Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya ġöbə: “Mamalıq iĢi”


Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya



Yüklə 6,01 Mb.
Pdf görüntüsü
səhifə19/27
tarix27.11.2019
ölçüsü6,01 Mb.
#29707
1   ...   15   16   17   18   19   20   21   22   ...   27
Sinir ruhi xəstəlikləri və tibbi psixologiya


Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya 
 
ġöbə: “Mamalıq iĢi”
 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 
 107
 
 
(status  epileptikum)  deyilir.  Psixi  ekvivalentlər  cəngolma  tutmalarının  əvəzediciləri  kimi  meydana 
çıxan  müxtəlif  hallardır.  Bunlardan  ən  sadəsi  motor  avtomatizmidir.  Bu  zaman  düşüncənin  qəflətən 
pozulmasına baxmayaraq şəxs öz hərəkətini dayandırmır. Lunatizm (somnambulizm) və ya ay işığında 
gəzmək  diaqnostikası  çətinlik  törətməyən  sindromlardandır.  Bu  zaman  şəxs  geçə  yuxuda  ikən 
yataqdan  durub  müxtəlif  mürəkkəb  hərəkıətklər  edir  və  sonra  yenə  də  yatağına  qayıdıb  yuxusunu 
davam etdirir. Düşüncənin alaqaranlıq pozulması vəziyyətində cərəyan edən psixi ekvivalentlərdən biri 
də  ambulator  avtomatizmdir,  Onlar  nəqliyyatdan  istifadə  etməklə  uzaq  yerlərə  səfər  edir,  müxtəlif 
şəxslərlə  görüşür,  söhbət  edir.  Ambulator  avtomatizmi  qəflətən  yarandığı  kimi,  eləcə  də  qurtarır. 
Distrofiya  və  ya  emosiyanın  qəzəbli,  kədər  halı  ilə  müşayiət  edilən  sindromda  nisbətən  tez-tez  rast 
gəlinən  ekvivalentlərdəndir.  Heç  bir  xarici  səbəb  olmadan  meydana  çıxır,  b  ir  neçə  saatdan  və  ya 
gündən sonra da keçib gedir. Belə vəziyyət keçirən bir gənc ana üç kiçik uşağını dördüncü mərtəbənin 
pəncərəsindən  bayıra  atmışdır.  Epilepsiya  xəstəliyinin  gedişində  meydana  çıxan  xronik  psixi 
pozuntulara  şəxsiyyətin  deqradasiyası  və  epilepsiya  tipli  ağıl  zəifliyi  aiddir.  Epilepsiyaya  tutulan 
xəstələrin özünəməxsus xarici görkəmləri olur. Sifətləri və başları durğun, ifadəsiz, lakin sərt, etinasız 
görünür, gözlərdəki soyuq parlaqlıq (Çij əlaməti) daha çox narazılıq ifadə edir. Epilepsiya xəstəliyinin 
gedişində  rast  gəlinən  psixoz  əlamətləri  kəskin  və  xronik  formalarda  meydana  çıxa  bilər.  Kəskin 
psixoz  halları  həm  düşüncənin  pozulması  ilə,  həm  də  düşüncə  pozuntusu  olmadan  cərəyan  edir. 
Düşüncə, adətən, alaqaranlıq və ya oneyroid şəkildə pozulur. Kəskin affektiv psixoz əlamətləri bəzən 
depressiv fonda disforiya əlamətləri ilə, özünü təqsirləndirmə, özünü kiçiltmə sayıqlamaları ilə cərəyan 
edə bilər.  
Differensial diaqnoz 
 
Epilepsiyanı  bir  sıra  orqanik  xarakterli  baş  beyin  xəstəliklərindən  və  cəngolma  tutmaları  ilə 
gedən  isteriya  nevrozundan  fərqləndirmək  lazım  gəlir.  İsteriya  tutmalarını  epilepsiya  tutmalarından 
ayıran əsaslı fərqlərə baxmayaraq, bu tutmaların diferensial diaqnostikası ciddi çətinliklərlə qarşılaşır.  
 
Epilepsiya və isteriya tutmalarının fərqi. 
Epilepsiya tutması 
Ġsteriya tutması 
1.  Tutma  psixi  travmalarla  əlaqədar  olmur. 
çox vaxt gecə yuxuda olarkən baş verir.  
Adətən,  psixi  travmalarla  əlaqədar  olur. 
Əsasən gündüz baş verir.  
2.  Tutma  zamanı  xəstə  haraya  gəldi  (alovun 
üstə,  suya,  nəqliyyat  vasitələri  hərəkət  edən 
yola və s. ) yıxılır.  
Tutma baş verərkən xəstə nisbətən təhlükəsiz 
yerə  (çarpayının,  xalçanın  üstə,  çəmənliyə  və 
s.) yıxılır.  
3.  Tutmanın  müddəti  3-5  dəqiqədən  artıq 
olmur. Əvvəlcə tonik, sonra klonik cəngolma 
baş verir.  
Tutmanın  müddəti  20-30  dəqiqə  və  daha  çox 
çəkə  bilər.  Cəngolma  formalarında  ardıcıllıq 
deyil, pərakəndəlik qeyd olunur.  
4.  tutmanın  ardınca  düşüncənin  pozulması 
əlamətləri, sonra isə yuxulama qeyd olunur.  
Tutma  qurtardıqdan  sonra  şəxsin  düşüncəsi 
aydınlaşır, öz işini davam etdirə bilər.  
5. Tutma zamanı bəbəyin işığa reaksiyası itir.   Bəbəyin işığa reaksiyası pozulmur.  
6. Tutma zamanı əksər hallarda sidikburaxma 
(bəzən hallarda defekasiya aktı) baş verir.  
Sidikburaxma, adətən, olmur.  
7. Tutma zamanı müxtəlif travmalar baş verə 
bilər.  Dilin,  dodağın  dişlənməsi,  başın  və  ya 
bədənin müəyyən hissələrinin əzilməsi və s.  
Tutma  adətən  travmasız  keçir.  Lakin  sonra 
funksional  xarakterli  parez,  iflic,  afaziya, 
hıçqırma, taxikardiya və s. qeyd olunur.  
8.  Tutmadan  sonra  tam  amneziya  qeyd 
olunur.  
Tutma  zamanı  olmuş  hadisələrin  əksəriyyəti 
yadda qalır.  
Etiologiyası və patologenezi. Epilepsiya xəstəliyində cəngolma hazırlığını yaradan amillər irsən 
verilir.  Orqanik  pozuntunu  yarada  bilən  səbəblər  arasında  hamiləlik  dövründə  ananın  keçirdiyi 
xəstəliklərə (toksikoz, infeksiyalar, ürək və ağciyər xəstəlikləri) , rezus amilin uyğunsuzluğuna. doğuş 
travmaları, körpə dövründə keçirilən infeksiyalara böyük əhəmiyyət verilir. Epilepsiya tipli cəngolma 
tutmalarına  səbəb  olan  amil  kimi  beyin  və  onun  qişaları  arasında  çapıq  toxumasının  yaranmasına 

Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya 
 
ġöbə: “Mamalıq iĢi”
 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 
 108
 
 
xüsusi  əhəmiyyət  verilir.  Belə  çapıqlar  beyin  travmalarında,  beyin  damarlarının  patologiyasında, 
metaztaz verən şişlərdə, neyrocərrahi əməliyyatdan sonra yarana bilər. 
Müalicə  və  profilaktikası.  Təcrübədə  özünü  doğrultmuş  və  hazırda  geniş  tətbiq  edilən 
preparatlardan.  Benzonali-heksamidin,  fenobarbitali,  difenini,  trimentini,  finlepsini,  fenazepami, 
sedukseni  (relaniumu)  göstərmək  olar.  Tez-tez  təkrar  olunan  generalizəolunmuş  tutmaları  aradan 
qaldırmaq məqsədilə heksamidin, difenin, fenobarbitaldan istifadə edilir. Kiçik tutmalarda, absans halı 
baş verərsə trimetin, pufemid yaxşı təsir göstərir.  
Epileptik statusun müalicəsi. 
1. 0,5%-li seduksen 4 ml +40 % qlükoza 16 ml v/d. 
2. Natrium oksibutirat 100-150 mq/kq + 5% qlükoza damcı ilə v/d. 
3. Litik qarışıq: 50%-li analgin-2 ml + 1% dimedrol 2 ml, 5% novokain-2ml 
4. Dehidratasiya aparılır: 2%-li laziks 1-2 ml ə/d. 
5. 10%-li kalsium xlorid 
6. 10%-li kalsium qlükonat 
7. 1 %-li adenozintrifosfat turşusu-ATF 
8. 5%-li piridoksin hidroxlorid-B

Ağız boşluğunun təmizlənməsi, xloral hidratla imalə və s. Cəngolmaları aradan qaldırmaq üçün 
seduksen 2-4 saatdan sonra orqanizmə təkrar yeridilir.  
 
BaĢ beynin üzvi zədələnməsi nəticəsində meydana çıxan psixi pozğunluqlar 
 
Beynin  zədələnmələri  qapalı  və  açıq  olmaqla  iki  yerə  bölünür.  Daxilə  işləyən  kəllə-beyin 
zədələnmələri  beyin  qabığının  və  maddəsinin  tamlığının  pozulması  ilə  yanaşı  təsadüf  edilə  bilər. 
Qapalı  beyin  kəllə-beyin  zədələnmələri  (güllə.  qəlpə,  iti  alətlərlə  və  s.  )  beyin  travmaları  beynin 
silkələnməsi (kommosiyalar), əzilməsi (kontuziyalar) və qarışıq formalara bölünür. 
Kommosiya. Beynin silkələnməsi əksər hallarda düşüncənin itməsi ilə müşayiət edilir. Bəzən isə 
düşüncənin  daha  yüngül  pozuntuları  keyləşməsi  və  sopor  halları  rast  gəlinir.  Düşüncənin  pozulması 
əlamətləri  bir  neçə  dəqiqədən  bir  neçə  günə  qədər  davam  edə  bilər.  Düşüncənin  dərin  pozuntusu 
zamanı xəstə hərəkətsiz vəziyyətdə olur. Sifəti avazıyır, sonra göyərir, bəbəklər genişlənir, işığa qarşı 
reaksiya olmur. Hissiyatın bütün növləri itir. Nəbz yavaşıyır, tənəffüs aktı pozulur, sfinktorlar boşalır. 
Xəstənin düşüncəsinin aydınlaşması ilə travmanın birinci mərhələsi qurtarır və ikinci mərhələ başlayır. 
Bu  mərhələnin  xarakter  əlamətləri  asteniya,  süstlük,  yorğunluq  hərəkətlərin  adinamiyası,  başda  küt 
ağrılar  və  başgicəllənmə,  vegetativ,  vazomotor  və  vestibulyar  pozuntuların  olmasıdır.  Bəbəyin  işığa 
qarşı reaksiyasının, konvergensiyanın zəifləməsi, işığa qarşı kəskin qıcıqlanma reaksiyaları, kəllədaxili 
təzyiqin  artması  müşahidə  edilir.  Tez-tez  rast  gəlinən  psixi  pozuntulardan  yaddaşın,  təfəkkürün  və 
diqqətin zəifləməsi. affektiv fonun enməsini göstərmək olar. 
Bu dövr 3 həftədən 8 həftəyədək davam edə bilər. 
Kontuziya.  başlanğıc mərhələ  beyin  silkələnməsində 
olduğu  kimi  düşüncənin  itməsi,  qan  dövranı  və tənəffüsün 
pozuntuları ilə cərəyan edir. Hərəki pozuntular (iflic, bir və 
ikitərəfli  parezlər),  taktil  hissiyatın  pozuntusu,  görmə  və 
eşitmə  pozuntuları.  meningial  əlamətlər  (ənsə  və  boyun 
əzələlərinin  gərginliyi,  Kerninq  simptomu)  ,  ocaqlı  qabıq 
pozuntuları 
(afaziya, 
apraksiya, 
aleksiya, 
yaddaş 
pozuntuları) müşahidə oluna bilər. Kəllə travmalarının ağır 
nəticələrinə  beyin  maddəsinə  və  onun  qişasına  olan 
qansızmalar  aiddir.  Bu  zaman  xəstəliyin  yenidən 
ağırlaşması:  kəllənin  müvafiq  nahiyyələrində  mərkəzləşən 
kəskin başağrıları, üşütmə, əsnəmə, düşüncənin keyləşməsi 
kimi  əlamətlər  qeyd  olunur.  Nəbz  sürətlənir,  arterial  və 
kəllədaxili  təzyiq  artır,  onurğa  beyin  mayesində  qan  aşkar 

Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya 
 
ġöbə: “Mamalıq iĢi”
 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 
 109
 
 
edilir. 
Kontuziyalar lokalizasiyasından asılı olaraq aĢağıdakı əlamətlərlə diqqəti cəlb edir:  
1.  Alın  əlamətləri:  eyforiya,  təlxəklik,  apato-abulik  sindrom,  diqqətin,  yaddaşın  zəifləməsi, 
xasiyyətin və davranışın dəyişməsi, əsəbilik, tənqidin enməsi. Alın payının arxa hissələri zədəyə məruz 
qalarsa motor afaziyası, hərəkətlərin səlistliyinin itməsi kimi əlamətlər də qeyd olunur. 
2.  Aşağı  gicgah  və  gicgah-ənsə  əlamətləri:  apraksiya,  aqnoziya,  amnestik  afaziya,  nitq 
qabiliyyətinin pozulması, aqrofiya, bədən quruluşunun və xarici mühitdə yerləşən əşyaların ölçüsünün 
və yerinin yanlış qavranılması (depersonalizasiya və derealizasiya). 
3.  Gicgah  əlamətləri:  eşitmə,  dad  və  qoxu  bilmənin  pozulması  (sensor  afaziya)  .  Epileptik 
cəngolma tutmaları da ola bilər. 
4.  Ənsə  əlamətləri:  əşyaların  rənginin,  ölçüsünün,  sayının  və  bir  çox  hallarda  görmə 
qabiliyyətinin pozulması. Travmanın müddəti uzaqlaşdıqca beyin əlamətləri tədricən bərpa olunmağa 
başlayır: qansızmalar və ödem sorulur, mərkəzi sinir sisteminin funksiyası bərpa olunur. Həmin dövrdə 
geridönməz çapıq əlamətləri də müşahidə oluna bilər ki, bu da epilepsiya tutmalarına səbəb olur. Ağır 
kəllə  beyin  travmalarının  uzaq  nəticələri  bir  sıra  rezidual  (qalıq)  əlamətləri  verir  ki,  bunlardan 
travmatik  ensefolopatiyanı,  epilepsiyanı  və  kobud  ağıl  zəifliyini  qeyd  etmək  olar.  Kəllə-beyin 
travmalarının  uzaq  dövrlərində  rast  gəlinən  psixi  dəyişikliklər  nevrotik  pozuntular,  başağrıları, 
başgicəllənmə,  yorğunluq,  yuxu  pozuntusu,  əhvalın  tez-tez  dəyişməsi  və  subyektiv  nəzərə  çarpan 
intellektual enməni göstərmək lazımdır.  
Travmatik  asteniya  daha  çox  rast  gəlinən  əlamətlərdən  olub  (62-65%  hallarda)  qıcığa  qarşı 
həssaslıq, tez yorulma kimi əlamətlərlə özünü biruzə verir. Belə hallarda xəstə dözümsüz, hər şeydən 
narazı,  heç  nə  üstə  özündən  çıxmaqla  bir  qədər  yorğun  və  süst  görünür.  Güclü  qıcıqlanma  tutması 
peşmnançılıq  hissləri  ilə  qurtarır.  Fiziki  və  psixi  yorğunluq  fonunda  inciklik,  narazılıq,  patoloji 
həssaslıq,  özünə  qarşı  inamsızlıq  kimi  əlamətlər  diqqəti  cəlb  edir.  Hiperesteziya,  parasteziya,  qan 
təzyiqinin  tez-tez enib  qalxması,  nəbzin  qeyri-sabitliyi,  əllərin tərləməsi  daimi  əlamətlərdəndir.  Kəllə 
travmalarının ağır keçən uzaq nəticələrindən biri də psixopatabənzər pozuntulardır. Bu zaman isteroid 
əlamətlər,  ictimai  təhlükəli  əməllərə  meylin  güclənməsi  qeyd  olunur.  Bunlarla  yanaşı  asteniya 
əlamətləri sanki yox olur. Travmatik epilepsiya, travmatik ensefalopatiyanın bir forması kimi meydana 
çıxır. 
Ümumiyyətlə,  qeyd  etmək  lazımdır  ki,  epilepsiyayabənzər  tutmalar  travma  ocağının 
qıcıqlanması  və  ümumibeyin  əlamətləri  ilə  əlaqədar  olaraq  açıq  kəllə  travmalarında  hər  zaman  rast 
gəlinə  bilər.  Şəxsiyyətin  dəyişməsi  psixopatabənzər  tipli  olub  dövri  xarakter  daşıyır.  Lakin,  sırf 
epilepsiya tipli şəxsiyyət dəyişiklikləri, məsələn,  qarayaxalıq, uzunçuluq  və s.  olmur. Travmatik  ağıl 
zəifliyi-ağır kontuziyalar, kəllə əsasının sınlıqları, beyin qabığının pozuntuları ilə müşayiət olunan açıq 
kəllə travmalarında təsadüf edilir. Bəzən uzun müddət davam edən travmatik psixozlar ağıl zəifliyinin 
inkişaf  etməsi  ilə  nəticələnir.  Kəllə-beyin  travmalarının  uzaq  dövrlərində  təsadüf  edən  psixozlar-
travmadan  sonrakı  dövrlərdə  patoloji  prosesin  inkişafı  üçün  əlverişli  şərait  yaranarsa  (psixogen, 
somatogen  amillərin  olması)  travmatik  asteniya,  nevrozabənzər,  psixopatabənzər  hallar  və 
parkinsonizm tədricən ağırlaşaraq müxtəlif psixozlar səviyyəsinə çata bilər. Bu ağırlaşmaların inkişafı 
10-12  il  sonra  affektiv  hallüsinator-sayıqlama  əlamətləri  ilə  özünü  biruzə  verir.  Affektiv  psixozlar 
maniakal  və  depressiv  tutmaların  bir-birini  əvəz  etməsi  ilə  cərəyan  edir.  Qadınlar  arasında  daha  çox 
rast gəlinir. Maniakal sindromun meydana çıxasından əvvəl qıcığa qarşı həssaslığın artması, emosional 
canlanma,  disforiya  əlamətləri  qeyd  olunur.  Qısa  müddətli  düşüncə  pozuntuları,  cəngolmalar, 
epilepsiyaya  bənzər  tutmalar  və  bu  kimi  digər  hallar  da  müşahidə  oluna  bilər.  Depressiyalar  bir  sıra 
psixotik  əlamətlərin:  asteniya,  əhvalın  tsiklotomik  dəyişməsi,  ipoxondriya  əlamətlərinin  fonunda 
inkişaf  edir.  Tutmalar  çox  vaxt  düşüncənin  alaqaranlıq  və  ya  deliriyoz  pozulması  ilə  şərtlənir. 
Depressiya  tutmaları  uzunmüddətli,  ”klişe”tipli  olub  ağıl  zəifləyənədək  inkişaf  edə  bilən  üzvi 
əlamətlərlə qurtara bilər. Hallüsinator-sayıqlama psixozları əksər hallarda kişilər arasında rast gəlinir, 
kəllənin  orta  və  ağır  travmalarından  sonra  inkişaf  edir.  Psixozdan  əvvəl  asteniya,  apatiya, 
subdepressiya, epilepsiyayabənzər paroksizmlər və ya generalizəolunmuş cəngolma tutmaları meydana 
çıxır.  Psixoz  zamanı  düşüncənin  deliriyoz  və  ya  alaqaranlıq  pozulması,  verbal  hallüsinasiyalar  və 
sayıqlamalar aşkar edilir. Hallüsinasiyalar sayıqlamalara nisbətən daha çox rast gəlinir. Sayıqlamaların 

Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya 
 
ġöbə: “Mamalıq iĢi”
 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 
 110
 
 
məzmunu  hallüsinator  qavramalarla  uzlaşır.  Təkrar  tutmalar  olarsa  ideator  avtomatizm  əlamətləri 
müşahidə oluna bilər. Psixozun uzun sürməsi orqanik patologiyanın dərinləşməsini və gələcəkdə ağıl 
zəifliyinin  meydana  çıxacağını  göstərən  əlamət  kimi  qiymətləndirilməlidir.  Paranoyal  vəziyyətlər  və 
paranoid  psixozlar  ən çox kişilər arasında, travmadan 10 və  daha çox illər keçdikdən sonra meydana 
çıxır. Başlıca olaraq qısqanclıq, özünüböyütmə sayıqlamaları qeyd olunur. Belə xəstələr konfliktə həris, 
davakar  olmaqla,  bir  növ  tüfeyli  həyat  sürməyə  meyl  göstərirlər.  Bəzən  sayıqlamaların  məzmunu 
dəyişir,  təqib.  müflüsləşmə,  zəhərlənmə  kimi  ideyalarla  əvəz  olur.  Psixoz  xronik  xarakterli  olub, 
orqanik  əlamətlərin  artması  ilə  diqqəti  cəlb  edir.  Xəstələr  daim  yorğun  görünür,  bir  sıra  yaddaş 
pozuntuları aşkar edilir. 
UĢaqlarda kəllə-beyin travmalarının xüsusiyyətləri-məişət və ya nəqliyyat travmalarında çox 
təsadüf  olunur.  Kəllənin  sərt  qişasının  zədələnməsi  halları  böyüklərə  nisbətən  üstündür.  Lakin 
böyüklərdən  fərqli  olaraq  uşaqlarda  ən  ağır  travmalarda  belə  düşüncənin  keyləşməsi,  süstlük, 
yuxuculuq,  hərəki  narahatlıq,  tez-tez  qusma  kimi  əlamətlər  olur.  Bu  halda  həyati  əhəmiyyətli 
mərkəzlərin  zədələnbməsi  nəticəsində  bir  sıra  nevroloji  əlamətlər  meydana  çıxır.  Beyindaxili 
hematomanın  olması  xəstəliyin  klinikasını  daha  da  mürəkkəbləşdirir.  Bu  zaman  düşüncənin  kobud 
pozulmaması,  xəstənin  yuxulu  olması,  travmanın  ilk  günləri  ümumi  halın  ağır  olmaması  zədənin 
ağırlığı  haqqında  təsəvvür  etməyə  imkan  vermir.  yalnız  bir  neçə  gün  keçdikdən  sonra  xəstənin 
vəziyyətinin  dəyişməsi  müşahidə  olunur.  Düşüncə  koma  vəziyyətinədək  pozulur,  bir  sıra  həyati 
funksiyalar, o cümlədən, ürək-damar sistemini idarə edən mərkəzin funksiyası pozula bilər. Uşaqlarda 
kompensator bərpa sisteminin güclü olmasına baxmayaraq travma keçirmiş uşaqlara ciddi yanaşılmalı, 
müalicə  düzgün  və  yubanmadan  aparılmalıdır.  Ağır  kələ  travması  almış  uşaqlarda  epilepsiya,  əqli 
qabiliyyətin inkişaf pozğunluğu, nevrozabənzər əlamətlər də müşahidə oluna bilər. 
Diferensial  diaqnoz.  Travmatik  psixozları  şizofreniyadan,  MDP-dən  təcrid  edərkən  xəstəliyin 
dinamikasına  diqqət  yetirmək  lazımdır.  Beynin  orqanik  patologiyası  nəticəsində  meydana  çıxan 
apatik-abulik,  distrofiya,  hallüsinator  sayıqlama  sindromları  orqanik  pozuntular  fonunda  getsə  də 
endogen psixozlar üçün xas olan spesifikliyə və dinamikaya malik olmur. Travmatik psixozları bəzən 
isteriya psixozundan fərqləndirmək lazımdır. İsteriya üçün xarakterik olan paroksizimlərin (stiqmlərin) 
olmaması, lal-karlığın total xarakteri, eşitmə və nitqin pozulduğu halda oxuma və yazma qabiliyyətinin 
saxlanılması  psixozun  travma  mənşəli  olduğunu  göstərən  əlamətlərdəndir.  Travmatik  epilepsiya 
zamanı  yorğunluqdan  şikayət  etmə,  əmək  qabiliyyətinin  enməsi  travma  tipli  lokal  ağıl  zəifliyinin 
olması  xarakter  əlamıətlərdəndir.  Bütün  təsadüflərdə  aşkar  edilən  orqanik  nevroloji  sindrom  mühüm 
diaqnostik əhəmiyyətə mnalikdir. 
  Patogenez  və  patoloji  –  anatomik  dəyişikliklər,  kontuziyalar  zamanı  beyin  qişasında,  beyin 
qabığında tək-tək hallarda isə ağ maddədə nöqtəvari qansızmalar aşkar etmək olur. Zərbə nahiyyəsində 
beyin  maddəsi  bu  və  ya  başqa  həcmdə  zədələnə  bilər.  Qan  dövranının  pozulması  nəticəsində  beyin 
maddəsində  yumşalma  prosesi  gedir.  Kəskin  dövrdə  psixi  pozuntuların  meydana  çıxması  bilavasitə 
hemodinamikanın  pozulması  və  hipoksiya  nəticəsində  yaranır.  Bu  zaman  yerli  qan  damarlarının 
proliferativ dəyişikliyi beyin toxumasının ödeminə səbəb olur. 
Müalicə  və  reabilitasiya.  beyin  qan  və  likvor  dövranının  normallaşması,  beyin  ödeminin 
qarşısını almaq məqsədi daşıyan bütün tədbirlər görülməlidir. Açıq zədələnmələr zamanı infeksiya və 
çirklənmənin qarşısı alınmalıdır. Xəstə stasionara çatdırıldıqdan sonra ciddi yataq rejimi, tam sakitlik 
təmin  olunmaqla,  ilk  növbədə,  neyrocərrahın  rəhbərliyi  altında  müalicə  tədbirləri  başlanmalıdır. 
Kəllədaxili  təzyiq  yüksək  olarsa  mütləq.  ehtiyatla  onurğa  beyin  mayesi  buraxılmalıdır.  Travmadan 
sonrakı  mərhələdə  dehidratasion  terapiyaya  başlanmalıdır.  Bu  məqsədlə  vena  daxilinə  25%-li 
maqnezium  sulfat  10%-li  natrium  tiosulfat,  1%-li  laziks  məhlulları  yeridilməlidir.  Əsas  müalicə 
tədbirləri  beyin  ödeminin  qarşısının  alınmasına  yönəldilməlidir.  Manitol,  qlikokortikoidlər, 
deksametazon və bu kimi digər dərman maddələrindən geniş istifadə olunur. Düşüncə pozuntuları və 
psixomator  oyanma  olarsa  vena  daxilinə  və  ya  əzələyə  aminazin,  seduksen,  tizertsin  və  s.  maddələr 
yeritmək olar. Hallüsinator sayıqlama əlamətləri varsa digər neyroleptiklərdən istifadə olunur. Həmin 
maddələri  bir  neçə  gündən  sonra  per  os  vermək  məsləhətdir.  Cəngolma  əlamətləri  qeyd  olunarsa, 
müvafiq dərman maddələri (benzonal, difenin, lüminal, kofein qarışığı və s.) tətbiq edilməlidir. 

Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya 
 
ġöbə: “Mamalıq iĢi”
 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 
 111
 
 
Travmanın  uzaq  dövrlərində  baş  verə  biləcək  psixonevroloji  pozuntuların  qarşısını  almaq 
məqsədilə  müalicə  uzun  müddətli  bütün  əlamətlər  aradan  qaldırılana  qədər  aparılmalıdır.  Kəllə 
travması  keçirmiş  şəxslər  təqribən  10-12  il  həkim  nəzarəti  altında  olmalı,  lazım  olarsa  profilaktik 
müalicə qəbul  etməlidirlər.  Bərpa  dövründə  ümumi möhkəmləndirici  maddələrdən və  fizioterapevtik 
tədbirlərdən,  kiçik  trankvlizatorlardan,  nootrop  maddələrdən.  vitamin  preparatlarından  geniş  istifadə 
olunmalıdır. Xəstələrə müvafiq pəhriz (duz-maye qəbulunun axaldılması), yüngül əmək. istirahət və iş 
rejiminə riayət etmək məsləhət görülür. 
 

Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya 
 
ġöbə: “Mamalıq iĢi”
 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 
 112
 
 
MÖVZU 15 
 
NEVROZLAR. 
 
Nevrozlara,  sinir  sisteminin  funksional  pozuntusu  nəticəsində  meydana  çıxan,  müxtəlif  sinir-
psixi əlamətlərlə, o cümlədən, emosional davamsızlıq, fiziki və psixi yorğunluq, somatik şikayətlər və 
başqa  bu  kimi  patoloji  hallarla  təzahür  edən  xəstəliklər  aid  edilir.  Nevrozların  klassik  üç  forması 
nevrasteniya,  sarışan  hallar  nevrozu,  isteriya  ilə  yanaşı  digər  nevrozlar  və  nevrotik  hallar  da 
mövcuddur. Bunlara ipoxondik, depressiv nevroz, qorxu nevrozu, vegetanevroz və s. aid edilir.  
Nevrasteniya 
 
Nevrozların ən geniş  yayılmış olan nevrasteniya ilk dəfə olaraq 1869-cu ildə Amerika psixiatrı 
C.Brid tərəfindən təsvir edilmiışdir. Gərginlik bu xəstəliyin meydana cıxmasından mühüm rol oynayan 
amillərdəndir. Xəstəliyin kliniki mənzərəsini təşkil edən simptomokompleks asteniyadır. Xəstə ən adi 
iş gördükdə belə tez yorulur, ən cüzi səbəb nəticəsində affektev partlayış reaksiyaları müşahidə edilir. 
Müxtəlif  formalarda  təzahür  edən  yuxu  pozuntuları:  gec  yuxuya  getmə,  səthi  yuxu,  pis  məzmunlu 
yuxugörmələr,  yuxudan  ayrılarkən  özünü  nasaz  hissetmə  və  s.  Bu  kimi  əlamətlər  qeyd  edilir. 
Xəstəliyin klinikasında diqqəti cəlb edən üç mərhələni fərqləndirmək mümkündür:  
a) hipersteniya; 
b) qıcıqlandırıcı zəiflik; 
v) hiposteniya. 
Hipersteniya  mərhələsində  rast  gəlinən  başlıca  əlamətlər  qıcığa  qarşı  həssaslığın  artması 
səbirsizlik, dözümsüzlük, tez-tez əsəbiləşmək və diqqətin pozulmasıdır.  
Hiposteniya  mərhələsi  psixi  və  fiziki  yorğunluğun  üstünlüyü  ilə  cərəyan  edir.  Xəstənin  əmək 
qabiliyyəti  daha  da  enir,  bütün  günü  əzgin,  yuxulu  və  gəmgin  görünür.  Xəstələr  öz  hərəkətlərinə 
tənqidi yanaşsalar da onları narahat edən əlamətlərdən yaxa qurtara bilmirlər. Nevrasteniya zamanı, bir 
qayda  olaraq,  vegetativ  sinir  sisteminin  normal  fəaliyyəti  dəyişir  və  bunun  nəticəsində  daxili 
orqanların disfunksiyası meydana çıxır. Vegetativ sinirsisteminin pozulması nəticəsində təzahür edən 
universal əlamətlərdən biri başağrıları və başgicəllənmədir. Digər vegetativ əlamətlərdən təngnəfəsliyi, 
ürəkdöyünməni, ürək nahiyyəsində küt ağrıları, ətrafların keyləşməsini göstərmək olar. Bəzən bir sıra 
obyektiv əlamətlər də qeyd olunur. Məsələn, taxkardiya, brakardiya, qan təzyiqinin dəyişməsi, tərləmə, 
akrosinaz,  qusma  və  s.  Nevrastenik  özünü  həmişə  ağır  xəstə  kimi  qələmə  verir,  müxtəlif  həkimlərə 
müraciət edir. Nevrasteniya zamanı tez-tez təsadüf edən əlamətlərdən biri də seksuoloji pozuntulardır. 
Bu kimi əlamətlər son illərdə xüsusən cavanlar arasında geniş yayılmaqdadır.  
 
Yüklə 6,01 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin