FƏrhad məMMƏdov tahiRƏ allahyarova


-  “XXI əsr – zorakılıq problemləri” (



Yüklə 7,64 Mb.
Pdf görüntüsü
səhifə15/24
tarix14.01.2017
ölçüsü7,64 Mb.
#5287
1   ...   11   12   13   14   15   16   17   18   ...   24

-  “XXI əsr – zorakılıq problemləri” (2008);
-  “Cinslərarası dialoq və Azərbaycanın bərabərhüquqluluq xəritəsi” (2009);
-  “Azərbaycan  Avropaya  inteqrasiya  məkanında” (2010);
-  “Məişət  zorakılığı  haqqında  qanunun  təbliği  və təşviqi”  (2012).
Birlik QHT  Forumunun üzvüdür,  filial və nümayəndəlikləri yoxdur..
Birlikdə  könüllülük əsasında 4 nəfər çalışır.
Ünvanı: AZ  1073,  Bakı  şəhəri, Yasamal  rayonu,  H.Cavid  prospekti,  518-ci 
məh., ev 15, mənzil 10. 
İnternet səhifəsi yoxdur. Elektron poçt ünvanı mirrena54@yahoo.com-dur.
Sosial Təşəbbüslər Mərkəzi İctimai Birliyi 
 
Mərkəz  2006-cı  il  martın  15-də  dövlət  qeydiyyatına  alınmışdır.  Təsisçisi 
və    rəhbəri  Sənan  Nəcəfovdur.  Fəaliyyətinin  məqsədi  vətəndaşların  sosial 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
222
problemlərinin həllinə kömək etməkdən ibarətdir. 
Mərkəzin həyata keçirdiyi layihələr: 
-   “Bələdiyyə  İnformasiya  Mərkəzi”nin  yaradılması  və  bələdiyyələrin 
ictimaiyyətlə əlaqələrinin qurulması
-   “Avropa yaxın qonşu olmaqla yanaşı, yaxın partnyordur”. 
  Mərkəz  “Fikir  Fabriki  İnstitutu”  və  “Beyin  Mərkəzi”  layihələrini  həyata 
keçirir. İnternet  səhifəsi http://www.fikir.ffi.az/info/fealiyyet.html-dir.
(Burada  bir  haşiyə  çıxmaq  yerinə  düşərdi.  Ölkədə  BM  institutuna  dair 
təsəvvürlərin  aydın  olmamasını  bu  layihənin  və  eyni  adlı  internet  səhifəsinin 
adında da görmək olar. Belə ki, eyni vaxtda həm “Fikir Fabriki İnstitutu”, həm 
də  “Beyin Mərkəzi” adlandırmağa  ehtiyac yoxdur. Eyni zamanda, burada müsbət 
məqam  analoji  institutlarla  identikləşməyə  üstünlük  verilməsi,  fəaliyyətində 
onların  təcrübəsindən  bəhrələnmə,  tədqiqat  istiqamətlərini  müvafiq  şəkildə 
qurmaqdır. Bu səylər  təqdir edilməlidir.)
Layihənin məqsəd və vəzifələri genişdir:
Azərbaycanda və yerləşdiyimiz regionda baş verən hadisələri izləmək, analiz 
etmək, habelə aparılmış araşdırmalar və ya verilmiş sifarişlər əsasında dövlət or-
qanlarına, kommersiya şirkətlərinə, QHT-lərə, habelə ictimai və iqtisadi birliklərə, 
mətbuata məsləhətlər və tövsiyələr təqdim etmək; daxili və xarici siyasətin ən mü-
hüm inkişaf istiqamətlərini analiz etmək; dünyada cərəyan edən geosiyasi prosesləri, 
beynəlxalq siyasəti izləyərək, təhlil edib, gələcək inkişaf meyillərinə dair proqnoz-
lar vermək; ciddi proseslərə təsir göstərə bilən faktorlar üzərində tədqiqatlar apar-
maq; yuxarıda sadlanan strateji hədəflərin yerinə yetirilməsi zamanı Azərbaycanın 
dövlət maraqlarına, milli təhlükəsizliyinə uyğun, bu tələblərə cavab verən müxtəlif 
proqramlar, konsepsiyalar, hesabatlar hazırlamaq; ölkənin daxili siyasət kursu, onun 
reallaşdırılması mexanizmləri, bu sahədə mövcud problemlər və onların həlli yol-
ları ilə bağlı elmi-konseptual araşdırmalar aparmaq; Azərbaycan Respublikasının 
ictimai maraqlarının müəyyənləşdirilməsi, təminatı və qorunması sahəsində elmi-
analitik  tədqiqatlar  aparmaq;  ölkə  daxilində  baş  verən  köklü  islahatların  mühüm 
aspektlərini araşdırmaq, daxili siyasi qüvvələrin davranış trayektoriyasını izləmək 
və bu proseslərin ölkəmizin inkişafı üçün mümkün təsir imkan və ehtimallarının 
müəyyənləşdirilməsi ilə məşğul olmaq; Azərbaycan və dünya iqtisadiyyatında baş 
verən bütün hadisələri və tendensiyaları izləmək, araşdırmaq və analiz etmək, habelə 
aparılan araşdırmalar əsasında proqnozlar, məsləhətlər və tövsiyələr vermək; sada-
lanan aktual məsələlərin həlli yönündə Mərkəzin elmi potensialından daha səmərəli 
istifadə etmək məqsədi ilə dövlətin daxili və xarici siyasət strategiyası üzrə müəyyən 
edilən prioritet problem-mövzularla bağlı mütəxəssislərin iştirakı ilə dəyirmi masa-
lar, müzakirələr, diskussiyalar təşkil etmək və s. 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
223
Neft Araşdırmaları Mərkəzi
Mərkəz 2003-cü ilin may ayında yaradılmış, 2007-ci ildə “MMC” (məhdud 
məsuliyyətli cəmiyyət) kimi qeydiyyatdan keçmişdir. Mərkəzin təsisçisi və hazırkı 
rəhbəri İlham Şabandır.
Mərkəzin əsas fəaliyyət istiqaməti neft-qaz sahəsidir. Əsas məqsədi isə: 
-    neft müqavilələri və biznesi sahəsində maarifləndirmə işlərinin aparılması;
-   neft gəlirlərinin xərclənməsi ilə bağlı təkliflərin hazırlanması, bu sahədə digər 
ölkələrin üzləşdikləri problemlərin təhlili;
-   gəlirlərin xərclənməsində təkliflərin hazırlanmasıdır. 
Mərkəzin  büdcəsi  15  000  manata  yaxındır.  Qərargahı  Bakı  şəhəri,  Xaqani 
küçəsi,  7  ünvanında  yerləşir.  Mərkəzdə  daimi  əsaslarda  1,  müddətli  müqavilə 
əsasında isə 2-3 əməkdaş işləyir. İldə 2-4 xarici səfər təşkil edir. 
Mərkəz    2010-cu  il  ərzində  Azərbaycanın  enerji  statistikası  ilə  bağ-
lı  layihə  həyata  keçirmişdir.  Layihəni Avropa  Yenidənqurma  və  İnkişaf  Bankı 
maliyyələşdirmişdir. 
Cari il ərzində Mərkəz  8 tədbirə dəvət almışdır. Bu tədbirlər neft sahəsindən 
əldə olunan gəlirlərin düzgün istifadəsi ilə bağlı olmuşdur. 
Azərbaycanda  “beyin  mərkəzləri”  arasında  əməkdaşlığı  genişləndirmək 
məqsədi ilə təklif olunan ideyalara müsbət yanaşır.
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM)
 
 
Mərkəz  28  may  2006-cı  ildə,  Bakı  şəhərində  bir  qrup  politoloq  tərəfindən 
Respublikanın  Müstəqillik  günündə  təsis  edilmişdir.  BMAM-ın  sədri  politoloq 
Rufiz Rəhim oğlu Qonaqovdur. Missiyası inkişaf etməkdə olan dünyada, xüsusən 
də Azərbaycan  və  regionda  geopolitik  durumu  qiymətləndirmək,    region  üçün 
əhəmiyyətli olan beynəlxalq münasibətlər kontekstində araşdırmalar və tədqiqatlar 
aparmaq və ictimai müzakirələr təşkil etməkdir. Əsas fəaliyyəti istiqamətləri:
1.   Azərbaycan və region üçün beynəlxalq və yerli əhəmiyyət kəsb edən məsələlər 
üzrə böyük dövlətlər müstəvisində tədqiqat və araşdırmalar aparmaq;
2.   Azərbaycan və region üçün beynəlxalq və yerli əhəmiyyət kəsb edən məsələlər 
üzrə öyrədici və tədqiqat tədbirləri təşkil etmək;
3.  Demokratik  inkişafa  yardım  edən  ictimai  siyasət  məsələlərini  inkişaf 
etdirməkdir. İnternet səhifəsi: www.bmam-az.org

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
224
4.7.  Sosial-iqtisadi sahədə fəaliyyət göstərən Araşdırma və 
Beyin Mərkəzləri ilə keçirilən sorğunun ümumi statistikası  
Kateqoriya 
Orta hesabla 
Ümumi 
Büdcə
32 578
293 200
Qərargah (otaqların sayı)
3.5
30
Daimi kadrlar
5.9
53
Müddətli müqavilə əsasında
işləyən kadrlar
8.2
74
Şöbələrin sayı
3.2
29
Beynəlxalq tərəfdaşların sayı
3
27
Xarici səfərlərin sayı
62.3
561
Həyata keçirilmiş layihələrin sayı
11.2
101
Həyata keçirilmiş elmi
konfransların sayı
6
54
Çap edilmiş kitabların sayı
12.9
116
Çap edilmiş hesabatların sayı
0.1
1
Məqalələrin sayı
176.8
1591
Dövlətə tövsiyələr
19.9
179
Beynəlxalq səviyyəli layihələr
1.4
13
Cari layihələr
3.3
30
5 il ərzində kitabların sayı
1
9
5 il ərzində layihələrin sayı
8.4
76
5 il ərzində hesabatların sayı
0.1
1
5 il ərzində konfransların sayı
8.6
78
5 il ərzində məqalələrin sayı
188.4
1696
5 il ərzində dövlətə təkliflərin sayı
18
162
Rəsmi internet səhifələri:
www.erc-az.org
www.ser-az.org
www.cesd.az

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
225
4.8. Regional prosesləri təhlil edən Araşdırma və Beyin Mərkəzləri
Qafqaz Strateji Tədqiqatlar İnstitutu (QSTİ)
İnstitut  1999-cu  ildə  yaradılmış,  həmin  il  sentyabrın  21-də  qeydiyyatdan 
keçmişdir. Təsisçisi və hazırkı rəhbəri Eldar İsmayılovdur. 
İnstitutun əsas fəaliyyət istiqamətləri:
-  regional geosiyasi və geoiqtisadi proseslər;
-  region ölkələrində milli dövlət quruculuğu;
-  hərbi konfliktlər;
-  regional təhlükəsizlik;
-  region ölkələrinin iqtisadi inkişaf problemləri;
-  regional inteqrasiya prosesləri;
-  regionun sosial-mədəni inkişaf problemləri;
-  Qafqazın geotarixi.
İnstitutun əsas məqsədi Qafqazdakı geosiyasi və geoiqtisadi proseslərin təhlili 
və proqnozlaşdırılmasıdır.
Qərargahı  Bakı şəhəri, Ə.Quliyev küçəsi, 98 ünvanında yerləşir və 4 otaqdan 
ibarətdir. İnternet və kompüterlərlə təchiz olunub. İnstitutun rəsmi internet səhifəsi 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
226
www.ca-c.org-dur.  İnstitutda  daimi  əsaslarda  işləyən  1  və  müddətli  müqavilə 
əsasında işləyən 2 əməkdaş var. 
İnstitutda:
-  Geosiyasət;
-  Geotarix;
-  Geoiqtisadiyyat;
-  Geomədəniyyət adında şöbələr fəaliyyət göstərir. 
İnstitutun xaricdə 4 rəsmi tərəfdaşı var: 
-  Gürcüstan Strateji və Beynəlxalq Tədqiqatlar Fondu  (Gürcüstan);
-  Cons Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutu  (ABŞ);
-  Mərkəzi Asiya və Qafqaz Tədqiqatlar İnstitutu  (İsveç);
-  Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutu  (İsveç).
İnstitut 5 layihə həyata keçirmişdir. Bu layihələrdən aşağıdakıları qeyd etmək olar:
-  “Azərbaycanın postkonflikt ərazilərinin bərpası: konseptual əsaslar”;
-  “Mərkəzi Avrasiya: milli valyutalar”.
Bununla  bərabər,  İnstitut  “GUAM:  taktiki  alyansdan  strateji  tərəfdaşlığa 
doğru” adında  konfrans təşkil etmişdir. 
Çap edilmiş əsərlərin adları 
2010
1.
H. Музаффарли,
Э.Исмаилов
Концептуальные основы восстановления пост-
конфликтных территорий Азербайджана
2.
N.Müzəffərli, E.İsmayılov
Azərbaycanın postkonflikt ərazilərinin bərpası
(konseptual əsaslar)
3.
N.Muzaffarli, E.İsmailov
Basic principles for the rehabilitation of the
Azerbaijan`s post-conflict territories
4.
Ю.Ананиашвили,
В. Папава
Налоги и макроэкономическое равновесие (лаф-
феро-кейнсианский синтез)
5.
Э.Исмаилов,
В. Папава
Центральная Евразия: геополитическое переос-
мысление
6.
A.Düma
Qafqaz
7.
Фируз Каземзаде
Борьба за Закавказье (1917-1921)
8.
E. İsmayılov, V.Papava
Rethinking Central Eurasia
Həyata keçirilmiş layihələrdə İnstituta Azərbaycanın biznes təşkilatları dəstək 
olmuşdur. Bu layihələr arasında “Azərbaycanın postkonflikt ərazilərinin bərpası: 
konseptual əsasları” adlı layihə beynəlxalq səviyyəlidir.

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
227
Hal-hazırda İnstitut “Qafqazın İnkişaf Fondu” adı altında layihə həyata keçirir. 
Bu  layihənin  maliyyələşdirilməsi  Azərbaycanın  biznes  təşkilatları  tərəfindən 
aparılır.
İnstitut 5 il ərzində 2 tədqiqat layihəsi həyata keçirmiş və 100-dən artıq məqalə 
çap etmişdir. 
Qafqaz Beynəlxalq Münasibətlər və 
Strateji Araşdırmalar Mərkəzi 
Mərkəz  2006-cı  il  dekabrın  13-də  yaradılmış,  2008-ci  il  dekabrın  30-da 
qeydiyyatdan keçmişdir. Təsisçiləri Araz Aslanlı və Nazim Cəfərovdur. Hazırkı 
rəhbəri Araz Aslanlıdır. 
Mərkəzin  əsas  fəaliyyət  istiqaməti  beynəlxalq  münasibətlər,  sosial,  iqtisadi, 
hərbi, siyasi, hüquqi, media və s.-dir. Əsas məqsədi Azərbaycanda xarici siyasətin, 
təhlükəsizlik siyasətinin və iqtisadi siyasətin tədqiqinin daha yüksək səviyyədə 
araşdırılması  istiqamətində  səylərin  gücləndirilməsinə,  demokratiya  və  insan 
hüquqlarının inkişafı prosesinə, media sahəsində müasir səviyyəyə çatmaq üçün 
addımların atılmasına töhfələr verməkdir.
Mərkəzin qərargahı Bakı şəhəri, Azadlıq prospekti 35/13 ünvanında yerləşir, 
sürətli internet və kompüterlərlə təchiz olunmuş iki otaqdan ibarətdir.  İnternet 
səhifəsi www.qafsam.org-dur. 3 şöbədə 4 əməkdaş könüllülük əsasında fəaliyyət 
göstərir. 
Mərkəzin əməkdaşları 14 beynəlxalq konfrans və seminarda iştirak etmişdir. 
Mərkəzin həyata keçirdiyi layihələr aşağıdakılardır:
1.  Mərkəzin  saytında  gənc  tədqiqatçıların  bacarıqlarının  artırılması  və 
həvəsləndirilmələri üçün elektron-jurnal yayımlanması layihəsi;
2.  Qlobal və regional proseslərlə bağlı illik hesabatların hazırlanması;
3.  Qlobal və regional proseslərlə bağlı aylıq hesabatların hazırlanması;
4.  İctimai Elmlər Yay Məktəbi layihəsi (“İrəli” İctimai Birliyi ilə birgə);
5.  Türkiyə Respublikasında Azərbaycanın müxtəlif istiqamətlər üzrə tanıdılması 
və əməkdaşlığın gücləndirilməsinə töhfə verilməsi layihəsi (Türkiyədəki iki 
QHT - TÜRKSAM və ABT ilə birgə);
6.  “Qlobal  siyasətdə  Cənubi  Qafqaz”  mövzusunda  kitabın  hazırlanması 
(Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Strateji  Araşdırmalar 
Mərkəzi ilə birgə);
7.  “Avropa  Birliyi  və  Cənubi  Qafqaz”  mövzusunda  kitabın  hazırlanması 
(Türkiyədə çap olunub)

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
228
8.  “Qarabağ problemi: sülh imkanları və risklər” mövzusunda kitabın hazırlanması 
(Türkiyədə çap olunub)
9.  Rusiya-İran münasibətləri (xüsusi tədqiqat);
10. Türkiyə-İsrail münasibətləri (xüsusi tədqiqat); 
11. Rusiya Federasiyasının Qafqaz siyasəti (xüsusi tədqiqat);
12. Azərbaycanla Türkiyə arasında hərbi münasibətlər (xüsusi tədqiqat);
13.  Qarabağ problemi: yolun harasındayıq (xüsusi tədqiqat, silsilə yazılar şəklində 
türk mediasında dərc olunub).
Bununla  bərabər  Mərkəz  Dağlıq  Qarabağ  problemi  üzrə  1  elmi  konfrans 
keçirmişdir. Layihələr dövlət, xarici donorlar və təşkilatın öz imkanları tərəfindən 
maliyyələşdirilmişdir. 
Mərkəz  tərəfindən  həyata  keçirilmiş  beynəlxalq  səviyyəli  layihələrin  sayı 
4-dür: 
-  Cənubi  Qafqaz  -  gənc  liderlər  zirvəsi,  Azərbaycan  üzrə  fəaliyyətlərin 
koordinasiyası;
-  Türkiyə  Respublikasında  (universitetlərdə,  “beyin  mərkəzləri”ndə  və  s.) 
Azərbaycan tarixinin, coğrafiyasının, mədəniyyətinin, bayramlarının və əsas 
problemlərinin  tanıdılması,  ikitərəfli  münasibətlərə  töhfə  fəaliyyətlərinin 
koordinasiyası.
Hal-hazırda  Mərkəz  beynəlxalq  münasibətlər  üzrə  xüsusi  jurnalın  dərc 
olunması və  “Inside Caucasus” adlı kitabın hazırlanması üçün Azərbaycan üzrə 
fəaliyyətlərin koordinasiyasını həyata keçirir. 
Mərkəz 5 il ərzində 200-dən çox kitab, hesabat və məqalə hazırlamış və çap 
etdirmiş,  50-yə yaxın tədqiqat layihəsi həyata keçirmişdir. 
Azərbaycanda  “beyin  mərkəzləri”  arasında  əməkdaşlığı  genişləndirmək 
ideyalarına müsbət yanaşır.
Qafqaz Etnososial Araşdırmalar Mərkəzi
Mərkəz  2006-ci  il  martın  7-də  yaradılmış,  həmin  il  sentyabrın  29-da 
qeydiyyatdan  keçmişdir.  Təsisçiləri Yaqub Yaqubov  və  Elşən  Hacıyevdir.  Hal-
hazırda rəhbəri Vəfa Həsənovadır. 
Mərkəzin əsas məqsədi və vəzifəsi Qafqazda gedən prosesləri öyrənmək və 
araşdırmaqdır. 
Qərargahı  Bakı  şəhəri,  Nəsimi  rayonu,  F.Qasımzadə    küçəsi,  36  ünvanında 
yerləşir. İnternet səhifəsi www.qesam.org-dur. Mərkəzin bir xarici səfəri olmuşdur. 
Mərkəz “Ermənistan Respublikası” (məlumat-sorğu kitabçası) adında  tədqiqat 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
229
layihəsi və “Ermənistan Respublikası Cənubi Qafqazda separatizmi dəstəkləyən 
qüvvə kimi” adında elmi konfrans keçirmiş, 2 hesabat və 1 kitab nəşr etdirmişdir. 
Dövlət siyasətinin təkmilləşdirilməsi məqsədi ilə “Ermənistan Respublikası” 
(məlumat-sorğu  kitabçası)  güc  strukturları  və  müvafiq  dövlət  orqanlarının 
kitabxanalarına göndərilmişdir. 
Hal-hazırda  Mərkəz  2  tədqiqat  layihəsinin  üzərində  işləyir.  Bunlar  erməni 
diasporları xəritəsi və onların potensialları haqqında məlumat-sorğu kitabçası və  
Gürcüstan haqqında məlumat kitablarıdır. 
Mərkəz  tərəfindən  Azərbaycanda  “beyin  mərkəzləri”  arasında  əməkdaşlığı 
genişləndirmək və artırmaq məqsədi ilə aşağıda qeyd olunan təkliflər verilmişdir:
-  mütəmadi olaraq Ermənistanda baş verən daxili proseslər və erməni amili ilə 
bağlı bütün məsələlər üzrə dəyirmi masa və konfransların keçirilməsi;
-  Ermənistandakı  müasir  etnik  vəziyyət  üzrə  dövlət  və  qeyri-hökumət 
qurumlarının birgə layihələr həyata keçirməsi;
-  İlin analitik kitabı müsabiqəsi;
-  Problemli sahələr üzrə refleksiv qrupların təşkil olunması; 
-  “Beyin hücumu”nun təşkil edilməsi üçün “beyin hücumu”nun razılaşdırılmış 
komponentlərinin bölüşdürülməsi;
-  Azərbaycanı  əhatə  edən  bütün  dövlətlərin  milli  tərkibləri,  daxili  siyasətləri, 
beynəlxalq  fəaliyyətləri,  iqtisadi  imkanları,  hərbi  gücü,  siyasi  partiya  və 
təşkilatları,  mədəniyyətlərinin  inkişafı  və  ümumi  vətəndaş  tipinin  müəyyən 
edilməsinə dair tədqiqatların aparılması.
Qafqaz Tədqiqat Resurs Mərkəzi 
Mərkəz  2003-cü  ildə  Avrasiya  Əməkdaşlıq  Fondu  (AƏF)  tərəfindən  təsis 
edilmişdir.  2008-ci  ildə  AƏF-in  tərkibində  qeydiyyatdan  keçmişdir.  Hazırkı 
rəhbəri Gürsel Əliyevdir. 
Mərkəzin  əsas  fəliyyət  istiqaməti  sosialdır.  Əsas  məqsədi  yüksək  səviyyəli 
tədqiqat  resurslarından  istifadə  etmək  imkanlarının  artırılmasına,  sosial 
tədqiqatlarla  və  praktiki  fəaliyyətlə  məşğul  olan  alimlərin,  mütəxəssislərin 
potensialının  gücləndirilməsinə,  dialoq  və  əməkdaşlığın  genişləndirilməsinə 
yardım göstərməkdir.
Mərkəzin illik budcəsi:

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
230
Texniki: 7 789 USD
Tədqiqat: 28 700 USD
Kitab: 10 000 USD
Təqaüd proqramları: 25 500 USD
Konfransların və təqdimatların təşkili: 15 850 USD.
Mərkəzin  qərargahı  Bakı  şəhəri,  B.Səfəroğlu  küçəsi,  122  ünvanında  (Xəzər 
Universitetinin  2-ci  mərtəbəsində)  yerləşir  və  3  otaqdan  ibarətdir.  Sürətli 
internet və kompüterlərlə təchiz edilmişdir. İnternet səhifəsi www.crrc.az, www.
crrccenters.org-dur.  Mərkəzdə  daimi  əsaslarda  6,  müddətli  müqavilə  əsasında 
isə  il  ərzində  3-4  nəfər  işləyir.  Mərkəzdə  Kitabxana,  Kompüter  laboratoriyası, 
Proqram şöbəsi adında şöbələr fəaliyyət göstərir. Mərkəzin xaricdə rəsmi tərəfdaşı 
özünün Gürcüstandakı regional ofisidir. Bununla bərabər, Mərkəzdə il ərzində 4-5 
xarici səfər təşkil olunur. 
Mərkəz 5 layihə həyata keçirmişdir: 
1.  Parlament köməkçi üzvlərinin sorğusu (DAI Inc., Azərbaycanda Parlament 
Proqramı USAID (ABŞ Beynəlxalq İnkişaf Agentliyi);
2.  Azərbaycanda sosial müdafiə və sosial inteqrasiyaya dair tədqiqat (Avropa 
Komissiyası, DG Məşğulluq, Sosial İşlər və Bərabər İmkanlar);
3.  Ermənistan və Azərbaycanda obyektiv media əhatə dairəsi (Xarici 
Əməkdaşlıq Birliyi); 
4.  Azərbaycanda hüquq və məhkəmə sisteminin tədqiqatı və Fokus Qruplar 
(GTZ);
5.  Transölkələr ticarət əməkdaşlığının Azərbaycan və Gürcüstan (GİZ) arasında 
öyrənilməsi.
Hər il təxminən 50 açıq mühazirə təşkil edir. 
Mərkəz “Azərbaycanda sosial qoruma və sosial müdaxilə” adında beynəlxalq 
hesabat  hazırlamışdır.  (e-versiyası:  http://ec.europa.eu/social/main.jsp?catId
=89&langId=en&newsId=1045&moreDocuments=yes&tableName=news). 
Layihələrin həyata keçirilməsində yerli və xarici donorlar dəstək olur. 
Hal-hazırda Mərkəz: 
1.  DAI  Inc.,  USAID-in  Azərbaycandakı  Parlament  Proqramının  -  Parlament 
köməkçi üzvlərinin sorğusunu;
2. ACİ Beyin Mərkəzi Fondunun - gənc tədqiqatçılar üçün təqaüd proqramlarını 
həyata keçirir. 
Bununla bərabər, Mərkəz 5 il ərzində 5 tədqiqat layihəsi həyata keçirmişdir. 
Mərkəz  problem  istiqamətlər  üzrə  birgə  tədqiqat  layihələrinin  həyata 
keçirilməsini  Azərbaycanda  “beyin  mərkəzləri”  arasında  əməkdaşlığın 
genişləndirilməsində əsas vasitə hesab edir. 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
231
“Türk-İslam” Araşdırma Mərkəzi
Mərkəz  2008-ci  il  sentyabrın  6-da  yaradılmışdır.  “Müasir  İnkişaf” 
İctimai  Birliyinin  tərkibində  fəaliyyət  göstərdiyi  üçün  sənədləri  qeydiyyata 
göndərilməmişdir.  Qurumun  fəaliyyəti  Birliyin  İdarə  Heyətinin  təsdiq  etdiyi 
Əsasnamə ilə tənzimlənir. Mərkəzin fəaliyyətini “Müasir İnkişaf” İctimai Birliyi 
İdarə Heyətinin üzvü Aqşin Atalızadə koordinasiya edir. 
Mərkəzin  əsas  fəaliyyəti  elmi-ideoloji  istiqamətlidir.  Əsas  məqsədi  və 
vəzifələri  Azərbaycan  Respublikasının,  Türk-İslam  dünyasının  müxtəlif 
inkişaf istiqamətləri, o cümlədən tarix, geosiyasət, din, ideologiya, sosiologiya, 
iqtisadiyyat,  hüquq,  mədəniyyət,  ictimai  problemlər,  təhsil  və  s.  sahələr  üzrə 
elmi-ideoloji  araşdırmalar  aparmaqla  möhkəm  baza  yaratmaq;  Azərbaycan 
Respublikasının strateji maraqlarına uyğun olaraq digər Türk və İslam ölkələri ilə 
ikitərəfli və çoxtərəfli münasibətlərin perspektivlərini araşdırmaq, bu əlaqələrin 
daha da canlandırılması istiqamətində təkliflər hazırlayıb təqdim etməkdir. 
Qərargahı Bakı şəhəri, Həsən bəy Zərdabi prospekti, 78 ünvanında yerləşir, bir 
otaqdan ibarətdir, kompüter və sürətli internetlə təchiz olunmuşdur. http:/www.
uluturk.info saytında ayrıca internet səhifəsi var. 
Mərkəzdə ictimai əsaslarda 3 nəfər işləyir. İqtisadiyyat, Təhsil və mədəniyyət, 
Hüquq, Tarix və coğrafiya, Din, İdeologiya, Beynəlxalq münasibətlər, Sorğuların 
təşkili, Humanitar, İctimai problemlər  şöbələri fəaliyyət göstərir. 1 beynəlxalq 
tərəfdaşı var. 
Mərkəzdə 2009-cu il iyunun 13-də “Azərbaycanda, Qafqazda, dünyada gedən 
geosiyasi proseslər”; 2009-cu il sentyabrın 12-də “Beynəlxalq iqtisadi krizisdən 
sonra yaranmış situasiyada Türk və İslam dövlətlərinin geosiyasi durumu”; 2009-
cu  il  oktyabrın  17-də  “Türkiyə  və  Ermənistan  arasında  imzalanmış  protokol”;  
2009-cu  il  noyabrın  14-də  “İrana  münasibət:  Türklərin  milli  oyanışı,  yoxsa 
Güney  Azərbaycanın  istiqlalı”;  2009-cu  il  dekabrın  5-də  “Milli  kimliyimizə 
daha bir baxış” (məruzəçi kimi Mərkəzin eksperti Ceyhun Bayramlı çıxış edib); 
2010-cu  il  yanvarın  16-da  “Uyğur  türkləri”  (məruzəçi  kimi  “Müasir  İnkişaf” 
İctimai  Birliyinin  İdarə  Heyətinin  sədr  müavini  Tariyel  Faziloğlu  çıxış  edib); 
2010-cu il fevralın 20-də “Azərbaycanda yeni kommunizm təhlükəsi” (məruzəçi 
kimi  Mərkəzin  eksperti  Vüqar  Zifəroğlu  çıxış  edib);  2010-cu  il  mayın  15-də 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
232
“Azərbaycan  Xalq  Cümhuriyyətinin  dövlət  quruluşu  və  idarəçilik  problemləri” 
(məruzəçi kimi “Müasir İnkişaf” İctimai Birliyinin İdarə Heyətinin üzvü Aqşin 
Atalızadə  çıxış  edib);  2010-cu  il  sentyabrın  25-də  “Türkiyə  Cümhuriyyətində 
Konstitusiya  dəyişikliyi  və  onun  nəticələri”  (məruzəçi  kimi  beynəlxalq  hüquq 
üzrə mütəxəssis Fərman Salmanlı çıxış edib); 2010-cu il oktyabrın 16-da “Din 
və  ya  dünyəvilik”;  2010-cu  il  dekabrın  18-də  “Qərbin  inkişafının  səbəbləri 
və  nəticələri”  (məruzəçi  kimi  professor  Şahlar  Əsgərov  çıxış  edib);  2011-ci  il 
yanvarın  15-də  “İdeoloji  mübarizədə  Kütləvi  İnformasiya  Vasitələrinin  rolu” 
(məruzəçi  kimi  “Oğuz”  Müstəqil  Araşdırmaçılar  Qrupunun  sədri,  BDU-nun 
müəllimi Vüqar Zifəroğlu çıxış edib); 2011-ci il martın 12-də “İslamda müxtəlif 
cərəyanlar və onun Azərbaycan cəmiyyətinə təsiri” (məruzəçi kimi dinşünas Saleh 
Kazımov çıxış edib) mövzularında ekspertlərin, mütəxəssislərin, alimlərin iştirakı 
ilə müzakirələr aparılmışdır. 
Bununla bərabər, 2011-ci il martın 12-də “İslamda müxtəlif cərəyanlar və onun 
Azərbaycan  cəmiyyətinə  təsiri”  mövzusunda  keçirilmiş  tədbirin  iştirakçılarının 
təklifləri  Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Strateji  Araşdırmalar 
Mərkəzinə göndərilmişdir. 
Mərkəz 5 il ərzində 13 konfrans təşkil etmiş və 1  tövsiyə-təklif irəli sürmüşdür. 
Mərkəz Azərbaycanda “beyin mərkəzləri” arasında əməkdaşlığı genişləndirmək 
məqsədi ilə təklif olunan ideyalara müsbət yanaşır.
“REGİON” Beynəlxalq Analitik  Mərkəz (RBAM)  
 
“Region” Beynəlxalq Analitik Mərkəzi (RBAM)  2009-cu ildə  təsis  edilib, 
2012-ci  ildə  Ədliyyə  Nazirliyində  qeydiyyatdan  keçib.    Mərkəzin  təsisçisi  və 
rəhbəri  politoloq  Razi  Nurullayevdir.  Rəsmi  internet-facebook  səhifəsi:  https://
www. facebook. com/ Region.BAM?ref=profile-dir.
Əsas fəaliyyət istiqamətləri:
Ermənistanın  Azərbaycana  təcavüzünün,  Dağlıq  Qarabağ  münaqişəsinin 
nəticələri barədə məlumatların dünya ictimaiyyətinə çatdırılması, Cənubi Qafqaz 
da daxil olmaqla, köhnə post-sovet məkanı üzrə geosiyasi təhlillərin aparılması 
mövcud  münaqişələrin  həlli  istiqamətində  tövsiyyələrin,  ölkənin  Avropaya 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
233
inteqrasiyası yönümündə siyasət sənədlərinin hazırlanmasıdır.
RBAM Azərbaycanda və regionda beyin mərkəzi kimi fəaliyyət göstərdiyini 
vurğulayır.  Cənubi  Qafqaz  da  daxil  olmaqla,  köhnə  post-sovet  məkanı  üzrə 
geosiyasi  təhlillərin  aparılması,  mövcud  münaqişələrin  həlli  istiqamətində 
tövsiyyələrin,  ölkənin  Avropaya  inteqrasiyası  yönümündə  siyasət  sənədlərinin 
hazırlanmasını həyata keçirir.
 
Bununla  yanaşı,  RBAM  həm  də  iqlim  dəyişikliyinin  siyasətə  təsiri 
üzrə araşdırmalar aparır, incəsənət və mədəniyyət, sosial media elementlərininin 
inkişaf  etməkdə  olan  ölkələrə  təsirini  öyrənir,  o  cümlədən  ictimai  müzakirələr, 
konfranslar, seminarlar və digər tədbirlər təşkil edir.
4.9. Regional prosesləri təhlil edən Araşdırma və Beyin Mərkəzləri ilə 
keçirilən sorğunun ümumi statistikası 
Yüklə 7,64 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin