Fransada böyük burjua inqilabının baş verməsi



Yüklə 24,85 Kb.
səhifə2/2
tarix02.01.2022
ölçüsü24,85 Kb.
#39179
1   2
Fransa Əlavə

iqtisadi məsələlər tək kralın əlində deyildi. Burada varlı mülkədarlar da iştirak edirdi. Ölkə iqtisadiyyatının idarə edilməsinin 40%-i onların əlində idi. Əgər ölkə hər hansı bir dövlətlə müharibə aparardısa artıq kral iqtisadi məsələlərdə bu varlı mülkədarlardan da pul alırdı ki, müharibənin aparılması üçün geniş maliyyə xərcləri tələb olunurdu. Artıq ölkənin apardığı bu müharibələr varlı mülkədarların da narazıçılığına səbə olmağa başladı. Əsas səbəbi isə o idi ki, XV Lüdovik Polşa mirası uğrunda qaynatasını hakimiyyətə gətirmək istəyirdi, polyaklara çoxlu miqdarda pul paylayırdı. Nəticə yenə onun qaynatsı hakimiyyətə gələ bilmir. Daha sonra Avstriya mirası idi. Orda da Sileziya ərazisi uğrunda Avstriya-Prussiya arasında aparılan müharibə, nəticədə Avstriya tərəfdən Fransanın müharibəyə qoşulması, Prussiyanı isə İngiltərə dəstəkləyərək yəni, Fransanı ona dəxli olmayan müharibəyə salmaqla İngiltərə nail olur ki, arxadan onun btütün müstəmləkələrini əlindən almağa. Ost-Hinddə olan bütün torpaqlar, təxminən 4-5 şəhər qalmaqla bütün ərazilər əlindən alınmağa başlayır. Eləcə də Kanada, Amerikadakı başqa müstəmləkələri Fransanın əlindən alınır. Bu da nəticədə həm onun iqtisadiyyatına ziyan vurdu, həm ona aid olmayan müharibəyə daxil oldu, həm də varlı feodalların vəziyyətin mənfi təsir göstərdi. Ölkədə krala qarşı inqilab başladan kəndliləri də yetişdirmək üçün liderlər lazım idi. Həmin dövrdə ölkədə yeni yazıçıların,alimlərin, güclü politoloji fikirlər səsləndirən insanların yetişməsi, xalqa bir istiqadmətdə- krala qarşı müharibə aparmaqda, eləcə də yeni bir quruluşun, respublika tipli dövlətin yaranması üçün liderlik edən qüvvələr var idi. XVIII əsrdə maarif Fransua Volter idi ki, o hər zaman kilsə mövhumatını, kilsənin apardığı siyasəti, kilsə nümayəndələrinin özlərini ilahiləşdirərək xalqı özlərinin ilahi insanlar olduğuna inandıraraq külli miqdarda onlardan bac xərac alırdılar. Xalq isə acınacaqlı vəziyyətdə idi. Fransua öz əsərlərində kilsənin apardığı siyasəti, dünyanın fanatizmi, zadəganların, ruhanilərin imtiyazlarının kəskin qalxması, xalqın acınacağlı vəziyyətdə olmağını hər zaman tənqid edirdi. Monteskyu var idi ki, maarifçi bir şəxs idi. O da öz əsərlərində daha çox ədalətin bərpa olunması, insanların bərabər olması, saray əyanlarının həyat tərzinin pislənməsi və s. nöqteyi nəzərdən yazırdı. Jan jak Russo sənətkar oğlu idi. Əsərlərində insanların bərabər olmasını, bərabər hüquqlara malik olan yeni bir cəmiyyətin qurulmasını təbliğ edirdi. Melye özünün "vəsiyyət" əsərini yazmışdı ki, burada da həmin dövrdəki pis vəziyyəti təqdim edirdi. Denni Didro bu dövrdə elmi baxımdan yeni bir lüğət hazırlamışdı ki, həmin dövr üçün olan müxtəlif elmlərin ensiklopedik şəkildə izahlı lüğətini hazırlamışdı. Bu maarifçilər ölkədə inqilabın yetişməsi üçün hazır bir vəziyyətin yarandığını bildirirdilər.

Fransa inqilabının baş verməsi ərəfəsində Fransada hansı vəziyyət idi? Fransanın xarici siyasəti hansı həddə idi?

Fransanın apardığı siyasətə ən böyük zərbə vuran Fransa-Avstriya münasibətləri və onların ittifaqı idi hansı ki, 7 illik müharibə nəticəsində Fransanın vəziyyətinin getdikcə daha da pisləşməsinə səbəb olmuşdu. Çox güclü maliyyə vəsaiti sərf etmişdi, bu da Fransanın varlı burjuaziya nümayəndələrinin Avstriyaya qarşı nifrətini daha da artırırdı. Onlar hətta Avstriyaya qarşı Prussiya ilə birləşərək Avstriyadan Fransaya dəyən ziyanın ödənilməsi üçün onunla müharibələr aparılmasına çalışırdılar. Digər bir dövlət isə İngiltərə ilə olan münasibətləri idi həmin inqilab ərəfəsində. İngiltərə ilə münasibətlərdə İngiltərə daha üstün idi. Çünkü İngiltərə artıq çox böyük müstəmləkələri tutmuş, eyni zamanda İngiltərə manufakturalarının Fransa bazalarına çox güclü axını olmuşdu. Bu da Fransanın sənayesinin getdikcə zəifləməsinə güclü zərbə oldu. Hər bir dövlət özünün iqtisadiyyatını gücləndirməlidir. Öz bazarlarında öz məhsullarını satmalıdı ki, burdan gələn gəlir də ölkənin inkişafına səbəb olsun. Həmçinin ölkənin məhsulları xarici bazarlarda satmalıdır. İngiltərədə inqilab daha əvvəl baş vermişdi ona görə orada inkişaf daha sürətlə gedirdi. Fransanın da lazım olmayan müharibələrə başını soxması nəticədə İngiltərənin daha da güclənməsi və Fransa bazarlarında İngiltərə məhsullarının daha geniş yer alması nəticəsində də Fransadan gələn gəlir daha çox Britaniyanın hesabına keçirilirdi. Fransanın İspaniya ilə də münasibətləri var idi. Onunla münasibətlıri B.B-ya nisbətdə daha yaxşı idi. Fransa daha çox öz bazarlarını İspaniyada açırdı. Eyni zamanda İspaniya ilə münasibəti iqtisadi baxımdan daha sərfedici bir vəziyyət idi. Fransanın Rusiya ilə və Türkiyə ilə də münasibətləri həmin dövrdə yaxşı idi. Bunun da əsas səbəbi o idi ki, Fransa öz ticarət gəmiləri üçün Rusiya tərəfindən Qara dənizdə, eləcə də Türkiyə tərəfindən Qırmızı dənizində gömrük rüsumu ödəmədən rahat ticarətlə məşğul olması üçün icazə almışdı. Fransa Hollandiya münasibətləri. Hollandiyada həmin dövrdə vətənpərvərlər partiyası hakimiyyətdə idi. Həmin partiyanın nümayəndələri Fransanı dəstəkləyirdilər. Bu dövrdə isə yeni seçkilər keçirilməli idi. Bu seçkilərdə isə daha çox Hollandiya və İngiltərə yönümlü ölkələr hakimiyyətə gəlmək istəyirdi. Və Fransa kralından XVI Lüdovikdən kömək istəyirlər ki, bizə dəstək olun ölkədə hakimiyhətə daha çox Fransanı dəstəkləyən qüvvələr gəlsin. Lakin Fransa artıq uduzdurucu müharibələrdən bezdiyinə görə, həm də qorxduğuna görə dəstək olmur və nəticədə Hollandiyada hakimiyyətə İngilis yönümlü qüvvələr gəlir.

Beləliklər ölkədə inqilabi bir prosesin baş verməsi üçün şərait yaranır. Kralın artıq xəzinəsi boşalmışdı və yenidən yeni vergilərin verilməsi üçün müraciət edir. Xalq arasında çox böyük narazıçılığa səbəb olur. Buna görə Kral tərəfindən Yeni Parlament çağırılır. Həmin Parlamentdə yenə də 3 sinifə məxsus olan nümayəndələr var idi ki, 1ci təbəqədən(ruhani) 270 nəfər, 2ci təbəqədən 291 nəfər(varlılar), 3cüdən(kəndlilər) isə 578 nəfər nümayəndə seçilmişdi. Parlament iclasına başlayarkən etika qaydalarına uyğun olaraq kral içəri daxil olarkən nümayəndələr ayağa qalxıb, şlyapalarını çıxardmalı idilər. Parlament iclası başlıyarkən 3-cü təbəqəyə aid olan insanlar, 578 nəfər nümayəndə krala tabe olmaqdan və kralın apardığı siyasətə əks olaraq yerindən durmur, krala təzim etmir və sonradan zalı tərk edərək özlərinin yeni milli məclisini yaradaraq, yeni bir parlamentin qurulmasına gətirib çıxarır. Artıq xalq da onları dəstəkləyir. Kral artıq xalqa qarşı silaha əl atır. Kral özü ilk növbədə Bastiliya sarayında qaçıb gizlənir. 1789-cu il iyulun 14-də Bastiliya qalasında ətrafında çox böyük xəndəklər qazırlar ki xalq oradan keçib Kralı tuta bilməsin. Lakin, Bastiliya qalasında iyulun 14-də həmin çətinlikləri keçərək kralı tuturlar. Kral mühasirəyə alınarkən ağ bayraq qaldıraraq təslim olduğunu və Müəssisələr Məclisinin qəbul etdiyi qərarları dəstəkləyəcəyini bəyan edir. Ancaq kral hər zaman öz arvadı ilə birliktə digər dövlətlərlə gizli məktublaşmalar aparırdı. Avstriya-Prussiyaya, Rusiyaya müraciət edərək onlardan dəstək qazanmağa başlayır. Niə məhz bu dövlətlərə? Çünkü onlarda da mütləq monarxiya idi. Bu gün Fransada bu inqilab baş veribsə, gələcəkdə həmin inqilab Rusiyada da, Avstriyada da, Prussiya, İspaniya və digər dövlətlərdə də baş verə bilərdi. Həmin dövrdə Fransanın mövcud olan bayrağı qırmızı göyrəngdən ibarət idi. Kralın ağ bayrağını da barışıq adı ilə bu bayrağa birləşdirərək yeni 3 rəngli bayrağı rəsmi bayraqlarına çevirdilər.

Kəndlilərin, əhalinin tələbləri nədən ibarət idi? Qraf Mirabeau kim idi?

Kralın bütün səlahiyyətləri əlindən alınmağa başladı. Kral məcbur olaraq parlamentdə özünə tərəfdar seçməyə başladı. Pul gücünə Qraff Mirabeau (deputatlardan biri idi) kralı mənafeyini müdafiə etməyə başlayır. Müəssisələr Məclisində deputatları satın almağa başlayır və onların vasitəsi ilə krala müəyyən səlahiyyətlərin verilməsini istəyirdi, yəni bildirilər ki, necə ki, İngiltərədə parlamenti hakimiyyəti öz əlinə almışdı, Fransada da bu proses təkrarlanıb. Parlament müharibənin elan edilməsi və xarici siyasətdə aparılacaq bütün siyasəti öz əlində saxlamağa çalışır. Krala belə bir səlahiyyət verilir ki, kral hər hansı bir məsələ ilə bağlı təklif verə bilər, və ya müharibə və sülh elan edilməsi ilə bağlı təklif verə bilər, amma yenə həmin məsələ parlamentdə müzakirə əsasında müəyyənləşəcək. Xalqın tələbləri bundan ibarət idi ki, yeni konstitusiya hazırlansın, eyni zamanda konstitusiyanın hazırlanmasında da ABŞ-ın mövcud olan konstitusiyasına və istiqlal bəyannaməsinə əsaslanmaq, mütləq monarxiya devrilməli, kilsəyə məxsus olan torpaqlar xalq arasında bölünməli, əhalinin üzərinə qoyulan vergilərin azaldılması, eyni zamanda xalqın vəziyyətinin yaxşılaşdırılması ilə bağlı müddüalar irəli sürülmüşdü. Təbii ki, tez bir zamanda kralın torpaqları, eləcə də, katolik kilsəsinə məxsus olan bütün torpaqlar əllərindən alınarağ açıq xərraca çıxarılır və bu torpaqlar kimlər tərəfindən alınacaqsa (təbii ki varlı burjuaziya) onların mülki əmlakına çevriləcəkdi. Gələcəkdə də heçkim əlindən ala bilməzdi.

Həmin dövrdə kral belə düşünürdü ki əgər xalq onu hakimiyyətdən uzaqlaşdırırsa gələcəkdə ingilis kralı kimi onun da öldürəcəklər. Ona görə ölkədən tez bir zamanda qaçmağa çalışırdı. Qraf Mirabeau ilə olan danışıqlarda kral razılaşdırır ki, Fransanın digər əyalətlərində olan bütün səfirlər və digər ölkələrdə olan Fransanın bütün səfirliklər dəyişdirilərək kralın tərəfdarlarını qoymağa başladılar. Bu da gələcəkdə kral ölkədən qaçarkən həmin səfirliklər vasitəsi ilə ona yardım edilməsi məsələsi əsas götürülürdü. 1791-ci ildə kral qaçmaq istəyirdi ancaq heç bir nəticə vermədi. Kral yenidən ölkəyə qaytarılaraq tam məhdud şəkildə saxlanılmağa başladılar. Çünkü həmin dövrdə artıq digər dövlətlər Avstriya da, Prussiya da öz etirazını bilidirirdi ki, kral öldürülərsə artıq Fransaya qarşı bu dövlətlər müharibə aparacaqlar. 1789-94-cü illər Fransa burjua inqilabının əsas, aparıcı bir dövrü idi ki, hansı ki, həmin dövrdə artıq həm respublika elan edildi, həm konstitusiya qəbul edildi, lakin baxmayaraq ki, konstitusiya bir neçə də dəyişdirildi. Konstitusiyanın müddüalarına nəzər salsaq bu konstitusiyada yenə də varlıların mənafeyini müdafiə edəcək məsələlər var idi. Əsas da ölkədə 25 mln əhalinin 4,3 mlnuna seçki hüququ verilmişdi. Kasıblar tamamilə seçkidən kənar idi. 25 yaşına çatmış gənclər seçkidə o zaman iştiraf edə bilərlər ki, onların 3 günlük qazancı veriləcək vergiyə bərabər olmalıdı.

İngiltərənin apardığı siyasət.

Fransada inqilab dövründə İngiltərə xarici işlər nazirliyinə kiçik Pitt (atası 7 illik müharibədə Fransaya ciddi zərər vurmuşdu) başçılıq edirdi. Apardığı siyasət sırf Fransada gedən burjua inqilabını darmadağın etmək və ölkənin vəziyyətini daha da ağırlaşdırmağa yönəlmiş bir siyasət aparırdı. Ölkəyə çoxlu casuslar göndərirdi. Bu casuslar da, ölkədə çaxnaşma yaradır, partlayışlar edirdi. Sırf kaos törətmək üçün aparılan siyasət idi. 1791-ci ildə XVI Lüdovik məcbur olaraq konstitusiyasını qəbul edir. Bununla da əsas hakimiyyətin Parlamentin əlində olduğunu qəbul etmiş olur. Amma kral yenə özünü max tərəfdarlar toplayaraq gələcəkdə hakimiyyətini bərpa etməyə çalışırdı. Həmin dövrdə artıq vahid ölçü və çəki sistemi yaradılır.

Həmin dövrdə jirondislər hakimiyyətə gəlirlər. Onlardan əvvəl yakobinçilərin hakimiyyəti dövrü idi. Bunların hakimiyyət illəri 1 ili əhatə edirdi. Yəni 1 il hakimiyyətdə qala bilirdilər. Çünki həmin dövrdə dövlətin idarə edilməsi ilkin formada olduğu üçün onların idarəçiliyi də o qədər mükəmməll deyil idi. Jirondislərin mənfi cəhəti ondan ibarət idi ki, baxamayaraq ki jirondistlər xalqa məxsus olan təbəqədən çıxmışdılar, lakin onlar parlamentdə üstünlük qazandıqdan artıq nazirləri də özləri təyin edirdilər, yəni öz nümayəndələri idi. Ama jirondislərin hakimiyyət illərində demək olar ki, xarici siyasətlə, heçbirşeylə məşğul olmurdular. Sadəcə ölkənin daxilində gedən proseslərin İngiltərənin göndərdiyi cəsuslar zərərsizləşdirməyə çalışırdılar. Apardıqları siyasətlər də daha çox varlı təbəqənin mənafelərini müdafiə edirdi. Xarici siyasətdən uzaqlaşdıqlarına gprə həm ölkə daxilində heç bir siyasət apara bilmirdilər, özləri varlanmağa çalışırdılar, xalqı yenə də heçkim saymırdı, xalq üzərinə yenidən vergilər qoyulurdu. Xarici siyasətdə Avstriya, Prussiya tərəfindən Fransaya qarşı müharibələr aparılırdı. Sərhədyanı bölgələrdə üstünlük də əldə etmişdilər. Nəticədə Jirondislərin hakimiyyəti 1793-cü ildə yakobinçilərlə əvəz olundu. Yakobinçilər yakob kilsəsində yığışıb qrup yaradmışdılar, bu qrupda ölkənin yenidən qurulması, daha mükəmməl, güclü bir hərbi qüvvəsinin yaradılması baxımından siyasət düşünyə başladılar. 1993-cü may ayında hakimiyyətə gəldilər. Jirondislərdən fərqli olaraq yakobinçilər xarici siyasətə üstünlük verməyə başladılar. Çox güclü bir hərbi qüvvə yaradmağa başladılar. Və ölkədə Yakobin diktaturasını yaratmağa çalışırdılar. Nə üçün diktatura? Ölkədə kaosun baş verməsinin guya ki qarşısını almaq üçünçox böyük qırğınlar törətməyə başlayırdılar. Onlar demək olar ki 1 il hakimiyyətdə qaldılar. Guya xalqı qorumalı, dəstəkləməli idilər. Əslində onlar belə bir deviz vermişdilər ki,

Daxmalara sülh saraylara müharibə. Yəni bu ad altında xalqı dəstəkləyəcəkdilər. Ama əslində küllü qırğınlar törətməyə başladılar. Əsasən xarici siyasətə yönəlmiş çox güclü hərbi diktatura qurdular onlar. Onlar da yeni bir konstitusiya qəbul etməyə çalışırdılar. Bu konstitusiyada isə insanların bərabər hüquqları olması, xalqlarının ali olması ilə bağlı qərarlar qəbul edirdilər. Konstitusiyada həmçinin insan və vətəndaş hüquq bəyannaməsi qəbul edirlər. Guya bu bəyannaməyə əsasən insanlara iş yerləri açılacaq, əmək qabiliyyəti olmayan insanlara yardımlar ediləcək, xalqın savadlanması istiqatində müəyyən işlər görüləcəkdi. Lakin buna baxmayaraq onların apardığı mübarizə xalqı hiddətə gətirdi. Çünkü külli miqdarda çox insanın ölümünə səbəb olmuşdular və qırğınlar törədirdilər. Bu da nəticədə 1 il sonra xalq tərəfindən "quduzlar" adlandırılaraq yakibinçilər və parlamentdə onları təmsil edən 83 nəfər də daxil olmaqla onların tərəfdarlarının hamısı edam edilir.

Fransada 9 termidor çevrilişi həyata keçirilir. Nə yakobinçilər, nə jirondislər ölkəni idarə edə bilmədiyinə görə həmin varlı burjuaziya nümayəndələri yenidən hakimiyyəti öz əllərinə alırlar. Onlar da hakimiyyətə gəldikdən sonra ölkəni həm siyasi, həm iqtisadi, həm hərbi cəhətdən idarə etməli idilər. Onların hakimiyyəti ələ aldıqları dövrdə yakobinçilər artıq hakimiyyətdən getsə də, onların çox güclü hərbi qüvvələri var idi. Artıq 92-ci ildən başlayaraq Taleyran da istər yakibinçilər, istər varlı iri burjuaziyalar dövründə də fəaliyyət göstərirdi. O çox güclü bir diplomat idi. Həmin iri burjuaziya nümayəndələri, hansı ki, 9 termidor çevrilişini həyata keçirib hakimiyyətə gəlmişdilər, onların hərbi qüvvələrinin içində artıq Napaleon bir döyüşçü, bir sərkərdə kimi yetişmişdi. Diktatura dövründə onların istər Avstriyaya qarşı, Prussiyaya qarşı daha çox, maraqları, əvvəlki Fransa torpaqlarını bərpa etmək və 7 illik müharibə dövründə əldən gedən torpaqları, müstəmləkələri yenidən bərpa etmək kimi mövqeləri var idi. Bu dövrdə həmin burjuaziya hakimiyyətə gəldikdə əvvəlki monarxiya tipli deyil, yeni burjuaziya respublikası formasında yeni dövləti yaratmağa başlayırlar. Yeni yaratdıqları dövlətin əsas siyasəti ondan ibarət idi ki, guya yakibinçilərin həyata keçirdiyi müharibələrdə, qonşu dövlətlərlə olan münasibətləri yenidən bərpa etmək fikrinə gəlirlər. 1794-cü ildən başlayaraq artıq burjuaziya nümayəndələri Prussiya, İspaniya, Hollandiya ilə sülh müqavilələri bağlamağa başlayırlar. Onların konstitusiyasında belə bir fikir var idi ki, Fransa heç bir dövlətlə müharibə aparmayacaq. Bütün məsələlər sülh yolu ilə bağlanmalıdır. Belə bir mövqe də var idi ki, digər dövlətlərin ərazisində də əgər Fransızlar yaşayırsa və bu torpaqlar Fransya birləşmək istəyirsə bunu sülh yolu ilə, müharibə aparmadan həyata keçirməli idilər. Lakin 94-cü ildən başlayaraq onların həyata keçirdiyi siyasət bunu göstərmədi. Fransa hər zaman Belçikanı Fransanın torpağı olaraq görmək istəyirdi. Eyni zaman Almaniyaya məxsus olan əslində Prussiyanın torpaqları olan Reyn boyunca ərazilər,Elzas və Lotarengiya ərazilərnin Fransya birləşdirilməsi kimi məsələlər də var idi. Varlı burjuaziya qüvvələrinin hakimiyəti dövründə Napoleonun da olduğu hərbi qüvvələr artıq bu torpaqlara hücumlar edirdilər. Konstitusiya yaddan çıxmışdı. Bu ərazilərlə öz işğalçılıq əraziləri kimi rəftar edirdilər. Direktoriya illərində 96-99-cu illəri əhatə edirdi. 99-cu ildə yenidən bir çevriliş baş verir. Həmin dövrdə isə Hərbi qüvvələr hakimiyyətə gəlir. Yəni Napoleon. Onun tam imperiya qurması 1804-cü ilə təsadüf edir. Amma 1799-cu ilə 18 brumer çevrilişi ilə hakimiyyətə gəlir.

Napaleon Bonapart diktaturasının qurulması.

Bu dövrdə artıq bütün generallar dövləti idarə etməyə başladılar. Parlamentdə də generallar otururdu, bank sistemini də generallar idarə edirdi, müharibəni də generallar həyata keçirirdi. Bu da ölkədə yenidən bir kaosun yaranmasına gətirib çıxardı və Fransa çalışırdı ki bu apardığı mübarizə ilə yəni hərbi diktatura ilə mərkəzi Avropa və İtaliyanın bütün şəhərlərini öz hakimiyyəti altına alaraq burada öz hakimiyyətini gücləndirsinlər.

Taleyranın XİN kimi Napoleon Bonopartla birgə fəaliyyəti. O da əslən zadəgan idi və Fransanın diplomatiyası üçün çox böyük işlər görmüşdü. Çox güclü bir diplomat idi. Onun da fəaliyyəti hələ 92-ci ildən Jirondislərin vaxtından başlamışdı. Həmin ildə Jirondislərin tapşırıqlarını yerinə yetirirdi, sonradan Yakobinçilər dövründə də fəaliyyət göstərdi, hətta sonradan 9 termidor çevrilişindən sonra o burjua nümayəndələri dövründə də fəaliyyət göstərirdi. Lakin artıq onların hakimiyyətinin devrilməsini başa düşərək, vəzifəsindən istefa verdi. Helə fəaliyyət göstərdiyi dövrdən Napoleonun gələcəkdə diktator, yeni bir rejim quracağını başa düşərək bir diplomat kimi həmişə ona yaxınlıq edərək dəstək olurdu. Direktoriya dövründə də, artıq direktoriyanın fəaliyyəti zəiflədiyinə görə ordakı fəaliyyətindən imtina edir. Bonapartın hakimiyyətə gəlməsi üçün ona yaltaqlanır və ona yaxınlaşmağa cəhd göstərir. Təbii ki, Napoleon da hakimiyyətə gəldikdən sonra, 1797-ci ildən Fransanın XİN kimi fəaliyyətə başlayır. Lakin Napoleonun hakimiyyətinin sonlarına doğru da Taleyranın ona xəyanət etmişdir. O, Rusiya ilə danışıqlarda Rusiyanın Fransaya qarşı müharibə elan etməsini yönəldən bir qüvvə kimi yaddaşda qalıb. Ama eyni zamanda da Fransanın XİN-liyinin inkişafına, onun diplomatiyasına dəstək olmaq üçün bir sıra işlər görməyə başladı, konsulluq institu yaradırdı, həmin konsulluq institutunda daha çox gəncləri cəlb edərək müxtəlif dillərdə tərcüməçi nəsil yetişdirməyə çalışırdı. Bu daha çox başqa yerlərdə yaşayan Fransız uşaqlarını ölkəyə cəlb edərək, onlardan güclü səfirlərin, konsulların yetişməsi kimi məsələləri həyata keçirirdi.

Napoleon hansı addımları atıb?

Napoleonun hakimiyyətə gəlməsi. O 1799-cu ildən başlayaraq çox güclü müharibələrə başlayır. Reyn boyunca ərazilərə hücum etməyə başlayır, Belçikanı pzünə birləşdirir, Hollandiyaya hücum edir, eyni zamanda Avstriya və Prussiyanın torpaqlarında işğalçılıq siyasətinə başlayır. Həmin dövrdə digər əsas məsələ isə Napoleonun digər dövlətlərlə müqavilələr bağlamasıdır. Fransa hələ nə İngiltərə nə də Rusiya ilə müharibə aparmaq fikrində deyildi. Onun fikri mərkəzi Avropada mövqelərini gücləndirməkdən ibarət idi. Ona görə də 1801-ci ildə İngiltərə ilə Amyen sülhünü imzalayır, Londonda. Bu sülhün şərtlərinə görə, Misiri (18 brümer çevrilişindən sonra Fransa Misirə yürüşlər etmişdi. Həmin dövrdə İngiltərə ilə qarşıdurma yaranır. Fransa gəmiləri orda qoyub Misir ərazisinə soxulduqları dövrdə, ingilislər arxadan gələrək Fransanın bütün gəmilərini məhv etmişdilər. Ona görə də Napoleon çox gizlin yollar ilə ölkəyə qayıdaraq, yeni qüvvələr toplayaraq mübarizəyə başlayır.) İşğal eyməyəcək, Misir yenə Osmanlıya qaytarılacaqdı, amma əvəzində İngiltərə ona Atlantik okeanda tutduğu bütün adaları, yəni keçmiş Fransa müstəmləkələrini özünə qaytaracaqdı. Fransa bunu imzalayır. Amma İngiltərə sonradan başa düşür ki, bu imzaladığı müqavilə İngiltərənin əleyhinədir və sırf Avropa əraziləri darmadağı olacaqdı. O bildirir ki, Fransanın Avropada apardıöl siyasət onun Hollandiyaya, İtaliyaya, İsveçə qarşı apardığı bütün məsələlərdə İngiltərə neytral qalmalı idi. Yəni Fransanın apardığı siyasətə qoşulmamalı idi. Amyen müqaviləsi Fransanın əl-qolunu açılmasına, Avropada geniş işğallar həyata keçirməsinə, Napoleonun sərbəst fəaliyyətinə çox böyük imkanlar yaradacaqdı. 1803-cü ildə İngilislər bunu başa düşür və Fransa ilə yenidən danışıqlara başlayırlar. Lakin təbii ki, Fransa bundan imtina edir, İngiltərə də öz səfirini Fransadan çağırır və onlar arasındakı münasibətlər ləğv edilir. Napoleonun işğalçılıq siyasəti hələ də davam edirdi.

Fransanın Rusiya ilə olan müqaviləsi 1807-ci il iyulun 8-də bağlanmışdı. Tilzit sülhü idi. Napoleon bu dəfə İngiltərəyə qarşı Rusiyanı dəstək götürmək istəyirdi. Napoleonun əsas məqsədi belə idi: o düşünürdü ki, Avropa dövlətlərini özündən asılı vəziyyətə saldıqdan sonra, İngiltərəni iqtisadi blokadaya salsın. Yəni o düşünürdü ki, avropa dövlətlərini öz əlinə alarsa, artıq həmin dövlətləriin İnngiltərə ilə iqtisadi münasibətlər qurmasına imkan verməyəcək. Bu da Fransanın əl- qolunun daha da geniş açılmasına imkan yaradacaqdı. Napoleon Tilzit müqaviləsindən əvvəl, 1804-cü ildə hakimiyyətə gəlib, özünü Fransanın imperatoru elan edir. Direktoriya nümayəndələrini hakimiyyətdən devirir. (Direktoriya 5 nəfərdən ibarət bir hakimiyyət idi. Koalisiyon bir hakimiyyət kimi dövləti idarə edirdi)



Fransada apardığı işğalçılıq siyasəti dövründə Napoleon Fransada Senatdan tələb edir ki, onun hakimiyyətə gəlməsini təsdiq etsinlər. Əlbətdə senat onu Fransanın imperatoru kimi adlandırır və beləliklə o Fransada özünün güclü bir diktaturasını quraraq çox rahat dövlətlər qarşı müharibələr həyata keçirtməyə başlayır. Rusiyadan tələb olunurdu ki, o İngiltərəyə qarşı müharibə aparmalı idi. Rusiya Fransanın Avropada işğal etdiyi bütün torpaqları Fransa torpaqları kimi qəbul etməli idi. Əvəzində isə Rusiya gələcəkdə Osmanlı imperiyası ilə müharibə aparanda Fransa Rusiyanı dəstəkləyəcəkdi. Rusiyaya Osmanlıdan müəyyən torpaqların verilməsinə razılaşacaqdı. Aleksandr ondan tələb etmişdi ki, o Prussiyadan, işğal etdiyi torpaqlardan çıxmalıdı. Tilzit sülhü I Aleksandrla bağlanıb. O öz ölkəsinə qayıdarkən yenə onun tərəfdarları bağlanan müqavilənin Napoleonun daha da geniş imkanlara malik olmasını bildirərək onun bağladığı müqavilənin əksinə çıxırlar. Buna baxmayaraq Napoleon artıq güclü bir diktatura yaratmışdı və heçbir güzəştə getmədən ancaq işğalçılıq siyasəti həyata keçirirdi. Onun dövründə ölkə daxilində sənaye inkişaf etməyə başlayırdı. Ölkəsi hərbi bürokratik monarxiya sistemi idi. Burda ailə, ticarət, cinayət qanunlarının məcəlləsi olan bir kodekst tətbiq etmişdi. Napoleon da hakimiyyətə gəldikdən sonra bunnan əvvəlki inqilab dövründə Fransada həyata keçirilən torpaqların satılması, yeni sahiblərinin olmasını, və onları sahibkar olduğunu təsdiq edir. Artıq 1806-cı ildə Roma imperiyası da demək olar ki süqut etmişdi, istər İspaniya, istər Avstriya-Prussiya torpaqlarının işğal edilmişdi

Fransa Tilzit müqavilədindəki öhdəliklərin heç birini yerinə yetirmədi. Hətta 1806-cı ildə I Aleksandr Türkiyə ilə müharibə apardığı dövrdə Napoleon Rusiyaya deyil daha çox Türkiyəyə kömək edir. Prussiyadan da çıxmaq fikrində deyildi. Beləliklə Rusiya ilə Fransa arasında münasibətlər kəskinləşdi. Napoleon Aleksandrın bacısı ilə evlənmişdi. Sonradan onla boşanaraq Avstriya imperatorunun qızı ilə evlənmişdi. Rusiya səfiri ilə danışıqda Aleksandrın ünvanına kəskin sözlər ifadə edirmiş. Ümumiyyətlə Napoleonun o dövrkü siyasətində saha çox kəskin, kobud və insanları təhqir etməyə çalışan biri imiş. 1812-13-cü illərdə Fransa ilə Rusiya arasında müharibə baş verir və Rusların qələbəsi ilə nəticələnir. Bu da Napoleonun nisbətən vəziyyətinin kəskiinnləşməsinə gətirib çıxarır. 1813-cü ildə Napoleon I Aleksandrla görüşərkən, Taleyranda orada idi.(Taleyran bu görüşdə üstü bağlı Aleksandra bildirir ki Rusiya Avropanı xilas etməlidir. Taleyran başa düşürdü ki Fransanın bu addımı çox uzun çəkə bilməz. Çünkü Almaniyanın öz torpaqları var, digər dövlətlərin torpaqları. Bunlar axır əvvəl birləşib, müharibə aparıb öz qisaslarını alacaqlar. Dövləri kontenental blokadada saxlaması dövlətləri də bezdirirdi. Ölkə inkişaf edə bilmirdi.) Napoleon Taleyrandan şübhələnir, onu vəzifəsindən azad etdirir. Şomon traktatı imzalanır. Bu traktata əsasən Avstriya, Prussiya, İngiltərə və Rusiya dövlətləri arasında birləşmə baş verir və onlar da şərtlər hazırlayıb Napoleona təklif edirlər ki, buna əsasən Napoleon işğal etdiyi torpaqlardan çıxmalı idi. Lakin o bunu qəbul etmədiyinə görə 1814-cü ildə artıq birləşmiş qoşunlar, avropa dövlətlərinin ,eləcə də Rusiyanın birləşmiş qoşunları Fransa üzərinə hücuma keçirlər və bu Fransanın məğlubiyyətinə gətirib çıxarır. Bütün bu mübarizələr sonda Vyana konqresi ilə nəticələnir. 1815-ci il iyulun 15-də Vyana konqresi keçirilir. Bu dövrə qədər Fransanın işğalçılıq siyasətinin yekunları burda öz əksini tapır. Napoleon sürgün edilir. Arada yenə Napoleon sürgündən qaçıb Fransaya gəlir lakin məğlub olaraq yenidən sürgün edilir. 1821-ci ildə də sürgündə olanda ölür. Sülh şərtləri: Fransa 1879-cu ilə qədər malik olduğu torpaqları saxlamaqla, inqilab dövründə, eləcə də Napoleonun işğal etdiyi torpaqlardan çıxmalı, müharibədə vurduğu ziyana görə təzminat ödəməli idi. İngiltərə Malta adasını, Hindistanda olan Seylon adasını, Afrikanın cənubunda Kap mülkünü öz əlinə keçirir. Fransanın zəifləməsindən istifadə edərək, eyni zamanda dənizlərdə mövcud olan müstəmləkələri öz əlinə alır. Rusiya Fransanın Prussiyanı işğal etdiyi dövrdə, eyni zaman da Polşanı da işğal etmişdi, həmin torpaqlar Varşava, Persopol da yenidən özünə qaytarılır. Almaniya da Fransanın gələcəkdə işğalçılıq siyasətini qarşısını almaq üçün Almaniyada 200ə qədər kiçik dövlətlər var idi ki, bu dövlətlər birləşərək yeni 39 dövlətdən ibarət Alman ittifaqı yaradırlar. Reyn boyu ərazilər də Prussiyaya qaytarılır. Avstriya isə İtaliyanın Fransa tərəfindən işğalından istifadə edərək burdan Venesiyanı, Lombardiyanı, Vestfaliya ərazisini özündə saxlayır. Bu da gələcəkdə Avstriyanın özünün zəifləməsinə gətirib çıxarır. Ən əsası isə Vyanan konqresində Müqəddəs İttifaqın yaradılması qərara alınır. Bonapartlar sülaləsinin heçvaxt hakimiyyətdə olmamağı üçün Müqəddəs İttifaq Fransanı nəzarətdə saxlasın. Fransada yenidən Burbonlar sülaləsi hakimiyyətə gətirilir. Fransa üzərinə 700 mln frank təzminatt qoyulur ki Fransa onu ödədikdən sonra Müqəddəs İttifaqa daxil olmağına icazə veriləcək.
Yüklə 24,85 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin