Firmadaxili planlaşdırma Plan: Firmadaxili planlaşdırmanın mahiyyəti və zəruriliyi Firmadaxili planlaşdırmanın prinsipləri Firmadaxili planlaşdırmanın təşkili Firmadaxili planlaşdırmanın əsas mərhələləri Firmadaxili planlaşdırmanın mahiyyəti və



Yüklə 53,06 Kb.
səhifə6/8
tarix17.05.2023
ölçüsü53,06 Kb.
#115688
1   2   3   4   5   6   7   8
referat 6160

Preaktiv planlaşdırma əsasən gələcək dəyişikliklərə hədəflənir. Preak­tiv planlaşdırma optimal qərarların axtarışına əsaslanır. Preaktivistlər inki­şafın bir çox variantlarından iqtisadi cəhətdən ən səmərəlisini, opti­malını se­çirlər. Preaktivistlər elmi-texniki tərəqqiyə, innovasiyaya müsbət yanaşırlar, iqtisadi-riyazi metodlardan geniş istifadə edirlər.
Planlaşdırma yuxarıdan aşağıya doğru həyata keçirilir. Belə ki, xarici şərait yüksək səviyyədə proqnozlaşdırılır, məqsəd və strategiya forma­laş­dırılır, sonra aşağı səviyyələrin məqsədi və onların fəaliyyət proqramı müəyyən edilir.
Preaktiv planlaşdırmanın nöqsan cəhətləri aşağıdakılardır:

  • qazanılmış təcrübədən zəif istifadə olunması;

  • müəssisənin gündəlik ehtiyaclarına kifayət qədər diqqət yetiril­mə­məsi;

  • futurologiya və tədqiqatın yeni metodlarına həddindən artıq meyil göstərməsi.

Preaktiv planlaşdırmanın əsas üstünlüyü planlaşdırma prosesində preaktivistlərin xarici mühitin adekvat qiymətləndirilməsinə və xarici mühit amillərinin nəzərə alınmasına cəhd etmələridir.
İnteraktiv planlaşdırmanın iki əsas cəhəti vardır:

  • birincisi, iştirak prinsipinə əsaslanır və təşkilatın iştirakçılarının yaradıcı qabiliyyətini maksimum səfərbərliyə alır;

  • ikincisi, gələcək hakimiyyətaltı nəzarət əhəmiyyətli dərəcədə iştirakçıların qəsdən, bilərəkdən hərəkətlərinin məhsulu sayılır. İnteraktiv planlaşdırmanın məqsədi gələcəyi layihələndirməkdən ibarətdir.

İnteraktiv planlaşdırma iki əsas problemin həllini nəzərdə tutur:

  1. İnteraktiv planlaşdırma menecmentin praktiki modelinə nisbətən daha ideal qurulmadır.

  2. Hətta nəzəri baxımdan iqtisadi subyekt ayrıca özünün gələcəyinə tam nəzarət edə bilməz, ən çox ona effektiv uyğunlaşa bilər.

Deməli, firmanın öz gələcəyinə münasibət üsulu layihələşdirmə deyil, əslində adaptasiyadır. Biznes fəaliyyətində planlaşdırmanın bu tipi az tətbiq olunur.



Yüklə 53,06 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin