FƏrhad məMMƏdov tahiRƏ allahyarova



Yüklə 7,64 Mb.
Pdf görüntüsü
səhifə5/24
tarix14.01.2017
ölçüsü7,64 Mb.
#5287
1   2   3   4   5   6   7   8   9   ...   24

Cədvəl . Beyin hücumunda irəli sürülən ekspert təkliflərinin qiymətləndirilməsi 
meyarları  (X.Linston və M.Turoffa görə)
38
Meyar
Qiymətləndirmə 
variantı
Cavablarda verilən təkliflərin təxmini 
xarakteristikası 
Səmərəlilik
Çox səmərəlidir
Müstəqil qərar verilərkən istifadə edilərsə
müsbət nəticəyə malik ola bilər
Səmərəlidir
Digər təkliflərlə birlikdə istifadə edilərsə
müsbət nəticəyə malik ola bilər
Qeyri-səmərəlidir
Mənfi nəticəyə malik ola bilər
Son dərəcə
qeyri-səmərəlidir
Onun reallaşdırılması son dərəcə təhlükəli
nəticələrə gətirə bilər
37 Buradakı Apollon məbədi gələcəkdən xəbər verən kahini ilə (ing.-oracle) məşhur idi. Kahinə təkcə sakinlər
deyil, hakim siyasi elitaların təmsilçiləri də hər hansı problemlərini həll etmək üçün müraciət edirdilər.
38 http://www.academia.edu/2064226/The_Delphi_Method//Harold A. Linstone, Murray Turoff. The Delphi
Method Techniques and Application. 2002.

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
61
Həyata
keçirilməsi
Tam gerçəkləşə bilər
Gerçəkləşməsi üçün heç bir maneə yoxdur
Gerçəkləşməsi
mümkündür
Yenidən işlənmə və müəyyən hissələrin
daha da dəqiqləşdirilməsini tələb edir
Gerçəkləşməməsi
mümkündür
Bəzi məqamlar aydınlaşdırılmayıb,
reallaşdırma zamanı müəyyən çətinliklərin
olması mümkündür
Gerçəkləşməsi tamamilə
mümkün deyil
Təklif işləməyəcək
Mövcud
problemə
yanaşma
dərəcəsi
Çox yüksəkdir
Təklif bir çox qoyulan məsələləri həll edir
Yüksəkdir
Təklif problemə uyğundur, lakin onun
reallaşması ikinci dərəcəli xüsusiyyətə
malikdir
Aşağıdır
Təklifin problemli vəziyyətə təsiri zəifdir,
onun reallaşması prioritetləri çox aşağıdır
Son dərəcə zəifdir
Təklifin problemə heç bir aidiyyəti yoxdur
Təklifə inam
səviyyəsi
Tamdır
Təklifin səhf olması riski azdır, ona daxil olan
bütün nəticələr düzgündür. Son qərar ona
əsaslanmalıdır
Yüksəkdir
Təklifin səhf olması ilə bağlı bəzi risklər
mövcuddur. Təklifdə bəzi əlavə və
dəyişikliklər edilməklə son nəticənin onun
üzərində qurulması arzu ediləndir
Aşağıdır
Təklif risklidir. Son nəticənin onun üzərində
qurulması arzu edilməzdir, lakin buradakı
bəzi ideyaları istifadə etmək olar
Son dərəcə aşağıdır
Təklifin səhf olması ehtimalı çox yüksəkdir
və buna görə də o qəti şəkildə ləğv
edilməlidir

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
62
1.13. Araşdırma və Beyin Mərkəzlərinin statusu: “zəka 
əsgərləri”, “beşinci hakimiyyət”, yoxsa“yumşaq güc”?
Tədqiqatçıların  əksəriyyəti  təsiri  və  nüfuzuna  görə  BM-ləri  “beşinci 
hakimiyyət” (qanunverici, icraedici, məhkəmə və KİV-lərdən sonra) də adlandı-
rırlar. Eyni zamanda, BM-lərin yaranma və inkişaf tarixinə nəzər saldıqda nəzəri 
təhlil nəticəsində onların daha əvvəlki pillələrdə qərar tutduğunu hesab etmək olur. 
Analitik mərkəzlər müasir demokratik siyasi prosesin nüfuzlu ictimai-siyasi 
aktorları (vətəndaş cəmiyyətinin ictimai təşkilatlar və hərəkatlar, təzyiq qrupları, 
həmkarlar ittifaqları və s. kimi institutları) ilə yanaşı, “üçüncü sektor”un ayrıl-
maz  hissəsi  hesab  olunur.  Beləliklə,  aşağıdakı  suallar  aktuallıq  qazanır:  “Be-
yin mərkəzləri”nin əsl statusu necədir? Onların statusunun yüksəldilməsi üçün 
hansı imkanlar və məhdudiyyətlər mövcuddur? Statusun inkişaf perspektivləri 
necədir?  Müəyyənqənaətəgəlmək  üçün  ilk  növbədə  metodoloji  xüsusiyyətli 
aspektləri nəzərə almaq zəruridir. Birincisi, analitik mərkəzlərin statusu bu və 
ya digər mərkəzin malik olduğu resursların (nüfuz və simvolik aspekti də əhatə 
edən kapital anlayışının bütün mənaları) həcmindən asılıdır. Analitik mərkəzlərin 
malik  olduqları  kapitalın  həcminin  və  həmin  kapitalın  əldə  edilməsi  üçün 
istifadə edilən strategiyanın təhlili əsasında bu mərkəzlərin real siyasi statusunu 
qiymətləndirmək olar. Bununla belə, bu strukturun real statusu öz mahiyyətinə 
görə müxtəlif ölkələrdə bir-birindən fərqlənir. Bu baxımdan müxtəlif məkanlarda 
və  səviyyələrdə  (lokal,  regional,  qlobal)  “beyin  mərkəzləri”nin  əsl  statusu  və 
rolununmüqayisəli  təhlilinin  nəticələri  müxtəlif  tədqiqatçılar  tərəfindən  real-
lığa  söykənərək  ya  təsdiq,  ya  da  inkar  xarakterli  fərziyyə  (hipoteza)  şəklində 
müəyyənləşdirilə bilər. 
Qərbdə  (xüsusilə ABŞ-da)  analitik  mərkəzlər  tarixən  formalaşmış,  tədricən 
yeni aspektlər kəsb etmiş mühüm statusa malikdirlər və siyasi idarəetmə prosesinə 
əhəmiyyətli dərəcədə təsir edirlər. Bununla müqayisədə, məsələn, milli məkandakı 
mərkəzlər öz qərbli “həmkarları”na nisbətən az kapitala (müvafiq olaraq, mad-
di  və  sosial)  malikdirlər.  Analitik  mərkəzlərin  siyasi  proseslərə  təsir  dərəcəsi 
məsələsində müqayisə üçün əsas kimi ABŞ təcrübəsi bu cür mərkəzlərin “etalon-
larını” (ideal tiplərini) təmsil edir. 
1.14. Araşdırma və Beyin Mərkəzlərinin siyasətin intellektu-
al təminatının digər subyektlərindən fərqli cəhətləri
İctimai  siyasət  institutları,  vətəndaş  cəmiyyəti  qurumları,  dövlət  və  qeyri-
dövlət  yönlü ABM-ləri:  onların  fərqli  və  oxşar  cəhətləri  nədədir?    Bu  fərqləri 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
63
müəyyən  etməkdə  problem  yaradan  bir  məsələ  BM  anlayışının  digər  ictimai 
birliklərdən  -  nə  dövlətdən,  nə  də  özəl  sektordan  asılı  olmayan  qurumlardan 
fərqini  vurğulayan  normativ-hüquqi  sənədin  və  tədqiqatların,  digər  məsələ  də 
qeyri-hökumət  təşkilatları  (QHT),  assosiasiyalar,  vətəndaş  cəmiyyətinin  statusu 
və standartları haqqında dəqiq mövqelərin olmamasıdır. 
Bütün  dünyada  ABM-lərin  “bumu”  vətəndaş  cəmiyyəti  təsisatlarının  (3-
cü sektorun, yəni nə dövlətdən, nə də özəl sektordan asılı olmayan qurumların)  
sürətli inkişafı ilə üst-üstə düşmüşdür. Bu, xüsusilə sosial-iqtisadi. siyasi prosesləri 
təhlil  edən  QHT-lərə  aiddir.  Dərindən  təhlil  edildikdə  QHT-lərin  fəaliyyətində 
ABM funksiyalarına bənzəyən çoxlu analogiyalar müşahidə etmək olar. Onların 
əksəriyyyəti  milli əhəmiyyətə malik olan konkret problemlərlə məşğul olur. Lakin   
müxtəlif  səbəblərdən  dövlət  siyasətinin  formalaşmasına  təsir  etmək  imkanına 
malik deyillər. Hər iki növdən olan qurumların yaranmasının səbəbləri, fəaliyyəti 
və strukturunun hərtərəfli təhlili onların identikləşdirilməsi üçün əsas açar rolunu 
oynayır.
ABM-ləri ümumi vətəndaş cəmiyyəti, ictimai siyasət institutları kontekstində 
təhlil etmək olar. Belə ki, ABM-lər də vətəndaş cəmiyyəti kimi ictimai siyasət 
institutlarıdır.  Eyni  zamanda,  onarın  fərqli  cəhətləri  olmasaydı,  dünyada  bu  
institutlar ayrıca funksiya və statusa malik olmazdılar.
Burada  bir  mühüm  məqam  da  qeyd  edilməlidir:  ABM-lərin  tipologiya  və 
təsnifatında  akademik,  tədqiqatçı,  dövlət,  kommersiya,  ideoloji  və  ictimai 
analitik mərkəzlər kimi növləri fərqləndirilir. Qeyri-hökumət təşkilatları ailəsinə 
daxil  olan  mərkəzlər  burada  ictimai  analitik  mərkəzlərə  aiddir.  Bu  mərkəzlər 
sosial, ekoloji, hüquq-mühafizə, gender, vətəndaş hüquqları, istehlak hüquqları və 
s. ictimai ideyalara işləyir və xidmət edirlər. Burada siyasi deyil, sosial (ictimai) 
ideyanın vurğulanması fərq məsələsinə xeyli aydınlıq gətirir.
Siyasi subyektlər dedikdə məhz ölkənin siyasi inkişafına və siyasi proseslərə 
təsir edə bilən, eyni zamanda qanunveriiliklə buna səlahiyyəti olan  subyektlərdən 
söhbət gedir. Buraya konkret olaraq, siyasi partiyalar, təzyiq qrupları, kommersiya, 
media və s. aktorlar daxildir. “Beyin mərkəzləri” siyasi sistemin daha səmərəli 
fəaliyyətini  təmin etməkdə iştirak edirlər.
Burada iki cəhət - ictimai-siyasi fəallıq və özünü, fəaliyyətini təmin edə bilən 
resurslar  mühüm  yer  tutur.  Yalnız  donor  və  qrantlardan  asılı  olan  mərkəzlər 
müstəqil  fəaliyyət  qura  bilmirlər.  Təsadüfi  deyil  ki,  yerli  məkanda ABM-lərin 
intensiv  inkişafı  dövlətin  bu  sahənin  inkişafını  prioritet  hesab  etməsi  ilə  eyni 
vaxtda  baş vermişdir.
İnstitutsional yanaşmada araşdırma mərkəzlərinin bütün meyarlar üzrə olmasa 
da  əksər  sahələrdə  işini  müfaviq  ideal  tiplərə  uyğun  qurması  məlum  olur.  Bu 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
64
özünü həm də hansı tədqiqat metodlarının və texnologiyaların tətbiq edilməsində, 
mərkəzin hansı subyektlə identikləşdirilməsində də göstərir.
Vətəndaş  cəmiyyətinin  təkamülünə  tarixi  yanaşma  göstərir  ki,  onun  tarixi 
tiplərinin tədqiqi bu sosial fenomenin zamanın gedişatında dinamik dəyişikliyə 
uğrayan  məzmuna  malikdir.  Buradan  belə  bir  nəticə  çıxır  ki,  informasiya  və 
biliyə əsaslanan cəmiyyətdə vətəndaş cəmiyyətinin mənası yeniləşməli, onun əsas 
funksiyaları sırasında kreativlik və sosial təşəbbüslərin irəli sürülməsi həlledici 
yer tutmalıdır. Bütövlükdə vətəndaş cəmiyyətinə dair indiyə qədər mövcud olan 
tərifləri birləşdirən ümumi cəhət, eləcə də onun fəaliyyətinin qanunverici əsasları  
mahiyyətcə belə səslənir: vətəndaş cəmiyyəti  siyasi mübarizənin subyekti  deyil 
və  ola  da  bilməz.  Əgər  vətəndaş  cəmiyyəti  institutları  müvafiq  problemlərin 
həllinin fövqünə qalxarsa, o zaman “vətəndaş” adlana bilmir və siyasi institutlara 
çevrilirlər.
39
Bununla belə, tədqiqat göstərir ki, siyasi elita ilə birbaşa əlaqələr qurmadan da 
ABM kimi fəaliyyət göstərmək, nüfuz və statusunu saxlamaq mümkündür. Daha 
doğrusu,  o  halda  mümkündür  ki,  mərkəz  öz  tədqiqat  istiqamətlərini,  maliyyə 
mənbələrini şaxələndirə bilir, fəal marketinq və informasiya siyasəti aparır. Belə 
mərkəzlərə ehtiyac çoxdur. 
ABM-lər  vətəndaş  cəmiyyəti  institutlarından  maliyyə  mənbəyinə  və  kadr 
resurslarına görə də fərqlənirlər. Qərbdə BM-lərin maliyyələşmə mənbəyi kimi 
xüsusi  fondlar  (endowmentlər)  mövcuddur.  Kadr  korpusuna  gəldikdə  isə  ideal 
“beyin  mərkəzi”ndə    əməkdaşların  sayının  çox  olmaması  məqbul  hesab  edilir. 
Digər  tərəfdən,  məsələn,  məşhur  “RAND  korporasiyasında  1600-ə  yaxın 
əməkdaş çalışır. Onun faktiki  büdcəsi 10-12 milyard dollar təşkil edir.
40
 Yaxud 
daimi əməkdaşlarının sayı 150-yə yaxın olan Brukinqs İnstitutu əlavə tədqiqatçıları 
da cəlb etdiyi üçün hər il onun fəaliyyətində 275 nəfər iştirak edir. İnstitutun illik 
büdcəsi isə 200 milyon dollardan artıqdır.
41
BM-ləri  araşdırma  istiqamətlərinə  görə  fərqlənir  və  istənilən  BM  özünün 
fəaliyyəti  ilə  cəmiyyətin  və  siyasi  elitanın  diqqət  mərkəzində  olmaq  istəyir. 
Bu  da  mərkəzlərin    tədqiqatlarını  müəyyən    mövzular  üzrə  aparmasını  və  bu 
39 Bu barədə bax: Rich A. Think Tanks, Public Policy, and the Politics of Expertise. Cambridge. Cambridge
University  Press,  2004.  Research  Organizations  in  the  World.  Philadelphia.  2007  //    http://www.fpri.
org/research/  thinktanks/  mcgann.globalgotothinlctanks.pdf;    Johnson  Erik  C.  How  Think  Tanks  Im-
prove  Public  Policy.  Economic  Reform  Today.  Ideas  into  Action:  Think  Tanks  and  Democracy.  Num-
ber  3,    1996  //  http://www.cipe.org/publications/  fs/ert/e21/priE21.htm;  Pимский  В.  Сунгуров  А.
«Фабрики  мысли»,    центры  демократии  и  центры  публичной  политики  //  “Фабрики  мысли”  и
центры публичной политики: международный и первый российский опыт. Сборник статей. Под
редакцией Сунгурова А.Ю. Спб.
Норма. 2002, c. 6-30.
40 www.rc-analitik.ru 
41 http://www.voltaire.ru/v-fokuse-sobyitiy/article129238.html

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
65
sahədə  ixtisaslaşmasını  şərtləndirir. Adətən,  klassik,  fəaliyyətinin  uzunmüddətli 
tarixinə malik olan BM-lər dövlət həyatının, demək olar ki, bütün sahələri üzrə 
tədqiqatlar aparırsa, son illərdə təşəkkül tapan mərkəzlər konkret istiqamətlər üzrə 
ixtisaslamaya üstünlük verirlər. Bu, gərəkli olsa da uzunmüddətli perspektiv üçün 
uğurlu model deyil. Belə ki, hər hansı problem istiqamətə maraq azaldığı halda 
həmin mərkəzlər resurs çatışmazlığından fəaliyyətlərini dayandıra bilərlər. 
“Beyin  mərkəzləri”nin  dövlət  orqanları,  rəsmi  bürokratiya  və  siyasi 
institutlardan fərqi ondadır ki, onlar:
•  daha çox gələcəyə oriyentasiyalı təqiqatlar apara bilirlər;
•  standart sterotiplərdən fərqli olaraq siyasi problemləri innovativ  konfiqurasi-
yada qoya və həll edə bilirlər;
•  ümumi məqsəd naminə tərəfdaşları ilə birləşə bilirlər;
•  bürokratik baryerləri dəf edərək operativliyi təmin edə bilirlər;
•  qlobal siyasi problemləri kompleks əhatə edərək lokal məhdudluğu aşa bilirlər;
•  siyasi təhlil sahəsində ekspertləri daha tez cəmləyə və cəlb edə bilirlər.
Yuxarıda qeyd edildiyi kimi, ABM-nin əsas xüsusiyyətlərindən biri də onların 
təmsil  etdikləri  dövlətin  milli  maraqlarına  xidmət  etməsidir.  Dünyanın  heç  bir 
ölkəsində  ciddi  hesab  edilən  “beyin  mərkəzi”  dövlətin  milli  maraqlarına
zidd olan məsələlərlə məşğul olmur. Yaxud tam əsasla demək olar ki, “beyin
mərkəzləri”nin  yaranmasının  əsas  səbəblərindən  birincisi,  onların  dövlətin  
nüfuz  və  maraqlarına,  strateji  mövqelərinin  möhkəmlənməsinə  dəstəkçi  olmaq 
olmuşdur.
Digər cəhət BM ilə digər ictimai siyasət institutlarının tətbiq etdikləri fərqli 
tədqiqat və iş metodlarında müşahidə edilir.
1.15. Dövlət  yönlü ABM-ləri: bəzi mühüm cəhətlər və 
xüsusiyyətlər
Dövlət  və  qeyri-dövlət  yönlü  ABM-ləri  arasında  fərqli  və  oxşar  cəhətləri 
barədə  nisbətən  təsəvvürlər  mövcud  olsa  da,  daha  bir  məsələyə  də  aydınlıq 
gətirilməsi  də vacibdir: dövlət yönlü hesab edilən araşdırma mərkəzləri özləri bir-
birindən  hansı cəhətlərlə fərqlənir? Dövlət yönlü, büdcədən maliyyələşən elmi-
tədqiqat  institutlarının  və  rəsmi  dövlət  strukturları  nəzdində  fəaliyyət  göstərən 
analitik şöbə və idarələrlə, ənənəvi başa düşülən araşdırma və beyin mərkəzlərinin 
fəaliyyətində fərq nədən ibarətdir? 
Yaxud başqa bir sual: Milli Elmlər Akademiyası nəzdində mövcud olan  və 
digər  strukturlarda  fəaliyyət  göstərən  humanitar  və  ictimai  profilli  bütün  elmi-

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
66
tədqiqat  institutları  ABM  hesab  edilə  bilərmi?  Bu  sualların  birmənalı  cavabı 
yoxdur  və onlara hər hansı ədəbiyyatda cavab tapmaq da mümkün deyil. Bununla 
belə bəzi məqamları qeyd etməyə cəhd edək. 
Siyasi  təhlil  və  araşdırma  subyektləri  müxtəlif  meyarlara  malikdir.  Bu 
meyarlara bələd olmaq onların daha uğurlu təsnifatını və identikliyini müəyyən 
etməyə imkan yaradır. İlk əvvəl isə bu təşkilatların özlərini beyin mərkəzləri kimi 
identikləşdirmək istəyini ortaya qoymasına, aşağıda qeyd edilən bir sıra məqamlara 
diqqət yetirməsinə, fəaliyyətini onlara uyğun qurmasına diqqət verilməlidir. 
  
Məlum olduğu kimi, hər il işıq üzü görən  Qlobal Beyin Mərkəzləri reytinqində  
büdcədən maliyyələşən dövlət yönlü elmi-tədqiqat institutları və universitetlər də  
əksini  tapır.  (məs,  Çin  Xalq  Respublikası  EA-nın  elmi  tədqqiat  institutları,  RF 
EA  Dünya  İqtisadiyyatı  və  Beynəlxalq  Münasibətlər  İnstitutu,  Moskva  Dövlət 
Beynəlxalq Münasibətlər İnstitutu və s.).
Digər tərəfdən, bu reytinqdə rəsmi dövlət strukturları nəzdində olan analitik 
qurumların adına  rast gəlinmir. Halbuki beyin mərkəzlərinin yaranma tarixindən 
bəhs edilən bölmədə  qeyd etdik ki, F.Ruzvelt tərəfindən yaradılan (dövlət yönlü-
kursiv bizimdir) “beyin tresti” bütün tədqiqatçılar tərəfindən ABM kimi vurğulanır. 
Bu  baxımdan    analoji  qurumların  fəaliyyətinin   ABM-nə  verilən  tələblərə  tam 
uyğun gəlməsinə şübhə yoxdur. Söhbət yalnız bu qurumların fəaliyyətinin nəticəsi 
olan analitik məhsulun özünəməxsus təyinatından gedir.
Dövlət strukturları nəzdində analitik bölmələrin fəaliyyətini təhlil edən kanadalı 
alim  L.Pal,  həmçinin  amerikalı  politoloq  alimlər  D.Veymer  və  A.Fayninqin 
tədqiqatlarında müəyyən məqamlar yer almışdır.
 Tədqiqatçıların  fikrinə    görə,  siyasi  hakimiyyətin  analitik  strukturları–ilkin 
siyasi təhlil subyektləridir. Rəsmi dövlət strukturları nəzdində olan analitik qurumlar 
yalnız hakimiyyət üçün çalışan orqanlar olmayıb, həm də dövlətçiliyə xidmət edən  
təşkilati strukturun ayrılmaz tərkib hissəsidir. Buraya daxil olan analitik kadrlar 
ştatı dövlət qulluqçusu statusunu daşıyır və qərarların analitik dəstəklənməsi kimi 
mühüm funksiyanı yerinə yetirir. Eyni zamanda heç də bütün şöbələr mütləq olaraq 
analoji funksiyanı yerinə yetirmir. Onlar  haqqında danışarkən tərkibində olduqları 
strukturlrın  müvafiq  alt-qrupları  fərqləndirilməlidir.  Adı  çəkilən  tədqiqatçılar: 
D.Veymer və A.Fayninq  araşdırma aparmaqla bu cür bölgünü müəyyən etmiş və 
aşağıdakı kimi təsnifləşdirmişlər:
1.  Prezident  analitik  xidmətləri,  həmçinin,  ABŞ  prezidenti  tərəfindən  qəbul 
edilən  qərarların  analitik-informasiya  dəstəklənməsini  həyata  keçirən  Milli 
Təhlükəsizlik Şurası və Daxili Siyasətlə bağlı Şura; 
2.  ABŞ-da nazirliklərin funksiyasını yerinə yetirən müxtəlif federal agentliklərə 
inteqrasiya olunmuş analitik strukturlar; 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
67
3.  Parlamentin analitik xidmətini təmin edən  analitik qruplar.
42
Belə  bir  təsnifləşdirmə  müəlliflərin  fikrinə  görə  bu  və  ya  digər  ölkənin 
siyasi  sistemi  və  modelindən  asılı  olaraq  fərqli  ola  bilər.  Məsələn,  parlamentli 
respublikalarda  prezident  yoxdur  və  buna  uyğun  olaraq  prezident  analitik 
strukturları  da  mövcud  deyil.  Lakin  bütövlükdə  analitik  alt-bölmələrdən  ibarət 
olan hakimiyyət orqanları əsasında aparılan bölgü daha doğru yanaşma kimi qəbul 
edilə bilər. 
Amerikalı  politoloqların  fikrinə  görə,  siyasi  təhlilin  digər  subyektlər  qrupu   
iri akademik elmi-tədqiqat institutlarıdır. Bu anlayış bizi dövlət yönlü akademik 
elmi strukturların siyasi təhlildə yeri probleminə qaytarır. D.Veymer və A.Vayninq 
prinsipcə yeni təhlil metodlarının işlənməsi və təcrübədə istifadəsi ilə məşğul olan 
strukturları fikir fabriklərinə aid edirlər.
Yuxarıda və müəyyən ədəbiyyatda qeyd edilənləri ümumiləşdirərək aşağıdakı 
dövlət yönlü siyasi təhlil subyektlərini fərqləndirmək olar: 
-  dövlət-hakimiyyət  strukturlarının  analitik  şöbələri,  alt-bölmələri  (bu  alt-
bölmələr daxil olduqları və çalışdıqları müəyyən hakimiyyət orqanından asılı 
olurlar); 
-  büdcədən  maliyyələşən  iri  tədqiqat  mərkəzləri,  (bu  mərkəzlər  analitik 
metodların  işlənməsi  və  tətbiqi,  siyasi  tədqiqatlarda  istifadəsi  ilə  məşğul 
olurlar); 
 -  nəhayət, həmin strukturların sifarişi ilə işləyən ödənişli analitik mərkəzlər (bu 
mərkəzlər arasında   siyasi prosesin konkret subyekti ilə bağlı olanlar və yaxud 
eyni zamanda bir neçə sifarişçi ilə işləyənlər fərqləndirilir). 
43
Elmi-tədqiqat  institutlarının  apardığı  araşdrmaların  məzmununda  nəzəri  və 
yaxud tətbiqi politoloji araşdırmaların nisbəti onların ABM kimi identikləşməsində 
ən mühüm meyarlardan biridir. 
“Delfi  metodunu  hazırlayan,  dövlət  tərəfindən  maliyyələşən  “RAND 
Korporasiyası” belə bir elmi-tədqiqat müəssisəsinin nümunəsi kimi çıxış edir. Bu 
tipli elmi birliklər həqiqətən də siyasi təhlilin əhəmiyyətli subyektləridir, lakin heç 
də bütün akademik və universitet strukturları belə tədqiqatlar aparmır və müvafiq 
olaraq  mexaniki şəkildə  beyin mərkəzi hesab edilə bilməzlər”.
44
Bu  baxımdan  ən  qısa  şəkildə  bu  araşdırma  formalarının  fərqli  cəhətlərini 
yada salmaq lazım gəlir. Nəzəri politoloji araşdırmanın subyektləri ilk növbədə 
42 Weimer D., Fining A. Policy Analysis: Concepts and Practice. Englewood Cliffs, 1992.P. 9-12.
43  (Ətraflı  bax:  Процесс  принятия  внешнеполитических  решений:  исторический  опыт  США,
государства Израиль и стран Западной Европы / О.А. Колобов, А.А. Корников, А.С. Макарышев, А.А.
Сергулин. Н. Новгород, 1992. С. 25; Симонов К.В.Политический анализ: Учебное пособие. М.: Логос,
2002, 152 с.: C.52
44  Макарышев  А.С.  Система  внешнеполитического  планирования  и  анализа:  опыт  США  //
Международная экономика и международные отношения. 1994. № 12.

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
68
alim-politoloqlar,  onların  özünəməxsus  birliklərindən  ibarət  olan  iri  universitet 
və  institutlardır.  Tətbiqi  siyasi  təhlil  və  araşdırmalar  əsasən  adətən  ya  sərbəst 
qurumlar  kimi  funksiyalaşan,  ya  da  dövlət  strukturlarına  daxil  olan  analitik 
mərkəzlər tərəfindən həyata keçirilir 
Nəzəri  siyasi  araşdırmaların  əhəmiyyətini  və  rolunu  qətiyyən  azaltmayaraq 
belə  qənaətə  gəlmək  olar  ki,  tətbiqi  siyasi  araşdırma  və  təhlil  konkret  elmi 
xüsusiyyətlərə malikdir. Bu və digər cəhətlərinə görə  “siyasi təhlil” deyiləndə  
əsasən məhz tətbiqi təhlil nəzərdə tutulur. Siyasi təhlilin iki tipi arasında dəmir 
sədd mövud deyil. Bu ABM-nin fəaliyyətində mühüm yer tutan “siyasi təhlilin”
mahiyyətinin  dərk  edilməsi  ilə  bağlı  olub,  onun  özünəməxsusluğunu  daha
dəqiq ifadə edir.
 
Cədvəl. Nəzəri və tətbiqi araşdırmaları fərqləndirən prinsiplər
Müqayisə meyarları Nəzəri araşdırmalar 
Tətbiqi   araşdırmalar
Məqsəd
Siyasi həyatın
funksiyalaşması və
mexanizmlərinin
aşkarlanması
Siyasi aktorlar qarşısında
duran konkret və kəskin
aktual problemlərin həll
edilməsi
Obyekt
Məkan-zaman hüdudu
ilə konkret məhdudlaş-
dırılmayan siyasi
proseslər
Konkret məkan-zaman
parametrlərinə bağlı olan,
mövcud siyasi təcrübədən
doğan problemli vəziyyətlər
Siyasi prosesdə
iştirak
Daha çox əvvəldən
müəyyən edilmiş
Daha çox emercent (qəfil),
qeyri-müəyyən, şəraitdən
asılı olaraq dəyişən
Subyekt
Xüsusi elmi birliklərdə
(universitet və elmi
tədqiqat institutlarında)
cəmləşən alimlər, kadrlar
İxtisaslaşmış mərkəzlərdə
və dövlət strukturlarında
işləyən analitiklər, mühüm
təcrübəyə malik sabiq dövlət
rəsmiləri, vəzifəli şəxslər və s.
Vasitəçi subyekt
(sifarişçi)
Sosium (cəmiyyət)
Siyasi aktorlar (qərar qəbul
edən şəxslər və s.)

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
69
1.16. Araşdırma və Beyin Mərkəzlərinin fəaliyyətinin və 
maliyyələşməsinin hüquqi-qanunverici əsasları. 
Dünya təcrübəsi
Hüquqi  statusuna  görə  beyin  mərkəzləri  qeyri-kommersiya  təşkilatları 
sayılsalar  da,  stabil  maliyyələşmə-onların    hər  birinin  əsas  problemidir.  Çünki 
maliyyə qayğılarından azad olmaq  bazar iqtisadiyyatı şəraitində onların inkişafını 
təmin etməyin əsas şərtlərindəndir. 
BM-nin  fəaliyyətinin  əksər  aspektləri  hələlik  “İctimai  birliklər”  haqda 
qanunla,  digər  aspektlər  “Qeyri-kommersiya  təşkilatları  haqda”,“Siyasi 
partiyalar  haqda”,“Məqsədli  uzunmüddətli  fondlar  (endoumentlər)  haqda”, 
“Vergi qanunvericiliyi haqda” qanunlar və s. tənzimlənir. Dünyanın demək olar 
bütün ölkələrində fondların yaranmasını nəzərdə tutan qanunlar mövcuddur. Bu 
özü  də  müəyyən  araşdırma  fondlarının  təsis  edilməsinə  şərait  yaradır.  BM-nin 
maliyyələşməsində özəl müəssisələr, fondlar, hökumət idarələri, siyasi partiyalar 
və s. iştirak edirlər.
BM-nin  fəaliyyətini  tənzimləyən  ictimai  birliklər  haqqında  mövcud 
qanunvericilik  onların  büdcəsini  yalnız  öz  qüvvələri  əsasında,  öz  məhsullarını 
reallaşdırmaqla təmin etməyi qeyri-mümkün edir. Bu həm də ona görə mümkün 
deyil ki, analitik mərkəzlərin öz məhsulu ilə bazara çıxması onu avtomatik olaraq 
kommersiya  (profit- mənfəətli) təşkilatına çevirir. Bu və ya başqa səbəblərdən 
BM-ri  hələlik  maliyyə  mənbəyini  daha  çox  daxildə  deyil,  xaricdə  axtarıb  tapa 
bilirlər. Vətəndaş cəmiyyətinin hesabatlarından bunu aydın görmək olar.
ABŞ təcrübəsi
Amerikada BM-nin yaranmasında ilk vaxtdan dövlət strukturları, hüquqşünas 
və  qanunverici  orqanların  təmsilçiləri  iştirak  edib.  Qeyd  edildiyi  kimi ABŞ-da 
BM-nin  çiçəklənməsi  XX  əsrin  70-ci  illərində  ABŞ  məhkəməsini  Ali  Hakimi 
Lyuis  Pauelin  Ticarət  Palatasına  belə  mərkəzlərin  yaradılması  üçün  maliyyə 
ayrılması  üçün məktubla müraciət etməsindən sonra baş vermişdir.
Xüsusilə  qeyd  etmək  yerinə  düşərdi  ki,  Federal  Qanunl  əsasən  ABŞ-da   
Beyin Mərkəzləri Konqresdə qanunvericilik təşəbbüsü ilə çıxış etmək hüququna 
malikdirlər.  Federal  Qanun      Araşdırma  və  beyin  mərkəzlərinə  mövcud  olan 
qanunvericiliyin və hətta Konstitusiyanın  hər hansı bir maddəsinə əlavələr etmək, 
yaxud  da  yeni  qanunvericilik  təşəbbüsü  layihəsi  ilə  Konqresə  müraciət  etmək  
hüququnu verir. Belə layihə olarsa, o Konqresdə gündəliyə salınır və  müzakirə 
edilir. 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
70
Konstitusiyanın və ya mövcud qanunvericiliyin hər hansı bəndinə düzəlişlər 
edilməsi imkanı ABŞ-da bir çox beyin mərkəzlərinin siyasi proseslərdə ciddi və 
geniş tətbiq edilən iştirak mexanizmi kimi tətbiq edilir. Üstəlik də partiya beyin 
mərkəzləri  bu hüquqdan birbaşa və ya  dolayısı ilə istifadə edə bilərlər. “Dolayısı 
ilə”  dedikdə,  yeni  təşəbbüsün  və  ya  konkret  qanun  layihəsinin  müraciət  deyil, 
beyin  mərkəzinin  məncub  olduğu  partiyanın  üzvü  olan  konqresmen  tərəfindən 
səsləndirilməsi    nəzərdə  tutulur.  Həm  də  bu  zaman  beyin  mərkəzləri  yalnız 
partiya statusuna aid olan deyil, geniş məsələlər haqda təşəbbüs irəli sürə bilərlər. 
(Məsələn  “Katon  İnstitutu”  beyin  mərkəzi  Konqresə  balanslaşdırılmış  büdcə 
Layihəsini təqdim edib və həmin layihəyə baxılır).
Bundan  başqa  ABŞ-da  Konqreslə  tədqiqat  mərkəzləri  arasında    vasitəçi 
funksiyasını  yerinə  yetirən  Agentlik    mövcuddur. Araşdırma    mərkəzi    və  ya 
mərkəzləri  assosiasiyası  büdcə  vəsaiti  hesabına  hər  hansı  bir  tədqiqat  həyata 
keçirmək istəyirsə, həmin Agentliyə sorğu göndərir. Agentliyin təqdimatı ilə ABŞ 
Konqresinin xüsusi komissiyası 3 gün ərzində  tədqiqatın həyata keçirilməsi üçün  
maliyyə ayrılıb-ayrılmamasını əsaslandırır. Bu ümumən qəbul edilmiş  praktika 
olub, qanunla da təsbit edilmişdir. və lobbist xarakter daşıyır.
ABŞ-da  qeyri-kommersiya  təşkilatları  (non-profit-mənfəət  almağı  və  onu 
iştirakçılar  arasında  bölməyi  qarşısına    məqsəd  qoymayan  hüquqi  şəxslər) 
milyardlarla dollar dəyərləndirilən fəaliyyət həyata keçirsələr də qanunvericiliklə 
vergidən azad edilmişdir. ABŞ-da qeyri-dövlət təşkilatlarının fəaliyyəti  Maliyyə 
Uçotunun  Standartları(FASB),  eləcə  də  İnzibati  və  Büdcə  İdarəçiliyi  (ОМВ) 
tərəfindən hazırlanmış qaydalarla  tənzimlənir.Dünyada ən çox bu qəbildən olan  
təşkilatlar da Amerikadadır. Bu gün sivilizasiyada informasiya inqilabı yaradan  
ideya və texnologiyalar məhz bu cür qeyri-kommersiya təşkilatlarında yaradılıb.
İstər Amerikada, istərsə də Almaniyada və ya başqa inkişaf etmiş ölkələrdə  
beyin mərkəzlərinin inkişafında sıçrayış yaradan, təkan verən məqamlardan biri-
immiqrasiya  haqda  qanuna  əlavələr  edilməsidir.  Bu  qanunlar  xarici  alimlərə, 
beyin mərkəzləri əməkdaşlarına gəlib ailələri ilə birlikdə maddi təminat da nəzərə 
alınmaqla  heç  bir  problem  olmadan  işləməyə  və  araşdırma  ilə  məşğul  olmağa 
hüquq verir. 
Beyin Mərkəzlərnin maliyyələşməsində fondlar (endoument/trastlar) müstəsna 
yer tutur. Paradoks bundan ibarətdir ki, bəzi fondlar həm donor, həm də “beyin 
mərkəzi” kimi fəaliyyət göstərir. Qlobal reytinqdə beyin mərkəzi kimi əks edilir. 
Onlardan ABŞ-ın Ford, Soros,  Makkartur,  Karnegi,  Knight, King, Almaniyanın- 
partiya yönlü: Konrad Adenauer, Fridrix Ebert, Fridrix Nauman fondları bütün 
dünyada  donor  təşkilatlar  kimi  tanınır.  Burada  deyildiyi  kimi,  “Fondlar  haqda 
qanunun” qəbul edilməsi mühüm rol oynayır. Onlar  həm daxili, həm də xarici 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
71
donorlar  qismində  çıxış  edirlər.  Xarici  maliyyə  mənbələri  sırasında  ən  çox–
Amerikanın USAID, USIA, NED və Qərbi Avropanın TACIS, EIDHR fondları 
var.  Təsadüfi  deyil  ki,  mövcud  olduğu  ilk  illərdə  analitik  mərkəzlərin  böyük 
əksəriyyəti beynəlxalq fondların qrantlarından və Dünya Bankı (WB), BMT-nin 
İnkişaf  Proqramı  (UNDP), Amerikanın  Beynəlxalq  İnkişaf Agentliyi  (USAID) 
və  Böyük  Britaniyanın  Beynəlxalq  İnkişaf  üzrə  Departamenti  (DFID)  kimi  iri 
təşkilatlarla ikitərəli müqavilələr vasitəsi ilə maliyyələşmişlər. Beyin mərkəzlərinin 
maliyyələşməsinə daha bir  yeni- innovasion yanaşma bütün dünyada tətbiq edilən 
haldır. Onun əsas mexanizmi: müsabiqə və sosial sifarişlərdir. 
Qeyd  edildiyi  kimi,  beyin  mərkəzləri  özləri  nəhəng  kapitala  malik  olan  
fondlara (trusty) malik olurlar və bu halda  onların dövlət maliyyəsinə ehtiyacları 
olmur. 
Bəzi hallarda bu fondlar  müxtəlif məqsədlərlə  küllü məbləğdə-100 minlərlə 
dollar vəsaiti şəffaflıq olmadan müvafiq beyin mərkəzlərinə ayırırlar. Bunun da 
vergidən  yayınmasına  və  büdcənin  mənimsənilməsinə  sərf  edildiyi  bəhs  edilən 
ölkədə hazırda geniş müzakirə mövzusudur.
45
 
 Amerikada ABM-nin maliyyələşməsi barədə təsəvvür əldə etmək üçün onların 
büdcələrini ümumi mənzərəsinə nəzər salmaq faydalı olar. 
RAND  Korporasiya  və  bir  sıra  başqa  beyin  mərkəzləri  birbaşa  Konqres 
tərəfindən maliyyələşir və hələ ötən əsrin 60-cı illərindən  hər il onlara  300 milyon 
dollar vəsait ayrılır.  Korporasiyanın illik büdcəsi — 110 milyon dollar, faktiki  
büdcəsi 10-12 milyard dollar təşkil edir.  RAND-ı maliyyələşdirən təşkilatlatlar 
arasında ABŞ hökuməti ilə yanaşı-Yaponiya və Böyük Britaniya Hökumətləri də 
var. Yaxud Brukinqs İnstitutunun illik büdcəsi 60 milyon, faktiki büdcəsi isə 200 
milyon dollardan artıqdır. Urbanistika İnstitutunun (Urban Institute)-55 milyondur. 
Yuxarıda qeyd edildiyi kimi, Harvard Universitetinin büdcəsi, bir çox dövlətlərin 
illik büdcəsindən çox olub 34.9 milyard ABŞ dollarıdır.  
Avropa
Başqa inkişaf etmiş ölkələrdə də beyin mərkəzlərinin fəaliyyəti üçün əlverişli 
şərait və qanunvericilik bazası mövcuddur.
Almaniyada  maliyyələşmə  mənbələri  olduqca  rəngarəng  olub  ənənəyə 
çevrilmişdir.
Bir  sıra  Mərkəzi  və  Şərqi  Avropa  ölkələrində  “1  faiz  qaydası”nda  
45  http://my.firedoglake.  com/rebekahwilce/2013/04/  04/state-policy-  network-the-right-wing-think-
tanks-spinning-disinformation-and-pushing-the-alec-agenda-in-the-states/Hundreds  of  Thousands  of
Dollars Distributed to Right Wing State Think Tanks without Disclosure By: New Resource Details “Think
Tanks” Tanking Americans’ Rights

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
72
subsidiyalaşdırmanı  bir  forma  kimi  tətbiq  edilir.  Yerli  bələdiyyə  və  idarəetmə 
orqanlarının dövlət büdcəsindən aldığı  vəsaitlərin bir qisminin sosial sifarişlərə 
və xidmətlərə xərclənməsi  mexanizmləri işlənib həyata keçirilir.
2007-ci  ildə  Avropa  Şurasının  Nazirlər  Komitəsi  Avropada  qeyri-hökumət 
təşkilatlarının hüquqi statusuna dair Tövsiyələr qəbul etmişdir.
46
  
Tövsiyələrin “Maliyyələşmə və dövlət dəstəyi” bölməsində qeyd edilir ki, qeyri-
hökumət təşkilatlarının yaranmasına  və fəaliyyətinə   dövlət dəstəyi çərçivəsində  
hər cür yardım göstərilməlidir. Dövlət dəstəyinin forması müxtəlif və çoxşaxəli 
ola  bilər.  Buraya  birbaşa  maliyyələşdirmə,  vergilərdən  və  başqa  rüsumlardan 
azad  etmə,    eləcə  də  ayrı-ayrı  özəl  təşkilatların  və  şəxslərin  xeyriyyəçiliynin 
qanunvericiliklə  stimullaşdırılması aiddir. (Avropa Şurasının Nazirlər Komitəsinin 
Tövsiyələri,maddə 57).
Qeyd edilən Tövsiyələrdə başlanğıc şərt kimi qeyri-kommersiya təşkilatlarının 
fəaliyyətinin  təməl    prinsipləri    əsas  götürülür.Tövsiyələr Avropa  Şurasına  üzv 
olan  bütün  dövlətlər üçün  zəruri hüquqi sənəd sayılır. Sənəd ictimai birliklərin  
fəaliyyətinin səmərəliliyinin artırılması  üçün  minimal standartları müəyyən edir. 
Tövsiyələr müstəqil sənəd olmayıb,  qarşılıqlı anlaşma haqqında Memorandumla 
birlikdə  tətbiq edilir. Tövsiyələrdə əgər demokratiyanın prinsiplərinə zidd olan 
hallar baş verərsə  ictimai birliklərin qeydiyyata alınmasına məhdudiyyət barədə  
maddə də əksini tapmışdır.
Çində beyin mərkəzləri başlıca olaraq dövlət tərəfindən maliyyələşir. 1998-99-
cu illərin islahatlarından sonra Çin Elmlər Akademiyası meqastruktura çevrilir və 
ona elmi-tədqiqat sahəsində həm maliyyə, həm də maddi-texniki baza baxlmlndan 
nəhəng səlahiyyətlər verilir.   
Müxtəlif dövlət strukturlarında tədqiqatların maliyyələşdirilməsi üçün sahəvi 
qanunverici sənədlər- “İnformasiya-analitik Mərkəzi haqqında Qaydalar”, “Elmi 
analitik Mərkəzlər haqqında qaydalar” və s. sənədlər qəbul edilir.
Məsələn, Rusiyada sahəvi qanunvericiliklərdə analitik mərkəzlərin yaranması 
nəzərdə tutulmuşdur.  Yaxud da, hərbi təhlükəsizlik sahəsində xarici təcrübəni də 
nəzərə almaqla  yeni «beyin mərkəzləri» şəbəkəsini, yardıcı laboratoriyaları,analitik 
qrupları yaratmaq haqda sərəncamlar qəbul edilmişdir.   
Rusiya  alimləri  beynəlxalq  təşkilatlar  və  xarici  dövlətlərlə  münasibətlərdə  
xarici  siyasət  qərarlarının  hazırlanması  və  həyata  keçirilməsinin  keyfiyyətini 
artırmaq,  dövlətin  vahid  xarici  siyasət  xəttini  həyata  keçirmək  və  tədqiqatların 
koordinasiya etmək məqsədi ilə “Strateji tədqiqatların koordinasiyası idarəsini” 
yaratmaq  və  maliyyələşdirmək  mexanizminə  imkan  verən  xüsusi  Qanun 
hazırlanması üçün  Dumaya müraciət etmişlər.  
46 http://associationline.org/ru /guidebook/action/read/chapter/11

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
73
Postsovet və Şərqi Avropa ölkələrində analitik mərkəzlərin fəaliyyətinni tədqiq 
edən Raymond Straykın yazdığına görə, Rusiya İqtisadiyyat və Ticarət nazirliyi 
bu cür tədqiqatlara 8 milyon, Macarıstanda sifariş əsasında tədqiqatlara 150 min 
dollar və s. ayrılıb. Estoniyada dövlətyönlü tədqiqat müəssisələri maliyyələşdirilir. 
İqtisadiyyat və Kommunikasiya Nazirliyində tədqiqat işlərinə bir il üçün 31 milyon 
dollar ayrılmışdı. Bununla belə hakim strukturların elmi tədqiqatların keçirilməsi 
üçün büdcədə maliyyə ayrılmasını nəzərdə tutmadığı hallar da çoxdur.
«Yeni dövlət idarəçiliyi dövrünə keçid mərhələsində nə qədər təəcüblü olsa da, 
bəzi ölkələrdə hökümətlər xaricdən hər cür mal və xidmətlər sifariş etməyi adi hal 
saysalar da, kənar təşkilatlarla tədqiqat aparmaq üçün maliyyə ayırmırlar. Belə 
ölkələrdən biri Bosniya və Herseqovina, digəri isə Azərbaycandır. (müəllif qeyd 
edir ki, onun bu məlumatı 3 nazirliyin ali vəzifəli şəxsləri ilə söhbətə əsaslanır(?!) 
Bu  ölkələrdə    müvafiq  müqavilələrin  bağlanması  üçün  nəzərdə  tutulan  cüzi 
vəsait  büdcənin  başqa  maddələrindən-məsələn  cari  işlərin  yerinə  yetilrilməsinə 
sərf olunan məbləğə daxil edilir. İdarələr əvvəlki kimi ayrıca maliyyələşən elmi-
tədqiqat institutlarına vəsait ayırırlar.  Buna görə də sual yaranır: belə hallarda  
analitik  mərkəzlər  dövlət  orqanlarının  büdcələrinə  elmi-tədqiqatlara  xərcləri 
nəzərdə tutan maddələr daxil edilməsinə necə nail ola bilərlər? Bunun üçün ilk 
əvvəl, xarici donorların dəstəyi  ilə yerinə yetirilmiş tədqiqatların faydalılığı təbliğ 
edilməlidir.  Daha  sonra  yerli  analitik  mərkəzlərin  parlament  üzvlərinə  müvafiq 
qanunvericiliyin qəbul edilməsi, büdcəyə “elmi tədqiqatlar” adlı yeni maddənin 
əlavə edilməsi məqsədi ilə  öz səylərini birləşdirməsi lazım gəlir.” 
47
 
47  Рэймонд  Дж.Страйк.  Управление  аналитическими  центрами.  Практическое  руководство  для
развивающихся организаций. 2-е, расширенное издание: Пер с англ.- К.: Оптима, 2011.368 с. C.166

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
74

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
75
Yüklə 7,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin