Kateqoriya
Orta hesabla
Ümumi
Büdcə
16387.5
131100
Qərargah (otaqların sayı)
2.125
17
Daimi kadrlar
3.25
26
Müddətli müqaviləli kadrlar
5.4
43
Şöbələrin sayı
2.2
18
Beynəlxalq tərəfdaşların sayı
3.625
29
Xarici səfərlərin sayı
23.5
188
Həyata keçirilmiş layihələrin sayı
4.9
39
Həyata keçirilmiş elmi konfransların sayı 2.4
19
Çap edilmiş kitabların sayı
2.4
19
Çap edilmiş hesabatların sayı
2.5
20
Məqalələrin sayı
101
808
Dövlətə tövsiyələr
11.75
94
Beynəlxalq səviyyəli layihələr
1.1
9
Cari layihələr
0.5
4
5 il ərzində kitabların sayı
3
24
5 il ərzində layihələrin sayı
5.9
47
5 il ərzində hesabatların sayı
1.9
15
5 il ərzində konfransların sayı
6.4
51
5 il ərzində məqalələrin sayı
17.5
140
5 il ərzində dövlətə təkliflərin sayı
13.8
110
“Beyin mərkəzləri”nin rəsmi internet səhifələri:
www.humanrights-az.org
www.cpt.az
http://zaur-aliyev.info/
http://www.heritage-azerbaijan.com
www.gender-az.org
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
204
4.6. Sosial-iqtisadi sahədə fəaliyyət göstərən
Araşdırma və Beyin Mərkəzləri
İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM)
Mərkəz 2005-ci ildə Qərb ölkələrində təhsil almış iqtisadçı və sosial iş
ekspertləri tərəfindən yaradılmışdır. 2006-cı il martın 15-də dövlət qeydiyyatına
alınmışdır. Mərkəzin təsisçiləri Vüqar Bayramov, Elçin Rəşidov, Zaur Məmmədov
və Faina Hənifəyevadır. Hazırkı rəhbəri Vüqar Bayramovdur.
Mərkəzin əsas məqsədi ölkədə həyata keçirilən sosial və iqtisadi islahatları
dəstəkləmək, şəffaflığın artırılması və korrupsiyanın azaldılmasına yardım etmək,
iqtisadi və sosial araşdırmalar aparmaq, cəmiyyətdə məlumatlılığı artırmaq,
yoxsulluğun azaldılmasına kömək etmək və s.-dir.
Mərkəzin qərargahı Bakı şəhəri, Şirin Mirzəyev küçəsi, 76 “a”/33 ünvanında
yerləşir, sürətli internet və kompüterlərlə təchiz edilmişdir. Rəsmi internet səhifəsi
www.cesd.az-dır.
Mərkəzdə daimi əsaslarda 11, müddətli müqavilə əsasında 6 əməkdaş işləyir.
Mərkəzdə 4 şöbə fəaliyyət göstərir: PR, Maliyyə, Beynəlxalq əlaqələr və Gənclər.
Mərkəzin ölkədə və xaricdə tərəfdaşlar dairəsi çox genişdir.
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
205
Tərəfdaşlar:
Avropa Kommissiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-
Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Alman Marşal Fondu, Think
Tank Fondu, PASOS, Azərbaycan Açıq Cəmiyyət İnstitutu, LGI, PTF, ABŞ
Beynəlxalq İnkişaf Agentliyi, Global Integrity, Norveçin ölkəmizdəki səfirliyi,
ABŞ-ın ölkəmizdəki səfirliyi, Dünya Bankı, Asiya İnkişaf Bankı, Avrasiya Fondu,
NISPAcee, GDNet, TIRI, Yaponiyanın Beynəlxalq Kooperasiya Agentliyi və
Beynəlxalq Büdcə Layihəsi.
Donorlar:
Avropa Kommissiyası, Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Alman Marşal Fondu,
Think Tank Fond, PASOS, Azərbaycan Açıq Cəmiyyət İnstitutu, LGI, PTF, ABŞ
Beynəlxalq İnkişaf Agentliyi, Global Integrity, Norveçin ölkəmizdəki səfirliyi
ABŞ-ın ölkəmizdəki səfirliyi, Dünya Bankı, Asiya İnkişaf Bankı, Avrasiya Fondu,
NISPAcee, GDNet, TIRI, Yaponiyanın Beynəlxalq Kooperasiya Agentliyi.
Mərkəz 2010-cu il ərzində 40-a yaxın layihə həyata keçirmişdir. O sıradan:
- Vətəndaş cəmiyyəti təşkilatları liderlərinin bacarıqlarının artırılması,
- Neft tenderlərinin monitorinqi,
- Azərbaycanda təbii resurs menecmentinin modelləşdirilməsi,
- Yerli hökümətlərdə audit sisteminin inkişafı,
- Şəffaflıq və hesabatlılığın artırılması,
- Ameliorasiya və irriqasiya layihəsinin qiymətləndirilməsi,
- Azərbaycanda neft gəlirləri: şəffaflıq, hesabatlılıq və səmərəlilik problemləri,
- Dövlət idarəçiliyinə dair məqalələrin Azərbaycan dilinə tərcüməsi və s.
layihələri qeyd etmək olar
Mərkəz 50-dən çox nəşr hazırlamışdır. Təkcə 2010-cu ildə Mərkəzin 10
tövsiyəsi dövlət tərəfindən qəbul edilmişdir. Maliyyələşdirmə əsasən dövlət və
xarici donorlar hesabına reallaşmışdır. Hal-hazırda Mərkəzdə 10-a yaxın layihə
həyata keçirilir.
İSİM-in həyata keçirdiyi layihələrin qısa xülasələri:
Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu layihəsi üzrə maliyyə xərclərinin
monitorinqi
Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu layihəsi 3 ölkənin – Türkiyə, Azərbaycan
və Gürcüstanın birgə layihəsidir. Dəmir yolu xəttinin təməli 2007-ci il noyabrın
21-də Gürcüstanın Marabda kəndində qoyulub. Layihə demək olar ki, artıq 5
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
206
ildir davam edir. Dəmiryolunun tikintisinin 2012-ci ildə başa çatacağı bildirilsə
də, görülən işlərin səviyyəsi buna əminlik yaratmır. Belə ki, tikintinin qrafiki
davamlı deyil. Layihənin icrasında dəfələrlə fasilələr yaranıb. 2008-ci ildə vəsait
ayrılmasına baxmayaraq tikinti işləri aparılmayıb. Azərbaycan tərəfi səbəb kimi
həmin ildə Gürcüstanda baş verən siyasi prosesləri göstərsə də, qonşu ölkənin
mətbu orqanları geçikməni layihə üçün nəzərdə tutulan maliyyə vəsaitlərinin
vaxtında ayrılmaması ilə əsaslandırıblar. Bu layihə üzrə diqqəti çəkən məqamlardan
biri də layihənin texniki göstəriciləridir.
“Sərq tərəfdaslığı” platformasına üzv ölkələr yeni mərhələdə: iqtisadi təhlil
“Sərq tərəfdaslığı” ideyası Fransanın 2008-ci ildə Aralıq dənizi ölkələrinə
Avropa Birliyi ilə daha sıx əməkdaslıq etməyə imkan verəcək birlik yaradılması
haqqında təsəbbüsündən sonra meydana gəlmişdir. Həmin vaxt İsveç və Polşa
oxşar AB qonşuluq siyasətinin onun Şərq qonşularına da tətbiq edilməsi təklifini
irəli sürdülər. Nəticədə 2009-cu ilin may ayında “Sərq tərəfdaslığı” platforması
yarandı. Platforma 6 ölkəni – Azərbaycan, Belarus, Ukrayna, Ermənistan,
Gürcüstan və Moldovanı əhatə edir. Platforma viza, azad ticarət və enerji
təhlükəsizliyi məsələlərinin müzakirəsi və həlli üçün çərçivə yaratmaq məqsədilə
yaradılmışdır.
Azərbaycanın xarici ticarət dövriyyəsi: müqayisəli təhlil
Azərbaycanın müstəqillik qazanması onun həm qonşu ölkələrlə, həm də dünya
ölkələri ilə iqtisadi, həmçinin xarici ticarət əlaqələrinin artmasına təkan vermişdir.
Ən əsası isə müstəqillikdən sonra Azərbaycan dünyada müstəqil iqtisadi və
hüquqi subyekt kimi tanınmağa başlamışdır. Lakin müstəqilliyin ilk illərində
keçmişdə mövcud olmuş bir sıra əlaqələrin itirilməsi səbəbindən iqtisadiyyatın
bütün sferalarında olduğu kimi, ticarət sahəsində də böhran müşahidə edilməyə
başladı. Planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid də ölkə iqtisadiyyatına
bir sıra çətinliklər yaratdı. Ən böyük çətinliklərdən biri isə təkcə digər ölkələrlə
hansı məhsul və ya xidmət növünün ticarətini aparmaqla deyil, həm də nə istehsal
etməklə bağlı idi.
Azərbaycanda sığorta sistemi: iqtisadi və sosial proseslərə multiplikator təsiri kimi
İnkişaf etməkdə olan ölkələrdə sığorta sisteminin ümumi daxili məhsuldakı
(ÜDM) payının 15-20 faiz arasında dəyişməsinə baxmayaraq, bu gün Azərbaycanda
həmin göstərici 2 faiz, adambaşına düşən sığorta haqqı 18-19 manatdır. Sığorta
mükafatlarının dünya üzrə orta göstəricisi Azərbaycandakı mükafatların
səviyyəsini 15 dəfə üstələyir. Azərbaycanda bu sistemin zəif inkişaf etməsi
maliyyə, bank, səhiyyə və s. sektorlar ilə yanaşı, insanların uzunömürlülüyünə də
mənfi təsir göstərir.
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
207
Avropa Birliyi və “Şərq tərəfdaşlığı” proqramına üzv ölkələr arasında vizasız
səyahətə doğru yolun açılması; Azərbaycan nümunəsi
Azərbaycan 1991-ci ildə müstəqilliyini əldə etdikdən sonra Aİ-yə daxil olan
müxtəlif ölkələrlə diplomatik əlaqələr yaratmasına baxmayaraq, Aİ Azərbaycanla
formal münasibətlərə 22 aprel 1996-cı ildə Lüksemburqda Tərəfdaşlıq və
Əməkdaşlıq Müqaviləsini (TƏM) imzalamaqla başladı. Müqavilənin Aİ-yə daxil
olan bütün dövlətlər tərəfindən ratifikasiyasından sonra ikitərəfli münasibətlərin
hüquqi çərçivəsi 1 iyul 1999-cu ildə qüvvəyə mindi. Bu sənəd əməkdaşlığın müxtəlif
tərəflərini - siyasi dialoqu, insan hüquqlarını, iqtisadi, hüquqi və s. əhatə edir.
Korrupsiyasız Azərbaycan: regionlarda maarifləndirmə və məlumatlandırma
kampaniyası
Korrupsiyaya qarşı mübarizə demokratik və sivil inkişaf yolu seçmiş hər bir
dövlətin qarşıya qoyduğu əsas məqsədlərdəndir. Son illər Azərbaycanda hökumət
antikorrupsiya siyasətinin tərkib hissəsi kimi bir sıra qanunlar, proqramlar qəbul
etmişdir. Buraya “2004-2006-cı illərdə korrupsiya ilə mübarizə üzrə Dövlət
Proqramı”, Korrupsiyaya qarşı Mübarizə Fondunun təsis edilməsi, “Şəffaflığın
artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” və onun həyata
keçirilməsi üçün Fəaliyyət Planı (2007-2011-ci illər), “Azərbaycan Respublikasının
Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin fəaliyyətinin
təkmilləşdirilməsinə dair bir sıra tədbirlər haqqında” və s. Prezident sərəncamları
aiddir. Aparılan təhlillər göstərir ki, cəmiyyətdə məlumatlılıq səviyyəsinin aşağı
olması bu hüquqi sənədlərdən irəli gələn tələblərin reallaşmasını ləngidir.
Neft tenderləri: aysberqin görünməyən tərəfləri
Azərbaycanda Dövlət Neft Fondu (DNF) haqqında ilkin fikirlər “Əsrin
müqaviləsi” (“Azəri-Çıraq-Günəşli” dəniz yataqlarının işlənməsinə dair hasilatın
pay bölgüsü sazişi) layihəsi həyata keçirilməyə başlayandan gündəmə gəlib. 29
dekabr 1999-cu ildə 240 nömrəli fərmanla Dövlət Neft Fondu təsis edilib. Bunun
ardınca 29 dekabr 2000-ci il tarixində Prezidentin 434 nömrəli fərmanı ilə Neft
Fondunun Əsasnaməsi təsdiq olunub. Fond 2001-ci il iyunun 19-da Prezidentin
Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi
haqqında qaydaların təsdiq edilməsi barədə 511 saylı fərmanından sonra əməli
fəaliyyətə başlayıb.
Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafının qiymətləndirilməsi
və təkliflər üzrə konsepsiya layihəsi
Azərbaycan Respublikasında qeyri-neft sektorunun inkişaf etdirilməsi əsas
prioritet sahələrdən hesab edilir. Qeyri-neft sektorunun inkişaf etdirilməsi ölkədə
dayanıqlı iqtisadi inkişafın əsasını formalaşdırmaqla yanaşı, dövlət gəlirlərinin
xarici faktorlardan asılılığını tamamilə aradan qaldıra bilər. Bu baxımdan
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
208
qeyri-neft sektorunun aparıcı istiqaməti kimi aqrar sektorun inkişaf etdirilməsi
və bu sektorun ümumu daxili məhsulda (ÜDM) payının artırılması olduqca
vacibdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2009-cu
ildə ölkəmizdə kənd təsərrüfatının inkişafı ilə mühüm addımların atıldığı və bu
fəaliyyətin davam etdirilməsinin vacibliyi ilə bağlı bəyanat vermişdir.
Rəyi öyrənilənlərin 81 faizi neft gəlirlərinin səmərəsiz və qeyri-şəffaf
xərcləndiyi qənaətindədir
Mərkəz ABŞ-ın Şəffaflıq üçün Tərəfdaşlıq (Partnership for Transparency)
Fondunun dəstəyi ilə hökumət qurumları, şirkətlər və əhali arasında sorğu
keçirmişdir. Sorğunun əsas məqsədi neft pullarının xərclənməsinə müxtəlif
kateqoriyalı insanların rəyini öyrənmək olub.
Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi
layihəsi
Keçid dövrünü başa vuran Azərbaycan Respublikasında vergi sisteminin
təkmilləşdirilməsi və bu sferadakı islahatların davam etdirilməsi olduqca vacibdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Biznes Mərkəzində
keçirilən “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasına həsr
olunan konfransda sahibkarlıq mühitinin yaxşılaşdırılmasının, vergi-maliyyə
sferasında islahatların davam etdirilməsinin vacibliyini bildirmişdir. Bu baxımdan
vergi siyasətinin və eləcə də bu sahədə olan qanunvericiliyin iqtisadiyyatın inkişaf
tempinə uyğun olaraq təkmilləşdirilməsi günün tələblərindən hesab edilir.
Viza liberallaşdırılması
Bu tədqiqat PASOS-LGI “Şərqi Tərəfdaşlığı” viza liberallaşdırılması layihəsinin
növbəti mərhələsidir. Bu tədqiqat işində Azərbaycan-Aİ münasibətlərinin hazırkı
vəziyyəti və Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərin (xüsusilə
viza liberallaşdırılması prosesi, sənədləşdirmə təhlükəsizliyi və dövlət sərhəd
siyasəti sahəsində) icrası nəzərdən keçirilir.
Azərbaycanın ÜTT-yə üzvlüyü prosesinin qiymətləndirilməsi üzrə siyasət sənədi
Ümumdünya Ticarət Təşkilatının (ÜTT) mahiyyəti və əsas funksiyaları nədir?
Alternativsiz kimi təqdim edilən quruma Azərbaycanın üzv olması ölkəmizdə nəyi
dəyişəcək? Niyə 13 illik üzvlük danışıqları prosesində razılıq əldə etmək mümkün
olmayıb? ÜTT-yə üzvlük bizə nə qazandıracaq və itkilərimiz nə olacaq? Bu suallar
fundamental olmasa belə qloballaşmanın sürətlə getdiyi, iqtisadi inteqrasiyanın
qaçılmaz olduğu bir dövrdə aktual məsələlərə çevrilmişdir. Bu kitab əvvəldə
qeyd olunan və eləcə də qeyd olunmayan onlarla suala cavab tapmaq məqsədilə
hazırlanıb.
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
209
Digər layihələr:
• “Azərbaycan vətəndaş cəmiyyəti təşkilatları liderlərinin bacarıqlarının
artırılması” - Avropa Komissiyasının maliyyə dəstəyi, Kipr Menecment
Mərkəzinin tərəfdaşlığı ilə;
• “İnstitutsional yardım” - Think Tank Fondu, Macarıstanın “Neft Tenderlərinin
Monitorinqi” İctimai Şəffaflıq Fondu (PTF), ABŞ;
• “Azərbaycanda təbii resurs menecmentinin modelləşdirilməsi” - Asiya İnkişaf
Bankı (ADB);
• “Yerli hökumətlərdə audit sisteminin inkişafı, şəffaflıq və hesabatlılığın
artırılması” - LGI;
• “Meliorasiya və irriqasiya” layihəsinin qiymətləndirilməsi - Yaponiya
Hökumətinin dəstəyi ilə;
• “ADB (Asiya İnkişaf Bankı) QHT Forumu tərəfindən dəstəklənən Azərbaycanda
elektrik enerjisinin nəqlinin gücləndirilməsi layihəsi”nə nəzarət;
• “Azərbaycanda neft gəlirləri: şəffaflıq, hesabatlılıq və səmərəlilik problemləri”
- Açıq Cəmiyyət İnstitutu;
• Dövlət idarəçiliyinə dair məqalələrin Azərbaycan dilinə tərcüməsi - NISPAcee
“İctimai xərcləmələrin izlənilməsi”, “Yerli hökumətlərdə audit işi”, (LGI), 01
iyul, 2007 – 01 mart, 2008;
• “Yaxşı idarəçilik...” - Global Integrity, June 01, 2007- March 01, 2008
• “Kənd təsərrüfatı sektorunun monitorinqi” - VI Beynəlxalq Tədqiqat Qrupu,
01 iyul, 2007 – 15 aprel, 2008;
• “Dövlət Neft Fondunun strategiyasının hazırlanması” - EITI, 01 aprel, 2007-
01 dekabr, 2007;
• “Neft gəlirləri haqqında ictimai maarifləndirmənin artırılması” - 01 iyul 2007
- 01 mart, 2008;
• “Cəmiyyət arasında ictimai maarifləndirmənin artırılması” - Alman Marşal
Fondu, 01 mart 2008 - 01 yanvar, 2009;
• “Dövlət xərcləmələri üzrə ictimai məlumatlandırmanın artırılması” - ABŞ
səfirliyi, 01 iyul, 2007 – 01 avqust, 2008;
• “Müasir ekonomiks” kitabının tərcüməsi - NISPAcee, 01 fevral, 2008 – 01
iyun, 2008.
Mərkəzin həyata keçirdiyi 3 mühüm layihə:
1. Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı
- 01 yanvar, 2010 - 01 iyun
2011, Avropa Komisiyası;
2. Azərbaycanın ticarət standartlarının Avropa standartlarına uyğunlaşdırılması -
01 fevral, 2010 – 01 noyabr, 2010 PASOS;
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
210
3. Azərbaycanın iqtisadi inkişaf modelinin hazırlanması - 01 yanvar, , 2010 - 01
iyun, 2011, AİB.
İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) qlobal reytinqlərdə
İSİM ABŞ-ın Pensilvaniya Universitetinin ən yaxşı beyin mərkəzləri siyahısında
hələ 2010-cu ildən təmsil olunan ölkəmizin ilk beyin mərkəzlərindəndir.
2011-ci ildə ABŞ-ın Pensilvaniya Universitetinin dünya üzrə beyin
mərkəzlərinin reytinq hesabatında İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM)
müxtəlif kateqoriyalar üzrə qiymətləndirmələrdə yer almışdı. İSİM dünyanın 50
aparıcı beyin mərkəzi siyahısında 33-cü sırada qərarlaşmışdır. Bu kateqoriya üzrə
25 min beyin mərkəzinin namizədliyi irəli sürülmüşdü. Eyni zamanda Mərkəzi və
Şərqi Avropada 15-ci güclü beyin mərkəzi kimi qiymətləndirilən İSİM illik büdcəsi
5 milyon dollardan az olan təşkilatlar arasında dünyada ilk üçlüyə daxil edilmişdir.
Nəticədə 3 kateqoriyada dünyanın ən güclü beyin mərkəzi elan olunmuşdu.
2012-ci ildə də həmçinin öz yerini qoruyub saxlayaraq, ABŞ-in Pensilvaniya
Universitetinin keçirdiyi «Beyin Mərkəzləri 2012» reytinqində İSİM bir neçə
kateqoriyada dünyanın ən güclü beyin mərkəzi elan olunmuşdur.
İSİM həmçinin Şərqi Avropanın “Siyasi Təhlil” jurnalını qiymətləndirilməsinə
görə, Şərqi Avropanın 10 ən yaxşı beyin mərkəzindən biridir. İSİM 2013-cü ildə
Yaponiyanın Tokio şəhərində keçiriləcək “ Beynəlxalq Beyin Mərkəzləri Samitinə”
ənubi Qafqaz regionundan dəvət edilən yeganə mərkəzdir. Mərkəz həm də Harvard
Universitetinin hazırladığı ən yaxşı beyin mərkəzləri siyahısında yer almışdır.
İqtisadi İnnovasiya Mərkəzi
Mərkəz 2002-ci ildə yaradılmış, lakin qeydiyyatdan keçməmişdir. Mərkəzin
təsisçiləri Məhəmməd Talıblı və Əyyub Səfəroğludur. Hazırda rəhbəri Məhəmməd
Talıblıdır.
Mərkəzin əsas fəaliyyəti sosial-iqtisadi istiqamətlidir. Əsas məqsədi sosial-
iqtisadi sahədə maarifləndirmə işlərini həyata keçirmək, innovativ ideyaların
yayılmasında yardımçı olmaq və iqtisadi tədqiqatlar aparmaqdır. İllik büdcəsi
4000-15000 manat arasında dəyişir. Vəsaitlər əsasən tədqiqat layihələrinə sərf
olunur. Mərkəzdə müddətli müqavilə əsasında 2-3 nəfər işləyir.
Mərkəz ictimai vəsaitlərdən (əsasən, büdcə və neft gəlirlərindən) istifadə
siyasətinə dair 8 tədqiqat layihəsi həyata keçirmişdir. Çap edilmiş hesabat və
kitabların sayı 10-dan çoxdur.
Mərkəz Kənd Təsərrüfatı Nazirliyinə aqrar subsidiyaların verilməsində
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
211
indikatorların təkmilləşməsi məsələsi ilə bağlı tövsiyələr vermişdir. Hal-hazırda
“ÜDM-in artırılmasının yolları və onun insanların həyat tərzinə təsirinin
qiymətləndirilməsi” (2010) layihəsi üzərində işləyir.
5 il ərzində Mərkəz 8 tədqiqat layihəsi hazırlamış, 10-a yaxın konfrans keçirmiş,
dövlət strukturlarına 3 tövsiyə vermiş və 200-ə yaxın məqalə çap etmişdir.
Mərkəz Azərbaycanda “beyin mərkəzləri” arasında əməkdaşlığı genişləndirmək
məqsədi ilə təklif olunan ideyaları müsbət qarşılayır. Ümumi rəyi belədir ki,
analitik material ilk öncə daxili müzakirələrin nəticəsi kimi kollektiv məhsul
olaraq meydana çıxarsa və müxtəlif nöqteyi-nəzərləri özündə əks etdirərsə, daha
mötəbər və faydalı mənbə rolunu oynaya bilər. “Beyin mərkəzləri”nin konkret
ixtisaslaşması nəticələrə və peşəkar yanaşmaya daha çox xidmət edir.
İqtisadi Tədqiqatlar Mərkəzi (İTM)
Mərkəz 1999-cu il martın 12-də yaradılmış və həmin ilin iyulun 2-də
qeydiyyatdan keçmişdir. Mərkəzin təsisçisi və hazırkı rəhbəri Qubad (İbadoğlu)
Bayramovdur.
Mərkəzin əsas fəaliyyəti sosial-iqtisadi istiqamətlidir. Əsas məqsəd və
vəzifələri cəmiyyətdə iqtisadi və biznes biliklərini populyarlaşdırmaq, ictimai
vəsaitin şəffaflığını və hesabatlılığını artırmaq, ictimai vəsaitlərlə bağlı qərarların
qəbulunda iştirakçılığın səviyyəsini yüksəltmək və sosial dialoqa nail olmaqdır.
Mərkəzin illik təxmini büdcəsi 80.000 – 100.000 manat arasında dəyişir.
Qərargahı Bakı şəhəri, Ə.Rəcəbli küçəsi, 5a, mənzil 82 ünvanında yerləşir və
5 otaqdan ibarətdir, internet və kompüterlərlə tam təchiz olunmuşdur. İnternet
səhifəsi www.erc-az.org-dur. Daimi olaraq 11, müddətli müqavilə əsasında isə 20
nəfər əməkdaş işləyir. Mərkəzdə İctimai əlaqələr, İnsan resursları, Xarici əlaqələr,
Ofis təsərrüfatı, Maliyyə şöbələri fəaliyyət göstərir.
Mərkəzin 6 rəsmi beynəlxalq tərəfdaşı var: Ödədiyini Açıqla (Publish What
You Pay) Beynəlxalq Koalisiyası, Açıq Cəmiyyətlər üzrə İctimai Assosiasiya
(PASOS), Vətəndaş İştirakçılığı üzrə Dünya Alyansı (CİVİCUS), Avropa Yerli
Özünüidarəetmə Konqresinin Təlim Şəbəkəsi (ENTO), Yerli Demokratiya
Qurumları Assosiasiyası (ALDA) və Qara Dəniz QHT Forumu.
Mərkəz hər il təxminən 20-yə yaxın xarici səfər təşkil edir.
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
212
Mərkəz 20-dək tədqiqat layihəsi həyata keçirmişdir. Həmin layihələrin
mövzuları: “Alternativ inflyasiyanın hesablanması”, “Yerli özünüidarəetmə
orqanlarının gücləndirilməsi”, “Ünvanlı sosial yardım mexanizminin tətbiqi”,
“Xarici ticarət dövriyyəsinin həcminin dürüstləşdirilməsi”, “Qlobal maliyyə
böhranının biznesə təsiri”, “Ev təsərrüfatlarının büdcə müayinəsi”, “Büdcə
xərcləmələrinin sosial sahəyə təsirinin qiymətləndirilməsi”, “Azərbaycanın
inkişafı modelləri və gələcək perspektivlərlə bağlı gözləntilər”, “Azərbaycan
pensiya sistemində islahatların gedişatının araşdırılması”, “Azərbaycanda kənd
təsərrüfatı sahəsində vəziyyətin tədqiqatı”, “İnflyasiyanın determinatları və idxal
inflyasiyasının kənarlaşma hüdudlarının daraldılması imkanlarının tədqiqi”,
“İşçilərlə işəgötürənlər arasında sosial dialoqun təşkilində həmkarlar təşkilatının
rolu”, “İqlim dəyişikliklərinin yaratdığı sosial-iqtisadi təhlükələr və risklərin idarə
olunması” və s.
Mərkəz hər il təxminən 6-8 konfrans təşkil edir. İldə orta hesabla 4-5 kitab,
2-3 buklet və 10-dək məqalə dərc edilir. Bu nəşrlər əsasən makroiqtisadi siyasət,
neft gəlirlərinin idarə edilməsi, vergi, büdcə, sosial rifah məsələləri mövzularına
həsr olunur.
