Dərman zəhərlənmələrində:
1. Mədənin yuyulması.
2. İşlədici maddələrinn təyini, imalə.
3. 30%-li natrium tiopsulfat-10ml. v/d.
4. Natrium xlorid- izotonik məhlulu v/d (500-1000 ml)
5. Ürək-damar maddələri (2 ml-25% kordiamin, 1ml - 10% kofein, 1 ml-1% mezaton d/a)
6. Laziks və başqa diuretiklər.
Atropin psixozunda pilokarpin, yuxugətiricilərlə zəhərlənmələrdə v/d strixnin (0,001-0,003 q hər
3-4 saatdan bir) təyin edilir.
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
90
Narkomaniyanın müalicə və reablitasiya məsələləri
Narkomaniyanın müalicə oluna bilməsi xəstənin bu prosesə fəal münasibəti ilə müəyyən edilir.
Terapevtik tədbirlər, şəxsin könüllü surətdə razılığı olduqda müvəfəqiyyətli ola bilər. Müalicəyə
mümkün qədər tez başlamaq lazımdır. Xəstənin narkotik maddələri əldə edə bilməməsinin qarşısını
almaq və onun əhatəsində olan narkamanları kənar etmək asan olmur. Ona görə xəstə stasionara
yerləşdirilməli və orada müalicə olunmalıdır. Stasionarda saxlanılan müddət iki aydan az olmamalıdır.
Müalicənin birinci mərhələsində dezintoksikasion, ümumi möhkəmləndirici və sedativ dərmanlar
tətbiq edilir.
Həyəcan, qorxu, yuxu pozuntuları və vegetativ əlamətlərə qarşı elenium, seduksen, sibazon,
relanium, tazepam təyin edilə bilər. Abstinensiya sindromunu aradan qaldırmaq üçün sulfazindən (2-8
ml əzələ arasına, 2-3 gündən bir 2-8 ml, cəmi 5-6 inyeksiya), 30%-li tiosulfat-natrium 5-10 ml vena
daxilində, № 10, 25%-li maqnezium – sulfat 5-10ml əzələ arasına, № 10, 40%-li qlükozqa 15-20, vena
daxilinə yeridilməli, vitaminlər (B qrup, A, C, E) təyin edilməlidir. Oyanma halları, yuxusuzluq
psixopotoloji pozuntular olduqda trisedil, haloperidol tətbiq edilir. Ağrı əlamətlərinə qarşı analgetiklər
vermək olar.
Müalicənin ikinci mərhələsində xəstənin vəziyyətindən asılı olaraq fəal və ya simptomatik
müalicə təyin edilə bilər. Fəal müalicə məqsədilə apomorfindən (0,5%-li 1-0,2 ml,
dəri altına) , emetindən (0,02 gündə 1-2 dəfə daxilə) istifadə etmək olar. Bu mərhələdə
fizioterapevtik üsullardan istifadə etmək mümkündür. Psixoterapiya müalicənin ilk günlərindən tətbiq
edilməli və fəal müalicə qurtardıqdan sonra da xeyli müddət davam etdirilməlidir.
Üçüncü mərhələ uzunmüddətli davametdirici müalicədən ibarətdi. Xəstə həkimin nəzarəti altında
olmalı, psixoterapevtik tədbirlərlə yanaşı sosial yardım formalarından istifadə edilməlidir. Xəstəni
əmək fəaliyyətinə qaytarmaq, fəal həyat mövqeyini davam etdirməkdə ona yardım göstərmək lazımdır.
Alkoqolizmdə olduğu kimi narkomaniyalar zamanı da məcburi müalicə tətbiq etmək olar.
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
91
MÖVZU 11
ġĠZOFRENĠYA
Şizofreniya yunan sözüdür, tərcüməsi shcizo-parçalıyıram, phren-ağıl deməkdir, yəni ağlın
parçalanması. Xronik gedişli psixi xəstəlikdir. Tutmalar şəklində, fasiləli və ya fasiləsiz davam edir,
tədricən kəskinləşərək şəxsiyyətin dəyişikliklərinə gətirib çıxarır. Əsasən gənc yaşlarda başlayır,
tədricən inkişaf edir. Xəstəliyin etiologiyası tam öyrənilməmişdir, irsi meyliyyə üstünlük verilir.
Şizofreniya klinika və gedişinə görə müxtəlif formalara ayırd edilir. Lakin bu müxtəlifliyə baxmayaraq
xəstəliyin vahidliyini sübut edən tipik sindromlar mövcuddur.
1) Normal psixi fəaliyyətə xas olan vəhdətin, tamlığın pozulması və xəstənin davranışı ilə mühit
arasında uyğunsuzluğun meydana çıxmasıdır. Bu özünü xəstəliyin klinik şəklində, hərəki, emosional,
təfəkkür pozğunluğunda (özü) göstərir, xəstənin hərəkətləri, özünü aparması mühit ilə rabitəli olmur.
2) Autizm– xarici mühitdən aralanmaq, özünə qapanmaq əlaməti. Mühit hadisələri qıcıq
əhəmiyyətini itirir, ətraf mühitdə maraq ifadə olunmur, xəstə ilə ünsiyyət çətinləşir, adama
yovuşmamazlıq, tənhalığa meyllik əmələ gəlir.
3) Fəallığın itirilməsi- xəstələrin hərəkətləri tədricən məhdudlaşır, fəaliyyətsiz, əzgin olurlar,
nitqində və yazısında özünü göstərir, fikir ardıcıllığı, təfəkkürün məqsədə, mühitə uyğunluğu itir.
Bu üç sindrom şizofrenik deffekt adlanır. Kliniki gedişinə görə xəstəlik 3 formaya ayırd edilir:
1-fasiləsiz gedən
2-fasilələrlə gedən yəni rekurrent forma
3-proqridiyent-tutmalarla (şubvari) gedən forma.
Fasiləsiz formada klininki əlamətlər tədricən artır və güclənir. Heç bir yaxşılaşma dövrü olmadan
remissiyasız inkişaf edir, psixopatoloji əlamətər tədricən inkişaf edir və klinikası ağırlaşır. Psixi
defektin artma dərəcəsinə görə bu formanın üç variantı ayırd edilir: süst gedişli və ya az proqridiyentli,
tədricən artan və yaxud orta şiddətli, bədxassəli. Süst gedişli şizofreniyada uzun müddət xəstəliyin
əlamətləri özünü biruzə vermir. Əvvəllər nevrozabənzər dəyişikliklər olur, əhval ruhiyyənin dəyişməsi
səbəbsiz yaranan somatik şikayətlər, yorğunluq hissi, təfəkkür pozğunluqları, sonralar autizm meydana
çıxır. Tədricən pintilik, qəddarlıq, eqoizm artır, qohum və tanışlara laqeydlik olur, məktəbə getmirlər,
işi atırlar və get-gedə sayıqlama ideyaları meydana çıxır.
Tədrici proqridiyent paranoidli şizofreniya 25 yaşlarından başlayır. Bu formaya sayıqlamalar
xarakterdir. Əvvəllər sarışan hallar, həyəcanlılıq, şübhəlilik hissi olur. Bu dövr bir neçə il davam edə
bilər. Bunun ardınca paranoyal etap başlayır və sayıqlama ideaları tədricən inkişaf edir. Növbəti etap
paranoidli etapdır: sayıqlamalar artır, mürəkkəbləşir, hallüsinasiyalar, psevdohallüsinasiyalar meydana
çıxır. Kandinski- klerambo sindromu əmələ gəlir. Son etapda xəstədə fantastik dərəcədə özünü
böyütmə sayıqlamaları meydana çıxır.
Bədxassəli variant gənc yaşlarda başlayır. Çox tez zamanda əlamətlər inkişaf edir və son dövrə
çatır.
Rekurrent formada remissiya dövrü kəskin dövrlə əvəz olunur və şəxsiyyətin dəyişməsi
tədricən inkişaf edir.
Tutmalarla gedən və yaxud Ģubvari formada xəstəlik tutmalarla keçir, lakin onlar daha
davamlı olub uzun sürür. Sonra remissiya ilə əvəz olunur. Tutmadan tutmaya şəxsiyyətin dəyişməsi
artır və ağıl zəifliyi inkişaf edir. Eyni formanın inkişaf səviyyəsindən asılı olaraq müxtəlif klinik
şəklinə görə xəstəlik 4 dövrə ayırd edilir:
1) başlanğıc dövrü, 2) tam inkişaf dövrü, 3) remissiya dövrü, 4) son dövr.
Şizofreniya kəskin, yarım kəskin şəkildə və tədricən başlana bilər. Buna müvafiq olaraq
başlanğıc dövrün müddəti müxtəlifdir. Kəskin başlanğıc nadir təsadüf edilir və katatonik forma üçün
xasdır. Bir neçə gün davam edən baş ağrılarından sonra kəskin oyanma və katatonik əlamətlər
meydana çıxır. Çox təsadüflərdə şizofreniya yarım kəskin və tədricən başlanır. Klinik şəkli müxtəlif
olur. Emosional iradi, təfəkkür pozğunluqları başlanğıc dövrdə özünü göstərməyə başlayır. Fəaliyyətin
enməsi, emosiyaların kütləşməsi autizm, təfəkkürün ardıcıllığının pozulması daha çox dərəcədə
təzahür edir. Əksər hallarda başlanğıc dövrün klinik şəkli başqa əlamətlərlə xarakterizə edilir. Çox
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
92
zaman asteniya halı meydana çıxır: baş ağrıları, yorğunluq, darıxma, yuxunun pozulması, əhval
ruhiyyənin enməsi, maraqların sönməsi, soyuqluq, laqeydlik ilə müşayət olunur. Səbəbsiz qorxular,
təşvişlər ola bilər. Bəzən şizofreniya nevrozabənzər əlamətlərlə başlanır. Uzun illər davam edən
müalicəyə tabe olmayan sarışan hallar, müxtəlif rituallar və onların psixi avtomatizmlərlə əvəz
olunması müşahidə olunur. Bəzən başlanğıc dövrü isterik və ya psixopatiyayabənzər əlamətlərlə
xarakterizə edilir. Xəstədə xasiyyətin dəyişməsi,
kobudluq, nəzakətsizlik, maraqların sönməsi təzahür
edir. Çox təsadüflərdə tədricən inkişaf edən sayıqlama
inkişaf edən ssayıqlama ideyaları klinik şəkli təşkil edir.
Xəstədə şübhəlilik, inamsızlıq və sayıqlama fikirləri:
təqib, münasibət xarakteri daşıyır, getdikcə sisemləşir,
ardıcıl quruluşlu olur.
Nəhayət başlanğıc dövrdə ipoxondrik duyğular,
dismorfofobiya, depersonalizasiya olur. Müəyyən
vaxtdan sonra tam inkişaf dövrü başlanır. Şizofreniya
üçün xas olan tipik pozğunluqların görkəmli dərəcədə
inkişafı ilə xarakterizə olunan bu dövrdə xəstəliyi
aşağıdakı klinik formalara ayırd etmək olar:
Paranoid forma. Ən çox təsadüf edilən formadır
tədricən başlanır və inkişaf edir. Klinikasında sayıqlama
ideyaları əsas yer tutur.
İnkişaf edən sayıqlama ideyalarının xüsusiyyətinə
görə paranoid forma müxtəlif mərhələlərə ayırd edilir:
1. Paranoyal mərhələ- tədricən sistemləşən, təqib, münasibət sayıqlamaları xasdır. Xəstə zənn
etdiyi “ düşmənləri ”ilə mübarizəyə girir, özünü “ təqibdən “, pis münasibətdən qorumaq istəyir. Bu
məqsədlə iş yerini tez-tez dəyişir, qonşuları ilə əlaqəni kəsir, müxtəlif müəsisələrə şikayət məktubları
yazır.
2. Paranoid mərhələ - qorxu, təşviş, oyanma halının kəskin təzahürü ilə başlanır.
Hallüsinasiyalar, psevdohallüsinasiyalar meydana çıxır. Sayıqlama ideyaları genişlənir yad adamlar,
təsadüfi tanışlar sayıqlamalara cəlb olunur. Ətraf mühit sayıqlama nöqteyi nəzərdən təhlil olunur
(xəstəxana düşmənlərlə əhatə olunub, xəstə ilə görüşə gələn şəxs xüsusi agentdir). Çox təsadüflərdə
təsir sayıqlamaları aşkara çıxır, ipoxondrik sayıqlamalar, duyğular qeyd edilir.
3. Parafren mərhələ. sayıqlamalar ardıcıl quruluşlu, fantastik məzmunlu təqib, təsir,
özünüböyütmə ideyalarından ibarətdir. Bu zaman sayıqlamalar fantastik nağılları, xəyali təsəvvürləri
xatırladır (yer altında daşdan düzəldilmiş ölkənin hökmdarıdır, düşmənləri hər gecə onun başını kəsir,
səhərlər isə yenidən yerinə yapışdırırlar).
Katatonik forma- gənc yaşlarda kəskin və yarım kəskin şəkildə başlayır. Katatonik
pozğunluqlar əsas yer tutur və katatonik oyanma sindromu ilə təzahür edir: xaotik hərəki oyanma,
stereotipiya, neqativizm, impulsiv, aqressiv hərəkətlər, nitqin qırıqlığı, exolaliya, exopraksiya olur. Bir
neçə gündən 1-2 həftəyə qədər davam edən oyanma katatonik stupora keçir: tam hərəkətsizlik, mutizm,
neqativizm, katalepsiya, hava balıncı simptomu meydana çıxır. Bəzən yarım stupor halı qeyd edilir,
hərəkətlər tormozlanmış, xəstə saatlarla eyni vəziyyətdə bir küncdə dayanır və yaxud da əyilərək uzun
müddət bu halı saxlayır. Bəzən eşitmə hallüsinasiyaları, təqib sayıqlamaları qeyd edilir. Katatonik
stupor zamanı düşüncənin oneyroid şəkildə pozulması olur: xəstə hərəkətsiz halda çarpayısında uzanır,
gözlərini bir nöqtəyə zilləyərək sanki xülya edir, qıcıqlara reaksiya vermir, çox zaman susur, verilən
suallara cavab verir. Bu haldan çıxdıqdan sonra bu təəssüratları haqqında ətraflı məlumat verir. Belə
hallar oneyroid katatoniya adlanır.
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
93
Sadə forma- çox gənc yaşlarda (16-18) başlanır, inkişaf edir. Əsasən emosional və iradi
pozğunluqları ilə xarakterizə olunur. Tədricən artan emosional kütlük, süstlük, fəaliyyətin enməsi
başlanğıc dövrdən özünü gösstərir. Məktəbdə oxuyan xəstə dərsini hazırlamır, pis oxumağa başlayır,
işçi işə çıxmır, vaxtını evdə keçirir, heç bir işlə məşğul olmur. Autizm, adama yovuşmazlıq meydana
çıxır. Xəstədə əvvəlki maraqlar sönür, yoldaşları ilə əlaqəni kəsir. Xəstəlik tədricən, sezilmədən inkişaf
dövrünə keçir. Bu zaman təfəkkür pozğunluğu, rezonyorluq, müxtəlif psixi avtomatizmlər təzahür edə
bilər. Sayıqlama ideyaları, hallüsinasiyalar bu forma üçün xas deyil. Bəzən meyl pozğunluqları, cinsi
fəaliyyət pozğunluğu ilə təzahür edir.
Hebefrenik forma- gənc yaşlarda, həddi-büluq dövründə başlanır. Xəstədə yersiz şənlik,
təlxəklik olur, davranışı kobud pozulur uyğunsuz emosiyalar müxtəlif qrimaslar, manerlik, qeyri-təbii
hərəkətlər, mənasız gülüşlər, eyforiya halı müşahidə edilir. Bəzən ümumu hiss hallüsinasiyaları,
sistemsiz sayıqlamalar, nitqin qırıqlığı, neologizmlər qeyd edilir. Təsvir olunan formalar bütün
təsadüflərdə təmiz şəkildə təzahür etmir. Çox zaman sadə formada sayıqlamalar, hallüsinasiyalarla
müşayət olunan qısa müddətli kəskin psixotik hal verə bilər. Paranoid forma görkəmli katatonik
pozğunluqların birləşməsi ilə təzahür edə bilər. Xəstəliyin çox sonrakı dövrünə aid olan bu hal ikinci
katatoniya adlanır və proqnozu pisdir. Xəstəliyin klinik forması gedişinə görə sabit deyil. Bəzən
xəstəliyin gedişi müddətində bir formanın digərinə keçməsi müşahidə olunur.
Son dövr. Şizofreniya çox təsadüflərdə son dövrlə nəticələnir. Bu dövrün klinikası çox
müxtəlifdir. Şizofreniyanın formalarını belə xəstələrdə ayırd etmək olmur. Son dövrün özünəməxsus
klinik formaları vardır:
1. Sayıqlama forması – zənginliyini itirmiş eyni məzmunlu sayıqlamalar, hallüsinasiyalar,
psevdohallüsinasiyalar olur. Bu xəstələr özlərini sakit aparır, şöbənin rejiminə tabe olurlar. Onları
xəstəxana daxilində işə cəlb etmək mümkün olur.
2. Apatik-abulik forma- ağır forma sayılır. Tam emosional kütlük, təşəbbüsün, fəaliyyətin,
maraqların itməsi olur. Belə xəstəlri işə cəb etmək olmur son dərəcə natəmiz olurlar, bütün günlərini
çarpayıda keçirirlər, verilən suallara bir sözlə cavab verir və ya tamamilə susurlar.
3. Katatonik forma-yarımstupor, bəzən stupor müşahidə edilir. Saatlarla eyni vəziyyətdə
oturmaqdan ayaqların şişməsi, göyərməsi, illərlə mühafizə olunan katatonik stupor kaxeksiya, trofik
yaralarla müşayət olunur. Son illərdə psixotrop dərmanların köməyi ilə remissiya mümkün olur. Buna
gecikmiş remissiya deyilir.
UĢaqlarda və yeniyetmələrdə Ģizofreniyanın xüsusiyyətləri
Uşaq yaşlarında rast gəlinən şizofreniyanın ən başlıca xüsusiyyətlərindən biri pozitiv əlamətlərin
yaşa uyğun dəyişməidir. Yəni bir sıra əlamətlərin yaşa uyğun olaraq daha parlaq nəzərə çarpması və
bir sıra sindromların əsas etibarilə uşaqlarada təsadüf etməsidir. Məsələn, ümumi inkişafın, o
cümlədən, psixi inkişafın ləngiməsi, hərəkətlərdə və nitqdə ifadə olunan stereotipiya, patoloji
uydurmalar və s. Yeniyetmə dövrü üçün xarakterik əlamətlərdən aneroksiyanı (az yemək nəticəsində
arıqlama), metofizik intoksikasiyanı, ipoxondriya və heboid sindromları qeyd etmək olar. Yaman
gedişi xarakterizə edən başlıca əlamət, sürətlə inkişaf edən şəxsiyyətin dəyişilməsidir, ki, bu da autizm,
emosional çatışmamzlıq, hərəkət və nitq pozuntusu, psixi aktivliyin enməsi ilə meydana çıxır. Süst
gedişli fasiləsiz şizofreniyanın uşaqlar arasında geniş yayılmış variantları, əsasən nevrozvari və
psixopatvari debütlə başlayn formalardır. Tutmalarla şiddətlənən şubvari şizofreniyanın nisbətən az
təsadüf etməsinə baxmayaraq, o zəngin atipik əlamətlərlə (müxtəlif qorxu, patoloji uydurma, nitq
pozuntusu və s.) diqqəti cəlb edir. Affektiv, ipoxondrik, senestopatik əlamətlər, hallüsinasiyalar,
sayıqlama və katatoniya əlamətləri nisbətən az rast gəlinir.
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
94
Ahıl yaĢlarda baĢlayan Ģizofreniya
Ahıl yaşlarda başlayan və ya gecikmiş şizofreniya bir qayda olaraq, 40 yaşından sonra başlayan
təsadüfləri əhatə edir. Gecikmiş şizofreniya qadınlarda kişilərə nisbətən 3-4 dəfə çox rast gəlinir.
Xəstəlik əsas etibarilə, sayıqlama, affektiv-sayıqlama, bəzən isə görmə və eşitmə hallüsinasiyaları ilə
özünü büruzə verir. Xəstəliyin gedişinin müəyyən mərhələlərində paranoyal əlamətlər güclənə bilər.
Belə hallarda fantastik (özünüböyütmə) sayıqlamaları, psixi avtomatizm, psevdohallüsinasiyalar
xəstəliyin gedişini kəskinləşdirir və bir qədər sonra parafen sindrom formalaşır. Başlanğıcı geriyə
inkişaf dövrünə (45-50 yaş) təsadüf edir. Ajitəli, narahat depressiya əlamətləri güclənə bilər. Xəstələrin
nəinki əhval-ruhiyyəsi, eyni zamanda hərəkət fəallığı da enir. Qıcığa qarşı həssas, hər şeydən narazı
olmaqla özünü taqsırlandırma və təqib sayıqlamalrı müşahidə edilir. Belə hallarda şizofreniyanın
qocalıqönü depressiyadan təcrid etmək xeyli çətinlik törədir. Qocalıq dövründə şizofreniyanın
kəskinləşməsi az nəzərə çarpır, əlamətlərin tədricən zəifləməsi daha tez-tez müşahidə edilir. Bu yaş
dövrü üçün artıq formalaşmış son dövr əlamətlərinin reduksiyası xarakterikdir. Əvvəllər müşahidə
olunan sayıqlamalar, hallüsinasiyalar və katatonik əlamətlər zəifləyərək stabilləşir və aktuallığını itirir,
bununla yanaşı əvvəllər xəstələrə məxsus olan şəxsiyyətin enməsi, autuzm, manerlik, psixi infantilizm,
əcaiblik və bu kimi digər əlamətlər ya az ya da heç dəyişmir. Bəzi xəstələrdə yaş artdıqca bir sıra yeni
xüsusiyyətlər (məsələn, xəsislik, çox danışmaq, gileylənmək, özünə qarşı yüksək diqqət tələb etmək-
eqosientrizm) meydana çıxır. Bu xüsusiyyətlər şizofreniyanın əsas qüsur əlamətlərinin dəyişməsinə və
yumşalmasına səbəb olur.
Etiologiyası və patogenezi: Xəstəliyin etiopatogenezini izah edən iki bir-birinə zidd
psixodinamiki və somatik nəzəriyyələr indiyədək öz əhəmiyyətini itirməmişdir. Birinci nəzəriyyə
şizofreniyanı uşaq yaşlarında baş verən, psixi travmalar və digər psixogen sosial amillərdən yaranan
patologiya kimi izah edir. Somatik nəzəriyyənin tərəfdarları isə xəstəliyin yaranmasında müxtəlif
bioloji proseslərə (biokimyəvi, endokrin, immunogenetik və s.) əhəmiyyət verir. Şizofreniyanin
meydana çıxmasını izah edən ilkin nəzəriyyələrdən biri E.Krepelin tərəfindən irəli sürülən və bir sıra
alimlər tərəfindən (Veyland, Hiden, V.P.Osipov, V.A.Qilyarovski) inkişaf edincə endokrinoloji
nəzəriyyə olmuşdur. Şizofreniya zamanı orqanizmdə mürəkkəb hormonal dəyişikliklər getməsini, cinsi
yetişkənlik, hamiləlik-doğuş və klimaks dövründə meydana çıxmasını nəzərə alaraq həmin amillər onu
endokrin pozuntularla əlaqədar olan xəstəlik kimi izah etməyə cəhd göstərmişlər. Daha sonra onlar
şizofreniyaya tutulan xəstələrin cinsi sferalarının bəzi xüsusiyyətlərini, məsələn, cinsi orqanların zəif
inkişafını (hipoplaziya) , seksual hissiyatın zəifləməsini, onanizm və digər patoloji meyllərin meydana
çıxmasını qeyd etmişlər. İ.P.Pavlov şizofreniyanın patogenezində irsi amillərlə yanaşı xarici zərərli
amillərin rolunu qeyd edərək, deyirdi ki, beyin qabığının şizofreniyaya məxsus spesifik funksional
zəifliyi bəzi hallarda anadangəlmə (irsi), digər hallarda isə beyinə ardıcıl təsir edən zərərli amillərin
(infeksiyalar, intoksikasiyalar, psixi travmalar, psixi travmalar və s) nəticəsində qazanıla bilər.
Hazırda ən çox diqqəti cəlb edən irsi nəzəriyyədir. Bu nəzəriyyənin tərəfdarları iki mühüm faktı
əsas götürərək şizofreniyanın sırf endogen (irsi) xəstəlik olmasını sübut etməyə çalışırlar. Həmin
faktlardan birincisi xəstələrin populyasiyasında qohumluq dərəcəsi yaxınlaşdıqca xəstələnmə hallarının
artması, ikincisi isə xəstəliyin tək yumurtalı əkizlərə nisbətən daha yüksək faiz təşkil etməsidir.
Autointoksikasiya nəzəriyyəsinin tərəfdarları şizofreniya xəstəliyi zamanı irsi çatışmamazlıq və ya
xarici amillərin təsiri nəticəsində orqanizmdə əmələ gələn və sinir hüceyrələrinin normal fəaliyyətini
pozan toksinlərə (metabolitlərə) əhəmiyyət verirlər. Bioloji aktiv maddə adlandırılan bu toksinlərin
beynin daxilində və ya digər orqanlarda yaranması mübahisəlidir. Axı beyin özünü yad təsirlərdən
qorumaq üçün hematoendefalitik baryerə malikdir. Oliqofreniyanın kliniki formalarından biri olan
fenilketanuriya, qaraciyərdə sintez olunan fenilalanin fermentinin çatışmazlığı nəticəsində əmələ gəlir.
Deməli, beyin hüceyrələrinə təsir göstərən toksinlər beyindən kənarda da yarana bilər. Şizofreniya
xəstəliyi zamanı beyin toxumasına qarşı antitellərin əmələ gəlməsi və onun miqdarının xəstəliyi
şiddətindən asılı olaraq artması, bu xəstəliyi autoimmun xəstəliklər sırasına aid etməyə imkan
vermişdir. Əmələ gəlmə mexanizmindən asılı olmayaraq sinir hüceyrələrinin membran keçiriciliyinin
pozulması şizofreniyanın patogenezində mühüm amil kimi nəzərdən keçirilməlidir. Tədqiqatçıların
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
95
fikrincə bu pozuntuların səbəbi irsi olmaqla beyin hüceyrələrinin struktur çatışmazlığı ilə, yaxud da
hüceyrə membranı fəaliyyətini tənzim edən genə təsir edən metabolitlərlə əlaqədardır. Xəstələrin qan
zərdabında toksik maddələrin və immunopatoloji komponentlərin aşkar edilməsinə baxmayaraq,
onların ilkin səbəbinin tapılmaması şizofreniyanın patogenezində biokimyəvi və autoimmun
pozuntuların heç birini qəti olaraq təsdiq etmir. Başqa sözlə, beyində gedən bioloji proseslərin əsil
mahiyyətini axıradək araşdırmaq mümkün olmamışdır.
Patomorfoloji dəyiĢikliklər. Şizofreniyanın patomorfoloji substratının öyrənilməsinə keçən
əsrin axırlarında başlanmışdır. P.Y.Snesaryev (1937) beyində gedən patoloji prosesləri toksiko-
hipoksik xarakterli ensefalopatiya kimi qiymətləndirmişdir. Belə dəyişikliklər irsi çatışmazlıq (qüsur)
nəticəsində beyin toxumasının “zəifliyi” və ya “davamsızlıq” əlaməti kimi qəbul edilsə də, başqa
səbəblər nəticəsində də meydana çıxa bilər. Müasir müalicə metodları da ələlxüsus psixofarmakoloji
maddələr şizofreniyanın patomorfologiyasına öz təsirini göstərir. Uzun illər psixotrop maddələrlə
müalicə olunan xəstələrdə yuxarıda təsvir olunan patoloji ocaqlar tapmaq mümkündür.
Dostları ilə paylaş: |