Fяxrяddиn mustafayev


Kombinasiya (kombinasion) dəyişkənliyi



Yüklə 136,1 Kb.
Pdf görüntüsü
səhifə168/207
tarix24.12.2023
ölçüsü136,1 Kb.
#192395
növüDərs
1   ...   164   165   166   167   168   169   170   171   ...   207
N 349

Kombinasiya (kombinasion) dəyişkənliyi
– çarpazlaşma zamanı sonrakı 
nəsillərdə yeni əlamət və xassələrin müşahidə olunduğu irsiyyət dəyişkənliyidir. 
Bu zaman valideyinlərə məxsus olmayan əlamətlər müşahidə olunmur, valideyin 
formalarının yalnız genlərinin kombinasiya və rekombinasiyası baş verir. 
Kombinasiya dəyişkənliyi
əsasında çoxlu heyvan cinsləri (Orlov at cinsi, 
Kostroma qaramal cinsi, zərif yunlu Altay qoyun cinsi, Avstraliya zebu cinsi və 
s.) yaradılmışdır. Bu üsulla yaradılan yeni zebu cinsləri isti iqlim şəraitinə
gənələrə qarşı davamlı, avropa qaramal cinslərinin süd məhsuldarlığı isə çox 
yüksək olur. 
Korrelyasiya (korrelyativ)
dəyişkənliyi zamanı irsiyyətin və ətraf mühit 
amillərinin təsiri altında orqanizm tam vahid varlıq kimi inkişaf etməklə hər 
hansı bir orqan və toxumanın dəyişilməsi digərlərinin quruluş və funksiyasının 
dəyişilməsinə səbəb olur. Dəyişkənliyin bu növünün baytarlıq təbabəti 
təcrübəsində olduqca böyük əhəmiyyəti vardır. Yüksək məhsuldar südlük və 
ətlik qaramal cinsləri arasında çox böyük korrelyativ uyğunsuzluq mövcuddur. 
Buna baxmayaraq toyuqlarda eymerioza (koksidioza) qarşı davamlılıq ilə 
onların bədən kütləsi arasında müsbət korrelyasiya uyğunluğu vardır. 
Modifikasiya (modifikasion)
– mühit şəraitinin təsirindən yaranan, genotipi 
dəyişməyən və təbiətdə olduqca geniş yayılan qeyri-irsi fenotipik dəyişkənlik 
növüdür. Dəyişkənliyin bu növü əsasən orqanizmin yaşadığı mühit şəraitində 
ətraf mühit amillərinin dəyişilməsi və təsiri nəticəsində baş verir. Eyni yumurtalı 
əkizlərin eyni genotipə malik olmasına baxmayaraq onlar müxtəlif şəraitdə 
yaşadıqda əlamətlərinə görə bir-birindən kəskin surətdə fərqlənirlər. Belə ki, 
erkək bal arılarının mayalı yumurtadan inkişaf etməsinə baxmayaraq sürfə 


170 
mərhələsində onların keyfiyyətindən asılı olaraq bəzən işçi, yaxud ana arılar 
peyda olur. Ana arıların südü ilə yemlənən dişi arılar isə ana arılara çevrilir. 
Heyvanlarda kəmiyyət göstəriciləri (süd, ət, diri kütlə, bala, yun, və s. 
məhsuldarlığı) mühit amillərinin təsirindən böyük dəyişikliyə uğramaqla 
modifikasiya dəyişkənliyi nəticəsində yaranır. Keyfiyyət əlamətləri (qan 
qrupları, rezus amili, zülal tipləri, rəng və s.) isə əsasən irsiyyətin nəzarəti 
altında saxlanılır. Mühit şəraiti heyvanlarda bəzən genetik fərdlərədə fenotipə 
zəmin yaradır. Bu zaman genotipi eyni olan yüksək və aşağı məhsuldar fərdlərdə 
məhsuldarlıq eyni olur. Bunu nəzərə alaraq əlverişsiz mühit şəraitində fenotipə 
görə seçmə və seleksiya işlərinin aparılması məqsədəuyğun hesab edilmir. 
Heyvan və quşların baytarlıq təbabəti tələblərinə uyğun bəslənməsi nəinki 
birinci, hətta sonrakı nəsillərdə də fərdlərin normal inkişafına və məhsuldarlığına 
olduqca neqativ təsir göstərir. Orqanizmlərin xarici və daxili quruluşunun 
daimiliyinin sabit saxlanması kariotipin, DNT-nin və onun sahələri sayılan 
genlərin ən başlıca xassəsi hesab edilir. Genetik materialın morfofunksionlal 
davamlılığı bütün irsi əlamətlərin gələcək nəsillərə verilməsini təmin edir və 
növün əlamətlərinin yüz illərlə davam etməsi üçün zəmin yaradır. Lakin bu 
sabitlik nisbi xarakter daşıyır, daxili və xarici amillərin təsirindən genetik
materialda mutasiya dəyişkənliyi baş verir.

Yüklə 136,1 Kb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin