25. Dil və nitqin funksiyaları
Dil və nitq bir – biri ilə əlaqədardır və bir – birinə təsir göstərir. Dil ünsiyyətin işarələr mexanizmidir. Dil dil sistemi və nitq fəaliyyətinin birliyi sayəsində mövcuddur. Dil fəaliyyət prosesində həyata tətbiq edilirsə cansızlaşır, ölü vəziyyətinə düşür. Ü. Hacıbəyov: bir millətin varlığının isbati – vücud etməsinə səbəb onun dilidir. Fikir nitqlə ifadə olunur, nitqdə formalaşır. Nitq fikirlə yanaşı, insanın iradəsini və estetik vəziyyətini də bildirir. Bir fikir müxtəlif formalarda ifadə edilə bilər. Nitqdə işlənən sözlər dəyişir, bir qismi köhnəlir, digəri yeniləşir.
Dil və nitq arasında əlaqə obyektiv zərurət kimi mövcuddur, çünki, dil varlığını nitqdə, nitq isə öz mənbəyini dildə tapır. Nitq prosesi olmasa dil, dil olmasa, nitq prosesi təzahür edə bilməz. Nitq dilin dinamik hissəsidir. Danışıq şəxs dilin daxili qanunları əsasında yaranan bu və ya digər formadan məqsədəuyğun şəkildə istifadə edilir.
Dil və nitqin fərqləri aşağıdakılardır:
Dil həcmcə nitqdən genişdir.
Dil ümumxalq nitq fərdi səciyyə daşıyır.
Dil ünsiyyət vasitəsi, nitq ünsiyyət prosesidir.
Nitq fikrin ifadəçisidir, təfəkkürün formasıdır.
Dilin əsas mahiyyəti ünsiyyət vasitəsi olmasıdır. Nitqin əsas cəhəti məzmunluluq, aydınlıq, mənalılıq, təsirlilik və dəqiqlikdir.
Dil nitqin silahıdır, məhsuludur, nitq dilin hər dəfə ünsiyyət vasitəsi kimi işlədilməsidir.
Dil dilçiliyin, nitq psixologiyanın tədqiqat obyektidir.
Dil və nitq mədəniyyəti ümumxalq səciyyəlidir. Hər ikisi xalq mədəniyyətinin tərkib hissəsidir. Ondan qidalanır, mayalanır. Nitq dilin dinamik hissəsidir. Dilin hazır modellərindən məqsədəuyğun istifadə danışanın və ya da yazanın dünyagörüşündən, onun savad dərəcəsindən, dilə şüurlu münasibətindən, əhalinin mədəniyyət səviyyəsinin yüksəlməsindən, fəallığın artmasından asılıdır.
“Dil” və “nitq mədəniyyəti” məfhumları eyni obyektli müxtəlif planlıdır. Hər iki anlayışlar bir – biri ilə əlaqədardır. Bir – birini tamamlayır. Hər ikisi birbaşa insanların münasibəti davranışı və nitqi ilə bağlıdır.
Dostları ilə paylaş: |