Mineral su əsaslı alkoqolsuz içkilər. Təbii mineral-süfrə sula-
rının profilaktiki xüsusiyyətləri, içkinin tərkibinə meyvə-giləmey-
və və texniki dərman xammalı əlavə edildikdə daha da artır. Kemerovo Qida Sənayesi Texnologiya İnstitutunun alimləri
tərəfindən vitaminləşdirilmiş mineral su, meyvə, giləmeyvə, dər-
man bitki xammalı əsaslı alkoqolsuz içkinin texnologiyası təklif
olunmuş və resepti işlənmişdir.
Arıçılıq məhsulları əsaslı alkoqolsuz içkilər. Alkoqolsuz iç-
kilərin profilaktiki xüsusiyyətlərinin gücləndirilməsi arıçılıq məh-
sulları hesabına yaranır (bal, çiçək tozu). Bal və çiçək tozcuğunun
covhəri şərbətə bənzər konsentratın komponentləridir. Konsentra-
tın tərkibinə həmçinin jenşenin ekstraktı, qax otu, dərman xəşəm-
gülü və yemişan meyvələri daxildir. Dərman xammalı müxtəlif əczaçılıq səmərəsinə malik olur.
Bu onun tərkibində olan saponinlərin (jenşen, yemişan, qax otu),
alkoloidlərin (jenşen), flavonoidlərin (qax otu), qlükozidlərin
(jenşen, yemişan), terpenoidlərin (yemişan), həmçinin dabbaq
maddələrinin (yemişan, qax otu), efir yağlarının (jenşen, xəşəm-
gülü), vitaminlərin (jenşen, xəşəmgülü, qax otu), mineral maddə-
lərin (jenşen), üzvi turşuların (yemişan) olmasından irəli gəlir.
Bal və çiçək tozcuğu şərbəti mikroelenmtlər, vitaminlər və