1.5. 6. İnternet kompyuter-informasiya şəbəkəsi
Bəşər sivilizasiyasının nitq və yazı mədəniyyətindən sonra ən böyük nailiyyəti hesab edilən İnternet dünyanın müxtəlif nöqtələrində yerləşən ayrı-ayrı host kompüterləri1 və regional kompüter şəbəkələrini özündə birləşdirən ümumdünya kompüter-informasiya şəbəkəsidir. O, dövlət sərhədləri bilməyən, coğrafi uzaqlıqdan asılı olmayaraq operativ və etibarlı informasiya mübadiləsini təmin edən böyük sürətlə yeniləşən virtual informasiya məkanı, rahat və əlverişli ünsiyyət vasitəsidir. Bu gün İnternet informasiya prosesin ən mühüm və zəruri elementidir.
İnternetdə müxtəlif aparat və proqram təminatlı kompüterlər arasında informasiya mübadiləsi protokollar vasitəsilə və ünvan əsasında həyata keçirilir. İnternetə qoşulmuş hər bir kompyuter unikal ünvanına malik olur. İnformasiya məhz konkret ünvana göndərilir və konkret ünvanından qəbul edilir. İnternetdə ünvanlaşmanın rəqəm və simvol formalarından istifadə olunur. Şəbəkənin tərkibinə daxil olan hər kompyuter iki ünvana malik olur: rəqəm (İP-ünvan) və simvol (DNS2) ünvanları Rəqəm ünvanı - İP-ünvan əsasən xidməti məqsədlə, proqramlaşdırma zamanı tətbiq edilir. DNS-adlarını isə ünsiyyət zamanı istifadə olunur.
İnternetdə əsasən 32 tərtibli və 128 tərtibli İP ünvanlaşmadan istifadə edirlər. Bu ünvanlaşmaya əsasən İP ünvanı bir-biri ilə nöqtələrlə ayrılan dörd rəqəm qrupundan ibarətdir3. Bu cür təsvir müvafiq olaraq və sayda kompyuterlərə unikal ünvan verməyə imkan verir. Həmin rəqəmlər qrupu kompyuterlərin və şəbəkələrin nömrəsini bildirir. Nömrələr sağdan sola artan ardıcıllıqla iyerarxiya üzrə düzülürlər. Sağ küncdə kompyuterin nömrəsi, sol küncdə isə onun daxil olduğu şəbəkənin nömrəsi göstərilir. Məsələn, 195.131.31.245. Bu ünvan göstərir ki, kompyuter 31 nömrəli şəbəkədə 245 nömrəsi altında identifikasiya olunmuşdur. 31 nömrəli şəbəkə isə İnternetdə 131 nömrəli şəbəkənin alt şəbəkəsi sayılır.
İP ünvanlarını aşağıdakı 3 kateqoriya üzrə qruplaşdırırlar:
A kateqoriyasına 1.0.0.0 - 126.0.0.0 diapazonunda dəyişən ünvanlar aiddir. Bu tip ünvanlanma şəbəkəyə 224 qovşağın qoşulmasını təmin edir.
B kateqoriyasına 128.0.0.0 - 191.255.0.0 diapazonunda dəyişən ünvanlar aiddir. Bu tip ünvanlanma şəbəkəyə 216 qovşağın qoşulmasını təmin edir.
C kateqoriyasına 192.0.1.0 - 223.255.255.0 diapazonunda dəyişən ünvanlar aiddir. Bu tip ünvanlaşma isə şəbəkəyə 28 və ya 256 qovşağın qoşulmasını təmin edir.
Qeyd edək ki, 127 ilə başlayan İP-ünvanını proqramların testləşdirilməsi və bir kompüterin daxilindəki prosesləri tənzimləmək üçün istifadə edirlər.
Kompyuterin simvol ünvanı – DNS ünvan nöqtələrlə ayrılmış simvollar – domenlər qrupudur. Domenlər ünvanda müəyyən iyerarxik səviyyələrə malikdir. Birinci səviyyəli domenlər istisna olmaqla digər səviyyəli domenlər ixtiyari sayda simvoldan-hərf, rəqəm və xüsusi işarələrdən ibarət ola bilər. Məsələn, ABŞ-ın Ağ Ev-nin serverinin DNS-ünvanı www.whitehouse.gov, İP-ünvanı isə 92.123.68.-dir. Bunlar eyni ünvanlardır. Lakin birinci ünvan daha tez yadda qalır və müraciət zamanı aydın başa düşülür.
İyerarxiyaya görə DNS ünvanının sağında birinci dərəcəli domenlər gəlir. Birinci səviyyəli domenlər təşkilatın tipini və ya ölkə adını bildirməlidir. Təşkilatın tipini bildirən aşağıdakı domenlərdən istifadə edilir:
com - kommersiya təşkilatları;
edu - təhsil müəssisələri;
gov - hakimiyyət qurumları;
mil - hərbi qurumlar;
net - müxtəlif şəbəkə agentlikləri və ya provayderlər;
int - beynəlxnalq təşkilatlar;
org - qeyri-kommersiya təşkilatları.
Məsələn: www.nokia.com; www.openbook.org; www.ntk.net.
Ölkə adını bildirən domenlər iki simvoldan ibarət ölkə kodlarından ibarətdir. Məsələn,
az - Azərbaycan
de - Almaniya
fr - Fransa
se - İsveç
ru - Rusiya
uk - Böyük Britaniya
tr - Türkiyə və s.
Birinci səviyyəli domenlərdən sonra isə daha aşağı səviyyəli domenlər gəlir və hosta qədər belə davam edir. İkinci səviyyəli domenlər adətən şəhər, əyalət adları olur. Üçüncü səviyyəli domenlər isə firma, müəssisə adlarından ibarət ola bilər.
İnternetdə İSO OSİ (Open System İnterconnection) etalon struktur modelinə əsaslanan yeddi səviyyəli protokollardan istifadə edilir. İP/TCP protokolları İnternetin baza protokolu hesab edilir və 1974-cü ildə “İnternetin atası” hesab edilən və Robert (Bob) Kan və kompyuter mütəxəssisi Vint Serf tərəfindən yaradılmışdır. İP/TCP protokolu öz adını iki rabitə protokolundan - verilənlərin ötürülməsinə nəzarət edən protokol TCP (Transmission Control Protocol) protokolundan və müxtəlif şəbəkələr arasında və şəbəkə daxilində qurğular arasında informasiyanın ötürülməsi zamanı şəbəkədə paketlərin marşrutlaşdırılmasını həyata keçirən İP (Interınet Protocol) protokolundan ibarətdir.
İ
Bob Kan və Vint Serf
nternetdə İnformasiya mübadiləsi paket adlanan1 kiçik hissələrlə həyata keçirilir. Hər bir paket özündə informasiya sahibinin və alıcısının ünvanını, informasiya hissəsini və paketin sıra nömrəsini saxlayır. IP protokolu paketləri konkret IP ünvanlı kompyuterə çatdırır. Bu zaman informasiyanın ayrı-ayrı paketləri ünvan sahibinə ən müxtəlif marşrutlarla çata bilər. İnformasiyanı qəbul edən kompyuterdə TCP protokolunun ünvan modulu ayrı-ayrı paketlərdəki informasiya hissələrini bütöv fayl şəklində birləşdirir.
İnternetin xidmət növləri İP/TCP əsasında işləyən daha yüksək səviyyəli tətbiqi səviyyəli protokollar əsasında fəaliyyət göstərir. Bu günə qədər İnternetin 90-a qədər xidmət növü fəaliyyət göstərmişdir. Bunların bir qismi artıq köhnəlmiş və yeniləri ilə əvəz edilmiş, digər qisimləri isə ictimai, kommersiya, elmi və hərbi sferada istifadə olunur. Hal-hazırda İnternet-in çox istifadə edilən xidmət növlərindən bir qismi ilə tanış olaq:
E-mail E-mail (elektron poçt) İnternetin ən ucuz və ilk xidmət növü sayılır.
B
Dostları ilə paylaş: |