5.2. Populyasiyanın genetikası «Yerlərə baxıram baxçalı, bağlı, Göylərə baxıram qapısı bağlı, Kainat ixtiyar sirli, soraqlı, Əzəldən yaranmış tamaşa dünya.» (Səməd Vurğun) 5.2.1. Populyasiya («populus»-latınca əhali, xalq ) – hər hansı bir növə
mənsub olan və müəyyən coğrafi ərazi tutan, orada məskunlaşan orqanizmlər
qrupundan ibarət olub, onun ümumi xassələrinə törəmə, məhvolma, ərazi üzrə
yerləşmə, sıxlıq, çoxalma, inkişaf, yaş tərkibi və s. aiddir. N.V.Timofeyev –
Resovskiyə görə populyasiya –uzun müddət müəyyən ərazidə məskunlaşan,
çoxlu sayda nəsil verən, təkamül keçən, bir-biri ilə sərbəst çarpazlaşan, cütləşən
müəyyən növün fərdlərinin məcmusudur. Populyasiya – geniş mənada bioloji
növlərin müəyyən qrup fərdlərinin konkret arealda məskunlaşan yığımından
ibarətdir.
Genetik populyasiya isə eyni növə mənsub olan, konkret ərazidə
yaşayan, müəyyən ekoloji şəraitə uyğunlaşan, bir-biri ilə sərbəst çarpazlaşan
heyvan və bitki qrupudur. Populyasiyanın bu növü mühit amillərinin, irsiyyətin,
dəyişkənliyin və seçmənin təsiri əsasında formalaşır. Heyvandarlıqda popul-
yasiya mahiyyətcə müəyyən miqdara və areala malik olan eyni növə mənsub
heyvanların təşkil etdiyi qrupdan ibarətdir. Həmin heyvan qrupları genetik
quruluşu, eksteryeri, interyeri, fizioloji və biokimyəvi xüsusiyyətləri və
məhsuldarlıq keyfiyyətinə görə digər populyasiyaya mənsub olan qruplardan
tamamilə fərqlənir. Heyvandarlıqda populyasiya sürü, cins və s. formasında olur.
Ümumi formada populyasiya başqa qruplardan təcrid olunan, qapalı yaşayış
tərzi keçirən qruplardan ibarətdir. Başqa populyasiyaya mənsub olan heyvan
növlərinin mövcud populyasiyaya gətirilməsi və digərinə aparılması yolverilməz
hal sayılır. Buna görə də yalnız populyasiya daxilində mövcud olan erkək və dişi
fərdlərin seçmə yolu ilə çoxaldılması populyasiyanın davamlı saxlanmasının ən
başlıca şərti sayılır. Hər bir populyasiya özünə məxsus olan müəyyən genefondu
(allellərin məcmuu) ilə səciyyələnir. Populyasiya məvhumundan başqa