183
Qametlər
Aa
F
1
Qara heteroziqot
(T.M.Turabov, 1997)
Kənd təsərrüfatı heyvanlarında mövcud olan bəzi əlamətlər (rəng,
buynuzun, qulağın olması, qan qrupları, zülalların biokimyəvi polimorfizmi və
s.) yalnız genotiplə idarə olunur və tənzimlənir. Bəzi təsərrüfat əhəmiyyətli
kəmiyyət-miqdar əlamətlərin (canlı kütlə, ət çıxarı, sağım, süddə yağ, kazein və
laktozanın faizi və s.) isə formalaşmasına və inkişafına xarici mühit amilləri,
yemlənmə və saxlanma şəraiti çox böyük təsir göstərir. Qeyri – rasional
yemləmə və bəsləmə şəraiti yüksək məhsuldar heyvanların məhsuldarlığını
azaldır, nəticədə sürüdə seleksiya olunan əlamətlərin fenotipik müxtəlifliyi və
fərqliliyi müşahidə olunur. Əlverişsiz mühit, xüsusilə pis yemləmə və saxlanma
şəraiti zamanı yüksək məhsuldar genotipli heyvanlar məhsuldarlıq əlamətlərini
gələcək nəslə ötürə bilmir, az məhsuldar fərdlər alınır, beləliklə də genotipik
disbalans yaranır. Göründüyü kimi, heyvanlar arasında mövcud olan genetik
fərqlər xarici mühitin təsirindən genotipcə pis və yaxşı olan fərdlərin
məhsuldarlığı proporsional xarakter alır. Buna görə də genotipcə daha yüksək
məhsuldar heyvanların seçilməsi, yalnız rasional və səmərəli yemləmə şəraitində
aparılmalıdır. Əks təqdirdə arzu olunan və gözlənilən müsbət nəticələrə nail
olmaq qeyri-mümkün və səmərəsiz olur. Fərdi inkişaf zamanı
Dostları ilə paylaş: