Firuddin cəFƏrov hasil fəTƏLİyev


Kombinələşmiş tərkibli içkilər



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə64/239
tarix25.12.2016
ölçüsü4,12 Mb.
#3069
1   ...   60   61   62   63   64   65   66   67   ...   239
 Kombinələşmiş tərkibli içkilər. Kombinələşmiş tərkibli içki-
lərin  əsasını  minimum  2  material  (şirə  və  əlavə  edilmiş  kompo-
nent) təşkil edir:  

 
şirələr və dərman bitkiləri; 

 
şirələr və süd zərdabı; 

 
şirələr və dənli bitkilərin ekstraktı. 
Şirələrin və dərman bitkilərinin ekstraktının alkoqolsuz içki-
lərin  tərkibində  birgə  tətbiqi,  onların  funksional  xüsusiyyətlərini 
gücləndirir.  
Krasnodar  Elmi  Tədqiqat  Kənd  Təsərrüfatı  Məhsullarının 
Saxlanması və Emalı İnstitutu tərəfindən “Smuqlyanka” və “Oçi 
çornıye” içkilərinin alma şirəsi və yunan qozunun və yarpağının, 
süd-mum sütülü əsasında resepti işlənib hazırlanmışdır.  
İçki maddələr mübadiləsini yaxşılaşdırır, orqanizmin immuni-
tetini yüksəldir, asan mənimsənilən yoda malik olur və bütün əhali 
qrupları üçün məsləhət  görülür, həmçinin  qalxanvari vəzi,  ürək-
damar və ateroskleroz xəstələri üçün də faydalı sayılır. 
Belə  içkilərin  yaradılması  istiqamətində  aktiv  tədqiqatlar 
Kemerovo  Qida  Sənayesi  Texnologiya  İnstitutunda  da  aparılır. 
Alimlər tərəfindən məqsədli funksional təyinatlı içkilər üçün kon-
sentratlar seriyası işlənib hazırlanmışdır. Bu içkilər tonuslaşdırıcı, 
sakitləşdirici,  ümumi  möhkəmləndirici  və  s.  olur.  İçkilər  bitki 
xammalı ekstraktından C vitamini əlavə edilməklə hazırlanır. 


116
 
“Deler” kompaniyası  funksional  içkilərin innovasiya layihə-
sini təqdim etmişdir. Bu layihənin əsasında “meyvə+ot” konsep-
siyası durur. Meyvə və otların faydalı xüsusiyyətlərinin kombina-
siyaları yaxşı dada və istiqamətlənmiş məqsədli içkilər alınmasına 
köməklik edir. 
 Bu  içkilər  istehsalında  orqanizmin  müdafiə  gücünü  artıran 
“İmmun müdafiəsi” sakitləşdirici “Relaks” və “Stimulyasiya” tipli 
olmaqla 3 istiqamət müəyyənləşdirilmişdir.  
Ailə üçün nəzərdə tutulan “İmmun müdafiəsi” tipli içki üçün 
meyvə  kimi  qara  üzüm  sortlarından,  çiyələkdən,  limon,  gilas  və 
portağaldan  bitki  xammalı  kimi  hibiskus,  rudbeki  çiçəyinin 
kökündən və cökə çiçəyindən istifadə edilməsi məsləhət görülür. 
Şirə, içkidə 50%-dək olur.  
“Relaks”  sakitləşdirici  içkisinin  reseptinə  alma  şirəsi  (30%-
dən  çox),  bitki  xammalı  kimi  isə  nanə,  yaşıl  çay,  mayaotu, 
çobanyastığı və limon otu daxildir.  
Qeyd etmək lazımdır ki, sakitləşdirici içkinin xammalının tər-
kibinin  seçilməsi  yaşıl  çayın  tonuslaşdırıcı  xüsusiyyəti  nəzərə 
alınmadan həyata keçirilmişdir. 
“Stimulyasiya”  içkisi  fiziki  və  əqli  əməklə  məşğul  olanlar 
üçün nəzərdə tutulmuşdur. İçkinin meyvə əsasını alma şirəsi, digər 
faydalı  komponetlərini  isə  yaşıl  çay,  quaran  (şəkil  3.5;  3.6), 
yemişan, jenşen, eleuterekokk təşkil edir.  
Şəkil 3.5. Quaran (Paullinia  
cupana Kunt)  
Şəkil
 
3.6.
 
Eleuterekokk  


117
 

Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin