Kateqoriya
Orta hesabla
Ümumi
Büdcə
8333
25000
Qərargah (otaqların sayı)
0.3
1
Daimi kadrlar
6.3
19
Müddətli müqavilə əsasında işləyən kadrlar 8
24
Şöbələrin sayı
2.7
8
Beynəlxalq tərəfdaşların sayı
16
48
Xarici səfərlərin sayı
17.7
50
Həyata keçirilmiş layihələrin sayı
16
48
Həyata keçirilmiş elmi konfransların sayı
5
15
Çap edilmiş kitabların sayı
0.3
1
Çap edilmiş hesabatların sayı
Məqalələrin sayı
13.3
40
Dövlətə tövsiyələr
3
9
Beynəlxalq səviyyəli layihələr
1
3
Cari layihələr
1
3
5 il ərzində kitabların sayı
1
3
5 il ərzində layihələrin sayı
6.7
20
5 il ərzində hesabatların sayı
4
12
5 il ərzində konfransların sayı
1.6
5
5 il ərzində məqalələrin sayı
3.7
11
5 il ərzində dövlətə təkliflərin sayı
3.3
10
Ekoloji mərkəzlərin rəsmi internet səhifələri:www.azeco.info.
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
246
Onların sırasında adlarında tədqiqat, proqnozlaşdırma və maarifçilik kimi
funksiyalar baxımından araşdırma mərkəzlərinə yaxın olanlar da çoxdur.Eyni za-
manda bu birliklərin gördükləri konkret işlərin ətraflı təbliğatına önəm verməməsi,
ya da sağlam rəqabətdə maraqlı olmamaları onlara tələbatın yüksək olduğu hazır-
kı dövr fonunda sezilməmiş qalır.
Qeyd etdiyimiz kimi, Pensilvaniya Universiteti tərəfindən hər il hazırlanan
qlobal ABM-rinin reytinqində ekoloji yönlü təşkilatların fəaliyyəti son illər ye-
nilik kimi əlavə edilmişdir və onların dünyada gördüyü işə çox böyük önəm
verilir. Bu sahədə ölkəmizin qeyd edilən reytinqdə əks edilməsi və ümumilikdə
kəmiyyətdən keyfiyyətə keçilməsi ekoloji profilli birliklər qarşısında xüsusilə
aktual məsələ kimi durur. Ekoloji profilli birliklər başqa sahələrdən fərqli olaraq
demək olar ki, hamısı qeydiyyatdan keçmişdir:
1. Akademik Həsən Əliyev adına Ekoloji İnnovasiya Mərkəzi
2. Aqroeko-Konsaltinq Mərkəzi
3. Aqroinformasiya Mərkəzi
4. Azərbaycan Ekologiya Standartlarının Monitorinqi İctimai Birliyi
5. Beynəlxalq Ekoenergetika Akademiyası
6. “Dalğa” Ekologiya və Təbiətin Qorunması İctimai Birliyi
7. “Ekoaləm” İctimai Birliyi
8. “Ekoalyans-Azərbaycan” Ətraf Muhitin və Bioloji
9. Muxtəlifliyin Muhafizəsi uzrə İctimai Birliyi
10. “Ekoleks” Ekoloji Huquq Mərkəzi
11. Ekologiya Fondu
12. Ekologiya və Arısevərlər İctimai Birliyi
13. Ekologiyanın Qorunmasına Komək İctimai Birliyi
14. Ekoloji İnformasiya İctimai Birliyi
15. Ekoloji Qayğı İctimai Birliyi
16. Ekoloji Maarifcilik və Monitorinq İctimai Birliyi
17. Ekoloji Problemlərin Tədqiqi Mərkəzi
18. Ekoloji Sağlamlıq və Tarazlıq İctimai Birliyi
19. Ekoloji Renesans
20. Ekoloji Sabitlik İctimai Birliyi
21. Ekoloji Tarazlıq İctimai Birliyi
22. “Ekoloq” Ətraf Muhitin Qorunması İctimai Birliyi
23. Ekoloq Jurnalistlər İctimai Birliyi
24. “Ekomed” İctimai Birliyi
25. “Ekosfera” Sosial-Ekoloji Mərkəz
26. “Ekostil” Azərbaycan Təbiəti Muhafizə İctimai Birliyi
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
247
27. “Ekotes” Ekoloji Tədqiqatlar və Maarifcilik İctimai Birliyi
28. “Ekotur” İctimai Birliyi
29. Energetika və Ekologiya Maarifcilik İctimai Birliyi
30. “Gulum” Uşaq Ekoloji Təşkilatı
31. İnsan Ekologiyasi İctimai Birliyi
32. Quşların Ekologiyası və Mudafiəsi İctimai Birliyi
33. Regional İnsan Huquqları və Ekologiya Mudafiə Mərkəzi
34. “Ruzgar” Ekoloji İctimai Birliyi
35. “Sağlam həyata doğru” Ekoloji İctimai Birliyi
36. “Səma və Eko” İctimai Birliyi
37. Sosial-İqtisadi və Ekoloji Tədqiqatlar İctimai Birliyi
38. Sumqayıtın Ekoloji Reabilitasiyası Mərkəzi
39. “Şəfəq” Ekoturizm İctimai Birliyi
40. Şəki Ekologiya və Təhsil Mərkəzi Gənclərin İctimai Birliyi
41. “Təmiz dunya” İctimai Birliyi
42. “Uzunomurlulər diyarı” Ekologiya və İnfrastrukturun
43. Bərpası İctimai Birliyi
44. Müstəqil Ekoloji Proqnozlaşdırma Mərkəzi
45. Sosial Ekoloji Treninq Mərkəzi
46. Lerik “Dağlar Qoynunda” Ekoloji Cəmiyyət
47. “Dirçəliş” Kəndin Sosial-Ekoloji İqtisadi İnkişafına Yardım İctimai QHT
48. Dəmir Ağac Ekoloji və Sosial Problemlərin Həllinə Yardım İB
49. Bakı Beynəlxalq Ekoloji Tədqiqatlar Mərkəzi İB
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
248
4.14.Sorğu-tədqiqatın yekunları
Azərbaycanda QHT məkanında fəaliyyət göstərən “beyin mərkəzləri”nin
təhlili bir neçə nəticəyə gətirib çıxarmışdır. İlk növbədə Azərbaycanda “beyin
mərkəzləri”nin yaranması dinamikası haqqında.
Qrafikdən göründüyü kimi, Azərbaycanda “beyin mərkəzləri”nin yaranma-
sı ildən ilə artmaqdadır. Əsasən bu artım 2000-ci ildən sonra başlamışdır. La-
kin fərqli sahələrdə müxtəlif dinamika görünür. Belə ki, ictimai-siyasi sahədə
2000-ci ildən sonra “beyin mərkəzləri”nin yaranmasında müəyyən gerilik hiss
olunur. Digər tərəfdən, hərbi-təhlükəsizlik sahəsində regional və beynəlxalq
münasibətlər üzrə BM-lərin yaranmasında isə əksinə yüksəliş müşahidə edilir.
Bu, təbii olaraq, Azərbaycanın münaqişə şəraitində yaşamasından, hərbi poten-
sialının artması və regionda nüfuzunun güclənməsindən irəli gəlir. Lakin onu
qeyd etmək istərdik ki, bir çox “beyin mərkəzləri”nin qeydiyyatdan keçmə ilə
bağlı problemləri var. Apardığımız sorğuda iştirak edən BM-lərin 25 faizi qey-
diyyatdan keçməmişdir. Lakin sorğu onu da göstərdi ki qeydiyyatdan keçməmiş
bir sıra “beyin mərkəzləri”nin fəaliyyəti qeydiyyatdan keçmiş bəzi “beyin
mərkəzləri”nin fəaliyyətindən daha genişdir. Statistika onu əks etdirir ki, dövlət
tərəfindən vətəndaş cəmiyyəti institutlarının inkişaf etdirilməsi üçün həyata
keçirilən siyasət öz bəhrəsini verməkdədir. Eyni zamanda, QHT-lərə Dövlət
Dəstəyi Şurasından tədqiqat xarakterli qrantların verilməsi nisbətən azdır.
4
Digər tərəfdən, sorğunun nəticələri göstərdi ki, “beyin mərkəzləri” əsasən be-
4 Azərbaycan Respublikasında QHT-lərin vəziyyəti haqqında Milli Hesabat. Bakı, 2010.
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
249
yin məhsulunun istehsalı üçün minimum maddi-texniki imkanlarla təmin olun-
muşlar (burada qərargahın mövcudluğu, kompüterlərlə və sürətli internetlə təmin
olunması nəzərdə tutulur). Bütün “beyin mərkəzləri”, demək olar ki, ən azı 2-3
kompüter və sürətli internetlə təchiz olunmuşdur. Yalnız 2 mərkəz qərargahla
təmin olunmamışdır. Sorğunun nəticələrinə görə, ABM-lər orta hesabla 1.79 otaq-
lı qərargaha malikdirlər.
Qərargahla təmin olunma
kateqoriyalar arasında belə
bölünür:
Kateqoriyalar arasında
kadrların, insan resurslarının
bölünməsi belədir:
Statistikanın
müqayisəli
təhlili onu göstərir ki, dai-
mi insan resursları “beyin
mərkəzləri”nin kateqoriyaları
arasında, demək olar ki, bərabər
bölünmüşdür. Lakin sosial-
iqtisadi sahənin BM-ləri 18-20
faiz üstünlüklə digər kateqo-
riyaları qabaqlayır. Bu, biznes
sahəsində insan resursları ba-
zarında aktivliyin daha yüksək olması ilə əsaslandırıla bilər. Bu tezisi müddətli
müqavilə əsasında işləyən insan resurslarının sahələr üzrə bölünməsi statistikası
da əks etdirir:
Statistikanın təhlili göstərir ki, müqavilə ilə çalışan insan resursları sosial-
iqtisadi sahə ilə yanaşı, ictimai-siyasi və ekoloji kateqoriyalarda da üstünlük təşkil
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
250
edir. Bunu təşkilatların daha çox xarici donorlar tərəfindən maliyyələşdirilməsi
ilə də əlaqələndirmək olar. Belə ki, beynəlxalq təşkilatların və xarici ölkələrin
qrantları müddətli olduğu üçün əsasən müddətli müqavilə əsasında işləyən kadr-
ları özünə cəlb edir.
4.15.Araşdırma və Beyin Mərkəzlərində layihələrin həyata
keçirilməsinin intensivliyi və fəallığı, son 5 il ərzində həyata
keçirilmiş layihələrin müqayisəsi
Diaqramlardan
göründü-
yü kimi, son 5 il ərzində kate-
qoriyalar arasında layihələrin
həyata keçirilməsi nisbətən
tarazlaşdırılmışdır. Bunu ilk
növbədə
QHT-lərə
Dövlət
Dəstəyi Şurasının yaradılması
ilə əlaqələndirmək olar. Digər
tərəfdən isə Azərbaycanın son
5 ildə regionda nüfuzunun art-
ması və hərbi potensialının
gücləndirilməsi regional və
təhlükəsizlik məsələlərinin təhlili
zərurətini yaratmışdır.
Dövlət ilə BM-lər ara-
sında
əməkdaşlığın
di-
namikası onu göstərir ki,
“beyin mərkəzləri”nin kate-
qoriyaları arasında böyük dis-
balans mövcuddur. Bu sahədə
böyük üstünlüklə iki kateqoriya
irəlidədir. Bunlar ictimai-siyasi
sahədə fəaliyyət göstərən BM-
lər və sosial-iqtisadi sahədə
fəaliyyət göstərən BM-lərdir.
Bu disbalans layihələrin həyata
keçirilməsinin dinamikası ilə də
uyğunlaşmır. Belə ki layihələrin
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
251
həyata keçirilməsi diaqra-
mından göründüyü kimi, son
5 ildə regional məsələlər və
hərbi-təhlükəsizlik kateqori-
yasına aid olan BM-lərin ak-
tivliyi müşahidə edilir, lakin
bu aktivlik dövlətə verilən
təklif və tövsiyələrdə əks
olunmur. Qeyd edilən mənzərə
bu sahədə dövlət – “beyin
mərkəzləri” münasibətlərinin,
onlar arasında əməkdaşlığın
fəallaşmasını tələb edir, Belə
ki, ABM-lərin irəli sürdüyü
təşəbbüslər qarşılıqsız qalır.
Cari layihələr üzrə də
sosial-iqtisadi sahədə fəaliyyət
göstərən ABM-lərin üstünlüyü
hiss olunur. Bununla bərabər,
regional məsələlər sahəsində
fəaliyyət göstərən ABM-lər
də fəallıqlarını artırmışlar.
Hərbi-təhlükəsizlik sahəsində
fəaliyyət göstərən ABM-lərin
kəmiyyət baxımından azlığı özünü göstərir. Lakin digər kateqoriyalarda vəziyyət
əksinədir. İlk növbədə ictimai-siyasi istiqamətli ABM-lərin fəallığının səngiməsi
hiss olunur. Əslində bunun vətəndaş cəmiyyəti təsisatlarının elmi-intellektual
araşdırmalara üz tutmasının nəticəsi olduğunu ehtimal etmək olar.
Azərbaycanda “beyin mərkəzləri”nin maliyyələş-dirilməsində xarici donor-
lardan asılılıq hələ də olduqca böyükdür. Adı çəkilən maliyyə mənbələrinin 48
faizini xarici donorlar, bununla müqayisədə dövlət tərəfindən maliyyələşdirmə 27
faiz təşkil edir. 14 faiz şəxsi maliyyə imkanlarının, 11 faiz isə Azərbaycan biz-
nes təşkilatlarının payına düşür. Orta sinfin ABM-lərin maliyyə donoru qismində
zəif iştirak etməsi yerli məkanda ən böyük problemlərdən biridir. Belə ki, yuxa-
rıda qeyd edildiyi kimi, inkişaf etmiş ölkələrdə məhz biznes təşkilatları “beyin
mərkəzləri”ni yaradır və maliyyələşdirir. Dövlət tərəfindən maliyyələşmənin sor-
ğu keçirilən ABM-lər məkanında 27 faiz təşkil etməsi o qədər də aşağı göstərici
deyil. Eyni zamanda, ABM-lərin davamlı inkişafına nail olmaq üçün orta sinfin
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
252
bu sahədə iştirakının qanun-
verici əsasları və stimulları
mümkün qədər tez müəyyən
edilməli, dövlət dəstəyi
bu sahədə daha aşkar hiss
edilməlidir.
Aşağıda göstərilən di-
aqramdan görünür ki, xarici
donorlardan asılılıq kateqo-
riyalar arasında, demək olar
ki, bərabər bölünmüşdür. Bu
dinamika yalnız ekoloji sahədə bir qədər yüksək, hərbi-təhlükəsizlik sahəsində isə
bir qədər aşağıdır.
Azərbaycanda ümumi olaraq bir il ərzində “beyin mərkəzləri”nin büdcəsi
565 800 manat təşkil edir. Bu göstərici üzrə sosial-iqtisadi sahədə fəaliyyət
göstərən BM-lər ümimi vəsaitlərin 52 faizini təşkil edir. Azərbaycanda vətəndaş
cəmiyyəti bazasında yaradılan ABM-lərin təhlilinin yekunları bu sahənin inki-
şafına bir çox amillərin maneə yaratdığını göstərir. Ən başlıca problemlərdən
biri ABM-lərin maliyyələşdirilməsi ilə bağlıdır. Maliyyələşmənin davamlı olan
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
253
dövlət və ya qeyri-dövlət
mənbələri yoxdur. Nəticədə
BM funksiyalarına trans-
formasiya olunmaq istəyən
ayrı-ayrı təşkilatlar davam-
lı maliyyə mənbələrinin
yoxluğu səbəbindən QHT
funksiyalarını
yerinə
yetirmək məcburiyyətində
qalırlar. Bu da son məhsulun
keyfiyyətində və həcmində
əksini tapır.
Məhdud maliyyə imkanları, müvafiq olaraq, zəif kadr potensialının mövcudlu-
ğunu şərtləndirir. ABM-lərdə daimi əsaslarda orta hesabla 2-3 əməkdaş işləyir. İs-
tisna olaraq yalnız sosial-iqtisadi sahəni qeyd etmək olar ki, burada bu göstəricilər
2-2.5 dəfə artıqdır. Xarici donorların qrantları qısamüddətli olur (1-2 il). Bu
vəziyyət, yəni stabil kadr resursunun olmaması hər dəfə yeni layihə üçün yeni
kadrların axtarılmasına, vaxt itkisinə və sonda işin keyfiyyətinə təsir edir.
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
254
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
255
V
FƏSİL
NƏTİCƏLƏR
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
256
5.1. Yekunlar
Azərbaycanda “beyin mərkəzləri” ictimai-siyasi sistemin yeni subyektidir.
ABŞ-ın və Avropanın “beyin mərkəzləri”nin 100 ildən çox olan tarixi fonunda yer-
li “beyin mərkəzləri”nin 15-20 illik tarixi müddətində onların fəaliyyəti, dövlətin
bu sahəyə xüsusi qayğısı və dəstəyinin formalaşması, dünya “beyin mərkəzləri”
məkanına inteqrasiya etməsi təqdirəlayiq haldır.
Azərbaycanda “beyin mərkəzləri”nin yaranması dövlət müstəqilliyinin əldə
edilməsindən sonra başlamış, lakin əsas canlanma 2000-ci ildən, xüsusilə də
2003-cü ildən sonraya təsadüf edir. Azərbaycanda 2003-cü ildən etibarən 40-a ya-
xın yeni “beyin mərkəzi” yaranmışdır. Bu fəallığın səbəbləri sırasında:
1. Ümummilli lider Heydər Əliyevin neft strategiyasının reallaşmasının nəticəsi
kimi Azərbaycanın iqtisadi inkişafın lideri səviyyəsinə çıxması;
2. Dövlət başçısı İlham Əliyevin “təbii resursların,“qara” qızılın insan kapitalına
çevrilməsi”ni bəyan etməsi;
3. 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı
ilə SAM-ın, həmçinin QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılması və
vətəndaş cəmiyyətinin subyektlərinin inkişafına dövlətin birbaşa maliyyə
dəstəyinin formalaşması həlledici yer tutur.
Eyni zamanda, on ildə “beyin mərkəzləri”nin kəmiyyət baxımından inkişafının
sürəti onların fəaliyyətinin keyfiyyətində hələ ki, əks olunmamışdır. Ölkədəki “be-
yin mərkəzləri”nin qarşısında bir sıra kompleks problemlər durur.
Azərbaycanda BM institutunun Qərbdəki həmkarları ilə müqayisəsinə gəldikdə
isə qeyd etmək lazımdır ki, onların təşkilatlanma proseslərini keçdikləri tarixi-
siyasi, ictimai, mədəni, hüquqi, texnoloji mühitin özünəməxsusluğu (nisbətən
daha az rəqabətsizliyi) və yeni fenomen olması, kadr, maddi, sosial təcrübə və
resursların çatışmazlığı və s. amillərlə şərtlənmişdir. Həmin amillərə misal kimi
aşağıdakıları göstərmək olar:
Əksər ABM-lər bilavasitə özlərinə məxsus olmayan funksiyaları daşımaq
və başlıca missiyasını icra etmək iqtidarında deyil. Funksiyalar dedikdə: alter-
nativ və kreativ ideya və təkliflər irəli sürmək, innovasiyalı cəmiyyətdə sosial
təşəbbüskarlığın episentri olmaq, mütərəqqi transformasiyaların, yeniliklərin stra-
tegiya və taktikalarını araşdırmaq və ifadə etmək, ictimai maraqları cəlb edən,
səsləndirən və cəmləyən strukturlar olmaq və s. nəzərdə tutulur.
Hələlik bu gün üçün siyasi elita və ABM-lər arasındakı münasibətlərin infrast-
rukturu formalaşmamışdır. Buna görə də mərkəzlərin siyasi subyektlərlə (iri sahib-
karlar, yüksək vəzifəli şəxslər, siyasi təşkilatlar və s.) əməkdaşlıq münasibətləri,
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
257
əlaqələri qeyri-rəsmi formada olub, qanunverici əsasları təmin edilməmişdir.
