Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
128
(hiqromaniya) adlanan bu əlamət kauzalgiya üçün ən xarakter sayılır, bu zaman xəstə özünün zədəli
nahiyyəsini həmişə yaş dəsmala bürüyür, yaxud içində soyuq su olan qabda saxlayır. gecələr səssizlik
olduqda xəstələr özünü sakit hiss edir. Bu xəstələr çox düşkün, depressiv vəziyyətdə olurlar.
Müalicə-periferik sinirlərin yaralanmalarında əsas müalicə kompleks olmalıdır. Güllə
yralanmaları zamanı yaranı cərrahi üsulla vaxtında və düzgün təmizləmək, ətrafları əlverişli
“funksional “vəziyyətdə immoblizə etmək ilk yardımın məzmununu təşkil edir. Müalicənin əvvəlində
əzələ tonusunu artıran preparatlar-prozerin 0,015 dozada, sutkada 1 dəfə, 7-8 gün müddətində daxilə
qəbul olunur. Sinirlərin güllə yaralanmalarının sinirin bərpası prosesinə mənfi təsir göstərən infeksiya
ilə ağırlaşma ola biləcəyini nəzərə alaraq antibiotikləri və sulfanilamid preparatları tətbiq olunur.
Yaralanmadan sonrakı ilk günlərdə immoblizasiyadan başqa, əvvəlcə passiv, sonralar isə fəal
gimnastika `təyin edilir. Bu tədbirlıər ikincili kontrakturaların və retraksiyaların qarşısını almaq
məqsədilə aparılır. Boylama qalvanizasiya, köndələninə ionoqalvanizasiya, parafin və palçıq
aplikasiyaları da xəstəliyin ilk vaxtlarında təyin edilir. Əzələlərin ifliclərində və atrofiyalarında
massajdan və yerli istidən istifadə olunur. Dərmanlardan strixnin, B
1
vitamini, kalsium-xlorid, prozerin
və dibazol təyin edilir. Bərpa dövründə kükürdlü, radonlu vannalar və palçıq müalicəsi böyük
əhəmiyyət kəsb edir.
Periferik sinir sisteminin xəstəlikləri, nevralgiya tutması
zamanı ilk tibbi yardım
Nevralgiya tutmaları zamanı üzün müvafiq yarısı cəng olur. Ağrı olan tərəfdə üzün dərisi
qızarır, xəstə həmin nahiyyəni bəzən ovuşdurur;gözündən yaş axır. Ağrını azaltmaq üçün xəstə
məcburi vəziyyət alır, danışmağa, nəfəs almağa qorxur. Tutma qurtardıqda ağrılar keçir. Ağrılar üçlü
sinirin bir şaxəsinin nahiyyəsində başlayıb o biri şaxələrə nəql edir, amma üzün bir tərəfində inkişaf
edib, o biri yarısına keçmir. Sinirin infeksiya mənşəli nevralgiyasında xəstəlik bir neçə dəfə şiddətli
tutmadan sonra sakitləşir, 2-3 həftədən sonra heç bir iz qoymadan keçib gedir. Residivlə cərəyan edən
forması uzun sürür, adətən 40-60 yaşlı adamlar arasında daha çox təsadüf edilir. Bəzi hallarda xəstəlik
“reflektor” xarakterli olur və haymoritlə, diş xəstəlikləri ilə əlaqəli olur. Belə hallarda xəstənin hərarəti
qalxır və yerli ödem olur.
Müalicəsi: Difenin 01x3 dəfə. gecə 2x0,1 fenobarbital, yaxud 0,2q teqretol (finlepsin) verilir.
Sinirin müvafiq şaxələrinə novokain anesteziyası təyin edilir. Bəzən dəri altına bir neçə ağrıkəsici
preparatdan qarışıq hazırlayıb vurulur (aminazin, promedol, pipolfen, analgin). Vitaminlərdən B
1
, B
6
,
B
12
, C, aloye, FİBS və s. UYT təyin edilir. Finlepsin 0, 1 qr 2 dəfə başlayıb, sutkada 1qr-a çatdırırlar,
lazım gəlsə 0,6-0,8 3-4 dəfə verilir. 12-48 saatdan sonra yaxşılaşma gedir. Ağrılar keçəndən sonra
dozanı tədriclə azaldırlar 0,2-0,3 qr. Preparatı 2-3 həftədən 2-3 ilə kimi verirlər. İynəbatırma terapiyası
yaxşı effekt verir.
Bel-oma radikuliti zamanı ağrıkəsici preparatlar;reopirin, vitaminlər B
1
, B
12
, ağrı nahiyyəsinə
kvars. Hər 2-3 gündən bir dəri altına, ağrı nahiyyəsinə 25-50 ml 0,25-0,5% novokain vurulur. Rozental,
viprosal, efkamon, pələng yağı və s. mazlardan istifadə olunur. gündə 3 dəfə ağrı nahiyyəsinə
sürtülməlidir. US terapiyası, ultrayüksək tezlikli (UYT) terapiya, diatermiya, ionofarez təyin edilir.
Tibb işçisi xəstəni elə uzandırmalıdır ki, onun zədələnmiş ayağı və belinə əziyyət düşməsin.
Buna görə də xəstəni bərk döşək və ya nazik adyalla örtülmüş hamar sipər üzərində yatızdırırlar.
Ayaqlar diz oynağında bükülmüş və ya iməkləmə vəziyyətində olduqda ağrı azalır. İsitqac, isti qum,
xardal yaxması, istiot plastırı ağrıkəcici vasitələr kimi istifadə olunur.
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
129
MÖVZU 3
MSS-NĠN ĠNFEKSĠON XƏSTƏLĠKLƏRĠN MÜAYĠNƏSĠ, MÜALĠCƏSĠ
VƏ PROFĠLAKTĠKASINDA ĠġTĠRAK, XƏSTƏLƏRƏ QULLUQ
Xəstələrə ilk növbədə penisillinlə, başqa antibiotiklərlə, sulfanilamid preparatları ilə müalicə
təyin olunur. Müalicə nə qədər tez başlansa, sağalma bir o qədər tez olar və fəsadlaşmalar azalır.
Penisillini vena və əzələ daxilinə vururlar, ağır hallarda 24-30 min. TV hər 4 saatdan bir 10-15 gün
ərzində . Yaxşı effekt verir tetrasiklin və ya eritromisin (daxilə 250000 TV sutkada 4 dəfə), oletetrin
250000TV 4-6 dəfə, sulfadimetoksin 0,5 qr., sutkada 2-3 dəfə. Antibiotiklə müalicə zamanı nistatin
təyin edilir 1 min. TV daxilə. Kəllədaxili təzyiqi azaltmaq üçün venaya mannit təyin edilir. 2ml 1 kq
çəkiyə, furosemid 2 ml 2%-li vena və ya əzələ daxilinə. Simptomatik müalicə unudulmamalıdır:
ağrıkəsicilər tətbiq edilir. Qıcolma olarsa xloralhidratla imalə və fenobarbital təyin edilməlidir.
Xəstəyə qulluq – böyük əhəmiyyət kəsb edir. Xəstəni tez-tez narahat etmək lazım deyil, ona
görə ki, qıcığa həssaslıq artdığından oyanma və qıcolma tutması baş verə bilər. belə xəstələri
alaqaranlıq sakit palatalara qoymaq lazımdır. Xəstənin yanında ucadan danışmaq olmaz. Duru və
yüngül yemək verilməlidir. Xəstənin ağız boşluğunu tez-tez kalium permanqanat məhlulu ilə yumaq
lazımdır. Xəstənin bağırsaqlarının və sidik kisəsinin vaxtlı-vaxtında boşalmasına bütün sutka ərzində
fikir vermək lazımdır. Meningit keçirmiş xəstələr 1-2 il ərzində həkimin nəzarəti altında olmalıdır.
Profilaktika: Xəstə bakterioloji sağlamlığa qədər izolə olunmalıdır, bakteriya daşıyıcıların
aşkar və izolə edilməsi onların ağız boşluğunun, udlağın sanasiyası və kontaktada olan uşaqlara tibbi
nəzarət edilməlidir.
Epidemik ensefalit- zaman kəskin dövürdə yataq rejimi lazımdır. Vena daxilinə 40%
heksametilintetramin məhlulu 5 ml, 15 ml 40% qlükoza ilə hər gün və yaxud günaşırı, cəmi 40-50
inyeksiya. Daxilə askorbin turşusu, sulfanilamid preparatları təyin edilir, əzələ daxilinə sağalmaq üzrə
olan və yaxud xəstəlik keçirən şəxslərin zərdabı, 50-30 ml 3-4 gündən bir, tiamin, askorbin turşusu
vurulur. Yuxululuq zamanı kofein, fenamin, yuxusuzluqda yuxugətirici preparatlar verilir. Xəstə
mayeni çox qəbul etməlidir, dəri altına oksigen vurulur. Xroniki dövrdə simptomatik müalicə aparılır.
Əzələ gərginliyini aradan qaldırmaq üçün levodopa (LDOFA), madopar, siklodol (romparkin) 0, 005qr
3 dəfə, miodakalm (0. 05 qr 2t 304 dəfə) . Levodopanı sutkada 1qr başlayıb, tədricən dozanı artırıb
sutkada 4-5 qrama çatdırırlar. Preparatlar uzun müddət verildikdə parkinsonizmin əlamətləri azalır.
Yaz-yay ensefalitində -bütün xəstələri hospitalizə etmək və ciddi yataq rejimi vacibdir.
Xəstələrə hər gün əzələ daxilinə 5-10 ml spesifik qammaqlobulin, endolümbal 5-10 ml xəstəlik
keçirmiş şəxslərin qan zərdabı və yaxud 40-50 ml həmin zərdabdan əzələ daxilinə vurulur, 5-6 gün
müddətində, lazım gəldikdə ürək preparatları təyin edilir. Hər gün vena daxilinə 20-30 ml 40%
qlükoza, günaşırı dəri altına oksigen vurulur. Eləcə də tiamin, siankobalamin, askorbin turşusu,
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
130
prozerin, dibazol, ATF, qalatamin vurulur. Fizioterapiya üsullarından elektofarez kalium yodla,
müalicə gimnastikası, massaj tətbiq edilir.
Profilaktika: Gənələri və gəmiriciləri meşədə məhv etmək lazımdır. Meşədə işləyənlər xüsusi
kombinizonlardan istifadə etməlidir. Bədənin açıq hissələrinə kəskin iyli mazlar, məhlullar sürtülür.
Vaksinasiya aparılmalıdır. Məhəlli zonalarda kütləvi vaksinasiya aparılır. Bu məqsədlə dərialtına
bikrinci gün 3 ml, 10 gündən sonra isə 6 ml vaksin vurulur.
MSS-NĠN ĠNFEKSĠON XƏSTƏLĠKLƏRĠ ZAMANI ONURĞA BEYĠN
MAYESĠNĠN ALINMA METODU VƏ MÜAYĠNƏSĠ
Spinal punksiya üçün ən müvafiq nahiyyə üçüncü, dördüncü bel fəqərələrinin tin çıxıntıları
arası sayılır. Bu nahiyyədə onurğa beyin maddəsi yoxdur. Xəstə taxt üzərində böyrü üstə uzanıb, başını
maksimal dərəcədə köksünə doğru bükür, ayaqlarını isə mümkün qədər qarnına doğru qatlayır. Bu
zaman fəqərə sütunu qabarıq vəziyyət alır və fəqərəarası məsafələr genişlənir. Punksiyanı eyni qayda
ilə, oturmuş vəziyyətdə də aparmaq olar. Punksiya olunacaq bel nahiyyəsi spirtlə, yodla təmizlənir və
həkim əllərini lazımi qayda ilə yuyub hazırlayır. Üçüncü və dördüncü bel fəqərələrinin səviyyəsini
düzgün tapmaq məqsədilə sağ və sol çanaq sümüyü qanadlarının ən yüksək nöqtələri bir-biri ilə
birləşdirilıir. Cizginin keçdiyi nahiyə təxminən üçüncü – dördüncü bel fəqərələri arasına müvafiq gəlir.
