FƏrhad məMMƏdov tahiRƏ allahyarova


“Beyin mərkəzi” anlayışının yaranması və izahı



Yüklə 7,64 Mb.
Pdf görüntüsü
səhifə2/24
tarix14.01.2017
ölçüsü7,64 Mb.
#5287
1   2   3   4   5   6   7   8   9   ...   24
“Beyin mərkəzi” anlayışının yaranması və izahı
Analitik  mərkəzlər  siyasətin  və  qərar  qəbulunun  intellektual  təminatı 
institutlarına aid olub, ekspertvə mütəxəssislərin müasir demokratik proseslərdə 
dövlətçiliyin  inkişafında  iştirak  etməsinə  şərait  yaradan  xüsusi  təşkilatlanma 
formalarıdır.  Politoloji  ədəbiyyatda  bu  anlayışın  sinonimi  kimi  “beyin  tresti”, 
“fikir  fabriki”,  yaxud  “beyin  müəssisələri”,  “analitik  informasiya  mərkəzləri”, 
“beyin  mərkəzləri”  adlarından  istifadə  edilir.  Bu  təriflərin  müxtəlifliyi  həm  də 
“beyin  mərkəzi”nin  siyasi  proseslərin  bənzər  subyektləri  ilə  fərqli  cəhətlərinin 
müəyyən edilməsində çətinliklər yaradır. 
Təqdim edilən işdə “beyin mərkəzi (BM)” anlayışı ilə yanaşı sinonim termin 
kimi “araşdırma və beyin mərkəzi (ABM)” anlayışıistifadə ediləcək. 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
17
Artıq yüz ildir ki, dünyada “beyin mərkəzi” istitutunun yaranmasının və ardıcıl 
olaraq  özünü  təsdiqinin  tarixi  formalaşmışdır.  XX  əsrin  70-ci  illərində  “beyin 
mərkəzləri”nin inkişafı əsl coşqunluq mərhələsini yaşamışdır. Dünyadakı BM-nin 
31 faizion ildə-1980-1990-cı illərdə yaranıb.Bu gün artıq konkret istiqamətlər üzrə 
fəaliyyət göstərən, problemlər üzrə ixtisaslaşan mərkəzlər mövcuddur.
“Beyin  mərkəzi”  fenomeninin  mahiyyətini  dərk  etmək  üçün  anlayışın 
etimologiyasına, ona ensiklopedik lüğətlərdə necə tərif verildiyinə nəzər salmaq 
vacibdir.
Britaniya  ensiklopediyasında  BM  (ingliscə:  Think  Tank)  “Dövlət 
vəkommersiya  qurumları  üçün  elmlərarası  tədqiqatların  aparılması  məqsədilə 
təşkil edilən, institut, korporasiya və ya qrupdur. Dövlətin sifariş etdiyi layihələr 
əsasən siyasətin planlaşdırılması və milli müdafiə sahələrinə aid olur. Kommersiya 
layihələri  isə  yeni  texnologiyaların,  yeni  ideyaların  yaradılmasını  və  sınaqdan 
çıxarılmasını  əhatə  edir.  BM-lərin  maliyyə  mənbələri  xeyriyyəçilik,  donor  və 
fondlar, analitik məhsulların satılması ola bilər”.
3
 
Oksford  lüğətində  BM  konkret  siyasi  və  iqtisadi  məsələlər  üzrə  təklif  və 
tövsiyələr  verən  ekspertlər  birliyidir.  “Beyin  mərkəzi”  iki  istiqamətdə  siyasi 
tədqiqatlar  aparan  institutdur:  1)  Dövlət  siyasətinin  koordinasiyasına,  müvafiq 
prioritetlərin müəyyən edilməsinə, onların nəzərə alınmasına və reallaşdırılmasına 
əmin olan təşkilatlardır. Bu təşkilatlar 1960-cı ildə ABŞ-da yaranıb və Britaniyada 
yayılmağa başlayıb; 2) Konkret sifarişçilərə ünvanlanmışsiyasi məsləhətlər verən 
təşkilatlardır.
4
 
Amerikanın  Tarix  Ensiklopediyasında  BM  siyasi  yönlü  tədqiqat  institutu 
olub, dövlətə siyasi ekspertizalar təqdim edir. 2000-ci ildə ABŞ-da müxtəlif sosial, 
iqtisadi məsələləri araşdıran və müxtəlif maliyyə mənbələrinə malik olan 1200 
qeyri-kommersiya “beyin mərkəzi” fəaliyyət göstərirdi. BM-lər qeyri-kommersiya 
xarakterli olsa da, bir çox hallarda ölkədə siyasi hakimiyyətinvə ya ideoloji mühitin 
dəyişməsinə paralel olaraq onların hadisələrə təsir gücü ya artır, ya da zəifləyir. 
Elə hallar da var ki, “beyin mərkəzi” daha müstəqil və sabit fəaliyyət göstərir, 
dövlətin  siyasətini,  strategiyasının  monitorinqini  və  təhlilini  aparır.  (Məsələn, 
“RAND” korporasiyası İkinci Dünya müharibəsindən sonra əvvəlcə hərbi hava 
qüvvələri proqramının monitorinqi və qiymətləndirilməsi üçün yaradılmış, daha 
sonra 1950-ci illərdə müstəqil araşdırma mərkəzinə çevrilmişdir”.
5
 
“Beyin mərkəzləri” bir qayda olaraq öz səylərini humanitar elmlər: siyasət, 
iqtisadiyyat, sosiologiya, hüquq və s. sahələrdə cəmləyirlər.
6
“Amerikanın  irsi”  ensiklopedik  lüğətində  BM-in  mənası  belə  izah  edilir: 
3 Britannica Concise Encyclopedia// http://www.Britannica.com
4 http://www. Oxford Dictionary ofof Politics
5 Gale Encyclopedia of US History
6 http: www //ru. wikipedia.org/wiki/

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
18
“Əsasən sosial və ya siyasi strategiya, texnologiya və ya hərbi sahədə intensiv 
tədqiqatlar aparan və problemləri həll etmək üçün təşkil edilən insanlar qrupu və 
ya institutdur. Anlayış 1900-cü ildə adi danışıq dilində yaranıb və 1950-ci ildə 
yeni məna kəsb edib”.
7
Makmillan lüğətində: müasir humanitar elmlərdə “beyin mərkəzi”nintərifinin 
ən  sadəsi  spesifik  mövzular  üzrə  yeni  ideyanın  yaradılması  üçün  birgə  işləyən 
insanların olması kimi müəyyən olunur.
8
 
“Beyin mərkəzi” anlayışına geniş mənada belə tərif verilir: BM sosial siyasət, 
siyasi strategiya, iqtisadiyyat, hərbi və texnoloji sahələrdə tədqiqatlar aparan və 
siyasi proseslərə təsir göstərən təşkilatdır.
9
 
“Beyin  tresti”  (Brain  Trust)  sözünə  gəldikdə  isə  onu  ilk  dəfə  1903-cü 
ildə  amerikalı  jurnalist  Allen  Uayt  “Saturday  Evening  Post”  jurnalındakı 
məqaləsində  istifadə  etmişdir.  Digər  jurnalist  M.Kiran  “The  New York Times” 
qəzetində  prezident  F.Ruzveltin  1932-ci  ildə  seçkilərdə  qələbəsini  təmin  etmiş 
məsləhətçi-professorlardan  ibarət  qrupu  “beyin  tresti”  adlandırdıqdan  sonra  bu 
anlayış ümumişlək sözə çevrilmişdir. Həmin vaxtdan etibarənyeni layihələriirəli 
sürən,  yeni  ideyalar  təqdim  edən,  problemlərin  həlli  yollarını  birgə  araşdıran 
məsləhətçilər qrupunu, yaxud ümumiyyətlə ekspertlər cəmiyyətini “beyin tresti” 
adlandırmağa başladılar. BM-lər ən çox Qərbdə inkişaf etmişdir və mahiyyətcə 
Qərb demokratiyasınınəlamətlərindən hesab edilir. 
“Wikipedia”  elektron  ensiklopediyasında  “BM  (A  think  tank  (or  policy 
institute)”  -  ictimai  siyasət,  siyasi  strategiya,  iqtisadiyyat,  hərbi  və  texnoloji 
məsələlər, kreativ və kulturolojisahələrdə araşdırma aparan təşkilatlardır. “Think 
Tank” anlayışı 1950-ci illərdə ortaya çıxsa da, belə təşkilatların yaranması XIX 
əsrdən başlanğıcını götürmüşdür. Hazırda dünyada mövcud olan BM-lərin üçdə 
ikisi 1970-ci ildən, yarısı isə 1980-ci ildən sonra yaranmışdır.
10
Beyin  mərkəzlərinin  fəaliyyətinin  dünyada  sistemli  dəyərləndirilməsi  ilə 
məşğul  olan  ABŞ-ın  Pensilvaniya  Universitetinin  hazırladığı  “Qlobal  Beyin 
Mərkəzləri Reytinq-Hesabatı”nda qeyd edilir ki, “Beyin mərkəzi siyasət yönümlü 
tədqiqatlar, təhlillər və tövsiyələr işləyib hazırlayan, ictimai-siyasi tədqiqatlarla və 
təhlillərlə məşğul olan qurumdur. O, siyasətçilərə və ictimaiyyətə dövlət siyasəti 
məsələləri haqqında əsaslandırılmış qərarlar qəbul etməyə imkan verir.”
11
Universitetin  professoru  Ceyms  Mak-Qann  digər  tədqiqatında  hesab  edir 
ki,  «beyin  mərkəzləri  vətəndaş  cəmiyyətinin  bir  hissəsidir.
12
    Lakin  kitabda 
7 American Heritage Dictionary: http: //www.answers.com/topic/think-tank
8 http://www.macmillandictionary.com/dictionary/british/think-tank
9 Diane Stone ‘Think Tanks and Policy Analysis’, in Frank Fischer, Gerald J. Miller. & Mara S. Sidney (eds.)Hand-
book of Public Policy Analysis: Theory, Methods, and Politics, New York, Marcel Dekker Inc. 2006: 149-157
10 http://en.wikipedia.org/ wiki/Think_tank/FromWikipedia,the free encyclopedia
11 http://www.gotothinktank.com/
12 James  G.  McGann.  Democratization  and  market    reform  in  developing  and  transitional  countries.

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
19
görəcəyimiz kimi, ABM-nə belə tərifin verilməsi  nəinki tam və düzgün deyil, 
həmçinin onların fəaliyyətinin əhəmiyyətli bir hissəsini əhatə etmir.
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) beyin mərkəzinə 
verdiyi tərif isə belədir: “Beyin mərkəzləri sosial siyasət ilə bağlı istənilən məsələdə 
müntəzəm olaraq tədqiqat və təbliğat fəaliyyətləri ilə məşğul olan qurumlardır. 
Onlar (beyin mərkəzləri) müasir demokratik cəmiyyətlərdə bilik və hakimiyyət 
arasında körpü rolunu oynayır.” 
13
“Analitik  mərkəzlər  öz  tədqiqatlarını  əsasən  humanitar  elmlər  (siyasət, 
iqtisadiyyat,  sosiologiya,  hüquq  və  s.)  sahəsində  cəmləyənqeyri-dövlətelmi-
tədqiqat  təşkilatlarıdırlar.  Analitik  mərkəzlər  siyasətçilərə  və  iqtisadi,  sosial, 
siyasi,  ekoloji,  təhlükəsizlik  və  s.  sahələrdə  ictimai  rəyi  formalaşdıran  geniş 
şəxslər dairəsininmaariflənməsi və onlara təsir göstərilməsi istiqamətindəorijinal 
tədqiqatlar və təhsil proqramlarını həyata keçirirlər. Bundan başqa, onlar ictimai 
nəzarət vasitəsi kimi də çıxış edirlər və deməli, cəmiyyətinməqsəd və dəyərlərinə 
təsir edirlər”. 
14
 
Göründüyü kimi, «beyin mərkəzi»nin nə qədər tədqiqatçıları varsa, o qədər də 
tərifi var. Onların hər biri müəyyən aspektləri əks etdirir və ya hamısını əks etdirə 
bilmir.
Qeyd edilənləri nəzərə alaraq «beyin mərkəzi»nə özümüzün də tərifini verməyə 
cəhd edək: Beyin mərkəzləri konkret dövlətin və ya dünyanın inkişafının həlledici 
(sosial-siyasi, iqtisadi, mədəni, humanitar və s.) məsələləri ilə bağlı problemlərin 
əsasən öncədən sezilməsinə və həllinə yönəlmiş tədqiqatlar aparan,bu tədqiqatlar 
əsasında qərar qəbul edən şəxslərə konkret tövsiyələr təklif edən, fəaliyyətinin 
əsas  xüsusiyyətini  yeni  siyasətin  formalaşdırılması  üçüninnovativ  və  kreativ 
təşəbbüslər təşkil edəndövlət və qeyri-dövlət yönlü təsisatlardır.
Necə tərif verilməsindən asılı olmayaraq, beyin mərkəzləri qarşısına mütərəqqi 
inkişaf etmək məqsədini qoyan dövlətlər üçün alternativi olmayan institut kimi 
qəbul  edilmişdir.  Dünyada  uğur  qazanmış  və  tanınmış,  istənilən  təşkilat  və  ya 
dövlət öz uğurlarını təmin etmək üçün məhz bu qəbildən olantəsisatlara - ABM-
lərə önəm verməlidir.
BM anlayışının “ilk dəfə Napoleon Hillin məşhur “Düşün və varlan” əsərində 
istifadə edildiyi də göstərilir”.
15
 
Müəllif  yazır  ki,  həyatda  uğur  qazanmağın  və  zəngin  olmağın  ən  mühüm 
Think  Tanks  as  catalysts.  2010/  272  p.-p.2.http://www.ewidgetsonline.net/dxreader/Reader.aspx?
token=a9798fc121214726a6e6071 43d07b8a8&rand=147827460&buyNowLink=&page=&chapter=
13  “Ağlasığmayanı  düşünərək:  düşüncədən  siyasətə.  Hökumət  Strategiyasının  formalaşmasında  beyin
mərkəzlərinin rolu”. BMT İnkişaf Proqramının Regional Bürosu, 2003.
14  Рэймонд  Дж.Страйк.  Управление  аналитическими  центрами.  Практическое  руководство  для
развивающихся  организаций.  2-е,  расширенное  издание:  Пер  с  англ.  —  К.:  Оптима,  2011.  —  368
с,c.166.
15 Как создать свой мозговой центр. 2008//www. latansky.com

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
20
amilləri sırasında məhz bu institut ilk yerdə durmuşdur. Endryu Karneginin, Henri 
Fordun öz təşkilatlarında “beyin mərkəzləri” var idi. Henri Ford Mərkəzinə Tomas 
Edison, Harvi Feyerstoun kimi elm dühaları daxil idi və onlar ardıcıl müzakirələr 
keçirirdilər.  H.Ford  konveyer  istehsalı  ideyasının  müəllifi,  T.Edison  ixtiraçı, 
H.Feyerstoun isə korporativ menecment dahisi idilər. Bu zəkalar qrupu müxtəlif 
istedadları  birləşdirərək,  ən  müxtəlif  sahələrdəki  problemləri  öyrənir  və  həlli 
yollarını təklif edirdi”. 
ABŞ Dövlət Departamentinin Siyasi planlaşdırma şöbəsinin direktoru Riçard 
Haas hesab edir ki, “ABŞ siyasətinə təsir edən çoxsaylı amillər içərisində “beyin 
mərkəzləri” ən vacib, eyni zamanda ən az dəyərləndirilən institutlardır. Müstəqil 
politoloji institutlar sırf Amerika fenomenidir. Lakin müxtəlif lobbi qrupları, partiya 
institutları və digərləri ilə müqayisədə onların fəaliyyəti KİV-lərin müşahidəsindən 
bir qədər kənarda olduğu üçün gördükləri işin əhəmiyyəti ictimaiyyətə o qədər 
də bəlli deyil. İdeyalar dünyası ilə fəaliyyət dünyası arasındakı boşluğu dolduran 
BM-lərin rolu müasir dünyada əvəzsizdir”.
16
Lakin R.Haasın əksinə olaraq politoloq Donald Abelson qeyd edir ki, son illərdə 
belə institutlar əsasən inkişaf etməkdə olan ölkələrdə daha sürətlə yayılmaqdadır. 
1.3. “Araşdırma və Beyin mərkəzləri”nin yaranma paradoksu:
kim yaradıb - intellektuallar, orta sinif,yoxsa siyasi liderlər?
“Ruzvelt  erasını  yaradan  amillərin  kökünü  dərk  etsəniz,  bü-
tün XX yüzilliyin həm daxili, həm də beynəlxalq məsələlərinin 
mahiyyətini anlamaq üçün açar əldə edəcəksiniz”.
 Vilyam Liçtenberq
Dünyadailk  “beyin  mərkəzləri”nin  yaranmasını  hansı  amillər  zəruri  edib? 
Hansı şəraitin tələbləri ideya və intellektin bu təşkilatlanma formasını diktə edib? 
Onların yaradılma təşəbbüskarı cəmiyyətinhansı təbəqəsi olub? 
Müxtəlif ölkələrdə BM-lərin yaranmasını şərtləndirən çoxşaxəliamillər və mü-
hit barədə ümumi qənaətlər mövcuddur. Bunlara: tarixi, siyasi, hüquqi, maliyyə, 
intellektual, ideoloji, mədəni və texnoloji mühit və s. aiddir.
BM-lərin yaranması və inkişafının daxili qanunauyğunluqları ölkədən ölkəyə 
dəyişir,  bu  sahədə  milli  praktikadan  irəli  gələn  tarixi  ənənə  formalaşır.  Qərb 
ənənəsində ilk “beyin mərkəzləri” orta sinif təmsilçiləri - sahibkarlar, xeyriyyəçilər, 
özəl maliyyə sektoru və iş adamlarının təşəbbüsü nəticəsində yaradılmışdır. Daha 
16 Ричард Н.Хаасс. “Мозговые центрыи Американская внешняя политика.” //http://usinfo.state.gov/
journals/ its/1102/ijpe/ijpe1102.htm

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
21
sonra siyasi liderlər, dövlət bu prosesdə fəal iştirak etmiş vədəstəyini vermişdir.
İlk baxışda qeyd edilməyən bir amil də mövcuddur. Belə ki, BM-lərinyaranması 
və çiçəklənməsi həm də dövlətlərin öz tarixində həlledici, dönüş mərhələlərini ya-
şadıqları, nəhəng miqyaslı vəzifələri irəli sürdükləri zamanlara təsadüf edir. Bu 
proseslər həm də başqa sözlə deyilsə, dövlətin dəyişən dünyada geosiyasi marş-
rutlarının yeniləşməsi kursu ilə üst-üstə düşmüşdür. Təsadüfi deyil ki, ilk “beyin 
mərkəzləri”in  yaranması Amerika  dövlətinin  böhran  yaşadığı  bir  zamanda  baş 
vermişdir.
Qərb məkanında bir elm və bilik, “intellekt kultu”nun formalaşmasında BM-
lərin rolu az olmamışdır. Bu isə bu real hakimiyyətin alim, mühəndis, ekspert, ana-
litik və digər peşəkarların əlində olmasına dəlalət edən bir məqamdır. Bütövlükdə 
dövlətin  idarə  olunmasının  mürəkkəbliyi  bunu  zəruri  edir.  Belə  ki,  dövlət  idarə 
etmək istədiyi cəmiyyəti öyrənmək istəyir. Cəmiyyətin qərar qəbuletmə sisteminin 
aşağı səviyyələrindən ən yuxarı iyerarxiyasınadək olduqca nəhəng həcmdə informa-
siya, ideya, layihə və təşəbbüslərmövcuddur. Bir tərəfdə ölkə əhalisinin sayı qədər 
insan, digər tərəfdə isə dövlət başçısı durur. Ölkə haqqında adekvat təsəvvürə ma-
lik olmaq üçün mötəbər, düzgün və peşəkar formada hazırlanmış informasiyaya və 
onun əsasında optimal idarəetmə qərarlarının qəbul edilməsinə ciddi ehtiyac yaranır. 
Bu ehtiyac informasiyanın düzgün olmaması, daha betəri, təhrif edilməsi ehtimalı 
olduğuna görə çağırış kimi mövcud olur. Əgər “informasiya lifti” adlanan sistem 
mükəmməl təşkil edilməzsə, qəbul edilən qərarlara mənfi təsir edə bilər.
Tədqiqatçılar mürəkkəbliyi baxımından siyasi qərarların qəbul edilməsinin heç 
bir başqa elm sahəsi ilə müqayisə olunmadığını vurğulayırlar. Buna misal kimi 
qeyd  edilir  ki,  astronomiyada  bir-birini  qarşılıqlı  cəzb  edən  üç  cisim  məsələsi, 
yaxud peşəkar şahmatçının taxtadakı 64 dama üzərində 16 fiqurla gediş etməsi 
mürəkkəb məsələ hesab edilirsə, cəmiyyətdə vəziyyət daha mürəkkəbdir. Belə ki, 
siyasi lider milyonlarla insan birliklərinin reallığında, üstəlik də oyun qaydalarına 
riayət  etməyən  onlarla  başqa  aktorun  da  qarşı  durduğu  vəziyyətdə  qərar  qəbul 
edir. Dövlət idarəçiliyi və bürokratik aparat genişləndikcə bu aktuallıq xüsusilə 
artmışdır. 
Siyasi elitanın qarşıya qoyduğu yeni miqyaslı, kompleks vəzifələr irəli sürülən 
siyasi kursun keyfiyyətli və elmi ekspertizasını təqdim edə bilən, yeni ideyalar və 
problemlərin alternativ, effektli həlli yollarını təklif edən müstəqil analitik insti-
tutların olmasını tələb edir. Ekspert və analitiklərin dövlət və ya cəmiyyət, çox-
saylı aktorlar arasında münasibətlər üzrə mütəxəssislər kimi formalaşması ənənəsi 
buradan  başlanğıcını  götürür.  Məhz  dövlət  idarəçiliyini  əlavə  olaraq  intellektu-
al resurslarla təmin etmək axtarışları “beyin mərkəzləri”, “fikir fabrikləri” kimi 
qurumların,  peşəkarlar  cəmiyyətinin,  ekspert-analitik  mərkəzlərinin  artmasını 
şərtləndirmişdir. 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
22
ABM-lər siyasətdə tətbiq etmək üçün obyektiv biliklərin əldə edilməsi, on-
ların təhlili və tədqiqi sahəsində fəaliyyət göstərən müstəqil institutlardır. Qərar 
qəbul edən şəxsləri gündəlik, cari fəaliyyət həddən çox məşğul etdiyi üçün on-
ların  problemlərə  bir  qədər  kənardan,  yaxud  daha  uzaq  perspektivlərdən  bax-
maq imkanları məhdud olur. ABM-lər akademik institutlar və qərar qəbul edən 
şəxslər  arasındakı  boşluğun  doldurulmasında  mühüm  rol  oynayırlar.  ABM-lər 
ictimaiyyətlədaha yaxşı qarşılıqlı əlaqə və dialoq qura, peşəkar ekspertləri daha 
mükəmməl cəmləyə və münaqişə vəziyyətlərində qeyri-rəsmi vasitəçilik edə bilən 
“ideyalar fabriki”dir.
Qeyd edildiyi kimi, Amerikada BM-lər ilk olaraq orta sinif təmsilçiləri -sahibkar-
lar tərəfindən təsis edilmişdir. Həm də ədəbiyyatda indiyədək vurğulanmayan məqam 
ondan ibarətdir ki, ilk olaraq yaradılan beyin mərkəzləri  qeyri-dövlət yönlü olmuşdur.
  Ölkə miqyaslı ilk “beyin mərkəzi”nin sələfi sayılan, 1907-ci ildə yaradılan Ras-
sel Seyc Fondu (Russell Sage Foundation) Marqaret Oliviya Seyc tərəfindən mərhum 
həyat  yoldaşının  xatirəsini  əbədiləşdirmək  məqsədilə  ictimai-siyasi  tədqiqatları 
maliyyələşdirmək üçün təsis edilmişdi. Təsisçinin fikrincə, burada aparılan tədqiqatlar 
industrial cəmiyyətin vacib problemlərinin həllinə kömək etməlidir. Maraqlıdır ki, ilk 
mərkəz yoxsulluq və qeyri-bərabərlik kimi problemlərin həlli məqsədilə yaradılmış-
dı. Rassel Seyc Fondu “yoxsulların vəziyyətinin yüngülləşdirilməsinə yönəlmiş milli 
hərəkatın işində mühüm rol oynadı. Əsas vəzifə sosial dəstəyi elmi şəkildə qurmaq-
dan, sosial problemləri araşdırmaqdan, bu və ya digər konkret tələbatın təmin edilməsi 
üçün qanunvericiliyin və özəl təşkilatların yaradılmasından ibarət idi. Bu məqsədlə 
də 1916-cı ildə Rassel Seyc Fondu kiçik Con Devid Rokfeller və həmin dövrün digər 
görkəmli sahibkarlarının dəstəyi ilə “Dövlət İdarəçiliyinin Tədqiqi İnstitutu”nu (“Ins-
titute for Government Research”, IGR) yaratdı. İlk dövrlərdə IGR federal büdcənin 
formalaşması prosesini daha səmərəli etmək istiqamətində fəaliyyət göstərirdi.
 Klassik ABM-lərin ilk nümunəsi olan Brukinqs İnstitutu 1916-cı ildə Sent-
Luisdən olan biznesmen və filantrop Robert Brukinqs tərəfindən yuxarıda qeyd 
edilən  Dövlət  İdarəçiliyinin  Tədqiqi  İnstitutunun  bazasında  yaradılmışdır.  Bu 
mərkəz“Brukinqs  İnstitutu”  (Brookings  Institution)  adını  1927-ci  ildə  almışdır.
Belə ki, 1927-ci ildə IGR digər iki fondla -İqtisadiyyat İnstitutu (Institute of Eco-
nomics) və Brukinqs Ali İqtisadi və Dövlət İdarəçiliyi Məktəbi (Brookings Gradu-
ate School of Economics and Government) ilə birləşdi. 
1910-cu ildə yaranan Beynəlxalq Sülh uğrunda Karneqi Fondu siyasi araşdır-
ma aparmaq məqsədi ilə yaranan ilk “beyin mərkəzi”   olmuşdur. Bu fond Pitsburq 
şəhərindən olan “polad sənayesi maqnatı”, iri sahibkar Endryu Karneqi tərəfindən 
təsis edilmişdir. E.Karneqi öz sərvətindən 4,5 milyard dollarlıq məbləği “Karneqi 
Fondu”nun fəaliyyətinə sərf etmişdir. Tarix göstərdi ki, bu, düzgün seçim olmuş-
dur. Bütün dünyada filialları olan Karneqi BM şəbəkəsi Amerikanın güclü olması 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
23
üçün böyük töhfə vermiş və verməkdə davam edir.
17
 1919-cu ildə isə daha bir si-
yasi yönümlü ABM - Stenford Universitetinin nəzdində Huver İnstitutu yaradıldı.
ABM-lərin sayının artması ilə paralel olaraq ekspertlərin sırasının genişlənməsi 
və  onların  dövlət  məmurları  ilə  əlaqələrinin  möhkəmlənməsi  onlar  arasında 
getdikcə fikir müxtəlifliyinə və bəhs edilən dövrdə dövlətin yüksələn rolu ilə bağlı 
mübahisələrin yaranmasına da səbəb olurdu. Çünki “Böyük depressiya”dövrünün 
yaxınlaşması ilə dövlətin cəmiyyət həyatında tənzimləyici rolu da artırdı. Bu ba-
xımdan, məsələn, Brukinqs İnstitutu “Yeni kurs” siyasətini və bütövlükdə büdcə 
işçiləri tərəfindən aparılan vergi siyasətini kəskin tənqid edirdi. 
Brukinqs  İnstitutunun  əsas  məqsədi  ABŞ-ın  regionda  və  dünyada 
liderliyini,üstünlüyünü  təmin  etmək  idi.  Qeyd  etmək  lazımdır  ki,  II  Dünya 
müharibəsindən sonra həmin institut“Marşal planı”nın yaradıcısı olmuşdur. Bru-
kinqs İnstitutunun prezidenti Strob Telbot qeyd edir: “Brukinqs İnstitutu dövlət 
idarəçiliyi, iqtisadiyyat və siyasətkimi üç əsas istiqamət üzrə fəaliyyət göstərir. 
Brukinqs  İnstitutunun  və  başqa  “beyin  mərkəzləri”nin  vəzifəsi  -  yeni  siyasətin 
formalaşdırılmasına, eləcə də mövcud strategiyaların dəyişdirilməsinə, yaxud da 
ondan imtina edilməsinə əsas verən təhlil və tövsiyələr verməkdir. BM-lərin əsas 
xammalı ideyalardır. BM-lər ideya brokerləridir”. 
18
İlk BM-lərin orta sinif tərəfindən yaradılması ənənəsi XX əsrin ikinci yarı-
sında da davam etmişdir. Dünyada informasiya-kommunikasiya inqilabının epi-
sentri  olan  “Silikon  vadisi”nin  yaradıcısı  da  orta  sinif  nümayəndəsi  olub.  Belə 
ki, yarım əsr əvvəl Kaliforniyada yerli bank işçisi Artur Rokk kremniy əsasında 
işləyən  radioqəbuledicinin  yaradılması  haqqında  məlumat  eşidərək  bu  yeniliyi 
genişləndirməyə  və  çox  çətinliklə  də  olsa  yeni  işə  başlamağa  qərar  vermişdir. 
Onun qərarı nəinki Amerikanın, həm də bütün dünyanın texnoloji simasını dəyişir. 
Bu günə qədər A.Rokkun gəlirləri xərclərini 200 dəfədən çox ötüb keçmişdir.
İş adamlarının, sahibkarların və varlı şəxslərin fəaliyyətindən gətirilən aşağı-
dakı məlumatlar müxtəlif ölkələrdə “beyin mərkəzləri” institutunun formalaşma-
sına onların töhfəsini müqayisə və təsəvvür etməyə imkan verir. Bu həm də ABM 
institutunun inkişafına orta sinfin verdiyi ən mühüm örnək kimi də maraqlıdır:
•  XIX əsrdə yaşayan ən zəngin insanlardan biri Con Hopkins (1795-1873)eyni 
adlı Universiteti yaratmışdır.
•  “Standard Oil” şirkətinin yaradıcısı olan Con Rokfeller (1839 – 1937), 1889-
cu  ildə  Çikaqo  Universitetinin  (University  of  Chicago,  dünya  universitetlər 
reytinqində10-cu yer), eləcə dəRokfeller Universitetinin (Rockfeller Univer-
sity)və Rokfeller Fondunun (Rockfeller Foundation) təsis etmişdir.
•  ABŞ-ın  polad  sənayesi  maqnatı  Endryu  Karnegi  “Karnegi  Fondunu”  (Car-
17 http://www.situation.ru/app/j_art_377.htm
18 .  Строуб  Тэлбот.  Как  работает  мозговой  трест.//http://usinfo.state.gov/  journals/  its/1102/ijpe/
ijpe1102.htm

