ƏCNƏBİ TƏLƏBƏLƏRİN TƏLİM MOTİVASİYASI, ADAPTASİYASI VƏ AZƏRBAYCAN
DİLİNİ MƏNİMSƏMƏSİ METODLARININ TƏSVİRİ
VƏ EKSPERİMENTAL-PSİXOLOJİ TƏHLİLİ
Cəbrayılova Rahilə Qaçay qızı
BDU Psixologiya kafedrasının doktorantı,
AzDİU-nun “Nəşriyyat” şöbəsinin korrektoru, cabrailovarh@mail.ru
Əcnəbi tələbələrin təlim motivasiyası, yeni sosial-mədəni mühitə adaptasiyası və Аzərbaycan dilini mənimsəməsi test, anket-sorğu və s. psixolinqvistik metodlarla öyrənilir.
Testləşmə fərdi təhlil etməyə imkan verən obyektiv metod kimi XIX əsrin sonları və XX əsrin əvvəllərində əsasən Qərbdə yaranmış və sonra bütün dünyaya yayılmışdır.
“Test” anlayışı bu və ya digər prosesin və şəxsiyyətin xassələrinin inkişaf səviyyəsini obyektiv şəkildə öyrənmək üçün tətbiq edilən standart tapşırıq sistemi kimi ilk dəfə məşhur ingilis psixoloqu Frensis Qalton tərəfindən irəli sürülmüşdür.
Test metodunun sadə sensomotor keyfiyyətləri və hafizənin ölçülməsindən “əqil”, “intellekt” terminləri ilə ifadə olunan ali psixi funksiyaların ölçülməsinə də keçməsi testləşdirmənin inkişafında yeni mərhələ oldu. Məşhur fransız psixoloqu Alfred Bine 1905-ci ildə T.Simonla birlikdə uşaqların əqli inkiqaf səviyyəsini öyrənmək üçün testlər sistemini hazırlamışdır. Bu sistem 30 tapşırıq və ya testdən ibarət “Bine-Simon şkalası (cədvəli)” adı ilə məşhurdur. Testlər geniş funksiya diapazonunu həyata keçirməyi nəzərdə tutmuş və burada intellektin qiymətləndirilməsinin əsas komponentləi kimi mühakimə, anlama qabiliyyətlərinə xüsusi yer verilmişdir.
1908-ci ildə şkalada testlərin sayı artırılmış, bir neçə yararsız testlər çıxarılmışdır. Eyni zamanda mövcud testlər yaş səviyyəsinə uyğun qruplaşdırılmışdır.
Bine və Simonun testlərinin ardınca Bine testlərinin müxtəlif variantları işlənmişdir. ABŞ psixoloqu L.Termenin Stanford Universitetində hazırladığı test variantı “Stanford-Bine şkalası” adlandırılmışdır. L.Termen testin tətbiqi nəticələrinin şərhi üçün ilk dəfə olaraq V.Şternin irəli sürdüyü “Əqli koeffisient” intellectualquotient anlayışından istifadə etmişdir.
Dünya miqyasında daha çox yayılmış psixodiaqnostik metod olan testləşmə sahəsində Termenin tutduğu mövqe geniş əhatyə malik olmuş və bu günə qədər öz həlledici yerini itirməmişdir.
XX əsrin 20-ci illərində testləşmə bütün dünyada geniş yayılmışdır. Ümumiyyətlə götürüldükdə psixodiaqnostika məqsədi ilə tətbiq oluan testlər əqlin (intellektin) və şəxsiyyətin öyrənilmsinə yönəldilmişdir. Bununla yanaşı olaraq, yuxarıda qeyd olunduğu kimi, psixodiaqnostika məqsədi ilə dünya psixoloqları proyektiv metodlardan, sorğu və anketlərdən də geniş istifadə etmişlər.
Əcnəbi tələbələrin təlim motivasiyası, adaptasiyası Azərbaycan dilinin öyrənilməsi probleminin eksperimental-psixoloji xüsusiyyətlərini və psixodiaqnostikasını öyrənmək üçün aşağıdakı anket, sorğu və s. metodlardan istifadə edilir:
Təlim fəaliyyətinin motivasiyası metodikası;
Terminal dəyərlər sorğusu metodikası.
Həyat mənası yönümü testi.
Liri testi.
C.Holland testi.
C.Kettel testi metodikası.
Bine və Simon testi.
R.Amtxauerin intellektual struktur testi.
A.V.Şutsun FİRO-B sorğusu (şəxsiyyətlərarası münasibətlər sorğusu).
Əcnəbi tələbələrin intellektual inkişaf səviyyəsinin adaptasiya prosesinə təsiri səviyyəsini tədqiq etmək üçün aşağıdakı metodlardan istifadə edilir:
Yaş çətinlikləri testi (Ravenin metodu).
K.Rocers və R.Daymondun metodları.
Sosiometrik sorğular.
Mənimsəmənin təhlili.
Psixologiya elmlər doktoru N.F.Maslovun redaktorluğu ilə çapdan çıxmış “Təlim fəaliyyətinin motivasiyası” metodikasının məqsədi anket-sorğu vasitəsilə təlim fəaliyyətinin motivlərini aşkara çıxarmaqdır. Bu metod tədqiq olunan predmet haqqında kifayət qədər informasiya toplamağa imkan verir.
12 maddəlik anket-sorğu vasitəsilə tələbələrin arzu və istəklərini öyrənmək mümkündür. Bu metodikanın köməyilə keyfiyyətli təhlil həyata keçirilir ki, bunun da əsas meyarı aşağıdakılardır:
1. Motivlərin zənginliyi və müxtəlifliyi.
2. Qrupa, cəmiyyətə uyğunlaşmanı açıb göstərən motivlərin sosial dəyərləri.
3. Motivasiyanın strukturunda idraki maraqların iştirakı.
Terminal dəyərlər sorğusu metodikası tələbələrin terminal dəyər yönümünü, o cümlədən təlim prosesini müəyyən etməyə imkan verir.
ABŞ-da və dünyanın qabaqcıl ölkələrində bu cür tədqiqatlar ictimai həyatın ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Şəxsiyyətin yönümünün müxtəlif aspektlərinin diaqnostikası üçün məşhur slovak psixoloqu T.Taroçkovun “Həyati məqsədlər” ABŞ-lı müəlliflər D.Süper və D.Nevilin “Dəyərlər şkalası” testlərinin M.Rokiçin “İnsan dəyərlərinin öyrənilməsi” metodikasının, Oliort Veron-Lindseyin sorğuları xüsusi əhəmiyyət kəsb edir. Bu metodlarla aşağıdakı dəyər yönümlərini aşkar etmək olar: 1. Öz nüfuzu. 2. Kreativliyi. 3. Fəal sosial əlaqəsi. 4. Özünün inkişafı. 5. Uğurları. 6 Mənəvi tələbatları. 7. Öz fərdiliyini qoruyub saxlaması.
Sorğu ilə insan üçün əhəmiyyət kəsb edən müxtəlif həyat sahələrinə aid məlumatlar əldə etmək olar. Bizi isə dahv çox əcnəbi tələbələrin təlim və təhsil, dil öyrənmə prosesi maraqlandırır.
Liri testi metodikası 1954-cü ildə T.Liri tərəfindən kiçik qruplarda qarşılıqlı münasibətləri öyrənmək üçün işlənmişdir.
Azərbaycan Dövlət İqtisad Universitetində Azərbaycan dilini öyrərən əcnəbi tələbələrin əsas psixoloji xüsusiyyətlərini aşkar etmək və alınan nəticələri ümumiləşdirmək üçün 20 tələbənin iştirakı ilə psixoloji eksperiment aparılır.
Eksperiment zamanı aşağıdakı vəzifələr yerinə yetirilir:
tədqiq olunan tələbə qruplarının fəaliyyət və kommunikativ inkişaf səviyyəsini üzə çıxarmaq;
əcnəbi tələbələrin şəxsiyyətinin ümumi yönümünü müəyyən etmək;
onların emosional yönüm səviyyəsini aşkarlamaq.
Bu zaman ümumi emosional yönüm tipli testdən və V.M.Rusalovun sorğusundan, C.Hollandın testindən istifadə edilməli, ciddi və səmimi cavablar alınmasına nail olunmalıdır.
Bütün cavabların nəticələrinin işlənməsi zamanı onları aşağıdakı meyarlar üzrə qruplaşdırmaq lazımdır:
alturist emosiyalar (A);
kommunikativ emosiyalar. Bu emosiyalar əcnəbi tələbələrin digər insanlarla və tələbə dostları ilə qarşılıqlı anlaşmaları zamanı ünsiyyətdən aldığı həzzə uyğun gəlir;
praktik emosiyalar təlim prosesində uğurdan həzz almağa uyğun gəlir;
qnostik emosiyalar əcnəbi tələbələrin yenini dərk etməsi və bu prosesdən həzz almasına uyğun gəlir;
estetik emosiyalar əcnəbi tələbənin gözəllik hissindən, təbiət gözəlliyindən, musiqidən, şeirdən həzz almasına uyğun olur;
romantik emosiyalar əcnəbi tələbələrin gerçəkliyi ideallaşdırmağa meylini müəyyən edir;
hedonik meyillər əcnəbi tələbənin mənəvi-ruhi və cismani rahatlığı ilə bağlı həzzlə əlaqədardır.
Dostları ilə paylaş: |