Məzmun standartları Təlim məqsədləri 1.2.1. Müşahidə etdikləri, eşitdikləri və
oxuduqları haqqında danışır.
Müşahidə etdiklərinə və öyrəndiklərinə
əsaslanaraq fikirlərini ifadə edir.
2.1.2. Öyrəndiyi yeni sözlərin mənasını
izah edir.
Düzəltmə sözlə sözün kökü arasındakı
məna fərqini izah edir.
2.1.3. Öyrəndiyi yeni sözlərdən nitqində
istifadə edir.
Verilmiş sözlərdən mürəkkəb söz yaradaraq
cümlədə işlədir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Mətni oxuyarkən obrazların nitqini onların
xarakterinə uyğun səsləndirir.
2.2.3. Mətnin hissələrinə başlıqlar
verməklə məzmununa aid sadə plan tutur.
Mətnin ideyasına uyğun olaraq yeni başlıq
seçir.
2.2.4. Mətndəki əsas fikrə münasibətini
bildirir.
Mətndəki obrazları xarakterizə etməklə əsas
fikrə münasibət bildirir.
3.1.1. Yazısında sadə hüsnxət norma larına
riayət edir.
“Q” hərfini hüsnxət normalarına uyğun yazır
və digər hərflərlə birləşdirir.
3.1.2. Çap hərfləri ilə yazılmış mətni
üzündən köçürür.
Mətnin müəyyən hissələrini üzündən köçürür.
4.1.3. Rast gəldiyi yeni sözlərin yazılış və
tələffüz qaydalarını müəyyənləşdirmək
üçün lüğətdən istifadə edir.
Mürəkkəb sözlərin defislə, yoxsa bitişik yazıl -
dığını lüğətin köməyi ilə müəyyənləşdirir.
4.1.5. Sözləri qrammatik mənasına görə
qruplaşdırır.
Əlamət bildirən sözləri fərqləndirir.
Dərslərin planlaşdırılması
YAXŞI NƏDİR, PİS NƏDİR
131
Çap üçün deyil
5-ci tapşırıq yerinə yetirilir. Şifrlənmiş söz “mərhəmət” sözüdür. Sözün mənası açıqlanır:
rəhm, şəfqət, xeyirxahlıq, insaf.