562
Фирузя Мяммядли
SÖZ YARADICILIĞININ ÜSUL VƏ
VASĠTƏLƏRĠ
QRAMMATĠK YOLLA SÖZ YARADICILIĞI
Azərbaycan dilində söz yaradıcılığının ən
başlıca yollarından
biri qrammatik yolla söz
yaradıcılığıdır. Qrammatik yolla söz yaradıcılığının
vasitələri sözlər, söz kökləri (kök morfem), leksik
və leksik-qrammatik şəkilçilər (morfemlər), o cüm-
lədən köməkçi vasitə kimi qrammatik şəkilçilər və
sözlər arasında sintaktik əlaqələrdir.
Qrammatik
yolla
söz
yaradıcılığının
prinsipləri ilə bağlı tədqiqatçılar arasında fikir
ayrılığı yoxdur. Ancaq söz yaradıcılığından bəhs
edən müəlliflərin hamısı problemi «Morfoloji yolla
(üsulla) söz yaradıcılığı» və «Sintaktik yolla
(üsulla) söz yaradıcılığı» başlıqları altında tədqiq
etmişlər.
Təbii ki, həm morfoloji və həm də sintaktik
üsul qrammatikanın şöbələri (Morfologiya və
Sintaksis) ilə əlaqədar olub, onun tərkib hissələrini
təşkil edir.
Bu mənada, qrammatik yolla söz
yaradıcılığının üsulları aşağıdakılardır:
1. Morfoloji üsul
2.
Sintaktik üsul
Dostları ilə paylaş: