92
təsərrüfatının davamlı inkişafına çox güclü neqativ təsir göstərməsidir. Dünyada
ərzaq çatışmazlığının qarşısının alınmasında genetika elminin, o cümlədən
baytarlıq təbabəti genetikası və biotexnologiyanın olduqca böyük rolu vardır.
Bu baxımdan alimlər genetikanın nəzəri və praktiki məsələlərinə, genetika
mühəndisliyindən bitkilərin, heyvanların, mikroorqanizmlərin seleksiyasında,
heyvanların xəstəliklərinin müalicə və profilaktikasında səmərəli üsulların tətbiq
edilməsindən geniş istifadə olunmasına, biotexnologiyanın son nailiyyətlərinə geniş
yer verilməsinə önəmli yer verirlər. Ərzaq ehtiyatı problemlərinin davamlı və
dayanıqlı surətdə həll edilməsində kənd təsərrüfatı heyvanları və quşların
xəstəliklərinin qarşısının alınması üçün irsi xəstəliklərlə mübarizə aparılmasında,
ətraf mühitin mühafizəsində və ekoloji disbalansın aradan qaldırılmasında,
genetikanın və onun bir şaxəsi olan baytarlıq təbabəti genetikasının və
biotexnologiyanın müstəsna əhəmiyyəti vardır. Müasir genetika elmi sahəsində
fundamental kəşflərin edilməsi, yeni mütərəqqi üsullarla elmi tədqiqatların
aparılması heyvan, bitki və mikroorqanizmlərin seleksiyasında və ərzaq
çatışmazlığının qarşısının alınmasında ümdə rol oynayır. Məhz bu elmlərin dinamik
inkişafı sayəsində yeni yüksək məhsuldar buğda, arpa, vələmir, qarğıdalı,
günəbaxan, çuğundur, kartof, yonca, üzüm sortları yaradılmışdır. Bitkiçilikdə
totipotentlik hadisəsi istənilən somatik hüceyrənin bitkiyə başlanğıc verməsi,
mikroklonal çoxalma üsulu ilə fillokser xəstəliyinə çox davamlı üzüm sortunun
yaradılması, genlərin köçürülməsi yolu ilə
Dostları ilə paylaş: