Gülnarə Fəxrəddin qızı. Türk dillərində zaman kateqoriyası. Bakı. 2010,s. 1 A



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə9/13
tarix06.12.2016
ölçüsü2,89 Kb.
#962
1   ...   5   6   7   8   9   10   11   12   13

(www.samdu.uz/files/web/napr/ 
filologiya/txa/html). 
5. Bəzən ola bilər ki, qəti keçmiş zaman forması 
hər hansı mənbədən alınmış məlumatı, tarixi faktı ifa-
də edə bilər.  Məsələn: Azərb.:1931-ci il yanvarın 7-də 
                                                 
1
 Vəliyev  İ.D. Azərbaycan yazılı abidələrinin dilində  -ıb  şəkilçili nəqli 
keçmiş zaman. //Türk dillərinin tarixi morfologiyasına dair araşdırmalar. 
Bakı, Universiteti nəşriyyatı, 1990, s. 158. 

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
164
 
 
 
 
“Molla Nəsrəddin” jurnalının son nömrəsi çıxdı. Cəlil 
Məmmədquluzadə bu gündən sonra cəmisi bir il yaşa-
. 1932-ci il yanvarın 4-də vəfat etdi(Anar); 1994-cü il 
iyulun 1-də təxribatçı təyyarə ilə Yerevandan Mineral-
nıe Vodı  şəhərinə  yola düşdü (M.Qacar, Metroda ter-
ror); özbək:...  Şuninqdek, respublikada taъlim, tojik, 
қirğiz,  қozoқ, turkman tillarida olib boriladiqan mak-
tablar uçun imtiҳon materiallari “Nurli jol”(1999 yil, 
12 may), “Ovozi tojik” qazetalari orқali  elon  қilindi
Қirğiz, turkman maktablari uçun materiallar 13.05.-
470 raқamli (1999 yil 11 may) xat bilan teqişli viloyat 
XTB lariqa etkazildi (Marifat qazetasi). 
6.  Dinamiklik xüsusiyyəti. Qəti keçmiş zamanın 
məna xüsusiyyətlərindən biri də odur ki, o, iş, hal və 
ya hərəkətin dinamikliyini bildirir. Qeyd edək ki, keç-
miş zamanla ifadə olunan bütün fellər dinamik xüsu-
siyyətlidir. Məsələn:Azərb.:Onların  ətrafına toplaşan 
göytəpəlilər  susdular. Böyük narahatlıqla bu höcət-
ləşmənin nə ilə qurtaracağını  gözlədilər  (İ.Şıxlı, Dəli 
Kür); türk: Ali – Kamil bey amcam sana bir avukat tut-
tu(N.Hikmet); kazan-tatar: Çəyqə kerqəç, əti belən əle-
qe avıldaş, üzləre türqə uzıp, samavır yanına utırdılar 
(Q.Bəşirov); türkmən:Ah çekdim, bilim büküldü; Sütü-
nim  arşa çekildi; Gözümden sil dek döküldi, Gan bir 
yana, yaş bir yana(N.Saryhanov, Şükür Bagşy) 
-mış  şəkilçili keçmiş zaman. A.A.Axundov nəqli 
keçmiş zaman formasının 8 məna xüsusiyyətini fərq-
ləndirir
1

                                                 
1
 Axundov A.A. Felin zamanları. Bakı, ADU nəşri, 1961, s. 61-67.  

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
165
 
 
 
 
İ.Vəliyev XIV-XIX əsrlər ədəbi-bədii materialla-
rın dilində  -ıb  şəkilçili nəqli keçmiş zamanın 5 məna 
çalarına rast gəlindiyini yazır
1
. Müəllif  -mış  şəkilçili 
nəqli keçmiş zamanın abidələrimizin dilində işlənmiş 6 
məna xüsusiyyətini nəzərdən keçirmişdir
2
. 1980-ci ildə 
nəşr olunmuş “Müasir Azərbaycan dili” dərsliyində də 
nəqli keçmiş zaman formasının 5 semantik xüsusiyyəti 
göstərilmişdir
3

Oğuz qrupu türk dillərində geniş yayılmış  -mış 
şəkilçili keçmiş zaman formasının aşağıdakı  məna 
xüsuiyyətləri vardır: 
1. Keçmişdə icra olunmuş hər hansı bir iş, hal və 
ya hərəkətin danışıq vaxtında nəticəsini bildirir; məs.: 
Azərb.:Lalə - Vəzir ağa, mən bunu sənin adamlarına 
beş  dəfə  danışmışam. Bilmirsən? (K.Abdulla, Şah  İs-
mayıl);  Yatmışam... yaxşı... lap yaxşı  yatmışam,  əmi-
can. Ancaq bağışlayın, gecə çox yorğun idim, deyəsən 
yuxuya qalmışam(S.Qədirzadə, Burada insan yaşamış-
dır); türk: “Bizim doktor, Amerika'dan geçen yıl  gel-
miş!” (A.Mengüç, Kum saati);  
2. Qeyri-şahidlik bildirir; məs.: Azərb.: – Əlli ilə 
yaxındır mədəndə işləyirəm, - dedi,- amma nə belə şey 
görmüşəm, nə də eşitmişəm (M.Süleymanov,Yerin sir-
ri); türk: Hatçe – Annemden kaldı bana, evlendiğim 
gün boynundan çıkarıp taktı boynuma, ona da anasın-
                                                 
1
 Vəliyev  İ.D. Azərbaycan yazılı abidələrinin dilində  -ıb  şəkilçili nəqli keçmiş 
zaman. //Türk dillərinin tarixi morfologiyasına dair araşdırmalar. Bakı, 
Universiteti nəşriyyatı, 1990, s. 53-54. 
2
 Vəliyev İ.D. Azərbaycan yazılı abidələrinin dilində -mış şəkilçili nəqli keçmiş 
zaman. //Türk dillərinin leksik-morfoloji quruluşu. Bakı, S.M. Kirov adına ADU 
nəşri, 1981, s. 90-92. 
3
 Müasir Azərbaycan dili. II cild. Bakı, “Elm” nəşriyyatı, 1980, s. 328-
330. 

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
166
 
 
 
 
dan kalmış(N.Hikmet,Fatma,Ali ve başkaları); qaqauz: 
Tilkiyi bir vakıt düünä çaarmışlar. O da zavallı  şu 
davranınca, donnarını ütüya urunca, geç kalmış (Qa-
qauz folkloru). 
3. Bu zaman formasının diqqəti cəlb edən se-
mantik xüsusiyyətlərindən biri də onun hal və  hərə-
kətin qeyri-müəyyən keçmiş zamanda icra olunduğunu 
bildirməsidir; məs.: Azərb.: Mən səninlə bir yerdə çox 
işləmişəm, – deyə Namiq Həsənov təklifinin həmka-
rına necə təsir etdiyini öyrənmək üçün onu süzdü (M. 
Qacar, Metroda terror); türk: – Peki, siz o zaman aynı 
adamı övmüşsünüz (A.Nesin);  
4. Hal və ya hərəkətin qəti surətdə bitdiyini gös-
tərir; məs.:Azərb.: – Pazaq Vəlini nahaq milisə  apar-
mısan(İ.Məlikzadə,Evin kişisi); – Yoldaş direktor, ba-
ğışlayın, uzaqdan gəlmişik, olarmı sizə  zəhmət verək 
(Mir Cəlal, Açıq kitab); qaqauz: Xoca ertesi günü gel-
miş  çıraklaa qaydasınnan da koymuş  onu saçak altına 
(Qaqauz folkloru); 
5. -mış şəkilçili keçmiş zaman ardıcıllıq xüsusiy-
yətinə malikdir: məs.:Azərb.: türk: Bu kez halk, yangı-
nın daha birinci evde söndürülmesine o kadar sevinmiş 
ki, çağdaş itfaiyeyi kuran Haydar bey hatırlanmış, bir 
qrup mahalleli kendisini ziyaret edip şükranlarını sun-
muş (A.Boysan, Yangın var); 
“...Felin zaman formalarının üslubi xüsusiyyətləri 
onun qrammatik mənaları ilə  sıx  əlaqədə özünü gös-
tərir. Bununla belə, bu formaların üslubi tərəfinin öz 
səciyyəvi cəhətləri vardır. Bu və ya digər zaman şək-
lindən istifadə edilməsi onun daxili zaman anlayışı ilə 
bağlıdırsa, onların üslubi fəaliyyəti funksional üslublar 

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
167
 
 
 
 
sistemi və ən əvvəl bədii təsvir sistemi ilə sıx şəkildə 
bağlıdır”
1
. İndiki, keçmiş və gələcək zamanların qram-
matik cəhətdən bir-birindən kifayət qədər fərqlənməsi-
nə baxmayaraq, bir zamanın o birinin sahəsinə “girmə-
si” imkanı kontekstin xüsusi şəraiti ilə müəyyən edi-
lir
2
. “... bir mətndə şühudi və nəqli keçmiş zaman şə-
kilçilərindən birinin digərinə nisbətən az və çox işlən-
məsi onun (mətnin) ədəbi dilin hansı üslubuna aid ol-
ması ilə birlikdə yazının məzmunundan da müəyyən 
dərəcədə, asılıdır”
3

-dı<-mış. Üslubiyyat sözün linqvistik mənasında 
danışanın ümumxalq dilindən istifadə üsullarından 
bəhs edir. Belə olduğu təqdirdə “danışan felin zaman 
formalarından da öz məqsədinə uyğun surətdə istifadə 
edə bilər”
4
. Türk dillərində hər hansı bir zamanın digər 
zamanın yerində işlənməsi eyni deyildir. Tutaq ki, türk 
dillərindən biri üçün üslubi sayılan bir xüsusiyyət digər 
türk dili üçün norma hesab oluna bilər, yaxud əksinə, 
müəyyən bir türk dili və ya dil qrupu üçün dilin qram-
matik norması hesab olunan cəhət digər bir türk dili 
üçün üslubi cəhət sayıla bilər. Məsələn, Azərbaycan və 
türk dillərində -mış şəkilçili keçmiş zaman formasının 
olmasına baxmayaraq çox vaxt türk dilində bu zaman   
-dı  şəkilçisi ilə verilir. Türk dilində bu norma sayılsa 
da, Azərbaycan dilində üslubi xüsusiyyət hesab olunur. 
Başqa sözlə,  -mış  şəkilçili keçmiş zaman formasının 
                                                 
1
 Əfəndiyeva T. Azərbaycan ədəbi dilinin üslubiyyat problemləri. Bakı, Elm, 2001, s. 95.  
2
 Sadıqov R. Müxtəlifsistemli dillərdə obyektiv və qrammatik zaman əlaqələri. Bakı, 
“Nurlan”, 2004, s. 54. 
3
 Bağırov Ə.A. Azərbaycan dilinin üslubıyyatı (morfologiya). Bakı, ADU nəşri, 
1985, s. 48.  
4
 Axundov A.A. Dilin estetikası. Bakı, Yazıçı, 1985, s. 65. 

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
168
 
 
 
 
yerində  -dı  şəkilçili keçmiş zaman forması  işlənir: 
türk: Çekinme, söyle, dedi, ben artık her şeye alıştım; -
Şevket, bir az uyan. Ben geldim  oğulcuğum, dedi; -
Ben eski bir insanım. Anlaşmamıza imkan yok. İnsan-
ların paradan başka  şeylerle de mesut olacaklarına 
inanarak yaşadım. O kanaatle öleceğim; Ne söylüyor-
sunuz, dedi, size ne yaptım? Benden ne fenalık gör-
dünüz?(R.N.Güntekin,Yaprak dökümü);-Buraya bunun 
için mi geldiniz?(A.Nesin); Aptallaşdığımı görünce 
sordu: - Siz köyden mi geldiniz?(A.Nesin,Satılmıştır). 
Türk dilində  işlənən bu cümlələrdəki alıştım, gel-
dim, yaşadım, yaptım, gördünüz, geldiniz görülən keç-
miş zamanı ifadə edən fellər Azərbaycan dilində alış-
mışam, gəlmişəm, yaşamışam, etmişəm, görmüsünüz, 
gəlmisiniz nəqli keçmiş zamanda olan fellərə uyğun 
gəlir. Türk dilində müşahidə olunan bu cəhətə qaqauz 
dilində  də rast gəlinir. Yəni, Azərbaycan dilində  işlə-
nən -mış şəkilçili keçmiş zaman formasının qaqauz di-
lində  də mövcud olmasına baxmayaraq Azərbaycan 
dilində işlənən -mış şəkilçili keçmiş zaman forması qa-
qauz dilində bəzi məqamlarda -dı şəkilçili keçmiş za-
manla ifadə olunur; məs.: qaqauz:  
Ne geldin? –sordu sabaam  
-Gün için duudum   
- Ne geldin? –sordu bobam 
-Kanımı duydum 
 
“Xoş geldin”, bey Quboqlu 
sefaladın çok! 
İçerdä – taazä soluk,  
payacan da yok.  (S.Kuroqlu) 

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
169
 
 
 
 
Əksər türk dillərində bu vəziyyətlə qarşılaşırıq: 
uyğur:U mäĭlämdin bu m  äĭläηqä  
    Sini däp käldim! 
    Meĭlim bar mo, meĭlim yok mo 
    Sınaĭ däp käldim.              
                      (С.Е.Малов, Уйгурский язык, с.15) 
Özbək: Zahiriddin Muhammad Bobur 1483 yilning 
14 fevralida Andijonda tug'ildi. 
Müasir Azərbaycan dilində bəzən üslubi məqam-
larda -dı şəkilçisi -mış şəkilçisini əvəz edir; məs.: -Xoş 
gəldin, - deyib Məcid kişi qırağı əyilmiş köhnə vedrəni 
torpaq qalağının yanına tulladı (İ.Məlikzadə, Quyu). 
Müasir türk dilində  -dı  şəkilçisinin dil norması 
kimi  -mış  şəkilçisini  əvəz etməsi xüsusiyyətinə  hətta 
felin mürəkkəb formasında da təsadüf olunur. Məlum 
olduğu kimi, müasir Azərbaycan dilində,eləcə də,digər 
türk dillərində  -dı  şəkilçili keçmiş zamanın mürəkkəb 
formasına rast gəlinmir. Yəni  -dı  şəkilçisindən sonra 
idi hissəciyinin işlənməsi qeyri-mümkündür. Müasir 
türk dilində isə -dı şəkilçili keçmiş zamanın idi hissə-
ciyi qəbul etməsi mümkündür. Bu məqamda şəxs son-
luğu -dı şəkilçili keçmiş zaman şəkilçisindən sonra və 
idi hissəciyindən isə əvvəl işlənir. Türk dilində işlənən 
həmin  -dı  şəkilçili mürəkkəb forma müasir Azərbay-
can dilində -mış şəkilçili keçmiş zamanın mürkkəb for-
masına uyğun gəlir.Məs.:Orhan – Ha...(Birdenbire Ay-
şenin elini öper) Kızımı kurtardınızdı...; Ayşe –Ham-
let'te de seyrettimdi sizi.(N.Hikmet, Her şeye rağmen); 
-Bir defa sizinle Akif Beyin yalısında görüştüktü Ha-
nımefendi, dedi. Bir gün de ben sizi yine Akif Beyin 

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
170
 
 
 
 
ailesiyle Küçüksu'da gördüm (H.E.Adıvar, Zeyno'nun 
oğlu). 
N.Məmmədov yazır: “Nəqli keçmiş zaman hal, və-
ziyyət bildirən(oturmaq, durmaq, qalmaq, yatmaq, da-
yanmaq, uzanmaq, söykənmək) fellərlə işlənərək, həm 
də indiki zamanı bildirir”
1

Həqiqətən də,oturmuşam, durmuşam, qalmışam, 
yatmışam, dayanmışam, uzanmışam, söykənmişəm  və 
s. kimi ifadələri nəqli keçmiş zamanda işlənsə də, əs-
lində indiki zaman məzmunu daşıyır. 
 
İndiki zamanın 
semantik-üslubi xüsusiyyətləri 
Akademik A.A.Axundov felin indiki zamanının 
məzmununda iki əsas cəhəti vurğulayır:  
1. felin indiki zamanı danışıq vaxtı ilə bilavasitə 
əlaqədardır; 
2. felin indiki zamanı danışıq vaxtı ilə bilavasitə 
əlaqədar deyil 
Akademik hər bir cəhət daxilində özünəməxsus 
xüsusiyyətlərin olduğunu göstərir. Belə ki, o,birinci, 
yəni danışıq vaxtı ilə bilavasitə əlaqədar olan indiki za-
manın daxilində bunları qeyd edir:  
a) hal və ya hərəkət danışıq vaxtı ilə tam uy-
ğunluq təşkil edir; 
b) hal və ya hərəkət danışıq vaxtı ilə tam uyğun-
luq təşkil etməklə bərabər, subyektin ümumi xüsusiy-
yətini əks etdirir; 
                                                 
1
 Məmmədov N.Azərbaycan dilçiliyinin nəzəri əsasları.Bakı,Maarif,1971, 
s. 236.  

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
171
 
 
 
 
 v) danışıq vaxtı ilə tam uyğunluq təşkil edən fel 
eyni zamanda uzun dövrlərə, həm keçmiş, həm də 
müəyyən dərəcədə  gələcək zamana aid olan ümumi 
halları ifadə edir
1
.  
Müəllif ikinci – danışıq vaxtı ilə bilavasitə əlaqə-
dar olmayan indiki zamana aşağıdakı xüsusiyyətləri 
aid edir:a) subyektə aid peşə və ya sənətlə, habelə vər-
dişlə əlaqədar olan ümumi hal və hərəkətlər; b)subyek-
tin sürəkli xarakterdə olan vaxaşırı hal və  hərəkətlər; 
v) yalnız müəyyən zaman ərzində, müəyyən indiki za-
man hüdudunda fəaıliyyət göstərən hal və ya hərəkət-
lər;q)danışılan vaxtdan əvvəl olmuş bir əhvalatın və ya 
hadisənin hekayətində  işlədilməsi;  ğ)təbiət və müəy-
yən şəraitin təsvir edilməsi; d)elmi əsərlərdə proseslə-
rin ifadəsi; e) hökm ifadə etməsi və s 
2

M.Ş.Rəhimov Azərbaycan dilinin XIV-XVIII əsr 
yazılı abidələrində  -ır, -ir, -ur, -ür  şəkilçili indiki za-
man formasının 5 məna xüusiyyəti haqqında danışır
3

D.M.Nasilov qədim uyğur dilində -ur şəkilçili in-
diki zamanın  6 məna xüsusiyyətindən bəhs etmişdir
4

“Müasir yakut ədəbi dilinin qrammatikası”  əsə-
rində felin indiki zaman formasının 3 məna xüsusiyyəti 
fərqləndirilir:1)danışıq anında baş verən hərəkət, 2)da-
nışıq anından sonra baş verən hərəkət, 3)öz təbiətinə 
                                                 
1
 Axundov A.A. Felin zamanları. Bakı, ADU nəşri, 1961, s. 74-76.  
2
 Axundov A.A. Felin zamanları. Bakı, ADU nəşri, 1961,s. 77-83.  
3
 Рагимов  М.  Формы  выражения  настоящих  и  будущих  времен  в 
письменных  памятниках  азербайджанского  языка XIV – XVIII ве-
ков. АКД. Москва, 1957, с. 7.  
4
 Насилов В.М. Древне - уйгурский язык. Москва, ИВЛ, 1963, с. 9-
10.  

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
172
 
 
 
 
görə konkret vaxt çərçivəsində  məhdudlaşmayan, adi, 
həmişə, təbii baş verən hərəkət
1

B.Çarıyarov cənub-qərb qrupu türk dillərində in-
diki zamanın 6 məna xüsusiyyətini göstərmişdir. Qeyd 
olunan bu xüsusiyyətlərin ikisi üslubi məqamları özün-
də əks etdirir
2

“Türkmən dilinin qrammatikası”nda -yar, -yər şə-
kilçili ümumi indiki zamanın 5 məna xüsusiyyətinin 
olduğu göstərilir
3

İ.Tahirov Azərbaycan dilində -(y)ır
4
 şəkilçili indi-
ki zamanın funksional baxımdan üç növünü 
4
 göstərir:  
1. Əsl indiki zaman 
2. Geniş indiki zaman  
3. Mücərrəd indiki zaman  
Müəllifin bu bölgüsü ilə tam razılaşırıq və onun 
bu bölgüsünü düzgün, konkret və məqbul hesab edirik. 
Bu bölgünü nəinki Azərbaycan dilində -ır, -ir, -ur, -ür 
şəkilçili indiki zamana, eləcə də türk dilində -yor şəkil-
çili indiki zamana, türkmən dilində -yar, -yər şəkilçili 
indiki zamana, qaqauz dilində -er, -yer şəkilçili indiki 
zamana aid etmək olar.  
Biz A.Axundovun bölgüsünü əsas götürərək türk 
dillərində indiki zamanın müşahidə olunan, əsasən, 
aşağıdakı  məna xüsusiyyətlərini qeyd edirik. Bütün 
türk dillərində müşahidə olunan bu xüsusiyyətlərin 
                                                 
1
 Грамматика  современного  якутского  литературного  языка  (фонетика  и 
морфология). Москва, «Наука», 1982, с. 306.  
2
 Чарыяров  Б.  Времена  глагола  в  тюркских  языках  юго-западной  группы. 
АДД. Ашхабад, 1970, с. 19-20. 
3
Грамматика туркменского языка.Ашхабад,“Ылым”,1970,c.273-274.  
4
 Tahirov İ.Azərbaycan və ingilis dillərində zaman kateqoriyası.Bakı,“Nurlan”,2007,s. 182 

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
173
 
 
 
 
qrammatik zamandan daha çox obyektiv indiki zamanı 
ehtiva etməsi ilə əlaqədardır. 
1. Hal və ya hərəkət danışıq vaxtı ilə tam uyğun-
luq təşkil edir. İ.Tahirovun dili ilə desək, əsl indiki za-
manda işlənən felin ifadə etdiyi hal və ya hərəkət nitq 
momenti(və ya danışıq vaxtı – G.Ə.) ilə üst-üstə düşür, 
başqa sözlə, burada qrammatik indiki zaman obyektiv 
indiki zamana uyğun gəlir
1
.Azərb.:-Gülşən xanım, bu 
saat nə barədə  fikirləşirsiniz? (M.Süleymanov, Yerin 
sirri); türk:Ama Doktor bey, ben hastayım diyorum, siz 
ise zevkinizi düşünüyorsunuz (A.Boysan,Yangın var); 
Neye öyle yarım ağızla cevap veriyorsun? ...diye sor-
du; Şimdi, bu zavallı kıza yapılacak hiçbir şeyiniz yok 
mu? Bu suali hâlâ vicdanınızın temizliğinden  şüphe 
etmediğim için soruyorum (R.N.Güntekin,Yaprak dö-
kümü); qaqauz:- Sen neçin üzüü parmaana koymээsın
– sormuş askerlär batüsuna; Ne o kalpak senin tependä 
durэr? – sormuşlar (Masallar). 
2. Hal və ya hərəkət danışıq vaxtı ilə tam uy-
ğunluq təşkil etməklə bərabər, subyektin ümumi xüsu-
siyyətini əks etdirir. Bu məna növü İ.Tahirovun geniş 
indiki zaman adlandırdığı xüsusiyəti ilə üst-üstə düşür: 
Azərb:Qafar dayı çubuğu doldurub cavab verdi:- Bibi-
heybət trestinin qazma idarəsində baş mühəndisin 
müavini işləyir (M.Süleymanov,Yerin sirri); Yuxarıda 
dediyimiz kimi, Mazan Əliyev trestdə  işləyir  (Anar, 
Adamın adamı); Ceyhun kiçik qardaşımdır. Moskvada 
memarlıq institutunda oxuyur; Hümmət nazir müavini 
olub, Bakıda  yaşayır(İ.Əfəndiyev,Söyüdlü arx); türk: 
                                                 
1
 
Tahirov İ. Azərbaycan və ingilis dillərində zaman kateqoriyası. Bakı, “Nurlan”, 
2007, s. 182.
 

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
174
 
 
 
 
Hiç mukaddeme yapmadan: - Ben evleniyorum baba, 
dedi(R.N.Güntekin,Yaprak dökümü);Orhan –(Ayşeye)  
Nerede okuyorsunuz? (N.Hikmet) 
3. Danışıq vaxtı ilə tam uyğunluq təşkil edən fel 
eyni zamanda uzun dövrlərə, həm keçmiş, həm də 
müəyyən dərəcədə  gələcək zamana aid olan ümumi 
halları ifadə edir: Azərb.: Əgər bu əməliyyat baş tutsa, 
onda hər ikimizi yaxşı gələcək gözləyir(M.Qacar, Met-
roda terror)  
Müasir türk dilində bu məna xüsusiyyəti  əsasən, 
geniş zaman vasitəsilə  həyata keçirilir.Məs.:“Dil ve 
Kültür” adı ile bir kitap halinde topladığı bu yazılar dil 
devrimine en karşı olanları bile yumuşatıp, ikna ede-
cek sağlam temellere dayanır(H.Taner, Ölürse ten ölür, 
Canlar ölesi değil). 
Ç.Hüseynzadə indiki zamanın üslub xüsusiyyət-
lərini 4 formada xarakterizə edir:
1
 
1)   indiki zaman forması ilə keçmiş zaman anlayı     
     şının canlandırılması 
2) indiki zaman anlayışının keçmiş zaman şəkilçi 
      si ilə verilməsi 
3)  indiki zaman forması ilə gələcək zaman anlayı 
     şı ifadə olunması 
4)
 
indiki zaman şəkilçisində ixtisaretmə yolu ilə  
          fərdi üslubi norma yaradılması 
“Fel zamanlarının müxtəlif üslub xüsusiyyətlərinə 
malik olması yalnız bu və ya digər bir dillə məhdudla-
şıb qalmır, bu hal özünü ümumi dil hadisəsi kimi gös-
                                                 
1
 Hüseynzadə Ç. Azərbaycan dilində morfoloji norma. Bakı, Nurlan, 
2004, s. 226-227.  

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
175
 
 
 
 
tərir”.
1
 Yalnız Azərbaycan dilində deyil, digər türk dil-
lərində də indiki zaman formasının yaratdığı üslubi xü-
susiyyətləri izləyərkən onların daha geniş təzahürə ma-
lik olduqlarının şahidi oluruq. 
-ır<-dı. Bəzən türk dillərində indiki zamanı ifadə 
edən müvafiq morfoloji göstəricilər  -dı  şəkilçili qəti 
keçmiş zamanın yerində işlənə bilir. Bu da o deməkdir 
ki, indiki zaman keçmiş zamanı əvəz etməklə hərəkəti 
daha qabarıq ifadə edir. Bunu aşağıdakı nümunələrdən 
də görmək olar:türk:Kadınlar, erkekler, çocuklar. Bun-
ların bir kısmı düğün evinin saadetini sokaktan seyre-
diyor; bir kısmı içerideki kargaşalıktan ardına kadar 
açılmış kapılardan cesaret alarak yavaş yavaş bahçeye 
yayılıyor. Ali Rıza beyin özene bezene işlediği çiçek 
tarhlarının kenarına oturuyor (R.N.Güntekin, Yaprak 
dökümü); qaqauz:Dädu oturэr da bekleer. O bakэr uz 
kendi önünä, xiç çevirmeer kafasını başka taraflara. 
Onun gözleri batэrlar sade bir ona görünən erä (D.Kara 
Çoban, İxtiar); qaraqalpaq:Bödene buqup catırqan tül-
küniŋ kasına kelse, tülküniŋ  işek-silesi  қatıp, cer tır-
malap külip atırqanın köredi(85,139); kazan-tatar: 
Bezdna avılına törle yaktan dürt meŋləp krestyan jıela. 
Alar alpavıt jirləren tartıp ala başlıylar. Alpavıtlar Ka-
zanqa kaça. Eş zurqa kitə. Kuzqalış kürşe Samar, Pen-
za, Sember qubernalarına jəelə... “Bütün ətrafdan dörd 
minə  qədər kəndli Bezdnaya yığışır. Onlar mülkədar 
torpaqlarını ələ keçirməyə başlayırlar.Mülkədarlar Qa-
zana qaçırlar.  İş ciddi görkəm alır. Üsyan qonşu Sa-
                                                 
1
 Axundov A.A. Felin zamanları. Bakı, ADU nəşri, 1961, s. 110.  

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
176
 
 
 
 
mara, Penza və Simbirsk quberniyalarına yayılır” (K. 
Nəjmi).  
-ır < -mış, -ıb. :Azərb.: Kamil onun sözünü kəsdi: 
- Buyu dənizə buraxıb gedirsiz, bir neçə aydan sonra 
bünövrə kürsülərini gətirib qurursuz. Daha fikirləşmir-
siz ki, külək, dalğalar buyu sürükləyib aparır başqa ye-
rə, bunula da layihə nöqtəsi dəyişir. Quyu da qazılır ta-
mam başqa yerdə; neft də ala bilmirsiz(M.Süleyma-
nov,Dalğalar qoynunda); İyirmi ilə yaxındır ki, görüş-
mürük, tanımazsan da (H.Abbaszadə); - A sədr, mən 
iyirmi ildi quyu qazmıram.  İndi qollarımda heylə güc 
də qalmayıb (İ.Məlikzadə, Quyu) 
Bu cümlələrdə  gedirsiz –getmişsiniz,  qurursuz  – 
qurmuşsunuz, fikirləşmirsiz – fikirləşməmişsiniz, apa-
rır – aparıb, dəyişir–dəyişib, qazılır – qazılıb, bilmirsiz 
– bilməmişsiniz, görüşmürük – görüşməmişik,  qazmı-
ram – qazmamışam mənalarını ifadə edir. 
-dı<-ır. Türk dillərində -dı şəkilçili keçmiş zaman 
forması indiki zamanın yerində işlənərək indiki zaman 
mənasının ifadə olunmasına xidmət edir:Azərb.:Ana-
xanım Feyzullanı görüb:-Hər vaxtınız xeyir.–dedi, son-
ra Həcərə tərəf döndü – yaxşı, bacı, mən getdim (Anar, 
Dantenin yubileyi); Uşaq, “anam gəldi” deyə sürətlə 
qapıya yüyürdü (İ.Əfəndiyev); -Bala, nənəmə deyərsən 
ki, mən çarxları almağa getdim(M.İbrahimov, Böyük 
dayaq); -Sən də orda otur, -dedi, səsini də  çıxartma, 
bildin!?(M.Süleymanlı,Şanapipik);–Xudahafiz, Ağata-
lıb, mən getdim! – deyə o, iş paltarını soyunmadan əl-
üzünü yuyub, nahar etmədən evdən qaçdı. Suğraxanım 
ərinin arxasınca çığırdı: - Hara getdin, a kişi? (S.Dağlı, 
Absətəli avsaytdadır) türk: İsmilin sesi- Ah yandım...; 

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
177
 
 
 
 
İbrahim - İsmailin ah yandım demesiyle omuzuma yas-
lanması bir oldu...; Orhan - Geliyoruz...(Gitmeğe dav-
ranır durur) Gidemem...Öldüm...Yazık...;Avrupalı: Ni-
ye güldün? Biz ölüyüz, unuttun mu? Ölüler güler mi? 
(N.Hikmet); Siyen(sözünü keserek)–Yetmiş mi?Aaa! 
(Güler) Diha -Ne oldu? Neye güldün?(A.Nesin,Hadi 
öldürsene Canikom); kazan-tatar:-Bernərsə birəse bul-
ma, sıηar Tavık ta! Jitte-dide;  İkenşe xatıηda “bik ük 
ömetle yüqel”, diyarsen. Berər aydan son qına ni dip... 
İşettenme? Minem küzlərqə yaşь tuldı. Çak kına kıç-
kırıp elap җibərmi kaldım. – İşettem...(Q.Bəşirov, Tu-
qan yaqım- yaşel bişek); yakut: Onno min bardım, en 
da bar “onda mən getdim, sən də gəl”
1
 
 
Gələcək zamanın 
semantik-üslubi xüsusiyyətləri 
Türk dillərində felin gələcək zamanı  zəngin se-
mantik xüsusiyyətlərə malik zaman formalarındandır. 
Müasir Azərbaycan dilində  və  əksər türk dillərində 
müşahidə olunan iki gələcək zaman forması – qəti gə-
ləcək  (-acaq)  və qeyri-qəti gələcək  (-ar) zaman for-
malarının semantik xüsusiyyətlərini göstərməyə çalışa-
cağıq. 
A.A.Axundov qəti gələcək zamanın 6, qeyri-qəti 
gələcək zamanın 7 məna xüsusiyyətini qeyd edir
2

B.Çarıyarov müəyyən gələcək zamanın 10
3
, qeyri-
                                                 
1
 С.В.Ястремский. Грамматика якутского языка, s. 191. 
2
 Axundov A.A. Felin zamanları. Bakı, ADU nəşri, 1961, s. 94-107.  
3
 Чарыяров  Б.  Времена  глагола  в  тюркских  языках  юго-западной 
группы. АДД. Ашхабад, 1970, с. 40-41.  

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
178
 
 
 
 
müəyyən gələcək zamanın 11 semantik və üslubi xüsu-
siyyətlərini məna xüsusiyyəti kimi fərqləndirir
1

-acaq  şəkilçili qəti gələcək zaman. Bu zaman 
forması  ədəbi dildə  işləkliyinə görə  oğuz qrupu türk 
dillərində daha geniş yayılmışdır. Ona görə  də  -acaq 
şəkilçili qəti gələcək zaman semantik xüsusiyyətləri 
oğuz qrupuna daxil olan türk dillərində öz zənginliyi 
ilə seçilir. Çünki -acaq şəkilçili qəti gələcək zaman öz-
bək, kazan-tatar, başqırd və s. kimi türk dilləri üçün 
xarakterik olsa belə, haqqında danışdığımız zaman for-
masının bu dillərdə  ədəbi dil səviyyəsində  işlənməsi 
yox dərəcəsindədir.  
Türk dillərində -acaq şəkilçili qəti gələcək zaman 
forması aşağıdakı məna xüsusiyyətlərinə malikdir: 
1. Bu zaman formasının  ən geniş yayılmış  və 
özünəməxsus xüsusiyyətlərindən biri iş, hal və ya hə-
rəkətin gələcəkdə  qəti  şəkildə icra olunacağını bildir-
məkdir. Məs.:Azərb.: –Şimal məntəqələrdə qazılacaq 
hər bir amerikan quyusu, qurulacaq hər bir amerikan 
buruğu sizi xarici təərrüzlərdən  qoruyacaqdır, bizim 
siyasi-iqtisadi  əlaqələrimizin daha da genişlənməsinə 
səbəb olacaqdır(M.İbrahimov,Gələcək gün);Şah. Yox, 
çəkil. Getməliyəm. Axşam görüşərik. Sənə yeni yazdı-
ğım  şeri  oxuyacağam (K.Abdulla, Şah  İsmayıl); türk: 
Ayda dörtyüz lira kazanç getirecek sağlam bir iş için 
yirmi bin lira sermaye vereceğim (A.Nesin, Satılmış-
tır); türkmən: Olar öz bagşylarınıň öňünden çykyp, oňa 
hormat goýcaklar(N.Saryhanov,Şükür Bagşy); qaqauz: 
–Dayan,kaşım, tä bän gidecäm da getirecäm sana bişey 
                                                 
1
 Yenə orada, s. 29-31.  

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
179
 
 
 
 
imää, –üreklendirdi onu Dolapsız da gitti küyä (D.Kara 
Çoban, Tamannık). 
2. Digər zaman formalarında olduğu kimi qəti 
gələcək zaman forması da ardıcıllıq məna xüsusiyyəti-
nə malikdir:Azərb.: – Söyüdlü arx bütün acıqları, kə-
dərləri yuyub aparacaq, onun suyu ilə boy atmış ağac-
ların kölgəsində gənc analar uşaqlarına layla deyəcək
Acıqlanmış cavan ərlər arvadlarını  əfv edəcək, günlər 
də Söyüdlü arx kimi sülh ilə, mehribanlıqla axıb  ge-
dəcək, çünki su xoşbəxtlikdir, su aydınlıqdır! (İ.Əfən-
diyev, Söyüdlü arx); qaqauz: İşittik bu küydä yaşarmış 
bir küllü kalpaklı, çıksın meydana eşäännan, görelim, 
tanıyalım da padişax ona kızını  verecek! O padişaxa 
güvä olacek! Yarım padişaxlık kabul edecek! – baarır-
mış xabercilär gezeräk sokak – sokak(Masallar,Kelcä – 
külcä) 
3. Hər hansı müəyyən gələcək zamanda icra olu-
nacağını bildirir; məs.: Azərb.:Bütün kəndi ayaqdan 
salacağam, ana “Güllü düzənliyə”  enəcəyəm, lap çay 
qırağına qədər gedəcəyəm (S.Qədirzadə, Burada insan 
yaşamışdır); türk:Dört ay için çevrede sıtma inceleme-
si yapacağım. Ama korkma, sizinle beraber değil, nisa-
nın sonunda hareket edeceğim (H.E.Adıvar, Zeyno'nun 
oğlu) 
4. Qəti gələcək zaman birdəfəlilik xüsusiyyətinə 
malikdir ki, bu da iş, hal və ya hərəkətin bir dəfə icra 
olunacağını bildirir:Azərb.:Çağıracaq sənin oğlunu ya-
nına!..Çağıracaq!..(Elçin,Ağ dəvə); türk:Şerif –Demir-
dağının suyu yirmi dört çeşmeden akacak (N.Hikmet, 
Bir aşk masalı); “Kalacağım, söz veriyorum. Sen dö-
ner-dönmez, bütün ötekileri sepetleyeceğim”(A.Boy-

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
180
 
 
 
 
san,Yangın var); qaqauz:– Burada erleşecez.  Şindan 
sora duşman bizdän irak, burada yaşaycez (Qaqauz 
folkloru, Bayır oolu).  
5.  -acaq, -əcək  şəkilçili gələcək zaman forması 
kontekstdən asılı olaraq əmr, vaciblik ifadə edə bilər: 
Azərb.: – Bir hadisə baş versə cavabdeh siz olacaqsı-
nız (İ.Şıxlı, Dəli kür); Mən başlasam kağız, mürəkkəb 
çatmaz. Gedin dedim, özüm Bakıya gələcəyəm (M.Cə-
lal, Açıq kitab). 
6. Qəti gələcək zamanın məna xüsusiyyətlərindən 
biri də şərt məzmunu ifadə edə bilməsidir; məs.: türk: 
Gelen –Üçüncü şartımı söylüyorum Mehmene Banu. 
Kardeşinin ölmemesi için üçüncü şartımı... Sen güzel-
liğini  vereceksin, kardeşin  yaşayacak (N.Hikmet, Bir 
aşk masalı). Bu tipli nümunələr Azərbaycan dilində də 
mövcuddur. 
-ar, -ər şəkilçili gələcək zaman 
1. Hərəkətin qeyri-müəyyən gələcək zamanda icra-
sını bildirir. Məs.:Azərb.:– Ata, anamı fikir eləməyə 
qoyma, sağlıq olar, tezliklə gələrəmgörüşərik (S.Qə-
dirzadə, Burada insan yaşamışdır); türk:Beni çoğun-
lukla gündüzleri sokakta görürler.Ben devamlı bir yer-
lere giderim (H.Taner).  
2. Hərəkətin gələcəkdə icrası başqa bir hərəkətin 
icrasından asılı olur, başqa sözlə, müəyyən bir hərəkət 
digər hərəkətin gələcəkdə qeyri-qəti gələcək zamanda 
icrasına zəmin yaradır.Məs.:Azərb.:Əgər indi, doğru-
dan da tələsirsənsə, mən axşam səninlə görüşərəm (S. 
Qədirzadə, Burada insan yaşamışdır); türk: “Karanlığa 
kızma, bir mum yak” özdeyişini yaşama getirirsek, son 
zamanlarda iyice kararmış olan dünyamızı kendi çapı-

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
181
 
 
 
 
mızda da olsa aydınlatmaya yardımcı oluruz (A.Men-
güç, Kum saati); qaqauz: -Kurtar beni, kardaşım, büük 
iilik sana yaparım! (Qaqauz folkloru). 
3. Qeyri-qəti gələcək zaman gələcəkdə ardıcıl 
icra olunacaq iş, hal yaxud hərəkəti bildirir. Məs.: 
Azərb.: – Qış  ötər, yaz keçər, yay gələr. Bu ağac bir 
armud bar verər. O armud yetişəndə verərsən Mahmu-
da  yeyər, həmən də  sənin dərdinə  əlac olar(Elçin, 
Mahmud və Məryəm). 
4.  -ar, -ər  şəkilçili gələcək zamanın spesifik cə-
hətlərindən biri məhz onun bütün zamanları əhatə edə 
bilməsidir. Məs.:türk:Sarhoşluk kusur yaratmaz, kusur-
ları gözönüne çıkarır (A.Boysan, Zıkkımlanmak); De-
nizde boğulan insan seni de boğar(A.Mengüç, Çim-
mek mi?). 
-ar, -ər şəkilçili gələcək zamanın bu xüsusiyyəti, 
eyni zamanda, atalar sözləri, zərb məsəlləri, tapmaca-
larda geniş yayıldığından, demək olar ki, bütün türk 
dilləri üçün səciyyəvidir. Məs.:Azərb.:Özgəsinə quyu 
qazan özü düşər; Cücəni payızda sayarlar; türk:İt hü-
rür, kervan yürür; Kör Allah`a nasıl bakarsa Allah da 
köre öyle bakar; türkmən:Yurdı belet çapar; noqay: 
Tav tavqa jalukpas, Adam adamqa jaluqur “Dağ dağa 
rast gəlməz, İnsan insana rast gələr”
1
; uyğur: Aq yädä 
bala  yatur  Kır) “ağ yerdə bala yatar”(Tarla)
2
. Bu 
xüsusiyyət -ar,-ər şəkilçili gələcək zamanın inkar for-
masındada geniş yayılmışdır.Məs.:türk:Görünen köy 
klavuz istemez; uyğur:Kuruk şakka koşkaç konmas
3

                                                 
1
 Н.А.Баскаков. Ногайский язык и его диалекты, s.158 
2
 С.Е. Малов. Уйгурские тексты, s.119 
3
 Yenə orada. s.122 

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
182
 
 
 
 
Gələcək zamanla bağlı  bəzi üslubi məqamlar da 
xüsusi maraq doğurur. 
-acaq<-ır. Bu üslubi məqam zamanı -acaq şəkil-
çili gələcək zaman forması ilə işlənmiş fel mənaca in-
diki zamanın ifadəsinə xidmət edir: türk: Orhan – (Ay-
şeye) Ben sizi bir yerlerden tanıyacağım...(N.Hikmet); 
qaqauz: Uzattı şişeyi Varaklıya: - İçeҗän mi? (D.Kara 
Çoban).   
-ır<-acaq.  Bəzən indiki zaman şəkilçiləri qəti 
gələcək zamanın  şəkilçilərinin ekvivalenti kimi çıxış 
edərək biri digərinin sinonimi olur və cümlədə  -ır 
indiki zaman şəkilçisi asanlıqla  -acaq  qəti gələcək 
zaman şəkilçisinin yerində işlənə bilir.  
Aşağıdakı nümunələr də sübut edir ki, bu türk dil-
lərində geniş yayılmış üslubi məqamlardandır.  
A.Axundov indiki zamanın gələcək zaman 
məqamında işlənməsinin səbəbini gələcəyin qəti hesab 
edilməsi ilə bağlayır
1

Azərb.:Bu gün tennis oynayırıqmı? – deyə nəvaziş-
lə gülümsəyərək ondan soruşdum; -Demək, bunu qur-
tarandan sonra yuxarıda, Qızılqayanın altındakı körpü-
nü başlayırıq?(İ.Əfəndiyev,Körpüsalanlar); -İşdən çıx-
mışam. Çamadanımı hazırla, axşam yola düşürəm  (İ. 
Məlizadə, İki gün qabaq); -Tələbəyəm. Bu il universi-
teti qurtarıram(S.Səxavət,Daş evlər); Gələn il köçürəm 
Şuşaya - ana vətənə. Qəti sözümdü...(İ.Məlikzadə, Gü-
nəşli payız); Toçilov sevindi:-Nə yaxşı, nə yaxşı! Qu-
yu bəs havaxt qurtarır?; Gülşən radioya yaxınlaşdı: -
Filarmoniyada bu axşam yaxşı konsert verirlər, görək 
                                                 
1
 Axundov A.A. Dilin estetikası. Bakı, Yazıçı, 1985,  
s. 83.  

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
183
 
 
 
 
nə oxuyurlar, -dedi (M.Süleymanov,Yerin sirri); Məm-
mədbağır:- Qəzeti oxuyub gedib yatıram...-dedi (Elçin, 
Ağ dəvə); Gəldiyev paltosunun boğazını qaldırıb, dəh-
lizə  çıxanda Ağca xanım dalınca gəldi: “Axşam göz-
ləyirəm” (Mir Cəlal, Açıq kitab); türk: -Şişman kadın-
(oturduğu yerden müdüre) Peki ama, ben yarın sabah 
Parise gidiyorum...Dört saat şimdi gece yarısı sıra bek-
liyemem doğrusu kasanızın önünde; Şişman kadın –
Niye iltimasmış? Ben yarın  şafakla Parise uçuyorum 
(N.Hikmet); Zerzevatçı- (Hizmetçiye) Başınız sağ ol-
sun...Allah gani gani rahmet eylesin...Cenaze ne vakit 
kalkıyor?; Ferhad- İnsan yıllarca da konuşmasa ana 
dilini unutur mu, baba. İşe ne zaman başlıyorsunuz? 
(N.Hikmet); qaqauz: - Kömür bulacez yarın bän gide-
rim rayona, kopardaҗam kolxoza deyni iki-üç ton 
(N.Baboqlu, Legendanın izi). 
Bu cümlələrdə “hərəkətin icrası  məntiqi cəhətdən 
gələcək zamana aid olduğu halda, qrammatik cəhətdən 
indiki zamanı bildirir. Ümumiyyətlə, bütün qrammatik 
zaman formalarında belə  məntiqi sərbəstlik müşahidə 
olunur”
1
.  
İ.Tahirov bu xüsusiyyəti, yəni -dı şəkilçili keçmiş,  
-ır  şəkilçili indiki zamanın gələcək zaman yerində  iş-
lənməsini gələcək zaman mikrosahəsində ikinci dərə-
cəli morfoloji komponentlər sırasında göstərir
2

-ır<-ar. Bəzən indiki zaman forması qeyri-qəti gə-
ləcək zaman formasının yerində  işlənərək onu əvəz 
                                                 
1
 Axundov A.A. Ümumi dilçilik ( Dilçiliyin tarixi nəzəriyyəsi və 
metodları). Bakı, “Maarif” nəşriyyatı, 1979, s. 83.  
2
 Tahirov İ. Temporallıq sahəsinin üfüqi strukturu (Azərbaycan dili ma-
terialları əsasında). //Türkologiya №1-2, Bakı, 2007, yanvar-iyun, s. 51.  

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
184
 
 
 
 
edir:Azərb.:Bax, bu ispiçkanı nişan qoyacam. Əgər bi-
rinci gülləyə vura bilsəm,gedirik. Əgər vura bilməsəm, 
sən deyən olsun, qayıdırıq(İ.Şıxlı, Ölən dünyam); Əgər 
Səriyyə soruşsa ki, “o nə gurultudur” mən tamam biga-
nə ifadə ilə deyirəm ki, “görəsən, yenə yuxarıdan hey-
vandan-zaddan keçib nədir...yıxıl yat.. (İ.Əfəndiyev); -
Şamil müəllim, onda belə danışaq - mayın birində nü-
mayiş qurtqran kimi yığışıb gedirik Ziya balamızın 
elçiliyinə, danışdıq? (S.Səxavət, Daş evlər). 
Bu cümlələrdə  gələcəkdə  nəzərdə tutulan və ya 
ehtimal olunan hərəkət indiki zaman şəkilçisi ilə ifadə 
olunmuşdur, başqa sözlə, gedərik, qayıdarıq, deyərəm, 
gedərik  əvəzinə  gedirik, qayıdırıq, deyirəm, gedirik 
işlənmişdir.   
-ar<-acaq. Azərb.:-Yox,Adil, -dedi, -körpünü sa-
lıb qurtarmayınca heç yerə getmərəm(İ.Əfəndiyev, 
Körpüsalanlar); türk: Eski azatlıların çocuklarına da 
bayramda bir şey yapamazsan gözüm açıkta giderim 
1
Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin