Fəsil 2 Kompüter texnikası və şəbəkələr


Şəbəkə texnologiyalarının OSİ modeli



Yüklə 1,04 Mb.
səhifə36/42
tarix02.01.2022
ölçüsü1,04 Mb.
#37833
1   ...   32   33   34   35   36   37   38   39   ...   42
Fəsil 2 Kompüter texnikası və şəbəkələr

1.5.5. Şəbəkə texnologiyalarının OSİ modeli

Keçən əsrin 70-ci illərin ortalarından başlayaraq müxtəlif arxitekturalı kompyuter şəbəkələrinin sürətlə artımı, onlar arasında qarşılıqlı əlaqənin yaradıl­masında bir sıra problemləri aşkar etdi. Problemin həlli vahid şəbəkə etalon modelinin hazırlanmasını zəruri etdi. Belə bir model 1984-ci ildə Standartlaşma üzrə Beynəlxalq Təşkilat “Açıq sistemlərini qarşılıqlı əlaqəsinin etalon modelini – Open System İnterconnection -OSİ” yaratdı.

ISO modeli 7 səviyyəli olub, şəbəkənin bütün funksiyalarını bir araya cəmləyərək onları səviyyələrdə qruplaşdırır.

OSI səviyyələri və onların təyinatları aşağıdakı kimidir:



  1. Fiziki səviyyə şəbəkə kompyuteri ilə informasiya ötürücüsü arasında diskret siqnalların interfeysini təşkil edir. Bu səviyyədə informasiya vahidi olan “bit”lər ardıcıllığı rabitə vasitələrlə ötürülür. Rabitə vasitəsi ötürülən verilənləri saxlayan kadrın əvvəli və sonunu iksə edir, həmçinin müəyyən fiziki təbiətli siqnalın formallaşdırılması və qəbulunu təmin edir.

  2. Kanal səviyyəsinin funksiyası rabitə kanalında giriş-çıxış informasiyasının idarəsindən ibarətdir. Ötürmənin doğruluq ehtimalını artırmaq üçün kanal səviyyəsinin prosedurunda izafi kodların daxil edilməsi, verilənlərin təkrarən ötürülməsi və digər üsullar tətbiq oluna bilər. Bu üsulla formallaşan verilənlər kadrlar şəklində qruplaşdırılır. Kanal səviyyəsinin obyektləri arasında verilənlər mübadiləsi aşağıdakı 3 üsuldan biri ilə aparıla bilər: dupleks (eyni zamanda hər iki istiqamətdə), yarımdupleks (müxtəlif vaxtlarda hər iki istiqamətdə) və ya simpleks (yalnız bir istiqamətdə).

  3. Şəbəkə səviyyəsi - informasiya paketinin təyin olunmuş son nöqtəyə çatdırılmasını təmin edir. Burada mümkün marşrutlardan birinin seçilməsi (şəbəkənin yükü, konfiqurasiyası dəyişdiyi hallarda), giriş verilənlərinin idarə olunması, paketlərin buferlərdə yerləşdirilməsi və s. məsələlər həll edilir.

  4. Nəqliyyat səviyyəsinin əsas funksiyası bütün informasiyanın etibarlı şəkildə çatdırılması və yaranmış xətaların aşkar edilməsini təmin edir. Bu məqsədlə şəbəkə proqram təminatının nəqliyyat obyektləri ötürülən məlumatları paketləşdirir və qəbuledici obyektdə həmin paketlərdən məlumatı çıxarır. Bundan əlavə, nəqliyyat səviyyəsi uyğun şlüzlər (prinsip etibarilə müxtəlif olan şəbəkə obyektlərinin uyğunlaşdırılması) və körpülər (eyni tipli şəbəkə obyektlərinin uyğunlaşdırılması) vasitəsilə müxtəlif şəbəkə səviyyələrini uyğunlaşdırır. Bütün göndərilən paketlərin qəbul olunduğunu və onlarda səhvin olmadığını göstərmək üçün qəbzlərin göndərilmə üsulu - kvitləş­dirmə tətbiq edilir. Qəbulu təsdiq edən qəbzlər qəbuledici tərəfindən bir və ya bir neçə paket (adətən 8-ə qədər) qəbul edildikdən sonra verilə bilər. Buna "pəncərə" mexanizmi deyilir. Çox da pis olmayan rabitə zamanı bu mexanizmin tətbiq edilməsi xidməti informasiya göndərildikdə kommuni­kasiya şəbəkəsinə düşən yükü azaltmağa imkan verir.

  5. Seans səviyyəsi daha yüksək səviyyədə duran obyektlər arasında əlaqə seansını yaradır. Rabitə seansı təşkil olunduqda digər obyektə daxil olmaq üçün aşağı obyektin səlahiyyəti yoxlanılır.

  6. Nümayiş səviyyəsi tətbiqi səviyyədə olan obyektlərə (istifadəçi və proqramlar) ötürülən inforrnasiyanın işləmə üsullarını - tərcümə, kodlama və dekodlama, informasiyanın sıxılması və açılması, mesajı göndərənin müəyyən edilməsi və təsdiqlənməsi və s. üsulları müəyyən edir.

  7. Tətbiqi səviyyə istifadəçinin tətbiqi proqram təminatını müəyyən edir. Bu səviyyədə aşağıdakı 3 əsas funksiya həyata keçirilir: faylın ötürülməsi və idarəsi, tapşırıqların ötürülməsi və emalı, virtual terminal xidməti.

Hər bir OSI səviyyəsi özündən əvvəlki səviyyələri dəstəkləyir.


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin