Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
101
düşüncə aydınlaşdıqda isə nitqin pozulması, ətraflarda keyləşmə qeyd olunur. Tutmadan sonra
xəstələrdə düşüncə pozuntusu (keyləşmə, çaşqınlıq, bələdliyin pozulması) və ya psixomotor oyanma
baş verir. Bəzən disforiya, şəxsiyyətin epilepsiya tipli dəyişməsi kimi əlamətlər də qeyd olunur. Ağıl
zəifliyi, adətən, birinci tutmadan 8-10 il keçdikdən sonra təzahür etməyə başlayır və lokunar xarakterli
olur. Özlərinə tənqidi yanaşırlar. Bəzi təsadüflərdə intellektual pozuntular tamamilə bərpa olunur və
uzunmüddətli remissiya yaranır. Somatik vəziyyətin ağırlaşması miokardit, anevrizm, arterial təzyiqin
artması, yataq yaralarının əmələ gəlməsi ilə müşayiət olunur. Əksər xəstələr gecə yuxusunun
pozulmasından, gündüzlər isə daim mürgüləməkdən şikayətlənirlər.
Beyin damarlarının aterosklerozu zamanı qeyd olunan nevroloji əlamətlər: bəbəklərin işığa
reaksiyasının zəifləməsi, burun-dodaq büküşünün hamarlanması, Romberq vəziyyətində müvazinətin
pozulması, barmaqlartın tremoru əlamətləri böyük diaqnostik əhəmiyyət kəsb edir. Xəstəlik ara-sıra
yaxşılaşma versə də, xronik gedişə malik olub, tədricən ağırlaşma xüsusiyyətinə malikdir. Əlavə
zərərli amillərin qoşulması ümumi vəziyyəti daha da ağırlaşdırır və tez bir zamanda ağıl zəifliyinə
səbəb olur.
Etiopatogenezi: Xəstəliyin etiopatpgenezini araşdırmazdan əvvəl maraqlı bir sualı
aydınlaşdırmaq lazımdır. Nə üçün beyin aterosklerozuna tutulan bütün xəstələrdə psixoz əlamətləri
qeyd olunmur?Aterosklerozun meydana çıxması biokimyəvi pozuntularla: Lipid mübadiləsinin
pozulması və xolesterinin artması ilə əlaqələndirirlər. Damarların divarlarına çökən toksik elementlərin
təsri də nəzərə alınmalıdır. İrsi və somatik amillərin olmasını, orqanizmin immunobioloji reaktivliyini,
dominantlıq təşkil edən ekzogen zəhərli amilləri və psixogeniyaları xüsusi qeyd etmək lazımdır.
Serebral ağıl zəifliyinin inkişafında qan dövranının pozulması nəticəsində əmələ gələn destruktiv
proseslərə əhəmiyyət verilməlidir.
Patoloji – anatomik dəyiĢikliklər: Patoloji-anatomik dəyişikliklər müayinədə nəinki beyin
damarlarında, eyni zamanda digər orqanlarda (ürəkdə, aortada, böyrəklərdə və s.) sklerotik
dəyişikliklər aşkar edilir. Beyin maddəsinin fibroz qalınlaşması, onların yumşalması və qansızmaların
meydana çıxması nəticəsində isə çapıqların əmələ gəlməsi, prosesin patoloji-anatomik dəyişikliklərlə
əlaqədar olduğunu sübut edir. Beyin qan damarlarının qalınlaşması nəticəsində onların divarında
tumurcuqlar əmələ gəlir.
Müalicəsi: Xəstələrin işi yüngülləşməli, istirahəti çox olmalı, yuxuları bərpa edilməlidir.
Xolesterinli qidanı kəskin azaltmaq lazımdır. Siqaret çəkməməlidir. Müalicənin əsas məqsədi qan
təchizatını normaya qaytarmaqdır (spazmı aradan qaldırmaq). Bu məqsədlə hipotenziv, damargenəldici
(amizil,
belladona),
antiadrenergik
(pirroksan),
qanqloblakator (pirilen, benzogekson) preparatlarından
istifadə
edilir.
Psixonevroloji
əlamətlıəri aradan
qaldırmaq üçün trankvlizatorlar (sibazon, tazepam),
yuxugətirici maddələr (rudotel, radedorm və s.) geniş
şəkildə işlədilməlidir. Depressiya, həyəcan və digər
affektiv əlamətlər olarsa antidepressantlar (azafen,
amitriptilin, gerfonal) tətbiq edilə bilər. Psixoterapevtik
tədbirlərin əhəmiyyəti xüsusi qeyd olunmalıdır. Ürək-
damar sisteminin vəziyyətinə uyğun lazımi terapevtik
tədbirlər həkim-kardioloqun məsləhəti ilə görülməlidir.
Tək-tək hallarda təsadüf edən psixotik halları aradan
qaldırmaq üçün kiçik dazalarda psixotrop maddələrdə də
istifadə edilməlidir (rezerpin, trisedil, xlorprotiksen və s.)
Xəstənin somatik vəziyyətindən asılı olaraq müəyyən
tədbirlər görülməsi unudulmamalıdır. Kompleks müalicə
üsullarını planlaşdırarkən serebral ateroskleroza səbəb olan amillərə qarşı profilaktika tədbirlərini ön
plana çəkmək vacib məsələlərdəndir.
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
102
Hormonal preparatlardan noretisteron-asetatdan,
o cümlədən, anobalik steroidlərdən (nerobol, retobalil).
Biostimulyatorlardan,
aminalondan,
ensefaboldan,
pirasetamdan
istifadə
etmək
məsləhət
görülür.
Müalicənin gedişində qan təzyiqinə nəzarət edilməli,
istirahət rejiminə ciddi əməl olunmalıdır.
Presenil və senil psixozlar
Orqanizmin geriyə inkişafı ilə əlaqədar meydana
çıxan psixi pozuntular, adətən. 50 yaşdan sonra təsadüf
edilir. Qocalıqönü dövr 45-60 yaş, qocalıq dövrü isə
60 yaşdan sonra hesab olunur.
Orqanizmin qocalması. bütün orqan və
sistemlərdə xarakter dəyişikliklərin yaranması ilə
müşayiət olunur. Yuxarıda göstərilən dəyişikliklərin
qadınlarda meydana çıxması əksər hallarda klimaks
dövrünə təsadüf edir. Nevrozabənzər hallar, əsasən
emosional ləbillik, qıcığa qarşı həssaslığın artması,
özünün və yaxın adamlarının səhhəti üçün narahatlıq hissi keçirmə, səbəbsiz təşviş, yuxu pozuntusu
kimi əlamətlərlə özünü biruzə verir. Bir sıra hallarda şəxsiyyət dəyişiklikləri ön plana çıxır. Belə ki,
əvvəllər müşahidə olunmayan mənasız şübhəlilik, xəsislik, yersiz mübahisəyə girişmək və s. bu kimi
əlamətlər qeyd olunur. Emosional halın qeyri-normallığı: əhvalın gün ərzində bir neçə dəfə dəyişməsi,
tez əsəbiləşmək, sonra da peşiman olmaq, ətrafdakıların hərəkətinə qarşı dözümsüzlük nisbətən daha
tez-tez rast gəlinir.
Geriyə inkiĢaf və qocalıq dövründə meydana çıxan psixozlar 2 qrupa bölünür:
1. Qocalıqönü psixozlar (invalüsion melanxoliya, invalüsion paranoid).
2. Beynin atrofiyası nəticəsində yaranan psixi pozuntular.
a) qocalıq ağıl zəifliyi
b) pik xəstəliyi
c) Altsheymerr xəstəliyi
d) Hentinqton xoreyası.
Orqanizmin, involyusiya prosesi uzunmüddətlidir. şərti olaraq 2 dövrə bölünür:
1. presenil (45-60 yaş arası) ;
2. senil (60-65 yaş arası).
Involüsion (presenil) psixozlar
Bu psixozların əsas klinik xüsusiyyəti həyəcandır. Üç forması var:
1. involüsion depressiya
2. involüsion paranoid
3. involüsion isteriya
Ġnvolüsion depressiya
Klinikası. Qocalıqönü psixozların daha tez-tez rast gəlinən forması olub qadınlar arasında
nisbətən geniş yayılmışdır. Xəstəliyin başlıca əlamətləri depressiya və həyəcandır. Bu əlamətlərin
özünü biruzə verməsi xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq müxtəlifdir. Yüngül hallarda
psixopatabənzər, nevrozabənzər ağır hallarda isə narahat depressiya və güclü həyəcan əlamətləri qeyd
olunur. Psixogen amillər, həyat tərzinin dəyişməsi, fiziki və zehni yorğunluq xəstəliyin gedişini
pisləşdirir. Narahat depressiya vəziyyətində olan xəstələr özlərinə yer tapa bilmir. bütün günü əli
qoynunda, qəm-qüssə içərisində otaqda vər-gəl edir, hamıdan ona kömək etməyi, dərdinə çarə qılmağı
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
103
xahiş edir. Belə vəziyyətdə olan xəstələr ciddi nəzarət altında olmalı, özünə sui-qəsd etməməsi üçün
lazımi tədbirlər görülməlidir. Xəstəliyin klinikasında tez-tez rast gəlinən əlamətlərdən biri də verbal
illüziyalardır. Xəstələr ətraf adamların söhbətlərində onlara aid çox vaxt onları təhqir edən, iftiralar
yağdıran, şəxsiyyətlərinə toxunan “sözlər”eşidirlər. İpoxondrik sayıqlamalar da az təsadüf etmir. Belə
şəxslər ağır xəstəliklərə, o cümlədən, siflis, vərəm, spid, xərçəng xəstəliyinə tutulduqlarını israr edirlər.
Bir sıra hallarda xəstəliyin klinikasında katatonik əlamətlər: stereotipiya, neqativlik, qorxu və
sayıqlama ideyalarının təsiri altında özünə qapanma əlamətləri müşahidə olunur. Xəstəliyin yaman
gediş variantlarından biri də ajitəli formadır. Bu zaman təsadüf edilən xarakter əlamət məzmunsuz
narahatlıq və oyanıqlıqdır. Xəstələr cəfəng sayıqlama fikirləri: daxili orqanların çürüməsini, yoxluğunu
söyləyir (Kotar sindromu), qida qəbulundan imtina edir, özlərini gərgin və uyğunsuz aparırlar. Belə
xəstələrin üst-başı səliqəsiz, natəmiz, bəzən hətta iyrənc görünür. Bəzi hallarda onu bir sıra psixi
xəstəliklərlə diferensiasiya etmək tələb olunur. Maniakal depressiv psixozdan fərqləndirərkən
xəstəliyin anamnezinə diqqət yetirilməlidir. Xəstələri yalnız stasionar şəraitində müalicə etmək
məsləhət görülür. Psixotrop preparatlar və antidepressantlardan geniş istifadə olunur. Tizertsin,
haloperidol, triftazin melipramin, amitriptilin daha geniş işlıədilən maddələrdəndir. Bəzən yüngül
keçən formalarda trankvlizatorlar (triptizol, nozepam, relanium, fenazepam) effektli olur. İnsulin-koma,
qanköçürmə müalicə üsulları da müvəffəqiyyətlə tətbiq edilə bilər. Xəstələrin somatik halını nəzərə
alaraq digər maddələrdən də (qlükoza, vitaminlər və s.) istifadə etmək məsləhət görülür.
Ġnvolüsion paranoid
Klinikası. Xəstəliyin başlıca əlaməti müxtəlif məzmunlu sayıqlama ideyalarının olmasıdır. Digər
psixozlarda rast gəlinən sayıqlamalardan fərqli olaraq involüsion paranoid zamanı düşüncə tam aydın.
davranış isə normal olur. Sayıqlamaların məzmunu xəstənin intim-seksual həyatı ilə bağlı olur. Belə ki,
xəstə həyat yoldaşının ona xəyanət etməsindən, kiminsə ona mənəvi iztirab verməsindən və ya onun
cinsiyyət orqanlarına təsir göstərərək qadınlığını (kişiliyini) əlindən almaq istədiklərini söyləyirlər.
Özünü kiçiltmə və ya ziyan sayıqlamaları üstünlük təşkil edərsə xəstələr müflisləşdiklərini, yaxın
adamların məhv olduğunu, bu yaxınlarda özlərinin də faciəli surətdə öləcəklərini deyir, heç bir tənqidə
məruz qalmayan həqiqiliyini sübuta yetirmək üçün fəallıq göstərir, müxtəlif təşkilatlara müraciət edir
və qohumlarını da bu işə cəlb etməyə çalışırlar. Belə xəstələrin emosional halı çox vaxt pozulmur,
bəzən həyəcanlı olsalar da özlərini sağlam şəxs kimi aparırlar. İnvalüsion paranoidi əsasən, ahıl
yaşlarda başlayan şizofreniya, beynin orqanik xəstəlikləri nəticəsində meydana çıxan psixi
pozuntularla müqayisə etmək lazımdır. Orqanik xəstəliklər üçün xarakterik olan nevroloji və orqanik
psixi pozuntular, epizodik təsadüf edən düşüncə pozuntuları invalüsion paranoid zamanı rast gəlinmir.
Psixotrop maddələrdən geniş istifadə olunur. Aminazindən, haloperidoldan, trisedildən, leponeksdən
orta və böyük dozalarda istifadə etmək məsləhət görülür. Xəstələrin qidalanmasına və istirahət
rejiminə xüsusi diqqət yetirilməlidir. Hər hansı bir infeksiyanın, somatik xəstəliyin və ya psixi
travmanın olması xəstəliyin gedişini kəskinləşdirə bilər. Ağır psixozların müalicəsimndə işlədilən
digər üsullar: insulin-koma müalicəsi, qanköçürmə, vitamin terapiyası bu xəstəliyin müalicəsində geniş
tətbiq edilməlidir.
Ġnvolyüsion isteriya
Klinikası. İnvolyüsion dövrdə müşahidə edilən nevrotik hallar içərisində ən çox involyüsion
isteriyaya təsadüf edilir. Yaşla əlaqədar olaraq beyin qabığı sinirlərinin zəifləməsi, sinir sisteminin
ümumi, funksional düşkünlüyü, geriyə inkişaf dövründə isteriya əmələ gəlməsi üçün şərait yaradır.
Müxtəlif psixi travmalarla mübarızə qüvvəsi azalır və bu travmaların təsiri nəticəsində nevrotik hallar
meydana çıxır. Beyin qabığının zəifləməsi psixikanı daim yüksək emosional oyanma halında saxlayır.
Bu hal xəstəliyin kliniki təzahüründə, özünəməxsus əlamətlərin yaranmasına səbəb olur. Xəstəliyin
əsas presenil əlamətləri ilə (depressiv hal, qəm, qüssə) bərabər isterik reaksiyalar, emosiyaların
davamsızlığı, oyanma, qıcıqlanma, tez-tez ağlama, boğulma, qıcıqlanma, tez-tez ağlama, boğulma,
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
104
qıcolma tutmaları müşahidə edilir. Xəstəliyin gedişi, digər formalara nisbətən az müddət çəkir. Adətən,
sağalma ilə qurtarır. Sağalma xəstəliyin başlanmasına səbəb olan zərərli psixi şəraitin aradan
qaldırılması ilə əlaqədardır
Qocalıq ağıl zəifliyi
.
Bu xəstəlik, adətən, 60-75 yaşlar arasında rast gəlinir. Xəstəliyin meydana çıxmasında
orqanizmin zərərli amillərə məruz qalmasına, o cümlədən, infeksion, endokrin və daxili orqanların
xəstəliklərinə əhəmiyyət verilir. Xəstəliyin ən başlıca əlaməti tədricən inkişaf edən ağıl zəifliyi və ilk
növbədə, yaddaşın pozulmasıdır. Az sonra şəxsiyyətin enməsi əlamətləri və psixoloji fəaliyyətin
strukturu dəyişməyə başlayır. Emosional kütlük, laqeyidlik, xəsislik, eqoizm kimi əlamətlər diqqəti
cəlb edir. Xəstələr cürbəcür lazımsız şeyləri toplayır boxçaya, sandığa və ya döşəyin altına yığır,
əhval-ruhiyyənin tez-tez dəyişməsi, gah yersiz gülüşləri gah da acıqlı və kədərli olmaları xəstələrə
gülünc bir görkəm verir. Maraq dairəsi getdikcə azalaraq ancaq instinktiv tələbələr ətrafında toplanır.
Söhbət zamanı eyni hadisələri dəfələrlə təkrar edir, mənasız suallar verir, söylədikləri və soruşduqları
sözləri tez də unudurlar. Depressiya halı keçirən xəstələrdə ipoxondrik məzmunlu sayıqlamalar qeyd
olunur. Xəstələr ürəklərinin dayandığını daxili orqanlarının yox olmasını söyləyirlər. Tez-tez rast
gəlinən əlamətlərdən biri də gecə narahatçılığıdır. Bəzən xəstələr bütün gecəni yatmır, ayaqda gəzişir,
dodaqaltı şikayətlənirlər. Belə hallarda bütün günü yuxulu olub, ayaqüstü mürgüləyirlər. Belə
xəstələrdə mənasız gəzintilərə, evdən çıxıb getməyə və ya qapını bağlayıb belə evdə tək tənha
oturmağa maraq olur. Xəstələrin somatik halı da gündən –günə pisləşməyə başlayır. Tək-tək hallarda
epilepsiya cəngolmalarını xatırladan tutmalar da müşahidə olunur. Xəstəliyin gedişinin başlıca cəhəti
ara-sıra kəskinləşmə və remissiya verməklə xronik gedişə malik olmasıdır. Bütün təsadüflərdə qocalıq
ağıl zəifliyinin proqnozu pisdir. Belə xəstələrə qulluq, simptomatik müalicə üsullarından istifadə
etmək başlıca şərtdir. Somatik xəstəliklərin yataq yarasının qarşısını almaq üçün tədbirlər görülməlidir.
Pik xəstəliyi
Klinikası. Xəstəlik 50-55 yaşlarda, ən çox qadınlar
arsaında təsadüf edilir. Pik xəstəliyinin başlıca əlaməti
tədricən şiddətlənən yaddaş və ağıl zəifliyidir. Tez-tez
təsadüf
edilən digər əlamətlərdən əhval-ruhiyyənin
dəyişikliyini göstərmək olar. Yaddaş pozuntusu o dərəcədə
kobud olur ki, xəstə öz yaxın adamlarını belə tanıya bilmir.
Bəzi hallarda afaziya qeyd olunur ki, bu da Pik xəstəliyini
digər orqanik xəstəliklərlə qarışdırmağa imkan verir.
Xəstəliyin gedişinin sonrakı mərhələlərində kobud fiziki
zəiflik əlamətləri diqqəti cəlb edir. Xəstələr müstəqil hərəkət
edə bilmir, kənar adamların köməyi olmadan yeməyir,
özlərinə aid xidmət belə göstərmək iqtidarında olmurlar.
Nitq qabiliyyəti o dərəcədə kobudlaşır ki, xəstələri başa
düşmək qeyri-mümkün olur. Xəstəliyin proqnozu ümidsizdir.
Pik xəstəliyinə tutulan xəstələrin ömrü uzun olmur. Bəzən
fiziki halın pisləşməsi, somatik xəstəliklərin qoşulması
nəticəsində 3-4 il müddətində tələf olurlar. Somatik cəhətcə
sağlam olan şəxslər yaxşı qulluq nəticəsində bir qədər çox
(8-10 il) yaşayırlar.
Altsheymer xəstəliyi
Klinikası. Xəstəlik əksər hallarda 55-56 yaşlarda başlayır. Lakin tək-tək hallarda daha erkən
(47-50 yaşlarda) başlaya bilər. Qadınlar kişilərə nisbətən bu xəstəliklə daha çox xəstələnirlər.
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
105
Altsheymer xəstəliyinin ən başlıca əlaməti tədricən, lakin proqressiv şəkildə inkişaf edən ağıl
zəifliyidir. Yaddaş pozuntuları həm yaxın, həm də uzaq hadisələri əhatə edir. Zahirən laqeyid və süst
görünürlər. Bir qədər sonra xəstələrdə narahatlıq əlamətləri: yersiz hərəkətlər, başqalarına qarşı
dözümsüzlük, yersiz donquldamaq və ya istehzalı gülüş, özünə və ətrafdakılara qarşı aqressiya kimi
əlamətlər müşahidə olunur. Getdikcə xəstələrin həm psixi, həm də somatik halı pisləşir, prosesə bir
sıra nevroloji əlamətlərdə qoşila bilər. Pik xəstəliyində olduğu kimi Altsheymer xəstəliyində də onlar
uzun müddət yaşamır, 5-6 il müddətində tələf olurlar.
Hentinqton xoreyası
Klinikası. Hentinqton xoreyası, adətən, 45-47 yaşlarda, lakin bir sıra hallarda daha tez (hətta 10-
12 yaşlarda) meydana çıxa bilər. Xəstəliyin daha gec, 60 yaşlarda ilk təsadüf etməsi də mümkündür.
Kişilər və qadınlar bu xəstəliyə eyni bərabərdə tutulurlar. Xəstəliyin xarakter əlamətlərindən biri
söhbət və gərginlik zamanı güclənən xoreyayabənzər hiperkinezlərin və psevdoaffektiv reaksiyaların
baş verməsidir. Digər nevroloji əlamətlərdən əzələ tonusunun enməsi, göz qapaqlarınnın ptozu və
nitqin səlistliyinin pozulması diqəti cəlb edir. Psixi pozuntulardan tez-tez təsadüf edən yaddaş və
diqətin zəifgləməsi, ağıl zəifliyi əlamətləri, xəstənin davranışında da hərəkətlərində özünü büruzə
verən pozuntuları (aqressiv antisosial hərəkətlər və s.) göstərmək olar. Bir qədər çətinliyə düşərkən
gərginlik keçirir və əsəbləşirlər. Diqqətin tez-tez yayınması, təfəkkürün ardıcıllığının pozulması, əqli
qabiliyyətin xoreyayabənzər şəkil alınmasına səbəb olur. Paranoyal halların olması qısqanclıq
münasibət sayıqlamaları şəklində rast gəlinən bu əlamət bəzən cəfəng məzmunlu olmaqla
özünüböyütmə, möhtəşəmlik ideyaları ilə zənginləşir. Bəzən daha çox daxili orqanlarla əlaqədar olan
taktil hallüsinassiyalar qeyd olunur. Xəstəliyin müalicəsi əsasən psixotrop maddələtlə aparılır. Geniş
tətbiq edilən preparatlardan rezerpini (sutkada 0,75-1,5 mq) , triftazini (25-40 mq) , stellazini (40-50
mq) qeyd etmək olar. Psixotik əlamətlərin kəskinləşdiyi vaxtlarda aminazindən istifadə etmək
mümkündür.
Etiologiya və patogenezi. Alimlər belə hesab edirlər ki, qocalıq psixozlarının meydana çıxması
orqanizmdə gedən bioloji prosseslərlə sıx əlaqədardır. Endogen amillərlə yanaşı psixi travmaların,
somatogen zərərli amillərin rolu da qiymətləndirməlidir. T.Larsonun (1986) fikrincə qocalıq ağıl
zəifliyinin meydana çıxması autosom dominant genlə əlaqədardır. Son illərdə aparılan tədqiqatlar bu
xəstəliyin autoimmun proseslərlə də əlaqədar olduğunu göstərir. Bəzi amillər beynin atrofiyası ilə
müşayət edilən xəstəliklərin (Altsheymer) virus etiologiyalı olduğunu qeyd edirlər. Daha dəqiq
öyrənilən və patogenetik əhəmiyyəti sübut edilən faktlardan biri beyində patomorfoloji dəyişikliklərin
olmasıdır.
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
106
MÖVZU 14
EPĠLEPSĠYA.
Epilepsiya çox qədim zamanlardan bəlli olan xəstəlikdir. Xalq arasında buna ürəkkeçmə, tutma,
müqəddəs xəstəlik, yıxılma xəstəliyi və başqa bu kimi adlar verilmişdir. Epilepsiya yunanca
Epilambano sözündən götürülüb tuturam, yıxılıram deməkdir. Xəstəlik kişilərdə qadınlara nisbətən iki
dəfə çox rast gəlinir. Epilepsiya xəstəliyi 65% hallarda uşaq və yeniyetmə yaşlarında başlayır.
Epilepsiya xəstəliyinin şərti olaraq iki formaya bölmək qəbul olunmuşdur.
1. Genuen- həqiqi epilepsiya
2. Simptomatik epilepsiya
Son ilərdə simptomatik epilepsiya anlayışı epileptik sindrom sözü ilə əvəz olunmağa
başlanmışdır.
Klinikası. Epilepsiya beynin tədricən şiddətlənən xroniki xəstəliyidir. Kliniki əlamətləri iki
qrupa bölnür.
Brinci qrupa epilepsiyanın kəskin paraksimal əlamatləri böyük və kiçik tutmaları, absans, psixi
ekvivalentləri və əhval-ruhiyyənin kəskin dəyişməsini aid etmək olar.
İkinci qrupa isə şəxsiyyətin epilepsiya tipli dəyişməsinin bütün dərəcələrini əhatə edən tədricən
şiddətlənən əlamətlər aiddir.
Epilepsiya tutmalarının müasir təsnifatı aşağıdakılardan ibarətdir:
A. Generalizə olunmuş tutmalar.
B. Fokal tutmalar
V. Hemikonvulsiv tutmalar.
Q. Təsnif edilməmiş epilepsiya tutmaları
Epilepsiya əlamətlərinin ilkin əlamətləri əksər təsadüflərdə uşaq yaşlarından başlayır. Bəzən
xəstəliyin meydana gəlməsi bir sıra paroksizimlərlə (qısamüddətli tonik-klonik cəhgolmalar) , yuxulu
ikən gəzmək (ay işığında – lunatizm) , gecə qorxuları, epiqastral nahiyədə xoşagəlməz ağrılarla və
digər əlamətlərlə şərtlənir. Generalizə olunmuş böyük tutmaların (grand mal) baş verməsini xəstə bir
çox hallarda bir neçə saat və ya bir gün əvvəlcədən hiss edir. Tutma adətən aura ilə başlayır. Aura
yunan sözü olub xəfif külək, meh deməkdir. Bir neçə formalarda rast gəlinir:
A) sensor aura bu zaman bədənin müxtəlif nahiyələrində qarışqa (böcək) yerişini xatırladan
hissiyat əmələ gəlir.
B) görmə aurası zamanı xəstənin gözünə müxtəlif rənglər görünür, bəzən bir anlığa heç nə
görünmür. Bir çox təsadüflərdə xəstənin gözünə dəhşətli səhnələr görünür.
V) eşitmə aurasında qulağa müxtəlif səslər: zəng, atəş, qışqırtı, köməyə çağırış və s. səslər gəlir.
Q) psixosensor aura zamnaı xəstə bədənin kiçilməsini, böyüməsini, özünün yad adam olmasını
və s. hiss edir.
D) qoxu və dad auraları olduqda xəstə üfunət iyi, ağzında şirinlik və ya acılıq hissi duyur.
E) visseral aurada ürəyin tez-tez döyünməsini, havanın çatışmamzlığını, ürəkbulanma, qusma və
digər hisslərin olmasını duyur.
X) hərəki aura olduqda orqanizmin müxtəlif nahiyyələrində əzələlərin səyriməsi, ətrafların qeyri-
iradi hərəkəti hiss olunur.
Əgər xəstə üzü üstə uzanıbsa asfiksiya ola bilər. Klonik cəhgolmalar 1,5-2 dəqiqə və daha çox
çəkir. Tutma zamanı xəstələrin əksəriyyətində sfinktorların boşalması nəticəsində qeyri-iradi
sidikburaxma (tək-tək hallarda defekasiya) baş verir. Tutmadan sonra xəstə 10-15 dəq sərsəm halda
otaqda gəzişir, xaotik hərəkətlər edir. Aqressiv hərəkətlər də edə bilər. Nəhayət xəstə özünə bir yer
tapıb yatır. Bir neçə saat davam edən dərin yuxudan sonra ayılır, olmuş hadisə haqqında heç bir
təsəvvürü olmur, əmələ gəlmiş zədələrə əsasən tutma olduğunu bilir. Kiçik tutma (petit mal) qısa
müddət davam edən və bəzən isə cəngolmasız. ancaq düşüncənin qısa müddətli itməsi ilə cərəyan edir.
Xəstə yıxılmır, tutma başlandığı anda etdiyi hərəkət vəziyyətində donub qalır. düşüncə aydınlaşan kimi
xəstə əvvəl gördüyü işi davam etdirməyə başlayır. Tutmanın baş verməsi burada da unudulur (tam
amneziya). Bir tutma qurtarmamış digəri başlayırsa (düşüncə aydınlaşmadan) buna epilepsiya statusu
|