“Böyük 20-lərin” ABM-nin
Qlobal
Sammitində
Forumun
təsis edilməsini vacib edən əsas
səbəblərdən biri kimi qeyd edilir
ki, hazırda inkişaf etməkdə olan
və artıq inkişaf etmiş böyük
dünya dövlətləri arasında yaranan
münasibətlər beynəlxalq ictimai
rəyin mürəkkəb suallara cavab
axtarmasını şərtləndirir.
“Böyük 20-lərin” XSFBM-nin
Qlobal Forumunun əsas məqsədi
“G20” ilə beynəlxalq münasibətlərdə
əhəmiyyətli yer tutan ölkələr
qrupunda
beyin
mərkəzlərinin
dəyişən rolunu başa düşmək və
təsdiq etməkdir”.
Burada bir məqamı vurğulaq
yerinə düşərdi. Azərbaycanda bu
məsələnin-beyin
mərkəzlərinin
qlobal, regional və transmilli
məkanda təşkilatlanma kimi yeni mərhələyə qədəm qoymasının XXI əsrdə
onların inkişafının ən mühüm xüsusiyyəti olması və aktuallığı “G20”-nin qeyd
edilən konfransından daha əvvəl diqqət mərkəzində olmuşdur. Bu barədə SAM-
ın təşkilatçılığı ilə Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin
Beyin Mərkəzlərinin 3-cü Forumunda məruzə edilmişdir. Məruzədə problemə
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
99
daha geniş aspektdən nəzər salınmış, eyni zamanda, hələlik transmilli ABM-nin
yaranmasında geosiyasi formata, “bloklaşma məntiqinə” müvafiq olaraq qlobal
və regional təşkilatlanma meylinin üstünlük təşkil etməsinə diqqət cəlb edilmişdir.
Müəllifin fikrinə görə, bu proseslərdə də qlobal geosiyasi məkanda olduğu kimi
ABM-nin qütbləşməsinin aparıcı meylə çevrilməsi arzuolunmaz hal olardı.
Bəşəriyyətin ümumi gələcəyi naminə, yaradılacaq transmilli beyin mərkəzlərinin
problemlərin həllində “qütbləşməsinin” deyil, prioritet kimi “beynəlxalq
təhlükəsizliyin təmin edilməsini” önə çəkməsinin və bu yöndə ən böyük maneə
olan həll olunmamış münaqişələrin aradan qaldırılmasına öz töhfəsinin verməsini
vacibliyi qeyd edilmişdir.
18
Beləliklə, TBMŞ-nin intensiv inkişafı istər-istəməz bir məsələ barədə
düşünməyə əsas verir. Həm də belə bir sual yaranır ki, “beyin m ərkəzləri”nin
ideya rəqabətinin dünyada (Şərqdə və Qərbdə) balansı mövcuddurmu, yoxsa
ideyalar birtərəfli - ABM-lərin çoxdan yarandığı ölkələrdən digərlərinə doğru
istiqamətə yönəlmişdir? ABM-lərin yeni qlobal şəbəkələşməsində Şərq və Qərb
ölkələrinin ABM-lərinin nisbəti necə görünür? Bu mənzərədə balans olmasa da,
müəyyən səylərin göstərilməməsi dünyaya hansı perspektivləri vəd edir?
Maraqlıdır ki, strateji düşüncə, stratagemalar ilk dəfə qədim Şərqdə yaranmış
fenomendir. Stratagema - hər hansı strateji məqsədin, prinsipin obrazlı, simvolik
ifadəsidir və əsasən rasionallığa köklənən Qərbdən fərqli olaraq Şərq təfəkkürünə
xasdır
19
.
Ümumiyyətlə, Şərq-İslam ölkələrində hər hansı transmilli “b eyin mərkəzləri”
və onların şəbəkələşməsindən danışmaq olarmı?
2012-ci ildə nəşr edilmiş “ An Arab Think Tank Directory” adlı sorğu-
məlumatda, ərəb-islam ölkələrində 212 beyin mərkəzinin mövcud olduğu
qeyd edilir. Bu heç də kiçik rəqəm deyil. Həmin məlumata əsasən, Misirdə 38,
İordaniyada 37, Fələstində 23, Tunisdə 28, Livanda 22, Mərakeşdə 20, İraqda 17
və s. beyin mərkəzi mövcuddur.
20
Bu bölgədə regional və ya transmilli beyin mərkəzlərinin formalaşması
məsələləri Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar
Mərkəzinin təşkilatçılığı ilə 1-3 mart 2012-ci il tarixlərində Bakıda keçirilən
“İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin “beyin mərkəzləri”nin III
Forumu”nda SAM ekspertlərinin səsləndirdiyi təkliflər sırasında olmuşdur.
18 Elnur Aslanov. Think Tank Diplomacy: Towards new intellectual space . İn : “Change and Transformation
in the Organisation of Islamic Cooperation (OIC) Countries”. 3rd THINK TANK FORUM OIC member states
2-3 march, 2012 , p.21-27.
19 Н.А.Медушевский,Криппендорф К. 36 стратегий для победы в эпоху конкуренции /Перев. с англ.
– СПб.: Питер, 2005. – 256 с.
20 http://foundationforfuture. org/en/Portals/0/Conferences/Think%20Tank%20 Forum/Directory%20
of%20 Arab%20Think%20 Tanks % 20%28draft%2916July.pdf
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
100
Məlum olduğu kimi İƏT üzv ölkələrin beyin mərkəzlərinin 3-cü Forumu «İƏT
ölkələrində dəyişikliklər və transformasiya” ümumi mövzusu altında keçirilmişdir.
Forumda 5 bölmə- «Sosial-iqtisadi və siyasi dəyişikliklərin dinamikası», «Milli
və beynəlxalq siyasətin inkişafına baxış», «İdarəetmədə və dövlət idarəçiliyində
innovasiyalar», «İslam ölkələrində sülhyaratma və münaqişələrin nizamlanması
missiyası» və «Yeni beyin mərkəzlərinin yaradılması, dəstəklənməsi və inkişafı»-
üzrə edilən məruzələr kitab şəklində ingilis dilində çap edilmişdir
21
.
İƏT üzv dövlətlərin beyin mərkəzlərinin III Forumunda 40-dan çox ölkəni
təmsil edən dövlət xadimləri, alimlər, deputatlar, beyin mərkəzlərinin rəhbərləri,
tanınmış yerli və beynəlxalq ekspertlər, diplomatik nümayəndələrin iştirak etdiyi
Forumda SAM-ın təşəbbüsü ilə Şərq bölgəsində yaradılacaq TBMŞ-nin ilkin
layihəsi də təqdim edilmişdir. Təkliflər belə əsaslandırılmışdır ki, müasir dünyada
baş verən qlobal dəyişikliklərə və kollektiv səylərin birləşdirilməsi rəğmən bəzi
qüvvələrin islamofobiya mövqeyindən çıxış etməsi sivilizasiyalararası dialoq
və inteqrasiya prosesində fəal iştirak edən transmilli şəbəkələşməni gündəmə
gətirmişdir. Bunlar İƏT-ə üzv ölkələrdə də yeni nəsil BM-lərin yaradılmasını,
elmi-intellektual potensialın BM-lərin timsalında təşkilatlanmasını zəruri edir. O
da vurğulanmışdır ki, Şərqdə: 1.insan resurslarının, 2. təbii sərvətlərin və 3. zəngin
tarixi elmi irsin olmasına baxmayaraq, bu prosesin gecikməsi dövrün çağırışlarına
adekvat olan vəziyyət deyil.
İƏT-ə üzv ölkələrin 2010-cu və 2011-ci illərdə İstanbulda keçirilən birinci və
ikinci forumlarından sonra sayca üçüncü olan bu tədbirdə Azərbaycandan səslənən
təşəbbüsün ortaq platforma və qlobal şəbəkələşmə formatında reallaşması
transmilli ABM məkanında balansın təmin edilməsinə doğru ilk ciddi addım ola
bilərdi.
2.6. Dünyada Araşdırma və Beyin Mərkəzlərinin gender landşaftı
ABM-lərin daha bir xüsusiyyətinə diqqət yetirmək maraqlı olardı. Qlobal
məkanda BM-lərin gender aspektində mənzərəsi necədir? Qlobal reytinqdə əksini
tapan dünyanın 182 ölkəsindəki 6545 BM-in rəhbərliyində qadınların sayı nə
qədərdir?
XX əsrdə qadınların, demək olar ki, heç bir BM rəhbərliyinin təmsilçiləri
sırasında olmaması kimi təəccüblü ənənə XXI əsrdə dəyişə bilmişdirmi?
Qadınların bu sahədə fəaliyyəti başqa sahələrdən fərqlənirmi?
21 Change and Transformation in the Organization of Islamic Cooperation (OIC) Countries. 3rd Think Tank
Forum OİC Member States. Baku, 2-3 March 2012.480 p.
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
101
Tədqiqatçıların fikrincə, qadınlar dünyada BM-lərin kadrlar korpusunun
bəzən əksəriyyətini təşkil etsələr və aparıcı əməkdaşlar kimi fəaliyyət göstərsələr
də, BM-lərin rəhbərliyi səviyyəsində cüzi təmsil olunublar. Bu haqda vəziyyəti
öyrənən tədqiqatların sayı çox olmasa da, son illər müəyyən məlumat əldə
edilmişdir. BM-lərin fəaliyyətinin tədqiqinə geniş yer verən internet mənbədə bu
problemin hazırda araşdırma mərhələsində olduğu qeyd edilir.
22
Müəlliflər qeyd edirlər ki, “dünyada rast gəlinən qadınların rəhbərlik etdiyi
azsaylı BM-lərin başlıca profili əsasən sosial məsələlər, təhsil və ya sosial-iqtisadi
inkişaf kimi sahələrdə fəaliyyətdir
Maraqlıdır ki, Şərqi Avropada qadınlar nüfuzlu BM-lərə rəhbərlikdə çoxluq
təşkil etdikləri halda, BM institutunun ilk olaraq yarandığı ABŞ-da bu sahədə
“gender diskriminasiyası” və dərin uçurum mövcuddur. Bundan başqa, tədqiqatçı
Amanda Markot BM-lərdə artıq “ kişi işi” və “qadın işi” kimi formalaşan
sahələrin, konkret mövzuların, tədqiqat sahələrinin, olduğuna diqqəti cəlb edir.
Məsələn, iqtisadiyyat, təhlükəsizlik, beynəlxalq münasibətlər və s.-nin “kişi işi”,
təhsil, səhiyyə, yoxsulluq və s. problemlərin araşdırılmasının isə “qadın işi” kimi
ixtisaslaşması ənənəsi formalaşıb”. Müəllif tədqiqat sahələri və karyera seçimləri
zamanı bu vəziyyətin könüllülük prinsipinə əsaslanaraq formalaşmasına şübhə
edir və onu “şüşə tavan” (qadınlarda gender stereotiplərini ifadə edən termin)
effekti ilə izah edir.
23
Bununla belə, Devid Kallahan və digər tədqiqatçılar son illərdə ABŞ-da bu
ənənənin dəyişməsi yönündə ümidverici dəyişikliklərin baş verdiyini də qeyd
edirlər. Məsələn, təkcə 2012-ci ilin birinci yarısında ABŞ-da milli BM-lərin
dördünün prezidenti qadınlar seçilib və bu, ənənəvi olaraq kişilərin rəhbərlik
etdiyi BM-lərin gender landşaftını dəyişib.
“Amerikada ilk qadın BM prezidenti olan Linda Tar-Velanın rəhbərliyi 1986-
2001-ci illəri əhatə etmişdir. (Linda Tarr-Whelan, Center for Policy Alternatives).
Ondan sonra 2007-ci ildə Karneqi Fondunun prezidenti seçilən Cessika Tulman
Metyuz isə “qadın məsələlərinin təhlili ilə bağlı olmayan” profil üzrə fəaliyyət
göstərən ilk BM rəhbəri idi. Lakin 2012-ci ilin 1-ci yarısında ABŞ-da daha dörd
qadın BM-in prezidenti seçilmişdir. Rokfeller Fondunun proqram rəhbəri Janis
Nitoli (Janice Nittoli) “XXI əsr Fondu”nun yeni prezidenti seçilmişdir. Yaxud
Nera Tanden Amerikanın Tərəqqisi Mərkəzinin prezidenti seçilmişdir (Neera
22 http://onthinktanks.org/2012/07/25/women-as-think-tank-leaders-around-the-world/; Diana Stone.
‘Better Knowledge, Better Policy, Better World’: The Grand Ambitions of a Global Research Institution, Glob-
al Social Policy, 4(1) 2004
23 Why Aren’t More Policy Experts Female?By Amanda Marcotte | Posted Wednesday, July 11, 2012, at 1:36
PM EThttp://www.slate.com/blogs/xx_factor/2012/07nd
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
102
Tanden, Center for American Progress). Əvvəllər Hillari Klintonun köməkçisi
olan Nera Tanden həmin mərkəzin baş icraçı direktoru işləmişdir. Daha bir qadın
Felisiya Vonq Ruzvelt İnstitutunun prezidenti seçilmişdir (Felicia Wong, Roosevelt
Institute). Felisiya Vonq əvvəllər həmin mərkəzin baş icraçı direktoru olmuşdur.
Həmçinin Sara Rosen Vartel Urban İnstitutunun presidenti seçilmişdir. Bundan
əvvəl o, Amerikanın Tərəqqisi Mərkəzinin vitse-presidenti işləmişdir. Həmçinin
qeyd edilməlidir ki, ABŞ-ın dörd ştatının BM-lərinin də rəhbərləri qadınlardır.
Amerikada BM-lər ən nüfuzlu institutlardan sayılır, buna görə də bu sektorda
qadınların təmsilçiliyi gender bərabərliyinin təminatının göstəricisidir”.
24
Amerikada qadınlar tərəfindən idarə edilən beyin mərkəzlərinin sayına dair
ən son göstəriciyə gəldikdə isə ,Ceyms Mak-Qann qeyd edir ki, Amerikadakı 50
ən yaxşı beyin mərkəzindən 42-sinə, yəni 84%-nə kişilər, 8 %-nə isə qadınlar
rəhbərlik edir.
Qadınların rəhbərlik etdiyi beyin mərkəzləri aşağıdakılardır:
25
1. Karneginin Beynəlxalq Sülh Fondu (Carnegie Endowment for International
Peace)- Cessika T.Metyuz (Jessica T. Mathews )
2. Vudro Vilson Beynəlxalq Alimlərə Dəstək Mərkəzi (Woodrow Wilson
International Center for Scholars)- Ceyn Harman (Jane Harman )
3. Amerika Tərəqqi Fondu (Center for American Progress ) - Nira Tanden
(Neera Tanden )
4. Qlobal İnkişaf Fondu ( Center for Global Development) - Nensi Bödsal
(Nancy Birdsall)
5. Şəhər İnstitutu (Urban Institute)- Sara Rozen Uortel ( Sarah Rosen Wartell)
6. Yeni Amerika Fondu ( New America Foundation) – Anne Mari Slauter
(Anne-Marie Slaughter)
7. Qlobal İqlim Dəyişikikləri Fondu (Pew Center on Global Climate Change)-
Elin Klausen (Eileen Claussen)
8. Stimson Mərkəzi (Stimson Center (FNA Henry Stimson Center)- Elen
Leypson (Ellen Laipson)
Həmçinin, “Yaxın Şərq İnstitutu”na (Middle East Institute) (Uendi
Çemberlin), Trumanın Milli Təhlükəsizlik Layihəsinə (Truman National Security
Project) (Reçel Kleynfild) və Milli Təhlükəsizlik Şəbəkəsinə (National Security
Network) (Heza Holburt) daxil olan bəzi şöbələr qadınlar tərəfindən idarə olunur.
24 David Callahan Women Leaders at Progressive Think Tanks//http://www.policyshop.net/home/2012/3/8/
women-leaders-at-progressive-think-tanks.htmlMarch 8, 2012;
25 http://blog.foreignpolicy.com/posts/2013/04/04/how_many_american_think_tanks_are_run_by_women
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
103
Müəllif yazır:”Bununla belə, beyin mərkəzləri məkanı hələlik daha çox kişilərin
dünyasıdır.”( “But otherwise, Thinktankistan is still very much a man’s world”.)
Bir məlumatı da qeyd etmək yerinə düşərdi ki, 2010-cu ildə Misirdə “Ərəb
Qadınları üçün Beyin Mərkəzi” yaradılmışdır.
26
Bütövlükdə dünyada qadınların rəhbərlik etdiyi BM-lərin sayı çox deyil və
onlar haqqında məlumatlar “Əlavə” də verilmişdir.
Bax: ƏLAVƏ: Dünyada qadınların başçılıq etdiyi ABM-lər
(ƏLAVƏLƏR )
26 www.thinktankforarabwomen.org
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
104
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
105
III
FƏSİL
Azərbaycanda Araşdırma və Beyin Mərkəzlərinin
ümumi mənzərəsi: yaranması, xüsusiyyətləri,
təsnifatı, statusu və perspektivləri
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
106
3.1. Dövlət müstəqilliyinin bərpası və Araşdırma və Beyin
Mərkəzlərinin təşəkkülü
Azərbaycanın müstəqil milli inkişaf strategiyasına və gələcək hədəflərə ma-
lik olması “beyin mərkəzi” təsisatlarının yaranmasına, inkişafına, prioritetlərini
müəyyən etməyə və fəaliyyətini koordinasiya etməyə təkan verir.
Ölkədə innovasiyalı cəmiyyətin özəyi və aparıcı qüvvəsi ola biləcək yeni in-
tellektual elitanın formalaşması prosesi gedir və bu sahəyə dövlətin həssas siyasəti
öz müsbət nəticələrini verməkdədir. İntellektual elitaya cəmiyyətə məlum olan
təbəqələrlə yanaşı, analitik-ekspert cəmiyyəti, biliyə əsaslanan cəmiyyətin atribut-
larından olan ABM-lər də daxildir.
Ölkədə keyfiyyətli və rəqabətədavamlı “beyin mərkəzləri” strukturunun
formalaşması gündəmdə duran aktual məsələlərdəndir. Dövlətçiliyin inkişa-
fı məsələlərində strateji layihələrin hazırlanmasına və ya ekspertizasına, siyasi
qərarların qəbul edilməsi prosesinə BM-lərin cəlb edilməsi sahəsində əhəmiyyətli
dünya təcrübəsi mövcuddur. Bir sıra Avropa ölkələrində bu fəaliyyətin qanunveri-
ci əsasları da təmin edilmişdir.
Azərbaycana gəldikdə isə “analitik-ekspert”, “analitik informasiya”, “araşdır-
ma mərkəzi”, “beyin mərkəzi”, “beyin tresti”, “fikir fabriki” terminlərinin (hətta
onlarla yanaşı ingiliscə sinonim olan “think tank” sözünün də) milli leksikona
daxil edilməsi son dövrə aid olan hadisələrdəndir.
Tədqiqat və təhlil xarakterli apaşdırmalar aparan dövlətyönlü strukturlar
ölkəmizdə nisbətən uzun tarixə malik olsalar da, siyasətin intellektual təminatı və
planlaşdırılması funksiyasına malik müstəqil mərkəzlərin yaranması son dövrlərə
təsadüf edir. Bu prosesə müstəqil dövlətçiliyin yaranması, demokratik-hüquqi
dövlət quruculuğu, modernləşmə və insan kapitalının inkişafını strateji hədəflər
kimi müəyyən edən siyasi kursla təkan verilmişdir.
Hər bir ölkədə olduğu kimi Azərbaycanda da ABM-lərin təşəkkülü və inki-
şafının təhlili milli reallığın nəzərə alınmasını tələb edir. Qeyd edilən aspektdə
milli reallıq dedikdə müstəqil və demokratik dövlət idarəçiliyinin yaranma tarixi,
bazar iqtisadiyyatı və sahibkarlığın inkişaf mərhələləri, coğrafi amil, cəmiyyətdə
elmi-mədəni irs və mühit, politoloji və analitik tədqiqatların xeyriyyəçiliklə
maliyyələşdirilməsi ənənəsi, siyasi lobbiçilik təcrübəsi və s. nəzərdə tutulur.
Reallıq ondan ibarətdir ki, ABŞ-da ilk BM-lər dövlətin yaranmasından 3-4 əsr
sonra təşəkkül tapmışdırsa, Azərbaycanda onlar müstəqil dövlətin yaranmasının
ilk onilliyində ortaya çıxmışdır. Bu isə qeyd edilən qurumların gələcəyi haqqında
nikbin düşünməyə artıq bir əsas verir. Digər tərəfdən, bu təşkilatların yaranmasına
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
107
“beyin mərkəzi” institutunun Qərbdəki modelləri və müsbət təcrübə də təsir edir.
Azərbaycanda ABM-lər boş yerdə yaranmamışdır. Elmə, biliyə dəyər verilməsi
Azərbaycan xalqının tarixi, milli-mənəvi irsinə aid olan xüsusiyyətlərdəndir. Şərq,
islam dünyasında ümumbəşəri dəyərlərə ilk önəm verən, ilk demokratik, dünyəvi
dövlət quran, universitet yaradan bir ölkədə akademik tədqiqat institutları, ra-
sional elmin inkişafı əhəmiyyətli tarixi təcrübəyə malikdir. Daha uzaq tarixdən
başladıqda Azərbaycanda qeyri-hökumət təsisatları, vətəndaş cəmiyyəti qurumları
hələ XIX əsrin sonu - XX əsrin əvvəllərindən yaranmağa və cəmiyyət həyatına
inteqrasiya etməyə başlamışdır. XX əsrin əvvəllərində Azərbaycan Demokratik
Cümhuriyyətində müxtəlif sosial təbəqələrin maraqlarını müdafiə edən ictimai
siyasət institutlarının sələfləri yaranmağa başlamışdı. Cümhuriyyətin süqutu
vətəndaş cəmiyyəti institutlarının yaranmasına da ən böyük zərbəni vurmuşdur.
Bütövlükdə isə sovet dönəmində ideoloji-siyasi çərçivələr bu institutların,
xüsusilə də politoloji tədqiqatlar ənənəsinin formalaşması və inkişafına böyük
zərbə vurmuşdur. İctimai təsisatlar dedikdə üç qrupun - ictimai təşkilatlar, kütləvi
ictimai birliklər (kooperativ təşkilatları, könüllü cəmiyyətlər, yaradıcılıq ittifaqla-
rı) və ictimai özfəaliyyət orqanlarının (könüllü xalq drujinaları, klublar, şuralar,
komitələr) başa düşüldüyü bir zamanın nəticəsi olaraq onların passivliyi, vətəndaş
institutlarına inamın çox aşağı səviyyədə olmasını şərtləndirmiş, bu gün həmin
sahənin sürətli templə inkişafına təsir edən “irsə” çevrilmişdir.
Postsovet məkanında BM-nin yaranmasına tədqiqatçılar müxtəlif cür yanaşır-
lar. Bir qisim hesab edir ki, bu cür mərkəzlər ötən əsrin 60-cı illərində yaranmışdır.
Digər müəllifə görə isə “Analitik mərkəzlər keçmiş Şərq bloku ölkələrində və
MDB-də 1990-cı illərdən etibarən yaranmağa başlamışdır. MDB dövlətləri bir-
birindən həm analitik mərkəzlərin sayına, həm də onların ictimai-siyasi həyatda
oynadıqları rola görə fərqlənirlər. Ən çox mərkəz Rusiyada yaranmışdır.( Ray-
mond Strayk, göstərilən əsəri..)”
Təbii ki, hər iki yanaşma birtərəflidir. Belə ki, ötən əsrin 30-cu illərində Rusi-
yada yaradılan “Beynəlxalq Münasibətlər və Dünya İqtisadiyyatı İnstitutu” hazır-
da da qlobal reytinqlərdə ilk yerlərdə təmsil olunur.
Sovet dövründə dövlətyönlü “beyin mərkəzləri” olmasa da, onların analoqu
hesab edilə biləcək, humanitar profilli “qeyri-akademik” (akademiya nəzdində ol-
mayan) qurumlar mövcud olmuş və onlar siyasi hakimiyyətin analitik-informasiya
təminatı funksiyasını yerinə yetirmişlər. Bundan başqa, humanitar profilli akade-
mik institutlar dövlət strukturlarından davamlı olaraq müvafiq tapşırıqlar almış və
onları yerinə yetirmişlər.
İşğalçı dövlətin təcavüzkar siyasəti nəticəsində başlayan Ermənistan-
Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başladığı dövrdə mərkəzi orqanla-
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
108
rın tapşırığı ilə akademik institutların hazırladığı analitik məruzələr və hesabatlar
geniş vüsət almışdı. Elmi əsaslandırılmış arqumentlərin və siyasi-tarixi təhlilin
dövlət siyasətinə dəstəyi həmin dövrdə dərk edilən mühüm həqiqətlərdən olmuş-
dur.
Eyni zamanda, müstəqil milli dövlətin olmaması səbəbindən XX əsrin 1990-cı
illərinin ortalarına qədər milli maraqlara xidmət edən siyasətin planlaşdırılması,
reallaşdırılması və qiymətləndirilməsi ilə bağlı Qərb modelli analitik mərkəzlər
praktiki olaraq mövcud olmamışdır. Sovet respublikalarında xarici siyasət
sahəsində simvolik strukturlar fəaliyyət göstərirdi və onlar üçün milli maraqların
təmin edilməsi mövzusu yasaq idi.
Digər tərəfdən, ABM-lər dedikdə dövlətyönlü akademik strukturlar nəzərdə
tutularsa, analoji qurumlar da praktiki olaraq Avropada “fikir fabrikləri”nin
siyasətin müstəqil subyektinə çevrilməsi ilə eyni vaxtda yaranmağa başlamışdı.
Məsələn, XX əsrin 50-60-cı illərində Azərbaycan Elmlər Akademiyasının ictimai
elmlərlə məşğul olan institutlarında partiyanın aparıcı xəttini müəyyənləşdirməyə
çalışırdılar. Onlar birbaşa KP MK-dan, yaxud dolayısı ilə Elmlər Akademiyasın-
dan bu və ya digər problemlərin araşdırılması, tövsiyələr verilməsi ilə bağlı mü-
vafiq tapşırıqlar alırdılar. Bununla yanaşı, onlar öz analitik işlərini və tövsiyələrini
MK-ya təqdim etmək üçün “rəqabət”aparırdılar. Belə demək olarsa, sovet döv-
rünün ictimai elmlər institutları bilavasitə siyasi kursun elmi başa düşülən olmasa
da, analitik siyasi-ideoloji təminatı funksiyasına xidmət edirdi.
Bu funksiyanın daha bir problemi ondadır ki, sovet dövrünün politolo-
ji ictimaiyyətşünaslıq elmi qısa müddətdə çeviklik, refleksivlik nümayiş etdirə
bilməmiş, yeniləşmə və transformasiya dövrü uzun çəkmişdir. Bunun da ob-
yektiv və subyektiv səbəbləri mövcuddur. Sosialist sistemində mövcud olan
ictimaiyyətşünaslıq qısa vaxtda ABM-lərinə, onları kadrla təmin edə biləcək analitik-
ekspert cəmiyyətinin formalaşmasına transformasiya etməyə qadir olmamışdır.
Sosialist sisteminin çökməsi və müstəqil dövlətçiliyin qurulması ilə
Azərbaycanda bu mühit köklü transformasiyaya uğradı. Dünya təcrübəsində rast
gəlinən vətəndaş cəmiyyətləri qurumları yaranmağa və intensiv şəkildə inkişaf
etməyə başladı. Azərbaycanda BM-lərin inkişaf tarixini, məlum şərti bölgüyə uy-
ğun olaraq, üç mərhələyə - formalaşma, inkişaf və təkmilləşmə dövrlərinə ayır-
maq olar.
Müstəqilliyin əldə edilməsi ilə ölkədə vətəndaş cəmiyyətinin inkişafı, de-
mokratik dövlət quruculuğunun prioritet istiqaməti bəyan edilmiş, dövlətlə qar-
şılıqlı tərəfdaşlıq və əməkdaşlıq münasibətlərinin yeni modelinin, vətəndaşların
təşəbbüskarlığı üçün dialoq məkanının formalaşması yönündə ciddi addımlar atıl-
mışdır.
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
109
Vətəndaş cəmiyyəti institutlarının intensiv dinamikasını statistikada qabarıq
şəkildə görmək olar. Əgər 1988-1993-cü illərdə (5 il ərzində) cəmi 198 ictimai bir-
lik qeydə alınmışdısa, bununla müqayisədə təkcə 2011-ci ildə (1 ildə) Azərbaycan
Respublikasında 144 qeyri-hökumət təşkilatı dövlət qeydiyyatına alınmışdır. Ha-
zırda Azərbaycanda onların sayı 3600-ü ötmüşdür. QHT Əməkdaşlıq Alyansının
apardığı “Vətəndaş Cəmiyyətinin dünəni, bu günü və sabahı” adlı təhlildə qeyd
edildiyinə görə, 2010-cu ilə qədər 2612 QHT rəsmi qeydiyyatdan keçmişdir. Bu
gün isə onların sayı artıq 3000-ə yaxınlaşıb.”(http.www.modern.az|15.04.2013)
3.2. İnkişafın yeni mərhələsi – “beyin mərkəzləri”nin yaradılması
sahəsində dövlət siyasəti
Kitabın əvvəlində beyin mərkəzlərinin ilk olaraq yarandığı ölkə kimi ABŞ-da,
həmçinin ilk dövlət yönlü beyin mərkəzinin prezident Franklin Ruzvelt tərəfindən
yaradıldığını xatırladaraq, bu hadisənin Amerikada yeni ənənənin başlanğıcı kimi
analoji qurumların inkişafına təkan verici amil olduğunu qeyd etmişdik.
Tarixi paralel aparılarsa, Azərbaycanda da ABM-lərinin yaranmasına ölkədə
ilk belə mərkəzin (Strateji Araşdırmalar Mərkəzinin (SAM)) dövlətimizin siya-
si lideri, Prezident İlham Əliyevin sərəncamı ilə yaradılmasının həlledici təsir
göstərdiyi obyektiv reallıqdır. Bununla da “beyin mərkəzi” anlayışının rəsmi
dövlət dilinə və milli leksikona daxil edilməsi, eləcə də ümumişlək söz kimi ge-
niş tətbiq edilməsi başlanğıcını götürmüş, özlərini ABM kimi identikləşdirən qu-
rumların sayı artmağa, ölkəmizdə“analitik düşüncə mədəniyyəti” formalaşmağa
başlamışdır.
Dövlətin ictimai siyasət institutlarının inkişafına himayəsi xüsusilə
“Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsep-
siyasının təsdiq edilməsi haqqında” 2007-ci il 27 iyul tarixli Prezident Sərəncamı
ilə keyfiyyət mərhələsinə keçmişdir. Növbəti addım Azərbaycan Respublikasının
Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılması olmuşdur.
Bu proseslərə paralel olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev elmi cəmiyyətin formalaşması, təhsilin modernləşməsi, milli intellek-
tual potensialın və insan kapitalının reallaşmasına yönələn tarixi əhəmiyyətli
sənədlər: 4 may 2009-cu il tarixli “2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli
Strategiya”nın və həmin Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqra-
mının, 22 may 2009-cu il tarixli “2009-2013-cü illərdə Azərbaycan Respublika-
sının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nın təsdiqi haqqında,
21oktyabr 2009-cu il tarixli “Azərbaycan Respublikasının Prezidenti yanında
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
110
Elmin İnkişafı Fondunun yaradılması haqqında” sərəncamlar imzalamışdır. Bü-
tün bunlar intellektual mərkəzlərin inkişafı və təkmilləşməsinə təkan verməyə
bilməzdi.
Müstəqilliyin ilk illərində ölkədə əsasən xarici mənbələrdən maliyyələşən və
yad dövlətlərin strategiyalarının və beynəlxalq qruplaşmaların maraqlarının re-
allaşmasına xidmət edən, BM statusuna tam uyğun olmasa da, onun müəyyən
funksiyalarını yerinə yetirən araşdırma mərkəzlərinin yaranması üstünlük təşkil
etmişdir. Xüsusi vurğulamaq lazımdır ki, bu cəhət dünyada “beyin mərkəzi” fe-
nomeninin və missiyasının mahiyyətinə adekvat olmamışdır. Çünki BM institu-
tu təmsil etdiyi ölkənin milli maraqlarının və dövlətçiliyin möhkəmlənməsinə
yönələn fəaliyyətlə məşğul olur. Bunun əksi olan nümunə mövcud deyil.
İnkişafın yeni mərhələsindən başlayaraq dövlətin elm və intellektual potensia-
lın, insan kapitalının inkşafına göstərdiyi diqqət sayəsində bu meyil əks istiqamətə
dəyişməyə başlamışdır və bu, özü mühüm nailiyyət hesab edilməlidir.
Yaranmasının ilk dövründə, 1993-2003-cü illərdə yerli ABM-lərin təşəkkülündə
xarici amillər - donor təşkilatların geosiyasi rəqabət və mübarizə amilinin də təsir
etdiyi qrant vəsaitləri (siyasəti) üstünlük təşkil etmişdir. Bu illərdə ABM-lər akade-
mik elmlə cəmiyyət arasında formalaşan boşluğu dolduran ilk qurumlar kimi çıxış
etmiş, bir çox mövzu və problemləri ictimai müzakirəyə çıxarmış, təhlil etmişdir.
Eyni zamanda, yarandıqları ilk dövrlərdə bəzi ABM-lər Azərbaycan
dövlətçiliyinin təməl dəyərlərinə və milli maraqlarına zidd olan neoliberal ideoloji
mövqelərdə durmuş, xarici maliyyə mənbələrini məmnun salmaq üçün “qrantdan-
qranta” prinsipi ilə işləmişdir. Hazırda bu cür mərkəzlər cüzi saydadır və onları
özlərindən başqa “BM kimi” tanıyan yoxdur.
İnkişafın yeni mərhələsindən, 2003-cü ildən sonra ABM-lərin yaranmasına
daxili amillər, dövlət siyasəti təkan verməyə başladı.
ABM-lərin Azərbaycanda siyasi proseslərdə birbaşa, yaxud dolayısı ilə işti-
rakı, ictimai rəydə mühüm əks-səda doğurması belə düşünməyə əsas verir ki, bu
strukturlar yaxın gələcəkdə əvvəl olduğundan daha intensiv inkişaf edəcək, dövlət
siyasətinin formalaşmasına daha səmərəli təsir göstərməyə başlayacaqdır.
Azərbaycanda da ABM adlanan qurumların sayının artması, bir çox araşdırma
mərkəzlərinin özlərini bu institutla identikləşdirməsi nikbin qənaətə gəlməyə əsas
verir.
Hələlik BM-lərin imkan və potensialı həm ictimai şüurda, həm də daha yüksək
strukturlar səviyyəsində ətraflı dərkedilmə səviyyəsindədir və onun ictimai
rəydə qiymətləndirilməsi prosesləri gedir. Tədqiqatlar göstərir ki, ölkədə BM-lər
getdikcə daha çox nəzərə çarpmağa başlayıb və bir çox məsələlərdə cəmiyyətdə
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
111
gedən proseslərin əhəmiyyətli iştirakçılarına çevrilməkdədirlər. Yerli tədqiqatçılar,
müşahidəçilər üçün xarici siyasi proseslərin planlaşdırılması və reallaşdırılması
mexanizmlərinin öyrənilməsi daha asandır, “beyin mərkəzləri”nin qeyri-rəsmi
institutlar kimi öyrənilməsi isə xarici siyasi təşəbbüslərin və qərarların dərk
edilməsi üçün yeni perspektivlər açır, həmçinin ölkədə prioritet elan edilən inno-
vasiyalı cəmiyyətə keçid və kreativ potensialın reallaşması haqqında düşüncələrə
vadar edir. Şübhəsiz ki, araşdırma mərkəzləri ölkənin daxili və xarici siyasətinin
təkmilləşməsinə dəyərli töhfə verə bilər və verirlər. Əsas məsələ onların təsirinin
nə qədər güclü olması, fəaliyyətlərini hansı metodlarla həyata keçirməsi və
keyfiyyəti ilə bağlıdır. Bu suallara cavab həmin təşkilatların rolu və funksiyaları,
onların siyasi proseslərdəki yeri haqqında tam məlumat əldə etməyə imkan verir.
Bu gün Azərbaycanda iqtisadiyyatda keçid dövrü başa çatdığından ABM-lərin
fəaliyyəti növbəti intensiv inkişaf mərhələsinə qədəm qoymuşdur.
3.3. Araşdırma və Beyin Mərkəzləri və vətəndaş cəmiyyəti:
oxşar və fərqli cəhətlər
Vətəndaş cəmiyyəti və ABM-lərin fəaliyyəti arasında ümumi cəhətlər olsa da,
mahiyyətləri arasında fərqlər mövcuddur. Bu mövzuda ədəbiyyat olmadığı üçün
bəzən onlar eyni funksiyalı qurumlar kimi dərk edilir. Halbuki bu fərqlərin aşkar
başa düşülməsi qeyd edilən institutların identikləşməsi və fəaliyyətini məhz BM
funksiyalarına müvafiq qurması işinə bilavasitə təsir edir.
ABM-nin hüquqi statusu və qanunverici əsaslarının müəyyən edilməməsi
ilə yanaşı ilk növbədə bu sahədə geniş elmi tədqiqatların olmaması da mövcud
vəziyyətin şərtləndirən səbəblər sırasındadır. ABM-nin xüsusiyyətləri və meyar-
larınını aydın olmaması üzündən istənilən qrup və birlik özünü “beyin, düşüncə
mərkəzi, fikir fabriki” adlandırmağa iddialı olur. Paradoksal hallardan biri də bu-
dur ki, bəzən yaradılan qurum öz adında sadalanan bütün bu ifadələri əks etdi-
rir. (Məsələn, mətbuatda - «Fikir Fabriki İnstitutu» (FFİ) Beyin Mərkəzi İctimai
Birliyi yaradıldı” kimi məlumat verilmişdir.)
1
Digər misal daha maraqlıdır. SİTAT:1998-ci ildə yaradılmış Piyadalar Əleyhinə
Minaların Qadağan Olunması uğrunda Azərbaycan Kampaniyasının (Azerbaijan
Campaign to Ban Landmines) təsisçilərindən biri olan, Cənubi Qafqaz Qadınla-
rının Dialoqunun Azərbaycan bölməsi kimi fəaliyyət göstərən, Azərbaycan Qa-
dınları Cənubi Qafqazda Sülh və Demokratiya uğrunda Cəmiyyətinin layihəsi
olan “Sülh və Demokratiya İnstitutu”, 2004-cü ildə Azərbaycanda “Düşüncə
1 http://www.milli.az/news/society/166183.html; http://www.fikir.ffi.az/ info/lahaq da.html;
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
112
Mərkəzi (Think Tank)” yaradılması təşəbbüsü ilə çıxış etmişdir (!?). Mərkəzin
əsas məqsədlərindən biri “eyni zamanda öz maraqlarına effektiv lobbiçilik edir”-
kimi müəyyən edilmişdir. Necə deyərlər şərhə ehtiyac yoxdur.
2
Yaxud da şərh etməyə cəhd etsək, “QHT-lər, ictimai birliklər və fondlar haq-
qında Qanunun” 2-ci maddəsində göstərilir ki, QHT-lər siyasi hakimiyyət uğrun-
da mübarizə aparmır. Bu baxımdan bəzi qurumlar məhz yalnız siyasi məqsədlərlə
məşğul olmaq üçün özlərini “beyin mərkəzi, fikir fabriki” adlandırmağı çıxış yolu
hesab edirlər.
Aparılan araşdırmalar nəticəsində ABM-lərin vətəndaş cəmiyyətindən fərqli
cəhətləri sırasında tədqiqatçıların indiyə qədər qeyd etmədiyi 4 cəhət bizim
tərəfimizdən müəyyən edilmişdir:
1. Vətəndaş cəmiyyəti yalnız qeyri-dövlət təşkilatı (QHT) ola bilərsə, ABM-lər
həm qeyri-dövlət, həm də dövlət təşkilatları ola bilər. Dövlət QHT-lərə vəsait
ayırsa da, onlar fəaliyyətlərində siyasi funksiyalara malik deyillər. ABM-lər
isə bu funksiyaya malikdirlər.
2. Vətəndaş cəmiyyəti institutu həm yerli, həm də xarici donordan qrant ala
bildiyi halda, ABM-lər yalnız milli maraqlara cavab verdiyi halda özəl və ya
xarici mənbələrdən maliyyə dəstəyi ala bilirlər. Hər halda dünya təcrübəsi
bunu sübut edir. Dövlətçiliyin möhkəmləndirilməsinin optimal və stra-
teji yollarına dair ideyalar yalnız milli maraqlar baxımından, milli məkan
və milli siyasi subyektlər üçün prioritet ola bilər. Xarici ölkədən outsor-
sinqin (kənardan ekspert və mütəxəissis cəlb edilməklə layihələrin həyata
keçirilməsi) tətbiqinin qeyri-mümkünlüyü də bununla bağlıdır. ABM-lər xa-
rici ölkələrlə yalnız dövlətin maraqları çərçivəsində birgə layihələr icra edə
və bu layihələr çərçivəsində qismən maliyyələşə bilərlər.
3. Vətəndaş cəmiyyəti institutunun fəaliyyəti bütün istiqamətlərdə açıq, şəffaf
olduğu halda ABM-lərin qapalı olan, ictimai rəyə açıqlanmayan analitik
fəaliyyətləri də olur. Hətta fəaliyyətinin əhəmiyyətli qismi tamamilə qapalı
olan BM-lər də var.
4. Vətəndaş cəmiyyəti qurumlarının sosial funksiyası onların məhsulunun əsasən
sosial təbəqələrə ünvanlanmasını şərtləndirirsə, BM-lərinin analitik məhsulu
bütövlükdə milli elitalara, xüsusilə də siyasi elitaya hesablanmışdır.
Azərbaycanda ABM-lərin təkamül dinamikasının izlənilməsindən əldə
edilən mühüm qənaətlərdən biri də budur ki, onlar artıq təşkilatlanma və
fəaliyyət prinsiplərində dünyada analoji qurumların meyarlarını, standartlarını
tətbiq etməyi gündəmə gətirmişlər. Bu proses ilk növbədə son illər dövlətin
bu sahəyə həssas siyasətindən və Azərbaycan Respublikasının Prezidenti ya-
2 http://www.tt-ipd.info/think-thank/?lang=az
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
113
nında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ölkə qarşısında
duran məsələlərin həllində fəal mövqe tutmaq və uyğun təşəbbüsləri yaxından
dəstəkləmək cəhdlərindən irəli gəlir. Təbii olaraq, bu mütərəqqi meyillərin fo-
nunda Azərbaycanda ictimai birliklər sırasında ABM-lərin hüquqi-qanunverici
əsaslarının, statusunun hələ də müəyyən edilməməsi prosesləri ləngidən amilə
çevrilir. Bu isə siyasi rəhbərliyin həm demokratik dövlət quruculuğunun
təkmilləşməsi, həm də innovasiyalı cəmiyyətə keçid məsələlərinin həlli kimi
irəli sürdüyü vəzifələrə adekvat deyil.
“QHT sektorunun daha da güclənməsi, daha çox layihələrə imza atması üçün həm
də hüquqi baza təkmilləşməlidir. Bu sektorun davamlı inkişafının vacibliyini nəzərə
alaraq, Şura “QHT standartları” adlı sənəd hazırlamışdır. Bu sənədin mahiyyəti on-
dan ibarətdir ki, bu gün bir təsisçisi olan və ofisi olmayan təşkilat da özünü QHT
sayır, böyük ofis və maddi bazaya malik olan təşkilat da. Qanunla onların fəaliyyəti
bərabərdir. Bu gün oturuşmuş təşkilatların seçilməsi məsələsi gündəmə gəlib. Bu
sənədə görə, standartlar müəyyən olunacaq və QHT-lərə sertifikat veriləcək. Bu ser-
tifikata sahib olan təşkilatlar isə daha böyük layihələr həyata keçirəcəklər. Bu tip
məsələlər isə, təbii ki, hüquqi bazaya malik olmalıdır”.
3
Təbii olaraq, bu proseslər sadəcə mərkəzlərin adına “araşdırma”, yaxud “be-
yin mərkəzi” sözünü əlavə etməkə məhdudlaşmayıb, əslində ölkədə gedən ciddi
və mütərəqqi islahatların nəticəsidir.
Bununla belə qeyd edilməlidir ki, mətbuatda bəzən beyin mərkəzləri ilə
bağlı məlumatlar verilsə də görülən işlər və real fəaliyyət sezilmir. Məsələn,
Azərbaycanda gənclər şəbəkəsi və German Marşall Fondu tərəfindən
«E-think-tank» («Ekspert») layihəsinin həyata keçirilməsi haqda da mətbuatda
məlumatlar verilir. Bu layihələrdə qarşıya “nəhəng” məqsədlərin: “dövlət
idarəçiliyi və insan kapitalı, sosial dövlət, azad bazar iqtisadiyyatı, gənclər
siyasəti, insan haqları, ətraf mühit, hökumətin səmərəliliyini artırmaq, qərar
qəbulunda ekspertlərin rolu, Azərbaycanda şəxsi həyatın toxunulmazlığı və
ifadə azadlığı arasında tarazlaşdırılmış siyasətin yaradılması, regionlarda
gənclərin ictimai fəallığının artırılması, Azərbaycanda yerli özünüidarənin
optimal təşkili və s.- qoyulduğu vurğulansa da ortada konkret nəticələr və ya
analitik məhsul görünmür.
Son illər Azərbaycanda ABM-nin yaranmasında xarici amillər də fəallıq nüma-
yiş etdirməyə başlamışdır. Belə ki, Açıq Cəmiyyət İnstitutu Yardım Fondu (ACİ-
YF) qurumu tərəfindən siyasət tədqiqatları və monitorinqin aparılması, hökümətin
hesabatlılığının artırılması və vətəndaşların maraqlarının vəkilliyi üzrə fəaliyyət
3 http://www. qhtxeber.az/ news/a-14015.html/ F.Qurbanov. “ QHT sektorunun inkişafında dövlət qədər
özəl şirkətlər də maraqlı olmalıdır.
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
114
göstərən QHT və alyansların gücləndirilməsi məqsədi ilə layihələr həyata ke-
çirmişdir. Sitat: “ 2008-ci ildən başlayaraq, siyasət tədqiqatlarının keyfiyyətinin
artırılması və ölkədə müstəqil siyasət araşdırmaları mərkəzlərinin davamlı in-
kişafını təmin etmək üçün “Analitik Mərkəzlərə yardım proqramı” fəaliyyətə
başlamışdır. ACİ–Yardım Fondunun analitik qruplara (think tank) yardım proq-
ramının 2009–cu il müsabiqəsinin nəticəsində təqdim edilən 8 siyasi araşdırma
təklifi dəstəklənmişdir. Təklifləri : İqtisadi və Siyasi Araşdırmalar Mərkəzi, İc-
timai Vəsaitin Monitorinqi Mərkəzi, Siqma Mərkəzi, İntellekt İB, AKTAM İB,
Azərbaycan Hüquqşünaslar Assosiyasiyası, İqtisadi Tədqiqatlar Mərkəz və İqti-
sadi İnnovasiya Mərkəzi təqdim etmişdir”.
ABM-lərini ictimai siyasət və ümumiyyətlə, siyasi aktorlardan fərqləndirmək
üçün metodoloji yanaşma kimi təşkilatlanma və subyekt amillərindən çıxış etmək
lazım gəlir. Bu amillərin uğurlu təhlili isə (əvvəldə qeyd edilən) struktur və funk-
sional yanaşmada aşkara çıxa bilər.
Ölkə miqyasında məhz təşkilatlanması və fəaliyyətində analitik, tətbiqi
tədqiqatlara istiqamətlənən, daxili inkişafının daha səmərəli strategiyaları-
nı planlaşdıran, siyasi məkanda iştirakını və qərar qəbul edən şəxslərə təsirini
hiss ediləcək dərəcədə artıran, bu təsiri cəmiyyətdə etiraf edilən mərkəzlər artıq
fərqlənir.
Bu baxımdan, formalaşdıqları ilk dövrlərdə Azərbaycanda araşdırma
mərkəzləri öz üzərlərinə onlara xas olmayan missiyanı, yəni siyasi dəyişikliklərin
həyata keçirilməsi kimi taktikanın daşıyıcıları olmaq, ictimai-siyasi maraqları
yönləndirmək (maraq qruplarının, siyasi partiyaların və s.) kimi siyasi funksiyanı
götürmüşlər.
Son dövrdə QHT-lərin fəaliyyətində sosial sifarişlərə çevik cavab verə bilən
kreativ layihələrin işlənməsinə, vətəndaş-dövlət dialoqunun əsas məkanına
çevrilməsinə cəhdlər göstərilməsi müşahidə edilir.
Bu prosesdə özlərini Qərb standartarına müvafiq “beyin mərkəzləri” ilə
identikləşdirən təşkilatlar da var və onlar seçdikləri istiqamətdə inkişaf etməkdə
iddialıdırlar. Real və obyektiv araşdırmalarla siyasi proseslərə praqmatik təsir
etmək məqsədi olduqda problemlər də həllini tapa bilir. Qeyd edilən cəhət hələlik
bu gün ənənəyə çevrilməsə də, davamlı olduğu halda, dünya təcrübəsində rast
gəlinən BM-lərin keyfiyyət xüsusiyyətlərinə transformasiya prosesləri başlanğı-
cını götürə bilər.
ABM-lər, qeyd edildiyi kimi, bilavasitə cəmiyyətin elitaları, o cümlədən
başlıca olaraq siyasi elita ilə işləyir və öz analitik məhsullarını ona ünvanlayırlar.
Azərbaycanda bu xüsusiyyət, yəni elita ilə ABM-lər arasında münasibətlərin
infrastrukturu hələlik formalaşmamışdır.
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
115
3.4. Azərbaycanda qeyri-dövlət analitik mərkəzlər:
fəaliyyətin xüsusiyyətləri
Azərbaycanda “beyin mərkəzləri”ni ictimai birliklər kimi hər hansı məlumat
kitabında izah edən oxşar söz birləşməsi yoxdur. Milli qanunvericilikdə də “qeyri-
dövlət analitik “beyin mərkəzləri”nin”izahı verilmir. Bu o deməkdir ki, de-yure
olaraq BM-ləri hazırda cəmiyyətin intellektual qüvvəsi kimi dərk edilməmiş fe-
nomen şəklində qalır. Eyni zamanda BM-ri de-fakto olaraq indiki dövrdə ölkənin
ictimai-siyasi proseslərinə mühüm təsir göstərən və xüsusilə gələcək üçün əvəzsiz
perspektivlərə malik olan qurum kimi mövcuddur.
Vətəndaş cəmiyyəti sistemində ABM-nin mövcudluğunun dünya təcrübəsinə
nəzər salsaq, məsələn, Qeyri-Hökumət Təşkilatlarının Qlobal İndeksinin statis-
tik məlumatlarına görə ABŞ-dan bu reytinqdə əks olunan 5329 QHT-nin 1815-i
analitik mərkəzlərdir. Dünya Bankının məlumatına görə, ABŞ-da əhalinin ümumi
sayına düşən QHT-lərin sayı 240 nəfər əhaliyə 1 QHT, (1/240), müvafiq olaraq,
Polşada-1/900, Fransada—1/80,Ukraynada-1/1500, Estoniyada 1/150-dir, Be-
lorusda-1/4500 kimidir. Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması və
təşkilatlanması kəmiyyət baxımından da bir çox MDB və başqa dövlətlərindən
öndə olması ümuməm qəbul edilmiş qənaətdir. Bununla belə, “Demokratiyanı
Öyrənmə İctimai Birliyinin hesablamalarına görə, Azərbaycanda hər 10 min
nəfərə 3 QHT düşür”. Fikrimizcə bu rəqəmin dədqiqləşdirilməsinə ehtiyac var.
Son illərdə qeyri-hökumət analitik strukturları şəbəkəsi genişlənib, “Qeydə
alınan 2725 QHT mövcuddur. Eyni zamanda, onların ancaq yarısı aktiv fəaliyyət
göstərir, 1350 QHT maliyyə hesabatı verir. Təqribən 1000 QHT qeydiyyatsız
fəaliyyət göstərir”.
4
Azərbaycanda orta qeyri-hökumət analitik mərkəzi dedikdə göz önünə nə
gəlir? “Beyin mərkəzi” anlayışına hansı qeyri-dövlət subyektləri aid ola bilər?
Ümumiyyətlə, hər hansı bir QHT “beyin mərkəzləri”nin funksiyalarının yalnız
bir qismini yerinə yetirirsə, onu BM kimi qiymətləndirmək olar, ya yox?
Vətəndaş cəmiyyəti əsasında yaranan analitik mərkəz dedikdə göz önünə yığ-
cam ştatlı (10-15 nəfərlik) müstəqil struktur gəlir. Onun əməkdaşlarının 60-70%-i
xarici dil bilir. Zəruri hallarda ekspert resursları kənardan cəlb edilməklə sayı iki
dəfə çoxala bilər ki, bu da tədqiqatların keyfiyyətini və çevikliyini təmin edir.
Bir qayda olaraq, mərkəz iki-üç istiqamətli tədqiqatlara köklənir (əsasən
iqtisadi, daxili və xarici siyasət, sosial sahə). Analitik məhsul əsasən hazırlıqlı
auditoriyaya ünvanlanır, kütləvi fəaliyyət isə ictimai rəyə təsir etməyə yönəlir.
4 İSİM. 2011-ci il üçün QHT-lərin Davamlılıq İndeksi. iyun 2012
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
116
Mərkəzin ekspertləri ayda orta hesabla 10 dəfəyə yaxın milli media-məkana çı-
xırlar. Mərkəzin şəxsi veb-saytı, dövri mətbuatı olur. Mütəxəssislərə və dövlət
hakimiyyəti orqanlarına yönəlmiş kitabları, broşüraları (təxminən 1000 nüsxədə)
çap olunur. Nəşriyyat fəaliyyətinə xüsusi diqqət yetirilir, çünki o dövlətdən asılı
olmayan məlumat kanalı kimi çıxış edir. Lakin reallıqda informasiya məkanındakı
bu mövcudluq heç də proseslərə təsir etmək bacarığı ilə bağlı göstərici deyil. Belə
ki, analitikanın nüvəsi olan yenilikçi ideyalar, alternativ təkliflər kimi məhsul o
qədər də çox deyil.
Bu gün üçün qeyri-dövlət yönlü ABM-lərinin fəaliyyətində canlanma hiss olu-
nur.
Əsas olan odur ki, onlar ictimai proseslərin subyektlərindən biri kimi fəaliyyət
göstərirlər. ABM-lərin müəyyən qədər kadr və intellektual resursu toplanıb, digər
ölkələrin tədqiqat təşkilatları ilə əməkdaşlıq təcrübəsi var. Təcrübə göstərir ki, bu
strukturlar dövlət tədqiqat müəssisələrindən fərqli olaraq daha çevikdirlər, araş-
dırmalar üçün lazımi ekspert ştatı cəlb edə və dövlətə peşəkar hazırlanmış analitik
məhsul, yeni qərarlar və onların reallaşdırılması üçün mexanizmlər və texnologi-
yalar təklif edə bilərlər.
Tam əsaslarla demək olar ki, qeyri-hökumət analitik mərkəzlərinə tələbat
var. Bununla yanaşı, bu mərkəzlər cəmiyyətin etimad və inamına malik olub,
hakimiyyət və cəmiyyət arasındakı özünəməxsus “intellektual dialoq və körpü”
ola bilərlər.
Dünya təcrübəsində analoji qurumlar, tədqiqat strukturları analitik məhsul, in-
novasion qərarlar, onların reallaşdırılması mexanizmləri təklif etməklə hakimiyyət
üçün yeni ideyaların generatoru kimi çıxış edirlər və bu zaman büdcədənkənar
vəsaitlərdən istifadə edirlər. Yəni dövlət büdcənin üzərinə “ağırlıq salmadan”,
vəsait sərf etmədən lazımi intellektual ehtiyatları cəlb və səfərbər edə bilər.
Analitik mərkəzlərin iştirakı zamanı vacib strateji sənədlər (doktrina, kon-
sepsiya, proqram və s.) hazırlanır və müstəqil ekspertlər qanun layihələrinin ha-
zırlanmasında və ekspertizasında iştirak edirlər. Dünyada ABM ekspertlərinin
müxtəlif problemlərlə bağlı (Avropaya inteqrasiya, enerji strategiyası, intellektual
mülkiyyətlə bağlı qanunvericilik, söz azadlığı və informasiya təhlükəsizliyi və s.)
parlament dinləmələrində iştiraka fəal cəlb edilməsi parlament praktikasına daxil
edilib. Onlar vacib dövlət qərarlarının və sənədlərinin hazırlanmasında yaxından
iştirak edirlər. Qeyri-hökumət analitiklərinin hakimiyyət orqanları yanında ictimai
ekspert şuralarında, parlament komitələri yanında ekspert şuraları da daxil olmaq-
la təmsil olunması kimi müsbət təcrübəsi yerli praktikada tətbiq edilir və daha
miqyaslı şəkil ala bilər.
ABM-lər yalnız intellektual mühit və dövlət aparatı arasında vasitəçi deyil,
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
117
həm də vətəndaş nəzarətinin vasitəsi, ölkə qarşısında duran problemlərin kütləvi
müzakirəsinin təşəbbüskarıdırlar. Məhz onların təşəbbüsü ilə cəmiyyət həyatının
müxtəlif sahələrində (sosial, iqtisadi, hüquqi, hərbi və s.) islahatlar, seçki qanun-
vericiliyi və s. problemlər kütləvi müzakirəyə çıxarılır.
Qeyri-hökumət analitik mərkəzləri müstəqil tədqiqatlar apara, eyni problemi
müxtəlif mövqelərdən araşdıra, tədqiqat mərkəzləri arasında rəqabət yarada bilərlər
ki, bu da tədqiqatların keyfiyyətini yüksəldə bilər. Ümumilikdə isə cəmiyyətdə
qeyri-hökumət analitik mərkəzlərinin fəaliyyətinin zəruriliyini dərketmə və onlara
inam var. Lakin bu mərkəzlərin “faydalı iş əmsalı”nın daha yüksək olması üçün
cəmiyyət və əlaqədar təşkilatlar bu strukturların inkişafına kömək etməli, onların
araşdırmalarından səmərəli istifadə etməlidirlər.
Hakimiyyətlə səmərəli əməkdaşlıq formalarına gəldikdə, tədqiqat gedişində
sorğunu cavablandıran ekspertlərin əksəriyyəti hesab edirlər ki, analitik
mərkəzlərin inkişafının qarşısını alan əsas problem hüquqi bazanın boşluğu və
cəmiyyətin, müvafiq strukturların onlarla əməkdaşlıqda maraqlı olmamasıdır.
Hakimiyyətlə qeyri-hökumət analitik mərkəzlərinin bu strukturlar çərçivəsində
əməkdaşlığının nəticələri bir sıra səbəblərlə - strateji planlaşdırma, davamlı
layihələr, qarşılıqlı əlaqələr və maliyyə təminatı - şərtlənir və zəifdir.
Bu gün qeyri-hökumət analitik mərkəzlərinin inkişafına təsir edən ümumi
amillər sırasında daha çox müsbət olan məqamlar var.
Xarici donordan asılılığın isə daxili səbəbləri mövcuddur.Azərbaycanın dün-
yadakı intellektual rəqabət imkanlarının əsas tərkib hissəsi olan yerli analitik
strukturlar bu gün daxili dəstəkdən çox xarici dəstək alır, reallıqda maliyyə disba-
lansı mövcuddur. Qeyri-hökumət analitik mərkəzlərinin illik büdcə strukturunun
faiz nisbətində xarici qrantlar daxili mənbələri üstələyir.
Bu vəziyyətin əsas daxili səbəblərindən biri də qeyri-hökumət analitik
mərkəzlərinin fəaliyyət göstərdiyi mühitin təkmilləşməsi ilə bağlıdır.
Azərbaycanda “beyin mərkəzləri”nin yeni sistemli modelini formalaşdır-
maq məqsədini həyata keçirərkən, dünya təcrübəsindəki ən yaxşı cəhətlərdən
bəhrələnməyin, qanunauyğunluqları nəzərə almağın vacibliyi diqqət mərkəzində
olmalıdır. Bütün dünyada “beyin mərkəzləri”ni, innovasiya ənənələrini yaradan-
lar sırasında orta sinif aparıcı yer tutur.
Azərbaycanda bu günə qədər hələlik bu maliyyələşmə üsulu inkişaf etməmişdir,
çünki müstəqil biznesmen, qrant verə bilən aktorlar mövcud deyil. Digər resurslar
isə (iqtisadi, təşkilati, siyasi və s.) dövlətə məxsusdur. (Təbii ki, demək olar ki, bü-
tün özəl biznes strukturlarında, bank sistemlərində belə mənbələrdən maliyyələşən
analitik departamentlər burada nəzərdə tutulmur.)
Yerli BM-lər Amerika və Avropadakı həmkarlarından onunla fərqlənirlər ki,
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
118
burada orta sinfin, sahibkarların təsis etdiyi və ya xeyriyyə vəsaiti əsasında yara-
dılan təsisatlar yoxdur. Adətən, xarici təcrübədə bu mərkəzlər sahibkarlar, ictimai
xadimlər və alimlərin təşəbbüsü ilə yaradılır və bir qayda olaraq qeyri-hökumət
mənbələrindən maliyyələşirlər. Digər tərəfdən, milli xeyriyyəçilik ənənələrinin bu
sahəyə yönəldilməsi üçün qanunvericiliklə möhkəmləndirilmiş stimullar, səmərəli
iqtisadi təşəbbüs və təşviqlər də yoxdur. Milli biznes üçüncü sektora xeyriyyəçi
yardımlar edilməsində maraqlı deyil. Bu, Azərbaycan reallığının ən qabarıq
göstəricisidir. Belə ki, kitabın əvvəlində qeyd edildiyi kimi, dünyada BM-lərin
yaranması və inkişafı tarixi sübut edir ki, bu institutun fəaliyyəti sahibkarlar və iş
adamlarının dəstəyi olmadan mümkün ola bilməzdi.
Orta sinfin bu istiqamətdə işlərə həssaslığına təkan vermək üçün ilk
növbədə müəyyən qanunverici-hüquqi baza təmin olunmalıdır. Bununla bağlı
qanunvericiliyə dəyişikliklər edilməli, ABM-lərə, özəl sektorun QHT-lərə dəstək
verməsinə mane olan obyektiv və subyektiv müddəalar təhlil edilməlidir.
Ölkədə vətəndaş cəmiyyəti və sahibkarlar arasında hər hansı münasibətlərin
inkişafı və mövcudluğu haqqında danışmaq çətindir. Lakin bir sənəd ilk nümunə
kimi qeyd edilə bilər.
“2011-ci ildə Sahibkarlığın və bazar iqtisadiyyatının inkişafına Yardım Fon-
du” QHT-lərin məsuliyyət Xartiyasını hazırlamışdır. Xartiyanın imzalanmasın-
da məqsəd ümumi iş prinsiplərini müəyyən etmək, daxili və xarici hesabatlılığı,
maraqlı tərəflərlə qarşılıqlı münasibətləri möhkəmləndirmək, dünya təcrübəsini
nəzərə almaq və s. olmuşdur. Lakin Xartiyanın imzalanmasından keçən dövrdə
hər hansı nəzərəçarpacaq müsbət dəyişikliklər olmamışdır”.
5
Analitik mərkəzlərin müasir şəraitdə xarici donorlar və ya dövlət tərəfindən
maliyyələşməsi yeganə maliyyə mənbəyi və çıxış yolu ola bilməz.
Dostları ilə paylaş: |