Şerin kompozisiyası, dili, müraciət forması, fellər, nidalar şagirdlərdə qəhrəmanların xarakteri haqqında fikir oyadır, qorxmazlıq, dözümlülük tərbiyə edir. Şagirdlər belə epik əsərlərin məzmununu öz sözləri ilə nəql edə, onlara dair şəkil çəkə, illüstrasiyalar hazırlaya bilərlər. Epik əsərlərdə lirika nümunələrinə də rast gəlmək mümkündür.
Şagirdlər M. Rahimin “Azərbaycanım mənim” şerində oxuyurlar:
Bir işıqlı əməlsən.
Qoy dolanım başına,
Torpağına, daşına
Qurbandır canım mənim,
Azərbaycanım mənim!
Burada doğma yurdumuza məhəbbətlə bağlı güclü hisslər verilmişdir.
III sinifdə R. Rzanın “Beşik nəğməsi”, Z. Cabbarzadənin “Bahar”, A. Səhhətin “Qaranquş balaları” , C. Cavdlının “Qaranquşlarım” şerləridə lirika baxımdan güclüdür. Z. Cabbarzadə bahara münasibətini belə bildirir: