Tim Berners Li
WW xidmət növü Web səhifələrin sayt1 formasında xüsusi Web serverlərdə toplanmasını və operativ mübadiləsini təmin edir. Web səhifələr HTML2 və ya XML3 dilində hazırlanır. Bu dillər Web səhifədə mətn, qrafika, animasiya, audio, video, hiperistinadların əks olunmasını və scriptlərin – Java Script, Vusal Basic Script dillərində hazırlanmış proqram modulların yerinə yetirilməsini təmin edir. Hər bir Web səhifə unikal URL - Universal Resource Locator (Ehtiyatların universal göstəricisi) ünvanına malik olur. URL ünvanı əsasında xüsusi proqram-brauzerlər vasitəsilə Web səhifələrin axtarışı və ona baxış təmin olunur. Qeyd edək ki, ilk Web brauzer 1993-cü ildə İllioyn Universitetində (ABŞ) Mark Anderson tərəfindən yaradılmış Mosaic brauzeridir. Bu gün daha çox İnternet Explorer4, Netscape Navigation, Opera brauzerləri geniş istifadə olunur.
FTP. FTP xidməti İnternetdə fayl mübadiləsini təmin edir. Mübadilə üçün nəzərdə tutulmuş fayllar «ftp» abreviaturası ilə başlayan unikal ünvana malik olan FTP serverlərdə5 yerləşir. Fayl mübadiləsi FTP protokolu əsasında, FTP kliyent proqramı vasitəsilə təmin edilir. FTP klient proqramı FTP serveri ilə əlaqə yaradır. Əlaqə yaradıldıqda adətən istifadəçinin “tanınması” tələb olunur. Bunun üçün istifadəçi FTP serverə qoşulma hüququnu təyin edən İstifadəçi adını (Login) və parolu (Password) düzgün daxil etməlidir. Kütləvi istifadə üçün nəzərdə tutulmuş FTP serverlərlə «anonim istifadə etmək hüququ» ilə əlaqə yaratmaq mümkündür1.
FTP-klient proqramı olaraq əsasən FAR,Windows Commander, Cute FTP və s. proqramlardan və Web brauzerlərdən istifadə edirlər. Brauzer vasitəsilə FTP serveri ilə əlaqə serverin ünvanını brauzerin ünvan sətrində yazıb, klaviaturanın Enter düyməsini sıxmaqla təmin olunur. İstifadəçi “tanındıqdan” sonra FTP serverin fayl strukturu brauzerin işçi sahəsində əks olunacaqdır. İstifadəçi FTP serverinin fayl strukturu ilə tanış ola bilər, bu strukturun tərkib hissəsi olan qovluqların və faylların surətini köçürüb öz informasiya daşıyıcılarında saxlaya bilər, həmçinin öz informasiyasını FTP serverin fayl strukturuna əlavə edə bilər. Qeyd edək ki, FTP serverin strukturunda hər hansı dəyişiklik etmək: qovluğun və ya faylın adını, yerləşmə iyerarxiyasını dəyişmək, faylı və ya qovluğu pozmaq qeyri - mümkündür. Tələb olunan faylları FTP serverlərdən yükləmək üçün ilk növbədə istifadəçiyə FTP serverlərin ünvanları məlum olmalıdır. Bir sıra saytlarda o, cümlədən http://tile.net/ftp-list/ ünvanında çoxsaylı mövzu, ölkə, ad və s. kriteriyalara görə qruplaşmış FTP serverlərin siyahısı əks olunmuşdur. Həmçinin FTP serverlərdə mövzuya görə axtarış aparmaq üçün Archie axtarış sistemi nəzərdə tutulmuşdur. Bundan başqa əksər axtarış sistemləri də FTP faylların axtarışını təmin edir.
IRC. İnternetin ən geniş yayılmış ünsiyyət xidməti IRC2 və ya qısaca olaraq Chat-dır. Chat xidməti klient-server arxitekturası əsasında həyata keçirilir və insanlar arasında mətn formasında ünsiyyəti-«söhbəti» təmin edir. İstifadəçi klient proqramı vasitəsilə klaviaturadan daxil etdiyi məlumatı serverə göndərir. Server məlumatı qəbul edərək həmsöhbətlərə və ya söhbətin bütün iştirakçılarına göndərir. Klient proqramı kimi MIRC proqramından istifadə etmək mümkündür. Bir sıra saytlar, o cümlədən əksər axtarış sistemləri Chat xidmətini təklif edirlər. Chat xidmətindən istifadə etmək üçün istifadəçi ilk növbədə o, xüsusi qeydiyyat formasını dolduraraq qeydiyyatdan keçməlidir. Qeydiyyatdan keçdikdən sonra istifadəçi qeydiyyat adını və parolu daxil etməklə «söhbətə qoşula bilər». Söhbətdə iştirak etmək üçün mətn sahəsində məlumatı daxil etmək və Enter və ya Göndərmək (Send) düyməsini sıxmaq lazımdır. Qısa müddətdə daxil olunan məlumat bütün həmsöhbətlərin ekranının məlumat sahəsində əks olunacaq və onlar ehtiyac duyduqda məlumata cavab göndərə bilərlər. “Söbəti” bitirmək istədikdə “Chat-ı tərk etdikdə” bu haqda mütləq serverə məlumat göndərilməlidir. Əks halda “Chat-a yenidən daxil olduqda” server daxil edilmiş parolu qəbul etməyəcək və hesab edəcək ki, kim isə başqasının adı və parolu ilə Chat-a daxil olmaq istəyir. Chat kollektiv ünsiyyət vasitəsi olduğundan həmsöhbəti təhqir etmək və etik danışıq normalarından kənara çıxmaq yolverilməzdir.3 Bu qaydalara əməl etməyən şəxslərə sanksiyalar-ictimai məzəmmət, istifadə hüququndan mərhum etmə kimi cəzalar tətbiq edilir.
Dostları ilə paylaş: |