Г. И. Али-заде, А. Р. Джалилова, Х. Х. Магеррамова, И. И. Алиев



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə6/7
tarix15.03.2017
ölçüsü0,77 Mb.
#11345
1   2   3   4   5   6   7

 

ƏDƏBĠYYAT 

 

1.



 

Л.Н.Смирнова. Эксперимент ATLAS 

Большого Адронного Коллайдера.  

  

 



Р.Т  Гулиева, А.О.Рустамова,  А.Ф. 

Мамедова , В.Б.Алиева 

 

Bзаимодействие элементарных частиц 

 

В  статье    прикоснулась  глубокой  и 



важной проблеме физики и одновременно 

природы  проблеме  элементарности

Так-


же  в  стате  осмотрено  столкновение  эле-

ментарных частиц. 

     

R.T.Guliyeva, A.O.Rustemova,  

A.F.Mammedova, V.B.Aliyeva 

 

Interactions   elementary particles 

 

The article touched a deep and important 



problem of physics and at the same time the 

nature of the problem is elementary. The ar-

ticle  also  examined  the  collision  of  elemen-

tary particles. 

 

Məqaləyə MAKA-nın əməkdaşı 

 f.-r..e.n. R.T. Quliyeva rəy vermişdir. 


Ekologiya və su təsərrüfatı  jurnalı, №4, sentyabr, 2016- cı il 

 

 



37 

UOT 616-036.22.16 

 

E.M.QULIYEVA, X.H.CƏFƏROVA, F.ġ.TAĞIYEVA,  

V.N.VƏKILOV, ġ.N.QURBANOVA 

 

Azərbaycan Tibb Universiteti, epidemiologiya kafedrası 

 

YOLUXUCU XƏSTƏLĠKLƏRĠN VƏ ONLARIN TÖRƏDĠCĠLƏRĠNĠN  



EKOLOJĠ UYĞUNLAġMASI 

 

Çoxsaylı  tədqiqatlar  sayəsində  müəyyən 



edilmişdir  ki,  yer  kürəsində  sivilizasiyanın 

məhv  olmasının  səbəbi    ekoloji  qlobal  fəla-

kətlər  (vulkanların  püskürməsi,  zəlzələlər, 

sunamilər  və  s.)  olmuşdur.  Müasir  şəraitdə 

ekologiyanın  dəyişilməsi  və  ekoloji  tarazlı-

ğın pozulması insanların sağlamlığına böyük 

təsir göstərir. Canlı varlıqlar, o cümlədən in-

san ətraf mühitin bir deyil, çoxlu sayda eko-

loji amillərinin  təsirinə məruz qalır.  Ekoloji 

tarazlığın  pozulmasının səbəbi   insanın özü-

nün fəaliyyəti ola bilər ki, bu da ətraf mühi-

tin  flora  və  faunasının  dəyişilməsinə  gətirib 

çıxarır. 

  Yoluxucu  xəstəliklərə  gəlincə,  onlar  

müəyyən ekoloji ərazilərə uyğunlaşmışlar və 

onların  sərhədlərinin  dəyişilməsi  infeksion 

nozoformaların artmasına və yayılmasına gə-

tirib  çıxarır.  Yoluxucu  xəstəliklərin  ekoloji 

uyğunlaşmasının öyrənilməsi  xəstələnmənin 

infeksionluğunun azaldılması və ləğv edilmə-

si  məqsədilə  müxtəlif  ölkələrdə  onların  ya-

yılması  səviyyəsini  aşkar  etməyə  və  onların 

həqiqi arealını müəyyən etməyə imkan verir. 

 Yer kürəsinin ərazilərində onların yayıl-

ması xüsusiyyətindən asılı olaraq,  hər yerdə 

yayılan  (ubikvitar)  və  endemik  (müəyyən 

ərazilərə  uyğunlaşmış)  yoluxucu  xəstəliklər 

ayırd edilir. Hər yerdə rast gələn zoonoz (tö-

rədicilərinin  rezervuarı    ev  heyvanları  olan) 

yoluxucu  xəstəliklərə  bruselyoz,  antroponoz 

infeksiyalardan  qarın  yatalağı,  şigelyozlar 

aiddir. 


Dünyada  ekoloji  cəhətdən  müəyyən  əra-

zilərə  uyğunlaşmış  çoxlu  sayda  yoluxucu 

xəstəliklər mövcuddur. Hazırkı tədqiqat işin-

də müxtəlif cinslərdən və növlərdən olan ağ-

caqanadların vasitəsilə transmissiv mexaniz-

mlə  ötürülən  ekoloji  uyğunlaşmış  yoluxucu 

xəstəliklər  nəzərdən keçirilmişdir.  

Ekoloji  uyğunlaşmış  yoluxucu  xəstəlik-

lərdən biri malyariyadır. Malyariya  ilə hər il  

250 mln. nəfər xəstələnir, o, əsasən yer kürə-

sinin 90 ölkəsində qeydə alınır, Afrikanın və 

Asiyanın  14  endemik  ölkəsində  daha  çox 

rast  gəlir.  Azərbaycanda  malyariya  üzərində 

qələbə  çalınmışdır,  lakin  respublikaya  Afri-

ka  ölkələrindən  gələn  vətəndaşlar  arasında 

1-2 hadisə qeydə alınır.  

Malyariyanın  arealının  sərhədləri  Ano-

pheles  ağcaqanadlarının  yayılması  arealı  və  

ağcaqanadın  orqanizmində  törədicinin  inki-

şaf  etməsi  üçün  lazım  olan  iqlim  şəraitinin 

sərhədləri ilə şərtlənmişdir. İnsanda malyari-

ya  xəstəliyinin  törədicilərinin  keçiricisi  olan 

ağcaqanadların 30 növü vardır. Ağcaqanadın 

bu və  ya digər növünün epidemioloji rolunu 

bir sıra amillər təyin  edir:  ağcaqanadın  nö-

vünün  malyariya  plazmodiumunun  növünə 

qarşı  həssaslığı,  insana  ağcaqanadların  hü-

cum  etməsi  tezliyi,  ağcaqanad  populyasiya-

sının  sayı,  havanın  optimal  temperaturunun 

müddəti, ağcaqanadların yoluxması dərəcəsi, 

ağcaqanadlarda  törədicilərin  inkişaf  sürəti, 

ağcaqanadların  yoluxduruculuq  dövrü,  dur-

ğun (anofelogen) su hövzələrinin olması. 

Anopheles ağcaqanadları malyariya xəs-

təliyinin  keçiricisi  olduqları  üçün  yer  kürə-

sində  malyariya  parazitlərinin  müxtəlif  növ-

lərinin  yayılması  eyni  deyildir.  Məlum  mal-

yariya  parazitlərinin  bütün  növlərindən  ən 

geniş  areal  Pl.vivax-a  (3-günlük  malyariya-

nın törədicisi) məxsusdur, o, bir çox ərazilər-

də aşkar edilmişdir. Tropik malyariyanın tö-

rədicisinin  (Pl.falciparum  -  Afrikada  üstün-

lük  təşkil  edən    növdür)  arealı  geniş  və  sıx 

məskunlaşmış  ərazilərdə  (ekvatorial  meşələr 

və rütubətli savannalar zonası) bütün il boyu 

rast  gəlir,  çünki  orada  ağcaqanadların  orqa-

nizmində  və  ətraf  mühitdə  onların  yumurta-

larının  inkişafı  üçün  əlverişli  temperatur  

mövcud olur.  

Sarı  qızdırma  -  təbii  ocaqlılığa  malik 

transmissiv virus xəstəliyi  olub  qərbi Afrika 



Ekologiya və su təsərrüfatı  jurnalı, №4, sentyabr, 2016- cı il 

 

 



38 

ölkələrində 

rast 

gəlir. 


İnfeksiyanın 

rezervuarı  və  mənbəyi    müxtəlif  növ 

heyvanlar    (meymunlar,  kisəlilər,  kirpilər, 

həmçinin gəmiricilər) hesab edilir.  Xəstəlik 

Aedes 

cinsinə 


aid 

Aedes 


aegypti, 

A.africanus  ağcaqanadları  ilə  ötürülür. 

Xəstəliyin  təbii  (cəngəlliklər)  və  şəhər 

(antropurgik) ocaqları ayırd edilir.  

 Ağcaqanadlar 

su 


hövzələrində, 

içərisində  su  olan  çənlərdə,  müvəqqəti  su 

rezervuarlarında artıb-çoxalırlar. Temperatur 

18

0



C-dən 

aşağı  olduqda,  ağcaqanadlar  

virusu 

ötürmək 


qabiliyyətini 

itirir.   

Yoluxmuş qanın zədələnmiş dəri örtüklərinə 

və selikli qişalara düşməsi zamanı isə təmas 

yoluxma yolu mümkündür.  

Zika  virusu  ilə  törədilən    endemik 

xəstəlik  Aedes  albapictus  cinsinə  aid 

ağcaqanadlarla  ötürülür.  Törədici  1947-ci 

ildə  Uqandada  makakalarda  (afrika  Zika 

virusu) 

aşkar 


edilmişdir. 

Hazırda  

Braziliyada,  Peruda,  Çilidə,  Vyetnamda, 

Qvineyada,    ABŞ-da  virusun  alovlanmaları 

qeydə  alınmışdır.    Xəstəlik  hamilə  qadınlar 

üçün  böyük  təhlükə  təşkil  edir,  çünki    virus 

uşaqlarda beynin zədələnməsini törədir.  

  Yapon (ağcaqanad) ensefaliti  -  Çində, 

Yaponiyada, 

Malaziyada, 

Hindistanda, 

Rusiyanın  Uzaq  Şərqində  yayılmış    virus 

endemik  xəstəliyidir.    Xəstəliyin  keçiricisi 

Culex  cinsindən  olan  Culex  pipiens,  Aedes 

cinsinə  aid  Aedes  togoi,  Aedes  japonicus 

ağcaqanadlarıdır.    Xəstəlik  mövsümiliklə 

səciyyələnir  ki,  bu  da  ağcaqanadların 

yumurta  qoyma  vaxtları  ilə  bağlıdır. 

İnsanların 

yoluxması 

ağcaqanadın 

tüpürcəyinin  sancdığı  yerə  düşməsi  zamanı 

baş verir.  Xəstəlik zamanı aparılan tədbirlər 

ağcaqanadlarla  mübarizəyə  və    endemik 

ocaqlarda 

əhalinin 

vaksinasiyana 

yönəldilmişdir. 

 Qərbi  Nil  qızdırması  (ördək  qızdırması) 

–  virus  etiologiyalı,  kəskin  zoonoz  təbii-

ocaqlı  xəstəlikdir, infeksiya mənbəyi  vəhşi 

və 


ev  quşları,  yarasalar,  gəmiricilər, 

ağcaqanadlar,  gənələrdir.    Xəstəlik  Culex 

cinsi  ağcaqanadları  vasitəsilə  ötürülür. 

Xəstəlik  Asiya,  Afrika,  Avropa  ölkələrində 

rast 

gəlir. 


Xəstəliyin 

alovlanmaları  

Azərbaycanda  da  müşahidə  olunmuşdur. 

Fransada  ördəkləri  ovlamaq  üçün    Rona 

çayının  vadisinə  gələn  şəhər  sakinləri 

xəstələnirlər.  



Kareliya qızdırması (Okelbo xəstəliyi) – 

Culex  cinsi  ağcaqanadları  ilə  ötürülən  virus 

xəstəliyidir. 

İnfeksiya  mənbəyinin  və 

rezervuarın  quşlar  olması  güman  edilir. 

Xəstəlik  Finlandiyada,  İsveçdə,  Norveçdə, 

Kareliyada qeydə alınır. 

 Denqe  qızdırması  -    Qəraib  dənizi, 

Mərkəzi  Amerika  və  Mərkəzi  Asiyanın 

cənub    ölkələri  üçün  endemik  virus 

xəstəliyidir.  İnfeksiya mənbəyi  meymunlar, 

yarasalar,  sincablardır.  Xəstəliyin  keçiricisi 

Aedes aegypti  ağcaqanadlarıdır. 

 Çikunqunye qızdırması -  virus xəstəliyi 

olub  Afrikada  Aedes  aegypti  və  Aedes 

albificans,  Hindistanda  və  Cənub-Şərqi 

Asiyada    Aedes  aegypti  ağcaqanadları  ilə 

ötürülür. 

Avropada 

(İtaliya, 

Fransa, 

Xorvatiya) 

xəstəliyin 

alovlanmaları 

müşahidə  olunmuşdur.      İnfeksiya  mənbəyi 

virusgəzdirən-meymunlar, 

yarasalar, 

gəmiricilər, vəhşi quşlardır.  



Tulyaremiya  –  zoonoz  transmissiv, 

endemik 


infeksiya 

olub 


bakteriyalar 

tərəfindən  törədilir.  Təbii  ocaqları  şimal 

yarımkürəsinin  mülayim  iqlim  qurşağında  

qeydə 


alınır.  İnfeksiya  mənbəyi  və 

rezervuarı  vəhşi  gəmiricilər  (marmotlar, 

quşlar,  itlər,  dovşanlar,  sünbülqıran,  qum 

siçanları,  tarla  siçanları  və  s.)  hesab  edilir. 

Xəstəlik çox vaxt  transmissiv yoluxma yolu 

(gənələr,  Culex    cinsi  ağcaqanadları,  birələr 

və s.) ilə ötürülür, lakin həm də təmas, qida, 

su  yoluxma  yolları  ilə  də  yayılır.  Ocaqların 

müxtəlif  tipləri  (meşə,  çöl,  çəmən-tarla, 

çaybasar-bataqlıq, çayların vadilərində və s.) 

ayırd  edilir.    Ocaqların  hər  bir  tipinin 

spesifik  heyvanları  və  qansoran  həşəratları 

vardır.    Çox  vaxt  xəstəlik    peşə  xarakteri 

daşıyır. 

 Filyariatoz  -  tropik,    transmissiv 

xəstəlikdir,  biohelmintozlara  aiddir.  Bu 

xəstəlik  həmçinin  «fil  xəstəliyi»  adlanır. 

Helmintoz  tropik  ölkələrdə  rast  gəlir.  Son 

sahibi  insanlar,  bəzən  meymunlar,  pişiklər, 

itlərdir. 

 

Ağcaqanadlar, 



mığmığalar, 

göyünlərlə  yayılır.    Helmintin  sürfələri 

həşəratların  orqanizmində  inkişaf  edir. 

Yetkin  və  inkişaf  etmiş  parazitlər  limfa 

damarlarında,  limfa  düyünlərində,  dərialtı 

toxumada,  göz  qapaqlarında  və  sklerasında, 



Ekologiya və su təsərrüfatı  jurnalı, №4, sentyabr, 2016- cı il 

 

 



39 

göz  almasında  yaşayırlar.  Aşağı  ətraflar, 

qadınlarda  –  süd  vəzisi  zədələnir.  İnsanlar 

Afrika,  Asiya  ölkələrinə  getdikdə  yoluxma 

riski  ilə  üzləşirlər.  Dünyada  120  mln.  nəfər 

bu xəstəlik ilə invaziyalaşmışdır.  

Ekoloji  cəhətdən  müəyyən  ərazilərə 

uyğunlaşmış 

yoluxucu 

xəstəliklərlə 

mübarizə 

tədbirləri 

ağcaqanadların  və 

onların  yumurta  qoyma  yerlərinin  məhv 

edilməsinə,  yaşayış  yerlərinin  onlardan 

qorunmasına  və  fərdi  müdafiə  vasitələrinin 

istifadə 

edilməsinə 

yödnəldilmişdir.  

Ağcaqanadlarla  mübarizə    fiziki,  kimyəvi, 

texniki 

(ultrasəs 

qurğuları), 

bioloji 


(qambuziya 

balıqları), 

mikrobioloji 

(biolarvisidlər), 

ekoloji 

(bataqlıqlaşmış 

ərazilərin  qurudulması,    su  hövzələrinin 

abadlaşdırılması),  xalq  təbabəti  vasitələrinin 

(bitkilərin 

işlədilməsi:  nanə,  pişikotu, 

evkalipt,  mixək,  cirə,  qoz  yarpaqları)  tətbiq 

edilməsi ilə həyata keçirilir. 

  Spesifik 

profilaktika 

(vaksinlər) 

olduqda  ocaqlarda  sarı  qızdırmaya,  yapon 

ensefalitinə, 

denqe 


qızdırmasına, 

tulyaremiyaya    qarşı  vaksinasiya  aparılır. 

Həmçinin    malyariya  zamanı  kimyəvi 

profilaktika 

 

(şəxsi, 


mövsümi 

və 


mövsümarası)  aparılır.  Beynəlxalq turizmin 

inkişaf  etməsi,  həmçinin  işçi  qüvvəsinin  və 

immiqrantların  miqrasiyası  həmin  ərazilər, 

ölkələr  üçün  səciyyəvi  olmayan    yoluxucu 

xəstəliklərin  gətirilməsinə  səbəb  ola  bilər. 

Asiyanın,  Amerikanın  bəzi  ölkələrində 

müvəqqəti  olan  və  ya    işləyən  insanlarla  

ekoloji  uyğunlaşmış  yoluxucu    xəstəliklərin 

onların 

ölkələrinə 

 

gətirilməsi 



də  

mümkündür.  

Qeyri-sağlam 

ölkələrə 

getdikdə 

yoluxucu  xəstəliklərlə 

yoluxma  riskini 

müəyyən  edən    başlıca  amillərə  aiddir:  

yoluxucu 

xəstəliklərin 

yayılması 

itntensivliyi 

və 

onların  törədicilərinin 



sirkulyasiyası, ölkəyə yeni gəlmiş insanların 

immuniteti,    miqrasiya  edən  əhalinin  

yoluxmadan 

müdafiəsinin 

effektivliyi, 

həmin  ərazilərdə  yoluxucu  xəstəliklərlə 

mübarizə sahəsində əldə edilən uğurlar. 

 Yoluxucu  xəstəliklərin  törədicilərinin 

xaricdən  gətirilməsinin  qarşısının  alınması 

Beynəlxalq  Tibbi-sanitar  qaydalar  və  ölkə 

ərazisinin  sanitar  mühafizəsi  qaydalarına 

riayət edilməsinə əsaslanmışdır. 

 Müxtəlif  qitələrdə  dövr  edən  yoluxucu 

xəstəliklərin 

törədicilərinin 

müxtəlif 

növlərinin 

və 


ştamlarının 

eynicinsli 

olmaması 

təkamül 


prosesində 

digər 


variantların 

sirkulyasiyası 

formalaşmış 

ərazilərdə törədicilərin ekzotik variantlarının  

gətirilməsinin  epidemioloji  təhlükəliliyi  ilə 

şərtlənmişdir.  Yerli  ştamlara  qarşı  əhalinin 

kollektiv 

immuniteti 

ölkəyə 

gətirilən 



törədicilərin  ekzotik  variantlarına  qarşı  

müdafiə  kimi  xidmət  edə  bilər.  Ənənəvi 

kimyəvi 

terapevtik 

preparatlara 

qarşı 


davamlı olan törədicilərin ştamlarının ölkəyə 

gətirilməsi  isə  daha  böyük    epidemioloji 

təhlükə təşkil edir. 

Beləliklə,  endemik  xəstəliklər,  onların 

törədicilərinin  bioloji  xüsusiyyətləri  təbii-

coğrafi  və  sosial-gigiyenik  amillərlə  təyin 

edilir  ki,  bu  da  müəyyən  ərazilərdə 

xəstəliklərin 

ekoloji 

uyğunlaşmasını 

şərtləndirir.  Yoluxucu  xəstəliklərin  ekoloji 

uyğunlaşması 

dünyanın 

hər 


hansı 

regionundan  onların  gətirilməsi  ehtimalının  

proqnozlaşdırılmasının, 

profilaktika 

və 

epidemioloji  nəzarət    tədbirlərinin  işlənib 



hazırlanmasının əsasını təşkil edə bilər.  

 

Ədəbiyyat 

 

1.

 



Акимова Т.А., Хаскин В.В. Экология

1999. 


2.

 

Акимова  Т.А.,  Кузьмин  А.В.,  Хаскин 



В.В. Экология. М., 2009. 

3.

 



Новиков Ю.В. Экология, окружающая 

среда и человек. 2009, 2013. 

4.

 

Покровский  с  соавт.  Инфекционные 



болезни и эпидемиология. М., 2004.  

5.

 



Шилов И.А. Экология, 2003. 

 

 



Э.М.Кулиева, Х.Г.Джафарова, 

Ф.Ш.Тагиева, В.Н.Векилов, 

Ш.Н.Гурбанова 

 

Азербайджанский Медицинский  

Университет,  

 

ЭКОЛОГИЧЕСКАЯ  ПРИУРОЧЕН-

НОСТЬ ИНФЕКЦИОННЫХ БОЛЕЗ-

НЕЙ И ИХ ВОЗБУДИТЕЛЕЙ 

 

РЕЗЮМЕ 

Ekologiya və su təsərrüfatı  jurnalı, №4, sentyabr, 2016- cı il 

 

 



40 

 

  



Изучение  экологически  приурочен-

ных  инфекционных  болезней  позволяет  

выявить  степень  их  распространения  в 

разных  странах  и  уточнить  их  истинный  

ареал    с  целью  снижения  инфекционной 

заболеваемости  и  ее  ликвидации.  Эколо-

гическая  приуроченность  инфекционных 

болезней    может  служить  основой  для 

прогнозирования  возможности их завоза  

из  каждого  региона    мира  и  разработка 

мер профилактики и эпидемиологическо-

го надзора. 

 

Məqaləyə ATU-nun “Epidemiologiya” kafedrasının professor M.Z. Niftullayev rəy vermişdir. 

  

UOT 553.2 



V.Ə. MƏMMƏDOV 

 

Bakı Dövlət Universiteti, vaqif mamedov 49@mail.ru 

 

EROZĠYA PROSESĠNĠN KALĠUMUN EHTĠYAT FORMALARINA TƏSĠRĠ 

 

 

Məqalədə  Böyük  Qafqazın  (Azərbaycan 



Respublikası  timsalında)  müxtəlif  dərəcədə 

eroziyaya  məruz  qalmış  çimli  dağ-çəmən, 

qonur  dağ-meşə,  qəhvəyi  dağ-meşə  və  boz-

qəhvəyi  (şabalıdı)  torpaqlarında  kaliumun 

ehtiyat  formalarının    müqayisəli  təhlilindən  

bəhs olunur.  

 

Açar  sözlər:  eroziya  ümumi  (Üe),  yaxın 



(Ye);    bilavasitə  (Be),  potensial    (Pe) 

ehtiyatlar,  çimli  dağ  çəmən,  qonur  dağ-

meşə,  qəhvəyi  dağ-meşə,  boz  qəhvəyi 

(şabalıdı) torpaqlar. 

 

Müasir  şəraitdə  əhalinin    ərzaq  



məhsullarına    artan  tələbatı,    təbii  ehtiyat 

mənbələrinin    düzgün  qiymətləndirilməsini  

və  onlardan  səmərəli  istifadə  olunmasını 

tələb  edir.  Bu  baxımdan  müxtəlif  dərəcədə 

eroziyaya  uğramış  torpaqlarda  mineral  qida 

elementlərinin  o  cümlədən  kaliumun  ehtiyat 

formalarının  müəyyən  olunması  və  onların 

kompleks təhlili böyük maraq doğurur.  

 

Eroziya  mürəkkəb  dinamik  proses  olub, 



onun  inkişafı  nəticəsində  torpaqların  üst 

münbit 


qatından 

müxtəlif 

ölçülü 

hissəciklərlə  birlikdə  tərkibi  makro  və 



mikroelementlərlə  zəngin  olan  çox  saylı 

ilkin,  habelə  törəmə  (gil),  minerallarda 

yuyulub aparılır. Bu da torpaqların su-fiziki, 

fiziki-kimyəvi 

xassələri 

ilə 


yanaşı 

morfogenetik  göstəricilərinə  də  mənfi  təsir 

göstərərək,  münbitlik  rejimini    pisləşdirir, 

nəticədə neçə min hektarlarla torpaq sahələri 

yararsız vəziyyətə düşür.  

Tədqiqatın  obyekti  və  metodikası. 

Böyük 


Qafqazın 

müxtəlif 

bioiqlim 

zonalarında,  ayrı-ayrı  torpaqəmələgətirən 

süxurlar  üzərində  formalaşmış  çimli  dağ-

çəmən,  qonur  dağ-meşə,  qəhvəyi  dağ-meşə 

və  şabalıdı  (boz-qəhvəyi)  torpaqlar  tədqiqat 

obyektini  təşkil  edir.  Kəsimlər    eroziyaya 

uğrama 

dərəcələri 



nəzərə 

alınmaqla 

qoyulmuşdur.  

Bu  torpaqlarda  kaliumun    ehtiyat 

formaları  N.İ.  Qorbunov    [2]  üsulu    ilə 

öyrənilmişdir. Elementin nisbi  ehiyatları isə  

mq/100  q-la  ifadə  edilir.  Burada  ümumi 

ehtiyat  (Üe), hər hansı elementin torpaqdakı 

müxtəlif  formalarının  cəmindən  ibarət  olub, 

bilavasitə ehtiyat (Be) aqrokimyəvi  titirlərlə  

(istənilən  torpaq  tipi  üçün  qəbul  olunmuş) 

təyin  edilir.  Yaxın  (Ye)  və  potensial  (Pe) 

ehtiyatlar  isə  torpaq,    onun  lil  fraksiyasının  

ümumi 


kimyəvi 

analizlərinə 

istinad 

edilməklə müəyyən olunmuşdur. 



Təhlil  və  müzakirə.  Son  illər,  bir  sıra 

ölkələrdə 

kalium, 

fosfor 


və 

digər 


elementlərin 

ehtiyat 


formalarının  

öyrənilməsinə 

aid 

xeyli 


material 

toplanmışdır. [3, 5, 8, 9 və s.]. Azərbaycanda  

isə bəzi [1, 4, 7 və s.] istisnalar olmaqla, bu 

sahədə  aparılan  tədqiqatların  arealı  çox  da 

geniş deyil. 

 

Bu  baxımdan  bitkilərin  qida  elementləri 



ilə  təmin  olunması  haqda  tam  və  daha 

düzgün    təsəvvür  yaratmaq  üçün,  onların 

torpaqdakı 

müxtəlif 

formalarının 

mütəhərriklik  dərəcəsinin    nəzərə  alınması 



Ekologiya və su təsərrüfatı  jurnalı, №4, sentyabr, 2016- cı il 

 

 



41 

çox  vacib  hesab  olunur.  Belə  ki,    kimyəvi 

elementlərin mənimsənilməsi xeyli dərəcədə 

torpağı    təşkil  edən  mineralların  tərkibi, 

dispersliyi  və  kristallokimyəvi  quruluşunun 

xüsusiyyətlərindən 

də 

asılıdır.  Yüksək 



dispersləşmiş,    xüsusilə  təbəqəli  kristal 

qəfəsə    malik  olan  gil  (smektit,  vermikulit, 

hidromika,  xlorit  və  s.)  minerallarında  qida  

elementləri 

daha 

mütəhərrik 



olmaqla, 

bitkilər 

tərəfindən 

asan 


mənimsənilir.

 

Mineralların  struktur    analizi    və 



torpaqdaxili  çevrilmə  xüsusiyyətləri,  törəmə 

gil  mineralları  assosiasiyalarının    torpaqda  

formalaşması,  onların  aşınma  məhsulları, 

bitkilərin  kaliumlu  qida  mənbələri  haqqında 

fikir  söyləməyə  imkan  verir    [9].  K

2

O  çox 



saylı  (120-dən  artıq)  mineralların    kristal 

qəfəsinə  daxil  olub,  dağ  süxurları  və 

torpaqda  onun  başlıca    mənbəyi  silikat, 

alümosilikat  mineralları  hesab  olunur. 

Kaliumun  ümumi  və  potensial  ehtiyat 

formaları    torpaq  və  torpaqəmələgətirən  

süxurların    litoloji-petroqrafiq  tərkibini  əks 

etdirdiyi  halda,    yaxın  və  bilavasitə 

ehtiyatları  isə  müəyyən    dərəcədə  gil 

minerallarının 

 

tərkibi, 



 

struktur 

xüsusiyyətləri  və  disperslik  səviyyəsi  ilə 

müəyyən  olunur.  Gil  mineralları  həmçinin  

mübadilə  olunan,  bəzən  isə  mübadilə 

olunmayan  kationlara da malik olurlar.  

 

Onu da nəzərə  almaq lazımdır ki, tədqiq 



edilən  torpaqların mineral  tərkibi [6] əsasən 

oxşar  olub,  iri  dispers  hissə  bir  yarım 

oksidlərin  qeyri-silikat  (hematit,  limonit, 

maqnetit,  ilmenit  qrupu)  və  çətin  təyin 

olunan  aşınmış  minerallarında  yaxından 

iştirakı  ilə  kvarslı-çöl  şpatlı  və  çöl  şpatlı-

kvarslı  olub,  yüksək  dispers  fazanı  təşkil 

edən minerallar  isə  2:1  (hidromika, smektit 

və  qarışıq  laylı  mika-smektit),  2:1:1  (xlorit) 

və  1:1  (kaolinit)  tipli  kristal  qəfəsə 

malikdirlər.  Çil  mineralları  əsasən  süxur 

mənşəli  olub,  profil  boyu  qeyri-bərabər 

paylanmışdır.  Eroziya  prosesinin  inkişafı 

torpaqlarda  qida  və  kül  elementlərinin  təbii 

ehtiyat  mənbəyi  olan  ilkin  (çöl  şpatı, 

mikalar, amfiobollar, piroksenlər və s) və gil 

minerallarından    isə  smektit,  vermikulit  və 

bəzən  isə  sərt  kristal  quruluşa  malik  olan 

mineralların  (hidromika,  xlotir)  miqdarı 

azalır,    kaolinitin    isə  əksinə  çoxalması  ilə 

müşayiət olunur. 

 

Analiz 



materiallarının 

təhlilindən 

(cədvəl)  məlum  olur  ki,  kaliumun  ümumi 

ehtiyat    forması  əsasən  qəhvəyi  dağ-meşə 

torpağının  üst  2-15  sm  (2500  mq/100  q) 

horizontunda üstünlük təşkil edir. Onun əsas 

hissəsi  gil  minerallarının  oktaedirlərindəki 

kationlardan  və  ilkin  minerallardan  ibarət 

olan 

potensial 



ehtiyat 

formasında 

toplanmışdır. 

Bu 


ehtiyat 

qrupu 


torpaqəmələgətirən 

süxurların  bir  sıra 

xüsusiyyətləri  ilə  sıx  bağlı  olub,    torpaq 

profilində    iri  dispers  hissənin  paylanmasını 

təkrar  edir.  Qəhvəyi    dağ-meşə  torpağında 

potensial    ehtiyatı  formasının    C  (1718,  2 

mq/100  q)  horizontu  istisna  olmaqla  profil  

boyu azalması, intensiv gilləşmə  prosesi  ilə  

izah oluna bilər.  

 

Yaxın  ehtiyat  qrupunda  toplanmış  



kaliumun  isə    torpaqların  A  və  əsasən  də  B 

horizontlarında yüksək miqdarı nəzərə çarpır 

ki,  bu  da  qəhvəyi  dağ-meşə  torpağı  üçün 

daha  xarakterik  olub,  (1059,4;  1261,1 

mq/100q), onun  yüksək   dispers fazasındakı 

mineralların (əsasən hidromika qrupu və çox 

xırdalanmış  mika  qırıntıları)  miqdarından 

asılıdır.  Belə  ki,  ilkin  mika  qırıntıları, 

hidromika  ilə  müqayisədə  daha  davamlı 

qrupa  aid  olunur.  Bu  torpaqların  lil 

fraksiyasında eroziyaya  uğramış. 

Cədvəl 

Müxtəlif dərəcədə eroziyaya uğramış torpaqlarda kaliumun ehtiyat formaları üzrə paylanması 


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin