Fənnin məqsədi və vəzifələri Dilin funksiyaları. Kommunikasiya



Yüklə 116,06 Kb.
səhifə42/58
tarix01.01.2022
ölçüsü116,06 Kb.
#50721
1   ...   38   39   40   41   42   43   44   45   ...   58
KOMMUNİKASİYA (1)

59. Epistolyar üslub

"Epistola" sözü latınca "məktub", "yazıb göndərmə", "iki tərəf arasında yazışma" mənasında işlənir. Epistolyar üslubda korrespondent (yazan) və adresat (yazını, məktubu alan) olur. Bu üsluba nəsihətnamə, öyüdnamə, dəvətnamə və məktublar daxildir. Ərəb mənşəli məktub (yazılmış kağız) yazışmanın ən qədim növü hesab olunur. O, monoloji daxili və yazılı nitq formasında öz əksini tapır. Münasibətdən asılı olaraq yazışanlar müəyyən söz və ifadələrlə -əziz, əzizim, hörmətli qardaşım, atam, anam, bacım, dostum, həmkarım və s. kimi nəvazişli müraciət etiketləri ilə bir-birinə müraciət edirlər. Məktubların rəsmi-işgüzar, ədəbi, açıq və intim-məişət növləri məlumdur. Rəsmi-işgüzar məktublar, adətən, ölkə başçıları arasında əlaqələr qurmağa hesablanır. Açıq məktublar ictimai-siyasi mahiyyətli olur və mətbuatda-qəzet və jurnallarda çap edilir, korrespondentin adresata müsbət və ya mənfi münasibəti açıqlanır, onun faydalı və ya ziyanlı fəaliyyəti ilə bağlı ziyalı mövqeyi bütün təfərrüatı ilə ortaya qoyulur. Ədəbi məktublar sosial mahiyyətdə olur, yazanın dünyagörüşünü, həyata münasibətini əks etdirir. Ədəbi məktublara misal olaraq XIX əsrin böyük satirik şairi Qasım bəy Zakirin Azərbaycan dramaturgiyasının banisi, dostu Mirzə Fətəli Axundova, Seyid Əzim Şirvaninin "Əkinçi" qəzetinin naziri və redaktoru Həsən bəy Zərdabiyə, Cəlil Məmmədquluzadənin Məhəmməd Tağı Sidqiyə, Ömər Faiq Nemanzadəyə, Cənubi Azərbaycan şairi Məmmədhüseyn ġəhriyarın Süleyman Rüstəmə, Məmməd Rahimə, Bəxtiyar Vahabzadəyə və bu şairlərin Şəhriyara və.s. məktublarını göstərmək olar. İntim-məişət məktubları isə ən yaxın, əziz adamların, sevgililərin bir-birinə yazışmasıdır. Bu tipli məktublar ən xoş söz və ifadələrlə - atama, anama, bacıma, qardaşıma, dostuma, sevdiyimə, əzizimə, gözəlimə və s. başlanır və elə bu ruhda da tamamlanır.

Nümunə:

Şannı məktub

Əziz anam, salam!

Mənim işlərim lap yaxşıdı. Yavaş-yavaş əskərliyə öyrəşirəm. Kamandirlərimin gösdərişlərin cannan-başnan yerinə yetirirəm. Əskər yoldaşlarımın qeydinə qalıram, onlar da məni dost tuturlar. Allaha Şükür ki, müstəqil döylətimiz günnəngünə güjdəşir. Onun güjdəşməsinnən ötəri gücdü də ordu, əskər lazımdı. Biz var güjümüznən xidmət ediriy kin, Vətənimizi müdafə eləyək, Allah qoysa, hər şey yaxşı olajax. Ana, mənnən niyaran qalmayın. Özümü lap yaxçı his edirəm.

Hammızı öpürəm.

Hörmətnən: Sənin əskər oğlun Mehti.

18 may 2010-cu il


Yüklə 116,06 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin