GiRİŞ. I nitq mədəniyyətinin tədqiqi, inkişafı və təbliği. Mədəni nitqə verilən başlıca tələblər. Nitqin aydınlığı


XIII Rəy söyləmək, münasibət bildirmək, məsləhət vermək. Nitqin etik qaydalarına əməl etmək



Yüklə 84,33 Kb.
səhifə14/18
tarix03.12.2022
ölçüsü84,33 Kb.
#72103
növüMühazirə
1   ...   10   11   12   13   14   15   16   17   18
GiR . I nitq m d niyy tinin t dqiqi, inki af v t bli i. M d n

XIII Rəy söyləmək, münasibət bildirmək, məsləhət vermək. Nitqin etik qaydalarına əməl etmək.

İnsanlar istər yazılı, istərsə də şifahi formada başqasının fikrinə münasibət bildirir, rəy söyləyirlər. Belə rəylər, söylənilən fikirlər işin məzmununun, iş görənin şəxsiyyətindən asılı olmayaraq dilin etik ölçülərinə uyğun olmalı, mənliyə, hissiyata toxunan fikir və ifadələrə yol verilməməlidir. İstər şifahi, istərsə də yazılı şəkildə rəy verilərkən, münasibət bildirərkən “iş yararsızdır”, “tarixdən xəbəri yoxdur”, “boş və mənasız fikirlərdir” və s. kimi ifadələrin işlədilməsi məsləhət görülmür. Həmin fikirləri başqa, məs: “bəzi fikirlər aydın deyildir”, “bu barədə daha əsaslı faktlar gətirmək olardı” və s. kimi ifadə etmək olar və lazımdır.


Dərin zəka və yüksək mədəniyyət sahibləri başqaları barədə, onların fəaliyyəti ilə bağlı danışanda, rəy söyləyəndə “yumşaq” sözlər, ifadələr işlətməyə çalışırlar. Bu heç də qüsurların üstündən keçmək mənasında başa düşülməməlidir. Burada qüsurlar, çatışmazlıqlar bir qədər başqa tərzdə göstərilir. Danışana humanist, xeyirxah mövqedən yanaşmaqla, onu daha çox işlətməyə oxumağa, çalışmağa sövq etmək, həvəsləndirmək üçün münasib sözlər, ifadələr işlədilir.
Şirin, nəzakətli danışmaq, Allahın, Peyğəmbərin buyruğudur. Həzrət Əli buyurur: “ Qəzəblənməyin, simic olmayın, bərkdən salam verin, şirin danışın”.
İnsan heç zaman başqasının uğursuzluğuna biganə qalmamalıdır. Ədalətsizliklə qarşılaşmaq, xəstəliyə düçar olmaq və s. insanı sarsıdır, bədbinləşdirir. Belə vəziyyətdə ürəkdən təəssüflənmək, təskinedici söz və ifadələr (hər şey yaxşı olacaq, ümidinizi üzməyin, tezliklə sağalacaqsınız və s.) müsahibin gərginliyinin azalmasına, daxilən sakitləşməsinə səbəb olur.
Adamlar, hər hansı formada onlara əmr edilməsini o qədər də xoşlamırlar. “Bu işi edin” və ya “bu işi etməyin” əvəzinə “bu iş barədə fikirləşin”, “bu iş sizcə bir nəticə verə bilərmi?” kimi ifadələr işlətmək daha yaxşı olar.
Nitq praktikasında müsahibə “düzgün danışmırsan” kimi irad tutmaq məsləhət görülmür. Bunun əvəzinə “ yaxşı olar ki, bu haqda bir qədər düşünərdin” kimi ifadələrdə qarşı tərəfə müəyyən istiqamət vermək olar. Bütün hallarda hər hansı suala cavab verilməsi, tapşırığın yerinə yetirilməsi üçün insanlara imkan yaratmaq lazımdır. Bu cür yanaşma insanda öz gücünə inam yaradır, ümumiyyətlə cəmiyyət üçün əhəmiyyətini dərk edir.
Natiq mühakimə etmək, olanlara qiymət vermək bacarığına yiyələnməlidir.
Mühakimə yürütmək baxımından insanları bir neçə qrupa ayırmaq olar. Bir qrup insan hər hansı məsələ barəsində qəti fikrini bildirir, heç bir həll variantı ilə razılaşmırlar. “Bunun çarəsi yoxdur”, “torpaqlarımızı geri qaytarmaq qeyri-mümkündür” və s. Bu cür mühakimələr dinləyicini razı salmır, çox vaxt konfliktə gətirib çıxarır.
Başqa bir qrup insan danışarkən uğursuzluğa daha çox meyl edir, ümumiləşmə aparır: “Mən bilirdim ki, heç nə alınmayacaq”, “bunun başqa çarəsi yoxdur” və s. Belə ifadələr dinləyicidə emosional gərginliyi artırır. Başqaları ilə ünsiyyətə girən hər hansı şəxs daha uyğun nitq modellərindən istifadə etməyə çalışmalıdırlar. “Mən istəyirəm”, “mən hesab edirəm”, “mənə lazımdır”, “Sizin fikrinizə şərikəm” və s. kimi modelləri işlətmək daha münasibdir.
Nitqin etik qaydalarına əməl etmək. Danışıq zamanı başqasının heysiyyətinə toxunan, şəxsiyyətini təhqir edən (zırrama, qanmaz, meymun, burnunu soxmaq, məzələnmək, burcutmaq, boşboğaz, sərsəm və s.) söz və ifadələrə yol verilməməlidir. Bu cür söz və ifadələr hansı münasibətlə deyilməyindən asılı olmayaraq həmişə böyük narazılıqla qarşılanır, incikliyə, küsməyə səbəb olur.
Xalqın milli təfəkkürünə, ənənələrinə uyğun müəyyən nitq etiketi, normaları vardır ki, hər bir mədəni və savadlı adamın onlara əməl etməsi nitq mədəniyyəti baxımından zəruri sayılır. Danışığın milli mentalitetimizə uyğunluğu ünsiyyətin müxtəlif məqamlarında söz, ifadə, nitq etiketlərindən düzgün istifadə edilməsində özünü göstərir. Ən münasib xoşagələn etiketlərin yerində işlədilməsi ünsiyyətə girən tərəfindən razılıqla qarşılanır. İnsanın arzusu, istəyi, hətta bəzən taleyi çox zaman onun nitq etiketlərini işlədə bilməsindən asılı olur. Bu tələblərin gözlənilməsi insanların münasibətinin pozulmasına gətirib çıxarır.
İnsan bütün hallarda öz danışığına nəzarət etməyi, ifadələri ölçüb-biçməyi bacarmalı, etika qaydalarını pozmamalıdır. Qeyri-normal danışığa görə adamlar məzəmmət edilməli, həm ailə, həm də ictimai yerlərdə nitqin etik normaları gözlənilməlidir.
Cəmiyyətdə, kollektivdə, ailədə və s. yerlərdə hər bir fərdin şəxsiyyətinə, mənliyinə hörmət edilməlidir. İnsanlar arasında müxtəlif səbəbdən narazılıq, konfliktlər ola bilər. Bütün hallarda etik normalar gözlənilməli, təhqiramiz sözlərə yol verilməməlidir. Bunları işlədənlər tənbeh olunmalıdır.
Natiqin nitqi, danışığı onun şəxsiyyətini, dünyagörüşünü müəyyənləşdirən, ətrafdakılara münasibətini nizamlayan başlıca amillərdir. Kollektivdə şəxsiyyətlərarası münasibətləri tarazlamaq, münaqişəli məsələləri yoluna qoymaq, sağlam psixoloji iqlim yaratmaq üçün rəhbər işçi digər keyfiyyətlərlə yanaşı, yüksək mədəniyyətə, nümunəvi danışıq qabiliyyətinə sahib olmalıdır.



Yüklə 84,33 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin