177
sistemində mikrob transformasiyası zamanı yaşamaq qabiliyyətli-
dir.
Asidofil bakteriyalar təbii antibiotiklər yaradır ki, bu da bağır-
saq çöpünü, dizenteriya bakteriyalarını, salmonelləri, stafilokokla-
rı və s. məhv edir, insan orqanizminin iş qabiliyyətinin artırırlma-
sında və bərpasının sürətləndirilməsində vacib olan bəzi metabolik
proseslərə istiqamətli təsir edir.
İnsanın bağırsağında onun yaxşı inkişafı orqanizmdəki pato-
gen mikroorqanizmlərin böyüməsini azaldır, çürümə və qıcqırma
proseslərinin qarşısını alır. Bundan başqa, asidofil çöplər süd
zülalının yaxşı mənimsənilməsinə köməklik etməklə yanaşı, yük-
sək turşu əmələ gətirmə qabiliyyətinə malikdir ki, bu da insan or-
qanizmi tərəfindən Ca duzlarının sorulması və mənimsənilməsini
yaxşılaşdırır.
Termofil streptokoklar məhsula sıx konsistensiya və təmiz süd
turşusu tamı verir.
Müəyyən immun göstəricilərinin
gücləndirilməsi, insanın im-
mun statusuna uyğundur.
Süd turşusu içkiləri yüksək pəhriz və müalicəvi xüsusiyyətlərə
malikdir. Bu xüsusiyyətlər çox qədim vaxtlardan məlumdur. Dahi
rus fizioloqu İ.İ.Meçnikov bolqarların uzunömürlüyünü onların
çoxlu miqdarda yoqurt istifadə etməsi ilə izah edirdi.
Süd turşusu içkilərinin istifadə edilməsi insanın sağlamlığını
yaxşılaşdırır, onun infeksiyalara və şişlərin əmələ gəlməsinə dö-
zümlüyünü artırır. Asidofil içkilər mədə-bağırsaq xəstəliklərinin,
kalitin, xolesterinin, vərəm, furunkulyoz (çox çiban çıxartma),
uşaq döş astması xəstəliklərinin müalicəsi proseslərində istifadə
edilir. Kumıs və kuranqa ( süd turşusu qıcqırması içkiləri) bitişmə-
yən xoranın müalicəsində, mədə-bağırsaq xəstəliklərində və
astmanın müalicəsində istifadə edilir. Onlar təkcə mədə-bağırsaq
sistemini sağaltmır, eyni zamanda əsəb sisteminə və maddələr
mübadiləsinə də müsbət təsir edir.
Süd turşusu məhsulları dispepsiya (mədə fəaliyyətinin pozul-
ması), qəbz, qan azlığında, bəd xassəli şişlərdə, zəifləmə zamanı,
iştaha pozğuntularında və digər xəstəliklərin profilaktikası zamanı
178
istifadə edilməsi məsləhət görülür.
Beləliklə, biz görürük ki, özünün kimyəvi tərkibinə görə,
həmçinin onların istehsalında bakteriya acıtmasından istifadə edil-
məsi nəticəsində süd məhsulları yüksək fizioloji dəyərə malik olur
və buna görə də insanın gündəlik qidalanmasında istifadəsi məs-
ləhət görülür. Süd və süd məhsulları təbii funksional qida məhsul-
larına aid olub, fizioloji norması adambaşına il ərzində 390 kq-dır.
Dostları ilə paylaş: