SarıĢan hallar nevrozu
Bu nevrozun ən başlıca cəhəti xəstəni narahat edən
sarışan halların olmasıdır. Sarışan hallar nevrozunun üç
klinik variantını qeyd edirlər: obsessiv, fobik, sarışan
kompulsiv formalar. Obsessiv formada sarışan
xatırlamalar,
lüzumsuz
evlərin
pəncərələrini,
mərtəbələrini saymaq və s. təşkil edir.
Fobiya (qorxu) forması üçün xarakter əlamət
xəstəliklərə tutulmaqdan qorxmaqdır. Sarışan kompulsiv
formada isə xəstə öz arzusundan asılı olmayaraq kobud
və nalayiq hərəkətlərə meyl göstərir. Sarışan hallar
müxtəlif formalarda təzahür edə bilər (ağır xəstəliyə
tutulmaq qorxusu - nozofobiya, yüksəklikdən qorxmaq-
akrofobiya, geniş küçələrdən və ya meydanlardan keçə
bilməmək – aqarofobiya, yaxın adamlarını itirmək, evdə tək qalmaqdan qorxmaq – monofobiya, ağlını
itirmək, ruhi xəstəliyə tutulmaq qorxusu – psixofobiya və s. ) özlərindəki qorxu və şübhələri azaltmaq
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
113
məqsədilə bəzən xəstələr cürbəcür rituallardan istifadə edirlər. Məsələn, bir xəstə gün ərzində ona heç
bir xəta toxunmaması üçün səhərlər evdən çıxmazdan əvvəl gözünü yumaraq üç dəfə otağın divarını
öpərmiş. Sarışan halların geniş yayılmış formalrından biri də sarışan fikirlərdir. Bu zaman məzmunsuz,
qeyri- sağlam müdriklik deyilən əlamət müşahidə edilir. Belə xəstələr hamıya yaxşı məlum olan,
sübuta ehtiyacı olmayan, ümumiyyətlə, mənasız fikirləri “çeynəməyə” ehtiyac duyur, ətrafdakı
adamlara mənasız suallar verməkdən, mübahisədən sanki zövq alır. Sarışan hallar nevrozunun gözləmə
nevrozu adlandırılan sindromunda başlıca cəhət xəstənin yersiz təşviş və həyəcanına səbəb olan
xəstəlik halının əmələ gətirməsidir. Belə ki, xəstə vərdiş etdiyi ən adi hərəkətləri icra edərkən təşviş
keçirir, onun baş tutmayacağını gözləyir. Məsələn, gecələr yuxuya gedə bilməməsindən və i. a. qorxur,
həyəcan keçirir. Gedişinə görə sarışan hallar nevrozu, adətən, daha uzun davam edir. Onların müalicəsi
də xeyli çətinlik törədir.
Ġsteriya
İsteriyanın kliniki mənzərəsi olduqca rəngarəng olub. xəstənin yaşadığı ictimai mühit, onun
intellektual səviyyəsi. yaşı və digər amillər xəstəlik amillərinin təzahür etməsinə öz təsirini göstərir.
Xəstəliyin başlıca xüsusiyyəti hərəkət və hissiyyat (emosiya) sferasına aid funksional pozuntuların
olması xəstənin asanlıqla təlqinə və özünü təlqinə məruz qalmasıdır. Diqqəti cəlb edən cəhətlərdən biri
də onların öz xəstəliklərinə xüsusi münasibət bəsləməsidir. Xəstəliyin kliniki əlamətlərini
sistemləşdirərək onları üç qrupa bölmək mümkündür.
1. İsterik cəngolmalar;
2. Vegetativ və hərəki funksiyaların isterik pozuntuları;
3. İsterik psixi pozuntular.
İsterik cəngolmalar ən müxtəlif formalarda, xəstənin yaşadığı ictimai mühitin başlıca
xüsusuiyyətlərini əks etdirməklə cərəyan edir. Psixonevroloq Şarkonun təsvir etdiyi isteriya qövsü
(xəstə yalnız ayaq barmaqlarına və başının təpə və alın hissəsinə söykənərək bütün bədənini qövs
şəklində yuxarı qaldırıb bu vəziyyətdə xeyli dayanır. (Buna Şarko qövsü deyilir) hazırda çox az
təsadüf edir. Hazırki dövrdə isteriya tutmaları daxili orqanların funksional, hərəkət və hissiyat
sferasına aid olan pozuntularla cərəyan edir. Belə tutmalar zamanı ətrafların isterik iflici, hissəvi
cəngolmalar, əsmə hərəkətləri müşahidə edilir. Bəzən isə həmin orqanlarda ağrılar qeyd olunur.
Epilepsiya cəngolmalarından fərqli olaraq isteriya tutması zamanı tutma mərhələləri ardıcıl olmur,
tutma xaotik. xəstənin arzu və istəyini əks etdirən məzmunda olur, əslində nümayiş xarakteri daşıyır.
İsteriya tutması epileptik cəngolmalardan fərqli olaraq bu tutmaların daha mülayim. aurasız və
düşüncənin tam pozulmasından baş verməsidir. Tutma 30-40 dəq. və daha çox davam edə bilər.
Vegetativ və hərəki funksiyaların isterik pozuntuları. Xəstəliyin klinikasında çox vaxt
tutmalarla əlaqədar meydana çıxan nitq pozuntuları da rast gəlinir. Xəstə öskürərkən və ya asqırarkən
afoniya hiss olunmur. bu ancaq danışarkən baş verir. Xəstələrdə dəri hissiyyatının pozulması da tez-tez
rast gəlinir. Vegetativ pozuntuların geniş yayılmış formalarından biri boğazda “isterik yumağın” əmələ
gəlməsidir. Bir sıra hallarda isteriya nevrozunun gedişi müxtəlif ağrılarla ağırlaşıər. tez-tez rast gəlinən
baş ağrıları öz spesifikliyi ilə fərqlənir. İsterik qarın ağrıları zamanı düzgün qoyulmayan diaqnoz
nəticəsində cərrahi müdaxilə olunan xəstələr az təsadüf etmir. İsteriya nevrozunda təsadüf edən psixi
poizuntular əsasən, hərəkət-davranış və emosiya sferalarını əhatə edir. Xəstələr özlərini lüzumsuz,
uşaq xasiyyət aparir, şıltaqlıq edir və ətrafdakıların diqqətini özlərinə cəlb edirlər. İsterik stupor.
depressiya hallarına da rast gəlmək mümkündür. Düşüncənin alaqaranlıq pozulması fonunda cərəyan
edən və yalançı ağıl zəifliyi (psevdodemonsiya) əlamətləri nümayış etdirməklə təzahür edən Qanzer
sindromu psixi travmalarla əlaqədar meydana çıxan tipik sindromlardandır.
Ġpoxondriya nevrozu
Nevrozlar zamanı ipoxondrik sindrom astenoipoxondriya. senestopatiya şəklində təsadüf edir.
Xəstəliyin gedişindən asılı olaraq bu əlamətlər daha əzabverici, iztirablı ola bilər. Belə adamlar heç bir
əsas olmadan ağır xəstəliyə tutulduqlarını söyləyir, yardım üçün həkimlərə müraciət edir, bütün
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
114
müayinələrdən keçməyə çalışırlar. İpoxondrik şikayətlərin həqiqiliyini sübuta yetirmək məqsədilə
dəfələrlə cərrahi müdaxiləyə müraciət edən xəstələr də olur. İpoxondriya nevrozu vaxtında və düzgün
müalicə olunmazsa xronik formaya keçir və xəstə illərlə həkimlərə müraciət edir.
Depressiv nevroz
Bu nevrozu xarakterizə edən başlıca cəhət nevrotik məzmunlu, yəni əsasını psixi travmalar təşkil
edən və psixi müayinə zamanı asanlıqla aşkar edilən depressiyanın olmasıdır. depressiv nevrozun
başlanğıc mərhələsi və gedişi bir sıra xüsusiyyətləri ilə diqqəti cəlb edir. Xəstəliyin başlanğıcında
distonik xarakterli vegetativ pozuntular, bir qədər sonra isə əhvalın enməsi, həyəcan və yuxu
pozuntuları qeyd olunur. Gecələr narahat yatan xəstə yuxudan durarkən özünü əzgin və zəif hıss edir.
Əmək qabiliyyətinin xeyli azalmasına baxmayaraq işə getməkdən imtina etmirlər.
UĢaqlarda nevrozların xüsusiyyətləri.
Məktəb yaşlı uşaqlar arasında nevrozların əmələ gəlməsində başlıca rol oynayan amillərdən biri
uşağın gərgin mütaliə etməsidir. Uşağını vunderkindlər cərgəsində görmək istəyən valideyinlər bəzən
öz övladlarının fiziki və intelektual imkanlarını nəzərə almadan onu çox işləməyə, məşğul olmağa
vadar edir, istirahət rejimindən, harmonik inkişafın vacib elementlərindən olan həmyaşıdları ilə
oynamaqdan məhrum edirlər. Uşaq yaşlarında təsadüf edən nevrozun başlıca formaları isteriya və
nevrasteniyadır. Digər nevrotik hallar da, fobiya sindromu, enurez, sinir anoreksiyası və s. bu kimi
hallarda az təsadüf etmir.
Differensial diaqnozu. Nevrozlar zamanı kobud psixi pozuntular: hallüsinasiyalar, sayıqlama
fikirləri, ağıl zəifliyi, katatonik əlamətlər olmur. Bir sıra hallarda nevrozları süst gedişli şizofreniyadan
təcrid etmək xeyli çətinlik törədir. Nevrozabənzər əlamətlərlə gedən şizofreniyanın bu forması, diqqəti
cəlb edən kobud neqativ əlamətlər vermir və xəstələr uzun müddət əmək qabiliyyətini itirmirlər.
Nevrozlardan fərqli olaraq süst gedişli şizofreniya zamanı obsessiv-kompulsiv, fobik, ipoxondrik-
senestopatik və digər bu kimi əlamətlər kifayət qədər qabarıq ifadə olunur. Nevrozların klinikasında
xəstə öz şikayətlərinə yüksək emisionallıqla. ürək ağrısı ilə yanaşır. Şizofreniyada isə belə əlamətlər
abstrakt, yersiz, əcaib olmasına baxmayaraq sanki xəstəni narahat etmir, onda nəzərə çarpacaq
emosional reaksiyalara səbəb olmur.
Etiologiyası və patogenezi. Nevrozların ənələ gəlməsində mərkəzi sinir sinir sistemi aparatında
orqanik dəyişikliklərin olmasına əsaslanan mülahizələrə də etinasız yanaşmaq olmaz. Nəhayət, xronik
davam edən somatik pozuntuların da nevroza səbəb ola bilməsi nəzərə alınmalıdır. Nevrozları əmələ
gətirən amilləri nəzərdən keçirərək onları üç qrupa bölmək mümkündür:
1. Əsasını irsi meyillik təşkil edən konstitusional amillər nəzəriyyəsi.
2. Mühitin zərərli təsirlərini ön plana çəkməklə. konstitusional-şəxsi keyfiyyətlıəri ikinci dərəcəli
hesab edən amillərin nəzərdə tutduğu ekzogen patogenetik amillər nəzəriyyəsi.
3. Subyektiv-idealistik nəzəriyyəsi.
Müalicə və profilaktikası. Nevrozların müalicəsində psixoterapiya üsullarının səmərəliliyi
təkzib edilməzdir. Bununla yanaşı psixoterapiyanın digər üsullarından da (hipnoz yuxu altında təlqin,
autogen məşq və s.) geniş istifadə edilməlidir. Nevrozların terapiyasında dərman preparatları ilə
müalicəyə, kurort amillərinə, fizioterapiya üsullarına geniş yol verilməlidir. Nevrozların bütün
formalarında tez-tez təsadüf edilən yuxu pozuntularını aradan qaldırmaq üçün hipnotik təsir göstərən
psixofarmakoloji preparatlardan sonapaks (10-75 mq), fenazepam (0,5 -2 mq), tizersin (5-25 mq) geniş
işlədilir. Yuxunu yaxşılaşdıran maddələrdən (amitriptilin-12,5-50 mq, rudotel-5-10 mq trioksazin-1-2
tab. relanium-5-10 mq, seduksen-25 mq və s.) istifadə etmək faydalıdır. Tormozlanma və oyanma
proseslərinin dinamikasının pozulmaısını nəzərə alaraq Pavlov məhlulundan (Sol. Natrii bromati 1-
2 %-200, Coff. Natrii benzoici 0,4-0,8 q) istifadə etməyi məsləhət görülür. Bu qarışıga pişikotu
damcısı və ya dəmləməsi də əlavə etmək olar. Nevrozların kompleks müalicəsində vitaminlərdən geniş
istifadə olunmalıedır. Maraqlı idman oyunları, müxtəlif mədəni kütləvi tədbirlər, açıq havada gəzinti
çox faydalıdır.
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
115
Reaktiv psixozlar
Reaktiv psixozlar adı altında təsvir edilən xəstəliklərə psixogen mənşəli pozuntular aid edilir.
Belə patoloji halların yaranmasında başlıca rol oynayan psixi travmalar-sarsıntılardır. İkinci mühüm
amil isə sinir sisteminin anadangəlmə xüsusiyyətləri təşkil edir.
Bu qrupa aid edilən xəstəlik hallarına aşağıdakılar aiddir:
1) psixogen affektiv şok reaksiyaları (reaktiv stupor və reaktiv oyanma) ,
2) isterik psixozlar (psevdodemensiya, puerilizm. düşüncənin isterik alaqaranlıq halı) ,
3) reaktiv depressiya,
4) reaktiv sayıqlamalar (paranoid) ,
5) yatrogeniyalar.
1. Psixogen affektiv Ģok reaksiyaları. Güclü
psixi sarsıntılar, məsələn müharibə, zəlzələ, yanğın,
nəqliyyat hadisələri, kütləvi ixtişaşlar və s. nəticəsində
çoxlu miqdarda insan ölümünün şahidi olarkən
meydana çıxır.
Reaktiv stupor adlanan hipokinetik şok
reaksiyası zamanı sanki emosional iflic baş verir.
Xəstə oturduğu yerdəcə donub qalır. Reaktiv stupor
vəziyyəti. adətən, uzun çəkmir, bir neçə dəqiqədən və
ya 1-2 saatdan sonra keçib gedir. Lakin bəzən 2-3
günədək davam edə bilər. Xəstə öz halından çıxdıqdan
sonra tam amneziya və bir neçə həftə davam edən
astenik vəziyyət qeyd olunur. Hiperkinetik reaksiya və
ya reaktiv oyanma zamanı xəstəliyin aktivliyi,
məzmunsuz hərəkət aktları ilə müşayiət edilir. Düşüncə pozulduğundan özünü və mühütü dərketmə
qabiliyyəti də düzgün olmur. Belə vəziyyətə düşmüş adam bəzən hərəkət edən nəqliyyata, yanğına,
suya doğru hücum edir, özünü hündür mərtəbəli binaların pəncərəsindən yerə atır.
2. Ġsterik psixozlar. Kəskin psixi sarsıntılar nəticəsində meydana çıxan və qısa müddət davam
edən bu psixozların bir neçə kliniki variantları vardır. Psevdodemensiya və ya yalançı ağıl zəifliyi,
qəfləti baş verən əqli çatışmazlıq əlamətləri ilə təzahür edən psixi pozuntudur. Xəstənin ağıl zəifliyinin,
davranışının kobud, anlaşılmaz və cəfəng olması onu tanıyanların təəcübünə səbəb olur.
Psevdodemensiyanın iki forması təsdiq edilir.
1) depressiv
2) ajitəli
Depressiv formada xəstələr əzgin, hərəkətləri ləngimiş, ajitəli formada isə narahat, çaşqın və
hərəkətli görünürlər. Psixi travmalar davam edərsə xəstəlik aylarla uzana bilər. Düşüncənin isterik
alaqaranlıq halı əmələ gəlmə mexanizmi və klinik təzahürünə görə affektiv şok reaksiyasından çox az
fərqlənir. Düşüncənin daralması nəticəsində xəstənin özünə və mühitə qarşı bələdliyi pozulur, müxtəlif
illüziyalar, hallüsinasiyalar qeyd oluna bilər. Xəstə özünü narahat, bəzən isə cəfəng aparır. Gah ağlayır,
gah gülür. Xəstəlik, adətən, 5-10 gündən artıq davam etmir. Xəstə öz halından çıxdıqdan sonra hissəvi
və ya tam amneziya qeyd edilir.
3. Reaktiv depresiya. Pisixogen mənşəli xəstəliklərin ən geniş yayılmış forması olub başlıca
əlaməti depressiv sindromdur. Əhvali-ruhiyyənin enmə dərəcəsi səxsin xarakterik xüsusiyyətlərindən
asılıdır. Depressiya halı bir sıra vegetativ və somatik əlamətlərlə (ətrafların soyması, ürək-damar
sisteminin fəaliyyətinin pisləşməsi, qəbizlik, ümumi əzginlik və İ.A.) ağırlaşa bilər.
4. Reaktiv sayıqlamalar. Psixogen mənşəli sayıqlamaların klinik təcrübədə nisbətən daha cox
rast gəlinən 2 formasını göstərmək olar: Reaktiv paronaid və induksiya edilmiş sayıqlama. Reaktiv
paranoid həmin şəxsə doğru yonəlmiş, təhlükə, ləyaqətsiz hərəkət, ailə münaqişələri və digər
səbəblərlə əlaqədar yaranan sayıqlama halına deyilir. Xəstənin yanlış fikirləri yüksək qiymətli ideyalar
və ya sayıqlama ideyaları şəkilində meydana çıxa bilər. Birinci təsadüfdə şəxsin yalnış mülahizələri
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
116
asanlıqla izah edilir və xəstə tərəfdən tənqidi münasibət bəslənilə bilər. İkinci təsadüfdə isə şəxs yanlış
fikirlərinin məgənəsindən xilas ola bilmir. Xəstəlik, adətən, bir neçə aydan artıq sürmür və psixogen
amil aradan götürüldükdən sonra tez zamanda keçib gedir. İnduksiya edilmiş sayıqlama psixi xəstə ilə
yaxın təmasda olan (adətən, ailə üzvlərində) adamlar arasında müşahidə edilir. Xəstənin sayıqlama
fikirləri həqiqətə yaxın, inandırıcı olarsa digər şəxsin həmin fikirlərin təsiri altına düşməsi ehtimalı da
bir o qədər artır.
5. Yatorgeniyalar (yunanca iatros-həkim, genes-yaradılan, meydana çıxan deməkdir) . Tibb
işçilərinin ehtiyyatsızlığı nəticəsində yaranan reaktiv haldır. Həkimlərin deontoloji prinsipləri
gözləmədən işlətdiyi sözlər, xəstənin iştirakı ilə aparılan diaqnostik mübahisələr, onun suallarına
qeyri-müəyyən, müəmmalı cavablar yatrogeniyalara səbəb ola bilər. Rengenoloq-həkim bir nəfəri
profilaktiv müayinədən keçirərkən soruşur: “sizin yaxın qohumlarınız arasında xərçəng xəstəliyinə
tutulanlar olubmu?”. Şəxs “yox olmayıb” deyə cavab verir. Həkim hec bir izahat vermədən ona
getməsini deyir.
Differensial diaqnozu. Bu növ pozuntuların meydana çıxmasına səbəb olan psixogen amili
(şəxsin həyatında baş vermiş faciəli hadisələr, təbii fəlakətə məruz qalmaq, azadlıqdan məhrum olmaq,
vəzifəsini itirmək qorxusu və s.) aşkar edildikdən sonra məsələ dərhal aydınlaşır və dəqiq diaqnoz
qoyulur. Şizofreniya xəstəliyi zamanı depressiyanın xarakteri özünəməxsus tərzdə sönük və
məzmunsuz olur. Xəstə ilə psixoloji kontakt asan olmur, istirablarını aşkar etmək istəmir, maraq
dairəsi məhdudlaşır. Reaktiv psixozlarda sayıqlama fikirləri yalnız psixogen amil ətrafınbda toplanır,
şizofreniyada isə getdikcə mürəkkəbləşir.
Müalicə və profilaktikası. Kəskin reaktiv hallar keçirən bir cox xəstələr həkimə müraciət
etmədən, qısa müddət ərzinsdə sağalırlar. Bu psixi travmanın aradan qalxması, yəni xəstəni əhatə edən
mühütün sağlamlaşması ilə əlaqədar olur. Kəsgin psixogen reaksiyaları müalicə etmək məqsədiylə
neyroneptiklərdən (haloperidol –sutkada 5-10 mq, aminazim -50-150 mq, tizersin 50-75 mq və s.)
istifadə edilir. Bu maddələri ilk günlərdə inyeksiya şəklində, sonra isə daxilə həb və ya damcı şəklində
qəbul etmək məsləhətdir. Stuporoz halları, depressiyaları aradan qaldırmaq məqsədilə
antidepressantlardan və neyroleptiklərdən (amitriptilin. ludomil 50-100 mq, herfonal 100-150 mq)
istifadə etmək məsləhət görülür. Sayıqlamalarla gedən reaktiv psixozlarda trisedil (4-6 mq), steleazin,
triftazin (10-20 mq) təyin etmək olar.
Ümumi möhkəmləndirici vitamin preparatları (qlükoza, kalsium xlor –venaya, aloe, vit. C. B
1
,
B
12
, PP və s.) müalicəni daha da sürətləndirən vasitələrdir. Reaktiv psixozların bütün formalarında
psixoterapiyadan istifadə edilməlidir. Psixi travmaların qarşısını almaq üçün trankvlizatorlardan,
sedativ maddələrdən (seduksen, tazepam. fenazepam, melleril, xlorprotiksen və s.) istifadə edirlər.
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
117
Psixopatiyalar
Psixopatiya yunan sözü olub “psiche”-beynin
xüsusi funksiyası: əqli, hissi, mənəvi, idrak və s.
qabiliyyətinin bütün formalarını əhatə edən anlayış,
“patos” isə pozuntu (xəstəlik), istirab deməkdir.
Psixopatiya dedikdə xasiyyətin anomaliyası və ya
şəxsiyyətin
patologiyası
nəzərdə
tutulur.
Psixopatiyaların dinamikasında ictimai amillərin, ailə
daxili münaqişələrin (iş yerini dəyişmək. məhbusluq,
orduda xidmət, ailə qurmaq, boşanmaq və s.) böyük
rolu vardır. Psixopatiyaların gedişində vaxtaşırı bir-
birini əvəz edən kompensasiya və dekompensasiya
mərhələlərinin olması yaddan çıxmamalıdır.
Ümumiyyətlə, psixopatiya həm şəxsin özünün.
həm də onu əhatə edən adamların iztirablarına səbəb
olan xassiyyətin disharmoniyası-eybəcərliyidir. Psixopatiyaların diaqnozu Qannuşkinin təklif etdiyi üç
başlıca əlamətə əsaslanır:
1) xarakteroloji pozuntuların həcimli (total) olması;
2) Həyat boyu onların az dəyişkən və davamlılığı;
3) İctimai uyğunlaşmanın dəyişməsi.
Psixopatiyaları aşağıdakı klinik qruplara bölürlər: tsikloidlər, asteniklər, şizoidlər, paranoidlər,
epileptoidlər, isteriklər, davamsız psixopatlar, antisosial psixozlar və konstitusional sarsaqlar. Hazırda
şəxsiyyətin disharmoniyasının bütün formalarını 4 böyük qrupa bölmək qəbul olunmuşdur:
Birinci qrupa təfəkkür sferasına məxsus dəyişikliklər qeyd olunan psixopatlar aid edilirlər.
Onları birləşdirən ümumi cəhət hadisələri düzgün qiymətləndirə bilməmək və ya onlara tənqidi
yanaşmamaq qabiliyyətinin olmasıdır.
İkinci qrupa təəssürat sferasına məxsus pozuntuları olan psixopatlar daxildir. Bu qrupa aid edilən
şəxslərin başlıca xüsusiyyətləri tez-tez ziddiyyətli affektiv reaksiyalar nümayiş etdirmələridir.
Üçüncü qrupa iradi pozuntuları olanlar aid edilir.
Dördüncü qrup qarışıq forma psixopatları birləşdirir. bu qrupa aid edilən psixopatlarda polimorf
əsas sindromu təyin etməyə imkan vermir.
Astenik tip. Bu tipə mənsub olan psixopatların başlıca cəhətləri, onlarda ta uşaqlıqdan ümumi
zəiflik, yorğunluq, neyrovegetativ dəyişkənliyə meyllik kimin əlamətlərin olmasıdır. Astenik tip
şəxslər nəinki fiziki, həm də emosional zəiflik, sadəlövlük, hissiyyata qapılmaq. cüzi bir səbəbdən
təlaş keçirmək xüsusiyyətlərinə malik olurlar. Asteniklərə məxsus olan başlıca əlamətlərindən biri də
diqqətin zəifləməsidir. Astenik psixopatlar idiopatik çikayətlərə meyilli olurar.
Psixastenik (anankastik) tip. Belə psixopatların başlıca xüsusiyyətləri özlərinə qarşı inamsız.
təəssüratlarının kövrək, daima aciz və köməksiz olmalarını hiss etmələridir. Bir tərəfdən ümidsiz və
yazıq görünən belə şəxslər, digər tərəfdən özlərinə qarşı xüsusi diqqət, şəxsiyyətlərinə hörmət
olunmasını tələb edirlər. Xəyalən cəsarətli olmasını arzu etsələr də real hərəkətlərində buna nail ola
bilmir, cüzi müvəffəqiyyətsizlik onları ruhdan salır, pessimizmə qapanmağa, başladığı işi yarımçıq
qoymağa vadar edir. İşdə və ailədə onların fəaliyyətinə rəhbərlik edən bir adama sığınmaqla özlərini
bir qədər qayğısız hiss edirlər. psixastenik şəxsləri obsesiv və asteniya nevrozuna tutulan xəstələrdən
fərqləndirmək asan olmur.
ġizoid tip. Bu tip psixopatların başlıca cəhəti autistik təfəkkürə malik olmaları və bununla da
başqalarından asanlıqla fərqlənmələridir. Belə şəxslərin cəmiyyətdə özlərini aparmaları, geyimləri,
mimikaları. jestləri və s. müstəsna xüsusiyyətinə malikdir. Nitqləri kasad. bir neçə standart ifadələrdən
ibarət olub, eyni tipli hərəkətlər və jestlərlə müşayiət edilir. Tənhalığı xoşlayan belə uşaqların
böyüdükdə yaxın dostları. qəlbini aça biləcək sirdaşları olmur və buna ehtiyac da hiss etmirlər. Onlar
başqasının dərdinə şərik olmaq, sarsıntı keçirən adama ürək dirək vermək qabiliyyətinə malik olmurlar.
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
118
Paranoid (paranoyal) tip. Yüksək qiymətli ideyalarla yaşayan bu qrup psixopatlar öz şəxsi
keyfiyətlərini, bilik və bacarəıqlarını həmişə nümayiş etdirməyə səy göstərirlər. Eqoistlik və
başqalarının fikri ilə razılaşmamaq meyli bu xüsusiyyətlə əlaqədardır. Onların görüş dairəsi şəxsi
keyfiyyətləri çərçivəsindən kənara çıxmır. Qannuşkinin fanatiklər adlandirdığı digər qrup paranoidlər
bir sıra xüsusiyyətləri ilə fərqlənirlər. Onlar irəli sürdükləri ideyaları şəxsi maraqlarından daha üstün
tuturlar. maddi maraq, şəxsi xoşbəxtlik xatirinə deyil, qarşıya qoyduqları məqsəd uğrunda mübarızə
aparırlar.
Dostları ilə paylaş: |