Fəsil 2 Kompüter texnikası və şəbəkələr



Yüklə 1,04 Mb.
səhifə38/42
tarix02.01.2022
ölçüsü1,04 Mb.
#37833
1   ...   34   35   36   37   38   39   40   41   42
Fəsil 2 Kompüter texnikası və şəbəkələr

Rey Tomlison


u xidmət növünün yaradıcısı Bolt Beranek and Newman kompyuter firmasının əməkdaşı Rey Tomlison hesab edilir. E-mail xidmət növü ilk dəfə 1971-ci ildə Rey Tomlisonun hazırladığı müvafiq proqram təminatı vasitəsilə İnternetin sələfi hesab edilən ARPANET şəbəkəsində fəaliyyətə başlamışdır. Onun iş prinsipi adi poçt xidmətinə çox bənzəyir. İstifadəçi öz kompyuterində göndərilmək üçün kliyent poçt proqramı2 əsasında göndəriləcək məlumatları - elektron məktublarını hazırlayır. Onların sayı istənilən miqdarda ola bilər. Sonra məktublar kompyuterin yaddaşında xüsusi məktublar qovluğunda yerləş-dirilir. Daha sonra isə istifadəçi öz məktublarını provayderin serverində olan elektron-poçt şöbəsinə göndərir və oradan isə gələn elektron-poçt məktubları qəbul edir və aldığı məktubu oxuyur. Bu xidmət növü SMTP, POP3, IMAP protokolları vasitəsilə həyata keçirilir. Adi poçtdan fərqli olaraq elektron məlumatın istifadəçiyə çatma sürəti müqayisə olunmazdır və coğrafi uzaqlıqdan asılı deyil. Elektron məktub konkret elektron poçt ünvanına göndərilir. Elektron poçt ünvanı latın əlifbası ilə yazılır və ünvanda @ işarəsinin olması vacib şərtdir. Məsələn, azad_kurbanov@mail.ru

USENET. İnternetdə çox geniş yayılmış xidmət formalarından biri 1979-cu ildən fəaliyyət göstərən Xəbərlər qrupu və ya USENET-dir. Bu xidmət növü elektron poçta çox bənzəyir. Fərq ondadır ki, göndərilən məlumat konkret şəxsə deyil, istifadəçilərin ümumi maraq dairələrinə görə yaradılmış müəyyən qrupa ünvanlanır. Qrupun ünvanına müraciət edən hər bir şəxs onunla tanış ola bilər. USENET xidmət növünü istifadəçilərin elektron diskussiya klubu kimi təsəvvür etmək olar. Onun vasitəsilə dünyanın istənilən nöqtəsində yaşayan həmfikirlər, həmkarlar fəal ünsiyyət aparırlar. Xəbərlər qrupunun bütün üzvləri eyni hüquqludur və hər bir üzv müəyyən mövzuya dair öz fikir, fakt, mülahizə və suallarını qrupun ünvanına göndərərək, qrupun digər üzvlərinin onun fikirlərinə və suallarına münasibəti ilə tanış ola bilər.

Xəbərlər qrupuna göndərilən məlumatlar xəbərlər serverinə daxil olur və qısa müddətdə geniş yayılır1. Belə ki, hər hansı telekonfrans serveri digər telekonfrans serveri ilə, o isə öz növbəsində bir neçəsi ilə əlaqəli olur. İstifadəçinin göndərdiyi bütün məlumatlar avtomatik olaraq telekonfrans serveri ilə əlaqəli olan digər serverlərə ötürülür və beləliklə, İnternetin bütün istifadəçiləri üçün onların oxunması mümkün olurlar. Serverlər arasında məlumatların yayılması xüsusi şəbəkə protokolu - NNTP protokolu üzrə (Net News Transport Protocol) həyata keçirilir.

Xəbərlər qrupları əsasən idarə olunmurlar, yəni informasiya mübadiləsinin gedişini xüsusi olaraq heç kəs izləmir. Yalnız kommersiya telekonfransları və ya xüsusi olaraq yaradılan diskussiya qrupları nəzarət altına alınırlar. Məlumatları moderatorlar adlanan xüsusi operatorlar izləyirlər. Kommersiya xarakterli məlumatları adətən ödənişli kommersiya Xəbərlər qruplarına göndərirlər.

Xəbərlər qruplarında ünsiyyət zamanı şəbəkə etiketi adlanan müəyyənləşdirilmiş qaydaların gözlənilməsi qəbul edilmişdir. Qeyd etmək lazımdır ki, bütün qaydalar yalnız məsləhət xarakteri daşıyır və onları könüllü olaraq qəbul edirlər. Ən əsas tələb - xəbərlər qrupunun digər üzvlərinin ünvanına təhqiramiz sözlərin söylənil­məsinin qarşısını almaqdan ibarətdir.



TELNET. TELNET xidmət növü İnternetə qoşulmuş ixtiyari kompyuterə uzaq məsafədən qoşulmanı təmin edir. Bu cür qoşulma uzaq məsafədə yerləşən kompyuterin informasiya ehtiyatlarından istifadə etməyə imkan verir. Bu xidmətdən kitabxanaların Elektron kataloqlarında axtarış aparmaq üçün, uzaq məsafədə yerləşən müxtəlif adamların eyni layihə üzərində işləməsini təmin etmək üçün istifadə edirlər.

ICQ. İnternetin İCQ xidməti 1996-cı ildə 4 İsrail mütəxəssisinin yaratdığı İCQ proqramı ilə fəaliyyətə başlamışdır və o bu gün ən geniş istifadə olunan elektron ünsiyyət vasitəsindən biridir. ICQ proqramı istifadəçilərə real vaxtda başqa istifadəcilər ilə ünsiyyət aparmağa imkan verir. Yeganə sərt, ünsiyyətdə iştirak edən istifadəçilərin kompyuterlərində ICQ proqramı yüklənməlidir. ICQ İnternet-peycer xidmətidir. Adi peycer xidmətindən fərqli olaraq əlaqə iki tərəflidir. Sadə və rahat interfeys həmsöhbəti axtarıb tapmaq (yaşayış yerinə, adına, yaşına, maraq dairəsinə görə və s.) və ona söhbətə qatılması üçün məlumat vermək vasitəsinə malikdir.

WorldWideWeb. WorldWideWeb-WWW (ümumdünya hörümçək toru) xidməti 1989-cu ildə Avropa fizika laboratoriyasının (CERN) əməkdaşı Tim Berners Li tərəfindən irəli sürülən hipermətn prinsipinə və onun tərəfindən 1991-ci ildə hazırlanan http – hipermətnlərin nəqliyyat protokoluna əsaslanır. WWW xid­məti İnternetin müasir simasını formallaşdırmış və onun sayəsində İnternet informasiya mənbəyinə çevrilmişdir.

W





Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin