Dərs 56. RƏHMLİ KÜÇÜK (4 saat)
Motivasiya.
Müəllim belə bir süjet danışır
:
– Yağışlı bir gündə avtobus dayanacağında çoxlu sərnişin dayanmışdır. Siz də onların
arasındasınız. Bir nəfər yaxınlaşır, yer olmadığın dan yağışın altında dayanmalı olur. Siz bu
halda nə edərdiniz?
Fərziyyələr dinlənilir.
– Elə etmək olarmı, hamıya yaxşı olsun?
Dərsliklə iş. Mətn “Akvarium” üsulu ilə səsli oxunur (bu zaman müəllim tapşırır ki, mətni
oxuyanlar obrazların nitqini onların xarakterinə uyğun səsləndirməyə çalışsınlar) və təhlil olu -
nur. Mərkəzdəki qrupun mülahizələrini və nəticələrini II qrup davam
etdirir və ümumi nəticə
çıxarılır.
1-5-ci tapşırıqlar yerinə yetirilir.
Sual: – Döymək” – “döyəcləmək”, “ev” – “evcik” sözləri arasındakı məna fərqlərini izah
edin.
Tapşırıq 2. Küçüyün xarakterinə uyğun sözlər seçilir:
həssas, mərhəmətli, xeyirxah,
qəribə, sadəlövh, cəsur, mehriban, təvazökar.
Sual: – Bu sözlər əşyanın nəyini bildirir: adını, əlamətini, yaxud hərəkətini?
Tapşırıq 3. Yəqin ki, şagirdlər “C” variantını mətnə başlıq seçəcəklər.
Onlar öz seçimini
əsaslandırmalıdırlar. Müəllim şagirdlərə təklif edə bilər ki, cavab variantlarında
nəzərdə
tutulmamış başqa versiyalar da irəli sürsünlər; məsələn: “Hamıya yaxşılıq etmək istəyən küçük”.
Dostları ilə paylaş: