207
çatışmazlığından yaranan anemiyanın müalicəsində yüksək tera-
pevtik xüsusiyyətlərə malikdir.
At əti qida və bioloji dəyərinə görə əsas ət xammalı növlərin-
dən geri qalmır. Mal ətinə nisbətən çox dəmir və misə, həmçinin
az natrium və selenə malikdir.
Bu məhsul nəinki sağlam uşaqların qidalanmasında, eyni za-
manda dəmir çatışmazlığı anemiyası, hipotrofiya, zülal çatışmaz-
lığı və digər patoloji dəyişikliklər zamanı istifadə edilə bilər. Uşaq-
ların müalicə-profilaktiki qidalanması üçün həmçinin yüksək
miqdarda zülala, kalsiuma, kalsium və fosforun əlverişli nisbətinə
malik olan konservlər də işlənmişdir. “Juravuşka” və “Buratino”
konservlərinin reseptində kalsium mənbəyi kimi yumurta qabığın-
dan istifadə edilmişdir.
Uşaq qidalanması üçün ət konservləri ilə yanaşı çox kompo-
nentli (ət-bitki konservləri) konservlər də istehsal olunur. Mal,
donuz və quş əti kimi ət xammalı ilə yanaşı, belə konservlərin re-
septinə soya izolyatı, cücərmiş buğda dənləri, buğda rüşeymi, göy
noxud, yunan qabağı, kələm, yerkökü, balqabaq, manna yarması
və digər bitki mənşəli xammallar da daxildir. Onlarda ət kompo-
nentlərinin miqdarı 20-29%, zülal-6%-ə qədər, yağ-5,5-8,5% olur.
Dostları ilə paylaş: