Gülnarə Fəxrəddin qızı. Türk dillərində zaman kateqoriyası. Bakı. 2010,s. 1 A


§2.Azərbaycan dilinin dialekt və şivələrində



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə2/13
tarix06.12.2016
ölçüsü2,89 Kb.
#962
1   2   3   4   5   6   7   8   9   ...   13
§2.Azərbaycan dilinin dialekt və şivələrində  
                                                 
1
 Tahirov  İ.Azərbaycan və ingilis dillərində zaman kateqoriyası.Bakı, “Nurlan”, 
2007, s. 9.  
2
Керимов Я.Времена глагола в азербайджанском и казахском языках. АКД. 
Баку, 973,32 c; Sadıqov R.Müxtəlifsistemli dillərdə obyektiv və qrammatik 
zaman  əlaqələri. Bakı,“Nurlan”, 2004,115 s; Cahangirov F. İngilis dilində perif-
rastik zaman formaları və onların Azərbaycan dilində ifadə formaları. NDA. Bakı, 
2000, 23 s; Öksüz A.M.Müasir türk və Azərbaycan dillərində felin zamanları. 
NDA.Bakı,2003,27 s; Гусейнова Л.Система длительных времен глагола. АКД. 
Баку, 2005,22 c; Cəfərova B.İngilis və Azərbaycan dillərində felin zamanları 
sistemi. DDA. Bakı, 2006, 34 s; Həsənova G.Fel zamanlarının müqayisəli tipolo-
giyası. Diss... f.e.n.. Bakı,  2009, 132 s. 

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
19
 
 
 
 
 felin zamanları 
Ədəbi dildən fərqli olaraq türk dillərinin dialekt və 
şivələrində felin zamanlarını araşdırarkən bir sıra müx-
təlif və  ədəbi dildə rast gəlinməyən ifadə vasitələri və 
ya morfoloji əlamətləri meydana çıxır. Eləcə də, zaman 
formaları, onların formal əlamətləri ilə bağlı elə xüsu-
siyyətlər aşkarlanmışdır ki, bunlar Azərbaycan ədəbi di-
lində müşahidə olunmadığı halda, digər türk ədəbi dil-
lərinin əsas morfoloji əlamətlərindən sayılır.  
Məsələn, müasir Azərbaycan ədəbi dilində müşahidə 
olunmayan, amma dialekt və şivələrimizdə özünü göstə-
rən -adu, -ədü indiki zaman şəkilçisi, şəxs sonluqlarının 
bəzən işlənməməsi, qeyri-qəti gələcək zamanın inkarın-
da şəxslər üzrə, xüsusilə, birinci şəxsin təkinin müxtəlif 
variantlarla ifadəsi, -acaq, -əcək  gələcək zaman şəkil-
çisinin  -cak formasında işlənməsi digər türk ədəbi dil-
lərinin morfoloji əlamətlərindəndir. Dialekt və şivələri-
mizdə zaman formalarının bir sıra morfoloji əlamətləri 
digər türk ədəbi dillərində olmasa da,dialektlərində özü-
nü göstərir. Bu mənada Azərbaycan dialektoloqlarının 
felin zamanları ilə bağlı araşdırmalarına xüsusi yer ayır-
maq, bizcə, məqsədəuyğundur. 
M.Şirəliyev felin zamanlarını xüsusi kateqoriya de-
yil, xəbər  şəkli kimi təqdim edir.O, xəbər  şəklini sadə 
və mürəkkəb xəbər  şəkillərinə ayırır. Müəllif  ənənəvi 
bölgüyə sadiq qalaraq Azərbaycan dilinin dialekt və şi-
vələrində felin keçmiş, indiki, gələcək zamandan, keç-
miş zamanın  şühudi və  nəqli keçmiş, gələcək zamanın 

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
20
 
 
 
 
qəti gələcək və qeyri-qəti gələcək zamandan ibarət ol-
duğunu yazmış və onların geniş şərhini vermişdir
1

Quba dialektini tədqiq edən R.Rüstəmov bu dialekt-
də 3 qrammatik zamanda  – keçmiş, indiki, gələcək za-
manlarda 5 zaman – şühudi keçmiş, nəqli keçmiş, indiki, 
qəti gələcək, qeyri-qəti gələcək zaman formalarının ol-
duğunu göstərməklə yanaşı, keçmiş zamanın uzaq keç-
miş, bitməmiş keçmiş, qəti gələcəkli keçmiş, qeyri-qəti 
gələcəkli keçmiş formalarından da bəhs etmişdir
2
.  
Lakin “Azərbaycan dilinin dialekt və şivələrində fel” 
adlı  əsərində bu fikrindən daşınan müəllif,  sadə  xəbər 
şəkli + idi(və ya imiş)-dən ibarət olan mürəkkəb  şəkli, 
əslində, heç bir yeni zaman məfhumu ifadə etmədiyini 
yazmışdır
3
. Beləliklə, R.Rüstəmov da dialekt və şivələ-
rimizdə felin üç – 1. keçmiş (olduğunu şühudi keçmiş, 
nəqli keçmiş); 2.indiki; 3.gələcək(qəti gələcək,qeyri-qə-
ti gələcək) zamanlarının olduğunu qəbul edir
4
.  
M.İslamov  Şəki dialektində felin xəbər  şəkilinin 3 
zamanla ifadə olunduğunu yazır: keçmiş, indiki və  gə-
ləcək zamanlar.Keçmiş zamanın 2– şühudi və nəqli keç-
miş, eləcə də, gələcək zamanın 2 formasını qəti və qey-
ri-qəti gələcək zaman formalarını göstərmişdir. Qeyd 
edək ki, müəllif xəbər şəklini sadə və mürəkkəb forma-
                                                 
1
Şirəliyev M.Azərbaycan dialektologiyasının  əsasları.Bakı,1962,s.207-
248.  
2
 Rüstəmov R.Ə.Quba dialekti.Bakı,1961,s. 162-167.  
3
Rüstəmov R.Ə.Azərbaycan dilinin dialekt və  şivələrində fel.Bakı,1965, 
s.186.  
4
 Yenə orada. s. 187.   

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
21
 
 
 
 
larına ayırsa da, mürəkkəb xəbər  şəkli haqqında məlu-
mat vermişdir. O, mürəkkəb xəbər şəkli adı altında yal-
nız hekayə formasını göstərməklə kifayətlənmiş, eyni 
zamanda bu dialektdə mürəkkəb xəbər şəklinin rəvayə-
tinə  də  təsadüf olunduğunu söyləmiş, lakin çox da sə-
ciyyəvi olmadığı üçün ayrica bəhs etməyi lazım bilmə-
mişdir
1

Azərbaycan dilinin Muğan qrupu dialekt və  şivələ-
rində felin zamanları ayrıca başlıq altında deyil, xəbər 
forması adı altında təqdim olunur. Burada felin 3 zaman 
və 5 forması haqqında məlumat verildikdən sonra 
mürəkkəb fel formalarından söhbət açılır.  
Müəllif burada fel formalarının yalnız hekayəsinin 
işləndiyini yazır
2
. “Xəbər formasının hekayəsi” başlığı 
altında uzaq keçmiş, bitməmiş keçmiş, gələcəkli keçmiş, 
müzareli keçmiş formaları verilir. 
Azərbaycan dilinin Qərb qrupu dialekt və  şivə-
lərində də felin keçmiş, indiki, gələcək zamanlarında 5 
formanın olduğu göstərilir
3
.  
Burada da xəbər şəkli dedikdə, əsasən, uzaq keçmiş, 
bitməmiş keçmiş, qəti gələcəkli keçmiş  və  qeyri-qəti 
gələcəkli keçmiş nəzərdə tutulur. 
 Azərbaycan dilinin Qərb qrupu dialekt və şivələrini 
o biri dialekt və şivələrdən fərqləndirən şəkilçilər indiki 
və  qəti gələcək zamanlara aiddir. Zaman formaları 
                                                 
1
İslamov M.İ.Azərbaycan dilinin Nuxa dialekti.Bakı,  1968, s.114-133.  
2
Azərbaycan dilinin Muğan qrupu şivələri.Bakı,  1955, s.124.  
3
 Azərbaycan dilinin Qərb qrupu dialekt və  şivələri. I cild, Bakı, Azərb. 
SSR. EA nəşriyyatı, 1967, s. 112-131.  

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
22
 
 
 
 
dəyişməz qalsa da, onların morfoloji əlamətləri digər 
dialekt və  şivələrdə olduğu kimi, burada da öz rənga-
rəngliyi ilə seçilir. 
 
§3. Felin zamanları türkoloji tədqiqatlarda 
Türk dillərində fel zamanlarının tarixi baxımdan 
tədqiqi də dilçilərin diqqət mərkəzindən kənarda qalma-
mış və bununla bağlı bir sıra məqalələr, dissertasiyalar 
yazılmışdır. Bununla yanaşı dilin tarixi qrammatikasına 
həsr olunmuş bir sıra  əsərlərdə, daha sonra abidələrin 
tədqiqinə həsr olunmuş əsərlərdə də felin zamanları öz 
əksini tapmışdır. 
Türk dillərində felin zamanlar sistemi ilə bağlı, on-
ların sayının müəyyənləşməsi ilə əlaqədar olaraq türko-
loji  ədəbiyyatda da fikir müxtəlifliyi və mübahisəli 
məqamlar, haçalanmalar və ziddiyyətlər mövcuddur. 
Türkologiyada zaman formalarının bölgüsü bir neçə 
prinsip üzrə aparılır.  
Bu prinsirlərdən biri ondan ibarətdir ki, dilçilər fel 
zamanlarını keçmiş, indiki, gələcək zaman formalarına 
ayırmaqla və  hər bir zaman formasının morfoloji əla-
mətlərini göstərməklə tədqiq etmişlər. İkinci fikir ondan 
ibarətdir ki, zaman formaları sadə və mürəkkəb olmaqla 
iki hisəyə ayrılır. Sadə zaman formalarına qəti keçmiş 
zaman, nəqli keçmiş zaman, indiki zaman, qəti gələcək 
zaman, qeyri-qəti gələcək zaman; mürəkkəb zaman for-
malarına isə  idi, imiş hissəcikli formalar daxil edilir. 
Üçüncü qrup dilçilər isə  idi, imiş hissəcikli mürəkkəb 

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
23
 
 
 
 
zaman formalarını keçmiş zaman forması kimi göstərir 
və keçmiş zamanın sayını lüzumsuz şəkildə artırırlar.  
A.N.Kononov 1961-ci ildə  nəşr olunan “Müasir 
özbək  ədəbi dilinin qrammatikası”  əsərində felin za-
manlarını sadə və mürəkkəb olmaqla 2 yerə ayırmışdır. 
Müəllif  indiki-gələcək zaman, indiki konkret zaman, 
indiki davamedici zaman, qəti keçmiş zaman, perfektli 
keçmiş zaman, subyektiv keçmiş zaman, ehtimal bildirən 
gələcək zaman, qəti gələcək zaman, tarixi qəti gələcək 
zaman olmaqla felin 9 sadə zaman formasını göstərmiş,  
keçmiş zamanın mürəkkəb formalarını  uzaq keçmiş 
zaman, qeyri-müəyyən imperfekt, müəyyən imperfekt, 
davamlı keçmiş zaman formalarına ayırmışdır
1

“Tuva dilinin qrammatikası” kitabında felin za-
manları  felin xəbər  şəkli adı altında təqdim edilmiş  və 
xəbər  şəklinin  keçmiş, indiki  və  gələcək zaman kimi 3 
zaman formasından ibarət olduğu göstərilmişdir. Əsərdə 
felin keçmiş zaman forması 5 yerə ayrılır:  
1.
 
qəti keçmiş zaman;  
2.
 
-kan şəkilçili qeyri-müəyyən keçmiş zaman;  
3.
 
-p-tır şəkilçili nəqli keçmiş zaman;  
4.
 
-çık şəkilçili ritorik keçmiş zaman;  
5.
 
-pışaan şəkilçili indiki keçmiş zaman. 
Tuva dilində indiki zaman 2 formaya malikdir: 
1.
 
konkret indiki zaman;  
2.
 
uzaq indiki zaman.  
                                                 
1
Кононов  А.Н.  Грамматика  современного  узбекского  литературного 
языка. М.-Л., Изд. АН. СССР, 1960, с. 208-232.  

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
24
 
 
 
 
Əsərdə gələcək zamanın da 2 forması göstərilir: 
         1. indiki-gələcək zaman;  
         2. gözlənilən gələcək zaman
1

L.A.Pokrovskaya felin zamanlarını felin şəkil kate-
qoriyası daxilində təqdim edir.  
O,əksər türk dillərində olduğu kimi, qaqauz dilində 
də felin zamanlarını sadə və mürəkkəb formalara ayırır 
və sadə formalarından bəhs edir:indiki zaman, qeyri-
müəyyən gələcək zaman, müəyyən gələcək zaman, mə-
lum keçmiş zaman, qeyri-məlum keçmiş zaman. Zama-
nın mürəkkəb formalarına isə aşağıdakı zaman formala-
rını daxil edir:qeyri-müəyyən keçmiş zaman, keçmiş-gə-
ləcək zaman, məlum uzaq keçmiş zaman, qeyri-məlum 
uzaq keçmiş zaman
2
. Bununla da, müəllif qaqauz dilin-
də xəbər şəklinin beş sadə formasının və dörd mürəkkəb 
formasının olduğunu qeyd edir. 
“Qaqauz dialektlərində indiki zamanın iki əsas for-
ması ayrılır:1)-er//-eer şəkilçili forma mərkəzi dialektdə 
-ıer/-ıeer diftonqu ilə, yaxud yarımuzun -ee·r/-e kimi tə-
ləffüz olunur(məsələn, alıer>alee ·r “alır”, gidier>gide 
                                                 
1
 Исхаков Ф.Г., Пальмбах А.А. Грамматика тувинского языка. Фоне-
тика и морфология. Москва, ИВЛ, 1961,  
с. 365-391.  
2
 Покровская  Л.А.  Грамматика  гагаузского  языка.  Фонетика  и  мор-
фология. Москва, «Наука», 1964,  
с. 179-203.  

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
25
 
 
 
 
·r “gedir”); 2)Cənub dialektində  -ıy//-iy  şəkilçili forma 
işlənir (məsələn, alıy “alır”, gidiy “gedir”)”
1

Kazan-tatar dilində felin xəbər şəkli iki hissəyə ay-
rılır:sadə zaman formaları (qadi zaman formaları) və 
mürəkkəb zaman formaları (katlaulı zaman formaları).  
Sadə zaman formalarına 5 zaman forması daxil edi-
lir:  
indiki zaman(xəzerge zaman),  
müəyyən keçmiş (bilgele ütkən zaman),  
qeyri-müəyyən keçmiş (bilgesez ütkən  zaman),  
müəyyyən gələcək (bilgele kiləçək zaman), 
qeyri-müəyyən gələcək (bilgesez kiləçək zaman).  
Mürəkkəb zaman formaları dedikdə isə  əsasən, 
aşağıdakılar nəzərdə tutulur:  
1.
 
-a(ıy) ide analitik formalı mürəkkəb keçmiş zaman,  
2.
 
-a(ıy) torqan ide formalı mürəkkəb keçmiş zaman,  
3.
 
-qan ide formalı mürəkkəb keçmiş zaman,  
4.
 
-qan bar (-qan yuk) formalı mürəkkəb keçmiş zaman,  
5.
 
-qan bulqan formalı mürəkkəb keçmiş zaman,  
6.
 
-açak ide formalı mürəkkəb keçmiş zaman,  
7.
 
-ır ide formalı mürəkkəb keçmiş zaman
2

E.İ.Korkina felin zamanlarını felin şəkilləri daxi-
lində təqdim edir. Müəllif yakut dilində felin zamanla-
rının sayını ona çatdırır və zamanlara bu formaları aid 
edir: indiki-gələcək zaman, gələcək zaman, yaxın keçmiş 
                                                 
1
 Покровская  А.А.  Эволюция  формы  настоящего  времени  глагола  в 
диалектах  гагаузского  языка. // Вопросы  диалектологии  тюркских 
языков. Уфа, 1985, БФАН СССР, с.72. 
2
 Татарско русский словарь. М., Советская энциклопедия, 1966,  
с. 841-846.  

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
26
 
 
 
 
(müəyyən, qəti) zaman, nəqli uzaq keçmiş zaman, nəti-
cəli keçmiş zaman I, nəticəli keçmiş zaman II, epizodik 
keçmiş zaman, bitməmiş keçmiş zaman(imperfekt), uzaq 
keçmiş zaman, epizodik uzaq keçmiş zaman. 
Göründüyü kimi, E.İ.Korkina yalnız felin 8 keçmiş 
zaman formasını qeyd edir
1
. Bundan əlavə, o, felin za-
manları, onların məna xüsusiyyətləri haqqında və yalnız 
iki zaman formasının – yaxın keçmiş (müəyyən, qəti) və 
bitməmiş keçmiş(imperfekt) haqqında geniş  məlumat 
verir.  
Noqay dilində  -qan, -qen,-kan, -ken  şəkilçisi ilə 
düzələn qeyri-müəyyən keçmiş və -dı, -di, -du, -dü şə-
kilçisi ilə formalaşan qəti keçmiş zaman formalarından 
başqa daha 5 zaman formasının olduğu göstərilir:  
1.
 
bitməmiş keçmiş I - -a, -e, -y + edi;  
2.
 
bitməmiş keçmiş II - -ar/-er +edi;  
3.
 
davamlı keçmiş  və ya daimi(sabit) keçmiş – -a, -e, -y 
taqan + edi;  
4.
 
uzaq keçmiş (plyuskvamperfekt) –qan + edi;   
5.
 
gələcək- keçmiş  – -ayak +edi
2

Göründüyü kimi, “edi” hissəciyinin köməyi ilə dü-
zələn mürəkkəb formalar sadə formanın tərkibinə qatı-
laraq verilir. Noqay dilində indiki zamanın 3 –indiki-gə-
ləcək zaman, davamlı gələcək zaman, hal-hazırki indiki 
                                                 
1
Коркина  Е.И.Наклонения  глагола  в  якутском  языке.Москва,«Наука», 1970, 
с. 33-137.      
2
Грамматика  ногайского  языка.Фонетика  и  морфология.Ч.I.Черкесск.  Кара-
чаево-черкессое отделение ставропольского книжного издательства. 1973, с. 
232-242.  

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
27
 
 
 
 
zaman; gələcək zamanın isə 2 – qeyri-müəyyən gələcək 
və müəyyən gələcək zaman formalarından bəhs olunur.  
Beləliklə, noqay dilinin qrammatikasına həsr olun-
muş həmin kitabda felin zamanlarının 12 forması
1
 haq-
qında məlumat verilir.  
1970-ci ildə nəşr olunmuş “Türkmən dilinin qram-
matikası”nda felin mürəkkəb formaları keçmiş zamanın 
sadə formaları ilə birlikdə təqdim edilir.Burada felin za-
manları indiki, keçmiş və gələcək zaman olmaqla aşağı-
dakı zaman formalarına bölünür: 
qəti keçmiş(-dı
4
),  
müəyyən imperfekt (-yardı
2
),  
qeyri-müəyyən imperfekt (-ardı
2
),  
məqsədli keçmiş (-жакды
2
),  
uzaq keçmiş(-ıpdı
4
),  
qeyri-müəyyən nəqli keçmiş(-an
2
),  
subyektiv keçmiş (-ıpdır
4
), 
 ümumi indiki zaman (-yar
2
), 
 konkret indiki zaman(du:r, otı:r, yatı:r, yö:r),  
ehtimal indiki zaman (-yandır
2
),  
keçmiş indiki zaman (-amok
2
,-aŋok
2
, -anok
2
),  
qeyri-qəti gələcək(-ar
2
), qəti gələcək(-жак
2
)
2

 Lakin biz zaman formalarının sayının lüzumsuz 
artırılmasını düzgün hal hesab etmirik.  
                                                 
Грамматика  ногайского  языка.Фонетика  и  морфология.Ч.I.Черкесск.  Кара-
чаево-черкессое отделение ставропольского книжного издательства. 1973, s 
222-242.  
2
Грамматика туркменского языка.Ашхабад,“Ылым”,1970, 
с.257-280.  

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
28
 
 
 
 
İlk növbədə, qeyd etmək istərdik ki, qəti və  nəqli 
keçmiş zaman formalarından başqa keçmiş zaman da-
xilində təqdim olunan digər formalar mürəkkəb forma-
lardır.  
İndiki zaman formasının sayının müəyyənləşməsi-
nə  gəlincə, burada da fikir ayrılığı vardır. Belə ki, əgər 
“Türkmən dilinin qrammatikası”nda indiki zamanın 4 
forması haqqında geniş izahat verilirsə, A.P.Potseluyev-
ski türkmən dilində indiki zamanın yalnız iki formasın-
dan bəhs edir. A.A.Yuldaşev isə bütün türk dillərində 
“edi” hissəcikli bütün mürəkkəb formaları  xəbər  şəkli-
nin analitik formaları adlandırır
1

Beləliklə, söylənilən fikirlərin yekunu olaraq, deyə 
bilərik ki, rus dilçiləri felin zamanlar sistemində keçmiş 
zaman forması ilə bağlı iki fikir yürüdürlər.  
Bunlardan birincisi ondan ibarətdir ki, dilçilər felin 
keçmiş zaman formasının sayını artıraraq təqdim edir-
lər. Bu rəqəm, əsasən, 5-12  arasında dəyişir. Digər qrup 
dilçilər isə, felin zamanlar sistemini sadə  və mürəkkəb 
formalara ayıraraq keçmiş zamanda təqdim olunan for-
maların bir qismini mürəkkəb formalara daxil edirlər. 
K.M.Musayevin 1964-cü ildə  nəşr olunmuş “Ka-
raim dilinin qrammatikası”  əsərində qeyd olunur ki, 
ümummilli karaim dili olmadığı üçün yalnız onun dia-
lekt materialları  əsasında araşdırmalar aparmaq müm-
kündür. Müəllif karaim dilində felin üç zaman forma-
                                                 
1
Юлдашев  А.А.  Аналитические  формы  глагола  в  тюркских  языках. 
Москва, «Наука», 1965,  
с. 128-198.  

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
29
 
 
 
 
sının olduğunu göstərir:keçmiş, indiki və  gələcək. Keç-
miş zaman özü də iki hissədən ibarətdir:qəti keçmiş za-
man və həyata keçməmiş keçmiş zaman. İndiki zamanın 
yalnız bir morfoloji göstəricisi(-a//-e//-y) olduğundan 
indiki zamanın bir formasına təsadüf olunur. Eyni söz-
ləri gələcək zaman forması haqqında da söyləmək olar. 
Belə ki, karaim dilində gələcək zamanın da bir forması 
vardır
1

V.İ.Rassadin tofalar dilində felin zamanlarını za-
man kateqoriyası adı altında təqdim edir. O, zaman for-
malarını sadə  və mürəkkəb olmaqla iki yerə ayırır və 
felin zamanlarını 3 yerə bölür:keçmiş zaman, indiki za-
man və gələcək zaman.  
Müəllif keçmiş zamanı 3 – qəti keçmiş zamanper-
fektiv keçmiş zaman, subyektiv keçmiş zaman, indiki za-
manı 3 – adi indiki zaman, konkret indiki zaman, da-
vamlı indiki zaman, gələcək zamanı isə 2 – qəti gələcək 
zaman, ehtimal bildirən gələcək zaman formalarına ayı-
rır
2

D.Q.Tumaşeva “Хəзерге  татар  əдəби  теле  мор-
фологиясе” adlı əsərində felin zamanlarını sintetik ana-
litik zamanlar deyə iki yerə ayırır: Sintetik zamana xə-
zerqe, kateqorik, nəticəle, kiləçək I, kiləçək II; analitik 
                                                 
1
 Мусаев К.М. Грамматика караимского языка. Фонетика и морфоло-
гия. Москва,  «Наука», 1964, с. 281.  
2
Рассадин В.И.Морфология тофаларского языка в сравнительном ос-
вещении. Москва, «Наука», 1978, с. 200-218.  

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
30
 
 
 
 
zamana  təmamlanmaqan, küptən, ütkən, kabatlaulı üt-
kən, kiləçək ütkən zaman formalarını daxil edir
1

D.Q.Tumaşeva barabin tatarlarının dilində felin za-
manlarını xəbər şəkli adı altında təqdim edir
2
.  
Digər türk dillərində olduğu kimi, barabin tatarları-
nın dili də 10 qrammatik zaman formasından ibarət olan 
3 məntiqi zaman kateqoriyasını özündə  əks etdirir: in-
diki zaman, keçmiş zaman və  gələcək zaman. Müəllif 
indiki zamanın 4 formasını – indiki I, indiki II, konkret 
indiki zamandavamlı indiki zaman; gələcək zamanın 3 
formasını  - gələcək I(indiki-gələcək zaman), gələcək II 
(ehtimal bildirən gələcək zaman), gələcək III (gözləni-
lən gələcək zaman); keçmiş zamanın 3 formasını – qəti 
keçmiş, subyektiv keçmiş,  perfektli keçmiş zaman 
formalarını göstərir. 
1974-cü ildə  nəşr olunmuş  “Хəзирги  қарақалпақ 
тили” adlı kitabda felin zaman kateqoriyası  ötken mə-
ҳəl, ҳəzirqi məҳəl, keler məҳəl olmaqla üç yerə ayrılmış-
dır. Keçmiş  zamana  (ötken  məҳəl) aşağıdakı formalar 
daxil edilir:  
1) anıқ ötken məҳəl (-dı, di, -tı, -ti) 
2) nətiyjeli ötken məҳəl (-ğan, -qen, -қan, -ken) 
3) anıқ emes burınğı ötken məҳəl (-ıp, -ip, -p) 
4) burınğı ötken məҳəl (-ğan/ edi) 
5) jaқın ötken məҳəl (-ıp/edi) 
                                                 
1
 Tумашева Д.Г. Хəзерге татар əдəби теле морфологиясе. Казан, Ка-
зан Университеты нəшрияты. 1964, с. 125-146.  
2
 Тумашева Д.Г. Язык сибирских татар. Часть вторая. Изд. Казанско-
го Университета, 1968, с. 50-65.  


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin