729) Sİ sistemində istifadə olunmayan göstərici hansıdır?
A) Milliqram-faiz
B) Mikroqram
C) Mkmol/l
D) Mol/san
E) Nanomol
Ədəbiyyat: Е.Т.Лильин, Е.А.Богомазов, П.Б.Гофман-Когдошников «Генетика для врачей» 1990 г.
730) Xarici cinsi üzvlərin anomal inkişafı olanda cinsi xromatini nə vaxt təyin etmək lazımdır?
A) Anadan olandan bir aydan tez olmayaraq
B) Anadan olandan 10 gün sonra
C) Həyatının üçüncü günü
D) Həyatının ikinci günü
E) Anadan olandan 5 gün sonra
Ədəbiyyat: Н.П.Бочков. «Клиническая генетика» 1997 г.
731) Mama anemnizinə görə hansı qadında xromosom analizinin aparılmasına ehtiyac yoxdur?
A) Xromosom sindromları olan uşağı varsa
B) Nüvə sarılığı nəticəsində əqli geriliyi olan uşağı varsa
C) Anamnezdə ölü doğulma və erkən uşaq ölümü olubsa
D) Hamiləliyin birinci trimestrində spontan abort olarsa
E) Çoxsaylı inkişaf qüsuru olan uşağı olarsa
Ədəbiyyat: Н.П.Бочков. «Клиническая генетика» 1997 г.
732) Aşağıdakılardan hansı variantda kariotipi yoxlamaq üçün həkim-sitoloqa xəstə səhv olaraq göndərilib?
A) Xromatin-müsbət oğlan uşağı
B) Translokasion forma Daun xəstəliyi ilə doğulan oğlu olan ata
C) 3 spontan abortu olan qadın
D) 21-ci xromosomun müntəzəm trisomiyası olan uşaq doğmuş qadın
E) Psoraizı olan uşaq
Ədəbiyyat: Н.П.Бочков. «Клиническая генетика» 1997 г.
733) Hamiləlik zamanı anomal kariotipi olan orqanizmlərin eliminasiyası əsasən nə vaxt baş verir?
A) 24 – 32 –ci həftədə
B) 18 – 24 –ci həftədə
C) 12-ci həftəyə qədər
D) 12 – 18-ci həftədə
E) Hamiləliyin ikinci yarısı
Ədəbiyyat: Н.П.Бочков. «Клиническая генетика» 1997 г.
734) Cinsi xromatinin faizlə miqdarını təyin etmək üçün interfazalı nüvələrin minimal sayı nə qədər olmalıdır?
A) 300
B) 20-ə qədər
C) 50
D) 150
E) 100
Ədəbiyyat: Е.Т.Лильин, Е.А.Богомазов, П.Б.Гофман-Когдошников «Генетика для врачей» 1990 г.
735) Hüceyrə mühitinin (kulturasının) hipotonok məhlulla işlədilməsi nə üçün lazımdır?
A) Xromosomların aydın paylanmasını almaq üçün
B) Xromosom preparatlarının yaxşı rənglənməsi üçün
C) Mitozların sayını artırmaq üçün
D) Metafaza mərhələsində bölünməkdə olan hüceyrələrin ləngidilməsi üçün
E) Uzun müddət saxlamaq üçün
Ədəbiyyat: Е.Т.Лильин, Е.А.Богомазов, П.Б.Гофман-Когдошников «Генетика для врачей» 1990 г.
Dostları ilə paylaş: |