Şaquli kombinələşmə xammalın ardıcıl olaraq emal edilərək yarımfabrikat
və hazır məhsula çevrilməsini nəzərdə tutur.
Üfüqi kombinələşmə xammalın kompleks emalı ilə əlaqədardır. Bu
kombinələşmə növü ilkin xammalın emalının bie neçə axınının mövcudluğunu
nəzərdə tutur ki, nəticədə bir neçə sahənin məhsulu alınır. Üfüqi kombinələşməyə
misal neft-kimya kombinatlarını göstərmək olar.
Qarışıq kombinələşmə o halda olur ki, xammalın bir növünün ardıcıl
emalından əsas yarımfabrikat və ya hazır məhsul, tullantılardan isə əlavə
yarımfabrikat və ya əlavə hazır məhsullar alınır.
Qeyd etmək lazımdır ki, kombinələşmə istehsalın ictimai təşkilinin forması
kimi müxtəlif istesal müəssisələri arasında daha sıx təsərrüfat əlaqələri arasında
fəaliyyət göstərir. Bu onunla izah olunur ki, əgər təsərrüfat əlaqələri forması kimi
maddi-texniki təminat və kooperativləşmə məkanca müxtəlif ərazilərdə
yerləşdirilmiş müəssisələr arasında baş verirsə, kombinələşmədəki təsərrüfat
əlaqələri eyni məkan daxilində olur.
Kombinələşmiş müəssisələrdə texnoloji prosesin bir mərhələsindən digərinə
keçid fasiləsiz və ən qısa yolla, az vaxt intervalında baş verir; istehsallardan birinin
nəticəsi digəri üçün başlanğıc olur-birinin məhsulu digəri üçün xammal, material
və ya yarımfabrikat rolunda çıxış edir.
Bütövlükdə isə, kombinatlara 3 əsas cəhət səciyyəvidir:
a) müxtəlif istehsalların birliyi;
b) kombinata daxil olan istehsalların texniki-iqtisadi vəhdəti;
c) vahid enerji sistemi və nəqliyyat bazası.
Kombinələşmənin özünəməxsus xarakterik cəhətlərindən biri də ona daxil
olan müəssisələrin texniki-iqtisadi vəhdətidir. Bu o deməkdir ki, kombinata daxil
olan müəssisələrin istehsal gücləri öz ölçülərinə görə uzlaşdırılmış olur, məhsulun
nomenklaturası və keyfiyyətinə görə isə bir-birilə analoq təşkil edirlər; buraxılan
məhsullar eyni mənşəli xammaldan istehsal olunduqlarından onların fiziki-kimyəvi
xassələri də bir-birindən cidd surətdə fərqlənmir.
Kombinələşmənin əsas şərti, artıq qeyd edildiyi kimi, müxtəlif profilli
istehsalların eyni bir məkanda təmərküzləşdirilməsi olsa da, həmin “müxtəlif
istehsalların”
özlərinin
ixtisaslaşmış
istehsallar
olmaları
şəraitində
kombinələşmənin səmərəli təşkilinə və yüksək təsərrüfat nəticələrinə daha çox
təminat verə bilərlər.
Elmi-texniki tərəqqinin kimyalaşdırma istiqaməti texnologiyasında kimyəvi
və fiziki-kimyəvi emal əməliyyatlarının üstünlük təşkil etdiyi sənaye sahələrində,
kombinələşmə üçün daha əlverişli imkanlar yaradır. Belə sahələrdən kimya,
metallurgiya, neft emalı, neft-kimya, qaz, meşə, yüngül və yeyinti sənaye
sahələrini göstərmək olar.
Xammalın kompleks emalına əsaslanan kombinələşdirilmiş istehsallar yalnız
o vaxt mümkündür ki, texnoloji mərhələnin hər biri üçün mükəmməl texniki
işləmələr mövcud olsun və onların tətbiqi texniki cəhətdən heç bir çətinlik
törətməsin. İstehsala daxil olan xammal öz çəkisinə görə istehsaldan çıxan hazır
məhsulun çəkisinə bərabər ola bilər.
Kombinələşmə və bunun əsasında kombinatların yaradılması sənayenin bir
sıra səhələrində geniş vüsət almışdır. Belə sənaye sahələrindən, artıq qeyd
olunduğu kimi, metallurgiya, kimya, yeyinti və ağac emalı sənaye sahələrini
göstərmək olar.
Kombinələşdirmə sənayenin ən böyük sahələrindən olan hasiledici sənayedə,
daha dəqiq desək, hasiledici sənayeyə daxil olan sahələr arasında mümkün
deyildir. Çünki kombinələşmənin həlledici şərti olan müxtəlif sənaye sahələrinin
birgə səyi ilə “xammalın ardıcıl emalı” şərti pozulur-“hasiledici” anlayışı ilə
“xammalın ardıcıl emalı” anlayışları bir-birini inkar edir, “emaledici” və
“hasiledici” sənayelər arasındakı prinsipial texniki-texnoloji fərqlər silinir;
hasiledici sənaye firması eyni zamanda emaledici firma ola bilməz.
Hasiledici sənaye sahələri ilə emaledici sənaye sahələri arasındakı istehsal
əlaqələrinin qurulması əmək predmetlərinin ardıcıl və kompleks emalına əsaslanan
kombinatların yaradılması və fəaliyyəti üçün həlledici şərt olur.
Emaledici
sənaye
müəssisəsinin
hasiledici
sənaye
müəssisəsinə
yaxınlaşdırılmasına-kombinasiya olunmasına əsaslanan kombinatlar əmək
predmetinin alınması xərclərini ciddi surətdə azaldır, başqa sözlə, ixtisara salır,
daşınan əmək predmeti deyil, artıq bir dəfə emala məruz qalan əmək “predmeti”-
məhsul olur.
Nəzəri və həm də praktiki baxımdan metallurgiya və maşınqayırma
müəssisələrini xammalın ardıcıl emalına əsaslanan kombinatda birləşdirmək olar.
Vaxtı ilə belə kombinatlar yaradılmış və indi də mövcuddur.
Kimyəvi üsulla emala əsaslanan istehsallarda kombinələşmənin hər üç şərti-
xammalın ardıcıl və kompleks emalı, tullantılardan istifadə üçün obyektiv texniki-
texnoloji və digər şərait yaranır.
Azərbaycan Respublikasının təbii sərvətlərindən neft və təbii qazın emalına
əsaslanan kombinələşdirmə perspektiv inkişaf imkanları baxımından ən
əhəmiyyətlisidir. Belə ki, neftayırma və neft-kimya sənayesində neftdən alınan
məhsulların və təbii qazın emalı kombinələşmənin formalarından olan xammalın
kompleks işlənməsi üsulu üçün gələcəkdə-neft kontraktları reallaşdıqca, neft
hasilatı artdıqca-güclü amilə çevriləcəkdir.
Azərbaycan Respublikasında bir sıra başqa sənaye sahələrinə məxsus
kombinatların (yüngül, yeyinti və s.) yaradılması və inkişaf etdirilməsi üçün
perspektivdə daha böyük imkanlar yaranacaqdır. Təbii və texniki amillərdən əlavə
həmin imkanlar bazar münasibətləri və xüsusilə, onun aparıcı qanunları olan tələb
və təklif qanunlarının tələblərindən irəli gələcəkdir.
Kombinələşmə, istehsalın ictimai təşkilinin digər formaları kimi, sənaye
istehsalının iqtisadi səmərəliliyinin yüksəldilməsində müstəsna rola malikdir.
Kombinələşdirilmiş istehsallarda, xüsusilə kimya, neftayırma, metallurgiya və
yeyinti sənaye sahələrində prosesin fasiləsizliyi texnoloji əməliyyatları icra edən
maşın, avadanlıq, aparat və s.-nin aramsız işləmələri ilə şərtləndiyindən istismarda
olan əmək vasitələrindən səmərəli istifadəni təmin edir.
Kombinatın sahə məxsusluğundan asılı olaraq onların bir qismində istehsalın
avtomatlaşdırılması və kompleks mexanikləşdirilməsi, fərdi texniki gücü böyük
olan avadanlıqların tətbiqi yüksək əmək məhsuldarlığına da təminat verir.
Kombinələşdirmənin hər üç formasında eyni məkanda müxtəlif sənaye sahələrinə
məxsus bir neçə məhsulun istehsalının təmərküzləşdirilməsi onların ayrı-ayrı
müəssisələrdə istehsalının təşkilinə nisbətən köməkçi və xidmətedici sahələr,
xüsusilə istehsal infrastrukturuna əsaslı vəsait qoyuluşunun xüsusi çəkisini azaldır.
İstehsalın ictimai təşkilinin digər formalarında olduğu kimi, kombinələşmənin
də iqtisadi səmərəlilik, səviyyə və inkişafı dinamikasını öyrənmək, təhlil etmək və
prosesə nəzarət etmək üçün göstəricilər sistemindən istifadə olunur və onlar
aşağıdakılardır:
- kombinatlarda birləşdirilən texnoloji mərhələ və sahələrin sayı-müxtəlifliyin
mürəkkəblik dərəcəsi;
- kombinatlarda istehsal olunan məhsulun, ümumiyyətlə, həmin təyinatdan
olan məhsul istehsalında payı (natural və dəyər ölçüsündə);
- kombinələşmiş istehsallarda işləyən fəhlələrin sayı və bunların həmin
təyinatdan məhsul istehsal edən fəhlələrin ümumi sayında xüsusi çəkisi;
- kombinələşmiş istehsalların əsas fondlarının dəyəri və bunun eyni məhsul
istehsalında istismar olunan əsas fondların ümumi dəyərində xüsusi çəkisi;
-kombinələşmiş müəssisələrin istehsal həcmi;
- kombinələşmiş müəssisələrdə emal olunan xammalın növə görə sayı və s.
Kombinələşmənin bir proses kimi mürəkkəbliyi və bununla əlaqədar
kombinatların fəaliyyətinin kəmiyyət və keyfiyyət tərəfini xarakterizə edən vahid
bir göstəricinin tətbiqi mümükün deyildir. Elə buna görədir ki, kompleks
göstəricilərdən istifadə etməklə kombinatların fəaliyyətlərinin texniki, texniki-
iqtisadi, iqtisadi və sosial cəhətlərini öyrənmək və müəyyən nəticələr əldə etmək
və habelə, onları ümumiləşdirmək mümkündür.
Sənayedə kombinələşmənin iqtisadi səmərəliliyinin ən ümdə istiqamətli
göstəricisi xammaldan istifadə səviyyəsini yüksəltməklə eyni həcmdə əmək
cismindən daha çox məhsul istehsalını təmin etməsindədir. Konkret olaraq
kombinələşmə aşağıda göstərilən istiqamətlər üzrə ictimai əməyə qənaətlə
nəticələnir və istehsalın səmərəliliyini yüksəldir:
a) kombinatın əsas istehsallarında əmək predmetləri və vasitələrinə, iş
qüvvəsinə çəkilən xərclərə qənaət;
b) istehsalın təşkili ilə əlaqədar olan vəsaitə qənaət;
c) xammal bazasının genişləndirilməsi;
d) müəssisələrin cöğrafi baxımdan əlverişli yerləşdirilməsi;
e) xammal, hazır məhsul və yarımfabrikatların daşınma xərclərinə qənaət;
f) istehsal ehtiyatları həcminin ciddi surətdə azalması və s.
Dostları ilə paylaş: |