İntellektual oyun. “Doqquzdaş” oyunu oynanılır. Düzələn sözlər arasından
deyilişi və yazılışı fərqlənənlər seçilir və sadə fonetik təhlil olunur.
Yazı. Hüsnxət. “Ə” hərfi. İş dəftəri, səh. 33.
Ev tapşırığı. Dərsliyin 47-ci səhifəsindəki 2-ci tapşırığı yerinə yetirin.
Qiymətləndirmə. Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Dərs 20. NƏ DAHA YAXŞIDIR (2 saat)
Motivasiya. “Hörümçək toru” üsulu. Bu üsul hər bir şagirdə öz fikrini bildirmək və
əsaslandırmaq imkanı verir. Müəllim şagirdlərə böyük dövrə vurub oturmağı tapşırır. Şagird -
Məzmun standartları Təlim məqsədləri 1.2.4. Nitq situasiyalarından asılı olaraq
danışıq prosesində müvafiq jest və
mimikalardan istifadə edir.
Danışarkən nitqini daha təsirli etmək üçün
jest və mimikalardan istifadə edir.
2.1.2. Öyrəndiyi yeni sözlərin mənasını
izah edir.
Öyrəndiyi sözlərin aid olduğu məna qrupunu
müəyyən edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Mətni tələffüz normalarına uyğun ifadəli oxu -
yur.
2.2.4. Mətndəki əsas fikrə münasibətini
bildirir.
Oxuduğu mətndəki əsas fikirlə bağlı
müzakirələrdə fəal iştirak edir.
3.1.4. Müşahidə və təəssüratlar əsasında
kiçikhəcmli inşalar yazır.
Verilmiş mövzu əsasında inşa yazır.
4.1.3. Rast gəldiyi yeni sözlərin yazılış və
tələffüz qaydalarını müəyyənləşdirmək
üçün lüğətdən istifadə edir.
Lüğətdən istifadə edərək sözlərdə yanaşı
işlənən samitlərin yazılışını və tələffüzünü
müəy yənləş dirir.