Gənc tədqiqatçıların respublika elmi-praktik konfransının materialları


ŞƏXSİYYƏTİN HÜQUQİ İDENTİKLİYİNİN PSİXOLOJİ SƏCİYYƏSİ



Yüklə 300,9 Kb.
səhifə26/60
tarix29.03.2022
ölçüsü300,9 Kb.
#54372
1   ...   22   23   24   25   26   27   28   29   ...   60
Az rbaycan respublikasinin t HS l naziRL Y baki d VL t universi

ŞƏXSİYYƏTİN HÜQUQİ İDENTİKLİYİNİN PSİXOLOJİ SƏCİYYƏSİ

Dos. A.F.Səməndərova
Şəxsiyyətin hüquqi identikliyi sosial identikliyin tərkib hissələrindən biridir. Hüquqi identiklik hüquqi sosiallaşmanın mühüm psixoloji mexanizmi olub, fərdin qrupa daxil olarkən sosial-hüquqi rolları qəbul etməsində, qrupa mənsubluğunun dərkində, müəyyən hüquqi norma və dəyərlərin, hüquqi davranış nümunələrinin mənimsənilməsində təzahür edir. Bu insanın özünü artıq bərqərar olmuş emosio­nal­ əlaqələr və üstünlüklər əsasında müəyyən qrup insan­lar­la fikrən birləş­dirməsi, hə­­­­min qrup üzvlərinin əsaslandığı müəyyən hüquqi davranış nü­mu­nə­lə­rinin və sosial-hüquqi təsəvvürlərin mənimsənilməsi prosesidir.

Şəxsiyyətin hüquqi identiklyi probleminə həsr edilmiş müasir tədqiqatlarda demək olar ki, onun psixoloji strukturuna toxunulmur. Halbuki, insanların hüquqi təsəvvürlərinin xüsusiy­yətləri bütövlükdə dövlətin hüquqi sisteminin yetkinliyinin və sabitliyinin, vətəndaşların hüquq mədəniyyətinin göstəricisi kimi çıxış edir. Bu da vətəndaşların hüquq və azadlıqlarının reallaş­ma­sına təsir göstərir. Hüquqi identiklik vətəndaşın hüquq normalarını, hüquqi və hüquqazidd davranışın xüsusiyyətlərini bilməsini, eləcə də bu normalara gündəlik davra­nı­şın­da riayət et­məsini nəzərdə tutur [2, s. 52-56].

Hüquqi identikliyin struktur komponentlərinin əsasında vətəndaşlığın və so­sial mən­subiyyətin komponentlərinin formalaşması və inkişafı həyata keçirilir.

Hüquqi identikliyin strukturunda 3 əsas komponenti fərqləndirirlər:

1. Koqnitiv komponent- hüquq və hüquqi davranışı haqqında təsəvvürlər və biliklər (şəxsiyyətin vətəndaş hüquqları, borcu, vəzifəsi haqqında, ədalət və ədalət­siz­lik haqqnda, xeyir, şər, qanun, dəyərlər və s. haqqında təsəvvürləri).

2. Emosional komponent- şəxsiyyətin hüquqi və ya hüquqazidd davranışa, hüquq pozuntularına vəs. pozitiv vəya neqativ münasibətini ifadə edir.

3. Davranış komponenti-şəxsiyyətin hüquqi yaxud hüquqazidd kateqoriyaya şamil edilə biləcək gündəlik həyatdakı davranışı.

Şəxsiyyətin hüquqi identikliyinin bu stuktur komponentləri əsasında onun aşağıdakı 3 əsas funksiyalarını fərqləndirirlər:

1. İdraki funksiya – Hüquqi identikliyin dərketmə funksiyası hüququn və hüquqi gerçəkliyin müxtəlif formalarda mənimsənilməsindən ibarətdir. Bu fun­k­si­ya hüququn sub­yek­tinə öz tələbatlarını aşkar etmək, öz maraqlarını müəyyən­ləş­dirmək, başqasının maraq­ları vasitəsilə maraqlara öz münasibətini for­ma­­laş­dır­mağa kömək edir.

2. Qiymətləndirmə funksiyası- bu funksiya şəxsiyyətin hüquqi təcrübəyə və hüquq normalarına qarşı münasibətini əks etdirir. Qiymətlədirmə - qiymətləndirməni aparan subyektin məq­­sədlərindən, maraqlarından, mövqeyindən, malik olduğu hüquqi biliklərin də­rin­­liyindən və dolğunluğundan asılıdır. Eyni zamanda, hüquqi vəya hüquqazidd dav­­ranış, hüquqa münasibət və onun qiy­mətləndirilməsi subyektin hüquqi biliklə­ri­nin keyfiyyətini və həcmini şərt­lən­dirir.

3. Hüquqi identikliyin tənzimləyici funksiyası-bu funksiya özünə hüquq nor­maları haq­qında informasiyanın yenidən işlənərək fəaliyyət proqramına örtürül­məsini, bu biliklərin konkret əməllərdə təzahür etməsini daxil edir. Hüquqi iden­tiklik vasitəsilə yalnız insanın dav­ra­nışı deyil, həm də onun hüquqi sahədə mü­na­si­bət­ləri, tələbatların, mövqeyi də tən­zim­lənir. Tən­zimləyici funksiya hüquqi yö­nə­lişlər əsasında həyata keçir [1, s.14].

Hüquqi şüurun nəzərdən keçirdiyimiz bütün funksiyaları bir-birilə əlaqəlidir.

Şəxsiyyətin hüquqi identikliyindən yalnız o halda danışmaq olar ki, o, öz hüquq və azad­lıq­ları haqqında kifayət qədər biliklərə malikdir, onlara müəyyən emosional münasibət bildiri və fəal olaraq bunları öz gündəlik davranışında həyata keçirir. Çünki yalnız bu halda o bir tərəfdən “özümünkü” adlandıra biləcyimiz, özümüzü aid etdiyimiz müəyyən oxşar davranışa, emosiya və biliklərər malik olan insanlar qrupunu, digər tərəfdən isə fərqli təsəvvür və hisslərə malik olan “yadlar” qrupunu müəyyən etməyə imkan verir.

Göründüyü kimi, hüquqi identikliyin yuxarıda nəzərdən keçirdiyimiz hər 3 komponenti insanın konkret qrupla identifikasiyası üçün vacibdir. Beləki, hansısa komponentin üst-üstə düşməməsi halında insan özünü həmin qrupla identifikasiya etmir və özünə daha çox uyğun olan qrupu axtarmağa çalışır.

Ədəbiyyat
1. Исаева Н.В. Правовая идентичность (теоретико-правовое исследование). Ав­то­реф. Дис.. докт. юрид. наук. М, 2014, с.14

2. Резников Е. В.Психолого-правовой анализ понятия "правоваяиден­тич­ность” //Вестник Пермского университета: Серия "Юри­­ди­ческие науки" . -2012. - № 2. - С. 52 - 56



Yüklə 300,9 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin