“SAM-ın icmalı” (SAM Review)» ingilis dilində xüsusi nəşr olaraq mərkəzin
tədqiqatçıları və xarici ekspertlərin birgə hazırladığı təhlilləri özündə əks etdirir.
“SAM-ın şərhləri” Mərkəzin əməkdaşlarının siyasi və iqtisadi məsələlərə dair
təhlillərini özündə əks etdirən xüsusi nəşrdir.
AM-ın təşkilatçılığı ilə dünyanın bir sıra ölkələrində Azərbaycan haqqında
nəşrlər də işıq üzü görür. Bu nəşrlər sırasında Argentina oxucusuna ilk dəfə təqdim
edilmək üçün bu ölkədə nəşr olunan nüfuzlu Historia jurnalının bir buraxılışının
xüsusi olaraq Azərbaycan tarixinə həsr edilməsini qeyd etmək olar.
Ötən müddət ərzində SAM həm beynəlxalq tərəfdaşlarla birlikdə, həm də
müstəqil şəkildə bir sıra kitablar hazırlayaraq çap etmişdir.
Onlardan: Azərbaycanda siyasi partiyalar: seçkidən seçkiyə;Demokratik
cəmiyyətdə media: beynəlxalq və milli təcrübə; Azərbaycan-Türkiyə əlaqələri
son 20 ildə: uğurlar və imkanlar; Azərbaycan – Avropa iddialı ölkə; Azərbaycan:
müstəqilliyə gedən yol (Analitik icmal); Mayendorfdan Astanaya qədər:
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin prinsipial aspektləri
(От Майендорфа до Астаны: принципиальные аспекты Армяно-Азер-
байджанского Нагорно- Карабахского конфликта); 20 il ərzində Rusiya-
Azərbaycan münasibətləri: tarix və perspektivlər;( Российско –Азербайджан-
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
134
ские отношения за 20 лет: история и перспективы); Cənubi Qafqaz: ərazi
bütövlüyü, geosiyasi oyunlar və enerji; (Güney Kafkasya, Toprak bütünlüğü,
Jeopolitik Mücadeleler ve Enerji); Körfəz Əməkdaşlıq Şurası ölkələrində
daxili vəziyyət və perspektiv inkişafın ssenariləri; Cənubi Qafqaz 2021: neft,
demokratiya və geosiyasət (The South Caucasus 2021: Oil, Democracy and
Geopolitics); Azərbaycan-Türkiye: Dostluk, Kardeşlik və Strateji Ortaklık; İnsan
haqlarına dair beynəlxalq hüququn konstitusional hüququn milli sahələrinə təsiri,
“Azərbaycan” ingilis dilində buklet-nəşri, ingilis dilində «İslam Əməkdaşlıq
Təşkilatı (İƏT) ölkələrində dəyişikliklər və transformasiyalar. İƏT üzv ölkələrin
beyin mərkəzlərinin 3-cü Forumu» adlı kitab ingilis dilində işıq üzü görmüşdür.
(Change and Transformation in the Organization of Islamic Cooperation (OIC)
Countries. 3rd Think Tank Forum OİC Member States. Baku, 2-3 March
2012.480 p.); «Avropa İttifaqının Şərq Tərəfdaşlığı təşəbbüsü: ümumi çərçivə və
ya geniş imkanlar” ; məşhur siyasətşünas Strateji və Beynəlxalq Araşdırmalar
Mərkəzinin idarə heyətinin üzvü, ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə
keçmiş müşaviri Zbiqnev Bjezinskinin «İkinci Şans» adlı kitabının Azərbaycan
dilinə tərcüməsi və nəşrini qeyd etmək olar.
SAM həmçinin bir sıra kitab təqdimatlarını təşkil etmişdir: 2011-ci ildə
Qafqaz Strateji Tədqiqatlar İnstitutu ilə birgə Yell Universitetinin professoru
Firuz Kazımzadənin «Zaqafqaziya uğrunda mübarizə» (1917-1921,(“Борьба
за Закавказье” (1917-1921) kitabının, həmçinin 2012-ci ildə Taleh Ziyadov və
Brenda Şafferin redaktorluğu ilə nəşr edilmiş «Resursların lənətinin fövqündə»
kitablarının təqdimatını və s.qeyd etmək olar.
SAM mediada, “Facebook”, “Twitter” sosial şəbəkələrindəki səhifələrində və
“YouTube” kanalında müvafiq auditoriya ilə daimi ünsiyyət qurmuşdur. SAM-ın
davamlı olaraq yenilənən internet səhifəsi də - http://www.sam.gov.az/ - media ilə
sıx əlaqələrə öz töhfəsini verir.
Yarandığı 5 il dövründə Strateji Araşdlrmalar Mərkəzinin dəvəti ilə ölkəmizə
dünyanın 53 ölkəsindən 220 nəfər xarici qonaq gəlmişdir. Onlar SAM-ın təşkil
etdiyi dəyirmi masa, forum və beynəlxalq konfranslarda iştirak etmişlər. SAM-ın
tədbirlərində iştirak etmiş görkəmli siyasətçilərdən, beyin mərkəzi rəhbərlərindən,
analitik və ekspertlərdən bir neçəsinin adı aşağıda qeyd edilmişdir: Mark Qrosman
- hazırda ABŞ-ın Əfqanıstan və Pakistan üzrə nümayəndəsi, 1994-1997-ci illərdə
ABŞ-ın Türkiyədəki səfiri, 1997-2000-ci illərdə ABŞ Dövlət katibinin Avropa
məsələləri üzrə köməkçisi, 2001-2005-ci illərdə isə siyasi məsələlər üzrə müşaviri
və “The Cohen Group” təşkilatının sədr müavini; Albert Bressand - ABŞ-ın
Kolumbiya Universitetinin nəzdində “Enerji, Dəniz Nəqliyyatı və İctimai Siyasət
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
135
Mərkəzi”nin direktoru; Natali Qule - Fransa Senatının üzvü; Riçard L. Moninqstar
- ABŞ-ın Dövlət Departamentinin Avrasiya Enerji Məsələləri üzrə xüsusi elçisi,
hazırda ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri; Corc Fridman
- “Stratfor” İnformasiya-Analitik Agentliyinin prezidenti; Bülənt Araz - Türkiyə
Respublikasının Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin
direktoru; Fyodor Lukyanov- «Rusiya qlobal siyasətdə» jurnalının baş redaktoru.
SAM-ın beyin mərkəzləri və beynəlxalq təşkilatlarla
imzaladığı memorandum və sazişlər
1. Türkiyə Respublikası Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzi ilə
Əməkdaşlığa dair Memorandum, 7 mart 2011-ci il;
2. Rusiya Strateji Araşdırmalar İnstitutu ilə Əməkdaşlığa dair Memorandum,14
mart 2011
3. İtaliyanın Beynəlxalq Siyasi Araşdırmalar İnstitutu ilə Əməkdaşlığa dair
Anlaşma Memorandumu, 8 noyabr 2011-ci il;
4. Argentina Beynəlxalq Münasibətlər Şurası ilə Əməkdaşlıq və Elmi Mübadilə
haqqında Saziş, 22 noyabr 2011-ci il;
5. Yunanıstanın «Qara Dəniz Beynəlxalq Araşdırmalar Mərkəzi» ilə
Əməkdaşlıq və Akademik Mübadilə haqqında saziş, 29 noyabr 2011-ci il;
6. Polşanın Varşava Universiteti Siyasi Təhlillər Mərkəzi ilə Elmi-Tədqiqat
Sahəsində Əməkdaşlıq haqqında Saziş,15 dekabr 2011-ci il;
7. ABŞ-ın “STRATFOR” Analitik Mərkəzi ilə Əməkdaşlıq haqqında Saziş 23
dekabr 2011-ci il;
8. İslamabad Siyasi Tədqiqatlar İnstitutu (İSTİ) ilə Əməkdaşlıq haqqında Əsas
Saziş, 3 mart 2012
9. Qazaxıstan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar
İnstitutu ilə Əməkdaşlığa dair Anlaşma Memorandumu, 3 mart 2012-ci il;
10. Qırğızıstan Respublikasının Milli Strateji Araşdırmalar İnstitutu ilə
Əməkdaşlığa dair Anlaşma Memorandumu, 3 mart 2012-ci il;
11. Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu ilə “Xocalı
– hüquqi təhlil” Tədqiqat Layihəsinə Birgə Sponsorluq Edilməsinə dair
Protokol, 3 mart 2012-ci il;
12. Finlandiyanın Helsinki Universitetinin Aleksanteri İnstitutu (Aİ) ilə
Əməkdaşlığa dair Anlaşma Memorandumu, 2 aprel 2012-ci il;
13. Fransa Beynəlxalq Münasibətlər İnstitutu ilə Əməkdaşlığa dair Saziş, 12
aprel 2012
14. Ukrayna Prezidenti yanında Milli Strateji Araşdırmalar İnstitutu ilə
Əməkdaşlığa dair Anlaşma Memorandumu, 30 may 2012-ci il;
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
136
15. Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Fondu (GSBAF) ilə
Əməkdaşlığa dair Anlaşma Memorandumu, 28 iyun 2012-ci il;
16. Beynəlxalq Soyqırım və Kütləvi Qırğınları Araşdırma Fondu ilə Əməkdaşlığa
dair Anlaşma Memorandumu, 4 sentyabr 2012-ci il;
17. Rusiyanın Siyasi Tədqiqatlar Mərkəzi-“PİR SENTER” ilə Əməkdaşlığa dair
Anlaşma Memorandumu, 30 oktyabr 2012-ci il;
18. Çin Xalq Respublikası Müasir Beynəlxalq Münasibətlər Akademiyası ilə
Əməkdaşlığa dair Anlaşma Memorandumu,; Pekin, 21 yanvar 2013-cü i;
19. Çin Xalq Respublikası Sosial Elmlər Akademiyası Rusiya. Şərqi Avropa və
Mərkəzi Asiya İnstitutu ilə Əməkdaşlığa dair Anlaşma Memorandumu,; Pekin
22 yanvar 2013-cü il;
20. İraq Strateji Araşdırmalar Qrupu ilə Əməkdaşlığa dair Anlaşma
Memorandumu,; Bağdad, 23 fevral 2013-cü il;
21. Koreya Beynəlxalq İqtisadi Siyasət İnstitutu ilə Əməkdaşlığa dair Anlaşma
Memorandumu, Baki 3 iyul 2013-cü il.
Beynəlxalq konfranslar:
2008-ci ildə 4, 2009-cu ildə 1, 2010-cu ildə 8, 2011-ci ildə 8, 2012-ci ildə
15 beynəlxalq konfrans keçirilmişdir. Beş il ərzində 36 beynəlxalq konfrans (o
cümlədən onlardan 21-i ölkəmizdə) təşkil edilmişdir.
SAM beynəlxalq forumlarla akademik tərəfdaşlıq formatında da çalışmağa
önəm verır. SAM Almaniyanın Frankfurt şəhərində keçirilən “Frankfurt Qaz
Forumu”-nun akademik tərəfdaşıdır.
Dəyirmi Masalar/Panel müzakirələri. 2008-ci ildə 10 dəyirmi masa, 2009-
cu ildə 14, 2010-cu ildə 18, 2011-ci ildə 13, 2012-ci ildə 21 dəyirmi masa
keçirilmişdir. Cəmi 80-ə yaxın dəyirmi masa keçirilmişdir.
SAM-ın elmi- tədqiqat fəaliyyəti.Mərkəzdə daxili və xarici siyasət,
iqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbələri tərəfindən uzunmüddətli
və qısamüddətli elmi tədqiqat layihələri həyata keçirilmiş, əksəriyyəti xarici
dildə olmaqla çoxsaylı elmi məqalələr çap edilmiş, açıq və qapalı xarakterli
olmaqla hesabat və arayışlar hazırlanmış, elektron mediada mütəmadi təhlillər və
müsahibələr verilmişdir.
SAM-ın daxili siyasətin təhlili sahəsində apardığı elmi-tədqiqat layihələri
cəmiyyətdə baş verən proseslərin obyektvliyini və ictimai rəyin öyrənilməsinin
vacibliyini nəzərə alaraq əksər hallarda sosioloji sorğuların keçirilməsi ilə
reallaşdırılmışdır.“Azərbaycan dövlətinin daxili siyasət strategiyasının prioritet
istiqamətləri” problem istiqaməti üzrə 10-a yaxın sosioloji sorğu-tədqiqat layihəsi
həyata keçirilmişdir.
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
137
SAM tərəfindən ölkədə və xaricdə təhsil alan tələbələr arasında analitik
məqalə müsabiqəsi keçirilmişdir. Müsabiqənin məqsədi: Azərbaycanda siyasət,
tarix, hüquq, fəlsəfə, beynəlxalq hüquq və beynəlxalq münasibətlər, iqtisadiyyat
sahəsində təhsil alan gənclərin analitik təhlil vərdişlərinin və qabiliyyətlərinin
inkişaf etdirilməsi və stimullaşdırılması, yeni istedadların aşkara çıxarılması
olmuşdur. İştirakçılarının sayı 100-ə yaxın olan müsabiqəyə ölkə və xarici ali
məktəbləri fəal surətdə qatılmışlar.
Xarici syasət məsələlərinin təhlili sahəsində son illərdə xarici siyasət sahəsində
aparılan elmi tədqiqatlarda Azərbaycanın beynəlxalq əlaqələri, onun regiondakı
geosiyasi mövqeyi, sülh və milli təhlükəsizlik məsələləri, Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin həlli yolları və s. mövzular daha çox gündəmdə
olmuşdur. Dünyada və xüsusilə Cənubi Qafqazda cərəyan edən siyasi proseslərin
diqqətlə müşahidəsi və onların təhlili, proqnozlaşdırılması, Azərbaycanın
beynəlxalq əhəmiyyətli məsələlərdə rolu və mövqeyinə dair tədqiqatların
aparılması prioritetlər sırasında olmuşdur.
SAM-da İqtisadiyyatın təhlili və qloballaşma məsələləri üzrə elmi-tədqiqat
fəaliyyətinə gəldikdə, hesabat dövründə Azərbaycanın enerji siyasəti, onun
dünya iqtisadiyyatında, xüsusən Avropanın enerji təhlükəsizliyinin təmin
edilməsində rolu və mövqeyi, Xəzər-Qara Dəniz enerji dəhlizi, regional
enerji layihələri, beynəlxalq neft-qaz şirkətlərinin əməkdaşlıq imkanları
və digər mühüm məsələlər təhlil edilmişdir. Həmçinin Azərbaycanın sabit
makroiqtisadi inkişafı, qlobal dünya iqtisadiyyatına inteqrasiyası, dövlətin
enerji siyasətinin yeni strateji istiqamətləri, alternativ və bərpa olunan enerji
mənbələrinin inkişafı, iqtisadiyyatda şaxələnmə və bir sıra digər mövzuların
araşdırılması prioritetlər sırasında olmuşdur. Azərbaycanın sosial-iqtisadi
göstəricilərinə dair ingilis və rus dillərində, xüsusilə, xarici ekspert auditoriyası
üçün nəzərdə tutulmuş elmi şərhlər verilmiş, hesabatlar və multimedia
vəsaitləri hazırlanmışdır. Bu sahə üzrə aşağıda qeyd olunan layihələr həyata
keçirilmişdir.
SAM “Qlobal Beyin Mərkəzləri” reytinqində
2012-ci ildə Prezident yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) dünyanın
ən güclü beyin mərkəzlərindən biri seçilmişdir. Pensilvaniya Universiteti tərəfindən
(hər il 6 mindən artıq beyin mərkəzi və 2 min eksperti cəlb etməklə)hazırlanan
beyin mərkəzlərinin ən mötəbər reytinqində yer almışdır. SAM Pensilvaniya
Universitetinin hesabatında dünyanın 150 ən yaxşı beyin mərkəzlərinin
siyahısında 124-cü təşkilat kimi qərar tutur. SAM MDB məkanında Rusiya istisna
olmaqla, bütün ölkələrin beyin mərkəzlərini geridə qoyur. Bundan başqa SAM
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
138
həm də Mərkəzi və Şərqi Avropanın 60 ən yaxşı beyin mərkəzinin siyahısında
Azərbaycandan yeganə təmsilçi olaraq 32-ci yeri tutur. Bu siyahıda da MDB-de
Rusiya beyin mərkəzləri istisna olmaqla SAM-in rəqibi yoxdur.
SAM-ın yer aldıgı daha bir reytinq dünyanın ən yaxşı dövlət beyin
mərkəzlərinin siyahısıdır. Bu siyahıda SAM dünyada 32-ci, Avropada isə 10-cu
yeri tutur. Dünyanın ən yaxşı dövlət beyin mərkəzlərinin siyahısında postsovet
məkanından yalnız Rusiya təşkilatları SAM-la rəqabət apara bilib. Pensilvaniya
Universitetinin hesabatında SAM həmçinin dünyanın 51-ci ən yaxşı vəkillik
kampaniyası aparan təşkilatı seçilib.
Müqayisələr əsasında müəyyənləşdirmək olar ki, yaranmasının 5-ci ilində
SAM Cənubi Qafqazın ən güclü beyin mərkəzinə çevrilə bilmişdir.
Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin
İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu
Azərbaycan SSR Nazirlər Sovetinin 2 oktyabr 1964-cü il tarixli 685 saylı qərarı
ilə Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin Elmi-Tədqiqat İqtisadiyyat
İnstitutu yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan
Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı
tədbirlər haqqında” 28 dekabr 2006-cı il tarixili 504 saylı Fərmanı ilə Azərbaycan
Respublikası İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Mərkəzinin və
Azərbaycan Elmi-Tədqiqat Elmi-Texniki İnformasiya və Texniki Tədqiqatlar
İnstitutunun bazasında Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin
İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu (İİETİ) yaradılmışdır.
İİETİ-nin qeydiyyatı Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin
04 may 2007-ci il tarixli 216 saylı əmri ilə təsdiq edilmişdir. İnstitutun indiki
rəhbəri i.e.d. Vilayət Vəliyevdir.
İİETİ-nin əsas fəaliyyət istiqaməti sosial-iqtisadi profillidir.
İnstitutun əsas məqsədi və vəzifələri Azərbaycan Respublikasında sosial-iqtisadi
inkişaf siyasətinin strategiyasının elmi əsaslarının işlənilib hazırlanması, ölkədə davamlı
və dinamik iqtisadi inkişafın təmin olunmasının, o cümlədən iqtisadi islahatların
həyata keçirilməsinin strategiya və taktikasının elmi əsaslarının işlənilməsidir.
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
139
İİETİ-nin illik büdcəsi 700.000 manatdan artıqdır. Qərargahı AZ 1011, Bakı
şəhəri, H.Zərdabi prospekti, 88a ünvanında yerləşir. Qərargahda otaqların sayı 42-
dir, müasir tələblərə cavab verən 75 dəst kompüter və 6144 / 1024 kbps sürətli
internetlə təchiz olunmuşdur. Rəsmi internet səhifəsi www.ier.az-dır. Daimi işləyən
əməkdaşlarının sayı 77 (o cümlədən 40-dan çox tədqiqatçı), müqavilə əsasında
işləyən əməkdaşlarının sayı 7-dir.
İnstitutda 10 şöbə fəaliyyət göstərir. Elmi-tədqiqat şöbələri: 1) Makroiqtisadi
tədqiqatlar; 2) Sahibkarlıq və regional inkişaf problemləri; 3) Qeyri-neft sahələrinin
inkişaf problemləri; 4) Davamlı inkişaf problemləri; 5) Statistika və analitik təhlil;
Digər şöbələr: 6) Tədris və koordinasiya; 7) Kitabxana; 8) Mühasibatlıq; 9)
Ümumi şöbə; 10) Təsərrüfat-təminat.
İnstitut xarici ölkələrdə fəaliyyət göstərən aşağıdakı təhsil, elmi-tədqiqat
və digər qurumlarla rəsmi əməkdaşlıq edir: Türkiyə Respublikasının
Kalkınma Bakanlığı (keçmiş Dövlət Planlama Təşkilatı), Mərmərə, Qazi,
İstanbul universitetləri, Almaniyanın İqtisadi Tədqiqatlar İnstitutu (DIW
ECON), Çin Sosial Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu, Moldova
Elmlər Akademiyasının İqtisadiyyat, Maliyyə və Statistika İnstitutu, Ukrayna
İqtisadiyyat Nazirliyinin Elmi-Tədqiqat İqtisadiyyat İnstitutu, Koreyanın
Beynəlxalq İqtisadi Siyasət İnstitutu (KİEP), Qazaxıstanın “İqtisadi Tədqiqatlar
İnstitutu” Səhmdar Cəmiyyəti və Brüssel Universitetinin təsisçisi olduğu
“EcoMod” mərkəzi və s.
İnstitutun əməkdaşları xarici ölkələrə il ərzində 20-dən çox rəsmi səfər
edirlər. Son 1 ildə 10-a yaxın tədqiqat layihəsi həyata keçirilmişdir. Bu tədqiqat
layihələri əsasən aşağıdakı mövzuları əhatə etmişdir: ümumi tarazlıq modellərinin
işlənilməsi, iqtisadi modelləşdirmə, investisiyalar, regionların inkişafı, kənd
təsərrüfatı, aqrar-sənaye, qeyri-neft sektorunun rəqabətqabiliyyətliliyi, davamlı
inkişaf, insan inkişafı və s.
İİETİ-nin təşkil etdiyi elmi konfranslar:
1) “Regionlarda ixrac yönümlü məhsul istehsalı: mövcud potensial və
perspektivlər”;
2) “Azərbaycanda milli iqtisadiyyatın modernləşmə problemləri: mövcud
vəziyyət və gələcək prespektivlər”;
3) “Qloballaşma şəraitində sosial-iqtisadi inkişaf”;
4) “Azərbaycan Respublikasının regionlarının investisiya potensialından səmərəli
istifadənin artırılması imkanları” və “Azərbaycan Respublikası regionlarının
2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində
görülən işlər, nailiyyətlər və perspektivlər”;
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
140
5) “Regional sahibkarlığın inkişafında təbii fəlakətlərlə bağlı risklər, onların idarə
edilməsi və dövlət dəstəyi”.
İİETİ tərəfindən çap edilmiş hesabatların, məqalələrin, kitabların sayı və
onların mövzuları:
1 kitab: “Xətti cəbr və iqtisadi modellər”, 5 əsas nəticə: 1. Qeyri-neft sektorunun, o
cümlədən kənd təsərrüfatının 55 məhsul növü üzrə “Məhsul istehsalı və xidmətlərin
göstərilməsinin məhsullararası balans cədvəlləri” tərtib edilmiş və onun əsasında
müvafiq “Xərclər-buraxılış” modeli və onun qoşması, “Tarazlı qiymətlər” modeli
realizasiya edilmişdir; 2. “Xərclər-buraxılış”, “Tarazlı qiymətlər” modeli 25 və 101
iqtisadi fəaliyyət sahəsi üzrə, “Əmək balansı” modeli isə 15 sahə üzrə qurularaq
realizasiya edilmişdir; 3. İqtisadiyyatın müxtəlif sahələrinin inkişafına investisiya
qoyuluşunu stimullaşdıran birbaşa vergi dərəcəsinin optimal səviyyəsinin müəyyən
edilməsinin iqtisadi-riyazi modeli təklif edilmişdir; 4. Resursla zəngin olan ölkələrdə
resurs gəlirlərinin təsiri altında formalaşan inflyasiya səviyyəsini müəyyən etmək
üçün ənənəvi metodologiyalara alternativ olan yeni metodoloji yanaşma təklif
edilmişdir; 5. Qeyri-neft sektorunun fiskal və monetar siyasət elementlərindən
asılılığının ekonometrik modelləri qurulmuşdur.
Qeyd edək ki, İİETİ-nin əldə etdiyi elmi nailiyyətlər hər il Azərbaycan Milli
Elmlər Akademiyası tərəfindən tərtib edilən respublikada aparılan elmi-tədqiqat
işlərinin əsas nəticələri haqqında illik Hesabatda əksini tapmışdır. Mərkəz
əməkdaşlarının 10-a yaxın məqaləsi müxtəlif elmi jurnallarda dərc edilmişdir.
İİETİ tərəfindən İqtisadi İnkişaf Nazirliyinə mütəmadi olaraq makroiqtisadi
siyasət, investisiyalar, sahibkarlıq, regionların inkişafı, sosial və digər sahələr
üzrə təhlil və tövsiyələr təqdim olunur.
Həyata keçirilmiş layihələrin əsas maliyyə bazası dövlət büdcəsi və beynəlxalq
təşkilatlardır.
İnstitut BMT-nin İnkişaf Proqramının (UNDP-in) dəstəyi ilə “Qeyri-neft
sektorunun rəqabətqabiliyyətliliyinin yüksəldilməsi” layihəsini həyata keçirmişdir.
Hazırda dövlət büdcəsinin vəsaiti hesabına 4 layihə və iş planına uyğun olaraq 5
istiqamətdə tədqiqat işi həyata keçirilir.
İnstitut 5 il ərzində 20-dən çox tədqiqat layihəsi, 10-a yaxın elmi konfrans
həyata keçirmiş, 3 kitab, 30-dan çox elmi məqalə çap etdirmişdir.
İİETİ Azərbaycanda fəaliyyət göstərən “beyin mərkəzləri” arasında daha sıx
əməkdaşlığın tərəfdarı kimi çıxış edir və mütəmadi olaraq dəyirmi masaların
və konfransların keçilməsini dəstəkləyir. İnstitutda tərfdaşlarla birgə layihələrin
həyata keçirilməsi təcrübəsi mövcuddur və yerli tədqiqat mərkəzləri ilə də
əməkdaşlıqda maraqlıdır.
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
141
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
yanında Maliyyə Elm-Tədris Mərkəzi (METM)
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Elm-
Tədris Mərkəzi (METM) 05 iyun 2002-ci il tarixində yaranmış və qeydiyyatdan
keçmişdir. Mərkəzin hazırkı rəhbəri Hüseynov Elman İslam oğludur.
Mərkəzin ünvanı- Az 1154, Bakı şəhəri, Heydər Əliyev prospekti 50 yeni 10),
rəsmi veb-səhifəsi: www.tedris-maliyye.gov.az-dır.
Hazırkı dövrdə maliyyə vəsaitlərinin, xüsusilə də dövlət maliyyəsinin
proqnozlaşdırılması, icrası və istifadəsinə nəzarət eləcə də beynəlxalq və milli
mühasibat uçotu standartlarının tədrisi sahəsində Azərbaycanın təlim xidmətləri
bazarında aparıcı rola malik olan Azərbaycan Respublikası Maliyyə Nazirliyi
yanında Maliyyə Elm- Tədris Mərkəzi (METM) uzun bir tarixi yol keçmişdir.
SSRİ Maliyyə Nazirliyinin “Maliyyə orqanlarının işçiləri üçün qısamüddətli
kursların və iqtisadi seminarların təşkili haqqında” 09 fevral 1968-ci il tarixli
36 saylı məktubuna uyğun olaraq, Azərbaycan SSR Maliyyə Nazirliyinin 31
mart 1968-ci il tarixli A-13 saylı əmri ilə Azərbaycan SSR Maliyyə Nazirliyinin
Maliyyə sistemi işçilərinin daimi fəaliyyət göstərən təkmilləşdirmə kursu
yaradılmış və həmin dövrdən fəaliyyətə başlamışdır. Azərbaycan Respublikası
Maliyyə Nazirliyinin 30 sentyabr 1996-cı il tarixli 66 saylı əmri ilə “Azərbaycan
Respublikası Maliyyə Nazirliyinin Maliyyə sistemi işçilərinin daimi fəaliyyə
göstərən təkmilləşdirmə kursu” “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin
İxtisasartırma Kursu adlandırmışdır.” Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 05 iyun 2002-ci il tarixli 91 saylı qərarı ilə Azərbaycan Respublikası
Maliyyə Nazirliyinin İxtisasartırma Kursunun bazasında METM yaradılmışdır.
METM fəaliyyət müddəti ərzində təqdim etdiyi xidmətin keyfiyyətini
ön plana çəkərək, yüksək peşəkar təlimçilərlə işləməyə üstünlük vermişdir.
Bu gün yüksək peşəkar təlimçilər komandası ilə işləyən METM maliyyə
idarəetməsi, beynəlxalq və milli mühasibat uçotu sahəsində kurs və sertifikasiya
proqramları, eləcə də xüsusi sifarişlər üzrə hazırlanan mövzular üzrə təlimlər
təşkil edir.Əsas fəaliyyət istiqaməti iqtisadi yönlü, əsas məqsədi və vəzifələri isə
aşağıdakılardır:
maliyyə işçilərinin peşə hazırlığınının təkmilləşdirilməsini, yenidən
hazırlanmasını, o cümlədən əlavə təhsilinin təşkilini həyata keçirmək;
dövlət büdcəsindən maliyyələşən təşkilatların, habelə digər dövlət idarə və
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
142
müəssisələrinin maliyyə və mühasibat işçilərinin Büdcə Təşkilatları üçün
Milli Mühasibat uçotu Standartları əsasında fəaliyyət göstərə bilmələri üçün
sertifikatlaşdırılmasını aparmaq, peşəkarlıq dərəcəsinin artırılması üçün
təlimlər təşkil etmək və müvafiq tədris vəsaitlərini hazırlamaq;
Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi şəxslərdə, filial,
nümayəndəliklərdə, hüquqi şəxs yaratmayan birliklərdə, qeyri-hökumət
təşkilatlarında, habelə digər sahələrdə çalışan mühasiblərin Kommersiya
və Qeyri-Hökumət Təşkilatları üçün Milli Mühasibat uçotu Standartları və
Beynəlxalq Maliyyə Hesabatı Standartları əsasında fəaliyyət göstərə bilmələri
üçün onların sertifikatlaşdırılmasını həyata keçirmək, peşəkarlıq dərəcəsinin
artırılması üçün təlimlər təşkil etmək və müvafiq tədris vəsaitlərini hazırlamaq;
Mərkəzin nizamnaməsi - Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin
13 oktyabr 2009-cu il tarixli İ-125 nömrəli əmri ilə təsdiq edilmişdir.
Kadr resurslarına gıldikdə, daimi işləyən əməkdaşların sayı – 21, müddətli
müqavilələr əsasında işləyən əməkdaşların sayı – 50(müəllimlər)-dir.
Mərkəzdə 3 şöbə: Elmi-tədqiqat; Tədris və metodika; Maliyyə və təsərrüfat
Dostları ilə paylaş: |