Sosial-iqtisadi sahədə həyata keçirilmiş tədqiqat layihələrindən əldə edilmiş
nəticələr və tapıntılar əsasında ümumilikdə 100-dək Tövsiyələr Paketi əlaqədar
təşkilatlara təqdim olunub. Son 1 il ərzində təqdim olunmuş Tövsiyələr Paketi
mövzularının siyahısı aşağıdakı kimidir:
1. Azərbaycan Respublikasında həyata keçirilən pensiya islahatlarında keyfiyyət
dəyişikliyinə nail olunması yollarına dair Tövsiyələr;
2. Gəncə-Qazax bölgəsində fəaliyyət göstərən aqrar təsərrüfatların qlobal iqlim
dəyişikliyinə adaptasiya prosesinin asanlaşdırılmasına dair Tövsiyələr;
3. Azərbaycan Respublikasında həyata keçirilən ünvanlı dövlət sosial yardımı
mexanizminin təkmilləşdirilməsinə və sosial reabilitasiyaya keçid prosesinin
təkmilləşdirilməsinə dair Tövsiyələr;
4. Qlobal iqtisadi böhranın Azərbaycan iqtisadiyyatına, biznes mühitinə və ev
təsərrüfatlarının vəziyyətinə təsirinin yaratdığı risklərin idarə olunmasına dair
Tövsiyələr;
5. Qlobal iqtisadi böhranın Azərbaycanın əmək bazarına təsirinin azaldılmasına
dair Tövsiyələr;
6. Dövlət büdcəsinin icrasının sosial rifaha təsirinin gücləndirilməsi ilə bağlı
Tövsiyələr;
7. Xarici ticarət statistikasının təkmilləşdirilməsinə dair Tövsiyələr;
8. Azərbaycan Respublikasında işçilərlə işəgötürənlər arasında sosial dialoqun
təşkilinə dair Tövsiyələr;
9. Azərbaycanın vətəndaş cəmiyyəti institutlarının ictimai əlaqələrinin
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
213
gücləndirilməsinə dair Tövsiyələr;
10. Azərbaycanın vətəndaş cəmiyyəti institutlarının beynəlxalq əlaqələrinin
gücləndirilməsinə dair Tövsiyələr.
Layihələr xarici donorlar və QHT Şurasının dəstəyi, həmçinin üzvlük haqları
hesabına həyata keçirilmişdir. Mərkəz yalnız 2009-cu ildə ABŞ-ın Şimalı Karolina
Universitetinin İqtisadiyyat Departamenti ilə əməkdaşlıq şəraitində “Hollandiya
xəstəliyi: Bu xəstəlikdirmi? Azərbaycan təcrübəsi nə deyir?” mövzusunda tədqiqat
layihəsi icra etmişdir.
Mərkəz hal-hazırda 5 layihə üzərində çalışır:
- “Azərbaycanın şimal bölgəsinin 10 bələdiyyəsində elektron idarəçilik vasitəsi
ilə etibarlılığı, şəffaflığı və məsuliyyəti yaxşılaşdırmaq”;
- “Qara kitab”: şübhəli layihələr şəffaflıq işığında;
- İşçilərin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə QHT-lərdə icbari
sığortanın tətbiqinin təşviqi;
- İnflyasiyanın determinantları və idxal inflyasiyasının kənarlaşma hüdudlarının
daraldılması imkanlarının tədqiqi;
- Ticarətin liberallaşdırılması və rəqabətin dəstəklənməsi;
- Açıq Cəmiyyət üçün İctimai Birliklər Assosiasiyası (PASOS) və yerli
tərəfdaş “Kamil Vətəndaş” İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində Avropa
İttifaqı tərəfindən maliyyələşdirilən “Beyin mərkəzləri”nin qərar qəbulu
arenasında rolunun gücləndirilməsi vasitəsi ilə idarəetmənin səmərəliliyinin
yüksəldilməsi”.
Mərkəz 5 il ərzində 50-yə yaxın tədqiqat layihəsi, 25-ə yaxın hesabat, kitab və
məqalə hazırlamış, 40-a yaxın konfrans keçirmiş, dövlət strukturlarına 10-a yaxın
təklif və tövsiyə vermişdir.
Mərkəz Azərbaycanda “beyin mərkəzləri” arasında əməkdaşlığı genişləndirmək
məqsədi ilə təklif olunan ideyalara müsbət yanaşır.
Mərkəzin qlobal reytinqlərdə yeri:
2012-ci ilin Qlobal Reytinqində İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) dünyanın,
o cümlədən ABŞ-ın nüfuzlu beyin mərkəzlərinin mərkəzlərinin iştirak etdiyi
“Dünyanın ən yaxşı beyin mərkəzləri” nominasiyasında 133-cü yerdə qərar tutub.
İTM digər bir nominasiyada yüksək nəticə göstərərək “Vəkillik sahəsində ən
yaxşı beyin mərkəzləri” nominasiyasında dünyada 9-cu olub.
İqtisadi və Siyasi Araşdırmalar Mərkəzi (İSAM)
Mərkəz 1994-cü ildə yaradılmış və həmin ildə qeydiyyatdan keçmişdir.
Mərkəzin təsisçiləri Nəcəf Nəcəfov, Hikmət Hacızadə, Mehman Əliyev və Sabit
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
214
Bağırovdur. Mərkəzdə hal-hazırda Hikmət Hacızadə prezident, Rasim Musabəyov
vitse-prezident, Sabit Bağırov isə direktordur.
Mərkəzin əsas fəaliyyət istiqaməti iqtisadi, siyasi araşdırmalar və təhsildir.
Əsas məqsədi liberal iqtisadiyyata və demokratik cəmiyyətə keçid prosesində
ictimai-siyasət institutu kimi dəstək verməkdir.
Mərkəzdə xərclərin əsas istiqamətləri: əmək haqqı, qonorarlar, tədqiqatların və
tədbirlərin keçirilməsi, ofis xərcləri və s. Qərargahı Bakı şəhəri, Nəcəfqulu Rəfiyev
küçəsi 17, mənzil 2 ünvanında yerləşir. Sürətli internet və kompüterlərlə təchiz
olunmuş 7 otaqdan ibarətdir. Mərkəzdə daimi olaraq 9, müddətli müqavilə əsasında
da 9 əməkdaş işləyir. 5 şöbədən ibarətdir. İl ərzində 5-6 xarici səfər təşkil edir.
Mərkəz 20-ə yaxın tədqiqat layihəsi həyata keçirmiş, həmin sayda elmi
konfrans təşkil etmiş, kitab və hesabatlar çap etdirmişdir. Dövlət strukturlarına
10-15 sayda yazılı şəkildə tövsiyələr vermişdir.
Hal-hazırda Mərkəz 3 layihə üzərində çalışır. Ümumi olaraq bütün layihələr
əsasən xarici donorların hesabına həyata keçirilir.
5 il ərzində Mərkəz 12 layihə, 5 elmi konfrans, 20-yə yaxın hesabat və kitab
hazırlamış və 3 tövsiyə təqdim etmişdir.
Azərbaycanda “beyin mərkəzləri” arasında əməkdaşlığı genişləndirmək
məqsədi ilə təklif olunan ideyalara pozitiv yanaşır.
Qlobal İqtisadi Araşdırmalar Mərkəzi (QİAM)
Mərkəz 30 sentyabr 2003-cü ildə təsis edilmiş, 19 noyabr 2003-cü ildə Ədliyyə
Nazirliyində qeydiyyatdan keçmişdir. Mərkəzin sədri Novruz Quliyev, icraçı
direktoru Ruslan Atakişiyevdir.
Missiyası-dünya iqtisadiyyatının üstünlüklərinin Azərbaycanda tətbiqinə
dəstək göstərməklə özəl sektorun davamlı inkişafına nail olmaqdır.
Məqsədləri:
1. Biznes və investisiya mühitinin sağlamlaşdırılması;
2. Qabaqcıl sahibkarlıq təcrübəsinin tətbiqinə nail olmaq;
3. Azərbaycanda beynəlxalq standartların tətbiqinə dəstək göstərilməsi;
4. Beynəlxalq ticarətin tənzimlənməsi sahəsində yeniliklərin Azərbaycanda
tətbiqinin genişləndirilməsi;
Fəaliyyət istiqamətləri:
• Layihələrin hazırlanması və həyata keçirilməsi;
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
215
• Sorğu və araşdırmaların həyata keçirilməsi;
• Treninqlər, seminarlar, konfranslar, dəyirmi masalar və görüşlərin təşkil
edilməsi;
• Jurnallar, kitabçalar, bülletenlərin və s. nəşr edilməsi;
• KİV-də verilişlərin, məqalələrin, informasiya xarakterli məlumatların
verilməsi;
İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi
Birlik 2009-cu il oktyabrın 22-də yaradılmış və 2010-cu il fevralın 15-
də qeydiyyatdan keçmişdir. Mərkəzin təsisçiləri Ruslan Atakişiyev və Sevinc
Atakişiyevadır. Hazırkı rəhbəri Ruslan Atakişiyevdir.
Mərkəzin əsas fəaliyyət istiqaməti iqtisadidir. Əsas məqsədləri:
• Azərbaycanda maliyyə bazarının və idarəetmə sisteminin inkişafina dəstək
göstərmək;
• respublikanın beynəlxalq iqtisadi qurumlara inteqrasiyasına kömək etmək;
• korporativ sosial məsuliyyət (KSM) prinsiplərinin Azərbaycanda
genişləndirilməsinə çalışmaq;
• ölkədə iqtisadi sahədə elmi-tədqiqat işlərinin keyfiyyətinin daha da
yüksəldilməsinə töhfə vermək.
Mərkəzin illik büdcəsi 4200 manatdır. Qərargahı Bakı şəhəri, M.Muxtarov
küçəsi, 194 ünvanında yerləşir. Sürətli internet və kompüterlərlə təchiz olunmuş
iki otaqdan ibarətdir. Rəsmi internet səhifəsi www.ser-az.org
-
dur.
Mərkəzdə daimi əsaslarda 3, müddətli müqavilə əsasında isə 9 əməkdaş işləyir.
Mərkəzdə Proqram Departamenti, Beynəlxalq Əlaqələr Departamenti,
İctimaiyyətlə Əlaqələr Departamenti, Ümumi İşlər Departamenti adlarında şöbələr
fəaliyyət göstərir.
Mərkəzin rəsmi beynəlxalq tərəfdaşı Süleymaniyə Fondu və Cenevrə
Beynəlxalq və İnkişaf Tədqiqatları İnstitutunun CABİR Məzunlar Şurası –
Azərbaycandır. Mərkəz əməkdaşlarının il ərzində 5 xarici səfəri olmuşdur.
Mərkəz 2010-cu il ərzində 3 tədqiqat layihəsi həyata keçirmişdir:
• Azərbaycanda ali təhsil haqlarının müəyyənləşdirilməsinin mövcud vəziyyəti
və təkmilləşdirilməsi yolları;
• “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”nın icra vəziyyətinin qiymətləndirilməsi;
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
216
• Turizm biznesində təbii resurslardan səmərəli istifadə olunması yolu ilə təbii
abidələrin qorunması.
Mərkəz 2010-cu ildə 1 kitabça, 1 hesabat və 9 məqalə çap etdirmişdir:
- “Azərbaycanda ali təhsil haqlarının müəyyənləşdirilməsinin mövcud vəziyyəti
və təkmilləşdirilməsi yolları”;
- “Qloballaşma şəraitində Azərbaycanın iqtisadi təhlükəsizliyinin təminində
yerli sahibkarlığın inkişafı məsələləri”;
- “Azərbaycanın regionlarında sahibkarlığın əsas problemləri və onların həlli
yolları”;
- “Kiçik və orta sahibkarlığın investisiya təminatında Sahibkarlığa Kömək Milli
Fondunun vəsaitlərinin rolu”;
- “Kiçik və orta sahibkarlığın daxili investisiya mənbələrinin aşkarlanması və
istifadəsinin təkmilləşdirilməsi yolları”;
- “Azərbaycanın ÜTT-yə üzvlüyü və özəl sektor” (Araşdırma nəticələrinin
analitik hesabatı: 2008);
- “Korporativ sosial məsuliyyət və onun Azərbaycanda tətbiqi problemləri”;
- “Dünya maliyyə böhranının mənəvi aspektləri”;
- “Faizsiz bankçılığın iş üsulu”;
- “Korporativ sosial məsuliyyət: qabaqcıl biznes təcrübəsi və türk dünyası
sahibkarlarının bu sahədə əməkdaşlığının formalaşdırılması;
- “Korporativ idarəetmə - biznesin inkişafında yeni imkandır”.
Dövlət strukturlarına bir təklif irəli sürmüşdür: “Ali təhsildə qiymətqoyma
metodunun təkmilləşdirilməsi”.
Layihələrin maliyyələşdirilməsində:
- Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurası;
- Gəncliyə Yardım Fondu;
- Cenevrə Beynəlxalq və İnkişaf Tədqiqatları İnstitutunun CABİR Məzunlar
Şurası – Azərbaycan iştirak etmişdir.
Birlik hal-hazırda 3 layihə üzərində çalışır:
- Turizm biznesində təbii resurslardan səmərəli istifadə olunması yolu ilə təbii
abidələrin qorunması;
- İqtisadiyyat və biznes mövzusunda daimi inkişaf seminarları;
- Faizsiz bankçılıq.
Azərbaycanda “beyin mərkəzləri” arasında əməkdaşlığı genişləndirmək
məqsədi ilə təklif olunan ideyalara müsbət yanaşır. Bununla bağlı təkliflərini verir:
• Yaxşı olardı ki, Azərbaycanın inkişafı baxımından əhəmiyyətli olan müxtəlif
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
217
tədqiqat sahələri üzrə ildə bir neçə dəfə qrant müsabiqələri həyata keçirilsin;
• “Beyin mərkəzləri” nümayəndələrinin beynəlxalq aləmdə keçirilən elmi
tədbirlərdə iştirakları maliyyələşdirilsin;
• SAM tərəfindən icra olunan tədqiqat layihələrinə “beyin mərkəzləri” cəlb
olunsun;
• SAM-ın keçirdiyi tədbirlərə “beyin mərkəzləri”nin nümayəndələri dəvət
edilsin;
• SAM-ın icra etdiyi tədqiqat layihələri barəsində geniş məlumatlara çıxış
asanlaşdırılsın;
• “Beyin mərkəzləri”nin istifadə edə biləcəyi, elmi-tədqiqat üçün lazım olacaq
kitabxana formalaşdırılsın.
Sosial-İqtisadi Araşdırmalar Mərkəzi (SİAM)
Mərkəz 2001-ci il mayın 12-də yaradılmış və 2002-ci il sentyabrın 22-də
qeydiyyatdan keçmişdir. Mərkəzin təsisçiləri Azad Əliyev, Dildar Əliyeva və
Alagöz Əliyevadır. Hazırkı rəhbəri Azad Əliyevdir.
Mərkəzin əsas fəaliyyət istiqaməti sosial-iqtisadi araşdırmalardır. Əsas məqsədi
Azərbaycanda iqtisadiyyatın inkişaf proqramlarını həyata keçirmək, icmaların və
yerli idarəetmə orqanlarının inkişafına, əhalinin sosial müdafiəsinə, işsizlik və
yoxsulluğun azaldılmasına yardım etmək, kiçik və orta sahibkarlığın inkişafının
genişlənməsi üçün konkret layihələr həyata keçirmək və qanunvericiliyə zidd
olmayan digər fəaliyyət növləridir.
Mərkəzin illik büdcəsi 20 min manatdır. Qərargahı Bakı şəhəri, İ.Qutqaşenli
küçəsi, 9, mənzil 95 ünvanında yerləşir, sürətli internet və kompüterlərlə təchiz
olunmuş 2 otaqdan ibarətdir. Mərkəzdə daimi əsaslarda 3, müddətli müqavilə
əsasında isə 5 əməkdaş işləyir. Mərkəz ildə 2-3 xarici səfər təşkil edir.
Mərkəz 5 tədqiqat layihəsi həyata keçirmişdir. Bununla bərabər, Mərkəzin
rəhbəri bir çox layihələrdə ekspert kimi iştirak etmişdir:
• Avropa Qonşuluq və Əməkdaşlıq Siyasəti (ENPI-FLEG Program) çərçivəsində
meşələrin qanuni cəhətdən müdafiəsi və idarə olunması proqramı (meşə
problemləri) - ekspert;
• Ətraf mühitə təsirin qiymətləndirilməsi (Participation on EIA ( Environmental
Impact Assessment) və Bakı-Tbilisi-Ceyhan neft boru kəməri layihəsinin
sosial-iqtisadi nəticələrinə dair ictimai dinləmələrdə iştirak;
• Ətraf mühitə təsirin qiymətləndirilməsi (Participation on EIA ( Environmental
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
218
Impact Assessment) və Ələt qəsəbəsində Dəniz Limanı layihəsinin sosial-
iqtisadi hissəsinin ictimai dinləmələrində iştirak;
• Bakı-Tbilisi-Ceyhan boru kəməri marşrutu boyunca yerləşən pay torpaq
sahələrinin ayrılmasına və onlara görə kompensasiya ödənişlərinin verilməsinə
ekspert kimi nəzarət;
• Bakı-Tbilisi-Ceyhan boru kəməri layihəsi və boru kəməri marşrutu boyunca
yaşayan yerli əhaliyə onun sosial təsirləri - sosial nəticələrə ekspert kimi
nəzarət;
• Bakı-Tbilisi-Ceyhan boru kəməri layihəsi və boru kəmərinin marşrutu
boyunca yaşayan yerli əhaliyə onun sosial təsirləri - sosial nəticələrinin auditi
(3 QHT ilə birgə) ;
• Qanunsuz zibillik və bərk tullantılarla bağlı Bakı şəhəri üçün elektron
xəritənin yaradılması (“Təmiz Şəhər” ASC tərəfindən dəstəklənib);
• Tullantıların idarə olunmasına dair elmi konfransda iştirak (“Təmiz Şəhər”
ASC tərəfindən dəstəklənib);
• Stokholm (təhlükəli tullantılara dair) Konvensiyasının BMT-nin İnkişaf
Proqramı və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin dəstəyi ilə Azərbaycanda tətbiqi – ekspert kimi iştirak;
• TACİS proqramının 2009-cu ildə qısamüddətli eksperti;
• Azərbaycan əhalisinin bərk tullantılarla bağlı problemlər haqqında
məlumatlandırılması (AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçi
qrupunun üzvü kimi);
• Avrasiya Fondunun Qafqaz Tədqiqat Resurs Mərkəzinin proqramı
Azərbaycanda, 2005-ci il məlumatına əsasən – ekspert;
• “Min sözə dəyən şəkil” WWF-nin (Dünya Vəhşi Meşələr Təşkilatı) dəstəyi ilə
və s.
Mərkəz “Qanunsuz meşəqırmaların və meşələrin qeyri-davamlı istifadəsinin
yerli əhaliyə olan iqtisadi və sosial təsirinin təhlili” adında bir (beynəlxalq) elmi
konfrans təşkil etmişdir. Dövlət qurumlarına ekoloji sahə üzrə 3 və iqtisadi sahə
üzrə də 3 tövsiyə-təklif vermişdir. Layihələrin maliyyələşdirilməsinə dövlət dəstək
olmuşdur.
Hal-hazırda bərk məişət tullantıları haqqında maarifləndirmə layihəsini həyata
keçirir. Layihəni Azərbaycanın biznes təşkilatları maliyyələşdirir.
Təkliflər: Cənubi Qafqazın regional ekoloji problemləri, həmçinin yoxsulluq
və meşələr problemləri üzrə birgə tədqiqat layihələrinin həyata keçirilməsi faydalı
olardı.
Mərkəz Azərbaycanda “beyin mərkəzləri” arasında əməkdaşlığı genişləndirmək
məqsədi ilə təklif olunan ideyalara müsbət yanaşır.
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
219
“Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi
Mərkəz 1995-ci il mayın 5-də yaradılmış, 2009-cu il sentyabrın 30-da yenidən
qeydiyyatdan keçmişdir. Mərkəzin təsisçiləri Mayis Səfərov, Arzu Hüseynova və
Vəfa Paşayevadır. Hazırkı rəhbəri Mayis Səfərovdur.
Mərkəzin əsas fəaliyyət istiqaməti iqtisadiyyat, sosial problemlər, gənclər,
insan hüquqları və vətəndaş cəmiyyətidir. Əsas məqsədi Azərbaycan regionlarının
sosial-iqtisadi inkişafına dəstək verməkdir.
Mərkəzin büdcə xərcləri 2009-cu il üçün –72393.92 manat, 2010-cu il üçün
106503.54 manat olmuşdur. Əsas xərclər: proqram xərcləri, inzibati xərclər və
əmək haqları (illik maliyyə hesabatları bu saytda əksini tapmışdır: http://uluchay.
org/about-us/financial-reports). Qərargahı AZ 5500, Şəki, M.Ə.Rəsulzadə küçəsi,
163A ünvanında yerləşir. Sürətli internet və kompüterlərlə təchiz edilmiş 5 otaqdan
ibarətdir. Bununla bərabər, Mərkəzdə konfrans zalı və icma məlumat mərkəzi var.
İnternet səhifəsi http://uluchay.org-dur. Daimi əsaslarda 6, müddətli əsaslarda isə
4 əməkdaş işləyir.
Mərkəzdə Gender, İqtisadi inkişaf, Vətəndaş cəmiyyəti, Gənclər və Avropaya
inteqrasiya, Maliyyə və fandreyzinq şöbələri fəaliyyət göstərir.
Mərkəzin 4 beynəlxalq tərəfdaşı var: Avropa 3-cü sektor Liderləri Şəbəkəsi
(Evklid Şəbəkəsi), ECAbit - Şərqi Avropa və Mərkəzi Asiya Biznes İnkubatorları
və Texnoparklar Şəbəkəsi (InfoDev - Dünya Bankı), Avropa İnstitutu Fondu
(Bolqarıstan), Demokratik Hüquqların İnkişafı Fondu (DemNet - Macarıstan).
Mərkəzin xarici səfərlərinin sayı 11-dir.
Mərkəz 2010-cu il ərzində gənclərin iqtisadi inkişaf perspektivləri və
vətəndaş iştirakçılığına yönəlmiş araşdırmalar həyata keçirmişdir. “Gənclərin
işsizlik problemlərinin analizi və məsləhətlər” və “Qadınların kənd təsərrüfatında
rolunun artırılması” adında 2 məqalə hazırlamışdır. Gənclərin işsizlik
problemlərinin həllinə dair dövlətə tövsiyələr təqdim olunmuşdur. Layihələrin
maliyyələşdirilməsində xarici donorlar iştirak etmişdir. Mərkəzdə bir beynəlxalq
layihə həyata keçirilmişdir.
Hazırda Mərkəz “Gənclərin mülki maarifləndirilməsi” proqramını, Şəkinin Kiş
kəndində uşaq bağçasının tikintisini və “Məsul icmalar” layihəsini həyata keçirir.
Mərkəz 5 il ərzində 2 layihə, 2 məqalə və 2 təklif hazırlamışdır.
Mərkəz Azərbaycanda “beyin mərkəzləri” arasında əməkdaşlığın inkişaf
etdirilməsi və genişləndirilməsi üçün təklif olunan tövsiyələrə müsbət yanaşır.
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
220
Azad İstehlakçılar Birliyi
Birlik 1996-cı ildə yaradılmış, 1997-ci il iyulun 31-də qeydiyyatdan keçmişdir.
Birliyin təsisçiləri Eyyub Hüseynov, Adil Cəmilov, Əlisəfa Mehdiyev, Aydın
Kərimov və Habil İskəndərovdur. Hazırkı rəhbəri Eyyub Hüseynovdur.
Mərkəzin əsas fəaliyyət istiqaməti sosial, iqtisadi istehlakçı hüquqlarını
qorumaqdır. Əsas məqsədi ölkənin əmtəə bazarını təhlükəli mallardan (xidmətdən)
qorumaq, istehlakçı maarifçilik işini həyata keçirməkdir.
Birliyin büdcəsi 50 000 manatdır. Əsas xərclərin istiqaməti texniki avadanlığın,
çap materiallarının alınması, konfransların və aksiyaların keçirilməsidir. Qərargahı
Bakı şəhəri, S.Rəhimov küçəsi, 201, mənzil 10 ünvanında yerləşir, kompüterlərlə
və sürətli internetlə təchiz edilmiş 3 otaqdan ibarətdir. Rəsmi internet səhifəsi
www.consumer-aib.com-dur.
Daimi işçilərinin sayı 9, müddətli müqavilə əsasında işləyənlərin sayı
isə 20 nəfərdir. Mərkəzdə Hüquq, İstehlakçı maarifçiliyi, Kommunal, Ərzaq
təhlükəsizliyi şöbələri fəaliyyət göstərir.
Consumers International (Cİ), WANGO, İBFAN Birliyin beynəlxalq
tərəfdaşlarıdır. Birlik 20-yə yaxın xarici səfər həyata keçirmişdir.
2010-cu ildə “Muğan bələdiyyələrində resurs mərkəzlərinin yaradılması”
və “İnflyasiyanın aşağı düşməsi üçün istehlakçıların kollektiv məsuliyyətinin
artırılması” adında 2 layihə həyata keçirmişdir.
Birlik əməkdaşları istehlakçı hüququ və bələdiyyə qanunvericiliyinə dair
8 kitab, 10 növ buklet, ümumilikdə KİV-də 14000 məqalə çap etmiş, 8 tövsiyə
vermişdir. Bu təkliflər istehlakçı hüquqlarına dair qanunvericilik bazası, kommunal
xidmətlər, inflyasiyanın aşağı düşməsi və s. mövzularda olmuşdur. Layihələri
xarici donorlar və QHT-lərə Dövlət Dəstəyi Şurası həyata keçirmişdir. Birlik bir
beynəlxalq səviyyəli layihə həyata keçirmişdir.
Hal-hazırda birlik “İnflyasiyanın aşağı düşməsi üçün istehlakçıların kollektiv
məsuliyyətinin artırılması” adında layihəni həyata keçirir.
Birlik 5 il ərzində 1 layihə, 3 elmi konfrans keçirmiş, 8 kitab, 1400 qəzet
məqaləsi çap etdirmiş və dövlətə 3 tövsiyə vermişdir.
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
221
“Gender və İnsan Hüququ” Araşdırma Birliyi
Birlik 1997-ci il dekabrın 1-də yaradılmış, 2000-ci il martın 18-də qeydiyyatdan
keçmişdir. Sədri fəlsəfə elmləri doktoru Rəna Mirzəzadədir.
Birliyin əsas məqsəd kimi qarşısına qoyduğu fəaliyyət istiqamətləri
aşağıdakılardır:
- İnsan hüququnun gender balansı baxımından tədqiqi;
- İnsan hüququ və gender istiqaməti ilə əlaqədar sosial-fəlsəfi və hüquqi
konsepsiyaların, nəzəriyyə və cərəyanların tədqiqi;
- İctimai-siyasi-hüquqi institutların insan hüququ və genderin inkişafına təsirinin
aydınlaşdırılması;
- İnsan hüququ və genderin seçki sistemində realizə edilməsi vəziyyətinin
təhlili;
- Gender münasibətləri və insan hüququna həsr edilmiş elmi-praktiki seminar,
dəyirmi masa, treninq və konfransların keçirilməsi;
- Demokratik proseslərin inkişafı üçün insan hüququ və gender münasibətləri
informasiya şəbəkəsinin yaradılması;
- Gender və insan hüququ sahəsini öyrənmək məqsədilə sosioloji sorğuların
keçirilməsi, proqnozlaşdırma işinin aparılması, elmi analizlərin verilməsi;
- İctimai-hüquqi tərbiyə və siyasi mədəniyyətin formalaşmasında insan hüququ
və gender araşdırmalarından istifadə edilməsi, eyni zamanda bu sahədə
maarifləndirmə işinin genişləndirilməsi;
- Gender və insan hüququ probleminin obyekti kimi cəmiyyətdə sağlam ailənin
formalaşdırılması naminə elmi təbliğat işinin həyata keçirilməsi.
Birliyin həyata keçirdiyi layihələr:
Dostları ilə paylaş: |