5.2.Qanunvericilik bazası ilə bağlı yekunlar
Azərbaycanda “beyin mərkəzi” yeni bir siyasi subyekt olduğundan onun sadəcə
QHT kimi yox, məhz “beyin mərkəzi” kimi adekvat statusdamöhkəmlənməsi üçün
bir sıra addımların atılması vacibdir.
Azərbaycanın mövcud qanunvericilik bazası bu gün üçün ABM anlayışını və
onun funksiyalarını yerinə yetirən təşkilatların status, hüqüq və vəzifələrini əks et-
dirmir. ABM-lər ilə bağlı digər problemlərin hamısı, demək olar ki, məhz bu məsələ
ilə sıx bağlıdır. İlk növbədə ABM-lərin qeydiyyatı məsələsi sadələşdirilməlidir.
Konkret deyilsə, QHT bazasında yaradılmış “beyin mərkəzləri”nin fəaliyyəti
“Qeyri-hökumət təşkilatları (ictimai fondlar və birliklər) haqqında” qanunla
tənzimlənməlidir. Lakin qanun, adından göründüyü kimi, yalnız birlik və fondları
əhatə edir. Qanunun birinci maddəsində Azərbaycanda qeyri-hökumət təşkilatının
tərifi verilir və bu kateqoriyaya yalnız birlik və fondlar daxil edilir. Lakin qanunda
sadalanan “ictimai birlik” anlayışı, onun funksiyaları, işin təşkili, ümumiyyətlə,
ABM-lərin nümunəsindən olduqca uzaqdır.
Dünyanın aparıcı dövlətlərində fəaliyyət göstərən BM-lər ölkənin siyasi
proseslərində (seçkilər, qanun layihələrinin hazırlanması və müzakirəsi və s.) fəal
iştirak edirlər. Lakin 13 iyun 2000-ci il tarixdə qəbul edilmiş “Qeyri-hökumət
təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının
Qanununun” 2.4 maddəsi ABM-nin səlahiyyətlərini məhdudlaşdırır.
1
1 2.4. Qeyri-hökumət təşkilatı Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli
Məclisinin və bələdiyyələrin seçkilərində iştirak edə bilməz, siyasi partiyalara maliyyə və başqa maddi yardım
göstərə bilməz. Azərbaycan Respublikasının seçki qanunvericiliyinə uyğun olaraq qeyri-hökumət təşkilatları
Azərbaycan Respublikasında keçirilən prezident seçkiləri, Milli Məclisə seçkiləri və bələdiyyələrə seçkiləri
müşahidə edə və exit-poll həyata keçirə bilərlər. Xarici hüquqi şəxslər Azərbaycan Respublikası Prezidentinin
seçkiləri, Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər və bələdiyyə seçkiləri zamanı exit-polla əlaqədar
tədbirlərdə yalnız Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatları ilə birlikdə iştirak edə bilərlər. Qeyri-
hökumət təşkilatı Azərbaycan Respublikasının qanunlarında və öz nizamnaməsində nəzərdə tutulmuş qay-
dada hüquqi normativ aktların təkmilləşdirilməsi təklifləri ilə çıxış edə bilər.( 13 iyun 2008-ci il tarixli 649-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 avqust 2008-ci il, № 190, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 699) ilə 2.4-cü maddənin ikinci cümləsində
“müşahidə edə” sözlərindən sonra “və exit-poll həyata keçirə” sözləri əlavə edilmişdir və 2.4-cü maddəyə yeni
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
261
Qanunda QHT-lərdə işləyənlərin kateqoriyaları, ümumiyyətlə, Azərbaycanda
“beyin mərkəzləri”nin fəaliyyət mexanizmlərini əks etdirmir. Belə ki, qanunun
8-ci maddəsinin birinci bəndində ictimai birliklərin iştirakçılarına təsisçilər, üzvlər
və köməkçilərin aid olması bildirilir. Dünya və Azərbaycan praktikası “beyin
mərkəzləri”ndə təsisçilərin və əməkdaşların olmasını əks etdirir. Ümumiyyətlə,
beyin məhsulunun hazırlanmasında iştirak edən bir təşkilata üzvlərin olması yox,
analitik, ekspert və tədqiqatçıların olması vacibdir.
ABM-lərin hüquqi-qanunverici statusu və qeydiyyatının sadələşdirilməsi
gündəmdə duran məsələlərdəndir. Sorğudan göründüyü kimi, milli məkanda fəal
olan bir sıra ABM-lər var, lakin onlar qeydiyyatdan keçə bilməmişlər. Bunun
səbəbləri də onlara məlum deyil.
“Beyin mərkəzləri”nin əsas meyarlarından biri onlarıın şəbəkələşməsi və
KİV-lərdə fəallığıdır. BM-lərin bir çoxu nəinki KİV-lərlə əməkdaşlıq etmir, on-
ların ümumiyyətlə rəsmi internet səhifələri də yoxdur. Bəzilərinin rəsmi saytları
olsa da, orada layihələr, tərəfdaşlar, görülmüş və görüləcək işlər haqqında lazı-
mi məlumatlar əks olunmur. Təşkilatın fəaliyyətini əks etdirən illik hesabatlar da
əksər hallarda bu saytlarda yerləşdirilmir. Saytlar informasiya agentliyi forma-
tında işləyirlər. Buna görədir ki, “beyin mərkəzi”nin rəhbəri KİV-lərə müsahibə
verərkən o, mərkəzin rəhbəri kimi deyil, müstəqil ekspert kimi təqdim olunur və
ictimai rəydə belə tanınır. Ümumiyyətlə, istisnalar olmaqla, Azərbaycanda “beyin
mərkəzləri”nin internet şəbəkəsində fəaliyyəti gözəçarpan deyil. Şəbəkələşmə və
əməkdaşlıq baxımından yalnız ekoloji profilli ABM-lərin internetdə fəallığı baş-
qaları üçün nümunə kimi qeyd edilə bilər.
Təcrübə göstərir ki, zərurət yarandıqda lazımi addımlar atılır, fondlar yaradılır
və dövlət tərəfindən hərtərəfli şəkildə dəstəklənir. Bu yuxarıda deyilən “innovasi-
on maliyyələşmə” metoduna da aiddir. “Azərbaycan-2020. Gələcəyə baxış” İnki-
şaf Konsepsiyası qəbul olunub. Bu, sənədin reallaşdırılması çərçivəsində sonrakı
8-10 il ərzində ölkədə ÜDM-in iki dəfə artacağı güman edilir. Burada həlledici rol
iqtisadiyyatın qeyri-neft sektoruna aid olacaq. Beyin mərkəzləri də fəaliyyətinin
xüsusiyyətləri baxımından intellektual, qeyri-neft sektoruna aid təşkilatlardır.
Konsepsiyanın reallaşması yönündə ölkədə qeyri-neft sektorunun, İKT-nin
inkişafına xüsusi diqqət ayrılır. Həm də hazırda bu sektor yüksək templərlə in-
kişaf edir. Hər il dövlət büdcəsinə ən çox daxilolmalar məhz bu sahəyə aid olur.
RİTN nəzdində “Azərbaycanda İnformasiya Texnologiyalarının İnkişafı Dövlət
Fondu” yaradılıb. Fondun əsas məqsədi ideyalarını həyata keçirmək üçün qrant,
eləcə də aşağı faizlərlə kreditlər ayırmaqla «Startup»ları inkişaf etdirməkdir.
məzmunda üçüncü cümlə əlavə edilmişdir, üçüncü cümlə müvafiq olaraq dördüncü cümlə hesab edilmişdir.)
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
262
Bununla yanaşı, yerli, eləcə də xarici şirkətlərin bazarını formalaşdırmaq üçün
ölkədə texnoparklar yaradılır. Bu da «Startup» üçün əlavə imkanlar və şəraitlər
vəd edir. Azərbaycanda «Startup»lar dövrü başlayır. Texnoparklar üzrə qanun
layihəsi hazırlanıb. Azərbaycanda texnoparkların iştirakçıları üçün güzəştli şərtlər
tətbiq edirlər. Artıqgüzəştli vergi ödəmələrinin tətbiqi haqqında da qərar qəbul
edilib. Texnoparkın iştirakçıları olan bütün şirkətlər 7 il ərzində tam olaraq vergi
ödəmələrindən azad olunacaqlar. Gələcəkdə fiskal və monetar güzəştlərin tətbiqi
də nəzərdə tutulur.
Deyilənləri nəzərə almaqla beyin mərkəzlərinin fəaliyyətini tənzimləyən
normativ-hüquqi bazanın formalaşdırılması üçün mövcud qanunvericiliyə əlavə
və dəyişikliklər etmək, “beyin mərkəzləri”nininkişafı üçün də fond, yaxud “beyin
mərkəzləri inkubatoru” yaratmaq olar.
Daha bir məsələ dövlət və “beyin mərkəzləri” arasında tərəfdaşlıq, əməkdaşlıq
və ideyalar mübadiləsinin stabil, davamlı ənənəsinin yaradılmasıdır
Analitik mərkəzlərlə bağlı bir sıra tövsiyələri qeyd etmək olar ki, bu tövsiyələrə
əməl edilməsi hər hansı mühitin müqavimətindən asılı olmayaraq onların siyasi
statuslarının yüksəlməsinə kömək edə bilər.
5.3. Tövsiyələr
Tədqiqatın gedişində əldə edilən nəticələr, sorğuda səslənən təklif və qənaətlər
Azərbaycanda ABM-lərin reallığı, inkişafı və perspektivləri ilə bağlı aşağıdakı
məsələləri əhatə edən tövsiyələrin verilməsini şərtləndirir:
1. ABM-lərin qeydiyyata alınması məsələsi;
2. Davamlı maliyyə mənbələrinin mövcudluğu;
3. ABM-lərin fəaliyyəti və funksiyalarının hüquqi-qanunvericilik bazasının
müəyyənləşməsi, yaxud ictimai birliklər haqqında qanuna əlavə və dəyişikliklər
edilməsi;
4. Özünü QHT, yaxud ABM kimi identikləşdirmənin meyarlarının
müəyyənləşməsi.
Davamlı maliyyə mənbələrinin təminatı məqsədi ilə bu sahəyə maliyyə ya-
tırımları edən orta sinfi müvafiq vergilərdən azad etmək, bunun üçün banklar və
dövlət tərəfindən güzəştli faizlərlə kreditlər vermək, aşağı gəlir tariflərini tətbiq
etmək məqsədəuyğundur. Qrant və maliyyə mənbələrinə dair internet portalı da
yaradıla bilər (məsələn: www.qrands.az).
Azərbaycanda “beyin mərkəzləri” arasında əməkdaşlığın mexanizmi kimi
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
263
şəbəkələşmə və ölkədə “A-dan Z-yə” www.think.tank.az internet şəbəkəsini ya-
ratmaq günün tələbidir. Burada reytinq dəyərləndirmələri keçirmək və s.-lə ABM-
lər üçün əlverişli inkişaf mühitinin formalaşmasına nail olmaq olar.
ABM-lər öz maliyyə mənbələrini, yaxud sifarişçi bazalarını şaxələndirməli və
zənginləşdirməlidirlər. Tədqiqat istiqamətlərinin və araşdırmalarının ixtisaslaşma-
sı və genişləndirilməsi müxtəlif mənbələrdən vəsait cəlb edilməsini şərtləndirə
bilər (Qərbin aparıcı analitik mərkəzləri bu strategiyadan fəal şəkildə istifadə
edirlər).
ABM-lər intellektual istehsala yeni formalı – cari siyasi məsələlərlə (policy-
briefs) bağlı esse, konkret tövsiyəli arayışlar, təkliflər və s. kimi analitik məhsul
daxil etməlidirlər.
ABM-lər öz məhsulunu təqdim etmək üçün müasir vasitələrdən (məsələn,
yeni texnologiyalar, internet) və xüsusilə də “aqressiv marketinq” adlanan
mexanizmlərdən (müxtəlif formalı tədbirlər, maarifləndirici məlumat vərəqələrinin
yayılması və s.) istifadə etməlidirlər.
Azərbaycanda QHT-lərin təşkilatlanma, tənzimlənmə və qeydiyyat məsələləri
ali idarəetmə orqanı olan Ümumi Yığıncaqda müəyyən edilir. Bu, BM-lərin
fəaliyyəti və təşkilatlanması prinsiplərini əks etdirmir. Bu da öz növbəsində ölkə
qanunvericiliyində “beyin mərkəzləri”nin iş praktikasının və idarə olunmasının
əks edilmədiyinə dəlalət edir. Birlik və fondların prizmasından baxdıqda ABM-lər
bunların heç birinə aid olmur. Bu məsələlərin həlli üçün:
1. ABM-lərin fəaliyyətinin hüquqi bazasının yaradılması üçün qeyri-hökumət
təşkilatları (ictimai fond və birliklər) haqqında qanunun 1-ci maddəsinə “beyin
mərkəzi” və ya sadəcə “mərkəz” anlayışının əlavə olunması;
2. “Beyin mərkəzləri”nin siyasi proseslərdə iştirakının aktivləşdirilməsi
məqsədi ilə ya adı çəkilən qanunun 2.4 maddəsinə əlavə edilməsi, ya da QHT-lərə
Dövlət Dəstəyi Şurasının qrantları əsasında ayrıca siyasi araşdırmalar və ya “be-
yin mərkəzləri” fondunun yaradılması mühüm rol oynaya bilər.
3. “Elm haqqında” qanun layihəsində elmi mərkəzlərin fəaliyyətinin əsaslarını
tənzimləyən maddə də əksini tapmışdır. Qanun layihəsinin 17-ci maddəsi
“Elmi mərkəzlər” adlanır. 8 bənddən ibarət olan bu maddədə elmi mərkəzlərin
fəaliyyətinin qanunverici əsaslarını təmin və müəyyən edilir. 17-ci Maddənin
17.5 bəndində deyilir: “17.5. Elm, təhsil və iqtisadiyyatın inteqrasiya mərkəzləri-
”texnopark”, “texnopolis”, “texnoinkubator” və s.elmi-tədqiqiat potensialının.
təhsil və innnovasiya meylli subyektlərlə birləşdirilməsi məqsədi ilə yaradılır.
Göründüyü kimi burada inkişaf etmiş və innovasiyalı cəmiyyət quruculuğunun
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
264
mühüm elementlərindən olan “texnopark”, “texnopolis”, “texnoinkubator” və s.
inteqrasiya mərkəzləri kimi əksini tapsa da, “beyin mərkəzləri” anlayışı burada
qeyd edilməmişdir.
Qanun layihəsinin 17.8 bəndində göstərilir: “17.8. Elmi fəaliyyət sahəsində
əhəmiyyətli nailiyyətlər əldə edən yüksək ixtisaslı elmi kadr potensialına və
maddi texniki bazaya malik olan elmi müəssisə və ya təşkilatlara müvafiq icra
hakimiyyəti tərəfindən elmi mərkəz statusu verilə bilər.”
Elm haqqında” Azərbaycan Respublikası qanununun layihəsində “20-
ci maddə. “Elmi fəaliyyətlə məşğul olan qeyri-hökumət təşkilatları və digər
subyektlər” adlanır.Maddənin 20.3. bəndinin sonunda deyilir: “..öz tərkibində
elmi müəssisə və elmi innovasiya fəaliyyətini həyata keçirən müxtəlif struktur
bölmələri yarada bilərlər.”
Qeyd edilənləri nəzərə alaraq, hesab edirik ki, “beyin mərkəzləri” sözünün də
qanun layihəsində əksini tapmasına ehtiyac var. Müzakirəsi gözlənilən “Elm
haqqında” Qanun layihəsinin 17.”Elmi mərkəzlər” haqda maddəsinə, yaxud da
20-ci maddəyə: “20. Elmi fəaliyyətlə məşğul olan qeyri-hökumət təşkilatları və
digər subyektlər”-”beyin mərkəzləri” haqda bəndin (və ya sözün) əlavə edilməsi
məqsədəuyğun ola bilər.
4. “Beyin mərkəzləri”nin fəaliyyətinin keyfiyyətinin artırılması üçün
layihələrin və tədqiqatların həyata keçirilməsi üzrə treninqlərin təşkili.
5. Bir sıra Mərkəzi və Şərqi Avropa ölkələrində tətbiq olunan “1 faiz
qaydası”nda subsidiyalaşdırmanı bir forma kimi Azərbaycanda da tətbiq etmək
olar. İcra hakimiyyəti orqanlarının dövlət büdcəsindən aldığı vəsaitlərin bir qis-
minin sosial sifarişlərə və xidmətlərə xərclənməsi mexanizmləri işlənib həyata
keçirilə bilər.
2
5.4. Araşdırma və Beyin Mərkəzlərinin gələcəyi:
mümkün ssenarilər və proqnozlar
Azərbaycanda analitik mərkəzlərin inkişaf perspektivləri genişdir. Bu həm
mərkəzlərin vəziyyəti, həm ölkədə mövcud olan inkişaf dinamikası və dünyanın
inkişaf meyillərinin xüsusiyyətləri ilə bağlıdır.
Analitik mərkəzlərin inkişaf dinamikasının qiymətləndirilməsinə dair
anketlərdə verilən suallara cavablarda mövqelər yarı bölünmüşdür: cavabı
verənlərin 49,1%-i hesab edir ki, analitik mərkəzlər tərəqqi mərhələsindədir,
48,2%-i əmindir ki, onlar durğunluq vəziyyətindədir. Sorğuda “geriləmə” ilə bağlı
2 Yenə orada, səh. 94.
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
265
qiymətləndirməni heç kim qeyd etməmişdir. Anlayışlarla bağlı belə əks-mövqelər
hələlik çox pərakəndə olan mənzərənin proqnozlaşdırılmasını çətinləşdirir.
Tamamilə aydındır ki, analitik mərkəzlərin gələcəyi ölkənin ümumi inkişaf
variantlarına uyğun müəyyənləşərək (yəni hazırkı vəziyyət olduğu kimi qalmaya-
caq), inkişaf proseslərinin təsiri altında keyfiyyət dəyişiklikləri baş verəcək.
Həm dövlət (və universitetlər), həm də qeyri-dövlət (və özəl universitetlər)
analitik strukturlarının mütərəqqi dinamik inkişafı təmin edilə, onların hakimiyyət
və cəmiyyətlə səmərəli əməkdaşlıq mexanizmləri yaradıla bilər. Mərkəzlər
ictimai-siyasi proseslərin fəal iştirakçılarına çevrilə bilərlər.
Bunun əksi olduğu hallarda analitik strukturların durğunluğu, onların ictimai
gərəksizliyi və təcrid olunması, mövcud olduğu səviyyədə qalması müşahidə
ediləcək. Eyni zamanda, mərkəzlər məhdud bir dairə üçün çalışmaqda davam
etdikcə nə cəmiyyətə, nə də ictimai rəyə əhəmiyyətli təsir göstərə biləcəklər.
Optimist ssenariyə görə, mövcud potensiallarını daha da inkişaf etdirməklə
ABM-lərin həm milli məkanda, həm də dünyada tədricən tanınmış müstəqil
tədqiqat strukturlarına çevrilməsi baş verə bilər. Bu ssenari ölkədə yeni
keyfiyyət mərhələsinə keçidin tələblərindən irəli gələrək siyasi sistemin davam-
lı demokratikləşməsini, demokratik prosedurların və təcrübələrin təkmilləşdiril-
məsini, demokratik institutların gücləndirilməsini, siyasətdə ictimai rəyin və iş-
tirakın genişləndirilməsini nəzərdə tutur. Xüsusilə də dünya BM-lərinin inkişaf
meyillərinə uyğun olaraq, onların neoliberal (siyasi-ideoloji) məsələlərdən daha
çox yeni yüzilliyin başlıca çağırışlarından olan innovativ və kreativ fəaliyyətə
köklənə bilməsi bir çox şeyi həll edə bilər.
Pessimist ssenariyə görə, status-kvo saxlanılarsa, analitik mərkəzlərin xari-
ci maliyyə və qrantlardan asılı olaraq öz müstəqilliyini itirəcəkləri ehtimal edilə
bilər. Ölkəmizdə ABM-lərin inkişaf perspektivləri haqqında danışarkən onu da
qeyd etmək lazımdır ki, tədqiqatdan göründüyü kimi, onların fəaliyyətinin dövlət
və orta sinif səviyyəsində maddi və mənəvi baxımdan dəstəklənməsi, koordina-
siyası və rəqabətli mühitin formalaşması olmasa, bu, nəticədə yenə də xarici do-
nor təşkilatlardan maliyyələşən analitik mərkəzlərin güclənməsində gətirib çıxara
bilər. Bu isə sonda onların dövlətin imicinin güclənməsinə deyil, zəifləməsində
maraqlı olan xarici mənbələrin ixtiyarına verilməsi deməkdir. Dövlət əhəmiyyətli
sahədə təxminən maliyyə asılılığının yarısının xarici donorların payına düşməsi
təhlükə doğura biləcək faktdır. Müxtəlif tipli analitik mərkəzlərin inkişafı yalnız
onların öz fəaliyyətlərinin səviyyəsini yüksəltməklə deyil, həm də daxili siyasi
proseslərdə islahatların mahiyyəti və ABM-lərin Qərbdəki analoqlarına müvafiq
şəkildə mütərəqqi institutsionallaşmasını təmin edən amillərlə bağlıdır.
Bu da, hesabatda qeyd edildiyi kimi, hədəf qrupların ehtiyaclarının ödənilməsinə
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
266
deyil, donor təşkilatlarının prioritetlərinə üstünlük verilməsi ilə nəticələnir.
Realist ssenariyə görə, bir sıra müstəqil mərkəzlərin nüfuzu və rolunun artması
mümkündür. Hakimiyyət münasibətlərində qeyri-rəsmi təcrübənin hakim olması,
dövlətin siyasi institut kimi güclənməsi zərurəti, vətəndaş cəmiyyəti strukturları-
nın zəifliyi, nəhayət, iri biznesin ictimai fəallığının aşağı olduğu şəraitdə ekspert
və akademik təşkilatlar, demək olar ki, onlarla müqayisədə daha legitim, peşəkar
və daha demokratik institutlardır. Bu, analitik mərkəzlərə modernləşmənin insti-
tutlaşmış subyektləri və demokratik təsisatlar kimi çıxış etmək imkanı verir.
Bununla belə, ictimai mühitin şərtləri analitik mərkəzlərin gələcək inkişafı-
nın əsası (bəlkə də, müəyyənləşdiricisi) kimi çıxış edir. Bu və ya digər ssenarinin
həyata keçirilməsi isə konkret ölkələrdə üstünlük təşkil edən inkişaf meyillərindən
asılıdır. Başqa sözlə desək, ölkədə analitik mərkəzlərin inkişaf perspektivləri iq-
tisadi tərəqqinin, elm və təhsilin modernləşməsinin və demokratik quruculuğun
templərinə uyğun olaraq daha da təkmilləşdiriləcəkdir.
Ölkədə həyata keçirilən siyasətə hər bir mərkəz öz münasibətini bildirir və
mühüm məsələlərin müzakirəsində fəal iştirak etməyə səy göstərir, ekspert şəbəkə
strukturları yaradılır. Bu prosesin mürəkkəbliyinə baxmayaraq, bir tərəfdən
dövlətin innovasiyalı cəmiyyət quruculuğu və modernləşmə siyasətini hədəfə
almasından irəli gələn çağırışlar, digər tərəfdən dünya ölkələrinin təcrübəsindən
bəhrələnmək səyləri ABM-lərin böyük inkişaf perpsektivlərinə malik olduğunu
düşünməyə əsas verir.
Azərbaycanda “beyin mərkəzi”nin yaradılmasının rəsmi dövlət sənədi ilə
təşəbbüskarı olan dövlət başçısı İlham Əliyevin qarşıya qoyduğu güclü dövlət qu-
ruculuğu siyasətindən irəli gələn innovasiyalılıq və kreativlik imperativi də bu
proseslərə təkan verir. Bu gün yerli Araşdırma və Beyin Mərkəzlərinin inkişafında
“90-cı illər” - XX əsr öz yerini “2000-ci illərə” – XXI əsrə verir.
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
267
Farhad Mammadov,Tahira Allahyarova. Establishment, development and
perspectives of think tanks and research centers in Azerbaijan. Center for
Strategic Studies under the President of the Republic of Azerbaijan;
Editor: Dr.E.Aslanov - Baku, 2013. 348 p.
SUMMARY
As the economy of Azerbaijan has completed its period of transition, today
the activity of the think tanks and research centers has moved to the next stage of
intensive development. Innovative society building based on science and know-
ledge has created, in its turn, social order for the researches reflecting the creation
of thorough view about the reality of the existing “brain potential” of the country,
think tanks. The Center for Strategic Studies under the President of the Republic
of Azerbaijan has implemented the research project in consideration of the menti-
oned issues. The results of that investigation have been indicated in the book cal-
led “Establishment, development and perspectives of the think tanks and research
centers in Azerbaijan. Tthe Center for Strategic Studies under the President of the
Republic of Azerbaijan – Baku, 2013”.
The following topics have been indicated in the book:
1.General view of Think Tanks and Research Centers in Azerbaijan
• Restoration of the state independence and establishment of Think Tanks and
Research Centers
• New stage of development: state policy in the field of establishment of “think
tanks”
• Research Centers and Think Tanks and civil society: similar and different fea-
tures
• Non-state analytical centers in Azerbaijan: the peculiarities of the activity
• Ideological status of the Think Tanks and Research Centers in Azerbaijan
• Coordination and cooperation of Think Tanks and Research Centers in Azerba-
ijan: form and mechanisms
• Typology and classification of Think Tanks and Research Centers in Azerbaijan
• Think Tanks and Research Centers acting under state structures and attached to
universities and parties
2.Think Tanks and Research Centers in the system of civil society in Azer-
baijan (condition and directions of activity, financial, human, organizational and
intellectual resources)
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
268
3.Analysis on the basis of the results of the held questionnaire-survey
• The place and comparison of “think tanks” in the system of the civil society in
Azerbaijan
• Number of the NGOs registered in Azerbaijan according to the years
• Think Tanks and Research Centers acting in socio-political field
• Think Tanks and Research Centers acting in socio-economic field
• Think Tanks and Research Centers analyzing regional processes
• General statistics of the survey conducted with the Think Tanks and Research
Centers analyzing regional processes
• Think Tanks and Research Centers acting in the field of security and the mili-
tary
• Think Tanks and Research Centers acting in ecological field
• The results of survey-investigation
4.General view of Think Tanks and Research Centers in Azerbaijan: creation,
features, classification, status and perspectives
The process of formation of new intellectual elite able to be the main force
of modern society in Azerbaijan is underway and the sensitive policy of the state
towards this field is yielding its positive results. The intellectual elite includes
analytical-expert society, Think Tanks and Research Centers (TTRC) that are att-
ributes of the society based on knowledge.
The formation of qualitative and competitive “think tank” structure in the co-
untry is one of the urgent issues.
The Think Tanks and Research Centers in Azerbaijan differed from the West
according to their features of establishment; first such center was established by
the order of President Ilham Aliyev. The establishment of the Center for Strategic
Studies – the first official “think tank” in the country by the Decree of President
Ilham Aliyev in 2007 made the beginning of a new tradition serving the deve-
lopment of statehood, increase of scientific potential and prestige of Azerbaijan.
So, inclusion of the notion “think tank” in the state language and national lexicon
and broad application as a common word took its start, the number of agencies
identifying themselves as TT increased, “culture of thought” began to be formed.
In its turn, the CSS considered the investigation of real situation of think tanks
and research centers, their cooperation for the development and their perspectives
as one of the priority issues and important to conduct this investigation.
The chronological limits of the investigation cover the period starting from
the establishment of the think tanks and research centers at the time of indepen-
dence in Azerbaijan up to the time of their turning to the subject of public policy.
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
269
Work of informative character was conducted with the existing Think Tanks and
Research Centers in the country for the implementation of the project, informati-
on was placed on the internet site of the CSS and in the press about this project.
Primary common base about the existing think tanks and research centers in the
country was created and their activity was analyzed. Investigation was conducted
directed at considering the current state of the existing think tanks and research
centers, main features, directions of their activity, their cooperation with inter-
national organizations, financial, human potential, organizational and intellectual
resources of the think tanks and research centers in Azerbaijan, and forming the
efficient mechanism of partnership and mutual cooperation of the “think tanks” in
the country and so on. The questionnaire, important to be answered, was sent to
the agencies identified themselves as the research centers in the country.
At the same time, a number of important issues concerning think tanks and re-
search centers at present time were touched upon in investigation in consideration
of its being the first book about the problem.
Inclusion of the terms “analytical –expert”, “analytical information”, “rese-
arch center”, “think tank”, “brain trust”, “thought factory” (together with them
“think tank” in English) in the national vocabulary in Azerbaijan is the event of
the latest period. The analysis of the establishment and development of the think
tanks and research centers require the consideration of national reality. National
reality, in the mentioned aspect, means the history of establishment of independent
and democratic state governance, periods of development of the market economy
and entrepreneurship, geographical factor, scientific-cultural heritage and environ-
ment, the tradition of politological and analytical investigations, the experience of
political lobbyism and so on.
Analytical centers of western model connected with the planning, realization
and assessment of the policy serving national interests didn’t practically exist until
the mid-1990s of the XX century because of the absence of independent national
state during the soviet period. The state-oriented agencies with humanitarian pro-
file able to be considered the analogue of “think tanks” implemented the function
of provision of political power with analytical information.
Briefly, if the think tanks and research centers mean state-oriented academic
structures, then analogical agencies practically began to appear at the same time in
Europe. For instance, Azerbaijan Sciences humanitarian institutes directly served
the function of provision of party leadership with analytical political-ideological
information.
By the restoration of the independence, the development of the civil society
in the country was declared the priority direction of the democratic state building,
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
270
serious steps were made directed at the formation of mutual partnership relations
with the state.
The establishment of public unions and the rules of their activity in Azerbaijan
are regulated by the Law on “the NGOs (public unions and foundations)”. The
intensive dynamics of civil society institutes is vividly seen in the statistics. If 198
public unions in all were registered during 1988-1993 years (5 years), in compari-
son with that, 144 NGOs were registered by the state only in 2011 in the Republic
of Azerbaijan. At present, their number in Azerbaijan exceeded 3600.
The protection of the development of public policy institutes by the state mo-
ved to a quality stage, particularly, by Presidential Order of 27 July 2007 on appro-
val of the “Concept of state support for the NGOs of the Republic of Azerbaijan”.
The next step was the establishment of the Council of State Support to NGOs
under the President of the Republic of Azerbaijan.
In parallel, the formation of scientific society in the country, the modernization
of education, the adoption of documents of historical importance directed at the
realization of national intellectual potential and human capital: “National Strategy
on the development of the science in 2009-2015” of 4 May 2009 and the State
Program regarding the implementation of that strategy, Order of 22 May 2009
on approval of “The State Program on reforms in the higher education system
of the Republic of Azerbaijan in 2009-2013” and “The Establishment of Science
Development Foundation under the President of the Republic of Azerbaijan” of 21
October 2009 stimulated the development of intellectual centers.
So, if external factors prevailed in the establishment of the local think tanks in
1993-2003, after 2003 internal factors, state policy stimulated the creation of the
think tanks and research centers.
Non-governmental analytical network has extended lately, “2725 registered
NGOs exist. At the same time, only half of them work actively. 1350 NGOs make
financial report. Nearly 100 NGOs operate without registration”.
Typology and classification of think tanks and research centers in Azerbaijan
The typology and classification of the think tanks and research centers can be
approached differently in Azerbaijan. If we take into account that this issue is the
subject of big disputes generally in the world, then the situation is understandable.
De jure concrete number of the operating think tanks is impossible. Official infor-
mation doesn’t exist in this field because their absolute registration is not required
or because of the problems concerning registration.
The other issue creating the problem is the degree of investigations defining
the difference of the notion of “think tank” from other public unions.
This situation can be applied to all the world countries in which the mentioned
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
271
agencies exist. Nevertheless, it is possible to classify public unions in the country
and to arrive at a common result.
3 categories of the “think tanks” are differed according to the classical classifi-
cation. The think tanks and research centers can be systematized according to the
classical classification as the following:
1. Analytical agencies acting in the state structures;
2. Non-state public policy institutes;
3. Research institutes with academic and university basis.
Several analytical agencies of party-oriented centers haven’t been included in
this classification as they haven’t identified themselves with these centers and their
activity is not felt.
At the same time, these centers can be grouped as the following:
1.Strategic centers with concrete aims (calling and identifying themselves
think tank); 2. The think tanks implementing investigative projects; 3. Intellectual
unions.
Unlike the foreign experience (for ex. US), the mechanism called “revolving
doors” hasn’t become a tradition between the think tanks, research centers and
power institutes in Azerbaijan yet. The centers led by some persons been on high
official positions in the 90s of the last century exist. “Revolving door” – is a uni-
que experience, it has developed in the US. High ranking officials working in the
state structures and bodies in that country prefer to work at the think tanks and
research centers after leaving their posts.
It is difficult to classify the think tanks in Azerbaijan according to concrete
investigation directions. But, it is possible to see their engagement in politics,
international relations, socio-economic, security, legal and other issues.
Not all the criteria more than 30 applied on global rating, but some important
criteria can play supporting role to define the classification, typology of the think
tanks and research centers as the institute of public policy, the functions they imp-
lement and their importance from the aspect of the reality of local place.
One of the criteria of the think tanks and research centers in the country is iden-
tification of various organizations themselves as the “think tank”. The information
about the centers indicated in the investigation doesn’t lay claim to absoluteness.
Their participation in the investigation conducted by the CSS, identification them-
selves as the think tanks were intended. The centers implementing the functions of
the think tanks fully or partially were grouped according to the following directi-
ons in the investigation:
1. Socio-political; 2. Socio-economic; 3. Military and security; 4. Foreign
policy and regional; 5. “think tanks” operating in ecological spheres.
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
272
Think Tanks and Research Centers acting under state structures
and attached to universities and parties in Azerbaijan
Department of Analysis and Strategic Studies
Ministry of Foreign Affairs of Azerbaijan
(DASS MFA AR)
The department of Analysis and Strategic Studies is one of the main organiza-
tions that is operated in the structure of the Ministry of Foreign Affairs of indepen-
dent Republic of Azerbaijan. The cheaf of the office is Elman Aghayev. Official
web site is http:mfa.gov.az//index.php.
The organizational-legal and technological bases, funding and personnel poli-
cy of the department of Analysis and Strategic Studies Ministry of Foreign Affairs
differ from the activity of some traditional analytic structures. DASS MFA carries
out its function by the rules about the Ministry of Foreign Affairs and the other
instructions: normative legal documents, the orders and instructions of leaderships
that regulate the activity of the ministry because as the part of the organization.
The provision of institution with the corps staff, the subjects of staff list pro-
viding with budget funds and the subjects of material-technical supply are within
the authenticity of MFA administration. DASS MFA permanently reports to lead-
ership about the results of its activity by doing its work within the general and
special duties that are determined by the leadership.
The analytic product that prepared by DASS MFA has a different assignment
being indoor and outdoor. So that outdoor materials are presented to the official
use in Central office of MFA and the depended institutions that operates both
abroad and in the state structures and managements of he Republic of Azerbaijan.
The analytic product that is opened for society was implied for total use. Be-
side this the presentation of those materials to the society is coordinated and cer-
tified by according instances of the Ministry. The materials that was conserved
for public use in the activity of DASS MFA are concerned the scientific-analytic
journal of MFA-World of Diplomacy, informational-analytic bulletins, presses
about the results of year, reports and presentations for the forums on different
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
273
subjects, and other informational publications. DASS MFA established direct and
close relations with the governmental and non-governmental research centers, or-
ganizations, institutions and funds. This cooperation is reflected by different forms
– in the organizing of mutual information exchange, joint actions, conferences
and round-tables, as well as the publication of articles in the journal of World of
Diplomacy.
Main Institutional Inspectorate Department of the
Ministry of Internal Affairs of the Republic of Azerbaijan
Main Institutional Inspectorate Department at the Ministry of Internal Affairs
of the Republic of Azerbaijan was founded on June 06
2001. It is a separate
structural unit within the MIA headquarters.
Institutional and supervisory functions:
- identifying the law-enforcement responsibilities and planning major fields for
operations and service activities based on a comprehensive analysis of the
crime situation in the country,
- reviewing and summarizing outcomes of these activities,
- coordinating activities of the MIA services for the purposes mentioned above,
- implementing inspections and general examinations,
- supervising implementation of staff regulations, decrees of the superior
government authorities, and the MIA legislative and normative acts.
The major responsibilities:
- comprehensive studies of the operational situation at the MIA services in
various areas and the country as a whole, drafting proposals on improving
performance;
- enhanced administrative mechanism, institutional support to improved
command and control functions exercised by the services at the MIA
headquarters upon subordinate units and agencies, studies and promotion of
the best practices;
- all-embracing surveys and examinations, coordination of activities of various
services within the Ministry;
- operation and service planning at the Ministry;
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
274
- inspections, comprehensive examinations, supervision, specific check-ups at
the services of the MIA headquarters and other ministerial units, practical
assistance to the services in question, supervision over implementation of the
major authorities by relevant services;
- data collection and analysis of the situation related to crime control in the
country (including emergency situations, grave crimes, etc.), drafting and
supervision of administrative decisions’ implementation on the basis of the
data available;
- draft proposals on institutional improvements within the Ministry, analysis of
staff distribution, enforcement and evaluation of the staff regulations;
- coordination of the MIA services’ activities during emergency situations and
large-scale operations;
- institutional and educational (methodical) support to analytical divisions
within the MIA services, municipal and district police departments as well as
the transportation police services;
Divisions within the Main Institutional Inspectorate Department are following:
-Analytical Division;
-Inspectorate Division;
-Supervision & Coordination Division;
-Methodical Unit.
The Center for Strategic Studies under the
President of the Republic of Azerbaijan (SAM)
The Center for Strategic Studies (SAM) under the President of the Republic of
Azerbaijan was established in accordance with the decree of the President of the
Republic of Azerbaijan Ilham Aliyev, dated 12 November 2007. On 31 May 2012,
according to President Ilham Aliyev’s order, Farhad Mammadov was appointed as
the Director of the Center for Strategic Studies under the President of the Republic
of Azerbaijan. The official web-site is: http://www.sam.gov.az/
The activity of SAM is dedicated to producing up-to-date and comprehensive
analyses of domestic and foreign policy, security issues and economics. As a non-
commercial research institution, SAM
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
275
• conducts scholarly and innovative research on national, regional and global
issues;
• acts as a forum for intellectual dialogue to stimulate and enhance scientific
debate;
• serves as a reliable source of information and analysis on political, economic,
security and development issues for the general public;
• provides strategic insights and practical recommendations for policy-makers
The Center is comprised of three main research departments:
1. Domestic Policy Analysis Department
2. Foreign Policy Analysis Department
3. Economic Analysis and Global Affairs Department
Dostları ilə paylaş: |