Nəticədə müstəqil aktorlar kimi deyil, əsasən ekspert-agentlər kimi çıxış
edən mərkəzlər üstünlük təşkil edir. Analitik mərkəzin siyasi statusu təkcə onun
lazımi intellektual və kadr ehtiyatı, müstəqil və kütləvi təşkilati mövqeyi ilə de-
yil, həm də siyasi elita ilə əlaqələrinə görə müəyyənləşdirilir. Hazırkı şəraitdə
müstəqil mərkəzlərin dövlət və korporativ siyasətin formalaşdırılmasına təsir
imkanları yüksək deyil. Analitik mərkəzlər “nüfuzlu” olmaq və “nəbzi tutmaq”
üçün müəyyən dərəcədə öz müstəqilliklərini qurban verməli, ya da əsas “nüfuz
kapitalı”nın olmaması ilə barışmalıdırlar.
Mövcud rəqabət mühitinin olmaması, plüralizmin aşağı səviyyəsi və maliyyə
mənbələrinin qıtlığı mərkəzlərin qarşılıqlı əməkdaşlığı və koordinasiyasına deyil,
qütbləşməsinə, həmçinin siyasi tədqiqat və araşdırmalar “bazarının” bəzi təcrübəli
mərkəzlər tərəfindən “inhisarlaşmasına” səbəb olmuşdur.
İstənilən ölkədə analitik strukturların meydana gəlməsi, təkamülü və inkişafı
müəyyən zaman müddəti tələb edir və həmin müddət nəzərə alınarsa, siyasətin
intellektual təminatı ənənəsini formalaşdırmaq mümkün olar.
Müstəqilliyin əldə edilməsindən sonra müxtəlif tipli siyasi araşdırma qurum-
ları, akademik universitetlərin nəzdində mərkəzlər, dövlət strukturları yanında
və kommersiya prinsipi ilə işləyən, ideoloji və vətəndaş mərkəzlərini də özündə
ehtiva edən Araşdırma və Beyin Mərkəzləri sistemi inkişaf etməyə başlamışdır.
İnkişafın yeni mərhələsindən başlayaraq, siyasi hakimiyyətin qeyd edilən sahəni
prioritet hesab etməsi və bu sahəyə diqqəti, müəyyən səviyyədə rəqabət mühitinin
yaradılması ölkədə müstəqil mərkəzlərin inkişafına güclü təsir edə bilər.
Azərbaycanda ekspertiza və analitikanın, o cümlədən ölkədə islahatlar apa-
rılması ilə bağlı genişmiqyaslı məqsəd və vəzifələri diqqətdə saxlayan analitik
mərkəzlərin inkişafı və həm də perspektivləri mövcuddur.
Belə şəraitdə milli məkanda özlərini analitik mərkəzlərlə identikləşdirən
subyektlərin fəaliyyəti və davranış strategiyası “beyin mərkəzi” adlanan institutun
statusuna adekvat deyil.
Burada fəaliyyətlərinə yenidən baxan, yeniləşmə imperativinə əməl edən,
dövlətçilik üçün əhəmiyyətli tədqiqatlar ortaya qoymaq əzmində olan ABM-lərin
bu istəyinin qarşılıq tapmaması, yaxud bu məramın naməlum qalması da öz təsirini
göstərir. Bu da həm dövlətin bu sahəyə daha həssas maddi, mənəvi, hüquqi, siyasi
dəstəyini verməsini, həm də ABM-lərin fəallığının artırılmasını tələb edir.
Analitik mərkəzlərin xarici maliyyədən asılı vəziyyətə düşməsi və yad təsirlərə
məruz qalan “agentlərə” çevrilməsi təhlükəsi olmamış deyil. İqtisadi və Sosial
İnkişaf Mərkəzinin (İSİM) “QHT Davamlılıq İndeksi - Azərbaycan” adlı hesa-
batında bu qurumların strateji planlaşdırma və idarəçilik prizmasından təhlil və
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
258
tədqiqatlar aparmaması vurğulanmışdır (s.3): “Rəsmi məlumatlara görə, 2011-ci
il üçün Azərbaycanda QHT sektorunun qrant büdcəsi 29 milyon manat olub. Bu
məbləğin cəmi 2,5 faizi dövlətin ayırmasıdır. Yerdə qalan məbləğ isə xarici do-
nor təşkilatların ayırmalarıdır”. Sorğunun nəticələri də göstərdi ki, Azərbaycanda
“beyin mərkəzləri”nin maliyyələşdirilməsində ən passiv təbəqə orta sinif, biznes
sahəsidir.
Təəccüb doğuran məqamlardan biri də odur ki, dünyada “beyin mərkəzləri”nin
əsas maliyyə mənbəyi hesab olunan xeyriyyəçilik institutu Azərbaycanda, demək
olar ki, yoxdur. Azərbaycanda xeyriyyəçilik ənənələri hələ XIX əsrin ikinci yarı-
sında yaranmışdır, lakin bugünkü Azərbaycanda siyasi araşdırmalara xeyriyyəçilik
edən biznes təşkilatlarının adlarını çəkmək olduqca çətindir.
Bu sahədə Azərbaycanda yalnız Heydər Əliyev Fondunun adını çəkmək olar.
Azərbaycanda dövlətin müxtəlif strukturları ilə əməkdaşlıq edən və layihələri
sifarişlə həyata keçirən “beyin mərkəzləri” aktivdir. Vətəndaş cəmiyyəti ilə sıx
əməkdaşlıq edən dövlət strukturları sırasında xüsusilə İqtisadi inkişaf Nazirliyi,
Vergilər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi
fəal mövqe tutur.
Bəzi ölkələrin ABM-lərinin inkişaf tarixi göstərir ki, müxtəlif üsullarla qeyri-
formal münasibətlərin yaradılması müəyyən müddətdə ictimai siyasət institutla-
rına əhəmiyyətli təsir edir, lakin davamlı islahatlar və qanunverici əsaslar təmin
edilmədikdə yenidən yad təsirə məruz qalaraq manipulyasiya alətinə, ölkə imicini
mənfi yöndə tanıtmağa işləyən siyasi agentlərə çevrilməklə nəticələnir.
Tədqiqatlar göstərir ki, qeyd edilən amillər təmin edildikdə maliyyə mənbələrini
və tədqiqat istiqamətlərini şaxələndirməklə, mərkəzlər tərəfindən fəal marketinq
və informasiya siyasəti yürütməklə, beynəlalq auditoriyaya özünü tanıtmaqla nü-
fuzlu və müstəqil siyasi aktor statusunu saxlamaq mümkündür. Bu nəticəni anali-
tik mərkəzlərlə bağlı təcrübələr sübut edir.
Azərbaycanda son 10 ildə ABM-lərin fəaliyyətlərinin təhlilinin yekunları
barədə onu demək olar ki, ötən illərdə ən müxtəlif fəaliyyətlə məşğul olan bu
qurumların işində hal-hazırda kristallaşma prosesi gedir. Təklifin tələbi dəfələrlə
ötüb keçdiyi vaxtlar arxada qalmaqdadaır.
Bundan əlavə, vətəndaş cəmiyyəti və ictimai siyasət institutlarının özü-
nü identikləşdirmə prosesi gedir. Hər bir təsisat seçim qarşısında qalmasa da,
zamanın çağırışlarını və ABM-lərin müasir dünyada artan nüfuzunu, eləcə də
perspektivlərini görərək, fəaliyyətinin qeyri-hökumət təşkilatının, yoxsa araşdır-
ma mərkəzinin meyarlarına daha çox cavab verməsini müəyyənləşdirir. Yaxın
gələcək üçün əsas tədqiqat profilini dəqiqləşdirir. Hər iki institutun mahiyyətcə
ictmai siyasət institutu olması isə bu seçimə təkanverici amil kimi təsir edir.
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
259
Ümumi cəhət kimi demək olar ki, yerli ABM-lərin statusuna rəqabətsizlik
mühiti, müstəqil ekspertizanın inkişaf etməməsi başlıca problem kimi təsir edir.
Bununla belə, bu vəziyyətmüstəqil analitik və ekspert “şəbəkəsinin” inkişafının
qeyri-mümkünlüyü anlamına gəlmir.
Status və nüfuza malik analitik mərkəzlər mövcuddur. İctimai fəallığın inkişafı
ilə getdikcə həm elita və ictimaiyyət arasında, həm də elitalar arasında dialoq daha
səmərəli olacaq. Bu zaman çox şeylər analitik mərkəzlərin özündən asılı olacaq,
onlar kim olduqlarını, təyinatlarının, rol və funksiyalarının nədən ibarət olduğunu
izah etməli və öz peşəkarlıqlarını, siyasətin intellektual təminat subyektləri kimi
gərəkli olduqlarını sübut etməli olacaqlar.
Mövcud mərkəzlər cəmiyyətin bir çox problemləri ilə ciddi şəkildə məşğul
olmağa başlayıblar. Demokratik, hüquqi dövlət quruculuğu, qanunvericiliyin
təkmilləşdirilməsi, informasiya cəmiyyətinin formalaşması, elektron hökumət və
bir çox digər sahələr üzrə sosial təşəbbüslər bu qurumlar tərəfindən irəli sürülür.
Belə demək olarsa, ictimai siyasət institutları və ABM-lərdə
“nəsillərarası münaqişə” yaşanmır. Yeni iş metodlarına keçid ziddiyyətsiz
baş verir, problem sadəcə təşkilatların öz ideoloji, siyasi və elmi mövqelərini
aydınmüəyyənləşdirməsindən gedir. Məhz bu məqamda da yaradıcı intellektual
araşdırmaçılıqla məzmun, ideya və konseptual baxımdan əvvəlki metodologi-
yanı saxlayaraq özünü BM adlandıranlar arasında qarışıqlıq, qeyri-müəyyənlik
mövcuddur. ABM ilə QHT arasında sərhəd və hüdudların aydın görünməsi üçün
müəyYən müddətin keçməsi lazım gələcək.
Yerli BM-lərin ən zəif yeri qrantlardan, alınan nəticələrin sifarişdən ası-
lı olmasıdır. Milli ABM-lərin, analitik-ekspert cəmiyyətinin dezinteqrasiyasını
şərtləndirən məsələ də ilk növbədə gözə çarpmayan bu faktordur.
Azərbaycan dövlətinin sadalanan bütün istiqamətlər, xüsusilə də intellektual
potensialın, insan kapitalının inkişafı üzrə həssas siyasəti görülən real işlərə
əsaslanır. Resurslarımıza nəzər salsaq görərik ki, ilk növbədə, ən böyük resurs
dövlətin siyasi müstəqilliyi, hüquqi qanunvericilik mühiti və insan kapitalının
gerçək qüvvəyə çevrilməsində göstərdiyi siyasi iradədir. Bir sözlə, konkret
proqramlar, elmin inkişaf strategiyası, dövlətin siyasəti və dəstəyi ideya və
təşəbbüslərə maraq olan yerdə mümkündür. Deməli, növbəti addımı ABM-lər
birlikdə atmalıdırlar.
Bütövlükdə, bir daha vurğulamaq istərdik ki, ən başlıca maneə kimi bir
tərəfdən BM-nin fəaliyyətinin hüquqi-qanunvericilik bazasının aydın olmama-
sı, qeydiyyat, maliyyə mənbələrinİN zəifliyi, xarici donorlardan asılılıq, kor-
porativ xeyriyyəçiliyin tamamilə yox olması və onun stimullaşdırılması, digər
tərəfdən isə: analitik mərkəzlərin tədqiqatlarının konkret istiqamətlərinin, maliyyə
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
260
mənbələrinin, ixtisaslaşmasının vəstrategiyasının olmaması cəmiyyətdə fəal PR
siyasətinin zəifliyi, media ilə passiv əlaqələr, sosial-siyasi, iqtisadi tövsiyə və
təşəbbüs funksiyanın gözə görünməməsi, dövlət institutları ilə zəif əməkdaşlıq,
peşəkar kadrların çatışmazlığı və s. kimi nöqsanları şərtləndirir.
Müasir dövrdə Azərbaycanda ekspert birliyi ilə qərar qəbul edən şəxslər ara-
sında tələb və ehtiyac olan qarşılıqlı konstruktiv münasibətlər sistemi formalaş-
mamışdır.
Dostları ilə paylaş: |