq  azalır.  Komatoz  haldan 
çıxdıqda xəstədə parkinsonizm əlamətləri inkişaf edir.  
Müalicəsi: Mədə yuyulur, hemosorbsiya tətbiq edilir. Arterial hipotenziya zamanı dəri altına 1-3 
ml 10% kofein, 1-25% efederin, əzələ daxilinə isə 4 ml 5% tiamin vurulur.  
 
Vegetativ sinir sisteminin xəstəlikləri 
 
Vegetativ  sinir  sistemi  bütün  daxili  orqanalrın  və  toxumaların  innervasiyasında  iştirak  etdiyi 
üçün  elə  bir  xəstəlik  qeyd  etmək  mümkün  deyil  ki,  orada  vegetativ  sinir  sisteminin  bu  və  ya  digər 
pozğunluğuna  təsadüf  olunmasın.  Bunlardan  başqa,  vegetativ  sinir  sisteminin  qabıq,  qabıqaltı  və 
periferik şöbəsində baş verən funksional pozğunluqlar bir sıra damar nevrozu və allergik reaksiyaların 
meydana çıxmasına səbəb olur. 
 

Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya 
 
ġöbə: “Mamalıq iĢi”
 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 
 61
 
 
Reyno
 xəstəliyi 
 
Reyno xəstəliyi bədənin müəyyən hissələrində, ən çox əl barmaqlarında arteriya və kapillyarların 
tutmalar şəklində spastik hala düşməsi ilə cərəyan edir. Burada damar divarı və onu tənzim edən sinir 
aparatında  morfoloji  dəyişiklik  olmadığı  halda,  damarların  nevrogen  mənşəli  və  tez  keçib  gedən 
funksional pozğunluğu olur.  
Reyno xəstəliyi üç mərhələdə cərəyan edir:  
1) angiopastik;  
2) məhəlli asfiksiya;  
3) nekroz  
Angiospastik mərhələdə yuxarı ətraf damarlarının sıxılması nəticəsində barmaqların ucları ağarır, 
əl soyuyur, dərisi solğunlaşır, hissiyat zəifləyir, ətraflarda ağrı və paresteziya olur (çox zaman buna ölü 
barmaq simptomu deyilir) Damarlarda sıxılma keçdikdən sonra barmaqların solğunluğu sianozla əvəz 
olunur və nəhayət barmaqlarda hiperemiya baş verir. Bu zaman xəstə barmaqlarında istilik, yanğı hissi, 
bəzən də iynə, sancaq batma hissi keçirir.  
Məhəlli  asfiksiya  mərhələsində  barmaqlarda  venoz  durğunluq  baş  verir.  Dəri  göyərir,  yaxud 
mərmər  şəklini  alır.  Ağrı,  paresteziya  və  hissiyyat  pozğunluğu  kəskinləşir,  dəri  quruyur  və  ətraflar 
soyuyur. Nekroz mərhələsi isə barmaqların ucunun çox vaxt son buğumlarının dərisinin nekrozlaşması 
ilə nəticələnir. 
Müalicəsi: Spazmolitiklərdən papaverin, eufillin, temisal, komplamin fizioterapevtik üsullardan 
isə UB-şüa, isti vannalar, diateremiya və novokain blokadaları təyin edilir. 
 
Miqren 
 
Başın bir yarısında ağrılardan ibarət olub, tutmalar şəklində başlayır. Çox vaxt irsən keçən, bəzi 
hallarda özünü sonradan büruzə verən beyin  –damar xəstəliklərindəndir. Bu xəstələr söyləyir ki,  baş 
ağrıları onlarda çox kiçik yaşlardan başlayıb, onların analarında, nənələrində də olub. Bu xəstəliyin irsi 
xüsusiyyət  daşıdığını  göstərir.  Miqren  tutmaları  aşağıdakı  formalrda  təzahür  edir:  Sadə  miqren 
forması:  göz  və  gicgah  nahiyyəsində  ağrılarla  başlayır.  Get-gedə  ağrı  başın  bir  yarısını  tutur.  Xəstə 
işığa həssas olur, öyüyür və qusur, gicgah arteriyası gərginləşir və ağrı verir. Bir neçə saatdan sonra 
ağrı azalır və tamam keçir. Oftalmik (göz) formasında xəstənin gözləri qarşısında işıqlı cizgilər sayrışır. 
15-20 dəqiqədən sonra bu əlamət keçir, göz alması, alın və gicgah nahiyyəsində ağrı başlayır. Səs, işıq 
baş ağrılarını daha da kəskinləşdirir, xəstənin ürəyi bulanır, qusur, sonra bu əlamətlər tədricən keçib 
gedir.  Ofalmoplegik  formasında  başağrıları  ilə  yanaşı  gözün  hərəki  əzələlərinin  müvəqqəti  parezi 
yaxud  iflici  olur.  Xəstə  gözündə  ikiləşmədən  şikayətlənir,  gözləri  çəpləşir.  Vestibulyar  formada  isə 
başağrısı,  başgicəllənmə  olur.  Miqren  tutmaları  bərk  əsəbləşmək,  ətirli  maddələr  qoxulamaq 
yuxusuzluq,  həddindən  artıq  zehni  əmək,  alkoqoldan  sui-istifadə  nəticəsində  baş  verir.  Miqren  gənc 
yaşlarda başlayıb 50-60 yaşlarından sonra sakitləşməyə başlayır. Qadınlarda daha çox təsadüf olunur. 
Yüklə 6,01 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin