Qanunvericilikdə bu məsələləri tənzimləyən məqamların əksini tapmama-
sı analitik mərkəzlərin fəaliyyətini məhdudlaşdıraraq problem yaradır. Beləliklə,
məlum olur ki, bu sektorda “xarici amilin güclü olması” hər şeydən əvvəl daxili
mühit və amillərin nəticəsidir. Ölkənin hazırkı inkişaf meyillərini nəzərə alaraq
demək olar ki, belə bir vəziyyətin aradan qaldırılması olduqca vacib, eyni zaman-
da həlli mümkün məsələdir.
3.5. Azərbaycanda Araşdırma və Beyin Mərkəzlərinin ideoloji statusu
Analitik mərkəzlər aşkar şəkildə olmasa da müxtəlif siyasi, ideoloji, yaxud
metodoloji yönlü ola bilər. Bu onların vətəndaş cəmiyyəti qurumlarından mü-
hüm fərqlərindən biridir.Ümumiyyətlə, dünyada ABM-lərin müxtəlif ideoloji
5 İSİM. QHT Davamlılıq İndeksi-Azərbaycan, s.7.
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
119
oriyentasiyalara xidmət etməsi, daha doğrusu, onların növləri içərisində ideo-
loji istiqamətli qurumların olması təbiidir. Dünya təcrübəsində, məsələn, ABŞ-da
ideoloji status BM-lərin təsnifat meyarları sırasında ən mühümlərindən biri sayı-
lır. Hətta tamamilə yeni ideologiyanın yaranması və dünyada yayılmasına xidmət
etmək funksiyasını daşıyan BM-ri də var. (Məsələn, ABŞ-dakı “İrs” (Heritage)
fondu kimi)
Hər il aparılan reytinqlərdə davamlı olaraq birinci yerdə duran Brukinqs İnsti-
tutu BM-zi mərkəzçi (sentrist) ideoloji mövqeyə malikdir.
6
Amerikada BM-lərin ideoloji oriyentasiyasını digər bir meyil də izah edir:
“XX əsrin sonlarından BM-lərin sırasında mühafizəkar yönümlülər liberal
yönümlüləri 2 dəfə üstələyib. Yerli və regonal BM-lər sırasında isə bu rəqəm
3:1-ə nisbəti kimi olub. İdeoloji baxımdan neytral olan BM-lər resursların daha
çox hissəsini - ümumi maliyyə həcminin yarısı qədər - alırlar. Bu həm də onunla
əlaqədardır ki, nəhəng tədqiqat qurumları (məsələn, RAND və s.) bu qəbildən
olan BM-lərdir. Bununla belə, “müəyyən ideoloji oriyentasiyaya malik olmayan”
mərkəzlər çıxılarsa, qalan resursların ümumi həcmindən dörddən üçünü konser-
vativ yönümlü BM-lər alırlar. Narahatlıq doğuran isə belə bir məsələdir ki, BM-
lərin ideoloji qarşıdurmasının qütbləşmə formasını alması müasir dövrdə onların
inkişafına qlobal xas olan xüsusiyyətdir. Bu meylə Qərb ölkələrinin, daha çox isə
Almaniyanın BM-lərində rast gəlinir.
7
XX əsrin 90-cı illərindən etbarən dünyada ideoloji oriyentasiyalı BM-lərin in-
kişafında yüksəliş müşahidə edilmişdir.
Qərb ölkələrində analitik mərkəzlərin tədqiqatlarının siyasi istiqamətləri
haqqında danışarkən bir çox ekspertlər müxtəlif ideoloji yönlü mərkəzlər üçün
informasiya əldə edilməsində bəzi maneələrin olduğunu qeyd edirlər. “Sol”
yönlü analitik mərkəzlərdən fərqli olaraq mühafizəkar yönlü analitik mərkəzlər
(öz rəhbərlərinin əlaqələrindən istifadə edərək) əsasən korporasiya və iri
biznesmenlərdən həm maddi, həm də siyasi dəstək (“ianə”, şəxsi və korporativ
yardımlar, tədqiqat sifarişləri formasında) alırlar. “Sol” baxış isə əsasən bir qayda
olaraq universitetlər hesabına yaşayan akademik mərkəzlərdə üstünlük təşkil edir.
Şərqi Avropa ölkələrində liberal-demokratik istiqamətli analitik mərkəzlər sayca
nisbətən çoxdur. Bu analitik mərkəzlərin keçid ölkələrindəki mövcud rolu müvafiq
olaraq davamlı və birmənalı demokratiya subyektinə olan tələbatla bağlıdır.
BM-lər demokratik cəmiyyətin atributlarından biri kimi ictimai siyasət institut-
ları sırasında aparıcı mövqeyə malikdirlər. Lakin nədənsə xarici donor təşkilatları
bu qəbildən olan qurumların yaradılmasında fəallıq göstərmirlər. Maraqlıdır ki,
6 http://fair.org/extra-online-articles/think-tank-spectrum-revisited/Fairness & Accuracy in reporting (FAIR’s)
7 McGann, J.G. Global trends in think tanks and policy advice. Philadelphia, PA: TTCSP, 2007. - 17 p.
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
120
nə üçün qlobal donor və yardım təşkilatları elmi və intellekti inkişaf etdirə bilən
təşkilatları deyil, məhz siyasi profilli təşkilatları, yalnız “söz, insan hüquqları və
azadlıqları” ilə məşğul olan təşkilatları dəstəkləyirlər? Bu sualın cavabı da ideoloji
müstəvidədir.
“Region” Beynəlxalq Analitik Mərkəzi İdarə Heyətinin sədri Razi Nurulla-
yev xarici donorlar və onların yerli QHT-lərə münasibətləri barədə danışarkən
qeyd edir: “Məsələ burasındadır ki, yerli QHT-lər layihələri Azərbaycan dilində
hazırlayıb sonradan ingilis dilinə tərcümə etdirirlər. Bu zaman haradasa 20 faiz
təhrif mümkündür. Bunun nəticəsidir ki, xarici donorların keçirdikləri qrant
müsabiqələrinin qalibləri elə xarici QHT-lər olurlar. Həmin QHT-lər sonradan
Azərbaycan QHT-lərini formal olaraq tərəfdaş kimi seçirlər. Onu da deyim ki,
xarici QHT-lər, adətən, aldıqları qrantların böyük bir qismini adminstrativ xərclərə
yönəldirlər. Birbaşa nəzərdə tutulan məqsədə yönəldilən vəsaitlərin həcmi isə
çox az olur. Başqa sözlə, xarici donorların ayırdığı qrantlar Azərbaycanda de-
mokratiyanın, insan hüquqlarının, vətəndaş cəmiyyətinin inkişafına deyil, onla-
rın öz ölkələrini təmsil edən QHT-lərin imkanlarının artırılmasına yönəlir. Bu,
çox pis tendensiyadır. Çünki beynəlxalq donorlar həmişə elan edirlər ki, onlar
Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı layihələr həyata keçirirlər.
Bu barədə ağızdolusu danışırlar, amma əməli işə gələndə kənaraçıxmalara yol
verirlər.
Baş verənlər sadəcə beynəlxalq donorların müəyyənləşdirdiyi yeni siyasətin
nəticəsidir. Onlar sadəcə ayırdıqları pulla öz təşkilatlarını maliyyələşdirmək
istəyirlər. Qalanları isə hamısı bəhanədir”.
8
Son dövrlər yerli məkanda “beyin mərkəzi” adı altında fəaliyyət göstərən bəzi
mərkəzlər xarici donorlar tərəfindən qeyd edilən geosiyasi məqsədlərə xidmət
edən qrant layihələri ilə maliyyələşdirilir. Bu o deməkdir ki, xarici maliyyə donor
təşkilatları Azərbaycanda BM-lərin formalaşması və funksiyalarını bu mərhələdə də
yanlış istiqamətdə yönləndirməyə cəhd edirlər. Özlərindən asılı olan və istədikləri
nəticələri onlara təqdim edən QHT-lərin qeydiyyatı ilə bağlı problemlərin olduğunu
görərək, BM adı altında haradasa loyal və elmi-intellektual çərçivədən kənar təsisat
yaratmağa cəhd göstərirlər ki, bu da açıq şəkildə hiss olunur.
Beynəlxaq donor təşkilatlarının bu maraqları tədqiqatçıların da diqqətini cəlb
edir. Məsələn, Şotlandiyalı analitik Cerri Xasan “Beyin mərkəzləri”nin inqilabı-
nın hüdudları” adlı əsərində yazır: “Nə üçün postdemokratik ölkələrdə intellektual
strukturların inkişafına diqqət yetirilmir, nə üçün burada intellektual innovasiyalar
ləngiyir?”
9
8 www.civil-soc.org/blog/?paged=4// “Xarici donorlar Azərbaycan QHT-lərinə hörmətsizlik edirlər”
9 Gerry Hassan. The Limits of the ‘Think Tank’ Revolution. Open Democracy, 8.09.2008.// http://www. open-
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
121
Qeyd edilənlər fonunda Azərbaycanda ABM-lərin ideoloji statusu ilə bağlı
məsələnin aktual olmadığını düşünmək yanlışlıq olardı. Bu həm də mərkəzlərin
özlərini araşdırma qurumu kimi identikləşdirməsinə dəlalət edən xüsusiyyət kimi
də maraqlıdır.
Keçən əsrin 90-cı illərinin ortalarında ölkədə ideoloji oriyentasiya baxımın-
dan fərqlənən çoxsaylı mərkəzlər formalaşmağa başlamışdır. Onların fəaliyyəti
və istiqamətlərindəki fərqlərə baxmayaraq, milli məkanda BM-lərin yaranması,
kəmiyyət baxımından artması, ideoloji yönümlülüyü, tədqiqat istiqamətləri və
təqdim etdiyi analitik məhsula görə müəyyən qənaətə gəlmək olar.
Digər tərəfdən qeyd edilməlidir ki, yerli məkanda formalaşan BM-lərin, demək
olar ki, əksəriyyəti aydın ideoloji istiqamətə malik olmadığını düşünsə də, bu belə
deyil, yaxud da bu mümkün deyil. Halbuki inkişaf etmiş ölkələrdə BM-lər öz ide-
oloji seçimləri barədə aşkar mövqe nümayiş etdirirlər.
Əsas tədqiqat istiqamətləri üzrə ümumiləşdirmək istəsək, ictimai siyasət insti-
tutlarının fəaliyyətində yarandığı ilk illərdə neoliberal demokratik, bəzi hallarda
radikal ritorikanın üstünlük təşkil etdiyi mərhələdən, inkişafın yeni mərhələsindən
etibarən isə milli praktikada geniş vüsət alan sosial-iqtisadi araşdırmalarda mötədil
liberal mövqeyə və son illərdə dövlətçilik maraqlarına uyğun gələn mərkəzçi möv-
qenin önə keçdiyi mərhələyə istiqamətləndiyi qeyd edilə bilər. ABM-lər inkişaf
mərhələsindədir və onların fəaliyyətinin cəmiyyətin intellektual səviyyəsinin
modernləşməsinə və transformasiyasına töhfə verəcəyi şübhəsizdir.
Azərbaycanda da özəl sektorun, imkanlı insanların ABM institutuna çox həssas
olması həm onların, həm də ölkənin perspektivləri üçün olduqca əhəmiyyətlidir
Azərbaycanın analitik-ekspert cəmiyyətlərini yalnız “sollara” və “sağlara”
bölmək onların əksəriyyətinin aşkar ifadə edilmiş ideya mövqeləri olmadığı üçün
çox çətindir. ABM-lərini ideoloji yönünə görə fərqləndirmək üçün əsas kimi möv-
cud olan siyasi ideologiyalar çərçivəsindən (“sollar”, “sağlar”, “mərkəzçilər”)
istifadə etmək lazım gəlir
Ölkədə “sağ” və “sol” sözləri ilə ifadə edilən ideoloji istiqamətlər aşkar
sezilməsə də, liberal, neoliberal, “mərkəzdən bir qədər sola” və “mərkəzdən bir
qədər sağa” adlandırılmalı olan mövqelər mövcuddur. Yarandığı ilk illərdə yerli
ABM-lərin fəaliyyətində liberal və neoliberal, hətta radikal meyillər daha güclü
olmuşdur. Bu həm xarici donorlardan və qrantlardan asılılıqla, həm də təsisçilərin
siyasi-ideoloji mövqeləri ilə bilavasitə bağlı olmuşdur.
10
Bir daha yuxarıda qeyd
democracy.net/article/yes/the-limits-of-the-think-tank-revolution
10 Özünü “Azərbaycanda yaradılan ilk “düşüncə mərkəzi”, “fikir fabriki” bəyan edən Sülh və Demokratiya
İnstitutunun fəaliyyəti, onun ABM-lərin meyarlarına nə dərəcədə cavab verdiyi cəmiyyətə aydındır. Maraqlıdır
ki, mərkəz öz vəzifələrini “hazır ideyaların (!?) və mexanizmlərin təbliği və tətbiqi”, “öz maraqlarına effektiv
lobbiçilik”(!?) kimi müəyyən etmişdir.//http://www.tt-ipd.info/think-thank/Think Thank
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
122
edilən bir fikri xatırlatmaq yerinə düşərdi ki, ABM-nin əsasa meyarlarından biri
onun dövlətin milli maraqlarına xidmət etməsi, ona zidd olan fəaliyyəti həyata
keçirməməsidir. Bu adi həqiqəti dərk etməyərək özünü “beyin mərkəzi” kimi
identikləşdirən qurumlar təəssüf ki, mövcuddur. Beyin mərkəzlərinin müstəqil,
obyektiv ekspert təhlili aparması dövlətçilik əleyhinə mövqe kimi dərk edilirsə,
bu onun funksiyasının təhrif edilməsinin göstəricisidir.
Sağ ideologiya mövqeyində duran ABM-lər tədqiqatlarında əsasən liberal iq-
tisadiyyatı, azad bazar ideyalarını inkişaf etdirir və dəstəkləyirlər. Klassik “be-
yin mərkəzi” olan Brukinqs İnstitutu kimi BM-lər dövlətin minimum müdaxilə
etdiyi iqtisadiyyatın, həmçinin Azərbaycanın qlobal iqtisadi məkana daha çox
cəlb edilməsinin tərəfdarıdırlar. Bir qədər şərti müqayisə edilsə, demək olar ki,
Azərbaycanda sosial-iqtisadi istiqamət üzrə fəaliyyət göstərən ABM-lər bu ideo-
loji oriyentasiyaya aiddir.
Ölkədə ABM-lərin meyarlarına cavab verməyən, lakin özlərini “beyin
mərkəzi”, “fikir fabriki” kimi təqdim edən hədsiz dərəcədə siyasiləşmiş (insan
hüquqları və hüquq-müdafiə qeyri-hökümət) təşkilatları nəzərə almasaq, ciddi
ideoloji qütbləşmənin mövcudluğu hiss edilmir. Lakin ölkədə gedən proseslərə
münasibətlərində “mühafizəkar-dövlətçilər”in və “liberallar”ın olduğunu, onların
öz tədqiqatlarındakı mövqeləri ilə radikallardan kəskin fərqləndiyini demək olar.
Yeri gəlmişkən, ideoloji meyarın ABM-lərin qlobal reytinq və
dəyərləndirmələrinə də təsir etdiyi aşkardır. Bu səbəbdəndir ki, reytinqin hazır-
landığı ilk illərdə Azərbaycanda bir “broşurası” ilə də olsa tanınmayan “beyin
mərkəzləri”nin həmin reytinqlərdə yer alması yalnız bununla izah edilə bilər.
Son illər bu reytinqə fəaliyyəti ilə tanınan yerli mərkəzlərin düşməsi artıq həmin
reytinqlərdə BM-lərin peşəkarlıq meyarlarına görə dəyərləndirilməsinə doğru
irəliləyişin olmasından xəbər verir.
Regionda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin möv-
cudluğu ortaq mövqeli və ideoloji oriyentasiyalı mərkəzlərin yaranmasını
şərtləndirmişdir.
Bütövlükdə isə vurğulamaq lazımdır ki, son dövrdə dünyada fəaliyyətini milli
dövlətçiliyin möhkəmlənməsi istiqamətində quran “mərkəzçi” təşkilatların sayı
çoxalmaqdadır. Əminliklə demək olar ki, ictimai siyasət institutlarına dövlətin
dəstəyi və həssaslığı nəticəsində hazırda bütün dünyada analoji mərkəzlərin apa-
rıcı ideoloji oriyentasiyasını, eyni zamanda “beyin mərkəzi” institutunun missi-
yasını düzgün ifadə edən “mərkəzçi ideologiya”, milli dövlətçi mövqelər üstün
meylə çevrilməkdədir. Bu da yerli ABM-lərin inkişafının dünya təcrübəsindəki və
inkişaf edən ölkələrə xas olan meyillərə adekvat duruma gəldiyinin göstəricisidir.
“BM idealda başlıca olaraq ümummilli məsələlərin həllinə yönəlmiş ideyala-
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
123
rın generasiyası üçün institut, milli dialoq məkanı, platformasıdır. BM-lər yalnız
konkret dövlətin tarixində epoxal, fundamental proseslərin nəticəsi kimi, yaxud
da optimal həllini tələb edən ümummilli problemlərin ortaya çıxması nəticəsində
yarana bilər.
Heç kim demir ki, BM yaratmaq üçün nə etmək lazımdır? Kim onun rəhbəri və
əməkdaşı ola bilər? BM dövlət siyasətinin öyrənilməsi mərkəzidir. Təəssüflər olsun
ki, dilemma bundan ibarətdir ki, BM əksər hallarda müxtəlif maraqları, mövqeləri
və siyasi imperativləri təmsil edən qruplar və ya liderlər tərəfindən yaradılır. Ümumi
konsensus ətrafında cəmlənən kollektivlərə bu gün rast gəlmək çox çətindir”.
11
3.6. Azərbaycanda Araşdırma və Beyin Mərkəzlərinin əməkdaşlığı:
forma və mexanizmlər
Tədqiqat gedişində mərkəzlərə göndərilən anket sorğunun bir sualı da məhz bu
məsələ ilə bağlı idi. Düşündürən problemlərdən biri odur ki, hələlik milli ABM-
lərin koordinasiyası, əməkdaşlığı və ən vacibi şəbəkələşməsini stimullaşdıran və
dəstəkləmək təşəbbüsləri olmamışdır. Strateji Araşdırmalar Mərkəzi yaranmasın-
dan etibarən bu istiqamətdə əməkdaşlıq səylərini ortaya qoymuşdur. Bu problemlə
bağlı müzakirə və dəyirmi masalar milli məkanda ABM-lərin əməkdaşlıq forma-
larını və mexanizmlərini zəruri edən və ona mane olan bir sıra şərtləri aşkara çı-
xarmışdır.
Əməkdaşlığı zəruri edən aşağıdakı amillər mövcuddur:
1. Ölkənin siyasi və iqtisadi inkişaf məsələlərinə dair ortaq mövqeyin bildirilməsi;
2. Analitik məhsul bazarının azərbaycandilli seqmentinin inkişafına hərtərəfli
yardım göstərilməsi;
3. Milli analitik-ekspert cəmiyyətinin maraqlarına cavab verən bilik və
peşəkarlığın sintezinin yeni modelinin formalaşdırılması;
4. Qlobal “beyin mərkəzləri” məkanına inteqrasiyanın, xarici ölkələrin BM-ləri
ilə qarşılıqlı əməkdaşlıq münasibətlərinin birgə səylərlə intensivləşdirilməsi;
5. Azərbaycanda analitik-ekspert cəmiyyətinin səviyyəsi və keyfiyyətinin artırıl-
masına təkan verilməsi;
6. Ölkədə BM-lərin qarşılıqlı əməkdaşlıq və tərəfdaşlığının yeni səmərəli mo-
delinin formalaşdırılmasını bir çox məsələlər zəruri edir. Buraya ölkədaxili
və ölkəxarici siyasətdə baş verən aktual məsələlərin peşəkar dəyərləndirilməsi
ənənəsini yaratmaq, qlobal “beyin mərkəzləri” məkanına ortaq güclə inteq-
11 Эми Кофинур Бетанкурт.(Центр Стратегических и Международных Исследований.) Национальный
(Центр Стратегических и Международных Исследований.) Национальный
Центр Стратегических и Международных Исследований.) Национальный
Исследований.) Национальный
Национальный
диалог о создании мозгового центра//Внешняя политика США. Електронный журнал Госдепартамента
США, Том 7, №3, ноябрь 2002, 56 c., -с.42-43
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
124
rasiya etmək və rəqabətədavamlı mövqe tutmaq, analitikanın keyfiyyətini
yüksəltmək və s. daxildir;
7. Kadr resursu, təşkilati resurslar və intellektual resurslar kimi ciddi məsələlərin
müəyyən edilməsi;
8. ABM-lərin kəmiyyət mərhələsindən keyfiyyət mərhələsinə keçməsi, analitik
məhsul bazarında “tələb və təklif” probleminin müəyyən edilməsi, dünyada
rəqabətə- davamlılığının təşkil edilməsi;
Hələlik isə ölkə miqyasında mövcud olan analitik ABM-ləri üçün kəmiyyət ba-
xımından rəqabət mühiti mövcud olsa da, sağlam rəqabətin aparılması müşahidə
edilmir. Yerli ABM-lərin fəaliyyətinin dəyərləndirilməsi üçün keyfiyyət meyarla-
rına gəldikdə isə, şərti olaraq beş ballıq sistemlə (1-ən aşağı bal; 5 - ən yuxarı bal)
bunları göstərmək olar:
• İnformasiya texnologiyaları ilə işin aparılması və internet məkanında fəallıq -
3 bal;
• Elmlərarası problemlər üzrə tədqiqatların aparılması - 3 bal;
• Tədqiqatların nəzəri-metodoloji əsaslarına riayət edilməsi - 3 bal;
• Dünya siyasi elminin əsas tədqiqat metodlarına və istiqamətlərinə bələd olmaq
- 2 bal;
• Kreativ işləmək qabiliyyəti - 2 bal;
• Təhlillərdə nəzəri və tətbiqi politologiyanı birləşdirə bilmək baçarığı-2 bal;
• Yeni tədqiqat sahələrinin formalaşdırılması - 2 bal.
Bu səbəblərin mövcudluğu yalnız subyektiv olmayıb, həm də obyektiv köklərə
bağlıdır. Siyasi elmin yaşının bir neçə əsr olduğu inkişaf etmiş ölkələrlə müqayisədə
yerli politoloji araşdırma ənənəsi, məktəb və mütəxəssislərin mövcud vəziyyəti ölkənin
digər sahələrində müşahidə edilən yüksəliş templəri ilə ayaqlaşa bilmir. Bəzi ekspert
sorğuları da göstərir ki, bu sahədə inkişaf bir sıra problemlərin həlli ilə bağlıdır.
Həmin amillərə aşağıdakılar daxildir:
nəzəri-metodoloji bazanın zəifliyi;
problemlərə səthi yanaşma;
analitik strukturların kadr korpusunun tərkibinin kifayət qədər səriştəli olma-
ması;
analitik məhsula tələbin olmaması;
elmi yeniliklərin və kreativliyin olmaması;
siyasi təhlil və politologiya sahəsində davamlı ənənə və elmi məktəblərin ol-
maması;
siyasi təhsilin tədrisinin yeni tətbiq edilməsi, tədrisin analitik bazarın forma-
laşmasından özünütəcrid etməsi;
ixtisaslı mütəxəssis, peşəkar politoloqların çatışmazlığı;
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
125
müəyyən siyasi-ideoloji çərçivədə özünü senzura etmək ənənəsinin, “qrant
verən mənbələri məmnun etmək” diktəsinin olması (tanınmış bir Mərkəzin
ABŞ İnkişaf Agentliyi ilə birgə hesabatın təqdimat mərasimində Agentliyin
nümayəndəsi müəyyən rəqəmlərə düzəliş etdiklərini vurğulamışdı - T.A.)
Ölkədə kəmiyyət baxımından elmi dərəcələri olan çoxsaylı mütəxəssis or-
dusu mövcuddur. Bu isə o deməkdir ki, analitik mərkəzlərin inkişafı kəmiyyətin
keyfiyyətə çevrildiyi zaman mümkün olacaqdır. Hələlik isə ABM-lərin cəmiyyət
həyatında dünya təcrübəsində mövcud olan layiqli yer tutması yönündə hər hansı
birliyinin, alyansının yaranması mühüm addım ola bilərdi
Ümid etmək olar ki, adekvat əməkdaşlıq və koordinasiya mühitinin yaradılma-
sı Azərbaycanda innovativ və kreativ elitanın formalaşmasında təkanverici effekt
verə bilər. Eyni zamanda, bu, yeni nəsil ABM-lərin yaranmasını da şərtləndirə
bilər.
3.7. Azərbaycanda Araşdırma və
Beyin Mərkəzlərinin tipologiyası və təsnifatı
Aparılan tədqiqatın əsas məqsədlərindən biri ölkədə BM-nin təsnifləşdirilməsinə
cəhd edilməsi olmuşdur. Dünya təcrübəsində olduğu kimi, Azərbaycanda də
ABM-lərin tipologiya və təsnifatında müxtəlif yanaşmalar ola bilər. Nəzərə alı-
narsa ki, ümumiyyətlə, ABM-lərin təsnifat meyarları bütövlükdə dünyada böyük
mübahisələrin mövzusudur, onda bu başa düşülən vəziyyətdir. Buna görə də həm
mövcud dünya təcrübəsinə müraciət etməklə, həm də eyni zamanda mübahisəli
məqamlrı qeyd etməklə müəyyən mənzərəni yaratmaq olar.
Azərbaycanda yaranan və fəaliyyət göstərən BM-lərin dəqiq sayının verilməsi
mümkün deyil. Milli məkanda mövcud olan digər təşkilatlar, ictimai birliklər
və s. kimi onların mütləq qeydiyyatı tələb olunmadığı və ya qeydiyyatla bağlı
problemlər olduğu üçün bu sahədə rəsmi məlumat mövcud deyil.
Problem yaradan digər məsələ isə “beyin mərkəzi” anlayışının digər ictimai
birliklərdən fərqini müəyyən edən tədqiqatların, yuxarıda qeyd edildiyi kimi, yox
dərəcəsində olmasıdır. Bu vəziyyət qeyd edilən qurumların mövcud olduğu bütün
dünya ölkələrinə aid edilə bilər. Bununla belə, BM-lərin dəqiq sayının müəyyən
edilməsində çətinliklərin olmasına baxmayaraq, ölkədə ictimai birliklərin ümumi
mənzərəsinə dair məlumatlara əsaslanmaqla onları təsnifləşdirmək və ümumi bir
nəticəyə gəlmək mümkündür. Tədqiqatçıların bir çoxu “beyin mərkəzləri”ni təsnif
etməyə çalışıblar.
Klassik təsnifata əsasən “beyin mərkəzləri”nin 3 kateqoriyası fərqləndirilir.
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
126
Milli məkanda ABM-ləri klassik (Amerkada tətbiq edilən) təsnifatla aşağıdakı
kimi sistemləşdirmək olar:
1. dövlət strukturlarında fəaliyyət göstərən analitik qurumlar;
2. qeyri-dövlət ictimai siyasət institutları;
3 akademik və universitet əsaslı tədqiqat institutları.
Bir neçə azsaylı partiyayönlü mərkəzin analitik qurumları özlərini bu
mərkəzlərlə identikləşdirmədiyi və fəallığı hiss olunmadığı üçün təsnifatda yer
almamışdır.
Eyni zamanda bu mərkəzlərin özlərini də:
1. məqsədyönlü (özlərini BM adlandıran və BM ilə identikləşdirən) strateji
mərkəzlər;
2. araşdırma layihələrini həyata keçirən BM-lər;
3. intellektual birliklər - kimi qruplaşdırmaq olar.
Birinci qrupa aid olanlar öz profillərini konkret olaraq bildikləri üçün müxəlif
layihələrin təşəbbüskarları və sosial inkişafın mərkəzləri kimi çıxış edirlər. Məhz
buna və peşəkarlığına görə onların ciddi maliyyə problemləri yoxdur. Fəaliyyət
istiqamətləri isə açıq şəkildə ifadə edilmiş sosial-iqtisadi yöndür.
Araşdırma layihələrini həyata keçirən BM-lər aydın strateji məqsədlərə ma-
lik deyil və əsasən, qrant və sifarişlərlə işləyirlər. Belə mərkəzlər xarici maliyyə
manipulyasiyasından etibarlı müdafiə olunmayıb. Eyni zamanda, müsbət cəhətəri
odur ki, müxtəlif sosial problemlərin həllində təcrübə və texnologiyaya, həmçinin
başqaları ilə müqayisədə geniş resurs bazasına malikdirlər.
Burada dünya təcrübəsini nəzərə alaraq, miqyas və səviyyə göstəricisi də
nəzərə alınmaqla müxtəlif təsnifat meyarları tətbiq edilə bilər. Məsələn, BM-ləri
fəaliyyət dairəsinə görə belə qruplaşdırmaq olar:
1. ümummilli səviyyəli siyasi qərarların həllinə yönümlü;
2. yerli və regional miqyaslı problemlərin tədqiqi ilə məşğul olan;
3. daxili və ya xarici siyasəti tədqiq edən.
Eyni zamanda, tədricən klassik ənənə və təcrübənin mənimsənilməsi və
yeniləşməsi baş verir. İkinci kateqoriyaya aid olan ölkədəki ixtisaslaşmış akade-
mik tədqiqat institutları tam şəkildə siyasi tədqiqatlarla məşğul olmurlar. Onlar
öz tədqiqatlarını nadir hallarda praktiki reallaşdırmağa çalışırlar. Birinci kateqo-
riyaya aid olan məsləkdaşlarından fərqli olaraq bu institutlar akademik statusları
ilə əlaqədar hakimiyyətə çox az təsir göstərmək imkanına malikdirlər. Akademik
institutların apardığı tədqiqatlar, əsasən, nəzəri və uzunmüddətli xüsusiyyətə ma-
likdir. Onların təqdim etdikləri məhsullar birbaşa praktiki əhəmiyyətə malik olma-
dığından dövlət strukturlarının operativ fəaliyyətlərində istifadə edilməsinə mane
olur. Üçüncü kateqoriyaya aid olan BM-lər universitetlərlə bağlıdır Bu qurumlar
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
127
da qərar qəbulu ilə bağlı mərkəzlərdən məsafədə olması, həmçinin tədqiqatlarının
nəticələrinin həddən artıq akademikliyi səbəbindən böyük nüfuza malik deyillər.
Bununla belə, bu mərkəzlərin rolunu qiymətləndirməmək düzgün olmazdı. Çünki
universitetlər xarici həmkarları və tədqiqat mərkəzləri ilə geniş əlaqələr şəbəkəsinə
malikdirlər, tələbələr mübadilə proqramları əsasında həmin universitetlərdə təhsil
alır, təcrübə keçir və ekspert kimi formalaşmaq imkanları əldə edirlər.
Vətəndaş cəmiyyətinə aid olan qeyri-dövlət mərkəzləri öz imkanları daxilində
xarici tədqiqatçıları cəlb edə bilirlər. Onlar əsasən şəxsi yardımlara, kadr hazırlığı
proqramlarının reallaşdırılmasına yönələn mütəxəssis treninqlərini keçirirlər.
Xarici təcrübədən (məsələn, ABŞ) fərqli olaraq, Azərbaycanda hələlik ABM-
lər və hakimiyyət institutları arasında “fırlanan qapılar” (“revolving doors”)
adlanan mexanizm yoxdur. Doğrudur, keçən əsrin 90-cı illərində yüksək məmur
vəzifələrində olan bəzi şəxslərin rəhbərlik etdikləri mərkəzlər mövcuddur. (məs. “İq-
tisadi və Siyasi Araşdırmalar Mərkəzi” və s.). “Fırlanan qapı” – unikal bir təcrübə
olub, bilavasitə ABŞ-da inkişaf etmişdir. Burada dövlət orqanları və strukturlarında
çalışan yüksək vəzifəli şəxslər vəzifələrindən getdikdən sonra ABM-lərdə çalışmağa
üstünlik verirlər. Bu, bir ənənəyə çevrilmişdir və həmin ənənə “beyin mərkəzləri”nə
idarəçilik orqanlarından və Konqresdən sabiq peşəkar siyasətçilərin, ekspertlərin
davamlı axınını təmin edir. ABŞ-da ali siyasi hakimiyyətin əvəzlənməsi ilə bağ-
lı olan hər bir məqam icra hakimiyyətinin orta və ali səviyyələrində yüzlərlə kadr
dəyişikliyinə səbəb olur. ABM-lər qərar qəbul edən şəxslərə yaranan bu boşluğu
doldurmaqda kömək edir. Mərkəzlər özlərini təcrübəli ekspertlərlə təmin etməklə
ilə yanaşı, həmin şəxslərə öz biliklərini inkişaf və tətbiq etmələriüçün şərait yaradır.
Onlar mütəxıssis və məmur kimi topladıqları təcrübə və ideyaları bölüşə, aktual da-
xili və xarici siyasi müzakirələrdə iştirak edə, beynəlxalq işlərlə bağlı qeyri-formal
münasibətlərin yaradılmasına töhfə verə bilirlər.
Dünyanın digər ölkələrində də dövlət məmurları olmuş kadrlarla qeyri-dövlət
strukturuna aid olan BM-lər arasında sıx əməkdaşlıq müşahidə olunur. Xari-
ci təcrübəni öyrənməklə bu ənənənin tətbiqinin mühüm olduğuna diqqətin cəlb
edilməsi öz növbəsində yeni imkanların reallaşmasına şərait yarada bilər.
Azərbaycanda ABM-ləri konkret tədqiqat istiqamətlərinə görə təsnifləşdirmək
çətindir. Belə ki, mərkəzlərin problem mövzular üzrə ixtisaslaşması hələlik sona
çatmamışdır. Bununla belə, mərkəzlərin siyasət, beynəlxalq münasibətlər, sosial-
iqtisadi, təhlükəsizlik, hüquq-müdafiə və s. məsələlərlə məşğul olduqlarını görmək
mümkündür.
Xarici transmilli mərkəzlərlə və ya fondlarla əməkdaşlıq ABM-lərin
fəaliyyətinin əsas istiqamətini təşkil edir. Bu, yalnız qrant almaq məqsədinə
xidmət etmirsə, müsbət dəyərləndirilməlidir və həm də dünya “beyin mərkəzləri”
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
128
məkanına inteqrasiyaya imkan verir. Eyni zamanda, xarici tərəfdaşlar da yerli
məkanda bu istiqamətdə fəaliyyətini gücləndirmək niyyətini gizlətmir.
Yerli məkanın reallığından çıxış edərək, ABM-lərin ictimai siyasət institutu
olaraq təsnifatını, tipologiyasını, həyata keçirdiyi funksiyalarını və əhəmiyyətini
müəyyən etmək üçün qlobal reytinqdə tətbiq edilən 30-dan çox meyarın hamısı
deyil, bəzi mühüm meyarlar köməkçi rolunu oynaya bilər. Çünki yerli ABM-lər
formalaşma və inkişaf mərhələsindədir. Mühüm hesab edilən bəzi xüsusiyyətləri
qeyd edək:
Təşkilat tərəfindən həyata keçirilən layihələr təkcə məlumat xarakterli deyil,
analitik xarakterli olmalıdır. Bu meyar tətbiq edildikdə mövcud mərkəzlərin
öz əsas vəzifələrindən biri kimi cəmiyyətin müxtəlif sosial qruplarını bu və
ya digər problemlər və ya məsələlər haqqında məlumatlandırmağı vacib hesab
edir. Lakin bu funksiya öz-özlüyündə təşkilatı BM-ə aid etməyə imkan vermir.
Tədqiqatlar bir şəxs tərəfindən deyil, qrup tərəfindən həyata keçirilməlidir.
Yerli mərkəzlərdə fəal tədqiqatları bəzən 1-2 nəfər aparır. Bu nöqteyi-nəzərdən
hazırlanacaq son beyin məhsulu yalnız bir şəxsə məxsus olur. Nəticədə belə
qurum “beyin mərkəzi” sayıla bilməz. BM-də kadrların minimum və maksi-
mum hüdudları mövcuddur. Əgər kadrlar minimumdan az olarsa, qrup dina-
mikliyini itirir, yaxud maksimum həddi keçərsə, onda yeni ideyaların forma-
laşması keyfiyyətdən məhrum olur. BM bürokratik çalarlar kəsb edir.
Novasiyalar və əhəmiyyətli sahələrdə tədqiqatların aparılması da təşkilatın “be-
yin mərkəzi” olmasını müəyyən edən faktorlardan biridir. Belə ki, onlar digər
ölkələrdəki kimi Azərbaycanda da dövlət, cəmiyyət və milli maraqlar səviyyəsində
olmayan bir problemin və ya məsələnin tədqiqi ilə məşğuldurlar. Lakin milli
mənafe, maraqlar və fəaliyyətin genişliyi nöqteyi-nəzərindən bu cür təşkilatları
tam şəkildə “beyin mərkəzləri” kimi qiymətləndirmək düzgün olmazdı.
Siyasi proseslərə təsiri və nüfuz kapitalı. Bu meyar inkişaf etmiş demokratiya-
larda əsas göstəricilərdən biri hesab olunur. Lakin Azərbaycanda demokratik
və liberal siyasi mədəniyyətin, partiya beyin mərkəzlərinin formalaşma prose-
sinin davam etdiyi bir dövrdə bu meyar tətbiq edilərsə, o zaman ümumiyyətlə,
müvafiq “beyin mərkəzi” tapmaq çox çətin olar.
“Beyin mərkəzi” tərəfindən analitik məhsulun təqdim forması. BM-lər
məhsullarını əsasən üç formada həyata keçirirlər. Birincisi, hakimiyyətə dövlət
siyasəti ilə bağlı tövsiyə-təkliflər paketini təqdim etmək və ya dövlət sifarişini
yerinə yetirərək bu və ya digər tədqiqat layihəsini həyata keçirmək. İkincisi,
beyin məhsulunu bu və ya digər böyük biznes təşkilatına satmaq. Bunu əsasən
sosial-iqtisadi sahədə fəaliyyət göstərən “beyin mərkəzləri” həyata keçirirlər.
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
129
Üçüncüsü, məhsulu bu və ya digər siyasi qrupa (siyasi partiya, blok və ya
birlik) satmaq. Bunu əsasən seçkilər və PR-lə məşğul olan “beyin mərkəzləri”
həyata keçirirlər.
ABM-lərin meyarlarından biri də müxtəlif təşkilatların özünü “beyin mərkəzi”
kimi identikləşdirmək, fəaliyyətini onun timsalında qurmaq arzusu, seçimidir.
3.8. Azərbaycanda dövlət yönlü, universitetlərin və partiyaların
nəzdində fəaliyyət göstərən Araşdırma və Beyin Mərkəzləri
Qeyd etdiyimiz kimi, ölkəmizdə tədqiqat və təhlil xarakterli apaşdırmalar
aparan dövlətyönlü strukturlar uzun tarixə malikdir. Analoji qurumlar da praktiki
olaraq Avropada “fikir fabrikləri”nin siyasətin müstəqil subyektinə çevrilməsi ilə
eyni vaxtda (XX əsrin 50 – 60-cı illərində) yaranmağa başlamışdı.
Müstəqillik illərində dövlət və hökumət orqanları yanında geniş şəkildə,
demək olar ki, istisna olmadan analitik-məsləhət strukturları yaradılmışdır. Ana-
litik məhsulların istifadəsi, ekspert müzakirələrinin keçirilməsi, qərarların alter-
nativ həll variantlarının təhlili ənənəsi və mədəniyyəti formalaşmaqdadır. Eyni
zamanda, onların sırasında yalnız de-yure deyil, həm də de-fakto olaraq fəaliyyət
göstərənlər fərqləndirilməlidir.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Təhlil və Strateji
Araşdırmalar İdarəsi (XİN TSAİ)
Müstəqil Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin strukturunda
fəaliyyət göstərən Təhlil və Strateji Araşdırmalar İdarəsi mühüm qurumlardan
biridir. İdarənin rəisi Elman Ağayevdir. Rəsmi internet səhifəsi: http://mfa.gov.
az/index.php-dir. Xarici İşlər Nazirliyinin Təhlil və Strateji Araşdırmalar İdarəsi
(XİN TSAİ) -nin fəaliyyətinin təşkilati-hüquqi və texnoloji əsasları, maliyyələşmə
və kadr siyasəti bir sıra ənənəvi başa düşülən analitik strukturların fəaliyyətindən
fərqlənir. XİN TSAİ tərkibində olduğu qurumun nəzdində fəaliyyət göstərdiyi üçün
öz funksiyasını «Xarici İşlər nazirliyi haqqında Qaydalar», Nazirliyin fəaliyyətini
tənzimləyən digər: normativ-hüquqi sənədlər, rəhbərliyin sərəncamları və
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
130
təlimatları əsasında həyata keçirir.
İdarənin kadrlar korpusu ilə təminatı, ştat cədvəli məsələləri, büdcə vəsaiti
ilə təmin olunması və maddi-texniki təchizatı məsələləri də XİN rəhbərliyinn
səlahiyyəti çərçivəsindədir. XİN TSAİ öz işini rəhbərlik tərəfindən müəyyən
edilən ümumi və xüsusi vəzifələr çərçivəsində qurmaqla, müvafiq olaraq, yerinə
yetirilmiş fəaliyyətin nəticələri haqda rəhbərliyə mütəmadi olaraq hesabat verir.
XİN TSAİ tərəfindən hazırlanan analitik məhsul «açıq» və «qapalı» olmaqla
müxtəlif təyinata malikdir. Belə ki, «qapalı» məzmunlu materiallar XİN-nin
mərkəzi aparatının və ona tabe olan, xaricdə fəaliyyət göstərən müəssisələrin,
eləcə də, Azərbaycan Respublikasının digər dövlət strukturlarının və idarələrinin
xidməti istifadəsinə təqdim edilir.
İctimaiyyət üçün «açıq» olan analitik məhsul və kütləvi istifadə üçün nəzərdə
tutulmuşdur. Bununla belə həmin materialların ictimaiyyətə təqdimatı da
Nazirliyin müvafiq insatansiyaların ilə razılaşdırılır və təsdiq edilir. XİN TSAİ-
nin fəaliyyətində ictimai istifadə üçün nəzərdə tutulan materiallara: XİN-nin
«Diplomatiya aləmi» (World Of Diplomacy) elmi-analitik jurnalı, informasiya-
analitik bülleteni, ilin yekunlarına dair pres-relizlər, müxtəlif mövzuda keçrilən
forumlar üçün məruzələr və təqdimatlar. eləcə də digər informasiya xarakterli
nəşrlər aiddir.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Təhlil və Strateji
Araşdırmalar İdarəsi həm ölkədə, həm də xaricdə mövcud olan həm dövlət,
həm də qeyri-dövlət yönlü araşdırma mərkəzləri ilə, təşkilatlarla, institut və
fondlarla qarşılıqlı əməkdaşlıq münasibətləri qurmuşdur. Bu əməkdaşlıq müxtəlif
formalarda- qarşılıqlı məlumat mübadiləsinin, ortaq tədbirlərin, konfrans və
dəyirmi masaların təşkilində, «Diplomatiya aləmi» elmi-analitik jurnalında
məqalələrin nəşr edilməsində öz əksini tapır.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin
Baş Təşkilat-İnspeksiya İdarəsi
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Təşkilat-İnspeksiya
İdarəsi 6 iyun 2001-ci il-də yaradılmışdır. Rəhbəri Daxili Işlər Nazirinin müavini,
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
131
polis general-mayoru Fazil Quliyevdir.
Azərbaycan Respublikası Prezidentinin 30.06.2011-ci il tarixli Fərmanı
ilə «Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi haqqında Əsasnamə»si
təsdiq edilmişdir. Əsasnamənin 3.1.2-ci bəndinə əsasən Daxili Işlər Nazirliyinə
cinayətkarlığın vəziyyətinin təhlili, kriminogen durumun operativ və uzunmüddətli
proqnozlarının hazırlanması və bu əsasda müvafiq dövlət hakimiyyəti orqanlarına
ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətkarlıqla mübarizənin səmərəliliyinin
artırılması və səlahiyyətlərinə aid olan digər məsələlər barədə təkliflərin verilməsi
vəzifəsi həvalə edilmişdir.
Bu istiqamətdə Nazirliyin xidmətlərinin, daxili işlər orqanlarının fəaliyyətinin
əlaqələndirilməsi (Mərkəz kimi) Baş Təşkilat-Inspeksiya Idarəsi tərəfindən həyata
keçirilir. Təşkilati-analitik iş və planlaşdırma funksiyaları Nazirliyin aparatında və
ərazi polis orqanlarında eyni adlı qurumlara həvalə edilmişdir.
Baş Təşkilat-Inspeksiya Idarəsinin: Analitik iş şöbəsi, Inspeksiya,Nəzarət-
əlaqələndirmə şöbəsi, Ştat xidməti, Metodiki bölmə- şöbələri mövcuddur.
Baş Təşkilat-Inspeksiya Idarəsinin əsas vəzifələri aşağıdakılardır:
- respublikada, onun ayrı-ayrı bölgələrində, daxili işlər orqanlarının xidmət
istiqamətləri və sahələrində əməliyyat şəraitinin kompleks təhlili, fəaliyyətin
səmərəliliyinin artırılması üzrə təkliflərin hazırlanması;
- idarəçilik mexanizminin təkmilləşdirilməsi, nazirliyin aparatının xidmətlərinin
tabelikdəki orqan və hissələrə təsirinin yüksəldilməsi üzrə görülən tədbirlərin
təşkilati təminatı. Daxili işlər orqanlarının fəaliyyətində qabaqcıl təcrübənin
öyrənilməsi və yayılması;
- kompleks tədbirlərin hazırlanması və icrasının təşkili, nazirliyin
xidmətlərinin, hüquq-mühafizə fəaliyyətinin əsas yönümlərində hərəkətlərinin
əlaqələndirilməsi;
- Nazirliyin aparatının xidmətlərində, daxili işlər orqanlarında kompleks,
inspektor,
nəzarət və məqsədli yoxlamaların keçirilməsi, əməli köməkliklər göstərilməsi,
həvalə olunmuş vəzifə və funksiyaların faktiki icrasına nəzarət edilməsi. Bununla
əlaqədar əməliyyat-xidməti fəaliyyətin bütün sahələri üzrə müvafiq sənəd və
materialların tələb olunması və öyrənilməsi;
- Azərbaycan Respublikasında əməliyyat şəraiti (fövqəladə hadisələr, ağır
cinayətlər və s.) haqqında məlumatların toplanmasının təşkili, onların təhlili,
bunun əsasında Nazirin idarəçilik qərarlarının hazırlanması və onların icrasına
nəzarət;
- Daxili Işlər Nazirliyi sistemində strukturun təkmilləşdirilməsi və inkişaf
etdirilməsi üzrə təkliflərin işlənib hazırlanması. Təşkilati-ştat fəaliyyətinin
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
132
təhlili və ştat intizamına nəzarət, onun nəticələrinin qiymətləndirilməsi;
- fövqəladə vəziyyət, həmçinin geniş miqyaslı kompleks əməliyyatların həyat
keçirilməsi zamanı daxili işlər orqanlarının fəaliyyətinin əlaqələndirilməsi;
- Nazirliyin əməliyyat-xidməti fəaliyyətinin planlaşdırılması;
- Nazirliyin xidmətlərinin, şəhər, rayon, nəqliyyatda daxili işlər orqanlarının
müvafiq təşkilati-analitik xidmətlərinin fəaliyyətinin təşkilati-metodiki
təminatı.
Baş Idarə tərəfindən hər il respublikanın və onun ayrı-ayrı bölgələrinin
əməliyyat şəraitinin, cinayətkarlığın dinamikası və strukturuna təsir göstərən
ictimai-siyasi, iqtisadi-sosial, demoqrafik, coğrafi və digər faktorların, proseslərin
təhlili və ümumiləşdirilməsi əsasında daxili işlər orqanlarının əməliyyat-xidməti
fəaliyyətinin təkmilləşdirilməsi, səmərəsinin artırılması yollarına dair təkliflər və
s. sənədlər hazırlanmışdır.
Hər il Baş Idarə tərəfindən daxili işlər orqanlarında cinayətkarlığa qarşı
mübarizənin, ictimai qaydanın qorunmasının, ictimai təhlükəsizliyin təmin
edilməsinin nəticələrinə dair ətraflı hesabat hazırlanır. Həmçinin, son 5
ildə «Azərbaycan Respublikası DIN-in Məlumat bülleteni»ndə Baş idarə
əməkdaşlarının xidməti fəaliyyətin müxtəlif istiqamətləri üzrə 18 məqaləsi çap
olunmuşdur.
Son 5 ildə polisin fəaliyyətinin əsas istiqamətləri, o cümlədən ictimai qaydanın
qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin və digər
hüquqpozmaların qarşısının alınması və açılması, yol hərəkəti təhlükəsizliyinin
təmini sahələrində işin səmərəsinin artırılmasına, normativ-hüquqi bazanın
təkmilləşdirilməsinə yönəlmiş 1200-dən çox sənəd layihəsinə baxılaraq müvafiq
təkliflər hazırlanmışdır. « DIN-in Məlumat bülleteni»nin 20 sayında 18 məqalə çap
edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında
Strateji Araşdırmalar Mərkəzi (SAM)
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi
(SAM) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 noyabr 2007-
ci il tarixli fərmanı əsasında yaradılmışdır. 31 May 2012-ci ildə Prezident İlham
Əliyevin Sərəncamına əsasən, Fərhad Məmmədov Azərbaycan Respublikasının
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
133
Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru təyin edilmişdir.
SAM-ın fəaliyyəti daxili və xarici siyasət, təhlükəsizlik və iqtisadiyyat
sahəsində müxtəlif məsələlərə dair yeni və müfəssəl təhlillərin aparılmasına
yönəlmişdir. SAM, qeyri-kommersiya profilli tədqiqat mərkəzi kimi:
• milli, regional və qlobal məsələlərə dair elmi və innovativ tədqiqatlar aparır;
• intellektual dialoq məkanı kimi elmi müzakirələri stimullaşdırır;
• siyasi, iqtisadi, təhlükəsizlik və inkişaf məsələlərində ictimaiyyət üçün
informasiya və təhlilin etibarlı mənbəyi kimi çıxış edir;
• qərar qəbul edənləri təhlil və praktiki tövsiyələrlə təmin edir.
Mərkəzdə üç elmi-tədqiqat şöbəsi fəaliyyət göstərir:
1. Daxili siyasətin təhlili şöbəsi.
2. Xarici siyasət məsələlərinin təhlili şöbəsi.
3. İqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsi.
SAM fəaliyyət göstərdiyi beş illik müddət ərzində elmi-tədqiqat, analitik-
informasiya, elmi-nəşriyyat və elmi təşkilatı istiqamətlər üzrə çoxşaxəli və
səmərəli işlər həyata keçirir.
SAM müxtəlif kitablar, akademik jurnallar, xüsusi nəşrlər təsis edərək
onları nəşr edir. “Azerbaijan Focus” jurnalı SAM-ın ilk nəşrlərindən biri
olmaqla, 2009-2010-cu illərdə nəşr olunmuşdur. Hazırda Mərkəzdə iki akademik
jurnal-“Caucasus International” və “Strateji təhlil” rüblük əsasda işıq üzü görür.
Dostları ilə paylaş: |