Həkim sol əlinin baş barmağı ilə həmin nahiyyəni təyin edir və barmağını orada saxlayır. Sağ əli ilə
10-12 sm uzunluqda olan nazik bel iynəsini baş barmağın durduğu nahiyyədən içəri aparır. İynəni
yeritdikdə onu dəri üzərində uzun müddət saxlamaq məsləhət görülmür, çünki bu, dərinin hissi
reseptorlarını qıcıqlandırıb bərk ağrılara səbəb olur. İynə bel nahiyyəsində bir qədər yuxarı və maili
istiqamətdə aparılmalıdır. Yumşaq toxumaları keçib, sərt qişanı deşdikdə həkim əlinin boşluğa
düşdüyünü hiss edir. Əgər iynə sümüyə dirənmiş olursa, qüvvə sərf edib onu irəliyə doğru aparmağa
cəhd etmək lazım deyil. Əksinə, belə halda iynəni bir qədər geri çəkib, nisbətən istiqamətini
dəyişdirərək yenidən irəli aparmaq lazımdır. Boşluğa düşmüş iynənin manderi çıxarılır punksion iynə
xüsusi manometrlə birləşdirilir və mayenin təzyiqi təyin olunur. Diaqnostik məqsədlə 5-6 sm maye
almaq olar. Bəzən təsadüfi olaraq damarı zədələdikdə punksion iynədən qan gəlir. Belə halda
punksiyanı davam etdirmək olmaz. Punksiya dügün edilib qurtardıqdan sonra iynəni cəld çıxarıb, yeri
yodla təmizlənir və kolloidlə yapışdırılır. Punksiyadan sonra xəstə təxminən bir saata kimi balıncsız,
üzü üstə, sonra isə istədiyi böyrü üstə cevrilib uzanır. Bir sutka müddətində isə qəti olaraq gəzmir.
Gələcəkdə meningizim əlamətlərinin, yaxud hər hansı bir ağırlaşmanın qarşısını almaq məqsədilə
punksiyadan qabaq vıə punksiyanın ikinci günü vena daxilinə 5 ml 40%-li urotropin məhlulu
vurulması məsləhət görülür. Mayeni aldıqda onun təzyiqinə, rənginə, şəffaflığına və kimyəvi
xüsusiyyətlərinə diqqət vermək lazımdır. Təzyiqi ölçmək üçün xüsusi manometrdən istifadə olunur.
Manometrin ucu bel iynəsinə bənd edilir və təzyiq ölçülür. Manometr olmadıqda mayenin axma
sürətinə diqqət verilir. Bu dəqiqədə təxminən 60 damcı düşərsə bu, təzyiqin yüksəlmədiyini göstərir
(əlbəttə, bu şərti olaraq qəbul edilməlidir. Təzyiq artdıqda maye sürətlə axır (meningitlərdə olduğu
kimi). Likvorun cərəyanı yolunda hər hansı bir maneçiliyin (onurğa beyin şişinin – araxnoiditin) olub-
olmamasını təyin etmək üçün Kvekenşted və Stukey sınaqlarından istifadə olunur. Kvekensted sınağını
yoxladıqda boyun çuxurlarındakı vidaci venalarına təzyiq etməklə manometrdə təzyiqin artdığını
görürük. Əgər likvorun cərəyanı yolunda hər hansı bir, maneçilik (blok) olarsa, verilən təzyiq mayenin
axmasını sürətləndirə bilmir. Stukey sınağını yoxlamaq üçün xəstənin qarın nahiyyəsinə maye sürətlə
axmalıdır. Əgər likvorun cərəyanı yolunda blok olarsa təzyiq yüksəlməz. Normal halda beyin onurğa
beyin mayesi rəngsiz və şəffaf olub bir ml mayedə 3-5 formalı element tapıla bilər. Bir sıra xəstəliklər
nəticəsiində formalı elementlər arta bilər (pleostitoz). Bunun nəticəsində də mayenin şəffaflığı itir,
bəzən isə rəndi dəyişir.
Məsələn, serebrospinal və irinli menigitlərdə polinukleinlərin miqdarı artdığı halda, vərəmli
meningitdə, siflisdə, bir sıra digər xəstəliklərdə limfositlərin miqdarı artır. Sinir sistemində exinokokk
sistoserki olduqda mayedə eozinofillər artır.
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
131
Bəzən maye qana bulaşır. Bu punksiya zamanı təsadüfi olaraq damarın zədələnməsindən vıə
yaxud subaraxnoidal boşluqlara qan axmasından ola bilər. Əgər maye təsadüfi damar zədələnməsindən
qana bulaşmış olarsa, o zaman birinci sınaq şüşəyə yığılan maye qanlı, sonra, yəni ikinci şüşəsinə
yığılan maye isə şəffaf olur. Subaraxnoidal qanaxmada mayeyə düşmüş eritrositlər əriyir və mayə
bütünlüklə qırmızı rəngə boyasnır. Birinci və ikinci şüşələrdə olan maye eyni rəngdə olur və
saxlandıqda eritrositlər sınaq şüşəsinin dibinə çökmür. Subaraxnoidal qanaxmadan bir neçə gün
keçdikdən sonra mayenin rəngi tədricən durulaşmağa başlayır. Odur ki, maye saman rəngində olur
(ksantoxromiya). Beyin və onurğa beyin şişlərində (xüsusilə blok olduqda) mayedə ksantoxromiya
daha kəskin olur.
Beyin- onurğa mayesində zülalın miqdarını təyin olunmasının böyük diaqnostik əhəmiyyəti var.
Adi halda beyin-onurğa beyin mayesində 0,02 -0,03 mq zülal tapılır. Bir sıra iltihabi proseslərdə,
xüsusilə mərkəzi sinir sisteminin şişlərində zülalın miqdarı artaraq, bir neçə faizə qədər çata bilər.
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
132
MÖVZU 4
BAġ BEYĠN QAN-DAMAR XƏSTƏLĠKLƏRĠ OLAN XƏSTƏLƏRDƏ
ĠFLĠC ZAMANI XƏSTƏYƏ QULLUQ VƏ YATAQ YARALARININ
PROFĠLAKTĠKASI
Xəstəliyin birinci mərhələsində hələ insultun xarakteri müəyyən edilməmiş differensə
olunmamış müalicə aparılır. Bu müalicənin məqsədi həyat funksiyalarının bərpa olunmasıdır. Kəskin
dövrdə sakitlik lazımdır. Xəstəni çarpayıya
uzadıb, başını qaldırmaq lazımdır. otağın
havası tez-tez dəyişilməlidir. İnsultun
xarakterindən asılı olmayaraq xəstəyə vena
daxilinə 10 ml 2,4%-li eufillin, 10,0 ml 40%-
li qlükoza vurulur. Bu damarların spazmını
götürür, beyin toxumasının şişini azaldır,
kollaterial qan dövranını gücləndirir. Ağız
boşluğu
selikdən
təmizlənir.
Ürək
fəaliyyətini normallaşdırmaq üçün vena
daxilinə yavaş-yavaş 0,25-1,0 ml strofantin
və ya korqlükon vurulur. Beyin ödemində
vena
daxilinə
sidikqovucu,
kaliumun
miqdarını qaldırmaq üçün 50 ml 4%-li
kalium xlorid və ya 10,0 ml panangin
vurulur. Bundan sonrakı müalicə insultun
xarakterindən asılıdır.
Hemorragik insultda qan təzyiqinin yüksəkliyinə, nəbzin gərginliyinə, üzün dərisinə nəzər yetirib
ayaqlara isitqac qoymaq lazımdır. 100-300 ml qan buraxmaq olar. Xəstənin başına buz qoymaq və bir
neçə saat saxlamaq daha münasibdir. Hər 1-2 saatdan bir buzu götürmək lazımdır. Arterial təzyiq
yüksək olduqda 1%-li dibazol 1-2,5 ml, dopegit təyin edilir. Koaqulyantlardan vitamin K (vikasol,
kalsium qlükonat)verilir. Çox vaxt vena daxilinə damcı ilə 2,0 ml 2,5%-li aminazin, 2,0 ml 1%-li
dimedrol, promedol 1ml 1%-li, 0,5 ml novokain, 300 ml 10%-li qlükoza yeridilir. Bu qarışığı tətbiq
etdikdə kollapsa qarşı ehtiyatlı olmaq, arterial təzyiqə nəzarət etmək lazımdır.
Hemorragik insultun əsas əlamətlərindən biri iflic olduğu üçün kontrakturaların və yataq
yaralarının qarşısını almaq məqsədilə xəstənin qoluna gövdədən aralı vəziyyət verilir, qoltuqdakı
çuxurlara qum kisəçikləri qoyulur. Qollar bütün oynaqlarda açılır və yataq yaralarının əmələ gəlmə
təhlükəsi olan nahiyyələrə rezin halqa qoyulur. Xəstənin yataqda vəziyyətini hər 2-3 saatdan bir
ehtiyatla dəyişmək lazımdır. Yataq yarası əmələ gələn nahiyyələri kamfora spirti ilə silib təmiz
qurulayıb talk səpmək lazımdır. Xəstə sidiyini sərbəst ifraz edə bilməzsə sidik kisəsi kateterezasiya
edilir.
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
133
MÖVZU 5
MSS-NĠN ġĠġLƏRĠ OLAN XƏSTƏLƏRƏ CƏRRAHĠ
ƏMƏLĠYYATDAN SONRA QULLUQ
Cərrahi əməliyyatdan sonra xəstəyə qulluq böyük əhəmiyyət kəsb edir. Bu zaman tibb
işçilərinin bütün səyi yaranın sağalmasına, ağırlaşmaların qarşısının alınmasına, yataq yaralarının
profilaktikasına yönəlməlidir. Operasiyadan sonrakı dövr operasiya qurtaran kimi başlayır. Xəstə
intensiv terapiya şöbəsinə yerləşdirilir. Operasiyadan sonra ilk günlər narkozdan ayılma dövründə
xəstədə yanğı hissi olur və o təklikdə su istəyir. Həkimin icazəsi olmadan su vermək olmaz. İntensiv
terapiya palatasına qoyulan xəstəyə təyinat vərəqəsi açılır, hər 1-2 saatdan bir xəstənin hərarəti, nəbzi
və tənəffüs tezliyi, a/t ölçülüb qeyd edilir. İlk günlərdən tibb işçisi sağrının təmizliyinə xüsusi diqqət
yetirməlidir. Tənəffüs çatışmamazlığının qarşısını almaq üçün tənəffüs yollarını selikdən təmizləyir,
qusma olarsa qusuntu kütlələrinin nəfəs borusuna düşməsinin qarşısı alınmalıdır. Sidik kisəsi
nahiyyəsinə isitqac və ya kateter qoyulur, qəbizlik olarsa təmizləyici imalə edilir, bir neçə gün sonra
xəstənin vəziyyəti yaxşılaşdıqda ümumi palataya köçürülür və funksional çarpayıya qoyulur.
MSS-nin travmaları olan xəstələrin müalicəsində iĢtirak, immoblizasiyası və
nəqliyyatda daĢınması
Baş beyin travmaları zamanı ilk növbədə xəstə xərəklərdə arxası üstə daşınmalıdır. Əlavə
zədələnmə və silkələnmənin qarşısını almaq üçün pambıq, tənzif halqalarından, hava doldurulmuş
rezin balonlardan və ya əlaltı vasitələrdən istifadə edib valik düzəldilir və bununla xəstənin başı
immoblizə edilir. Əgər yara ənsə nahiyyəsindədirsə və ya ənsə sümükləri sınmışsa, o zaman xəstə yanı
üstə daşınır. belə travmalı xəstələrdə çox zaman qusma olur, qusuntu kütləsinin nəfəs yoluna
tökülməməsinə fikir vermək lazımdır. Fəqərə sütununun sınığı çox qorxuludur, çünki cüzi yerdəyişmə
onurğa beynin zədələnməsinə səbəb olur. Bu hal çox zaman xəstələri düzgün daşımadıqda baş verir.
Belə xəstələri xərəklərdə ciddi üfiqi vəziyyətdə səth üzərində arxası və ya qarnı üstə daşınmalıdır.
Xəstənin yerini dəyişdikdə ehtiyatlı olmaq lazımdır ki, fəqərə sütununun hətta cüzi əyilməsinə yol
verilməsin. Buna görə də xəstə uzandığı səthlə birlikdə götürülməlidir. Fəqərə sütununun boyun
şöbəsində sınıq olduqda xəstələr arxası üstə, boyunun altına valik qoyulub daşınır. Baş bir qədər
arxaya çevrilir, üz yuxarıya baxır. Kəllə-beyin travmasında mütləq yataq rejimi olmalıdır. Baş
ağrısımnı azaltmaq üçün pentalgin, analgin verilir. Xəstənin başına buz qoymalı, o, həddindən artıq
həyəcanlı olarsa, 1-3 %-li natrium brom məhlulu, Bexterev miksturu 1 x/q x 3 dəfə, fenobarbital 0,05-
0,1x2 d, seduksen 1l x 2d. təyin edilir. Xəstə həddindən artıq həyəcanlı olarsa 40-50 ml 3-4 %-li
xloralhidrat məhlulu ilə imalə etmək lazımdır. Kəllədaxili təzyiqi azaltmaq üçün gündə 2-3 dəfə 100-
150 qr soyuq su ilə 50,0 ml qliserin qarışığı, furosemid verilməli, əzələ daxilinə 5-10 ml 25%-li
maqnezium sulfat yeridilməlidir. Bəzən kortizon, prednizolon təyin edilir.
Onurğa beyin travmaları zamanı yataq rejimi olmalıdır, sdidik müntəzəm surətdə kateterlə
buraxılmalıdır. Kəskin dövrdə antibiotiklər, ağrı kəsicilər, sorucu dərmanlardan aloe, fibs,
autohemoterapiya təyin edilir.
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
134
MÖVZU 6
ĠRSĠ- DEGENERATĠV, ƏZƏLƏ SĠNĠR XƏSTƏLĠKLƏRĠ ZAMANI
TĠBBĠ GENETĠK MƏSLƏHƏTXANALARIN ROLU
Klinik genetikanın müvəffəqiyyətləri irsi xəstəliklərin profilaktikasına şərait yaradır. Hereditar
patologiya klinikasında profilaktika məsələləri xüsusi mövqe kəsb edir, çünki bir çox irsi xəstəliklərin
müalicəsi ciddi çətinliklərlə qarşılaşır. Profilaktik tədbirləri şərti olaraq 3 qrupa bölmək mümkündür.
1. İrsi xəstəliyə tutulmuş uşaq doğulması təhlükəsinin dərərcəsini qiymətləndirmək.
2. Bu və ya digər irsi xəstəliyin təhdid etdiyi şəxslərin müntəzəm müşahidəsi və profilaktik
müalicəsi
3. Doğulandan qabaq dəqiq diaqnostikanın təyin edilməsi irsi xəstəliklərin profilaktikasında
həyat şəraitinin yaxşılaşdırılmasına, sanitariya mədəniyyətinin yüksəldilməsinə, xarici mühitin
çirklənməsinə qarşı mübarizəyə yönəlmiş sosial və ümumi gigiyenik tədbirlərin əhəmiyyəti böyükdür.
Konkret xəstəliyi qarşılamaq tədbirlərinin görülməsi üçün irsi xəstəliklərin diaqnostikasının yüksək
səviyyəsi hereditar xəstəliklərin və fenosurətlərin səlis differensiyası, habelə ayrı-ayrı qrupların
daxilinə genetik cəhətcə müxtəlif səbəblərdən irəli gəlməsi ilə seçilən oxşar kliniki sindromların
fərqləndirilməsi tələb olunur. Bundan başqa xəstəliyin irsən keçməsi tipinə dair, mutant xəstəliyə
keçməsinə endogen və ekzogen amillərin nisbətli rolu haqqında məlumatın əhəmiyyəti böyükdür.
Xəstə uşaq doğulması ehtimalının qiymətləndirilməsi tibbi genetik məsləhətin başlıca
vəzifələrindəndir. Bu məsələni çox vaxt o zaman həll etmək lazım gəlir ki, ailədə irsi xəstəliyə
tutulmuş bir uşaq varsa, sonrakı uşaq nəzarət altına alınmalıdır. Uşaq doğulması barədə tövsiyyəni çox
böyük ehtiyatla verməli, həm də son söz valideyinlərin olmalıdır. Skrininq metodların tətbiqi ilə
kütləvi müayinələrin aparılması irsi xəstəliklərin nəinki erkən mərhələlərini aşkar etməyə, həm də bu
və ya başqa xəstəliyə tutulmaq təhlükəsində olan uşaqları müəyyən etməyə imkan verir. İrsiyyət
cəhətdən ağır vəziyyətdə olan ailələrin uşaqları dispanser müşahidəsində olmalıdırlar. Son illərdə irsi
xəstəliklərin antenatal diaqnostika metodları işlənib hazırlanmışdır. Bunlara hər şeydən əvvəl amnion
hüceyrələrin, onların sitoloji tərkibinin öyrənilməsi ilə amniosintez, dölün ultrasəslə müayinəsi aiddir.
Bu metodlardan hazırda irsi xəstəliklərin diaqnostikasında istifadə olunur.
Dostları ilə paylaş: |