beynəlxalq əlaqələri- fəsliyyəti göstərir
Mərkəzdə maliyyə və mühasibat uçotu üzrə aparılan araşdırmalar nəticəsində
çap edilmiş hesabat, məqalə və kitabların sayı - 11-dir. Hal-hazırda mərkəzdə
Korporativ və Büdcə sektorunda Hesabatlılıq Layihəsi həyata keçirilir.
Beynəlxalq əməkdaşlığı özünün prioritet istiqamətlərindən hesab edərək
METM 2002-2012-ci illər ərzində bir sıra beynəlxalq maliyyə institutları ilə
qarşılıqlı əlaqələr qurmuşdur. Respublikamızda mühasibat uçotu sistemində
aparılan islahatların davamı kimi 2011- ci ildən Dünya Bankı ilə Azərbaycan
Hökuməti arasında sazişə uyğun olaraq, Korporativ və Büdcə Sektorlarında
Hesabatlıq layihəsi (KBSHL) çərçivəsində METM-in təşkilat strukturu, maddi
texniki bazası yenidən qurulmuş, fəaliyyətini tənzimləyən normativ-hüquqi
sənədlər ən yaxşı beynəlxalq təcrübəyə uyğunlaşdırılmışdır.
Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi
Siyasəti və Strateji araşdırmalar Baş İdarəsi (AR VN VSSA)
Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2000-ci il tarixli Fərmanı
ilə Baş Dövlət Vergi Müfəttişliyinin bazasında ölkədə dövlətin vergi siyasətinin
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
143
həyata keçirilməsini təmin edən və bu sahədə dövlət nəzarətini həyata keçirən
mərkəzi icra hakimiyyəti orqanı-Vergilər Nazirliyi yaradılmışdır.
Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturunda Vergi siyasəti və
strateji araşdırmalar Baş İdarəsi fəaliyyət göstərir. Baş idarənin rəisi Akif Fərhad
oğlu Musayevdir. Rəsmi internet səhifəsi: http://www.taxes.gov.az/?name=
haqqinda&cat=8&lang-dir.
Azərbaycan Respublikası vergilər nazirinin 12 may 2011-ci il tarixli
1117040100730700 nömrəli əmri ilə Baş İdarənin Əsasnaməsi təsdiq edilmişdir.
Əsasnaməyə görə Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar
baş idarəsinin fəaliyyət istiqamətləri:
Müvafiq sahədə vergi siyasətini formalaşdırır və həyata keçirilməsi üçün
Vergilər Nazirliyinin rəhbərliyinə təkliflər vermək;Vergi qanunvericiliyi və vergi
inzibatçılığının təkmilləşdirilməsi sahəsində öz səlahiyyətləri daxilində tədbirləri
həyata keçirmək; Fəaliyyətin qiymətləndirilməsi və monitorinqini həyata
keçirmək; Vergi məsələləri ilə bağlı strateji araşdırmalar və tədqiqatlar aparmaq
və s.-dir.
Vergilər Nazirliyi Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin
funksiyalarına:
- Vergilər Nazirliyinin inkişaf konsepsiyasını hazırlamaq və onun həyata
keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;
- Vergi siyasətinin əsas istiqamətlərini müəyyən etmək, vergi qanunvericiliyinin
təkmilləşdirilməsi məqsədilə təhlil və araşdırmalar aparmaq;
- Vahid vergi siyasətinin həyata keçirilməsi istiqamətində Vergilər Nazirliyi
ilə Azərbaycan Respublikasının qanunverici və mərkəzi icra hakimiyyəti
orqanları arasında əlaqələndirmə işini təşkil etmək;
- Vergi sisteminin səmərəliliyinin qiymətləndirilməsini həyata keçirmək və bu
sahədə tədqiqatlar aparmaq;
- Strateji araşdırma və tədqiqatlar sahəsində həyata keçiriləcək vergi siyasətinin
prioritet istiqamətlərini müəyyən etmək və bu sahədə təkliflər vermək;
- Dövlət proqramlarında və digər rəsmi sənədlərdə Vergilər Nazirliyinə həvalə
edilmiş tədbirlərin icrasını təşkil etmək və bu sahədə görülmüş işlər barədə
hesabatların aidiyyəti üzrə təqdim olunmasını təmin etmək;
- Avropa İttifaqına inteqrasiya siyasəti çərçivəsində aidiyyəti üzrə Vergilər
Nazirliyi tərəfindən həyata keçiriləcək tədbirlərin nazirlik daxilində
koordinasiyasını təşkil etmək və bu sahədə vergi sisteminin inkişafı
istiqamətində strateji araşdırmalar və tədqiqatlar aparmaq və s. daxildir.
Baş idarənin strukturu
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
144
Baş idarənin strukturuna 2 idarə (Strateji araşdırmalar idarəsi, Vergi siyasəti
idarəsi) və 1 şöbə (Fəaliyyətin qiymətləndirilməsi şöbəsi) daxildir.
Strateji araşdırmalar idarəsinin tərkibinə 3 şöbə (Real sektorun monitorinqi
şöbəsi, Makroiqtisadi diaqnostika və iqtisadi icmal şöbəsi, Vergi potensialının və
iqtisadi inkişafın qiymətləndirilməsi şöbəsi), Vergi siyasəti idarəsinin tərkibinə
3 şöbə (Qanunvericiliyin monitorinqi və təkmilləşdirilməsi şöbəsi, Vergi
inzibatçılığın təkmilləşdirilməsi şöbəsi, Dövlət orqanları, bələdiyyələr və vergi
ödəyiciləri ilə iş şöbəsi) daxildir.
Baş idarənin strukturuna daxil olan şöbələrin vəzifələrinə gəldikdə isə,
Strateji araşdırmalar idarəsinin vəzifələrindən bəzilər aşağıdakılardır:
Dövlətin həyata keçirdiyi iqtisadi siyasətə müvafiq olaraq vergi ödəyicilərinin
fəaliyyətinə fiskal təsirini təhlil etmək;
Vergi ödəyicilərinin maliyyə vəziyyətinin qiymətləndirilməsini və
mikrosəviyyədə tələb və təklifin dəyişməsi əsasında iqtisadi konyukturun təhlilini
və proqnozlaşdırılmasını həyata keçirmək;
Ölkə səviyyəsində ümumiqtisadi proseslərin real inkişafı nəzərə alınmaqla
aparılan büdcə-vergi siyasətinin effektivliyinin qiymətləndirilməsini həyata
keçirmək;
İqtisadiyyatın real sektorunda baş verən dəyişikliklərin büdcə gəlirlərinin
formalaşmasına təsirinin mümkün risklərinin qiymətləndirilməsini həyata
keçirmək;
Real sektorun monitorinqini apararaq müvafiq statistik məlumatları toplamaq,
emal və tədqiq etmək, bu məlumatların aidiyyəti üzrə istifadə olunması ilə bağlı
təkliflər vermək;
Makroiqtisadi göstəriciləri təhlil etmək, makroiqtisadi və fiskal siyasət
strategiyasını araşdırmaq;
Vergi siyasətinin effektivliyinin diaqnostikasını aparmaq, onun mexanizminin
təkmilləşdirilməsinə dair təkliflər vermək;
Beynəlxalq və yerli təşkilatların makroiqtisadi sahədə Azərbaycan
Respublikası ilə bağlı hesabatlarını tədqiq və təhlil etmək, bununla əlaqədar
müvafiq hesabatların hazırlanmasını təmin etmək;
Vergi potensialının müəyyən edilməsi üçün metodologiyanın hazırlanmasını,
mütəmadi təkmilləşdirilməsini və tətbiqini həyata keçirmək;
İqtisadiyyatın, o cümlədən vergi sisteminin inkişafının monitorinqini
aparmaq, daxili meylləri və riskləri qiymətləndirmək;
Vergi sisteminin inkişafı icmalını və digər analitik hesabatların hazırlanmasını
təmin etmək;
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
145
Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında
Tədqiqatlar və İnkişaf Mərkəzi (ARMB TİM)
Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Tədqiqatlar və İnkişaf
Mərkəzi (ARMB TİM) 2010-cu ildə yaradılmışdır. Mərkəzi Bankın Tədqiqatlar
və İnkişaf Mərkəzi yeni yaranmasına baxmayaraq, ölkədə iqtisadi siyasətin
araşdırılması üzrə mühüm beyin mərkəzlərindən birinə çevrilməkdədir.
Mərkəzin əsas funksiyaları mühüm araşdırmaların, elmi axtarışların
aparılmasına, müasir tədrisin və resursların inkişafına və təşviqinə təkan
verməkdir.
Mərkəz Azərbaycan Respublikası Mərkəzi Bankının qərar qəbulunun
məlumatlandırılması, eyni zamanda, iqtisadi və maliyyə savadlılığının inkişafı
üzrə geniş strategiyanı, tətbiqi empirik tədqiqatların aparılmasını, ixtisaslaşdırılmış
və professional treninqləri həyata keçirir, elmi ictimaiyyət və qərar qəbul edən
şəxslər arasında dialoq və müzakirələr təşkil edir.
Mərkəzdə markoiqtisadi araşdırmalar, iqtisadi inkişaf və sosial problemlər,
beynəlxalq iqtisadiyyat, maliyyə sabitliyinin metodologiyası, maliyyə sektorunda
araşdırmalar şöbələrini birləşdirən Araşdırmalar Departamenti və tədris, resurslar
və xüsusi layihələr üzrə şöbələri birləşdirən İnkişaf Departamenti fəaliyyət göstərir.
AMB-nin müvafiq tədqiqat və analitik strukturları son illər makroiqtisadi
siyasətin empirik əsaslarının öyrənilməsi, pul siyasəti və onun təsirlərinin
ekonometrik təhlili, makroiqtisadi stimulyasiya və proqnozlaşdırma modellərinin
qurulması, bank sektorunda maliyyə dayanıqlığının tədqiqi, qlobal iqtisadiyyatın və
müxtəlif sosial-iqtisadi inkişaf məsələlərinin araşdırılması istiqamətində müxtəlif
tədqiqat layihələrini həyata keçirirlər. Bu araşdırmalar iqtisadi məsələlərin elmi
cəhətdən öyrənilməsi və qiymətləndirilməsində, iqtisadi nəzəriyyə və praktikanın
sintezinə imkan verən yanaşmaların formalaşmasında, cəmiyyətdə iqtisadi
biliklərin yayılmasında mühüm rol oynayır.
Mərkəz makroiqtisadi və maliyyə sabitliyinin idarə olunması potensialının
artırılmasına yönələn institusional proqramlar və layihələr həyata keçirir. İnsan
kapitalının idarə olunması üçün mühüm innovasiyalar təşviq edir, ayrı-ayrı
funksiyalar üzrə idarəçilik və biznes prosesləri əsaslı şəkildə təkmilləşdirir.
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
146
Bütövlükdə Azərbaycan Respublikasının Mərkəzi Bankı son üç il ərzində
iqtisadiyyatın müxtəlif məsələləri üzrə 40-dan çox tədqiqat işləri aparılmışdır.
Bu tədqiqat işləri 30-dan artıq iqtisadçı-tədqiqatçı tərəfindən həyata keçirilmişdir.
Onlar beynəlxalq səviyyəli nəşrlərdə və intellektual tədbirlərdə fəal iştirak etmişlər.
Tədqiqatlar və İnkişaf Mərkəzi makroiqtisadi və maliyyə sabitliyinə dair
aşağıdakı modelləri hazırlamışdır:
1. Manatın real effektiv valyuta məzənnəsinin tarazlıq səviyyəsi və məzənnə
uyğunsuzluğunun qiymətləndirilməsi;
2. Manatin məzənnəsinin inflyasiyaya ötürücülük qabiliyyətinin
qiymətləndirilməsi
3. İnflyasiya;
4. Dinamik stoxastik ümümi tarazliq;
5. Məcmu buraxiliş kəsiri;
6. Pula tələb;
7. Makro stress-testləşmə;
8. Maliyyə sabitliyinin qiymətləndirilməsi məqsədi ilə istifadə edilən indekslər.
Mərkəzi Bankın analitik tədqiqatlar aparan şöbələri 2013-cü ildə Azərbaycanda
daha bir neçə iqtisadi modellərin qurulmasını planlaşdırır. İlin sonuna kimi
Azərbaycanın Mərkəzi Bankının “Azərbaycan Dinamik Stoxastik Ümumi Tarazlıq
(DSÜT) modeli”nin tətbiqinə başlanılması, ölkədə maliyyə risklərinin ölçülməsi
ilə bağlı yeni modelin tamamlanması da nəzərdə tutulur.
Aparılan tədqiqat işlərinin metodoloji bazası daim beynəlxalq ekspertizadan
keçirilir. Dünyanın nüfuzlu bankları, beyin mərkəzləri ilə qarşılıqlı əməkdaşlıq
əlaqələri qurulur. Bu fəaliyyətin məntiqi davamı olaraq, Azərbaycan Mərkəzi Bankı
“Mərkəzi Bank və İqtisadiyyat” adlı rüblük elektron jurnalın nəşrinə başlamışdır.
Jurnal maliyyə-bank sektorunun və iqtisadiyyatın müxtəlif sahələrinin nəzəri-
praktiki aspektlərini, qlobal iqtisadi proseslərin, iqtisadi inkişafın və iqtisad eliminin
müxtəlif məsələlərini özündə əks etdirən məqalələri və tədqiqatları əhatə edir.
Tədqiqatlar və İnkişaf Mərkəzi qlobal bazarlar, dünya iqtisadiyyatında tsiklik
və transformasiya prosesləri, qlobal makroiqtisadi siyasətlər, ölkə iqtisadiyyatında
aktual məsələlərin fundamental tədqiqi, modelləşdirmə və empirik tədqiqatlar
sahəsində məqsədyönlü işlər haqqında informasiyanı ictimaiyyətə çatdırmaq üçün
2013-cü ildən etibarən rüblük “Tədqiqat bülleteni”nin buraxılışına başlamışdır.
Bülletenin birinci hissəsində bir qayda olaraq, dünya iqtisadiyyatında və
maliyyə sistemində son proseslərin qısa icmalı, habelə iqtisadi tədqiqatlar
sahəsində dünyanın beyin mərkəzləri və mərkəzi banklarından ən son xəbərlər
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
147
və araşdırmalar əks olunur. Bülletenin ikinci hissəsində isə Azərbaycan Mərkəzi
Bankında aparılmış yeni tədqiqatlar haqqında xülasələr yerləşdirilmişdir.
Bülletendə qlobal beyin mərkəzlərinin araşdırmalarının və analitik hesabatlarının
icmallaşdırılması, Mərkəzi Bankda aparılmış tədqiqat layihələrinin xülasə şəklində
ümumiləşdirilməsi əks olunur.
Aparılan işlər barədə ictimaiyyətin məlumatlandırılması bir tərəfdən qlobal və
milli iqtisadiyyat haqqında ən mühüm informasiyanın istifadəçilərə ötürülməsində,
digər tərəfdən isə peşəkar auditoriyanın fundamental tədqiqatlarda tətbiq olunan
yanaşmalar və tədqiqatların nəticələrinin praktiki əhəmiyyəti ilə tanış etməkdə
xüsusi əhəmiyyət kəsb edir.
Rüblük bülleten Mərkəzi Bankının internet səhifəsində (http://cbar.az/assets/
2760/ Tedqiqat_bulleteni.pdf) yerləşdirilir.
Tədqiqatlar və İnkişaf Mərkəzi həmçinin “2011-2014-cü illər üçün Strateji
Plan” hazırlayib təqdim etmişdir. Növbəti strateji mərhələdə Mərkəzi Bank
mövcud çağırışlara və yeni prioritetlərinə uyğun olaraq fəaliyyətini aşağıdakı
istiqamətlərdə həyata keçirməyi nəzərdə tutur:
• başlıca funksional fəaliyyət sferalarının əsaslı müasirləşdirilməsi və
beynəlxalq standartlara uyğunlaşdırılması;
• ən müasir tələblərə uyğun korporativ idarəetmə sisteminin inkişafı;
• müasir və güclü insan kapitalının formalaşdırılması;
• ölkənin iqtisadi inkişaf strategiyasına daha aktiv dəstəyin verilməsi.
ARMB TİM beynəlxalq tərəfdaşlarla səmərəli əməkdaşlıq münasibətlərinin
qurulmasın mühüm fikir verir.
Belə ki,Tədqiqatlar və İnkişaf Mərkəzi (TİM) İqtisadi Əməkdaşlıq və İnkişaf
Təşkilatının Maliyyə Savadlılığı üzrə Beynəlxalq Şəbəkəsinə üzv olmuşdur. Bu
şəbəkədə hazırda 74 ölkədən əksəriyyəti mərkəzi banklar olan 135-dən artıq dövlət
təşkilatı təmsil olunmaqdadır. ABŞ, Kanada, Almaniya, Fransa kimi dünyanın
aparıcı dövlətlərinin xüsusi aktivlik göstərdiyi şəbəkəyə MDB ölkələrindən
Azərbaycan üçüncü ölkə olaraq qoşulur.
Maliyyə Savadlılığı üzrə Beynəlxalq Şəbəkənin qarşıya qoyduğu əsas məqsədi
üzv ölkələrin aparıcı qurumları arasında iqtisadi və maliyyə savadlılığı üzrə in-
formasiya və fikir mübadiləsinin təmin edilməsi, habelə beynəlxalq aləmdə bu
sahədə mövcud olan qabaqcıl təcrübənin təbliğidir. Bu şəbəkəyə üzvlük həmçinin
İƏİT-in zəngin elektron kitabxanasından istifadə imkanı verir.
TİM geniş ictimaiyyətin, jurnalistlərin, tələbələrin maliyyə savadlılığının
yüksəldilməsi, eləcə də bank-maliyyə sahəsində işləyən mütəxəssislərin bilik və
bacarıqlarının artırılması istiqamətində bir sıra layihələrin həyata keçirilməsinə
başlamışdır. Bu layihələrin həyata keçirilməsi nəticəsində yaradılacaq
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
148
inkişaf resursları ölkədə iqtisadiyyat və maliyyə savadlılığının səviyyəsinin
yüksəldilməsinə xidmət edir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin
Beynəlxalq əlaqələr və qeyri-dövlət qurumları ilə iş şöbəsi
Şöbə 20 fevral 2004-cü ildə qeydiyyatdan keçmişdir. Rəhbəri Ayaz Ələddin
oğlu Bayramovdur.
Şöbənin əsas fəaliyyət istiqaməti sosial, iqtisadi, hərbi, siyasi, mədəni və s.
profillidir. Nazirliyin və onun tabeliyində olan hüquqi şəxs statuslu qurumların
xarici (beynəlxalq) fəaliyyətinin, maraqlarının və hüquqlarının qorunmasını təmin
etmək, Nazirliyin tabeliyində olan hüquqi şəxs statuslu qurumların beynəlxalq
əlaqələr üzrə strukturlarının (şöbə, sektor və əlaqələndiricilər) fəaliyyətinə
rəhbərlik və nəzarət etmək şöbənin fəaliyyət istiqamətlərinin tərkib hissəsini təşkil
edir.
Şöbənin əsas məqsədi və vəzifələri rabitə, informasiya və kommunikasiya
texnologiyaları və poçt sahələrində Nazirliyin və onun tabeliyində olan hüquqi
şəxs statuslu qurumların vahid xarici (beynəlxalq) siyasət fəaliyyətini hazırlamaq,
icrasını təmin etmək məqsədilə kompleks tədbirləri yerinə yetirmək və bu
fəaliyyətə metodiki rəhbərlik etməkdir.
Qərargahı AZ 1000, Bakı şəhəri, Zərifə Əliyevə küçəsi, 33 ünvanında yerləşir.
Otaqların sayı 10-dur, Kompüterlərlə və sürətli internetlə təchiz olunub. Rəsmi
internet səhifəsi www.mincom.gov.az-dır. Daimi işləyən əməkdaşlarının sayı
11, müqavilə əsasında işləyən əməkdaşların sayı 10-dur. 2 şöbəsi var: Protokol
sektoru; Beynəlxalq tədbirlərin təşkili sektoru.
Şöbə əməkdaşlarının il ərzində xarici səfərlərinin sayı 20-yə yaxındır.
Şöbədə əsasən özəlləşdirmə və institutsional islahatlar istiqaməti üzrə
araşdırmalar aparılır.
Həyata keçirilmiş layihələrin əsas maliyyə bazası dövlət, Azərbaycanın biznes
təşkilatları, xarici donorlar (United States Trade and Development Agency) və s.-
dir .
Mərkəz Azərbaycanda “beyin mərkəzi” təmsilçilərindən ibarət Beyin
Mərkəzləri Rəhbərləri Şurasının formalaşdırılmasını təklif edir.
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
149
Gənclər və İdman Nazirliyinin Gənclərin Problemləri üzrə
Elmi Araşdırmalar Mərkəzi
Mərkəz 2001-ci il avqustun 24-də yaradılmışdır. Nazirlər Kabinetinin 2001-
ci il 24 avqust tarixli 140 nömrəli qərarı ilə qeydiyyatdan keçmişdir. Mərkəzin
direktoru Qədamşah Sadıxovdur.
Mərkəzin əsas fəaliyyət istiqaməti gənclər siyasətinin həyata keçirilməsidir.
Əsas məqsədi və vəzifələri gənclərin problemləri ilə bağlı elmi araşdırmaların
səmərəli təşkilidir.
Mərkəzin illik büdcəsi 70500 manat, o cümlədən əməkhaqqı fondu 40574,40
manat, tədqiqat layihələri, konfransların təşkili, tövsiyələrin nəşri və s. 25425,60
manat, ofis avadanlığının və texnikasının alınması 1500 manat, sair xərclər
(dəftərxana ləvazimatlarının alınması, kommunal, rabitə xərcləri və s.) 3000
manat təşkil edir.
Qərargahı Bakı şəhəri, N.Nərimanov rayonu, Sülh döngəsi, 2A ünvanında
yerləşir. 5 otaqdan ibarətdir. Rəsmi internet səhifəsi: http://gencalim.az/. Daimi
işləyən əməkdaşlarının sayı 14-dür
Mərkəzdə 3 şöbə fəaliyyət göstərir: Gənclər siyasəti, Sosial-iqtisadi problemlər
və Humanitar məsələlər.
Mərkəzin əməkdaşları tərəfindən 3 tədqiqat layihəsi (“Gənclər siyasəti
sahəsində ixtisasartırma və yenidənhazırlanma kursu”; “Gənclər evi” layihəsi;
“Əməyin mühafizəsi” təlimi), 2 elmi konfrans (“Dövlətçilik və gənclər”,
“Gənclərin məlumatlandırılması problemi”) həyata keçirilmişdir.
Mərkəzdə aşağıdakı mövzularda hesabatlar, məqalələr və kitablar çap
edilmişdir:
- “Gənclərin əməyinin mühafizəsi”;
- “İnsan alverinin qarşısının alınması”;
- “Vətəndaş cəmiyyəti və gənclər”;
- “Reproduktiv sağlamlıq”;
- “İdmanla məşğul olan gənclərin qidalanması”;
- “Sağlam həyat”;
- “İş axtarışında gərəkli olan məlumatlar”.
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
150
Dövlət strukturlarına və nazirliklərə dövlət siyasətinin bu və ya digər
sahələrinin təkmilləşdirilməsi məqsədi ilə verilmiş tövsiyələr aşağıdakılardır:
- Gənclər siyasəti konsepsiyası;
- Gənclər siyasəti sahəsində ixtisasartırma və yenidənhazırlanma kursu;
- “Gənclər evi” layihəsi.
Mərkəzin 5 il ərzində gördüyü işlərə gəldikdə isə:
Həyata keçirilmiş tədqiqat layihələrinin sayı - 12;
Elmi konfranslarin sayı - 2;
Çap edilmiş hesabatların, məqalələrin, kitabların sayı - 24;
Dövlət strukturlarına və nazirliklərə dövlət siyasətinin bu və ya digər
sahələrin təkmilləşdirilməsi məqsədi ilə verilmiş tövsiyələrin sayı - 4-dür.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzi
Mərkəz 1997-ci ildə yaradılmış və qeydiyyatdan keçmişdir. Rəhbəri texnika
elmləri doktoru, professor Məsumə Məmmədovadır.
Mərkəzdə Azərbaycan Respublikasında əhalinin sosial müdafiəsi sahəsində
dövlət siyasətinin elmi-metodoloji əsaslarının işlənilməsinə xidmət edən
əməyin iqtisadiyyatı, sosial-əmək münasibətləri, əmək bazarı, məşğulluq, sosial
müavinətlər, demoqrafiya və s. istiqamətlərdə fundamental və tətbiqi tədqiqatlar
həyata keçirilir. Mərkəz, eyni zamanda sosial müdafiə orqanlarında informasiya-
kommunikasiya texnologiyalarının tətbiqi, Nazirliyin struktur bölmələrində
çalışan mütəxəssislərin ixtisasının artırılması və yenidən hazırlanmasının təşkili,
doktorantura və dissertantura vasitəsilə əmək və sosial məsələlər sahəsində
yüksəkixtisaslı kadrların hazırlanması məsələləri ilə də məşğul olur.
Mərkəz Bakı şəhəri, S.Bəhlulzadə küçəsi 44 ünvanında yerləşir. .Daimi işləyən
əməkdaşlarının sayı 54-dür. Onlardan 23 nəfəri elmi işçidir. Mərkəzdə 3 nəfər
elmlər doktoru, 9 nəfər fəlsəfə doktoru fəaliyyət göstərir. Mərkəzdə həmçinin İT
sahəsi üzrə də yüksəkixtisaslı mütəxəssislər çalışırlar.
Mərkəzdə 8 şöbə fəaliyyət göstərir. Bunlardan 5-i bilavasitə elmi tədqiqat işləri
ilə məşğul olur: Əmək bazarı və məşğulluq problemləri şöbəsi, Həyat səviyyəsi və
sosial müavinətlər şöbəsi, Demoqrafiya və əhali sakinliyi şöbəsi, Əmək haqqı və
əmək münasibətləri şöbəsi, Əmək şəraiti və əməyin mühafizəsi şöbəsi.
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
151
Bundan başqa, 2 şöbə (Sosial sahənin proqram təminatı və Proqram
vasitələrinin tətbiqi və texniki xidmət şöbələri) informasiya texnologiyalarının
tətbiqi ilə, Kadr hazırlığı və ixtisasartırma kursunun təşkili şöbəsi isə Nazirliyin
struktur bölmələrinin kadrları üçün ixtisasartırma kurslarının təşkili ilə məşğul
olur.
Mərkəzin nəzdində 2006-cı ilin aprel ayından Əhali və Demoqrafiya üzrə Təlim
və Tədqiqat Mərkəzi (ƏDTTM) fəaliyyət göstərir. Əhali sakinliyinin inkişafı və
demoqrafiya məsələləri üzrə elmi tədqiqatların və praktiki işlərin yerinə yetirilməsi,
o cümlədən ölkənin demoqrafik vəziyyətinin yaxından öyrənilməsi məqsədi ilə
əhali arasında demoqrafiya və əhali sakinliyi üzrə doğum və reproduktiv sağlamlıq,
ailə və nikah, uşaq ölümü, gender və s. aspektlərdə sosioloji sorğuların keçirilməsi
və monitorinqin aparılması ƏDTTM-in əsas fəaliyyət istiqamətlərindəndir.
Mərkəz Türkiyə Respublikası, MDB ölkələri, o cümlədən Rusiya Federasiyası,
Qazaxıstan, Özbəkistan, Ukrayna, Gürcüstan respublikalarının əmək və sosial
problemlərlə məşğul olan elmi-tədqiqat təşkilatları ilə yaradıcılıq əlaqələri
yaratmışdır.
Bundan əlavə, Mərkəz BMT Əhali Fondu, TACIS, Avropa Təhsil Fondu,
Dünya Bankı, BƏT və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Büdcə
hesabına il ərzində 6 nəfərin xarici səfərlərə göndərilməsinə imkan var.
Mərkəzin əməkdaşları aşağıdakı istiqamətlər üzrə elmi-tədqiqat işləri yerinə
yetirirlər:
• yoxsulluq problemləri və ünvanlı sosial yardım;
• əhalinin həyat səviyyəsi;
• gəlirlərin qiymətləndirilməsi və əhalinin həyat keyfiyyəti;
• demoqrafiya və əhali sakinliyi sahəsində araşdırmalar və proqnozlar;
• əhalinin miqrasiyası, o cümlədən əmək miqrasiyası;
• əmək bazarı, məşğulluq və işsizlik problemləri;
• əməyin ödənilməsinin və əmək münasibətlərinin nəzəri və praktiki problemləri;
• əməyin mühafizəsi və əmək şəraitinin yaxşılaşdırılması məsələləri.
2003-2010-cu illərdə 35 tədqiqat işi həyata keçirilmişdir.
Mərkəzin əməkdaşları tərəfindən 12 beynəlxalq və respublika səviyyəli elmi-
praktiki konfrans keçirilmiş və konfransların materialları çap edilmişdir. Eyni
zamanda, Mərkəzdə mütəmadi olaraq müxtəlif aktual sosial problemlərə həsr
olunmuş elmi-metodiki seminarlar keçirilir.
Bəzi konfransların mövzuları: “Azərbaycanda bazar münasibətlərinə keçid
şəraitində sosial islahatlar”; “Sosial islahatlar və cəmiyyət”; “Sosial-iqtisadi
inkişaf və demoqrafik proseslər”; “Azərbaycanda əhalinin sosial müdafiəsi
problemləri”; “Qloballaşmanın milli əmək bazarlarının formalaşmasına təsiri və
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
152
məşğulluq problemləri”; “Əmək bazarı və kadr hazırlığı problemləri”; “Müasir
mərhələdə Azərbaycanda demoqrafik inkişafın, məşğulluq və işsizliyin sosial-
iqtisadi problemləri”; “Ailə problemləri – sosial-demoqrafik aspektlər”; “Совре-
менные проблемы социально-экономического развития и информационных
технологий”.
Əmək və sosial problemlər sahəsində son 10 ildə 360-dan çox məqalə və 10-
dan artıq kitab nəşr edilmişdir. “Əmək və sosial problemlər” adlı elmi əsərlər
toplusunun 10 sayı çapdan çıxmışdır. Toplu Nazirliyin prioritet fəaliyyət sahələrinə
və aidiyyəti Dövlət Proqramlarına uyğun tərtib edilir və hər biri müvafiq təklif və
tövsiyələrlə yekunlaşır. Məsələn, 2006-2010-cu illərdə 25 hesabat hazırlanmış və
98 tövsiyə verilmişdir
Mərkəzin 5 il ərzində həyata keçirdiyi elmi-tədqiqat işlərinin sayı 25, layihələrin
sayı 8, konfransların sayı 4-dür. Çap edilmiş hesabatların, məqalələrin, kitabların
sayı 250-dən çoxdur. Dövlət strukturlarına və nazirliklərə dövlət siyasətinin bu və
ya digər sahələrin təkmilləşdirilməsi məqsədi ilə verilmiş tövsiyələrin sayı 98 -dir.
AMEA –nın Rəyasət Heyətinin nəzdində
Elmi İnnovasiyalar Mərkəzi (EİM)
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 avqust 2008-ci il tarixli 197
№-li qərarına müvafiq olaraq AMEA-nın Elmi-Tədqiqat Təcrübi-Konstruktor
İşlərinin və Müdafiə Olunmuş Dissertasiyaların Dövlət Qeydiyyatı Mərkəzinin
adı dəyişdirilərək Elmi İnnovasiyalar Mərkəzi (EİM) adlandırılmışdır.Elmi
İnnovasiyalar Mərkəzinin (EİM) Baş Direktoru Fərman Qasımovdur.
Elmi İnnovasiyalar Mərkəzinin (EİM) fəaliyyətinin məqsədi respublikada
elmi-tədqiqat işlərinin təhlili, elmtutumlu sahələrin inkişafı ilə bağlı qabaqcıl
texnologiya və innovasiyaların toplanılması və məlumat bazasının yaradılmasıdır.
EİM-in əsas vəzifələri:
- Dünya iqtisadi təsərrüfatının qloballaşma prosesində baş verən dəyişiklikləri
tədqiq edən yeni elmi sahə olan innovatikanın respublikada yayılması;
- Elmtutumlu sahələrin inkişafı ilə bağlı xarici ölkələrin qabaqcıl texnologiya və
innovasiyalarının öyrənilməsi;
- Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), nazirliklərin, komitələrin,
konsernlərin, şirkətlərin müstəqil balansda olan təşkilatları, idarələri, ali
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
153
təhsil müəssisələri, onların filial və şöbələri tərəfindən aparılan elmi-tədqiqat,
təcrübi-konstruktor işlərinin, elm və texnikanın bütün sahələri üzrə digər
işlərin müəyyən edilmiş qaydada dövlət qeydiyyatı, fondlaşdırılması;
- İnformasiya, innovasiya və texnologiyaların mübadiləsi sahəsində beynəlxalq
əlaqələrin yaradılması və inkişaf etdirilməsi.
İnkişaf istiqamətləri:
- EİM fondundakı elmi-texniki informasiya sənədlərinin tam mətnli axtarış
sisteminin yaradılması (hesabatların elektron variantı ilə);
- Elmi-texniki informasiyanın qlobal sistemlərə inteqrasiyası;
- Elmi-tədqiqatlar və haqqında informasiyanın tamlığını təmin edən digər
bazaların hazırlanması (qrantlar, innovasiyalar və s.);
- Elektron oxu zalının yaradılması;
- Texnoparkın yaradılması;
- Respublikanın ümumi elmi-texniki informasiya şəbəkəsinin yaradılması.
Layihələrdə iştirak:
2011-ci ildə “Azərbaycan Respublikasında qabaqcıl texnologiya və innovasiya
məlumat bazasının yaradılması və milli innovasiya sisteminin hazırlanmasına dair
2009-2011-ci illər üçün tədbirlər proqramı” layihəsində qoyulan məsələlər tam
həll edilmişdir.
Proqramda 2011-ci ildə Mərkəz qarşısında qoyulmuş aşağıdakı məsələlər öz
həllini tapmışdır:
- Respublika və xaricdə milli innovasiya sisteminin xüsusiyyətləri, innovasiya
tendensiyaları haqqında məlumatların toplanılması;
- Respublika və xarici informasiya sistemlərinin yaradılması təcrübəsi üzrə
analitik icmalın hazırlanması;
- Respublikada elmi-texniki potensial və qabaqcıl texnologiyalar haqqında
məlumatın toplanılması;
- Qabaqcıl texnologiya və innovasiya məlumat bazasının yaradılması;
- Respublikada MİS-in inkişaf problemlərinə həsr edilmiş beynəlxalq elmi-
praktiki konfrans, seminar, tədris kurslarının və treninqlərinin təşkil olunması;
- Qabaqcıl texnologiyaların transferinin təşkili haqqında təkliflərin hazırlanması.
Beynəlxalq əlaqələr:
Görülən işlərin səviyyəsini və sferasını daha da genişləndirmək məqsədi ilə
EİM beynəlxalq əlaqələrini genişləndirir. Beynəlxalq Elmi-Texniki İnformasiya
Mərkəzi (BETİM) və bu qurumun üzvü olan 22 dövlət, Belarus Sistem Analizi
və İnformasiya Təhlili İnstitutu (BeliSa), Ukrayna Elmi-Texniki və İqtisadi
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
154
İnformasiya İnstitutu, Ümumrusiya Elmi-Texniki İnformasiya Mərkəzi,
Ümumrusiya Elmi-Texniki İnformasiya İnstitutu, Qazaxıstan Milli Elmi-Texniki
İnformasiya Mərkəzi ilə əməkdaşlıq əlaqələri qurulmuşdur.
EİM-ə təqdim olunan informasiyalar aktuallığından asılı olaraq bu dövlətlərin
bazalarında yerləşdirilir.
2011-ci il üçün EİM on-line rejimində Niderlandın “Elsevier” nəşriyyatının
SCOPUS referativ toplusundan istifadə etmək hüququ əldə etmiş və AMEA-nın 5
institutunu bu sistemə qoşmuşdur.
2011-ci ildə Qazaxıstan Milli Elmi-Texniki İnformasiya Mərkəzi xarici
iqtisadi əlaqələri inkişaf etdirmək məqsədilə elmi-texniki işlər və innovasiya
texnologiyaları üzrə yaradılmış ekspertlər bazasında Azərbaycan alimlərinin
işlərinin də yerləşdirilməsini təmin etmişdir.
EİM-in struktur şöbə və bölmələri aşağıdakılardır:
- İnformasiya resurslarının formalaşması şöbəsi:
- Humanitar elmlər üzrə bölmə;
- Kimya-biologiya elmləri üzrə bölmə;
- Yer-texnika elmləri üzrə bölmə;
- Təhlil və proqnoz şöbəsi:
- İnformasiya-məlumat bölməsi;
- Proqnoz bölməsi;
- İnnovasiya inkişafının tədqiqi və idarə olunması şöbəsi
- İnnovasiya-məlumat fondu;
- İnnovasiya texnologiyalarının transferi və marketinqi şöbəsi
- Elmi redaksiya şöbəsi .
Görülən işlərin səmərəliliyini daha da artırmaq məqsədilə EİM aşağıdakıları
təklif edir:
- Azərbaycanda innovasiya fəaliyyətinin tənzimlənməsi və dəstəklənməsi
haqqında qanun layihələrinin hazırlanması;
- Regional innovasiya mərkəzlərinin yaradılması;
- Müxtəlif innovasiya yönümlü informasiya icmallarının sayının artırılması;
- Azərbaycanda tətbiq olunan texnologiyalar haqqında məlumat bazasının
yaradılması;
- Xarici elektron nəşrlərdə dövri nəşrlərimizin yerləşdirilməsinin artırılması;
- Xarici elektron nəşrlərə abunəçiliyin artırılması və AMEA institutlarının bu
nəşrlərdən istifadəsini təmin olunması;
- EİM portalının forma və məzmununun daha da genişləndirilməsinə nail olmaq.
Internet səhifəsi: http://innovasiya.az/page/number/10.html)
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
155
Universitetlərin nəzdində
fəaliyyət göstərən Araşdırma və Beyin Mərkəzləri
ABM-nin yarandığı Qərb ölkələrində onların mühüm xüsusiyyətlərindən
biri də onların əksəriyyətinin universitetlər nəzdində təsis olunması və
fəaliyyət göstərməsidir. Azərbaycanda hələlik bu xüsusiyyətin ənənə kimi
formalaşmasından danışmaq tezdir, lakin eyni zamanda günün vacib tələblərindən
biridir. Gənc nəslin intellektual potensialının cəmləndiyi ən mühüm sahə kimi
milli məkanda universitetlər nəzdində ABM-nin yaradılması hazırda zamanın
çağırışı kimi qəbul edilməlidir. Ölkədə bu istiqamətdə fəallıq göstərən ali təhsil
müəssisələrinə misal kimi, tərkibində bir neşə araşdırma mərkəzinin yaradıldığı
“Qafqaz Universitetini”, Bakı Dövlət Universitetini, AR Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasını, Azərbaycan Dövlət İqtisad Universitetini göstərmək
olar.
Azərbaycanda bəzi universitetlərin nəzdində fəaliyyət göstərən ABM-ri haqda
məlumatlar aşağıdakılardır.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzi
Mərkəz 3 yanvar 1999-cu ildə yaradılmışdır. Rəhbəri AMEA-nın müxbir üzvü,
i.e.d., professor Əli Nuriyevdir.
Mərkəzin əsas fəaliyyət istiqaməti sosial-iqtisadi və siyasi profillidir.
Əsas məqsədi Azərbaycan Respublikasının daxili və xarici siyasətinin aktual
problemləri, xüsusilə regional sosial-iqtisadi inkişaf, regional təhlükəsizlik və
beynəlxalq əməkdaşlıq məsələləri üzrə nəzəri və tətbiqi xarakterli araşdırmalar
aparmaq, bunun əsasında elmi-konseptual və analitik-informatik materiallar
hazırlamaq və proqnozlar verməklə Azərbaycanın hərtərəfli inkişafına, əhalisinin
həyat səviyyəsinin yüksəlməsinə və elmi biliklərinin artırılmasına xidmət
etməkdir.
Mərkəzin əsas vəzifələrinə aşağıdakılar daxildir:
- Ölkəmizdə baş verən ictimai-siyasi və sosial-iqtisadi proseslərin təhlil
edilməsi, qiymətləndirilməsi və müvafiq tövsiyələrin hazırlanması;
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
156
- Respublikanın xarici siyasət kursu, regiondaki strateji mövqeyi və milli
maraqlarının müdafiə edilməsi istiqamətində analitik xarakterli tədqiqatların
aparılması;
- Regionda baş verən geosiyasi proseslərin tədqiqi, xarici dövlətlərin və
beynəlxalq təşkilatların müvafiq bölgələrlə bağlı siyasətinin tədqiqi və
proqnozlaşdırılması;
- Regional inkişaf problemləri, regional inkişafın dövlət tənzimlənməsi və idarə
olunması, regional inteqrasiya proseslərinin tədqiqi, dövlətlərarası əməkdaşlıq
mexanizmi və strukturlarının monitorinqi və təhlili;
- Regional nəqliyyat-kommunikasiya, enerji və infrastruktur problemlərinin
təhlili;
- Azərbaycanın və bütövlükdə regionun davamlı inkişafına və sabitliyinə
ünvanlanmış təhdid və çağırışların tədqiq olunması və onların aradan
qaldırılması imkan və vasitələrinin üzə çıxarılması;
- Beynəlxalq münasibətlərin aktual problemlərinin təhlili.
Mərkəzin illik büdcəsi 42,1 min manatdır. Qərargahı AZ 1001, Bakı şəhəri,
Lermontov küçəsi 74 ünvanında yerləşir. Kompüterlərlə və sürətli internetlə
təchizatı aşağı səviyyədədir. Daimi işləyən əməkdaşlarının sayı 11-dir, müddətli
müqavilələr əsasında işləyən əməkdaşları yoxdur. Mərkəzdə fəaliyyət göstərən
şöbələrin sayı 5-dir. Xarici ölkələrdə rəsmi tərəfdaşları yoxdur. Əməkdaşların
xaricə səfərlərinin sayı 15-dir.
Həyata keçirilmiş layihələrin mövzuları:
2003-2005-ci illərdə: “Bakı-Ceyhan əsas neft ixrac boru kəmərinin Cənubi
Qafqazın sosial-iqtisadi və ictimai-siyasi inkişafında rolu”;
2006-2010-cu illərdə: “Azərbaycanın regional inkişaf strategiyası və onun
reallaşdırılması mexanizmlərinin təkmilləşdirilməsi”, “Qloballaşma şəraitində
milli siyasət (regional aspekt) məsələləri”, “Müstəqillik illərində Azərbaycan-
Pakistan əlaqələri”.
Həyata keçirilmiş elmi konfransların sayı və onların adları:
- “İlham Əliyev və Azərbaycanın müasir inkişaf strategiyasının yeni mərhələsi”,
07 noyabr 2008-ci il.
- “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı: əsas vəzifələr və onların yerinə yetirilməsi
mexanizmləri”, 03 iyun 2009-cu il.
Mərkəzin əməkdaşları tərəfindən 225 elmi əsər, o cümlədən 10 kitab çap
edilimşdir.
Dövlət strukturlarına və nazirliklərə, dövlət siyasətinin bu və ya digər
sahələrin təkmilləşdirilməsi məqsədi ilə verilmiş tövsiyələrin sayı və onların
tematikası 3-dür: “Azərbaycan Respublikasının Prezidentinə dövlət və bələdiyyə
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
157
idarəetməsinin təkmilləşməsi haqqında, Vergilər Nazirliyinə Bakı şəhərində
dövlət əhəmiyyətli və yerli imkanlara əsaslanan müəssisələr müstəsna olmaqla
digər müəssisələrin tikintisinin məhdudlaşması haqqında və Respublikanın
regional mədəni-iqtisadi mərkəz xarakterli şəhərlərində tətbiq edilən vergi dərəcə
və güzəştlərinin təkmilləşdirilməsi haqqında.
Hal-hazırda Mərkəzdə aşağıdakı layihələr həyata keçirilir:
– “Azərbaycanın uzunmüddətli sosial-iqtisadi inkişaf strategiyası: formalaşması
mərhələləri, xüsusiyyətləri və reallaşma istiqamətləri;
- “Azərbaycan regional münasibətlər sistemində”.
Mərkəzin əməkdaşları tərəfindən 3 elmi konfrans keçirilmiş, 145 elmi məqalə,
o cümlədən 7 monoqrafiya və kitab çap edilmişdir.
Mərkəz Azərbaycanda “beyin mərkəzləri” arasında tərəfdaşlıq və əməkdaşlığın
formaları və mexanizmlər haqqında aşağıdakı təkliflərlə çıxış edir:
- Xarici ölkələrin “beyin mərkəzləri” ilə birgə nəşrlərin təşkili;
- Problemlərlə bağlı teleradio məkanında “beyin mərkəzləri”nin birgə layihələrlə
çıxışı.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının Siyasi Araşdırmalar İnstitutu (SAİ)
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının Siyasi Araşdırmalar İnstitutu 19 iyul 2012-ci ildə yaranmış və
19 iyul 2012-ci ildə qeydiyyatdan keçmişdir.
Siyasi Araşdırmalar İnstitutunun (SAİ) təsisçisi və hazırkı rəhbəri professor
Elman Nəsirovdur.
İnstitutun əsas fəaliyyət istiqaməti sosial, iqtisadi, hərbi, siyasi, mədəni və s.
yönümlüdür.
İnstitutun əsas məqsədi- Azərbaycan Respublikasının daxili və xarici siyasətinin
aktual problemləri, xüsusilə regional təhlükəsizlik və beynəlxalq əməkdaşlıq
məsələlər üzrə nəzəri və tətbiqi xarakterli araşdırmalar aparmaq, onun əsasında
elmi-konseptual və analitik-informatik materiallar hazırlamaq və proqnozlar
verməklə Azərbaycanın hərtərəfli inkişafı mənafeyinə xidmət etməkdir.
İnstitutun əsas vəzifələrinə aşağıdakılar daxildir:
• Ölkəmizdə baş verən ictimai-siyasi proseslərin təhlil edilməsi,
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
158
qiymətləndirilməsi və müvafiq tövsiyələrin hazırlanması;
• Respublikanın xarici siyasət kursu, regiondakı və beynəlxalq aləmdəki
strateji mövqeyi və milli maraqlarının müdafiə edilməsi istiqamətində analitik
xarakterli tədqiqatların aparılması;
• Regionda və beynəlxalq aləmdə baş verən geosiyasi proseslərin tədqiqi, xarici
dövlətlərin və beynəlxalq təşkilatların müvafiq bölgələrlə bağlı siyasətinin
tədqiqi və proqnozlaşdırılması;
• Regional və beynəlxalq inkişaf problemləri və bu inkişafın dövlət tənzimi,
habelə idarə olunması, inteqrasiya proseslərinin tədqiqi, dövlətlərarası
əməkdaşlıq mexanizm və strukturlarının monitorinq və təhlili;
• Regional və beynəlxalq miqyaslı nəqliyyat-kommunikasiya, enerji və
infrastruktur problemlərinin regiona və ölkəyə təsir mexanizmlərinin təhlili;
• Azərbaycanın və bütövlükdə regionun habelə beynəlxalq davamlı inkişafına
və sabitliyinə ünvanlanmış təhdid və çağrışların tədqiq olunması və onların
aradan qaldırılması imkan və vasitələrinin üzə çıxarılması;
• Beynəlxalq və siyasi münasibətlərin aktual problemlərinin təhlili.
İnstitutun qərargahı - Az1001, Bakı şəhəri, Lermontov küç., 74ünvanda yerləşir.
Kompüterlərlə və sürətli internetlə təchiz olunmuşdur.
İnstitutun rəsmi veb-səhifəsi-www.dia.edu.az-dır.
İnstitutda daimi işləyən əməkdaşların sayı- 4 (tam ştat), 3 (yarım ştat)-dür.
İnstitut Türkiyənin Karabük Universiteti ilə tərəfdaşlıq münasibətləri
qurmuşdur.
İnstitutun xarici ezamiyyət və səfərlərinin sayı- 11 səfərdir.
2010-cu ildən SAİ-də “Azərbaycanın müasir xarici siyasətinin prioritet
istiqamətləri” adlı elmi tədqiqat mövzusuna uyğun olaraq “Azərbaycan
Respublikasının xarici siyasətində ikitərəfli əlaqələr formatı və onun
reallaşdırılmasında diaspor amilinin rolu” istiqaməti üzrə 5 mərhələdə iş aparılır:
İnstitut tərəfindən 2 kitab, 15 məqalə çap edilmişdir.
Bakı Dövət Universitetinin Sosioloji-tədqiqatlar laboratoriyası
Sosioloji-tədqiqatlar laboratoriyası (STL) 1989-cu ildə yaradılmış və
qeydiyyatdan keçmişdir. Təsisçiləri Bakı Dövət Universiteti (BDU) və Fəlsəfə
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
159
kafedrasıdır. Rəhbəri BDU-nun Fəlsəfə kafedrasının müdiri, fəlsəfə elmləri
doktoru, professor H.İmanovdur.
STL-in əsas fəaliyyət istiqaməti “Təhsilin sosial problemlərinin tədqiqi” elmi
tədqiqat mövzusu üzrə “Tələbə gənclər mühitində yaranan problem situasiyaların
təhlili”dir. Əsas məqsədi ali məktəblərdə təhsil prosesinin sosioloji problemlərini
öyrənmək, tələbə gənclər arasında sorğu aparmaqla təhsilin sosioloji problemlərini
aşkara çıxarmaq və onların həlli üçün səmərəli praktiki tövsiyələr işləyib
hazırlamaqdır.
STL-in 5 illik (2010-2014) büdcəsi 183982 manatdır. Əsas xərclərin
istiqamətləri STL-in əməkdaşlarının maaşlarının verilməsidir.
Qərargahın ünvanı: Bakı şəhəri, Z.Xəlilov küçəsi 23, BDU-nun 2 saylı tədris
korpusu, 4-cü mərtəbə, 402-ci otaq.
Daimi işləyən əməkdaşlarının sayı: 9 elmi işçi, 2 laborant.
Həyata keçirilmiş tədqiqat layihələrinin sayı 12-dir.
STL yarandığı gündən ali təhsilin aktual sosioloji problemləri ilə məşğuldur,
aşağıdakı mövzular üzrə tədqiqatlar aparmışdır:
- “Gənc mütəxəssisin sosial siması və onun əməyinin səmərəliliyi”;
- “Gənclər mühitində sosial gərginlik”;
- “Mövcud vəziyyət və gələcəyə proqnozlar, tələbə gənclərin sosial
oriyentasiyası, əhval-ruhiyyəsi və ümidləri”;
- “Ali təhsil prosesində problem situasiyaların yaranmasında subyekt-obyekt
münasibətlərinin yeri və rolu”;
- “Tələbə gənclər mühitində yaranan problem situasiyaların təhlili”;
- “Tələbə mühitində şəxsiyyətlərarası münasibətlərin konfliktoloji təhlili”.
Həmçinin STL-də “Müasir şəraitdə ali təhsilin fəlsəfi-sosioloji təhlili”
mövzusuna daxil olan aşağıdakı problemlər tədqiq edilmişdir:
a) Müasir şəraitdə ali təhsilin məqsəd və vəzifələri;
b) Ali təhsil prosesində elmi həqiqətlər ilə xeyirxahlığın vəhdəti;
c) Tələbə gənclərdə yeni təfəkkür stilinin formalaşmasında ali təhsilin rolu;
d) Ali təhsil sistemində fəlsəfi biliklərin rolu;
e) Müasir şəraitdə ali təhsilin humanist funksiyası.
- Təhsil islahatları: Hazırki vəziyyət və perspektivlər. Təhsil konsepsiyasının
əsas cəhətləri (2010-2014);
- Təhsildə qloballaşmanın əsas istiqamətləri: liberalizasiya və utiltarizasiya;
- İdarəçilikdə tələbələrin rolu probleminin sosioloji təhlili (2011).
STL-in əməkdaşları prof. H.R.İmanov, dos. R.M.Səttarov və Ş.K.Məmmədov
tərəfindən aparılmış tədqiqatların nəticələrini əks etdirən “Gənclərin əhval-
ruhiyyəsi və ümidləri” adlı kitabça, həmçinin R.H.Əliyev və M.M.Abbasovanın
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
160
“Qloballaşma şəraitində ali təhsilin inkişaf istiqamətləri” adlı tövsiyə-kitabçası
nəşr edilmişdir (2010).
Təkcə 2005-2009-cu illərdə STL-in əməkdaşları tərəfindən 2 monoqrafiya, 40-
dan çox elmi məqalə və tezis nəşr edilmişdir.
Hal-hazırda STL-də təhsil islahatları ilə əlaqədar “Təhsil islahatları: hazırkı
vəziyyət və perspektivlər. Təhsil konsepsiyasının əsas cəhətləri” (2010-2014)
mövzusunda elmi-tədqiqat işləri davam etdirilir.
STL-in layihələri: “Müasir şəraitdə ali təhsilin məqsəd və vəzifələri” (2005);
“Ali təhsil prosesində elmi həqiqətlər ilə xeyirxahlığın vəhdəti” (2006); “Tələbə
gənclərdə yeni təfəkkür stilinin formalaşmasında ali təhsilin rolu” (2007); “Ali
təhsil sistemində fəlsəfi biliklərin rolu”(2008); “Müasir şəraitdə ali təhsilin
humanist funksiyası” (2009).
Hər il üçün ayrıca hesabat verilmişdir və 2005-2009-cu illər üçün isə 5 illik
hesabat BDU-nun elmi hissəsinə təqdim olunmuşdur.
STL-in Azərbaycanda “beyin mərkəzləri” arasında tərəfdaşlıq və əməkdaşlığın
gələcək perspektivləri, təşkilatlanma formaları və mexanizmlər haqqında əlavə
təklifləri: Yaxşı olardı ki, fəaliyyətdə olan elmi-tədqiqat mərkəzlərində və
laboratoriyalarında günün tələblərinə uyğun kompüterlərin, sürətli internetin və
rəsmi veb-saytın təşkil olunmasına köməklik göstərilsin.
Bakı Dövət Universitetinin “Dünya azərbaycanlıları:
tarixi demoqrafiya elmi-tədqiqat laboratoriyası”
Elmi-tədqiqat laboratoriyası (ETL) 1994-cü ildə qeydiyyatdan keçmişdir.
Təsisçisi Bakı Dövlət Universitetinin (BDU) tarix fakültəsidir. Rəhbəri BDU-nun
tarix fakültəsinin Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının müdiri,
dosent Mehman Abdullayevdir.
ETL-in elmi istiqaməti demoqrafiya, diaspor və digər əhali problemləridir. Əhali
problemlərinin həll edilməsi üçün onun elmi, tarixi aspektlərinin araşdırılmasının
zəruriliyini əsas tutaraq, laboratoriyada tarixi demoqrafik tədqiqatlar aparılır. Bu
tədqiqatlarda ümumi qanunauyğunluqlarla yanaşı, yerli xüsusiyyətlər də nəzərə
alınır. Bu baxımdan Azərbaycanın tarixi demoqrafiyası, əhalinin miqrasiyası, təbii
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
161
hərəkəti, strukturu və digər xüsusiyyətlərinin öyrənilməsi aktuallıq kəsb edir. Bu
problemin kompleks şəkildə öyrənilməsi onun ayrı-ayrı aspektlərinin dərindən
araşdırılmasını tələb edir.
ETL-in əsas məqsədi dünya azərbaycanlılarının tarixi demoqrafiya
problemləri, tarixi ərazilərimizdə və onun hüdudlarından kənarda məskunlaşmış
azərbaycanlıların demoqrafiya, diaspor, miqrasiya, həmçinin işğal olunmuş
Azərbaycan torpaqlarında baş vermiş etnodemoqrafik proseslər və digər əhali
problemlərini araşdırmaqdır.
ETL-in rəsmi internet səhifəsi: http://history.bsu.edu.az /az/content/ dnya_
azrbaycanlilar i_blms_145. Daimi işləyən əməkdaşlarının sayı 11-dir, müqavilə
əsasında işləyən əməkdaşları yoxdur. ETL-in əməkdaşları təkcə son ildə xarici
ölkələrə 8 səfər etmişlər.
Həyata keçirilmiş tədqiqat layihələrinin sayı 4-dür. Layihələrin mövzuları:
- “XIX-XX əsrlərdə Şimali Azərbaycanda demoqrafik vəziyyət”;
- “Şimal-Qərbi Azərbaycanın əhalisi (tarixi-demoqrafik tədqiqat)”;
- “Rusiya Federasiyasında Azərbaycan diasporu”;
- “Qərbi Azərbaycanın əhalisi XIX-XX əsrlərdə”.
1997-ci il dekabrın 30-da ölkədə ilk dəfə olaraq “Dünya azərbaycanlıları:
demoqrafik proseslər, müasirlik” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.
ETL-də aparılan elmi tədqiqat işləri “Dünya azərbaycanlıları: tarix və
müasirlik” adlı elmi-nəzəri topluda ictimaiyyətə çatdırılır. Hazırda toplunun
3 sayı nəşr edilib. Toplunun elmi ictimaiyyətə təqdim edilən III buraxılışı Bakı
Dövlət Universiteti və tarix fakültəsinin 90 illik, “Dünya azərbaycanlıları: tarixi
demoqrafiya” buraxılışı isə ETL-in 20 illik yubileylərinə həsr olunub. Toplunun II
bölməsi oxucuları plan işləri üzrə aparılan tədqiqatların nəticələri ilə tanış etmək
məqsədi daşımışdır.
2001-2011-ci illərdə ETL-də aparılan tədqiqatlar nəticəsində 13 monoqrafiya
və 200-dən artıq məqalə çap edilmişdir.
Hal-hazırda ETL-də həyata keçirilən layihələrin sayı və onların mövzuları:
2009-2011-ci illər üçün təsdiq edilmiş plan mövzusu: “XIX-XX əsrlərdə
Azərbaycanda miqrasiya prosesləri (tarixi-demoqrafik tədqiqat)”. “XX əsrdə
Şimal-Qərbi Azərbaycanda əhali problemləri (tarixi-demoqrafik tədqiqat)”.
“Qərbi Azərbaycanın əhalisi XIX-XX əsrlərdə” (2006-2008-ci illər) və “XIX-XX
əsrlərdə Azərbaycanda miqrasiya prosesləri (tarixi-demoqrafik tədqiqat)” (2009-
2011-ci illər) layihələri artıq həyata keçirilib.
ETL-in əməkdaşları tərəfindən 1 hesabat, 151 məqalə və tezis, 3 kitab nəşr
edilmişdir.
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
162
Azərbaycan Dövlət İqtisad Unversitetinin İqtisadi Araşdırmalar
Elmi–Tədqiqat İnstitutu
İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutu, Azərbaycan Dövlət İqtisad
Unversitetinin nəzdində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14
senyabr 2009 il tarixli 137 saylı qərarı ilə yaradılmışdır. İnstitutun rəhbəri iqtisad
elmləri doktoru, professor Rasim Həsənovdur.
İnstitutun əsas məqsədi – Azərbaycan iqisadiyyatının aktual problemləri,
o cümlədən davamlı, dayanıqlı və tarazlı inkişaf problemləri, həmçinin
makroiqtisadi tənzimləmə, sosial və regional inkişafın sürətləndirilməsi, dünya
iqtisadiyyatının çağdaş inkişaf meylləri və Azərbaycanın geoiqtisadi əlaqələrinin
qiymətləndirilməsi, informasiya texnologiyalarının inkişafı və innovasiyalı
iqtisadiyyatın formalaşdırılması problemləri, ictimai seçimin iqtisadi əsaslarının
qiymətləndirilməsi yönümündə elmi araşdırmaların aparılması, geniş spektrli
sosioloji tədqiqatların, konsaltinq və audit xidmətlərinin təşkili, milli və global
iqtisadi inkişafın proqnozlaşdırılması, funksional, sahəvi və regional, o cümlədən
bələdiyyələrin sosial-iqtisadi inkişaf konsepsiya və proqramlarının hazırlanmasıdır.
İnstitutun elmi-təşkilati strukturunu aşağıdakı elmi şöbələr təşkil edir:
•
Makroiqtisadi siyasət şöbəsi;
•
Dünya iqtisadiyyatı və geoiqtisadi əlaqələr şöbəsi;
•
Sosial inkişaf problemləri şöbəsi;
•
Regionların sosial-iqtisadi inkişaf problemləri şöbəsi;
•
Sosioloji tədqiqatlar və konsaltinq şöbəsi;
•
İKT və innovasiya iqtisadiyyatı şöbəsi.
İnstitutun əməkdaşları sırasında 5 elmlər doktoru və 8 nəfər elmlər namizədi
vardır
İnstitutun əsas tədqiqat istiqamətləri aşağıdakı kimidir:
• Dövlətin iqtisadi siyasətinin elmi əsaslarının hazırlanması, iqtisadi inkişafın
idarə olunması və proqnozlaşdırılması;
• DTS-in inkişaf meyllərinin qiymətləndirilməsi və Azərbaycanın geoiqtisadi
maraqlarının təmin edilməsi;
• Maliyyə siyasəti və dövlət maliyyəsinin idarə edilməsi, maliyyə bazarı və bank
fəaliyyətinin təkmilləşdirilməsi;
• İnsan potensialının inkişafı, sosial idarəetmə və sosial təhlükəsizlik problemləri,
o cümlədən həyat səviyyəsinin yüksəldilməsi, sosial müdafiə və sosial təminat
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
163
standartlarının formalaşdırılması, sosial sferanın maliyyələşdirilməsi;
• Regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi, tarazlaşdırılması və
yerli özünü idarə etmənin iqtisadi problemləri üzrə araşdırmaların aparılması,
regionlar və inzibati ərazilərin, o cümlədən bələdiyyələrin idarə olunması,
həmçinin kompleks və məqsədli sosial-iqtisadi inkişaf proqramlarının
hazırlanması;
• İnformasiya texnologiyalarının iqtisadiyyatda tətbiqinin genişləndirilməsi,
innovasiyalı və kreativ iqtisadiyyatın formalaşdırılması strategiyası;
• Azərbaycan
cəmiyyətində
ictimai
seçimin
iqtisadi
əsaslarının
qiymətləndirilməsi;
• Konsaltinq və audit xidmətlərinin təşkili.
Rəsmi internet səhifəsi: http://www.aseu.az/index.php?option=com_
k2&view= item&layout=item&id=179&Itemid=148&lang=az
Qafqaz Universitetinin Beynəlxalq
Münaqişələrin Tədqiqatı Mərkəzi
Mərkəz 2009-cu il oktyabrın 28-də yaradılmış və qeydiyyatdan keçmişdir.
Qafqaz Universitetinin rəhbərliyi tərəfindən təsis edilmişdir. Rəhbəri Ceyhun
Mahmudludur.
Mərkəzin əsas məqsədi və vəzifələri aşağıdakılardır:
- beynəlxalq münaqişələri tədqiq etmək və bu sahədə nəşrlər hazırlamaq;
- beynəlxalq münaqişələr sahəsində respublika və beynəlxalq səviyyədə
konfrans, simpozium və seminarlar keçirmək;
- milli və beynəlxalq təşkilatlarla Mərkəzin marağında olan mövzularda
əməkdaşlıq əlaqələri qurmaq, birgə tədqiqat layihələri hazırlamaq, onların
tətbiqi üçün mənbələr yaratmaq;
- beynəlxalq münaqişələr üzrə sertifikat proqramları, milli və beynəlxalq
səviyyədə yay məktəbləri təşkil etmək;
- beynəlxalq münaqişələr sahəsində kitabxana və arxiv yaratmq;
- ən az bir ədəd elmi vəsait hazırlayıb nəşr etmək.
- universitetlərin müxtəlif fakültələrində təhsil alan tələbə və məzunlara təcrübə
proqramları təşkil etmək.
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
164
- beynəlxalq münaqişələr sahəsində magistratura və doktorantura səviyyələrində
təhsil alan tələbələr tərəfindən tədqiqatların aparılması və dissertasiyaların
hazırlanması üçün mərkəzin imkanlarını təklif etmək.
Mərkəz Qafqaz Universitetinin tərkibində yerləşir (ünvanı: AZ 0101, Bakı
şəhəri, Qafqaz Universiteti, Bakı-Sumqayıt şosesi 16-km, Xırdalan). Sürətli
internet və kompüterlərlə təchiz edilmişdir. Rəsmi internet səhifəsi www.icrc.
qu.edu.az-dır. Daimi işləyən əməkdaşlarının sayı 6-dır. Müddətli müqavilələr
əsasında işləyən əməkdaşları yoxdur.
Mərkəzdə həyata keçirilmiş tədqiqat layihələrinin sayı 4-dür:
1. “Qarabağ: bildiklərimiz və bilmədiklərimiz” (Bakı, 2010), Reha Yılmazın
redaktəsi ilə kitabın hazırlanması;
2. “Şimali Kipr Türk Respublikasının azərbaycanlılarda formalaşmış imici” adlı
sosioloji tədqiqat;
3. “Münaqişələrin həll olunmasında regional inteqrasiya proseslərinin rolu”;
4. “Dondurulmuş münaqişələrin həll edilməsində hərbi müdaxilə imkanları”.
Həyata keçirilmiş elmi konfransların adları:
- “Kipr problemi və gələcək perspektivləri” mövzusunda seminar;
- “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun ən dəhşətli
faciəsi olan Xocalı qətliamının beynəlxalq ictimaiyyətə təbliği” adlı konfrans;
- “Genderlərarası sülhün bərqərar olunması: 1325 yolla bunun həyata
keçirilməsi” adlı beynəlxalq seminar;
Həmçinin “Cənubu Qafqazda sabitlik və əməkdaşlığın artırılmasına dair
konfranslar silsiləsi” layihəsi çərçivəsində aşağıda göstərilən mövzularda 4
beynəlxalq seminar keçirilmişdir:
1) “Gürcüstan münaqişələri və onların regiona təsiri”;
2) “Cənubu Qafqazda mədəniyyətlərarası problemlər və onların həlli yolları”;
3) “Cənubu Qafqazda etnik problemlər və onların həlli yolları”;
4) “Qarabağ problemi və onun həlli yolları”.
Həyata keçirilmiş layihələrin əsas maliyyə bazasını əsasən Qafqaz
Universitetinin və xarici donorların dəstəyi təşkil edir.
Hazırda Mərkəzdə “Dağlıq Qarabağ münaqişəsi 99 sualla” adlı ingilis dilində
kitabın hazırlanması ilə bağlı layihə həyata keçirilir.
Fəaliyyəti dövründə Mərkəz 4 layihə, 7 konfrans həyata keçirmiş və 1 kitab
nəşr etdirmişdir.
Mərkəz Azərbaycanda “beyin mərkəzləri” arasında əməkdaşlığı genişləndirmək
məqsədi ilə təklif olunan ideyalara pozitiv yanaşır. BM-lərin fəaliyyətinin
daha səmərəli təşkil olunması üçün maliyyə mənbələrinin olması çox vacibdir.
İstənilən layihəni həyata keçirmək üçün lazımi maliyyə dəstəyinə ehtiyac duyulur
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
165
Azərbaycanda isə bu mənbələrin tapılması çox çətin başa gəlir. Bir çox layihələri
maliyyə mənbələrinin yoxluğundan reallaşdırmaq mümkün olmur. Dövlət qurumları
ilə “beyin mərkəzləri” arasında ciddi bir rabitə əskikliyi mövcuddur. BM-lər istehsal
etdiyi məhsulları lazımi qurumlara çatdıra bilmir və ya həmin qurumlar təklif
edilən məhsullara ciddi yanaşmırlar. İstər dövlət, istərsə də özəl müəssisələr “beyin
mərkəzləri”nin fəaliyyətindən istifadəetmə təcrübəsini mənimsəsələr, bu həm də
onların işlərinin daha səmərəli qurulmasına yardım edə bilər.
Qafqaz Universitetinin “Qafqaz Araşdırmaları İnstitutu”
İnstitut 2006-cı il fevralın 22-də yaradılmış və 2008-ci ildə qeydiyyatdan
keçmişdir. Təsisçisi Qafqaz Universiteti, rəhbəri dosent Mehmet Rıhtımdır.
İnstitutun əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:
• Azərbaycan və Türkiyə tarixi və mədəni əlaqələri;
• Azərbaycan və Türkiyə beynəlxalq əlaqələri;
• Azərbaycan tarixi və mədəniyyəti məsələləri;
• Qafqaz tarixi və mədəniyyəti məsələləri.
İnstitutun əsas məqsədi və vəzifələri Qafqaz və ətraf bölgələrin tarixi,
mədəni, sosial sahələri üzrə elmi araşdırmalar aparmaq və bu tədqiqləri dünyada
aparılan mühüm araşdırmalar istiqamətinə yönəltməkdir.
İnstitut Qafqaz Universitetinin tərkibində yerləşir (ünvanı: AZ 0101, Bakı
şəhəri, Qafqaz Universiteti şəhərciyi, Bakı-Sumqayıt şosesi 16-km, Xırdalan).
Sürətli internet və kompüterlərlə təchiz olunmuş iki otaqdan ibarətdir. Rəsmi veb-
səhifəsi Qafqaz universitetinin səhifəsində (www.qu.edu.az) yerləşir. İnstitutda
daimi əsaslarda 2, müddətli müqavilə əsasında isə 1 əməkdaş işləyir.
İnstitutda 3 şöbə fəaliyyət göstərir: Tarix və mədəniyyət araşdırmaları şöbəsi; Dil
və ədəbiyyat araşdırmaları şöbəsi; Beynəlxalq münasibətlər tarixi araşdırmaları şöbəsi.
2010-cu il ərzində 4 layihə həyata keçirilmişdir.
İnstitutun əməkdaşları tərəfindən 1 kitab, 12 elmi məqalə, 1 metodik vəsait, 1
dərs vəsaiti
çap edilmişdir.
Layihələr Qafqaz Universiteti tərəfindən maliyyələşdirilmişdir.
Hal-hazırda İnstitutda həyata keçirilən və gələn illər üçün nəzərdə tutulmuş
layihələrin sayı və onların mövzuları:
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
166
• Qarabağ – II (tarix – mədəniyyət) (Türkiyədə yayımlanacaq)
• Osmanlı arxivlərində Azərbaycan sənədləri
• Azərbaycan-Türkiyə ortaq mədəniyyət tarixi
• Evliya Çələbinin Azərbaycan səyahəti
• Həsən əl Qədərinin “Asar-ı Dağıstan” adlı əsərinin nəşri (türk dilində)
• Nizami əlyazmalarının araşdırılması
• Mehmet Akif Ersoy
• Ermənilərin Qafqazda həyata keçirdiyi vəhşətlər (ingilis və rus dillərində).
Türkiyə kitabxanalarındakı azərbaycanlı müəlliflərə aid əlyazmalarından 40
əsərin surəti artıq İnstituta gətirilmişdir.
İnstitut 5 il ərzində 12 tədqiqat layihəsi , 10 elmi konfrans həyata keçirmiş, 85
kitab, hesabat və məqalə çap etdirmişdir.
İnstitut Azərbaycanda “beyin mərkəzləri” arasında əməkdaşlığı
genişləndirmək məqsədi ilə təklif olunan ideyalara pozitiv yanaşır.
Qafqaz Universitetinin Sosial-İqtisadi
Tədqiqatlar Mərkəzi (QU SİTM)
Azərbaycan Respublikası Qafqaz Universitetinin Sosial-İqtisadi Tədqiqatlar
Mərkəzi (QU SİTM) Qafqaz Universitetinin Elmi Şurasının Ç-QU-15000-000/087
saylı və 18.11.2009 tarixli Protokolu ilə Qafqaz Universitetinin İqtisadiyyat və
İdarəetmə fakültəsinin nəzdində yaradılmışdır. 2012-ci ildən Mərkəzə Dos. Fəxri
Həsənov rəhbərlik edir. Mərkəzin İdarə heyəti 8 nəfərdən ibarətdir.
Mərkəzin məqsədi əsasən Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının
priorotet istiqamətləri üzrə tədqiqatlar aparmaq və dövlət orqanları, digər müvafiq
qurumlar üçün faydalı ola biləcək siyasət təklif və tövsiyyələri hazırlamaqdır.
Mərkəz Azərbaycan, region və ümumilikdə dünyada aktual hesab edilən
sosial-iqtisadi problemlər uzrə:
• Tədqiqat layihələri həyata keçirir;
• Beynəlxalq və yerli səviyyəli konfranslar, simpoziumlar, seminarlar, dəyirmi
masalar təşkil edir;
• Hesabatlar, tədqiqat sənədləri, məqalələr, bulletenlər, broşurlar kitablar və s.
hazırlayır;
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
167
• Ölkə daxilində və xaricində yerləşən tədqiqat mərkəzləri, institutlar,
universitetlər ilə əməkdaşlıq edir;
• Dövlət orqanları, özəl təşkilatlar və beynəlxalq qurumlar üçün konsulting
xidmətləri göstərir
Yerinə yetirilmiş tədbirlər:
• 23 oktyabr 2011-ci il tarixində “2008-ci il maliyyə böhranının dünya
iqtisadiyyatına təsiri” mövzusunda seminar;
• 25 noyabr 2011-ci il tarixində Dünya İqtisadiyyatı bölümü ilə birgə “Avropa
maliyyə böhranı və onun regional təsirləri” mövzulu panel;
• 2011-ci il sentyabr-dekabr aylarında Qafqaz Universiteti, Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və
Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar
Elmi-Tədqiqat İnstitutunun əməkdaşlığı ilə Azərbaycan Respublikası
müstəqilliyinin iyirminci ildönümünə həsr olunmuş “Heydər Əliyev və
Müstəqil Azərbaycanın 20 illik sosial - iqtisadi inkişafı” mövzulu elmi məqalə
yarışmasının keçirilməsi;
• 20 Sentyabr 2012 - Avropa Birliyinin FP7 tədqiqat layihələri çağırışında
iştirak;
• 30 Oktyabr 2012 - Dialoq Avrasiya təşkilatının təşkil etdiyi “Qlobal İqtisadi
Vəziyyəti Yenidən Düşünmək” adlı Beynəlxalq Konfransda iştirak;
• 05 Noyabr 2012 - GİZ təşkilatının dəstəyi ilə İqtisadi və Sosial İnkişaf
Mərkəzinin Ukraynanın İqtisadi Tədqiqatlar və Siyasi Məsləhətlər İnstitutu
ilə birgə həyata keçirəcəyi “Rusiyanin ÜTT-yə daxil olmasının Azərbaycana
təsirinin təhlili” mövzusunda tədqiqatın təqdimatında iştirak;
• 17-20 Dekabr 2012 - İqtisadi Təhsil və Tədqiqatlar Konsorsiumunun (EERC-
nin) təşkil etdiyi 2012 payız qrant müsabiqəsində iştirak.
Həyata keçiriləcək tədbirlər
• «Elmi tədqiqat işlərinin aparılması və məqalələrin hazırlanması» adlı təlimin
təşkil edilməsi
• “Qlobal iqtisadi sistemə yeni baxış” mövzusunda iqtisadi forumun keçirilməsi»
• «Azərbaycan Respublikasının Makroiqtisadi Mənzərəsi» adlı bülletenin
buraxılışına başlanılması.
Dostları ilə paylaş: |