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
24
negie  Foundation)və  Carnegie  Mellon  University  kimi  araşdırma  fondunu 
və  universiteti  yaratmış,  bütün  dünya  üzrə  2500  kitabxananın  yaranmasını 
maliyyələşdirmişdir. 
•  Entoni Dreksel (1826 –1893) – amerikalı bankir və J.Morqanın ortağı olmuş, 
Drexsel Universitetini yaratışdır.
•  Kornelius Vanderbild (1794 –1877)-Vanderbilt University yaratmışdır.
•  Endryu Mellon (1855 – 1937) – iş adamı, bankir, Rokfeller və Forddan sonra 
ABŞ-ın 3-cü vergi ödəyicisi olub, Pittsburq Universitetinə 43 milyon dollar 
ianə verimiş, Mellon Institute of Industrial Reseach yaratmışdır.
•  Bill Kelloq (1860 –1951) -“Kelloq” pambıq sənayesinin istehsalçısı; California 
State Politechnic University и Kellog Foundation kimi fond və universitetləri 
yaratmışdır.
•  Hovard Hyuz (1905 – 1976) – ixtiraçı, aviator, Hughes Aircraft и “Huges Airs-
pace” sahibi olmuş, 1953-cü ildə Howard Hughes Medical Institute və araşdırma 
fondunu yaratmışdır. Fondun büdcəsi hazırda 16 milyard dollardır.
•  Maykl Blumberq – Nyu-Yorkun hazırkı meri, Bloomberg- maliyyə xəbərləri 
agentliyinin sahibi, milyarder. Con Hopkins Universitetinə 300 milyon dollar 
ianə vermişdir.
•  Bill  Geyts  –  “Microsoft”-un  rəhbəri,  dünyada  ən  böyük  büdcəyə  malik  (36 
milyard  dollar)  “Bill  &  Melinda  Gates  Foundation”  yaratmışdır.  Həmçinin 
fondmilli azlıqlardan olan istedadlı tələbələrə tədqiqat üçün 1,5 milyard dollar 
təqaüd və ABŞ-da orta məktəblərin inkişafına 250 milyon dollar ayırıb.
•  Uorren Baffet – dünyanın böyük sərmayə maqnatı, “Berkshire Hathaway” sa-
hibi  olub,  30  milyard  dollarlıq  sərvətinin  83  faizini  “Bill  &  Melinda  Gates 
Foundation”-na vəsiyyət edib.
•  Bu qeyd edilənlərdən əlavə: ABŞ-ın 4 ən böyük torpaq sahibləri (Con Stokton, 
Tomas Leonard, Con Hornor və Nataniyel Fitsrandolf) Prinston Universitetini 
yaratmaq üçün ona maliyyə və torpaq sahəsi ayırıblar. 
•  Təməli 1636-cı ildə kollec kimi qoyulan məşhur Harvard Universiteti buraya 
öz  kitabxanasını  və  öz  mülkünün  yarısını  vəsiyyət  edən  ingilis  missioner  və 
xeyriyyəçi Jon Harvardın şərəfinə adlandırılıb. Harvard Universitetinin əsas ka-
pitalı 34.9 milyard ABŞ dollardır. (müqayisə üçün bu rəqəm Azərbaycanın illik 
büdcəsini xeyli aşır).
•  Yel Universiteti Bostonlu qubernator, öz kitablarını və maliyyəsini buraya bağış-
layan Elayi Yeltərəfindən təsis edilib. 
Bu  təcrübə  postsovet  ölkələrində  hələlik  geniş  yayılmayıb.  Bu  məkanda  iş 
adamları və iri sahibkarlar əsasən idman sahəsinə (futbol klublarının alınmasına 
və s.) və mədəni tədbirlərə, bəzi ali məktəblərin təsis edilməsinə maliyyə ayırsa 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
25
da,“beyin mərkəzləri”nin yaranması onların fəaliyyətində prioritet hesab edilmir.
Franklin Ruzvelt və onun “beyin tresti”
ABŞ  tarixində özünəməxsus yeri olan “Yeni kurs” dövrü intellektual elita-
nın dövlət  idarəçiliyinə və antiböhran fəaliyyətinə cəlb edilməsi baxımından da 
nadir  hadisə  və  başlanğıc  olmuşdur.  Franklin  Delano  Puzveltin  dörd  nəfərdən 
ibarət ilk ekspertlər komandası məhz “beyin tresti” (Brain Trust) adlanır və bu 
qrup Amerikada  dövlət yönlü BM-lərinin yaranması və  inkişafı və ənənəsinin 
möhkəmlənməsində əvəzsiz rol oynamışdır.
Franklin  Ruzvelt  “Yeni  kurs”  çərçivəsində  özünün  şəxsi  “beyin  trestləri”ni 
yaratdı  və  bununla  da  prezidentin  məsləhətçilər  dairəsinə  ictimai-siyasi  elm 
sahəsindən, akademik mühitdən olan mütəxəssislər daxil oldular. Federal hökumət 
ölkənin daxili həyatında və II Dünya müharibəsi başlandıqdan sonra beynəlxalq 
fəaliyyətdə  daha  fəal  rol  oynadığından  “beyin  mərkəzləri”  tərəfindən  aparılan 
tətbiqi siyasi araşdırmalara və analitik tədqiqatlara tələbat artdı. Bu dövrdə Con 
Meynard Keynsin iqtisadi nəzəriyyəsi daha geniş yayılmağa və hökumətin yeni 
proqramında tətbiq edilməyə başlandı. Nəticədə bu proqramları hazırlaya bilən 
nüfuzlu ekspertlərə tələbat artdı. 
“F.Ruzvelt  səmərəli  və  operativ,  çevik  ekspertlər  komandasını  yaradanda 
problemlərin həllinə yönəlmiş yanaşmanı əsas hesab etmişdir. Belə ki, “beyin tres-
ti” yarananda onun ilk məqsədi Nyu-York qubernatorunun seçki kampaniyası, yəni 
bu konkret problemin həlli olmuşdur. F.Ruzvelt bütün novasiyaları  dəstəkləmək 
və mükafatlandırmaq səyini ortaya qoyaraq, islahatların daha mükəmməl getməsi 
üçün ideyaların ideal dialoqunu mümkün etmişdir. Hətta yeni ideyalar təklif edən 
ekspertləri opponenlərin  kəskin müqavimət və hücumlarından qorumaq üçün “be-
yin  tresti”nin  əsas  fiqurlarından  olan  hüquqşünas,  professor  R.Taqveli  həm  ölkə 
xaricinə və həm də ölkə daxilinə tez-tez müxtəlif missiyalarla səfərlərə göndərirdi”
19
Beləliklə,  əvvəlki  dövrdə  yaranan  ABM-lərin  fəaliyyət  tarixində  Ruzvelt 
dövründən, yəni 1932-ci ildən etibarən  yeni bir təcrübə - Amerika prezidentlərinin 
siyasi məsləhətçilərinin tövsiyələrindən istifadə etmək ənənəsi başlanğıcını götür-
dü. Ruzvelt və onun ekspertləri dövlət yönlü “araşdırma və beyin mərkəzi” əsrinin 
təməlini qoydular. Prezident seçiləndən sonra Ruzvelt ekspertlərini yaratdığı yeni 
administrasiyada müvafiq postlara (dövlət katibi, qubernator, səfir) təyin  etmişdir. 
Maraqlı cəhət odur ki, ekspertlər həm alim, həm inzibatçı, həm də siyasətçi kar-
yerasını uğurla icra edə bilmişlər. Yeni institut kimi, təbii olaraq, bu trest dəfələrlə 
siyasi-bürokratik aparatın “qəzəbinə” tuş gəlmişdir.  
Trestin fəaliyyətinin nəticələri göstərir ki, onların iş tərzində qeyri-adi heç nə 
19 Rosen E. A. Hoover Roosevelt and the Brains Trust: From Depression to New Deal. N. Y., 1977, p. 141.

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
26
olmamış, iş rejimi tsiklik prinsiplər və mərhələli islahatların aşağıdakı xətti ilə 
qurulmuşdur:
1.   Siyasi  diaqnozun  qoyulmasi  (“beyin  tresti”  üzvlərinin  səlahiyyətində  olan 
sahələrdə həlli vacib olan problemin aşkarlanması); 
2.  Planlaşdırılması  (həlli  vacib  prioritet  tədbirlərin  iyerarxiyasının  müəyyən 
edilməsi);
3.   Planlaşdırılmış aksiyalarda birgə iştirak edilməsi (konkret siyasi platformanın 
ictimai rəyə tanıtmaq və təsir etmək məqsədi ilə təbliği, ictimai rəyin idarə 
olunması);
4.   Həyata keçirilmiş işlərin təhlili və dəyərləndirilməsi, dərslərin aşkarlanması 
əsasında tövsiyələrin hazırlanması.
Bu  baxımdan  ekspertlərin  fəaliyyətində  özünü  parlaq  göstərən  kommuni-
kativ  funksiya  aparıcı  yer  tuturdu.  Cəmiyyətdə  daxili  siyasətə  dair  müxtəlif 
müzakirələrdə ictimai rəy stimullaşdırılırdı. Beləliklə, ekspertlər eyni zamandahəm 
siyasi debatların katalizatoru, həm də siyasi elitanın rəqabətdə olan fraksiyaları 
arasında vasitəçi rolunu oynayırdılar.
“Siyasi təsisatların daha konkret və zəruri tipi kimi tətbiqi siyasi tədqiqatlarla 
məşğul olan qeyri-kommersiya təşkilatlarının – “beyin mərkəzləri”ninXX əsrin 
əvvəllərində ABŞ-ın siyasi kursunun seçilməsində əhəmiyyətli rolu olmuşdur. İş-
güzar və siyasi elitanın nümayəndələri “beyin mərkəzləri”ni maliyyələşdirməyə 
və XX əsrin ilk onilliklərində sənayenin inkişafı ilə bağlı kəskinləşən problemlərin 
həllində onların xidmətlərindən yararlanmağa başlamışlar. Təxminən eyni dövrdə 
paralel  olaraq  xüsusi  biliklərin  köməyi  ilə  sosial  problemlərin  həll  edilməsinin 
mümkünlüyünə inamla ictimai elmlərin iqtisadiyyat, sosiologiya, politologiya kimi 
sahələrində intensiv tədqiqatlar aparılmağa başlandı. İlk onilliklərdə yeni təşkilat 
əsasən idarəetmə orqanlarının fəaliyyətinin daha da səmərəliləşdirilməsinə çalışır-
dı. Bu, əsasən onunla bağlı idi ki, dövlət nəzərəçarpacaq dərəcədə öz vəzifələrini 
genişləndirmişdi. Fond birjasının iflası və “Böyük depressiya”nın başlanması ilə 
ictimai elmlər sahəsində hökumətin sosial və iqtisadi problemlərini həll etməkdə 
kömək edə biləcək mütəxəssislərə tələbat nəzərəçarpacaq dərəcədə artmışdı”.
20
F.Ruzveltin ekspertlər qrupunun üzvləri ideyaların irəli sürülməsinin yenime-
todikasını tətbiq etmişdilər ki, bu da sonralar “beyin hücumu” (brain storms) adı 
ilə tarixə düşdü.
Digər tərəfdən, “beyin tresti”nin tarixi Amerikada “ictimaiyyətlə əlaqələr -PR” 
adlı yeni ənənənin də formalaşmasının əsasını qoymuşdur. Bir çox tədqiqatçılar Ruz-
veltiPR metodlarını geniş tətbiq edən ilk prezident adlandırırlar. “Beyin tresti”nin 
üzvləri onun ilk bəyanatını “Unudulmuş insana dövlətinmüraciəti” adlandırmışdılar.
 Tədqiqatçılar belə bir faktı da qeyd edirlər ki, sonrakı prezidentlərin “beyin 
20 Эндрю Рич, Кент Р. Уивер.Пропагандисты и аналитики: “мозговые центры” и политизация экспер-
Эндрю Рич, Кент Р. Уивер.Пропагандисты и аналитики: “мозговые центры” и политизация экспер-
Эндрю Рич, Кент Р. Уивер.Пропагандисты и аналитики: “мозговые центры” и политизация экспер-
и политизация экспер-
тов http://www.rc-analitik.ru/analitik/analiticheskie/centry /propagandisty_i_analitiki_mozg

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
27
trestləri”nin təhlili göstərir ki, onların, eləcə də Ruzveltin sonrakı ekspertlər ko-
mandası nəticələrinə və keyfiyyətinə görə ilk qrupun (Kolumbiya Universiteti pro-
fessorlarının) uğurlarını təkrar edə bilməmişlər. “Yeni kurs”ABŞ, eləcə də müasir 
dünyanın tarixində sosial oriyentasiyalı dövlət quruculuğu modelini yaradan mi-
silsiz bir sıçrayış kimi qalmışdır. 
1977-ci  ildə,  F.Ruzveltin  “beyin  tresti”nin  yaranmasından  45  il  sonra ABŞ 
prezidenti C.Karter həmin ekspertləri təntənəli mərasimdə qəbul etmiş, Amerika 
cəmiyyətində  və  siyasi  hakimiyyətdə  analitik  təhlil  və  məsləhətləşmələrə  dərin 
hörmətin ənənəyəçevrildiyini sübut etmişdir.
21
 
Qeyd edilən BM-lərdən sonra, Soyuq müharibənin başlanması ərəfəsində ya-
ranmasına baxmayaraq, növbətiinstitut - “RAND” korporasiyası (RAND Cor-
poration)(1945) dünyada bu qəbildən olan qurumlar üçün etalon mərkəz adını 
qazana  bilmişdir.  Korporasiyanın  devizi  “ABŞ  dünyada  azadlığın  qoruyucu-
sudur” kimi ifadə edilmişdir. Tədqiqatçı Aleks Abella bu mərkəzə həsr etdiyi 
kitabında “beyin mərkəzləri”ni “zəka əsgərləri”(Soldiers of reason) adlandırır.
Müəllif kitabında dünyada milli və beynəlxalq miqyasda tanınmış BM idealı-
nı  yaradan“RAND”  korporasiyasının  yaranma  və  inkişaf  tarixinə  nəzər  salır. 
Əsərdə məlum olur ki, RAND-ın yaranmasında əsas səbəb demokratiya uğrunda 
mübarizədə qalib gəlməyi təmin edən innovasiya strategiyalarının hazlırlanması 
olmuşdur. Şəxsi amillərə gəldikdə isə burada əməkdaşların təhsili, dünyagörüşü, 
hansı ideya və ideoloji konsepsiyalara sadiq olması mühümdür. 
Korporasiyasının  fəaliyyətinin  prioritetləri  dövlətin  siyasəti  ilə  əlaqəlidir. 
Həmçinin  müxtəlif  zaman  və  müxtəlif  siyasətçilər  də  tədqiqat  istiqamətlərinə 
həlledici  təsir  edən  amillərdəndir.  Belə  ki,  məsələn,  D.Eyzenhauerin  dövründə 
SSRİ ilə gərgin nüvə müharibəsinə hazırlıq məsələsi ön planda olmuşdur. Bunun 
üçün “səmərəli nüvə müharibəsi” nəzəriyyəsi hazırlanmışdır. Kennedi dövründə 
“RAND”  ümummilli  rəğbət  qazanır.  Bu  dövrdə  R.Maknamaranın  “rasional 
müharibə” nəzəriyyəsi bütün sahələrə tətbiq edilir və bütövlükdə cəmiyyətin və 
insanların davranışını izah edə biləcək “rasional seçim” nəzəriyyəsi də yaradılır. 
Sonrakı prezidentlər dövründə də “RAND” fəaliyyətinin məzmununu bu tərzdə 
daimi olaraq yeniləşdirmişdir. 
A.Abella  “RAND”  korporasiyasının  inkişafında  zaman,  mühit  və  şəxsiyyət 
amili kimi məsələləri təhlil edir. “RAND”-ın 1948-ci ildə ilk BM-lərdən biri kimi 
yaranmasında  ABŞ  Hərbi  Hava  Qüvvələrinin  rəhbərliyi  tərəfindən  göstərilən 
təşəbbüs mühüm rol oynamışdır. Bu qurum həmin dövrdə çox aktual olan nüvə si-
lahının tədqiqinə nəzarət edirdi. Korporasiyanın tədqiqat istiqamətlərinə gəldikdə 
isə, “RAND”-ın icraçı vitse-prezidenti Maykl Riçin qeyd etdiyinə görə, klassik 
“beyin mərkəzi” olan “RAND” kollektivinin yarısı milli müdafiə məsələləri, qa-
lanları isə daxili siyasətlə məşğuldur. 
21 Lash J. P. Eleonor and Franklin. The Story of Their Relationship. N. Y., 1973. P. 450 - p. 3-4.

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
28
ABŞ-da BM-lər, adətən, üç əsas kateqoriya üzrə: universitet, dövlət və par-
tiya “beyin mərkəzləri” kimi təsnifləşdirilsə də, reallıqda bu təsnifat dairəsi ge-
nişdir.  Klassik  “beyin  mərkəzi”  tipində  dövlət  və  cəmiyyətin  bütün  həlledici 
sahələri (politologiya, iqtisadiyyat, sosiologiya) bir mərkəzdə tədqiq olunur. ABŞ-
da  federal  hökumətlə  müqavilə  bağlayan ABM-lərin  fəaliyyəti  xüsusilə  diqqət 
mərkəzindədir.  Bundan  əlavə,  dövlət  aparatının  öz  təşkilatları  (Ağ  Evin  elmi-
tədqiqat  qrupu,  Müdafiə  Nazirliyinin  çoxsaylı  institutları  və  s.)  da  mövcuddur. 
Sosial-humanitar  layihələndirmə,  çoxfaktorlu  analiz,  strateji  və  operativ-taktiki 
planlaşdıma sahəsində fəaliyyət göstərən onlarla qurum təsis edilmişdir.
BM-lərin təcrübəsi siyasi ekspert fəaliyyətinin və analitik “beyin mərkəzləri”nin 
yaranması  sahəsində  hər  bir  ölkəninbu  instituta  münasibətlərinin  “milli  tarixi 
ənənələrinin” formalaşmasını da aşkara çıxarır. Tədqiqatlara görə, ABŞ prezidenti 
eyni zamanda bir neçə yüz analitik-ekspert mərkəzinin xidmətlərindən bəhrələnir, 
Fransada siyasi hakimiyyət ekspert fəaliyyətinə daha çox düzgün məlumat almaq 
üçün soraq-məlumat mahiyyətli qurumlar kimi baxır. İngiltərədə BM-lərlə qarşı-
lıqlı əməkdaşlıq edirlər, Almaniyada BM-ləri tamhüquqlu yardımçılar, Avstriyada 
isə ictimai tərəfdaşlar kimi görürlər.
Pensilvaniya Universitetinin professoru Ceyms Makgan BM-lərin məhz ABŞ-
da intensiv inkişaf tapması faktını izah edərək qeyd edir ki, başqa ölkələrdən fərqli 
olaraq ABŞ-da siyasi sistem çox fraqmentar və mərkəzləşməmiş formadadır. Bu 
da siyasətə təsir etmək üçün çoxşaxəli kanallar şəbəkəsini formalaşdırır. Üstəlik 
də partiya sistemi zəifdir və Konqresin 500-dən çox üzvü öz əqidələrinə uyğun 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
29
olaraq necə istəsələr eləcə səs verməkdə azaddırlar. Digər məsələ ondadır ki, ame-
rikalılar  arasında  xeyriyyəçilik mədəniyyəti çox  güclüdür  və  onlar  vacib  hesab 
etdikləri sahələrə maddi vəsait xərcləyirlər. Sahibkarlar sinfi olduqca fəaldır və 
əksər BM-ləri yaradanlar da onlardır. Nəhayət,2001-ci ilin 11 sentyabr hadisələri 
göstərdi ki, cəmiyyətin beynəlxalq siyasət məsələlərində fəallığı çox vacibdir.
Hazırkı  dövrdə  BM-lərin  fəaliyyətində  tarixi  dinamkanın  yeni  strate-
ji  konseptləri  qloballaşma  və  yeni  dünya  düzəninin  formalaşması  kimi  meyillə 
səciyyələnir.
Bu baxımdan analitik mərkəzlərin inkişafını şərtləndirən səbəblər çoxdur. Əsas 
amillər qloballaşma, müstəqil ekspert dəyərləndirmələrinə olan ehtiyac, informasi-
ya hakimiyyətinə monopoliyanın aradan qalxması, siyasi və iqtisadi problemlərin 
mürəkkəbliyi, dövlətin idarəçilik aparatının genişlənməsi, qeyri-dövlət aktorları-
nın təsiri, vaxtında və yığcam informasiyanın verilməsi, məlumatların düzgün və 
vaxtında təhlilivə s.-dir. 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
30
1.4. XX əsrin sonu - XXI əsrin əvvəllərində Araşdırma  
və Beyin Mərkəzləri: yeni reallıq - yeni mərhələ
“Beyin mərkəzləri”nin çiçəklənməsi, belə demək olarsa, “ikinci həyatı” keçən 
əsrin 70-ci illərindən başlamışdır. Həmin dövrdə Birləşmiş Ştatların ali hakimi Luis 
Pauell məktubla Ticarət Palatasına müraciət ünvanlamışdır. L.Pauell müraciətində 
hökuməti universitetlərdə təhsil alan “solçu” tələbələrə və professorlara amerikan 
dəyərlərini  təbliğ  edəcək  mərkəzlər  yaratmaq  üçünmaliyyə  dəstəyi  göstərməyə 
çağırırdı. Bu müraciət nəticəsində mühafizəkar “İrs” (“Heritage”) fondu (1973), 
Amerika Sahibkarlar İnstitutu və digər qurumlar yaradıldı. 
Təkcə onu xatırlamaq kifayətdir ki, 1950-ci ildə dünyada cəmi 50 dövlət yönlü, 
eləcə də, məhdud sayda beynəlxalq və qeyri-hökumət təşkilatı var idi. Beynəlxalq 
vətəndaş  cəmiyyəti  hərəkatı  “beyin  mərkəzləri”nin  yaranmasına  böyük  təkan 
vermişdir.  Qloballaşma,  Soyuq  müharibənin  başa  çatması  və  xarici  siyasətin 
transmilliləşməsi “beyin mərkəzləri”nin sürətlə formalaşmasını şərtləndirmişdir.
İnkişaf etmiş ölkələrdə ABM-lərin yaranmasının daha bir xüsusiyyəti ondan 
ibarətdir  ki,  burada  yüksək  vəzifəlisabiq  dövlət  xadimləri  və  ya  məmurlar 
əksərhallarda ya müstəqilbeyin mərkəzləri yaradır, ya da özləri belə mərkəzlərin 
əməkdaşı kimi fəaliyyət göstərirlər. 
Beyin Mərkəsləri şəbəkəsinin formalaşmasında 1961-1962-ci illərdə ABŞ-ın 
müdafiə naziri olan Robert Maknamaranın da rolu xüsusi olaraq vurğulanır. O hərbi 
sənaye kompleksinin yaradılması üçün bütün sahələrdən olanixtisaslı ekspert və 
kadrları cəlb etməyi qərara alır. Maknamara 5-ə yaxın beyin mərkəzinin( RAND-
ın yeni qollarının, Müdafiə Araşdırmaları İnstitutunun, Hərbi-dəniz Araşdırmaları 
İnstitutunun, Aerospace korporasiyasının və s.) təsis edilməsinə nail olur.
Keçən əsrin sonlarında BM-lərin yaranmasına və artımına təsir edən amillər, 
tədqiqatçı  C.Makqanın  fikrincə,  üçdür:  demokratikləşmə,  qloballaşma  və 
modernləşmə. Demokratikləşmə prosesləri reallığa əsaslanan obyektiv elmi təhlil 
və tədqiqatlara ehtiyac yaradır. Qloballaşma prosesləri informasiya inhisarçılığına 
son qoyur. 
Dünya siyasətində oyunçuların sayının kəskin artması qərar qəbulu proseslərini 
saysız amillərin, o cümlədən zaman amilinin təzyiqinə məruz qoyur, ekspert və 
analitik  mərkəzlərin  rəyi  mühüm  əhəmiyyət  kəsb  edir.  Modernləşmə,  müasir 
informasiya inqilabı və kommunikasiya texnologiyalarının görünməmiş inkişafı, 
fövqəlmürəkkəb şəraitdə qərarların qəbulu və reallığa adekvat reaksiya verilməsi 
analitik mərkəzlərə ehtiyac yaradır”.
22
22 http://russ.ru/pole/chto-takoe-mozgovoj-trest-XXI-veka Что такое “мозговой трест” XXI века. Think-
tanks: битва манифестов

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
31
Qloballaşma  proseslərinin  BM-lərin  yaranması  və  inkişafına  aşkar  təsiri 
Şərqi Avropa, Mərkəzi Asiya, Şimal-Şərqi Asiya və Afrika kimi regionlarda daha 
aşkar görünür. Bu bölgələrdə BM-lərin - müstəqil ictimai siyasət institutlarının 
yaranmasına beynəlxalq ictimaiyyətin də dəstəyi hiss edilir. Qlobal BM reytinqinin 
göstərdiyi kimi, əksər BM-lər son illərdə yaranmışdır.
Eyni zamanda, heç kəs təsəvvür edə bilməzdi ki, 2011-ci ildə ABŞ-da “beyin 
mərkəzləri” heç bir başqa ölkədə olmayacaq qədər çox olacaq. Müqayisə üçün 
deyə bilərik ki, belə təşkilatların sayına görə ikinci yerdə duran Çində BM-lərin 
sayı400-dən bir qədər çox, Kanadada isə cəmi 97-dir.
XXI  əsrdə  ABM-lərin  nüfuzunun  artmasına  və  perspektivlərinin  daha  da 
genişlənəcəyinə dəlalət edən amillər müxtəlifdir. Tədqiqatçılar bunu son illərdə 
“beyin mərkəzləri”nin büdcə-maliyyə vəsaitlərinin ildən ilə dəfələrlə artması faktı 
ilə izah edirlər: “Z.Bjezinskinin də çalışdığı“Strateji və Beynəlxalq Araşdırmalar 
Mərkəzi” (CSİS) cəmi on il bundan əvvəl bağlanma təhlükəsi qarşısında idi. Lakin 
bu mərkəz nəinki dirçələ bildi, hətta 2008-ci ildə yeni binasını inşa etmək üçün 33 
milyon dollarlıqtorpaq da aldı. Digər BM - davamlı olaraq Konqres dinləmələrində 
iştirak edən Beynəlxalq Münasibətlər Şurası bir neçə ildə o dərəcədə genişlənib 
ki, Vaşinqtonun mərkəzində 60 milyon dollar dəyəriində olan binaya köçmüşdür. 
Növbəti BM - Amerika Sülh İnstitutu paytaxtın ən görkəmli yerinə köçmək üçün 
180 milyon dollar xərcləmişdir. Son illərdə büdcəsi 50 faiz artan məşhur Brukinqs 
İnstitutu  öz  büdcəsini  ildə  70  milyona  çatdırıb  və  iki  il  əvvəl  Vaşinqtonun 
mərkəzində 19 milyon dollarlıq binaya köçüb. “Bill Geyts və Melinda”Fondu hər 
il analitik-ekspert mərkəzlərinə on milyonlarla dollar vəsait ayırır. Maraqlıdır ki, 
Amerika paytaxtının ən iri BM-lərin yerləşdiyi küçəsi artıq “Think Tank Row, 
yəni “Beyin mərkəzləri” xiyabanı” adını almışdır.
23
Son dövrlərdə BM-lərin maliyyə dəstəyinin artması isə, tədqiqatçılara görə, 
qeyri-adi hesab edilməməlidir. Narahatlıq doğuracaq səbəb o ola bilər ki, sadəcə 
bu meyil yeni və alternativ layihələrin yaranmasını əngəlləyə bilər.
ABM-lərin inkişaf mərhələləri
ABM-lər  öz  inkişaflarında  bir  neçə  mərhələni  keçmişlər  və  hal-hazırda 
dünyada artıq5-ci nəsil institutlarınyaradılmasından danışılır.
-  Birinci nəsil ABM-lər XX ərdə müharibədən sonra yaranmış və əsasən hərbi-
siyasi, ideoloji qarşıdurmada fəaliyyət göstərməyə hesablanmışdı. 
23 Мозговые центры Америки, или как создается политика. 16 апреля 2011 г. Эмма Тополь,Вашингтон//
http://www.svobodanews.ru/content/transcript/3550740.html

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
32
-  İkinci  nəsil  ABM-lər  dünya  ölkələrinin  qlobal  problemlərlə  üzləşdiyi  və 
qarşılıqlı  asılılığın  gücləndiyi  geosiyasi  reallığı  nəzərə  almalı  olmuşdur.  Bu 
dövrdə yaranan ABM-lər üçün qlobal ideologiyaların yaranması uzunmüddətli 
qlobal proqnozların irəli sürülməsi olmuşdur.
-  Üçüncü  nəsil  ABM-lər  ictimaiyyət  və  vətəndaş  cəmiyyətinin  maraqlarını, 
hüquq və azadlıqlarını siyasətin digər subyektləri qarşısında müdafiə etmək və 
dəstəkləmək (“advocacy”) məqsədini daşımışdır. XX əsrin 70-80-ci illərində 
bu qəbildən olan ABM-lər geniş yayılmışdır.
-  Dördüncü nəsil ABM-lər lokal oriyentasiyalı olması ilə fərqlənmişdir. Bunları 
“fikir  fabriki”ndən  daha  çox  əməl,  iş,  fəaliyyət  fabriki  adlandırmaq  düzgün 
olar. Onlar yalnız ideyaları irəli sürmür, həm də ilk növbədə lokal səviyyədə 
ideyaları tətbiq etməyə, işləməyə vadar edirlər.
-  Beşinci  nəsil  ABM-lər  inkişafın  müxtəlif  problemlərinə  dair  yüksək 
peşəkarlığa  malik  mütəxəssislərin  virtual  şəbəkə  birlikləridir.  Bu  nəsil 
şəbəkə  texnologiyalarının  yaranması  ilə  formalaşmışdır.  Fərqli  cəhətləri  - 
şəbəkə texnologiyalarının geniş tətbiqi və virtual ünsiyyət yaratmaqdır. 5-ci 
nəsil ABM-ləri  nəzərə  alsaq,  onda  hazırda  BM-in  tərifi  belə  səslənir: ABM 
qlobal, regional və lokal problemlərə İT-nin tətbiqi ilə beyin həmləsinin təşkil 
edildiyiinteraktiv virtual korporasiyadır.
Qeyd edilməlidir ki, Transmilli Beyin Mərkəzləri Şəbəkəsinin yaranması da 
qeyd edilən 5-ci nəsil modelə daxildir.
“Beyin mərkəzləri”nin siyasi statuslarının qiymətləndirilməsi modeli
Yüklə 7,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin