Alkoqol psixozları. Alkoqol psixozlarının müasir təsnifatı aşağıdakılardır:
1. ağ isitmə və ya titrəməli deliriy;
2. alkoqol hallüsinozu;
3. xroniki alkoqol hallüsinozu;
4. alkoqol paranoidi;
5. alkoqol ensefalopatiyası;
6. alkoqol epilepsiyası;
7. patoloji sərxoşluq.
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
85
Ağ isitmə vəya titrəməli deliriy (Delirum
tremens). Ağ isitmənin əmələ gəlməsinə şərait yaradan
amillərdən kəskin somatik, infeksion xəstəlikləri və beyin
travmalarını qeyd etmək olar. Xəstəlik, adətən kişilər
arasında 30 yaşdan sonra əmələ gəlir. Xəbərverici
əlamətlərdən əhvalın pisləşməsi, yuxu pozğunluğunu,
təşviş və həyəcan reaksiyalarını qeyd etmək olar.
Xəstəlik kəskin şəkildə adətən gecələr başlayır. Lakin
tədricən inkişaf edən yarımkəskin hallara da təsadüf edilir.
Psixozu
xarakterizə
edən
başlıca əlamətlər
düşüncənin deliriyoz tipli pozulması, affektiv qorxular və
görmə hallüsinasiyalaridir. Xəstənin mühitə qarşı
bələdliyi pozulur, parlaq şəkildə təzahür edən görmə
hallüsinasiyaları (heyvan obrazları, kiçik böcəklər. siçan.
ilan və s.) meydana çıxır. Bəzən nağılları xatırladan
təsvirlər cin, şeytan və iri canlılar ona doğru hərəkət etdiyini görüb həyəcan və təşviş keçirir. Məsələn,
38 yaşlı bir xəstə kəskin psixoz vəziyyətində arvadının, uşaqlarının və qaynanasının parçalanmış bədən
hissələrini görür, onların şkafın üstünə qoyulmuş başlarının dəhşətli sözlər dediyini söyləyir. Xəstənin
davranışı, qavradığı hallüsinator obrazların məzmunundan asılı olaraq müxtəlif ola bilər. Əksər
hallarda o, özünü vəhşi və əcaib obrazların hücumundan qoruyur, harasa qaçmaq, gizlənmək istəyir.
Xəstənin burnuna qeyri-adi üfunətli qoxular gəlir, ağzında acılıq hiss edir, paltarın altında cücülər
gəzir, onu narahat edir. Xəstənin qorxu və təşviş hissi keçirməsi onun xarici görkəmində,
hərəkətlərində əks olunur. Sayıqlama ideyalarının məzmunu hallüsinasiyalarin məzmununa uyğun
gəlir və davamsız olur. Xəstənin xarici görünüşü astenik halın olmasını göstərir. Sifətin rəngi dəyişir,
gözləri parlayır. Bədən temperaturu 38-40 dərəcə selsiyədək yüksəlir. Bəzən epilepsiya cəngolmasını
xatırladan tutmalar qeyd olunur. Somatonevroloji əlamətlərdən kəskin tərləmə, dərinin qızarması,
nəbzin sürətlənməsi, arterial təzyiqin enib qalxması, əzələlərin hipotoniyası, vətər reflekslərinin
yüksəlməsi, nistaqm. konvergensiyanın zəifləməsi olur. Kəskin psixoz halı adətən 3-5 gündən artıq
çəkmir. Xəstələri dilə tutub sakitləşdirmək, bəzən hətta normal kontakt yaratmaq mümkündür, lakin
ara verməyən hallüsinasiyalar, sayıqlama fikirləri buna mane olur. Xəstəni yenidən qorxu və həyəcan
keçirməyə vadar edir. Xəstələr öz ailə üzvlərini, qohumlarını tanımır. ətrafı düzgün qavraya bilmir.
Xəstəliyin xarakter əlamətlərindən biri də dilin, əllərin və bütün bədənin titrəməsidir. Buna görə də
xəstəliyə titrətməli deliriy deyilir. Kəskin psixoz halının qurtarması qəflətən, adətən, yuxudan sonra
baş verir. Xəstə yuxudan tam sağlam, düşüncəsi aydın, ifadələri səlist ayılır. Keçirdiyi halın çoxu
unudulur (hissivi amneziya).
Müalicə-stasionar şəraitində aparılır. Birinci növbədə dezintoksikasiya aparılır, bunu intensiv
infuzionterapiya vasitəsilə edirlər.
1. Susuzlaşmça zamanı-5% -li qlükoza məhlulu. hemodez v/d vurulur.
2. Ödemlər olduqda-laziks, konsentrasiyalı qlükoza məhlulu, plazma, 3%-li KCL məhlulu
vurulur. Bundan başqa tənəffüs, ürək-damar, hemodinamik sistemlərin korreksiyası aparılmalıdır.
Massiv vitaminoterapiya aparılır, oyanmanı aradan qaldırmaq üçün neyroleptik maddələrdən
(aminazin. haloperidol, tizersin) istifadə olunur.
Alkoqol hallüsinozu
Uzun illər xronik alkoqoqolizm keçirənlər arasında, adətən, 40 yaşdan sonra təsadüf edilir. Bir
çox hallarda qadınlar da bu xəstəliyə tutulur. Alkoqol hallüsinozunun kəskin və xronik variantları ayırd
edilir. Kəskin variant abstinensiya zamanı və ya fasiləsiz içmə dövründə inkişaf edir. Xəstəliyin
meydana çıxmasına əksər təsadüflərdə infeksiyalar, fiziki və psixi yorğunluq şərait yaradır. Psixoz
əlamətləri əksər təsadüflərdə kəskin, axşam və gecə saatlarında başlayır. Titrəməli deliriydən fərqli
olaraq, burada dərin düşüncə pozuyntuları qeyd edilmir. Xəstənin özünə, mühitə və vaxta görə
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
86
bələdliyi pozulmur. Xəstəliyin ən başlıca əlaməti verbal hallüsinasiyaların olmasıdır, əvvəlcə “səslər”
(qatarın təkərlərinin və ya işləyən saatın tıqqıltısı, yağış damcılarının səsə və s.) illüzor xarakter daşıyır.
Ümumi yuxusuzluq fonunda akoazmlar, həyəcan, təəccüb və təşviş kimi əlamətlər diqqəti cəlb edir.
Bundan sonra onlar səlist ifadələrlə deyilən hədə, təhqir və söyüşlər eşidirlər. ”Səslər”tək-tək ifadələr
eşitmə, yaxud da sual-cavab şəklində ola bilər. Dinlənilən “səslər”çox vaxt xoşagələn deyil, xəstəni
lağa qoyan, təhqir edən, onunla mübahisəyə girən məzmun daşıyır. Psixoz keçirən bir xəstə söyləyirdi
ki, bir tərəfdən gələn”səslər”ona rahatlıq vermir, təkrar-təkrar onu “alçaq və yaramaz” adlandırır, digər
“səslər” isə “o mərhəmətli və yaxşı adamdır” deyirmiş. Xəstəyə nəlayiq sözlər yağdıran səslər eyni
zamanda onları ölümlə, cəza ilə qorxuda bilər. Bu isə xəstəni cavab hərəkətləri etməyə vadar edə bilər.
Alkoqol hallüsinozu zamanı görmə hallüsinasiyaları rast gəlinir və mühüm rol oynamır.
Sayıqlamalar, adətən, nadir hallarda təsadüf edilir və “səslərin”məzmunu ilə uzlaşır. Məsələn, kimsə
onları izləyir, təqsirləndirir, fiziki və psixi təsir göstərir, hallüsinator sayıqlamaların məzmununa uyğun
olaraq xəstə müdafiə olunur, qaçıb gizlənmək istəyir və ya inzibati orqanlara müracıət edir. Affektiv
oyanma vəziyyətində “işgəncə” və “əzablardan” xilas ilmaq üçün onlar özlərinə sui-qəsd edə bilərlər.
Kəskin hallüsinoz 1-2 həftə bəzən isə daha çox (bir ayadək) davam edir. Psixopatoloji əlamətlərin
“yox olması”, sağalma adətən dərin yuxudan sonra, birdən-birə, yaxud da tədricən, bir neçə gün
ərzində baş verir.
Müalicə stasionar şəraitində aparılır. Ürək-damar və neyroleptik maddələr təyin edilir. Sonra
xronik alkoqolizm müalicə edilir.
Alkoqol paranoidi
Bu xəstəlik ahıl yaşlarda, xronik alkoqolizmə tutulan kişilər arasında təsadüf edilir. Alkoqol
paranoidinin geniş yayılmış kliniki variantlardan alkoqol qısqanclıq sayıqlamalarını və alkoqol izləmə
sayıqlamalarını qeyd etmək olar. Xəstəliyin xarakter əlamətləri: şübhəlilik, qısqanclıq, adətən çoxlu
miqdarda spirtli içkilər qəbul edən psixopatlarda və şəxsiyyətin enməsi sindromu olan adamlarda rast
gəlinir. Sərxoş vəziyyətdə olarkən, ilk növbədə həyat yoldaşına qarşı şübhəlilik, bir qədər sonra isə
müxrtəlif ailə münaqişələri, arvadına qarşı kobudluq və təhqirlər meydana çıxır: seksual hissin
zəifləməsi (impotensiya) qısqanclıqla əlaqədar şübhələri daha da gücləndirir və gələcəkdə onların
sistemləşmiş sayıqlama fikirlərinə çevrilməsinə imkan verir. Xəstə öz fikirlərini sübuta yetirmək üçün
“konkret faktlar” axtarır, yatacaq əşyalarını, qabını, paltarlarını yoxlayır, onu güdür və s. Çox vaxt
qısqanclıq sayıqlamaları cəfəng və gülünc bir forma alır. Məsələn, 70 yaşlı bir xəstə, 67 yaşlı arvadını
30 yaşlı yeznəsinə qısqanır. Bir çox hallarda xəstələr övladlarının başqa kişidən olmasını sübuta
yetirməyə cəhd göstərirlər. Bəzən xəstələr həyat yoldaşını ifşa etmnək məqsədilə müxtəlif təşkilatlara,
inzibati orqanlara müraciət edir, yaxud da aqressiv hərəkətlərə, şübhələndikləri adamı öldürməyə cəhd
göstərirlər.
Alkoqol izləmə sayıqlamaları həyəcan və qorxu hissləri ilə qəflətən başlayır, verbal illüziyalar və
eşitmə hallüsinasiyaları ilə birlikdə təzahür edir. Xəstə hər yerdə onu “izləyən adamları” görür,
şübhələndikləri adamların m imikalarını və dıgər hərəkətlərini yozmağa, faktlar və sübutlar toplamağa
çalışır. Alkoqol sayıqlamaları iki-üç həftəyədək davam edir. Bəzən isə xronik formaya keçərək aylarla
davam edir və ya arabir yavşılaşaraq yenidən ressidivlər verir.
Narkomaniyalar
Narkomaniya yunanca “narke”-donub qalma, ”maniya”-psixi pozuntu, dəlilik sözlərindən
götürülüb, narkotik maddələrdən sui istifadə nəticəsində yaranan toksikomaniyaların bir formasıdır.
Narkomaniya yalnız tibbi anlayış kimi deyil, həm də ictimai və hüquqi bir problem kimi nəzərdən
keçirilməlidir. narkotik madfdələrə qarşı psixi və fiziki asılılığın yaranması narkomaniyanın meydana
çıxdığını sübut edir. İki və daha çox narkotik maddələrdən istifadə etməklə meydana çıxan
narkomaniyalar polinarkomaniya adlanır.
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
87
Morfi tipli maddələrin yaratdığı narkomaniya
Bu qrup maddələrə müxtəlif növ opi çətənəsindən alınan preparatlar (morfi, kodein, geroin,
pantopan. omnopon) , morfiyəbənzər təsirə malik sintetik preparatlar (promedol) aid edilir. Məlum
olduğu kimi morfi və onun preparatları ağrı kəsici maddə kimi işlədilir. lakin bəzən “lüzumsuz
maraq”xatirinə də qəbul edənlər olur. Öyrəşmə çox tez yaranır. Morfi ilə zəhərlənmə (bu ölüm
dozasının 1/3 hissəsindən yarana bilər) zamanı adam tədricən artan zəiflik, yuxuculuq, başgicəllənmə,
qulaqlarda küy hiss edir. Bəbəklərin qaralması, komatoz vəziyyət, ürək – damar və tənəffüs sistemi
pozuntuları (Çeyn-Stoks tipli tənəffüs) inkişaf edir. Ölüm tənəffüs mərkəzinin iflici nəticəsində baş
verə bilər. Xəstəni bu haldan çıxarmaq mümkün olarsa korluq, nitqin pozulması kimi əlamətlər qala
bilər. Kəskin zəhərlənmə zamanı mədəni yumaq, təmizləyici imalə, vena daxilinə hər yarım saatdan bir
damcı şəklində 1 ml 0,1%-li lobelin yeridilməlidir. Bir neçə dəfə morfi qəbul edən adamlarda xronik
zəhərlənmə əlamətləri inkişaf edir. Əvvəlcə onun narkotik təsiri-eyforiya, əhvalın yüksəlməsi,
şənlənmə və sadəlövhlük əlamətləri, xoş sevinc hissi, bəzən isə qeyd edilənlərə mühitin yanlış
qavranılması da əlavə olunur. Bir neçə dəqiqədən sonra eyforiya, süstlük fazasını keçir, bunun ardınca
isə yuxuculuq və ya yuxu baş verir. Narkotik maddələrdən sui istifadə etdikdə ağızda quruluq,
iştahanın azalması, mədə - bağırsaq və digər somatik pozuntular meydana çıxır. Kəskin surətdə
ariqlayan xəstələr fiziki cəhətcə zəifləyir, parasteziyalar, ətrafında soyuqluq və ya istilik hissi, titrəmə
qeyd edilir. Dəriləri qırışlarla örtülür, çox vaxt quru və torpaq rəngində olub, inyeksiya edilən yerlərdə
sızaq, yaxud da abses əmələ gəlir. Vazomotor pozuntular, ürəkdöyünmə, əzələlərin hipotoniyası, vətər
reflekslərinin yüksəlməsi, yuxarı ətrafların, dilin titrəməsi, yerişin pozulması (ataksiya, inamsız yeriş),
dəri hissiyatının azalması qeyd edilir. Bəbəklər xeyli kiçilmiş, bəzən qeyri-bərabər işığa qarşı
reaksiyası zəif olur. Yuxu adətən qeyri-normal və pis məzmunlu yuxu görmələrlə müşayiət olunur.
Qanda leykosit, şəkərin azalması aşkar edilir.
Morfi abstinensiyası daha ağır keçir. Xəstə narahat əhvalı pis olur və qorxu keçirir. Bəbəklər
genişlənir, sifət xüsusi görkəm alır. Əzələlərinin, oynaqlarınnın. sümüklərin ağrıdığını, qusmaq
istədiklərini söyləyirlər. İztirab içərisində inildəyən xəstə morfi tələb edir. Tələbi ödənilmədikdə qeyd
edilən əlamətlər daha da güclənir və xəstə acınacaqlı hallar keçirir. Morfi psixozu az hallarda təsadüf
edilir və qısamüddətli olur. Bu zaman hipnohagik hallüsinasiyalar, deliriy halı qeyd edilir.
Morfinizmin gedişi fərdi xüsusiyyət daşıyır. Bəzən müalicəsiz morfi qəbulu dayandırılır, lakin bir
müddətdən sonra yenidən davam etdirilir. Yalnız stasionar müalicəsi vasitəsilə xəstələrə kömək etmək
mümkün olur. Xəstəliyin proqnozu əksər təsadüflərdə yaxşı olmur. Ölüm ümumi zəiflik, marazm və
interkurrent xəstəliklər nəticəsində baş verir. Morfinizmin diaqnostikası çətinlik törətmir. İnyeksiya
yerlərinin spesifikm görünüş, əhvalın dəyişkənliyi, əmək qabikliyyətinin enməsi xəstəliyi asanlıqla
təyin etməyə imkan verir. Sidikdə və nəcisdə morfi və onun preparatlarının qalıqlarını aşkar etmək
olur.
Kokainizm
Kokain Cənubi Amerikada bitən kola kollarının yarpaqlarından alınan alkoloiddir. Yerli
analgetik üsusiyyətə malik olub, böyük dozalarda mərkəzi sinir siteminə təsir göstərir. Qəbul etdikdən
(vena daxilinə və ya qoxulamaqla) eyforiya fikirlərin axını-nitqin sürətlənməsi, fəaliyyətin, yaradıcılıq
imkanlarının xeyli güclənməsi qeyd edilir. Lakin 2-3 saatdan sonra ümumi zəiflik, əzginlik, qıcığa
qarşı həssaslıq, əhvalın enməsi baş verir. Öyrəşmə qısa müddət ərzində, bəzən 2-3 dəfə qəbul etdikdən
sonra yaranır. Şəxsiyyətin deqradasiyası morfinizmdə olduğundan daha kobud olur və 1-2 ildən sonra
təzahür edir. İlkin əlamətlər eqoizm, ətrafdakılara qarşı dözümsüzlük, kinlilik şəklində özünü göstərir.
Kokainizmə tutulanlar olduğundan yaşlı görünür, intellektləri və emosiyaları xeyli kasadlaşır. Tez-tez
psixi pozuntular, qısqanclıq, izləmə sayıqlamaları, qorxunc görmə, taktil hallüsinasiyalar, “çəkisizlik
hissi ” kimi əlamətlər meydana çıxır.
Abstinensiya sindromu başgicəllənmə, başağrıları parasteziya, depressiya kimi əlamətlərlə
müşayiət edilir və ağır keçir.
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
88
HəĢiĢizm
Bu narkomaniya forması Amerika qitəsində, şərq ölkələrində, o cümlədən orta Asiyada və
respublikamızda geniş yayılmışdır. Həşiş və ya anaşa hind çətənəsindən (canna bis indica) alınır.
Marexuana, plan, xarac, banq, kif kimi narkotiklər də həşiş qrupuna aiddir. Həşiş özünəməxsus qoxusu
olan. acı dadlı, qətranabənzər maddədir. Narkomanlar onu tütünə qatıb çəkir, çeynəyir, yaxud da
yeməyə və içkiyə qatırlar. Onu qəbul edərkən tədricən dozanı artırmaq tələb olunmur. Bəzi hallarda
onu ilk dəfə qəbul edən adamlar öyüməyə, ağızda acılıq. ağızdan suaxma, başağrıları kimi əlamətlər
hiss edirlər. Bu da gələcəkdən ondan imtina etməyə imkan verir. Lakin təkrar qəbul edilərsə sərxoşluq,
xoşhallanma, fəaliyyətin güclənməsi qeyd edilir. Psixomotor və nitq oyanıqlığı adamı “fəaliyyət
göstərməyə”-hərəkətli olmağa, rəqs etməyə, çox danışmağa, özünü öyməyə, qürrələnməyə sövq edir.
Adam üzünü sanki “quş kimi”, “çəkisiz”, bəzən də “ilhamı coşan” şəxs kimi hiss edir. Bir sıra hallarda
hərəkət oyanıqlığı, məst olmaq, xumarlanmaq, yaxud da gülmək və ya ağlamaqla əvəz olunur.
Ətrafdan gələn qıcıqlar parlaq və qəribə nağıllar aləmində baş verə hadisələrə bənzəyir. Bəzən isə
illüziyalar, psixosensor pozuntular (məsələn, əşyalar öz forma və rəngini itirmiş, həddindən artıq
böyük və ya kiçik qavranılır) qeyd edilir. Erotik hissin güclənməsi, xoş əhval-ruhiyyə, asanlıqla qorxu,
depersonalizasiya əlamətləri ilə əvəz oluna bilər. Belə hal keçirən bir xəstə söyləyirdi ki. bədənin sanki
özümün deyil, quş kimi yüngüləm, adamların sifəti meyidi xatırladır. Vaxt sanki hərəkət etmir.
Oyanıqlıq, əzginlik, zəiflik, yaxud da yuxu ylə nəticələnir. Bəzən isə narahatlıq, baş ağrıları, ürək
döyünmə, müvazinətin pozulması kimi əlamətlər meydana çıxır. Həşiş narkomaniyası nisbətən ləng
inkişaf edir. Uzun müddət anaşaya uyan adamlar fiziki və mənəvi cəhətcə geri gedir - deqradasiyaya
uğrayırlar.
Belələri qıcığa qarşı patoloji həssas, əsəbi, dözülməz olurlar, əmək qabiliyyəti azalır, narkotik
maddənin kiçik dozası belə sərxoşluq halının yaranmasına səbəb olur. Bir çox hallarda izləmə, təqib
sayıqlamaları, hallüsinasiyalar və digər psixotik əlamətlərlə müşayiət edilən şizofreniyayabənzər
psixoz inkişaf edir, belə xəstələr əzgin, dəriləri sarımtıl-torpaq rəngində, baş tükləri seyrək, quru,
yerişləri sahmansız və ağır, nitqləri dolaşıq, bəzən də anlaşılmaz olur. Göz bəbəkləri daralır, işığa
reaksiyası zəifləyir, əqli qabiliyyətləri və hissiyyatları kütləşir.
Hallüsinogenlərin təsirindən yaranan narkomaniya
Hallüsinogenlərə dietilamid lizergin turşusu və buna bənzər maddələrin törəmələri (psilosibin,
meskalit, fentsiklidin, triptamin və s. ) aiddir. Bu maddələrin ən kiçik dozaları (0,05-0,5 mq) qəbul
etdikdən 15-20 dəq. sonra 2-3 saat davam edən müxtəlif psixi pozuntulara səbəb olur. Tez-tez
müşahidə edilən əlamətlərdən eşitmə, görmə, dad və qoxu hallüsinasiyalarını, düşüncə pozuntuları,
eyforiya, qeyri-təbii gülmə qeyd edilir. Bir çox xəstələrdə bunlarla yanaşı şübhəlilik, qorxu, sayıqlama
fikirləri də meydana çıxa bilər.
Toksikomaniyalar
Öyrəşmə və meyillik yalnız narkotik təsir göstərən maddələrə qarşı deyil digər preparatlara,
məsələn, barbituratlara, stimulyatorlara, psixotrop maddələrə və s qarşı da yarana bilər. Göstərilən
dərmanlardan bəzən məst olmaq, bəzən də müxtəlif ağrıları, yuxusuzlugu və digər narahatlığa səbəb
olan əlamətləri aradan qaldırmaq üçün istifadə edirlər. Toksigen maddələrin təsirindən yaranan hallar
qəbul edilən preparatın kimyəvi təsirindən asılıdır. Yuxugətiricilərdən (lüminal, dimedrol, pipolfen)
daha tez-tez istifadə edilir. Narkotik effekt almaq üçün onları böyük dozalarda qəbul etmək tələb
olunur. Bu maddələrdən uzun müddət istifadə edilərsə müvazinətin, nitqin pozulması, əzələ tonusunun
və vətər reflekslərinin zəifləməsi, düşüncənin keyləşməsi və bir sıra vegetativ əlamətlər qeyd edilir.
Həmin maddələrdən sui istifadə davam etdirilərsə şəxsiyyətin dəyişməsi, məsələn, qıcığa qarşı
həssaslığın yüksəlməsi, əsəbilik, qəzab hissi, təfəkkürün sürətinin və yaddaşın zəifləməsi meydana
çıxır. Belə adamların hərəkətləri ləng, düşüncələri bir qədər keyləşmiş olur. Daha sonra ağıl zəifliyi ilə
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
89
müşayət edilən psixoorqanik əlamətlər inkişaf edir. Nevraloji və somatogen pozuntular inkişaf etməyə
başlayır. Belə xəstələrdə müşahidə edilən abstinensiya sindromu güclü şəkildə təzahür edir.
Toksikomaniyaların digər bir forması stimulyatorların (efedrin, koffein, fenamin sidnokarb,
sentedrin və s) qəbulu nəticəsində yaranır. Bu preparatların qəbulu süni olaraq orqanizmin tonusunu,
fəaliyyət imkanlarını qaldırmaq arzusundan irəli gəlir. Lakin qısa müddət ərzində öyrəşmə baş verir.
Bu maddələrin təsiri nəticəsində ürəkdöyünmə, qan təzyiqinin, tənəffüs aktının sayının artması,
iştahının pozulması müşahidə edilir. Stimulyatorları uzun müddət qəbul edənlər arasında bəzən görmə,
eşitmə hallüsinasiyaları, izləmə sayıqlamaları, psixoz halları xronik şəkil alarsa disforiya, yuxunun
pozulması, ürək-damar sisteminə, böyrəklərə məxsus patoloji əlamətlər inkişaf edir. Abstinensiya halı
nisbətən zəif ifadə olunur.
Hazırda neyroleptiklərin əks təsirinə, ekstropiramid əlamətlərin qarşısını almaq məqsədilə
işlədilən korrektorlara (tsikladol, parkopan, romparkin və s) qarşı toksikomaniya halları yayılmağa
başlamışdır. Bu maddələri böyük dozalarda qəbul etməklə eyforiya, məstolma effekti yaratmaq
mümkündür.
Narkoz məqsədilə işlədilən efirin tənəffüs yolları vasitəsilə orqanizmə daxil olması nəticəsində
spesfik sərxoşluq halı yaratmaq olur. Belə ki, efirin təsirindən əhvali ruhiyyə yüksəlir, ”eyforik
şənlənmə”, bədəndə yüngüllük, sərbəstlik kimi əlamətlər meydana çıxır. Efirə qarşı öyrəşmə çox tez
yaranır. Abstinensiya (yüngül formada) halları yarana bilər. Məişət kimyasında və sənayesində
işlədilən uçucu aromatik maddələrə (aseton, benzin, həlledici, təmizləyici məhlullar, yapışqanlar,
nitroboyalar, ləkətəmizləyən, ev həşaratlarının məhv edən preparatlar və s.) qarşı toksikomaniyalar
təsadüf olunur. Bu maddələrin təsirindən yaranan kəskin intiksikosiya adi alkoqol sərxoşluğuna
bənzəyir. Psixoz nadir hallarda inkişaf edir, bəzən görmə hallüsinasiyaları ola bilər. Tez-tez daxili
orqanların pozuntuları (miokardiodistrofiya, qaraciyər, böyrək xəstəlikləri və s.) tənəffüs yollarının
iltihabı, ümumi gərginlik müşahidə edilir. Adətən bir neçə aydan sonra əmək qabliyyəti enir,
xasiyyətdə və davranışda ciddi pozuntular qeyd edilir.
Diaqnozu dəqiqləşdirməkdə anamnez, inyeksiya yerlərinin və abstinensiyanın olması mühüm
əhəmiyyət kəsb edir. Laborator müayinəsi nəticəsində xəstənin bioloji mayelərində narkotik
maddələrin qalıqlarını aşkar etmək mümkündür.
Dərman psixozları
Müəyyən dərmanların təyini və dozalarının artması nəticəsində dərman psixozları əmələ gəlir.
Kəskin atropin psixozundan deliriyoz pozuntu, hallüsinasiyalar, kəskin psixomator oyanma, qorxu olur.
Daha ağır zəhərlənmədə sopor və koma ola bilər. Nəbz tezləşir, arterial təzyiq yüksəlir, dəri və selikli
qişalar quru olur, nitq pozulur.
Barbituratların dozasının artması düşüncənin keyləşməsinə, oyanma, ayrı-ayrı pozuntulara və
komaya səbəb ola bilər.
Müalicə - stasionar şəraitində aparılır. Dezintaksikasion, ümumi möhkəmləndirici, sedativ
dərmanlar, simptomatik müalicə psixoterapiya aparılır. Abstinensiya sindromu aradan qaldırmaq üçün
sulfazindən istifadə edilir. Natrium tiosulfat, maqnezium sulfat, 40%-li qlükoza, vitaminlər (B qrup, A,
C, E) təyin edilir. Oyanma halları, yuxusuzluq, psixopataloji pozuntular olduqda haloperidol, ağrılar
zamanı analgin və s. istifadə edilir.
Dostları ilə paylaş: |