Fənnin məqsədi və vəzifələri Dilin funksiyaları. Kommunikasiya



Yüklə 116,06 Kb.
səhifə44/58
tarix01.01.2022
ölçüsü116,06 Kb.
#50721
1   ...   40   41   42   43   44   45   46   47   ...   58
KOMMUNİKASİYA (1)

62. İşgüzar yazı nümunələri
63. Kitab üslubu
64. Natiq və auditoriya

Açıq çıxış etmək və öz fikirlərini auditoriyanı stimullaşdıran və motivləşdirən formada təqdim etmək bacarığı əvəzsiz qabiliyyətdir. Bəzi hallarda bu bacarıq cox az adamda rast gəlinir. Mükəmməl nitqə sahib olmaq üçün bəzi məlumatları nəzərdən keçirib, öyrənmək vacibdir.Kütlə qarşısında çıxış zamanı istənilən nəticəni əldə etmək üçün öncədən hazırlaşmaq lazımdır. Əvvəlcədən açar sözləri və mövzusunun başlıqlarını qeyd edərək mətn hazırlamaq və çıxış zamanı bundan istifadə etmək olar. Ancaq onu sözbəsöz təkrarlayaraq əzbərləməyə çalışmaq lazım deyil. Sərbəst danışmaq üçün çıxışa hazırlaşarkən əsas diqqəti sözlərə yox, ifadə edəcəyin fikirlərə yönəltmək lazımdır. Fikirləri o vaxta qədər təkrarlamaq lazımdır ki, zehnində onlar arasında məntiqi əlaqə qurulsun. Əgər çıxış məntiqi ardıcıllıqla tərtib olunubsa və yaxşı planlaşdırılıbsa, bu, çətin olmayacaq, çıxış zamanı fikirlər asanlıqla və təbii olaraq bir-birinin ardınca gələcək. Üzündən oxumaq natiq üçün arzuolunmaz hesab edilir və bu dinləyənlər tərəfindən xoş qarşılanmır. Çıxış zamanı müəyyən adət edilmiş vərdişləri unutmaq lazımdır. Nitq zamanı “ııııı”, “eee” kimi səslər çıxarmaq, əcnəbi sözlərdən yerli-yersiz istifadə etmək gündəlik nitqdə ən çox təkrarlanan xətalar arasında yer alır.

Çıxış nitqinin mətni hazırlanarkən uzun cümlələr qurmaqdan çəkinmək, qısa və aydın cümlələr qurmaqla mövzunun məğzini xüsusilə vurğulamaq lazımdır. Yaxşı bir nitq üçün nəfəs alışı və nitq ritmi uyğunlaşdırılmalıdır. Səs çıxışın uğurlu alınmasında olduqca əhəmiyyətlidir. Əgər natiq ifadəli, isti, mehribanlıq tonunda danışırsa, onun jestləri pozitiv və səmimidirsə auditoriya onun çıxışına maraqla yanaşır. Nitqdə intonasiya da olduqca əhəmiyyətlidir. Çünki monoton nitqdən darıxdırıcı və yatızdırıcı heç nə yoxdur. İntonasiya deyilənlərə məna verir. Cümlələr sözlərdən qurulmuş bir skleti xatırladır. Biz ona intonasiya verməklə canlandırırıq.

Natiqin səsinin qüvvəsi də auditoriya üçün çox böyük əhəmiyyətə malikdir. Əgər o, çox ucadan danışırsa, həm də bu zaman kəskin səsə malikdirsə, bu onu dinləyən adamlarda narahatlıq yaradır və çıxışın təsiri əhəmiyyətli dərəcədə aşağı düşür. Əgər natiq astadan danışırsa, onu yalnız yanında olanlar eşidir, yerdə qalanlara onun nitqinin mahiyyəti çatmır, bu da dinləyənlərin narazılığına səbəb olur. Bunlara yol verməmək üçün çıxış zamanı tədricən və ahəngdar surətdə səsin gah yüksəldilib, gah da alçaldılması lazımdır.

Güzgü qarşısınada çıxışın edilməsi bir qədər qəribə olsada, bu təcrübə müsbət nəticə verir. Bu zaman buraxılan səhvləri görmək imkanı yaranır, üz ifadəsinə, duruşa, və əl-qol hərəkətlərinə diqqət yertirilir.

Səsin yazılması və daha sonradan nitqin dinlənilməsi və təhlil edilməsiburaxılan səhvləri və daha yaxşı bir nitq üçün qeydlərin edilməsinə şərait yaradacaq. Bəzi insanlar özlərini dinləməyi və yaxud izləməyi sevməzlər. Ancaq səsin tonuna və kamera görüntüsünə alışmaq insana daha yaxşı nitq ilə kütlə qarşısında çıxış etməyə kömək etmiş olacaq.

Çıxış zamanı dinləyici kütləsini hədəf almaq lazım deyil. Nəzərə alsaq ki, telefonu ilə məşğul olan və əsnəyən şəxslər istənilən auditoriyada ola bilər, ona görə dinləyici kütləsini hədəf almaq əvəzinə nitqi xüsusi maraqla dinləyən kütlə ilə bəzən göz təması qurmaq müsbət nəticə verə bilər.


Yüklə 116,06 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin